Press "Enter" to skip to content

Beynlxalq thlüksizlik problemlri

Исламская Республика Иран и Азербайджан сотрудничают , в том числе в рамках Организации экономического сотрудничества, в сфере борьбы с оборотом наркотических средств, в сфере пограничной службы и безопасности , обмене заключенными, определении статуса Каспийского моря, транзитных перевозок, обмене студентами и преподавателями, въезде и выезде спортивных команд, лечении азербайджанцев в Иране, транзите паломников в Карбалу и Наджаф. В рамках визита планируется обсудить развитие сотрудничества в сфере безопасности и пограничного сотрудничества, усиление пограничных контрольно-пропускных пунктов двух государств с помощью регулярных встреч глав пограничных служб, создание связей между пограничными провинциями и обмен производимой продукцией, упрощение процедур пересечения границы, создание совместной службы береговой охраны в Каспийском море, создание схемы пограничных рек двух стран, строительство автомагистрали Астара-Баку.

МОЯ РОДНАЯ ГРАНИЦА

УВАЖАЕМЫЕ ДРУЗЬЯ! Я СОЗДАЛ ЭТОТ БЛОГ С ЦЕЛЬЮ ОКАЗАНИЯ ПОСИЛЬНОЙ ПОМОЩИ ПОГРАНИЧНИКАМ МОЕЙ СТРАНЫ В ОХРАНЕ ГРАНИЦ РОДИНЫ. ЦЕЛЬ: ПОДБОР НАУЧНО-ИССЛЕДОВАТЕЛЬСКИХ, ИННОВАЦИОННО ИНЖЕНЕРНО-ТЕХНИЧЕСКИХ И ИНЫХ ИНФОРМФЦИОННЫХ МАТЕРИАЛОВ, ИЗДАВАЕМЫХ ОТКРЫТО В ИНТЕРНЕТЕ, КОТОРЫЕ, ВОЗМОЖНО, ПРИГОДЯТСЯ ДЛЯ повседневной службы НАШИХ ПОГРАНИЧНИКОВ, А ТАКЖЕ других материалов, представляющих интерес. Ф.С.

Cənubi Qafqazda təhlükəsizlik problemləri

  • Получить ссылку
  • Facebook
  • Twitter
  • Pinterest
  • Электронная почта
  • Другие приложения
  • Получить ссылку
  • Facebook
  • Twitter
  • Pinterest
  • Электронная почта
  • Другие приложения

Комментарии

Отправить комментарий

Популярные сообщения из этого блога

Исламская Республика Иран и Азербайджан сотрудничают

Исламская Республика Иран и Азербайджан сотрудничают , в том числе в рамках Организации экономического сотрудничества, в сфере борьбы с оборотом наркотических средств, в сфере пограничной службы и безопасности , обмене заключенными, определении статуса Каспийского моря, транзитных перевозок, обмене студентами и преподавателями, въезде и выезде спортивных команд, лечении азербайджанцев в Иране, транзите паломников в Карбалу и Наджаф. В рамках визита планируется обсудить развитие сотрудничества в сфере безопасности и пограничного сотрудничества, усиление пограничных контрольно-пропускных пунктов двух государств с помощью регулярных встреч глав пограничных служб, создание связей между пограничными провинциями и обмен производимой продукцией, упрощение процедур пересечения границы, создание совместной службы береговой охраны в Каспийском море, создание схемы пограничных рек двух стран, строительство автомагистрали Астара-Баку.

Глава четвертая Служба пограничных нарядов

Глава четвертая Служба пограничных нарядов 107. Несение службы по охране государственной границы Республики Казахстан в пограничных нарядах является выполнением боевой задачи и требует от каждого пограничника строгого и точного выполнения приказа на охрану границы, соблюдения всех положений настоящего Наставления, высокой бдительности, выдержки, непреклонной решимости и инициативы. Каждый пограничник из состава наряда несет личную ответственность за охрану назначенного участка. 1. Подготовка наряда к несению пограничной службы 108. Подготовка пограничников к несению службы проводится заблаговременно и непосредственно перед выходом (заступлением) пограничного наряда на охрану государственной границы. Заблаговременная подготовка осуществляется в ходе плановых занятий по боевой и военно-патриотической подготовке, воспитательной работы, инструктажей и дополнительных занятий, при самостоятельном изучении погран

Шантаж по-киевски. Может ли Россия жить без Украины?

Шантаж по-киевски. Может ли Россия жить без Украины? Статья из газеты: Еженедельник “Аргументы и Факты” № 42 19/10/2016 Соседка почти год обходится без нашего газа. А вот России поставлять газ на юг Европы в обход Украины – пока никак. Кто от кого больше зависит? Shutterstock.com 177 2 Еще Украину в России, Россию на Украине представляют не послы, а временные поверенные. Товарооборот не просто сокращается, а рушится (см. таблицу). «Экспорт на Украину увеличили Польша, Турция и Венгрия, сама Украина на 1 млрд долл. больше поставила товаров в Китай, – говорит Владимир Саламатов, гендиректор ИЦ «Международная торговля и интеграция» (IT&I) . – Однако экспорт Украины сократился с 63 млрд долл. в 2013 г. до 38 млрд долл. в 2015 г. Многие удивятся, но при этом Россия в 2015 г. осталась на первом месте среди поставщиков товаров на украинский рынок». Украина хочет дружить. Порошенко просят восстан

Beynəlxalq hüquqda təcavüzkarlıq

ХХ əsrin əvvələrində beynəlxalq hüquq təcavüzkarlığı qadağan etmirdi. Dövlətlərarası müharibələri isə bütün mübahisələrin həlli vasitəsi kimi əsas yol hesab edirdilər. Müasir beynəlxalq hüquq zor işlətməyi, hədələməyi və bir dövlətin digərinə təcavüzkarlığını qadağan edir. Belə qadağanın ilkin mühüm sənədləri, onun prinsipləri özünün rəsmi ifadəsini Hurenburq və Tokio Beynəlxalq Hərbi Tribunalarının Nizamnaməsində, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində öz əksini tapmışdır. Bizim əsrdə böyük avropa dövlətlərindən sayılan Turkiyə ilə Rusiya (keçmiş SSRİ) arasında 1920-21-ci, 1925-ci illərdə bağlanmış müqavilələri — yəni hücum etməmək prinsiplini təsdiq edən sənədləri misal kimi yada salmaq olar. Sonralar bu müqavilələr daha geniş çərçivədə inkişaf etdirildi və əlavə olaraq hər iki dövlət də çoxtərəfli müqavilələr imzaladılar. Onun ardınca Paris müqaviləsi — müharibədən milli siyasət aləti kimi istifadəni qadağan edən 1928-ci il sənədi — çoxtərəfli 8 müşahidənin böyük əhəmiyyəti qeyd edilməlidir.

Lakin, həmin dövrdə beynəlxalq hüquqda təcavüzkarlığın qadağan edilməsini və ya hücum etməmək prinsipini rəsmən təsdiq edən həmin sənədlər, habelə beynəlxalq münasibətlərdə zor işlətməmək prinsipinə əsaslandıran BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi təcavüzkarlıq məfhumuna konkret tərif vermir. Eyni zamanda, burada hücum edilən tərəf müəyyən edilmir və təcavüzkarlıq məfhumunun əsas cəhətləri göstərilmirdi. Təbii ki, bu da beynəlxalq münasibətlərdə və beynəlxalq huquq da çatışmamazlıq idi. Bu məsələyə hüquqi baxımından düzgün tərif vermək, təcavüzkarlığı cilovlamaq və ümumilikdə sülhü qorumaq vasitələrinin əsasıdır. Bu münasibətlə 1933-cü ildə ilk dəfə Londonda tərki-silah haqqındakı konfransda təcavüzkarlıq məfhumuna tərif verilməsi məsələsi də irəli sürülmüşdür. Orada qeyd edilirdi ki, digər dövlətə qarşı birinci olaraq silahlı qüvvədən istifadə etmiş olan tərəf təcavüzkar hesab edilməlidir. Bu cür təcavüzkarlıq hərəkətlərini heç bir siyasi, hərbi-iqtisadi və ya başqa xarakterili mülahizələrlə doğrultmaq olmaz. Maraqlı burasındadır ki, bu təklifi birinci irəli sürən «Qırmızı imperiya» olmuşdur. Ancaq öz daxilində bütün türkdilli xalqları öz doğma torpaqlarından hamılıqla Sibirə sürgün edir, güllələyir, dustaqxanalara doldururdu.
Məsələ barəsində «Qırmızı imperiya»nın başqa bir cəhətini də yada salmaq pis olmaz. Əslində bu imperiya beynləxlaq aləmdə bir çox xoşagələn təkliflərlə çıxış etsə də, özü təcavüzkar olaraq qalır və indi də bu ambisiyasından əl çəkməyib.

SSRİ 1953-cü ildə təcavüzkarlıq məfhumunun yeni tərifini və 1967, 1969-cu illərdə isə onun təkmillənmiş formasını yenidən BMT Baş Məclisinə təqdim edərək birinci olaraq silahlı güvvədən istifadə edən dövləti təcavüzkar kimi tanımaq fikrində qalmışdır.
Bu gün BMT-nin müddəalarına görə hər hansı dövlətin birinci olaraq müharibə elan etməsi, nüvə silahı, bakterioloji və ya kimyəvi silah işlətmək, başqa dövlətin ərazi və əhalisini bombardman etmək və ya atəşə tutmaq, silahlı basqın etmək, ərazinin hərbi işğal və ilhacı, başqa dövlətin sahil və limanlarının mühasirəsi və ya Təhlükəsizlik Şurasının qərarı ilə təcavüzkarlıq kimi müəyyən edilən hər hansı digər hərəkətlər acıq silahlı təcavüzkarlıq əməllərindəndir. Hətta daxidi çevriliş etmək və ya təcavüzkarlıq xeyrinə siyasət yeritmək üçün başqa dövlətin ərazisinə silahlı trrorcular, təxribatçılar göndərilməsi də dolayı təcavüzkarlıq məfhumuna aiddir. 1990-ci ilin yanvarında Bakıya yeridilən rus qoşunlarının törətdiyi vəhşiliklər bunun bariz nümunəsidir. Yaxud, 366-cı rus diviziyasının ermənilərlə birlikdə Xocalıda həyata keçirdikləri soyqırımı da bu qəbildəndir. Həmin əməllər təcavüzkar dövlətin siyasi və maddi məsuliyyətinə səbəb olan beynlaxlaq cinayət hesab olunur ki, bu cinayətləri törətməkdə təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Təəssüf ki, erməni-Azərbaycan müharibəsində cinayətkar, əli azərbaycanlıların qanına batmış olan Ter-Petrosyan, R.Koçaryan onun ardınca Sarkisyan prezident seçildilər və nə dünya ictimiyyəti, nə də ki, BMT bu şəxsləri indi də cinayətkar kmi qəbul etmək fikrindən uzaqdılar. Görünür ki, burada Beynəlxalq hüquqdan öncə islam faktoru, məsələnin müsbət həllinə maneçilik göstərir. Təbii ki, burada başqa amillər də az deyildir.

1974-cü ildə BMT Baş Məclisinin 29-cu sessiyasındakı qətnamənin birinci məfhumunun tərifi belədir: «Bir dövlətin başqa dövlətin suverenliyinə, ərazi toxunulmazlığına və ya siyasi müsətqiliyyinə qarşı silahlı qüvvə işlətməsi və ya BMT-nin nizamnaməsi ilə bir araya sığmayan, həmin tərifdə müəyyən ekdildiyi kimi, hər hansı başqa yolla qüvvə tətbiq edilməsi təcavüzkarlıq hesab olunur». «Kor-kor, gör-gör» xalq misalından deyidiyi kimidir. Bəs nə üçün erməni Azərbaycan müharibəsində bu beynəlxalq hüquqlarımız pozulur, yaxud öz ədalətli haqqımızı ala bilmirik? Hesab edilməlidir ki, Azərbaycan höküməti məsələni beynlxalq aləmlə yanaşı özümüzdə də müzakirə etməlidir, xalqla, onların qabaqçıları olan ziyalılarla və mütəxəssislərlə birlikdə araşdırmalıdır.
Qeyd edilməlidir ki, məsələ 1957-ci il Helsinki müşaivrəsində qəbul edilmiş yekun aktında da təsdiq olunmuşdur. Bu aktda göstərilir ki, «İştirakçı dövlətlər öz qarşılıqlı münasibətlərində, habelə ümumiyyətlə, beynəlxalq münasibətlərdə nə hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi istiqlaliyyətinə qarşı, nə də Birləşmiş Millətlərin məqsədləri və bu Bəyannamə ilə araya sığmayan hər hansı başqa bir yolla zor işlətməyəcək və zor işlətməklə hədələməyəcəklər». Bu prinsipi pozmağı, yəni zor işlətməklə hədələməyi və ya zor işlətməyi heç bir mülahizə ilə əsaslandırmaq olmaz.
Müvafiq sürətdə iştirakçı dövlətlər digər iştirakçı dövğəlti zor işlətməklə, hədələmək, ya ona qarşı bilavasitə, yaxud dolayısı ilə zor işlətmək demək olan heç bir hərəkət etməyəcəkdir.
Bərabər dərəcədə onlar başqa bir iştirakçı dövləti öz suveren hüquqlarını tamamilə həyata keirmək fikrindən daşınmağa məcbur etmək məqsədilə heç bir zorakılıq göstərməyəcəklər.
Bərabər dərəcədə onlar öz qarşılıqlı münasibətlərində zorakılıqdan və ya zorakılıqla hədələnməkdən öz mübahisələrini və ya aralarına mübahisə sala biiləcək məsələlri həll etmək kimi istifadə etməyəcəklər.

Göründüyü kimi, göstrərilən müddəalar da Azərbaycanın xeyrinədir. Sual olunur, bəs nə üçün erməni-Azərbaycan müharibəsi 17 ildir ki, davam edir? Azərbaycan hücum edən tərəf deyil, Azərbaycan təcavüzkar deyil, Azərbaycan heç bir zor işlətmək mövqeyindən çıxış etmir. Onda erməniləri nəyə görə təcavüzkar adlandırmırlar? Deməli, məsələyə başqa mövqedən yanaşmağa ehtiyac var. Biz ilk öncə fikirləşməliyik ki, ruslar və ermənilər nəyə görə BMT-nin qərarlarını bir növ saymırlar və çıxış yolu nədədir?
Buradan və təcavüz məfhumuna öncə verilmiş anlayışdan aşkar görünür ki, beynəlxalq münasibətlər sahəsində başqa dövlət və xalqlara qarşı zorakılığın, siyasi, iqtisadi və ideoloji təzyiqin bütün formaları qadağan edilməlidir.
Biz həm də bilməliyik ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, hər bir dövləti təcavüzkarlığa qarşı müdafiə etmək hüququ vardır. Həmin hüquqdan istifadə edən hər bir dövlət bu barədə təxirə salınmadan Təhlükəsizlik Şurasına müraciət etməlidir.
Bu məsələdə də fikirləşməyə və optimal qərar çıxarmağa Azərbaycanın böyük ehtiyacı var.
BMT Təhlükəsizlik Şurası adətən özünün əsasən 41 və 42-ci maddələrinə müvafiq tədbirlər görə bilər ki, bu məsələni də Azərbaycan özü üçün tam aydınlıq gətirdikdən sonra addım atmalıdır.

Beynəlxalq hüquqda dövlətlərin ərazi məsələləri
Ərazi anlayışı beynəlxalq aləmdə bu gün daha kəskin olub, Yer kürəsində quru və sulardan, onların üzərindəki hava boşluqlarından, habelə yerin altından, dənizin dibindən ibarət olan bütün sahələrə deyilir.
Dövlətlərin beynəlxalq hüquqi münasibətlər və onları tənzim edən hüquq normaları müəyyən məkanda yaradılıb fəaliyyət göstərir. Belə beynəlxalq hüquqi normaların obyektləri də başlıca olaraq cografi mühitlə bağlıdır. Yer Kürəsinin bütün sahələri ayrı-ayrı dövlətlərin dövlət ərazisinin tərkibinə daxil olmaqla onların qanunlarının təsiri altında olur. (Antarktida, dünya okeanı, onun dibi, açıq dənizlər, kosmik fəzadan başqa.)
Ərazi həm dövlət hüquqi, həm də beynəlxalq hüquq əsasında tənzim olunan predmetdir. Beynəlxalq münasibətlərdə ərazi həm müxtəlif dövlətlərin hakimiyyət fəaliyyətinin hüdudu, həm də onların arasında xarici siyasətini və beynəlxalq hüquqi münasibətlərin obyektidir.
Beynəlxalq hüququn bir subyekti kimi nə əhalisiz, nə də ərazisiz normal dövlət varlığı mümkün deyildir. Elə bu səbəbdən də ermənilər Azərbaycanın torpaqlarını tutduqca yerli əhalini yox edib, başqa-başqa dövlətlərdə yaşayan erməniləri oraya köçürür, yaxud yalandan həmin ünvanda qeydiyyata götürürlər. O, səbəbdən də Ermənistanda əhalinin ümumi sayı, yaşayanlardan çox olur, hətta belə yalançı statistika ilə ermənilərin «genosid»ini də sənədləşdirməyə səy göstərirlər.
Dövlət ərazisinin yalnız dövlətə məxsus olub onun tam və müstəqil hakimiyyəti altında olmasına, beynəlxalq hüquqda ərazi başçılığı və ya ərazi üstünlüyü deyilir.
Ərazi başçılığının hüquqi təbiəti haqqında tarixən üç nəzəriyyə mövcud olmuşdur. Bunlar ərazini hökmdarın ali hakimiyyət — yəni onu dövlətə və ya millətə məxsus olan mülkiyyət hesab edən obyekt nəzəriyyəsi ərazinin dövlət hakimiyyətinin sahəsi hesab edən hakimiyyət nəzəriyyəsi: əraziyə coğrafi anlayış deyil, hüquqi cəhətcə dövlət fəaliyyətinin həyata keçirildiyi yer kimi baxış səlahiyyətlər nəzəriyyəsidir.
Hazırki beynəlxalq hüquqda bütün xalqların hüquq bərabərliyi və öz müqədəratını təyin etmək hüququnu, əsasən, hər bir xalq ərazisində siyasi-iqtisadi və mədəni həyatını təşkil etmək, ictimai qaydanı təmin etmək və s. kimi funksiyaların müstəqil həyata keçirməlidir. Deməli, həmin ərazidə sahibkar dövlətdən başqa heç kəs qanunlar vermək hüququna malik deyildir. Ərazi başçılığı dövlət suverenliyinin ayrılmaz hissəsidir. Ona görə də beynəlxalq hüquq nöqteyi-nəzərindən ərazi başçılığının pozulması, dövlət suverenliyinin pozulması deməkdir.
Bəzi dövlətlər buna məhəl qoymasalar da dövlətlərin ərazi bütövlüyü və toxunulmazlığı müasir beynəlxalq hüququn ən mühüm və ümumi tanınmış prinsiplərindən biridir. Qanun BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində öz rəsmi ifadəsini tapmışdır.
Hər hansı bir dövlətin tam və müstəqil suverenliyi altında olan bütün sahələr, o cümlədən quru və sular, yerin altı və müvafiq hava sahəsi dövlət ərazisinin tərkibinə daxildir.
Suveren dövlətlərdəki bütün torpaqlar və onların təki, adalar qütb torpaqları anklavlar həmin dövlətin quru ərazisidir. Dövlətin hər tərəfdən başqa dövlətin quru ərazisi ilə əhatə edilən və su sahilinə malik olmadan ərazi hissəsini anklav adlandırırlar. Bu isə başqa dövlətlərlə əlaqə saxlamaq üçün ona yol verilməsi məsələsini, hər dəfə zəruri bir məsələ kimi qarşıya qoyur. Bu mənada Azərbaycan dövlətinin yerləşdiyi coğrafi məkan nəinki Rusiya, İran, Gürcüstan, Ermənistan, Türkiyə ilə hətta ondan çox-çox uzuqlarda olan dövlətlərlə siyasi-iqtisadi mənafeləri nizamlamaqda bizim üçün böyük üstünlük verir. Burada Şərqlə Qərbi birləşdirəcək və Azərbaycandan keçəcək neft kəmərindən daha çox faydalanmaq olar. Azərbaycan iqtisadi əlaqələr üçün də təkcə Qərblə Şərq arasında olmayıb, demək olar ki, bütün dünya dövlətləri üçün də həddindən artıq maraqlı bölgədir. Dünya dövlətlərinin bu marağından respublikamızın xeyrinə daha çox istifadə etmək bizim vətəndaşlıq borcumuzdur.
Dövlətlərarası münasibətlərdə — xüsusən siyasi, iqtisadi və ərazi məsələlərində beynəlxalq hüquq nöqtəyi nəzərdən Azərbaycan ermənistandan Zəngəzurun geri qaytarılmasını ön plana çəkməlidir. Əvvəla, Zəngəzur əzəli azərbaycan torpağıdır, heç bir Dövlət beynəlxalq hüquq qanunlarına söykənmədən verilib, bu aktda Azərbaycan iştirak etməyib və Naxçıvanla Azərbaycan arasında heç bir əlaqə yoxdur ki, bu da dünya dövlətləri tarixində və beynəlxalq hüquqda təsadüf olunmayan anomal haldır.
Müstəqil dövlətin quru ərazisinin altı kimi dəniz dibi, dəniz dibinin altı da heç bir hüquqi məhdudiyyət olmadan həmin dövlətin ərazisinə daxildir.
Dövlətin quru və su ərazisinin sərhəd xətləri həndəsi qayda üzrə şaquli qoyulan və yer altına doğru uzanan düz xətlə müəyyən edilir. Hər bir dövlət öz ərazisi tərkibinə daxil olan yerin altında və dəniz dibində tədqiqat və kəşfiyyat işləri aparmaq, orada sərvətləri çıxarmaq, və ya istədiyi kimi onları istismar etmək hüququnu özündə saxlayır. Çox təəssüflər ki, bu işlərdə də biz özümüz öz hüququmuzu müdafiə edə bilmirik, Laçındakı, Kəlbəcərdəki və Zəngilandakı qızıl, mis, mərmər, giymətli daşlar, tikinti materialları mineral bulaqları və Kiçik Qafqazın şirin su problemlərini buna misal gətirmək kifayyətdir.
Dövlətin quru və su ərazisi üzərində fəza boşluğu da dövlətin ərazisinə daxildir.
Dövlətin bayrağını daşıyan hər bir dəniz və çay gəmiləri, hava gəmiləri, uçuş aparatları, dövlət ərazisinin tərkib hissəsidir, hərbi gəmilər və digər dövlət gəmiləri, onların olduğu yerdən asılı olmayaraq öz dövətinin ərazisi heçab olunur.
Dəniz və çay gəmiləri, hava gəmiləri yalnız öz dövlətinin milli qanunlarına, xarici dövlətin ərazisində isə onun qanunlarına tabedir.
Belə bir məsələni də qeyd etməmək də mümkün deyildir ki, ərazi dəyişikliklərinin hüquqi əsasları beynləxalq hüquqda yox dərəcəsindədir. Lakin, özgə torpaqların işğal etmək, başqa xalqları əsarətə almaq, bütün dövrlərdə olmuşdur. Azərbaycan xalqı, onun torpaqları isə belə işğlallara zaman-zaman məruz qalmış və öz varluğunu tam itirməmiş bəlkə də yeganə gədim xalqdır. Hazırki ədalətsiz müharibə də bunu öz xalqımıza daha çox açıqlayır.
Dünya tarixində bir dövlətin ərazisinin tam, yaxud bir hissəsinin satılması, icarəsi, mübadilə edilməsi halları da olmuşdur. Qalan halların hamısında ərazi dəyişiklikləri ancaq əvvəlsə güclə həyata keçirilmiş, sonra buna «qanun» donu geydirilmişdir.
Dövlət ərazisini göstərmək üçün dövlət sərhəd xətləri olur ki, dövlətlərin əraziləri, biri digərindən bu xətlərlə ayrılır.
Müasir beynəlxalq hüquqda oroqrafik, həndəsi, astronomik və qarışıq sərhədlərə çox rast gəlinir. Oroqrafik sərhədlər yerin relyefini (su, çay axını, su boğucu xətt, dəniz, dağ və s.) nəzərə alınmaqla çəkilən xətlərdir.
Həndəsi sərhədlər kəndi, şəhəri, binaları, yaşayış yerlərini dağıtmaq şərti ilə çəkilən xətlərdir. Astronomik sərhədlər isə coğrafi dərəcə torunun paralel və meridianları ilə müəyyən olunur. Lakin, hazırda beynəlxalq hüquqla müəyyənləşdirilməyən sərhədlər də mövcuddur. Belə sərhədlərə geopolitik sərhədlər deyilir ki, bu da böyük və güclü dövləti dünyanın bu və ya digər hissəsində öz mənafelərini qoruyub saxlamağa xidmət sərhədləridir. Dövlət sərhədləri dövlətin öz qanunları və bağladığı saziş, müqavilə ilə beynəlxalq sərhəd qanunlarına qovuşur və bütün dövlətlərin qəbul etdiyi status səviyyəsinə qalxır.
Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi ərazi məsələləri, dövlət sərhədləri, dövlət sərhəd xətləri işlərinin bərpasında çox ciddi cəhdlə səy göstərməlidirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.