Beynəlxalq ticarət
Bu göstərişlər arasında, bazarda mükəmməl olmayan rəqabət kimi ticari dinamikada ortaya çıxan müəyyən problemləri həll etmək üçün dövlətin müdaxiləsi zərurəti önə çıxır.
Beynəlxalq ticarətdə müqavilə şərtləri – Incoterms
Incoterms – İnternational Commercial Terms (ticarət şərtlərinin beynəlxalq təfsiri qaydaları) beynəlxalq daşıma müqavilələrində işlənən beynəlxalq daşıma şərtlərinin təfsiri üçün müəyyən olunmuş standart qaydalar sistemidir. Bu təfsir qaydaları Beynəlxalq Ticarət Palatası (BTP) tərəfindən beynəlxalq ticarət qaydalarını asanlaşdırmaq və sadələşdirmək üçün təqdim olunmuşdur. Bu cür müqavilə şərtlərinə vahid beynəlxalq yanaşma ticarət baxımından böyük önəm kəsb edir. Həmin qaydalar adətən tərəflər müqavilədə bu haqda qeyd etdiyi hallarda tətbiq olunur. Incoterms BTP tərəfindən ilk dəfə 1936-cı ildə yayımlanıb. Beynəlxalq ticarət praktikasındakı dəyişikliklərə uyğunlaşdırmaq məqsədilə İncoterms-ə 1953, 1967, 1976, 1980, 1990, 2000, 2010-cu illərdə əlavə və dəyişikliklər edilib. Sənədin ən son versiyası olan “İNCOTERM 2010” 1 yanvar 2011-ci il tarixindən etibarən qüvvəyə minmişdir.
BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyası (UNCİTRAL) İNCOTERMS-in qaydalarını qlobal standart kimi tanımışdır. İNCOTERMS qaydaları müqavilə demək deyil. Bu qaydalardan məhsulların satışı və təyinat məntəqəsində çatdırılması üzrə imzalanan müqavilələrdə istifadə olunur. Bu qaydalar hüquqi baxımdan ölkədaxili müvafiq qanunlardan üstün deyil və mülkiyyət hüququnun ötürülməsi, ödəniləcək məbləğ, valyuta və ya kredit şərtlərini tənzimləmir.
İnkoterms müqavilələri xüsusiyyətinə görə 4 qrupa bölünür ki, bunlar E,F,C və D qruplarıdır.
- E qrupu – EXW (Ex Works);
- F qrupu – FCA (Free Carrier), FAS (Free Alongside Ship) və FOB (Free On Board);
- C qrupu – CFR (Cost and Freight), CİF (Cost, Insurance and Freight), CPT (Carriage Paid To), CİP (Carriage And Insurance Paid To);
- D qrupu – DDP (Delivered Duty Paid), DAT (Delivered at Terminal), DAP (Delivered at Place) aiddir.
EXW– Ex Works (müəssisədən vermə). EXW-yə əsasən satıcının vəzifəsi alıcı ilə razılaşdırılmış vaxtda məhsulu alıcıya təqdim etməkdir. Bu təqdimetmə satıcının olduğu ölkədə baş verir. satıcı məhsulu alıcıya təqdim etdikdn sonra onun vəzifəsi bitmiş hesab olunur.
FCA – Free Carrier (named place), müəyyən olunmuş yerdə daşıyıcıya təhvil verdikdən sonra satıcının azad olması. Satıcı əmtənin limana qədər daşıma xərclərini və gömrük rüsumlarını öz üzərinə götürür. Daha sonra məhsulu (əmtəəni) ya gəmi daşıyıcı, və ya dəmir yol daşıyıcısına təhvil verir. bununla da, satıcı öz vəzifəsini sona çatdırır. əmtənin daşınma və çatdırılma riski alıcının üzərinə düşür.
FAS – Free Alongside Ship (named loading port), müəyyən olunmuş yükləmə məntəqəsinə, dəniz daşıma vasitəsinə çatdıqdan sonra satıcının azad olması. Bu növ ticarət adətləri yalnız dəniz daşımalarına aiddir. Satıcı müəyyən edilmiş vaxtda yükləri konkret gəmiyə yükləyir. Bununla da onun vəzifəsi sona çatır.
FOB – Free on board (named loading port), satıcının məhsulu gəmiyə yüklədikdən sonra azad olması. Bundan başqa məhsulun gömrük baxışından keçirilməsi və gömrük rüsumunun ödənilməsi satıcının öhdəsinə düşür.
CFR – Cost and Freight (named destination port), göstərilmiş limanda dəyər və nəqliyyat xərclərinin satıcı tərəfindən ödənilməsi. Satıcı məhsulun dəyərinə görə pul o halda ödəyir ki, daşıma riski satıcıdan alıcıya transformasiya edilir, yəni alıcının üzərinə köçürülür.
CİF – Cost, Insurance and Freight (named destination port), dəyər, sığorta, daşıma xərci. Göstərilmiş limanda dəyər, sığorta və nəqliyyat xərclərinin satıcı tərəfindən ödənilir.
CPT – Carriage Paid To (named place of destination), göstərilən məntəqəyə qədər daşıma xərclərinin ödənilməsinin ehtiva edir. Burada daşıma xərclərinin ödənilməsi satıcının üzərinə düşür. Risk daşımanı həyata keçirənin üzərinə düşür. Əgər əmtəə bir neçə daşıma vasitəsi və ya eyni növdən olan ayrı-ayrı daşıma vasitələri tərəfindən həyata keçirilərsə, bu zaman risk birinci təhvil götürənin üzərinə düşür.
DAF – Delivered At Frontier (named place), sərhəddə qədər müəyyən olunan daşıma mənasındadır. Bu hal dəmir yol və avtomobil daşımaları üçün səviyyəvidir. Sərhəddə qədər daşımanın xərclərini satıcı ödəyir. Sərhəddən konkret ünvana qədər daşıma xərcini isə alıcı ödəyir. Risk sərhəddə baş verir. sərhəddə gömrük rüsumunun ödənilməsi alıcının üzərinə düşür.
DES – Delivered Ex Ship (named port), əmtəənin gəmiylə çatdırılmasının ehtiva edir. Gəminin nəzərdə tutulan limana çatması və alıcının yükləri boşaltmasına qədər risk baş vermir. Satıcı CİF altında olduğu kimi, daşıma xərci və sığorta ödəyir. CFR və CİF-dən fərqli olaraq satıcı göstərilən əmtəənin limana çatması ilə bağlı öhdəlik götürür. Boşaltma xərcləri, həmçinin limanda nəzərdə tutulmuş vergiləri alıcı ödəyir. Dağıla bilən məhsullara – buğda, maye kimyəvi məhsullara münasibətdə daşımanın daha təhlükəsiz baş tutması üçün satıcı öz gəmisindən istifadə edə bilər.
DEQ – Delivered Ex Quay (named port), rüsum ödəməklə limana çatdırma. Mahiyyətcə DES ticarət adəti ilə oxşardır. Risk yüklərin boşaldılması zamanı baş verir.
DDU – delivered duty unpaid (named port), rüsum ödəmədən çatdırılma. Satıcı əmtəəni alqı-satqı müqaviləsinə əsasən çatdırır. Alıcı rüsum və boşaltma riskinə görə məsuliyyət daşıyır. əgər alıcı rüsum və boşaltmanın satıcı tərəfindən ödənilməsini azru edirsə, bunu mütləq alqı-satqı müqaviləsində qeyd etməlidir.
DDP – delivered duty paid (named port), rüsum ödəməklə çatdırılmış. Satıcı bütün daşıma xərclərini ödəyir və çatdırılma riskini öz üzərinə götürür.
Incoterms alıcı və satıcı arasındakı daha xüsusi məsələləri tənzimləyir. Incoterms əsasən risk məsələlərini, daha geniş desək, həm də ixrac və idxal xərcləri ilə bağlı təmizləmə məsələləri (cleaning), malın qablaşdırılması, alıcının çatdırılan malı qəbul etməsi, eləcə də bütün öhdəliklərin yerinə yetirildiyinin sübutla təmin etməsi kimi məsələrlə bağlı xüsusi qaydalardır. Incoterms ənənvi müqavilə qaydalarını əvəzləmək məqsədilə deyil, onları tamamlamaq məqsədilə tətbiq olunur.
Milli.Az
Beynəlxalq ticarət
Beynəlxalq Ticarət və Logistika ixtisasının əsas yaradılma məqsədi qloballaşan dünyada olan beynəlxalq bazarları, ticarəti və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək, bu öyrəndiklərini biznesin müxtəlif sahələrində (beynəlxalq əlaqələr, logistika departamentlərində) praktiki olaraq tətbiq etmək bacarığı olan kadrlar yetişdirməkdir. Bu ildən əvəz etdiyi “Dünya İqtisadiyyatı” ixtisasının bir istiqamətidir və qeyd etdiyimiz kimi beynəlxalq marketin ticarət bölümünü öyrənir. “Logistika” ixtisası ilə çox yaxın olsa da, bu ixtisas özündə daha çox iqtisadiyyat yönlü məsələləri cəmləyir və bu cəhətdən akademik istiqamətdə də irəliləyərək karyera qurmaq mümkündür.
Bir şirkət mallarını xaricə satırsa, orada məhz bu ixtisas sahibi ixracı idarə edir. Məhsulların uğurlu marketinqi üçün xarici bazarı araşdırır, rəqiblərin qiymətlərini təhlil edir, istehlak xüsusiyyətlərinə və onun üçün maraqlandığı ölkədə malların keyfiyyətinə dair tələbləri öyrənir. Eyni zamanda bir logist funksiyasını yerinə yetirərək malların daşınmasını da təşkil edir. Məhsulları hansı nəqliyyatda və hansı marşrutda çatdırmaq üçün daha rahat olduğuna qərar verir. Bu ixtisas iqtisadiyyat, hüquq və xarici dillərlə maraqlananlara uyğundur.
İxtisasın tarixi
İxtisas, köhnə “Dünya İqtisadiyyatı” ixtisasının adı dəyişilərək qurulan ixtisasdır. “Dünya İqtisadiyyatı” ixtisası isə, ölkəmizin müstəqillik əldə etməsindən sonra, ölkənin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidini sürətləndirmək üçün dünya bazar iqtisadiyyatı təcrübəsinin öyrənilməsini təmin edəcək mütəxəssislər yetişdirmək üçün 2009-cu ildə qurulmuşdur.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- ➝ Xarici qurumlarla işləmək;
- ➝ Onların nümayəndələrilə danışıqlar aparmaq;
- ➝ Müştərilərin və tərəfdaşların axtarışı;
- ➝ Olduğu şirkətin beynəlxalq nəqliyyat və yükdaşımalarına nəzarət etmək;
- ➝ Malların daşınması xərclərinin optimallaşdırılması;
- ➝ Malların gömrük rəsmiləşdirilməsini həyata keçirmək;
- ➝ Valyuta məzənnələrinin gündəlik izlənməsi;
- ➝ Şirkət üçün beynəlxalq layihələr hazırlamaq və ya iştirak etmək;
- ➝ Dünya bazarını araşdırmaq;
- ➝ Şirkətə xarici ölkə və ya şirkətlərlə əlaqə yaratmaq üzrə yardımçı olmaq;
- ➝ Şirkətin xarici iqtisadi əlaqələrinin inkişafı strategiyasının hazırlanması;
- ➝ Müqavilələrin icrasının bütün mərhələlərinə nəzarət etmək;
- ➝ Prezentasiya hazırlamaq;
- ➝ Beynəlxalq sərgilərdə iştirak;
- ➝ İş yazışmalarının və müşayiət olunan sənədlərin aparılması;
- ➝ Tabeçiliyində olan işçilərin idarə edilməsi.
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ Azərbaycan Dövlət İqtisad Universiteti;
- ➝ Azərbaycan Dövlər Neft və Sənaye Universiteti;
- ➝ Azərbaycan Kooperasiya Universiteti;
- ➝ Azərbaycan Texniki Universiteti;
- ➝ Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyası;
- ➝ “Azərbaycan” Universiteti
- ➝ Bakı Biznes Universiteti;
- ➝ Bakı Dövlət Universiteti;
- ➝ Qərbi Kaspi Universiteti;
- ➝ Lənkəran Dövlət Universiteti;
- ➝ Naxçıvan Dövlət Universiteti;
- ➝ “Naxçıvan” Universiteti (Naxçıvan şəhəri)
- ➝ Sumqayıt Dövlət Universiteti.
Bu ixtisas üzrə harada çalışmaq olar
- ➝ Səfirliklər;
- ➝ Beynəlxalq Ticarət Palatası;
- ➝ Trans Milli Şirkətlər;
- ➝ Xarici ölkələrlə əlaqəli yerli şirkətlər;
- ➝ Logistika şirkətləri;
- ➝ Beynəlxalq Təşkilatlar.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- ➝ İqtisadiyyat və kommersiya yönlü fənlərdən dərin məlumatlılıq;
- ➝ Beynəlxalq iqtisadiyyat üzrə informasiyalarla çalışmaq;
- ➝ Texnoloji savadlılıq;
- ➝ Dil bilikləri;
- ➝ Danışıqlar aparma qabiliyyəti;
- ➝ Layihələr icra etmə qabiliyyəti;
- ➝ Araşdırma bacarığı (xüsusilə beynəlxalq bazarı);
- ➝ Ümumi biznes savadlılığı (təməl biliklər);
- ➝ Ünsiyyət bacarığı;
- ➝ Stressə davamlılıq;
- ➝ Özgüvənli olmaq;
- ➝ Təşəbbüskarlıq;
- ➝ Detallara diqqət yetirməyi bacarığı;
- ➝ Nəticələrinin təqdimatını etməyi bacarmaq;
- ➝ Məsuliyyətli olmaq.
İxtisasın gələcəyi
Müasir dünyamızın ən böyük trendlərindən biri beynəlxalq əlaqələr, ticarət, maliyyə kimi sahələr olacaq. Xüsusilə də Azərbaycanda qeyri-neft sektoru ilə əlaqədar gedən inkişaf ölkədə ümumi beynəlxalq ticarətin inkişaf etməsinə və bu sahə üzrə yetişən kadrlara ehtiyacın artmasına səbəb olacaqdır. Bacarıqlı və bilikli kadrlar üçün xarici ölkələrdə də karyera qurmaq üçün böyük imkanlar var.
Əmək haqqı
İşlədiyi qurumdan asılı olaraq orta aylıq əmək haqqı 800 – 1000 AZN və 1500-2000 AZN arasında ola bilər.
Beynəlxalq Ticarətin 6 Əsas Nəzəriyyəsi
The beynəlxalq ticarət nəzəriyyələri Hər dövrün gerçəkliklərinə uyğunlaşdırıldıqları müddətdə 16-cı əsrdən bu günə qədər təklif edilmişdir.
Bu nəzəriyyələr, beynəlxalq ticarət sahəsində ortaya çıxan bütün ssenarilərə və problemlərə cavab verməyə çalışdıqları üçün illər keçdikcə daha da mürəkkəbləşdi.
Beynəlxalq ticarət nəzəriyyələri müxtəlif ölkələr arasındakı ticarət əlaqələrini başa düşmək və onların iqtisadi böyüməsini dəstəkləmək zərurəti nəticəsində yaranır.
Bu nəzəriyyələr vasitəsilə insanlar millətlər arasındakı ticarətin səbəblərini, təsirlərini və müxtəlif təsirlərini anlamağa çalışdılar.
Beynəlxalq ticarət nədir?
Beynəlxalq ticarət fərqli milli ərazilər arasında mal və xidmət mübadiləsini nəzərdə tutur. 2010-cu ildə beynəlxalq ticarətin dəyəri 19 trilyon ABŞ dollarına (19,000,000,000,000) çatdı, bu da dünya Ümumi Daxili Məhsulunun təxminən 30% -i idi.
Bu, dünya mal və xidmətlərinin üçdə birinin beynəlxalq alverdə satılması deməkdir. Bu hərəkat tarix boyu mövcud olsa da, son yüzillərdə əhəmiyyətini artırdı.
On yeddinci və on səkkizinci əsrlərdə sözdə merkantilizm, ölkələrin ixracatı təşviq etməli və idxal etməməli olduğunu iddia etdi.
Bununla birlikdə, 18-ci əsrin sonunda klassik beynəlxalq ticarət nəzəriyyələri başladı: Smith mütləq üstünlük nəzəriyyəsi ilə, Rikardo isə müqayisəli üstünlüklə, Heckscher-Ohlin və onun nəzəriyyələri Məhsulun həyat dövrü.
Nəhayət, 20-ci əsrin sonunda, yeni beynəlxalq ticarət nəzəriyyəsi olaraq bilinən bir çox məşhur iqtisadçı ortaya çıxdı.
Əsas ticarət nəzəriyyələrimilli
Hər birinin ən vacib qaydaları aşağıda izah olunacaq:
Merkantilizm nəzəriyyəsi
16-cı əsrin ortalarında İngiltərədə ortaya çıxdı. Əsas göstərişlərindən biri, idxaldan daha çox ixracat yaratmaq ehtiyacı və bir ölkənin iqtisadi irsinin ən vacib elementləri kimi qızıl və gümüş tərifi ilə əlaqəli idi.
Merkantilist nəzəriyyə, daha çox ixracatın daha böyük bir zənginlik və bu səbəbdən bir millətdə daha böyük güc yaratacağını göstərirdi.
Bu nəzəriyyəyə görə, ixracat nəticəsində yaranan şey, idxalı ödəməyi və mənfəət əldə etməyi mümkün edəcəkdir.
Merkantilist nəzəriyyəyə görə, idxaldan daha çox ixracat edilməlidir; bu səbəbdən, Dövlət idxalın məhdudlaşdırılmasında əsas rol oynadı.
Bu məhdudiyyət digər hərəkətlər arasında iqtisadi sanksiyalar, idxal inhisarlarının yaranması yolu ilə həyata keçirildi.
Mütləq üstünlük nəzəriyyəsi
Mütləq üstünlük nəzəriyyəsi, yüksək vergilərin və dövlət məhdudiyyətlərinin tətbiq olunmasına qarşı olan Şotlandiya filosofu və iqtisadçısı Adam Smith tərəfindən irəli sürülmüşdür.
1776-cı ildə əsərini nəşr etdirdi “Millətlərin sərvəti”Vasitəsilə millətlərin mütləq üstünlüyə sahib olduqları məhsuldar sahəni müəyyənləşdirməli və bu sahədə ixtisaslaşmaları şərtdir.
Mütləq üstünlük anlayışı daha səmərəli və daha keyfiyyətli ola biləcək istehsal üçün tətbiq olunur.
Smith bunların ixrac edilməli məhsullar olduğunu və bu məhsulların idxalının öz ölkələrində əldə edilməsindən daha az mal olduğu halda, idxalata öz millətində əldə edilə bilən məhsulları daxil edə biləcəyini düşündü.
Müqayisəli üstünlük üstünlüyü nəzəriyyəsi
David Ricardo (1772-1823), 1817-ci ildə müqayisəli üstünlük nəzəriyyəsini Smith-in mütləq nəzəriyyəsinə alternativ olaraq təqdim edən bir İngilis iqtisadçısı idi.
Məqalədə Ricardo, bir ölkənin hər hansı bir malın istehsalında mütləq bir üstünlüyə sahib olmadığı təqdirdə, daha çox müqayisəli üstünlüyə sahib olduğu mallarla ticarət etməsi lazım olduğunu təsdiqlədi. Başqa sözlə, Ricardo mütləq deyil, nisbi xərcləri nəzərə alırdı.
Ricardo tərəfindən verilən nümunə bunlar idi: yalnız iki ölkə olan Portuqaliya və İngiltərənin olduğu bir dünyada; və məhsul və parça və şərabın olduğu Portuqaliyada bir parça parça istehsal etmək 90 saat, şərab vahidi istehsal etmək isə 80 saat çəkir. İngiltərədə isə bir parça parça istehsal etmək 100 saat, şərabdan birini istehsal etmək 120 saat çəkir.
Gördüyümüz kimi, Portuqaliyanın hər iki malın istehsalında mütləq üstünlüyü var. Buna görə Smithə görə bu ölkələr ticarət etməməlidir.
Bununla birlikdə, Rikardo aşağıdakıları təklif edir: İngiltərə üçün parça istehsal etmək şərabdan daha ucuz olduğu üçün və Portuqaliya üçün də şərab istehsal etmək parçadan daha ucuz olduğu üçün hər iki ölkə də ən səmərəli olduqları yaxşılıqda ixtisaslaşmalıdır.
Yəni müqayisəli üstünlüyə malik olduqları yaxşı cəhətdən. Beləliklə, beynəlxalq ticarət artacaqdı, çünki İngiltərə kumaş istehsalına 220 saat, Portuqaliya isə şərab istehsalına 170 saat sərf edəcəkdi.
Faktor nisbəti nəzəriyyəsi
1900-cü illərin əvvəllərində İsveçli iqtisadçılar Eli Heckscher və Bertil Ohlin tərəfindən irəli sürülən bu nəzəriyyənin əsas şərti, hər bir ölkənin xammalı bol olan məhsulların istehsalında hər ölkənin daha səmərəli olacağı fikri ilə əlaqəlidir. ərazi.
Fakt nisbəti nəzəriyyəsi bir millətin istehsal faktorları bol olan məhsulları ixrac etməli və ölkədəki az məhsuldar amillərdən istifadə edənləri idxal etməli olduğunu müəyyənləşdirir.
Heckscher-Ohlin nəzəriyyəsi ticarətin hər bir ölkədə məhsuldar amillərin mövcudluğu ilə təyin olunduğunu nəzərdə tutur.
Əksinə olan bəzi dəlillər, bəyanatın bir ölkənin təbii qaynaqları ilə açıq şəkildə əlaqəli olduğunu göstərir, ancaq sənaye qaynaqları dedikdə, nəzəriyyənin tətbiqi daha az birbaşa olur.
Məhsulun həyat dövrü nəzəriyyəsi
Bu nəzəriyyə 1966-cı ildə Amerikalı iqtisadçı Raymond Vernon tərəfindən irəli sürülmüşdür. Vernon müəyyən edir ki, bir məhsulun ixrac və idxal xüsusiyyətləri marketinq prosesi zamanı dəyişə bilər.
Vernon məhsul tsiklində 3 fazı təyin edir: giriş, yetkinlik və standartlaşdırma.
Giriş
İnkişaf etmiş bir ölkənin ixtira etmək imkanı var və onu öz daxili bazarına təqdim edir. Yeni bir məhsul olduğu üçün bazara tədricən daxil olur.
İstehsala tələsik reaksiya vermək və istehlakçılardan birbaşa rəy ala bilmək üçün istehsal hədəf bazarın yaxınlığında yerləşir. Bu mərhələdə hələ də beynəlxalq ticarət yoxdur.
Yetkinlik
Məhz bu məqamda məhsulun xüsusiyyətləri istehlakçıların verdiyi reaksiyaya uyğun olaraq sınaqdan keçirildiyi üçün kütləvi istehsal işlərinə başlamaq mümkündür.
İstehsal daha geniş texniki elementləri özündə cəmləşdirir və daha geniş miqyaslı istehsala imkan verir. Məhsula olan tələbat istehsal edən ölkə xaricində yaranmağa başlaya bilər və digər inkişaf etmiş ölkələrə ixrac olunmağa başlayır.
Bu mərhələdə yenilikçi məhsul istehsal edən inkişaf etmiş ölkənin iqtisadi cəhətdən əlverişli olduğu müddətdə bu məhsulun xaricdə istehsalını təşviq etməsi mümkündür.
Standartlaşdırma
Bu mərhələdə məhsul kommersiya halına gətirilmişdir, buna görə xüsusiyyətləri və necə istehsal edildiyi barədə fikirlər ticarət amillər tərəfindən bilinir.
Vernon-a görə, hazırda sözügedən məhsulun inkişaf etməkdə olan ölkələrdə istehsalı mümkündür.
İnkişaf etməkdə olan ölkələrdə istehsalın dəyəri inkişaf etmiş ölkələrə nisbətən daha aşağı olduğundan bu mərhələdə inkişaf etmiş ölkələr sözügedən məhsulu inkişaf etməkdə olan ölkələrdən idxal edə bilər.
Doyma
Satış artımını dayandırır və sabit qalır. Rəqiblər daha böyükdür və xeyli bazar payı qazanmışlar. Məhsulu daha cəlbedici etmək üçün onu dəyişdirmək lazım ola bilər.
Rədd et
Bu mərhələdə məhsulun xüsusiyyətləri və prosesi yaxşı bilinir və istehlakçılara tanışdır. Satışlar, yaxşılığı istehsal etməyə davam etməyin iqtisadi baxımdan sərfəli olmadığı nöqtəyə qədər azalmağa başlayır.
Beynəlxalq ticarətin yeni nəzəriyyəsi
Əsas təbliğatçıları James Brander, Barbara Spencer, Avinash Dixit və Paul Krugman idi. Bu anlayış 1970-ci illərdə ortaya çıxdı və əvvəlki nəzəriyyələrdə olan qüsurlara həll təklif edir.
Bu göstərişlər arasında, bazarda mükəmməl olmayan rəqabət kimi ticari dinamikada ortaya çıxan müəyyən problemləri həll etmək üçün dövlətin müdaxiləsi zərurəti önə çıxır.
Həm də dünya miqyasında ən geniş yayılmış ticarətin miqyaslı bir iqtisadiyyat (daha çox maliyetin daha çox istehsal olunduğu bir ssenari) nəticəsində meydana gələn daxili sənaye olduğunu göstərirlər.
İstinadlar
- Quiroz, L. “H-O iqtisadi modelinin əsasları (Heckscher-Ohlin Modeli)” (15 May 2012) Beynəlxalq İqtisadiyyat və Maliyyə. 5 sentyabr 2017-ci il tarixində Beynəlxalq İqtisadiyyat və Maliyyə: puce.edu.ec
- Aguirre, C. “Adam Smith və David Ricardo nəzəriyyəsindən beynəlxalq ticarətin təsirləri” Beynəlxalq İqtisadiyyat və Maliyyə. 5 sentyabr 2017-ci il tarixində Beynəlxalq İqtisadiyyat və Maliyyə: puce.edu.ec
- Lavados, H. “Beynəlxalq ticarət nəzəriyyələri. Modellər və bəzi ampirik dəlillər: biblioqrafik icmal ”adlı Universidad de Chile’de. 5 sentyabr 2017-ci il tarixində Universidad de Chile-dən alındı: econ.uchile.cl
- Garita, R. Gestiópolis’teki “Beynəlxalq ticarətin iqtisadi nəzəriyyəsi” (29 Noyabr 2006). 5 sentyabr 2017-ci ildə Gestiópolis-dən alındı: gestiopolis.com
- Godinez, H. Universidad Autónoma Metropolitana’da “Beynəlxalq ticarət nəzəriyyələri”. 5 sentyabr 2017-ci il tarixində Universidad Autónoma Metropolitana’dan alındı: sgpwe.izt.uam.mx
- Morgan, R. və Katsikeas, C. “St Andrews Universitetində beynəlxalq ticarət, birbaşa xarici investisiyalar və firma beynəlmiləlləşdirmə nəzəriyyələri: bir tənqid” (1997). 5 sentyabr 2017-ci ildə St Andrews Universitetindən alındı: st-andrews.ac.uk
- Universitata din Craiova’da “Klassik beynəlxalq ticarət nəzəriyyələri”. 5 sentyabr 2017-ci il tarixində Universitata din Craiova’dan alındı: cis01.central.ucv.ro
- Sen, S. “Beynəlxalq Ticarət Nəzəriyyəsi və Siyasəti: Ədəbiyyata Bir Baxış” (Noyabr 2010) Levy İqtisadiyyat İnstitutunda. 5 sentyabr 2017-ci il tarixində Levy İqtisadiyyat İnstitutundan alındı: levyinstitute.org
- Harrington, J. Washington Universitetində “Beynəlxalq Ticarət Nəzəriyyəsi” (1 Fevral 2013). 5 sentyabr 2017-ci il tarixində Washington Universitetindən alındı: washington.edu
- Ibarra, D. “Beynəlxalq Ticarətin Klassik Nəzəriyyəsinin Tənqidi, böyük bir ölkə ilə kiçik bir ölkə arasında ümumi bir tarazlıq yanaşması” (2016) Science Direct-də. 5 sentyabr 2017-ci il tarixində Science Direct-dən alındı: scomachirect.com
- Hernández, G. Universidad Tecnológica de la Mixteca’da “Qlobal iqtisadiyyatın postmodernləşməsində Beynəlxalq Ticarətin Yeni Nəzəriyyəsi”. 5 sentyabr 2017-ci il tarixində Universidad Tecnológica de la Mixteca-dan alındı: utm.mx
- Wright Dövlət Universitetində “Taklit Gecikmə Hipotezi”. 5 sentyabr 2017-ci ildə Wright Dövlət Universitetindən alındı: wright.com.
Comments are closed, but trackbacks and pingbacks are open.