7 AYA YAZILAN DOKTORLUQ DİSSERTASİYASI VƏ. Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır
AKADEMIKLER ISE PUL YIGAN MAKLERLER
Beynlxalq münasibtlr dissertasiya işi
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmişdir.
DİSSERTASİYANIN TƏRTİBİ Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. “Dissertasiyanın tərtibi Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 3.13-cü bəndinə uyğun hazırlanmışdır.
1.2. Dissertasiyanın mətni A4 formatında, səhifədə soldan – 30 mm, sağdan – 10 mm, yuxarı və aşağıdan – 20 mm boş sahə saxlanılmaqla, Azərbaycan dilində latın, rus dilində kiril və ingilis dilində ingilis (ABŞ) əlifbası, “Times New Roman” 14 şrifti ilə 1,5 sətirarası intervalla qara rənglə yazılır.
1.3. Dissertasiyanın struktur bölmələrinin adları böyük hərflərlə, tünd qara rənglə yazılır.
1.4. Dissertasiyada şəkillər, cədvəllər, qrafiklər rəngli, A3 (297 mm x 420 mm) formatında verilə bilər və hər bir A3 formatlı səhifə bir səhifə kimi qəbul edilir.
1.5. Dissertasiyanın titul səhifəsi nömrələnmir, növbəti səhifəsi “2” rəqəmindən başlayaraq, digər bütün səhifələri (dissertasiyanın struktur bölmələri, o cümlədən istifadə olunmuş ədəbiyyat siyahısı, əlavələr) ərəb rəqəmləri ilə ardıcıl nömrələnir.
1.6. Dissertasiya səhifələrinin sıra nömrəsi hər bir səhifənin aşağı hissəsində, boş sahənin sağında yazılır.
1.7. Dissertasiya çoxcildli olduqda hər bir cildin ayrıca titul səhifəsi olmalı və digər səhifələri bu Qaydanın 1.5-ci bəndinin tələblərinə uyğun nömrələnməlidir.
1.8. Fəlsəfə doktoru dissertasiyası A4 formatında, həcmi iki yüz – iki yüz qırx min işarə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna edilməklə), elmlər doktoru dissertasiyası A4 formatında, həcmi dörd yüz – dörd yüz qırx min işarə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna edilməklə) olmalıdır. Humanitar elmlər üzrə dissertasiyanın həcmi iyirmi faizədək artıq, dəqiq və təbiət elmləri üzrə iyirmi faizədək az ola bilər.
1.9. Dissertasiyanın bir səhifəsində yazılan işarələrin sayını kompüter vasitəsilə dəqiq müəyyən etmək mümkün olmadıqda, bir səhifədə yazılan mətn iki min işarəyə bərabər tutulur.
1.10. Dissertasiyada istifadə edilən iqtibaslar (sitatlar) dırnaq işarəsindən istifadə edilməklə kursivlə verilir.
1.11. Dissertasiyanın yazılışı zamanı iddiaçı istifadə etdiyi materialların mənbələrinə və müəlliflərinə mütləq istinad etməlidir. Mətndəki istinaddan sonra kvadrat mötərizədə əsərin ədəbiyyat siyahısındakı nömrəsi, cild (çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) verilir. Məsələn, [54, s.162], [155, c.2, s.82-83], [54, s.162; s.23], və s.
1.12. Dissertasiyanın mətnində iddiaçı tərəfindən alınmış hər bir nəticənin onun hansı əsərində çap olunduğuna dair istinad verilməsi tövsiyə olunur.
1.13. Dissertasiyanın mətni 80 qr/m 2 A4 (210 mm x 297 mm) formatında ağ kağızın bir üzündə çap edilir.
1.14. Dissertasiyanın mətnindəki bütün məlumatlar aydın görünməlidir.
1.15. Dissertasiya işi tikilir və qalın üz qabığında təqdim edilir.
2. Dissertasiyanın strukturu
Dissertasiya tərtib edilərkən onun strukturunda aşağıdakı ardıcıllıq gözlənilməlidir:
– Dissertasiyanın əsas məzmunu (fəsil, paraqraf, bənd);
– İstifadə edilmiş ədəbiyyat siyahısı;
– İxtisarların və şərti işarələrin siyahısı (dissertasiyada olduqda).
2.1. Titul səhifəsi
Dissertasiyanın titul səhifəsi “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat”ınəlavələrinə (Əlavə 1.3 və Əlavə 1.3.1) uyğun tərtib edilir.
2.2. Mündəricat
2.2.1. Mündəricatda “Mündəricat” sözü başlıq kimi göstərilirvə nömrələnmir.
2.2.2. Mündəricatda dissertasiyanın struktur bölmələrinin adları və onların başlanğıc səhifəsinin nömrələri əks olunur.
2.2.3. Çoxcildli dissertasiyalarda mündəricat birinci cilddə verilir.
2.2.4. Dissertasiyanın struktur bölmələrinin mündəricatdakı adları ilə mətndəki adları eyni olmalıdır.
2.3. Giriş
2.3.1. Girişdə “Giriş” sözü başlıq kimi göstərilir və nömrələnmir.
2.3.2. Dissertasiyanın girişində aşağıda qeyd olunan yarımbaşlıqlar tünd qara rənglə yazılmalı və abzasdan başlanmalıdır:
– Mövzunun aktuallığı və işlənmə dərəcəsi;
– Tədqiqatın məqsəd və vəzifələri;
– Müdafiəyə çıxarılan əsas müddəalar;
– Tədqiqatın elmi yeniliyi;
– Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti;
– Aprobasiyası və tətbiqi;
– Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı;
-Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi qeyd olunmaqla dissertasiyanın işarə ilə ümumi həcmi.
2.4. Dissertasiyanın əsas məzmunu (fəsil, paraqraf, bənd)
2.4.1. Dissertasiyanın əsas məzmunu fəsillərə və paraqraflara bölünür. Dissertasi-yanın paraqrafları bəndlərə də bölünə bilər.
2.4.2. Dissertasiyanın hər bir fəsli rum rəqəmi ilə nömrələnir. Məsələn, I Fəsil; II Fəsil və s.
2.4.3. Dissertasiyanın fəsilləri yeni səhifədən başlanmalıdır.
2.4.4. Fəsillər daxilində paraqraflar ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir. Paraqrafın nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin və paraqrafın nömrəsindən ibarətdir. Nömrənin sonunda nöqtə işarəsi qoyulur. Məsələn, 2.5. – yəni ikinci fəslin beşinci paraqrafı.
2.4.5. Paraqraf daxilində bəndlər olduqda onlar ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir. Bəndin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqafın və bəndin nömrəsindən ibarətdir. Nömrənin sonunda nöqtə işarəsi qoyulur. Məsələn, 2.5.1. – yəni ikinci fəslin beşinci paraqrafının birinci bəndi.
2.4.6. Fəsillərin adları mətndən üç intervalla, paraqraf adları isə mətndən iki intervalla ayrılır.
2.4.7. Fəsillərin adları mətnə simmetrik şəkildə, böyük hərflərlə, tünd qara rənglə, paraqrafların adları isə abzasdan sətri hərflərlə (birinci hərf istisna olmaqla) tünd qara rənglə yazılmalıdır.
2.4.8. Fəsillərin adlarının yazılışında sözlərin hecalara bölünərək sətirdən-sətrə keçirilməsinə yol verilmir. Fəsil və paraqrafların adlarının altından xətt çəkilmir və sonunda nöqtə qoyulmur.
2.4.9. Fəsil və paraqrafların adları iki və ya daha çox сümlədən ibarət olduqda, onların arasında nöqtə qoyulur.
2.5. Nəticə
2.5.1. Nəticədə “Nəticə” sözü başlıq kimi göstərilirvə nömrələnmir.
2.5.2. Nəticədə əsas elmi yeniliklər göstərilməklə onların əhəmiyyəti əsaslandırılmalıdır.
2.5.3. Tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının əldə etdiyi elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi nəticələrdən istifadə ilə əlaqədar tövsiyələr göstərilməlidir.
2.6. İstifadə edilmiş ədəbiyyat siyahısı
2.6.1. İstifadə edilmiş ədəbiyyat siyahısında “İstifadə edilmiş ədəbiyyat siyahısı” sözləri başlıq kimi göstərilirvə nömrələnmir.
2.6.2. İstifadə edilmiş ədəbiyyat siyahısında əvvəlcə Azərbaycan dilində, sonra isə türk, rus, ingilis, fransız, alman, ərəb və s. dillərdə olan mənbələr hər bir dilə uyğun əlifba sırası ilə düzülür və ardıcıl olaraq nömrələnir.
2.6.3. İstifadə edilmiş ədəbiyyat siyahısında, əsasən son 10 ildə nəşr edilmiş ədəbiyyatlar öz əksini tapmalıdır.
2.6.4. Biblioqrafik məlumatlar əlifba sırası ilə müəllifin soyadı, adı, atasının adı və ya nəşrin adı ilə verilir.
2.6.5. Dissertasiyada istifadə olunan mənbələrin biblioqrafik təsvirində aşağıdakı şərti işarələrdən istifadə edilir:
// qoşa çəpəki xətt
2.6.6. İstifadə edilmiş ədəbiyyat siyahısında ədəbiyyatın biblioqrafik təsviri bu Qaydaya Əlavə 4.1 ilə nəzərdə tutulan nümunələrə uyğun tərtib edilir.
2.7. Əlavələr
2.7.1. Əlavələrdə “Əlavələr” sözü başlıq kimi göstərilirvə nömrələnmir.
2.7.2. Əlavələr ümumi işin davamı kimi səhifələnməlidir.
2.7.3. Əlavələr müstəqil cild şəklində də verilə bilər. Əlavələr müstəqil cild olduqda titul səhifəsi olmalı və ayrıca nömrələnməlidir.
2.7.4. Əlavələr “Times New Roman” 12 şrifti ilə 1,0 sətirarası intervalla yazılır.
2.7.5. Dissertasiyanın mətnində bütün əlavələrə istinad edilməlidir.
2.8. Şəkillər
2.8.1. Şəkillər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti səhifədə və ya əlavələrdə verilə bilər.
2.8.2. Şəkillər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun.
2.8.3. Dissertasiyada şəkillər ardıcıl nömrələnir.
2.8.4. Dissertasiyada bir şəkil olduqda, o nömrələnmir, “Şəkil” sözü və şəklin adı yazılır.
2.8.5. “Şəkil” sözü, onun nömrəsi və adı şəklin altında yazılır. “Şəkil” sözü və şəklin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə yazılır və altından xətt çəkilmir. Şəkillərin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və şəklin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, Şəkil 1.2.3 – yəni, birinci fəslin ikinci paraqrafının üçüncü şəkli.
2.8.6. Dissertasiyaya daxil edilən şəkillər keyfiyyətli olmalıdır.
2.8.7. Dissertasiyada kompüter qrafikası ilə yerinə yetirilmiş şəkillərdən və orijinal fotolardan istifadə etmək olar.
2.8.8. A4 formatından kiçik olan fotolar standart ağ vərəqə yapışdırılmalıdır.
2.8.9. Qeyri-standart ölçülü şəkillər qatlandıqdan sonra А4 formatına uyğun olmalıdır.
2.8.10. Dissertasiyanın mətnində olan şəkillərin hər birinə istinad edilir.
2.9. Cədvəllər
2.9.1. Cədvəllər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti səhifədə və ya əlavələrdə verilə bilər.
2.9.2. Cədvəllər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdən sonra onları rahat oxumaq mümkün olsun.
2.9.3. Dissertasiyada cədvəllər ardıcıl nömrələnir.
2.9.4. Dissertasiyada bir cədvəl olduqda, o nömrələnmir, “Cədvəl” sözü və cədvəlin adı yazılır.
2.9.5. “Cədvəl” sözü, onun nömrəsi və adı cədvəlin üstündə sağ küncdə yazılır. “Cədvəl” sözü və cədvəlin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə yazılır və altından xətt çəkilmir. Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və cədvəlin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, Cədvəl 1.2.3 – yəni, birinci fəslin ikinci paraqrafının üçüncü cədvəli.
2.9.6. Cədvəl iki və daha çox səhifədə yerləşdikdə, “Cədvəl” sözü, onun nömrəsi və adı cədvəlin üstündə yuxarı sağ hissədə bir dəfə göstərilir. Cədvəlin qalan hissələrinin müvafiq yerlərində “ardı” sözü yazılır. Dissertasiyada bir neçə cədvəl olduqda “ardı” sözünün qarşısında “Cədvəl” sözü, onun nömrəsi qeyd edilir. Məsələn, Cədvəl 1.2.3-ün ardı.
2.9.7. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir neçə səhifədə yerləşdirdikdə sətirlərdəki bütövlük gözlənilməlidir.
2.9.8. Dissertasiyanın mətnində olan cədvəllərin hər birinə istinad edilir.
2.10. Qrafiklər
2.10.1. Qrafiklər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti səhifədə və ya əlavələrdə verilə bilər.
2.10.2. Qrafiklər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun.
2.10.3. Dissertasiyada qrafiklər ardıcıl nömrələnir.
2.10.4. Dissertasiyada bir qrafik olduqda, o nömrələnmir, “Qrafik” sözü və qrafikin adı yazılır.
2.10.5. “Qrafik” sözü, onun nömrəsi və adı qrafikin altında yazılır. “Qrafik” sözü və qrafikin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə yazılır və altından xətt çəkilmir. Qrafiklərin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və qrafikin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, Qrafik yəni, birinci fəslin ikinci paraqrafının üçüncü qrafiki.
2.10.6. Dissertasiyanın mətnində olan qrafiklərin hər birinə istinad edilir.
2.11. Formullar (tənliklər)
2.11.1.Dissertasiyanın mətnində formulların (tənliklərin) sayı birdən çox olduqda ardıcıl nömrələnir.
2.11.2. Formulların (tənliklərin) nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və formulun ardıcıl nömrələrindən ibarətdir.
2.11.3. Formulların (tənliklərin) nömrəsi onunla bir səviyyədə səhifənin sağ tərəfində mötərizənin içində yazılır. Məsələn, (3.1.2) – yəni, üçüncü fəslinbirinci paraqrafının ikinci formulu (tənliyi).
2.11.4. Formulda (tənlikdə) rast gəlinən simvolların mənası və ədədi əmsalların izahı, onların formuldakı (tənlikdəki) yerləşmə ardıcıllığı nəzərə alınraq, dissertasiyanın mətnində formuldan (tənlikdən) sonra və ya bilavasitə formulun (tənliyin) altında verilir. İzahatın birinci sətri “burada” sözündən başlamalıdır. Hər bir simvolun mənası və ədədi əmsalın izahı yeni sətirdə yerləşdirilir.
2.11.5. Formullar (tənliklər) mətndən intervalla ayrılır. Hər formulun üstündə və altında bir, zəruri hallarda isə iki interval saxlanılır. Formul (tənlik) bir sətrə yerləşmədikdə, onun ardı bərabərlik (=) və ya üstəgəl (+), çıxma (-), vurma (x), bölmə (:) işarələrinin hər hansı birindən sonra yeni sətrə keçirilir. Bu halda növbəti sətrin başlanğıcında müvafiq işarə təkrar yazılır.
2.12. İxtisarlar və şərti işarələr
2.12.1. Dissertasiyada geniş yayılmamış ixtisarlardan, şərti işarələrdən, spesifik terminlərdən, yeni simvollardan və s. istifadə edildikdə bu barədə müvafiq izahatlardan ibarət siyahı verilir.
2.12.2. Siyahı sütun şəklində yazılır, sütunun sol tərəfində əlifba sırası ilə ixtisarlar, şərti işarələr, spesifik terminlər, simvollar, sağ tərəfində onun dəqiq açılışı və mənası verilir.
2.12.3. Dissertasiyada xüsusi ixtisarlar, şərti işarələr, spesifik terminlər, simvollar üç dəfədən az təkrar edildikdə siyahı tərtib edilmir, onların dəqiq açılışı və mənası mətndə birinci dəfə qeyd olunduğu yerdə verilir.
7 AYA YAZILAN DOKTORLUQ DİSSERTASİYASI VƏ. – “Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır”
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında yol verilən özbaşınalıqlar, qanunları saymamazlıq haqda neçə müddətdir ki, yazılır, danışılır. “AzPolitikaşinfo”nun məlumatına görə, vəziyyət o həddə çatıb ki, iqtisadiyat üzrə Ekspert Şurasının 5 üzvü ölkə başçısı İlham Əliyevə məktubla müraciət edib.
“Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz işlərə müsbət rəy yazdırır”
Onlar yazırlar: “Biz AAK-ın iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvləriyik. Vəli Hüseynov sədr vəzifəsini müvəqqəti icra edəndən bu quruma elm ictimaiyyəti tərəfindən nifrət dözülməz həddə çatıb. M üəyyən qədər müqavimət göstərməyimizə baxmayaraq, onun özünü elm adamı deyil, “bazar adamı” kimi aparması bizi bu addımı atmağa məcbur etdi. Vəli Hüseynov davamlı olaraq Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz, savadsız işlərə müsbət rəy yazdırır . Konfliktə getməmək, abır-həyamızı gözləmək naminə dözürdük. Son iclaslarda isə ekspert üzvləri olaraq təzyiqlərə dözməyərək ardı-arası kəsilmədən, açıq şəkildə öz etirazlarımızı bildirirdik.
Diqqət edin: 2 iyul 2018-ci il tarixdə Ekspert Şurasının iclasında iddiaçı Əliyev Ruslan Yusif oğlunun (SOCAR-ın “Azəriqaz” İB Baş direktorunun satış üzrə müavini) “Azərbaycanda mənzil sferasının inkişafının təşkilatı-iqtisadi problemləri” mövzusunda elmlər doktoru elmi dərəcəsi alması üçün təqdim edilmiş dissertasiya işi müzakirəyə çıxarılıb. Bu dissertasiya işinə Ekspert Şurasının 25 iyun 2018-ci il tarixli iclasında rəy yazmaq, ekspert, professor Ədalət Əliyevə tapşırılmışdı.
Lakin sonradan Vəli Hüseynovun təkidi ilə dissertasiya işinə rəy vermək hansı səbəbdənsə ekspert Şəfa Əliyevə tapşırıldı və bu da iclasda verilən kollegial qərara hörmətsizlik və qanun pozuntusu idi. Dissertasiya işinin 2017-ci ilin son aylarında təsdiq olunması ilə yazılmasının arasında isə cəmi 7 ay vaxt çəkib”.
7 aya yazılan doktorluq dissertasiyası müzakirəyə çıxarılıb!
Ekspert Şurasının üzvləri haqlı olaraq qeyd edirlər ki, elm və təhsil idarələrində çalışanlar elmlər doktoru dissertasiyasını 10 ilə güclə başa çatdırırlar. Vəli Hüseynov isə 7 aya yazılan işi müzakirəyə çıxarır. Bundan başqa Əsasnaməyə görə doktorluq işləri üçün iddiaçının AAK-ın tələb etdiyi nəşrlərdə 20 məqaləsi çap olunmalıdır. Ruslan Əliyevin isə cəmi 15 məqaləsi olub.
“Özbaşınalığın dərəcəsinə fikir verin: Vəli Hüseynov 4 iyul 2018-ci il tarixdə AAK-ın Rəyasət Heyətinin iclasında bu qanunsuzluğa etiraz edən ekspertləri cəzalandırmaq məqsədilə Rəyasət Heyətinin üzvlərinə onları tərkibdən kənarlaşdırmaq təklifini vermişdir. Bu təklifə ciddi müqavimət olsa da, Vəli Hüseynov Rəyasət Heyətinin üzvlərinə yalan informasiya verərək, guya bütün bunları ekspert şurasının sədri ilə razılaşdırdığını bildirmişdir. Ekspert Şurasının sədri isə bildirib ki, heç bir üzvün tərkibdən çıxarılması haqda nə yazılı, nə də şifahi razılıq verməyib”.
Prezidentə şikayət edənlər daha sonra konkret faktlar göstərirlər. Məsələn:
– Vəli Hüseynovun idarəçiliyi dövründə yazılan müsbət rəylərin çoxu qeyri-qanuni olaraq gizli rəylərə göndərilib və mənfi rəy alınıb, ya da mənfi rəy yazılanlar müsbət həll olunub . Bu, kütləvi hal alıb və növbəti mərhələlərdəki proseslərdən Ekspert Şurasının üzvlərinin xəbəri olmayıb.
– Mərhum akademik Arif Mehdiyevin sədr olduğu dövrdə 2 dəfə Ekspert Şurasında imtina olunmuş işlər Vəli Hüseynov tərəfindən yenidən müzakirəyə çıxarılıb (halbuki 2 dəfə imtina olunmuş işlərə baxmaq olmaz). Bu faktın araşdırılması xeyli neqativ halların ortaya çıxmasına səbəb ola bilər.
– Kənd təsərrüfatı sahəsində olan müdafiə şurasında ayda bir neçə dissertasiya işi müdafiə edilir (yəni normadan artıq). Hansı ki, 2 fəlsəfə doktorundan və ya bir elmlər doktorundan artıq müdafiə təşkil etmək «Əsasnamə»yə ziddir.
Bu şurada hətta profilə uyğun olmayan, məsələn, turizm, neft-qaz sənayesi, maliyyə və s. sahələrdə müdafiələr təşkil olunub. Bu şuradan Ali Attestasiya Komissiyasına gələn bütün işlər Vəli Hüseynovun müxtəlif istiqamətli təkidləri ilə qısa bir zamanda təsdiq olunub. Bu şurada müdafiə edənlərin əksəriyyəti isə elm və təhsildə çalışmırlar, özəl sektorda işləyirlər.
Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır, amma.
“Ali Attestasiya Komissiyasının əsasnaməsinə görə, doktorluq dissertasiyaları 6 ay ərzində müsbət, yaxud mənfi şəkildə həllini tapmalıdır. Bir neçə alimin Vəli Hüseynovun rəhbərliyi dövründə dissertasiyalarının müdafiə və təsdiq tarixlərinə nəzər salaq:
1. ADNSU-nun dosenti Gülgəzli Ələsgər Səməd oğlu 07.02.2014 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 01.12 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 46 ay).
2. Texniki Universitetin dosenti Əmirov Fariz Qaçay oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 22.09 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay).
3. İqtsad Universitetinin dosenti Aslanov Zabit Yunus oğlu 10.02.2016 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 23.02.2018 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay).
4. AMEA Kibernetika İnstitutunun elmi işcisi Rüstəmov Yasin İsmayıl oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 17.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 17 ay).
5. Aviasiya Akademiyasının dosenti İsmayılov Balaəmi Qasım oğlu 27.11.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 10.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 15 ay).
Təhsil müəssisələrində və akademiyada işləyən bu alimlər Ali Attestasiya Komissiyasınin Ekspert Şurasına dəfələrlə cağırılıb və müsbət qərarlar alsalar da, Vəli Hüseynovun doktorluq dissertasiyasından fərqli olaraq, doktorluq dissertasiyasına qoyulan tələblərdən 10 məqalə az yox, çox çap etsələr də, dissertasiyalarının təsdiqı 10-40 ay yubadılıb.
Lakin bəzi “vacib” adamların doktorluq dissertasiyalarının təsdiq tarixlərinə diqqət edək:
1. SOCAR-in Elmi Tədqiqat İnstitutunun direktoru İsmayilov Fəxrəddin Səttar oğlu 28.03.2018 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib və 2 ay ərzində təsdiq olunub. Qeyd edək ki, İsmayılov Fəxrəddin Səttar oğlu İnstitut direktoru olduqdan sonra qısa vaxt ərzində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib və təsdiqini alıb.
2. Vəli Hüseynovun himayəçiliyi ilə AAK-da texnika sahəsinin kuratoru olan Kələntərli Nailə Merac qızı mexanika üzrə doktorluq dissertasiyasını 13.05.2016 tarixdə müdafiə edib, 22.09.2016 tarixdə təsdiqini alıb (1 ay müddətinə). Yuxarıda qeyd edildiyi kimi, 01 iyuldan-14 sentyabr tarixinə qədər Ali Attestasiya Komissiyası işləmir.
Bütün bunlar Ali Attestasiya Komissiyasında baş verən özbaşınalıqların kiçik bir hissəsidir. Görəsən nə zaman Dövlətin mühüm strateji bir sahəsini elmdən kənar, ekspert rəylərinə, kollegial qərarlara məhəl qoymayan, vaxtilə çox böyük nüfuza malik olan bir qurumu öz ambisiyalarına qurban verən Vəli Hüseynovun əməllərinə qiymət verilməsinin vaxtı çatacaq? Burada hər gün baş verənlər Azərbaycan elminə həqarətdir.
M.Rüstəmov
Şərhlər
Abdulrzayev 2022-03-11 17:58:15
Vıli Hüseynov rüsvətlə təyin edildiyindən indi də verdiyini geri qaytarır.Plaqiat işlər bəs necə keçər? Ölkə rüşvətlə idarə olunur.
Elmi işçi 2018-09-03 14:23:58
Azərbaycanda son 40-50 ildə bir dənə də oldsa fundamental elmi iş,ixtira, açılış edə bilməyən Azərbaycan Elmlər Akademiyasına hər il büdcə ayırmaları,əlavə məsrəflər ayrılır, səviyyəsiz,köçürülmə,lazımsız mövzulardan ibarət işlərə veilən saxta elmi adlar ( işin harasısır ki, S.Novruzov da doktor diplomuna sahibdir) verilir,buna isə heç bir qurum nəzarət etmir və ya bütün yaramazlıqlar bağışlanılır.Səbəb?
Fazail Hasanli Goycay 2018-09-03 14:23:58
Qaz magistralina qanunsuz qosulmalara gore rayonlarda yigilan pullar Azerqazda Ruslana verilir o da hemen pullarnan sellenir ozucun. Istese srazi akademek diplomu da alar hele Ludmila da saxliyar. Eslinde bele memura hec Babayaqa da palojnu doyul. Gedib daglarda qoyununu otarsa daha yaxsi olar. Eybi yox onun da medesinin yuylan gunu geler.
Oil Engineer 2018-09-03 14:23:58
V.Huseynovun xaricde Azerbaycan elmini nece teqdim etdiyini onun xarici dovletlerden aldigi mukafatlardan gormek olar.En azi MQU-nu bitiren tek Azeri ziyalilarindan biridir.Ishindeki noqsanlara etrafindaki kohne ishciler gerek imkan vermeyerdi.
Agdamlı balasından nabranlı Əmrullaya 2018-09-03 14:23:58
Can qardaş, yamanca az dedin, amma tam saz dedin. elmlər doktoru ordusuna qatılmaq iddiasında olan, bütün həyat yolu plagiatlıqdan keçən bu Ruslan Əliyev Azəriqaz İB-də özünün gizli mənimsəmə mexanizmini qurub. İşə qəbul, təyinat, yerdəyişmə və sair kadr məsələlərini özcaynağına keçirən Ruslan heç Əkbər Hacıyevi də vecinə almır. Belə olmasaydı o, qaçqın kimi Mingəçevirdə yaşayan, Neft Akademiyasını bitirmiş qardaşım Həsənov Orxan Sabir oğlunu heç olmasa adi çilingər kimi işə pulsuz götürərdi. Lənət
Emrulla nabran 2018-09-03 14:23:58
Ay bunun yemiw kellesine quzu kesim ele. Bes nice bilmiwdiz siz. Ele bilirdiz bu Ruslan Mingecevirden olan Ludmilasina Nabranda bagiwladigi villani halal maawiynan alibdi. Ay hay daniwanda duzlukdan dem vuran bu dahi elm fedaisi magistiral xetden ogurruyub castni abyektdere satdigi qaza gore heray 100 minnen artiq pul qazanir helede. Iki kelmeni sparkalkasiz danwa bilmiyen bu weyx Nesrulah yeqin ziyat semezadenin acigna akademik olmax istiyir. Istiyibse olacax ozude cox tez. Cunki haram parasi lap coxdu.
BURA SADECE 2018-09-03 14:23:58
AKADEMIKLER ISE PUL YIGAN MAKLERLER
helime 2018-09-03 14:23:58
azerbaycanda neche elmler doktoru-cerrah var ki, neinki,emeliyyat etmek,hetta emeliyyat kesiyi bele apara bilmirler.Hele gunde gobelek kimi biten, televiziyadan ozunu reklam eden,hechne bacarmayan felsefe doktorlarini demirem.Eger sehiyye(sohbet insan heyatindan) bu gundedirse ve gelecek hekime ders deyen muellim ozu hechne bacarmirsa,gorun bashqa saheler ne gundedor?Hamimiz qocalacagiq,amma bu gun kafedralarin ekser pedaqoqlari insult kechirmish,chox qocalmish,ayaq uste gucle duran,xeste insanlardi
Asif 2018-09-03 14:23:58
salam, hörmətli azpolitika. Bu müraciət tezadlar.az-da dərc olunub, müraciətin originalı bizdədir. İlkin mənbəyə istinad etsəydiniz, Vəli müəllimin xətrinə dəyərdi?
Ramiz Nasirov 2018-09-03 14:23:58
Vəli müəllimi şəxsən tanıyan biri kimi bu yazının tam iftira olduğunu bildirirəm.
Azərbaycanlı 2018-09-03 14:23:58
Azərbaycanda elm tənəzzül edib. üçün elmi ad almaq roblem deyil.Çünki aşağıdan yuxarıya qədər Azərbaycan . Kim buna nəzar t edəcək ki?
Fəxrəddin 2018-09-03 14:23:58
Vəli Hüseynov həm böyük alim, həm də görkəmli elm təşkilatçısıdır. O, AAK-nın nüfuzunu qaldırmaq üçün çox böyük işlər görür. Bu materialı yazanlar əvvəlki dövrün qayıtmasını istəyənlərdir, amma bu mümkün deyil. V.Hüseynovun AAK-da gördüyü işlər, sağlam elmi mühit yaratmaq səyləri belələrinə sərf etmir.Ona görə də onu uzaqlaşdırmaq üçün hər vasitəyə əl atırlar.Amma bu nömrə də keçməyəcək
Aslan 2018-09-03 14:23:58
Dünya şöhrətli alim Azad Mirzəcanzadəni VAK-dan uzaqlaşdırandan bilmirdiniz axırı belə olacaq?
elcin-jurnalist 2018-09-03 14:23:58
ruslan eliyev istedadli gencdir-elmi ve dunyagorusu yuksek olan kadrdir. Onu taniyan biri kimi deye bilerem ki o daim o uzerinde calisan-muasir elm ve texnikani mukemmel bilen ziyalidir.
Həbibə 2018-09-03 14:23:58
Yəqin Vəli Hüseynovu devirmək istəyən qrupun .
Shahin 2018-09-03 14:23:58
“Konyukturshik” VAKa qarshi pozuculuq fealyyetine start verdi.
məmmədqulu 2018-09-03 14:23:58
Adabəda müəllim pul qazanır da bə.
EWDER 2018-09-03 14:23:58
AZERBAYCANIN NEYI VAR KI,ELMIDE OLSUN. ALIM,MALIM BOW WEYDI. NAZPERIDEN SORUWUN,INANMIRSINIZSA,EWDER OL CANI. ESAS INKIWAFDU. KEYF ELEYIN
Tosun paşa 2018-09-03 14:23:58
Siyaquşun, Ruslanın, Hadının və bunlarabənzərlərin doktorluğuna niyə belə aqressivlik edir bu millət mən anlaya bilmirəm. İnsafən deyin görək öz sahələrində onlardan daha yüksək zirvə fəth edən kadrımız varmı? Yox, əsla Siyaquşdan yaxşı kulinar olmadığından ona kotlretşünaslıq doktoru, Ruslana qanunsuz qoşulma doktoru, Hadıya hasartikmə doktoru, Zahidə sabunbişirmə doktoru və s. fəxri adlar vermək məgər ən doğru seçim deyilmi? Ruslandakı fırasət tam fısqırıqdır. 7-cə aya alimi-üləma ola bilib talant yiyəsi
Həbibə 2018-09-03 14:23:58
Yəqin Vəli Hüseynovu devirmək istəyən qrupun nümayəndələrinin fəaliyyətinə start verilib.
Comments are closed, but trackbacks and pingbacks are open.