Press "Enter" to skip to content

Beynlxalq turizmd informasiya sistemlri

�� İKT və turizm sektoru

VİRTUAL-KURS.COM

Yeni Tədris metodları: VİDEO DƏRSLƏR, ONLINE TESTLƏR.

Sayfalar

  • Ana Səhifə
  • İnformatika VİDEO DƏRSLƏRİ
  • Riyaziyyat VİDEO DƏRSLƏRİ
  • Blogger VİDEO DƏRSLƏRİ
  • MBA VİDEO DƏRSLƏRİ
  • MƏQALƏLƏR
  • ONLINE Testlər
  • informatika
  • ƏLAQƏ

14.08.2020

İnformasiya sistemləri və onun elementləri

İnformasiya sistemləri

Sistem anlayışı:

  • Sistem dedikdə bütöv bir obyekti əmələ gətirən hissələrin toplusu başa düşülür. Məsələn: Əməliyyat sistemi
  • Sistemi təşkil edən hissələr isə sistemin elementləri adlanır.
  • Ümumi sistemlər nəzəriyyəsinə görə istənilən gerçək obyektə (əşya və ya hadisəyə) sistem kimi baxmaq olar.

İnformasiya sistemi:

İnformasiyanın toplanması, saxlanması və əlçatan olmasını təmin edən sistemlərə informasiya sistemləri deyilir.

İnformasiya sistemləri 5 əsas komponentdən ibarət olur:

  1. Aparat təminatı
  2. Proqram təminatı
  3. Verilənlər
  4. İstifadəçilər
  5. Proses

İlk 3 komponent informasiya texnologiyaları kateqoriyasını təşkil edir.

İnformasiya sistemlərinin komponentləri:

  1. Aparat təminatı (hardware) – bura kompüter və onun hissələri, periferiya qurğuları daxildir;
  2. Proqram təminatı (software) – bu qola proqramlar aiddir;
  3. Verilənlər (data) – kompüterin yaddaşında saxlanılan nə varsa veriləndir. Adətən böyük həcmli verilənlər berilənlər bazasında saxlanılır;
  4. İstifadəçilər (uzers) – sistemdən istifadə edən insanlar;
  5. Proses (process) – hədəfə çatmaq üçün atılmış addımlar ardıcıllığıdır.

4 və 5-ci komponentlərə ətraflı baxaq:

İstifadəçilərin qrupları:

  1. Təsadüfi istifadəçi – xidməti vəzifəsi ilə bağlı olmadan informasiya sistemi ilə əlaqədə olan istifadəçi;
  2. Son istifadəçi – informasiya sistemi bu şəxslər üçün (onların istifadə etməsi üçün) nəzərdə tutulur;
  3. İnformasiya sistemləri (İS) heyəti – sistemi yaradanlar:
    • Verilənlər bazasının inzibatçısı (database administrator) – bazanın yaradılması, qorunması kimi vacib işləri icra edir;
    • Sistem analitiki (systems analyst) – informasiya sisteminin riyazi modelini qurur;
    • Sistem proqramçısı (systems programmer) – sistem və ya şəbəkə proqramını işləyib hazırlayan mütəxəssis;
    • Tətbiqi proqramçı (applications programmer) – bazada işləyən, sorğuları hazırlayan mütəxəssis.

    Prosesin tərkibi:

    • Daxili və ya xarici mənbələrdən informasiyanın daxil edilməsi;
    • Giriş informasiyanın emalı və onun əlverişli şəkildə təqdim olunması;
    • Müştərilərə təqdim edilməsi və ya başqa sistemə ötürülməsi üçün informasiyanın çıxışa verilməsi;
    • Əks-əlaqə – giriş informasiyanın korrektəsi üçün sistemin istifadəçiləri tərəfindən emal edilmiş informasiya

    _____________________________

    Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBİS):

    • VBİS –lər informasiya sistemlərinin vacib tərkib hissəsidir. Bu sistemlər informasiyanın optimal şəkildə saxlanmasını, yüksəksürətli və effektiv axtarış aparılmasını, filtirləmələri təmin edir.
    • Kiçik informasiya sistemlərində daha çox lokal VBİS-dən istifadə edilir. Böyük həcmə malik informasiya sistemlərində isə çoxistifadəçi rejimini dəstəkləyən müştəri-server arxitekturalı güclü VBİS-dən istifadə edilir.
    • Çox istifadə edilən bəzi VBİS-lər: ORACLE, SQL Server, Informix, Sybase, DB2.

    __________________________

    CASE proqramlaşdırma mühiti:

    CASE (Computer Aided Software Engineering – kompüter dəstəkli proqram mühəndisliyi) – proqramlaşdırma mühiti mürəkkəb kompüter proqramlarının kodlaşdırılması, işlənib hazırlanması, modelləşdirilməsi kimi bütün mərhələlərini əhatə edir. CASE texnologiyalarının yaranmasına qədər mürəkkəb informasiya sistemlərinin yaradılması daha uzun və mürəkkəb proses idi.

    İnformasiya sistemlərinin təsnifatı:

    • İnformasiya və ölçmə sistemləri – araşdırılan obyekt haqqında məlumatlar xüsusi texnologiyalarla (sensorlar, radiodalğalar və s.) əldə edilir. İstifadə sahələri: kosmiq tədqiqatlar, tibb, seysmologiya.
    • İnformasiya əldəetmə (axtarış) sistemləri – bura elektron lüğətləri, elektron ensklopediyaları, informasiya əldə etmək üçün nəzərdə tutulmuş müxtəlif sistemləri aid etmək olar;
    • Sənədlərin idarəedilməsi (və ya elektron sənəd dövriyyəsi) sistemləri – bu sistemlərdən müəssisələrarası və ya müəssisədaxili yazışmalar zamanı istifadə edilir;
    • Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD) – müxtəlif obyektlərin modellərinin (sadə alətlər, kosmik gəmilər, təyyarələr, . ) hazırlanması
    • Ekspert sistemlər – hər hansı sahə üzrə biliklər (məlumatlar) bazası bu sistemlərin əsasını təşkil edir. Tibbi diaqnozların qoyulması, uzunmüddətli praqnozların verilməsi üçün bu sistemlərdən istifadə edilir;
    • Avtomatlaşdırılmış idarəetmə sistemləri (və ya Sənayeyə nəzarət sistemləri) – müxtəlif texnoloji proseslərin və ya istehsalın tam şəkildə idarə edilməsinin təmin edən sistemlərdir;
    • Coğrafi informasiya sistemləri – xəritələrin, sxemlərin, fəza verilənlərinin daxil edilməsini, saxlanmasını, əks etdirilməsini təmin edir;
    • Öyrəcidi informasiya sistemləri – elektron dərsliklər, online testlər, öyrədici proqramlar (həmçinin təyyarə və kosmik gəmilərin idarə edilməsinin öyrədilməsi üçün vasitələr) bura daxildir.

    Coğrafi informasiya sistemləri:

    • Yer səthinin hər hansı hissəsini və ya bu səth üzərindəki obyektləri təsvir edən verilənlərə coğrafi verilənlər və ya fəza verilənləri deyilir.
    • Obyektlərin təsvir edilməsi zamanı müxtəlif atributlar (mətn, ədəd, qrafika, audio, video) istifadə edilir.
    • Coğrafi informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin elmi, texniki, texnoloji, tətbiqi məsələləri ilə məşğul olan sahə geoinformatika adlanır.

    Coğrafi informasiya sistemlərində informasiya qatları:

    • Coğrafi informasiya sistemlərində verilənlər bazası informasiya qatları şəklində təşkil edilir.
    • Goğrafi informasiya sistemlərində təsvir edilən obyektlər 2 kateqoriyaya ayrılır:
      • Kəsilməz obyektlər: relyef, yağıntı səviyyəsi, orta temperatur, .
      • Diskret obyektlər: evlər, obyektlər, ərazi zonaları, .

      GPS (Glogal Positioning Sysyem)

      • Yer səthində və ya fəzada obyektlərin yerini, hərəkət sürətini təyin etmək üçün Qlobal Mövqetəyinetmə Sistemindən (GPS) istifadə edilir. Hal hazırda GPS-dən naviqasiya sistemlərində istifadə edilir.
      • GPS kosmik, idarətetmə və istifadəçi olmaqla 3 əsas seqmentdən ibarətdir. Bu sistem peykdən qəbul etdiyi siqnallarla olduğu yerin koordinatlarını təyin edir.

      Kadastr

      • Hər hansı obyekt və ya hadisələr haqqında məlumatların (keyfiyyət, kəmiyyət göstəriciləri) saxlanıldığı coğrafi sistemlərə kadastr deyilir.
      • Kadastrların yaradılması zamanı obyektlər üzərində dövri və ardıcıl müşahidələr aparılır.
      • Katastrların növləri: su kadastrı, torpaq kadastrı, iqlim kadasrtı, meşə qadastrı, landşaft kadastrı, mineral resurslar kadastrı, .

      QEYD: materialın hazırlanması zamanı əsasən orta məktəb İnformatika dərsliklərindən istifadə edilmişdir.

      Beynlxalq turizmd informasiya sistemlri

      �� İKT və turizm sektoru

      ��� İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

      ��� Bu gün Azərbaycanda bütün infrastruktur layihələrində müasir informasiya texnologiyalarının tətbiqi həyata keçirilir. Gələcəyinə böyük ümidlər bəslənilən və xeyli sərməyələr yatırılan turizm sektorunda da müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadəyə ehtiyac var.

      �� Qeyd edək ki, ölkəmizdə əsasən yay və qış turizmi sektorunda inkişaf gözə çarpır və dövlət səviyyəsində bu sahənin inkişafına daha çox diqqət göstərilir. Yerli turizm şirkətləri və turistləri qəbul edən məkanlar artıq öz internet resurslarını yaratmaqla beynəlxalq “Hoteltoweb” online rezervasiya və satış texnologiyaları sisteminə qoşulublar. Bu da dünyanın istənilən nöqtəsindən sifariş almaq imkanını yaradır.

      �� Dünya üzrə səyahət turlarının 80 faizi məhz internet vasitəsilə realizə edilir və bu sistem Global Sifariş Sistemi (GDS) əsasında fəaliyyət göstərir. GDS kanalı vasitəsilə dünya üzrə 800 mindən çox hotel və mehmanxana barəsində məlumat əldə etmək mümkündür. Bu gün Bakıda və regionlarda turizm informasiya mərkəzləri fəaliyyət göstərir.

      �� Turizm sahəsinin daha da inkişafı üçün turizm obyektlərinin fotoşəkilləri və mətn məlumatları web səhifələrdə yerləşdirilməli və xəritələşdirilməlidir.

      �� Müasir dünyada turizmin belə bir əhəmiyyətli mövqeyə gəlib çıxmasında heç şübhəsiz müasir texniki vasitələrin inkişafının və onların bu sahədə tətbiq olunmasının da rolu vardır. Bu baxımdan beynəlxalq turizmin təşkil olunmasında müasir səviyyəli informasiya texnologiyasının rolunun aydınlaşdırılması və tətbiqinin öyrənilməsi maraq doğuran məsələlərdəndir.

      �� Beynəlxalq turizmin inkişafında informasiya texnologiyasının rolu isə turizmin bir sıra səciyyəvi xüsusiyyətləri ilə daha da əhəmiyyətlidir. Bu , turizm xidmətinin daşınılmaz olması, onun təşkil olunması üçün geniş informasiya-reklam tədbirlərinin aparılmasının vacibliyi və s . ilə izah olunur . Bundan başqa , turizm biznesinin mövsümi xarakter daşıması, movsümlərin qızğın çağında kütləvi turist tələbatının həddən artıq artması, turistlərin tələbatlarının ödəniləməsi üçün turizm təşkilatlarından əlavə digər çoxlu sayda müəssisələrin d ə bu işə cəlb olunması da burada etibarlı və sürətli informasiya mübadiləsi zərurətini ortaya qoyur . Kompüter texnologiyasının və sürətli informasiya mübadiləsinin tətbiqi turizmin təşkilində aparıcı rola malik olan turoperatorların fəaliyyətinə təsir edir .

      �� Təşkilati cəhətdən istənilən turizm müəssisəsinin informasiya texnologiyaları ilə təchiz olunması ənənəvi olaraq qəbul edilən müəssisə ofisinin avtomatlaşdırılmasından əlavə yerli elektron şəbəkə və elektron sənəd dövriyyəsi, habelə yol biletləri və otel nömrələrinin əvvəlc ə dən sifariş olunmasına qədər istənilən miqyasda həyata keçirilə bilər. Əgər müasir səviyyəli informasiya texnologiyasının istifadə olunmasının struktur sxeminə nəzər salsaq , burada üç səviyyənin – müəssisədaxili, müəssisələrarası və interaktiv informasiya əlaqəsinin yaradılmasını misal g östərmək mümkündür .

      �� Bundan əlavə turizm müəssisəsində tətbiq olunan digər elektron tipli informasiya texnologiyası və onların müəssisədaxili yerli şəbəkədə ( intranet ) fəaliyyət göstərmək imkanının olması həmin müəssisənin struktur bölmələri arasında operativ əlaqə yaradılması, habelə mühafizə olunan informasiyaları əldə etm ək üçün maneələrin ortadan qaldırılması baxımından çox əhəmiyyətlidir.

      �� İnformasiya texnologiyasının turizm biznesində tətbiq olunması müəssisələrarası şəbəkədə birgə istifadə formasında da geniş yayılıb.

      �� Dünya biznes praktikasında geniş yayılmış olan “Business-to business” elektron ticarət forması da bu baxımdan maraq kəsb edir . Bu cür informasiya şəbəkəsinin istifadə olunması ilə müəssisədə idarəetmə işlərini xeyli sadələşdirmək , turların təşkili prosesini təkmilləşdirmək , maliyyə əməliyyatları sürətli şəkildə həyata keçirmək mümkündür .

      �� Turizm müəssisəsində tətbiq olunan intranet şəbəkəsinin köməyi ilə əldə oluna biləcək imkanları aşağıdakı kimi göstərmək mümkündür :

      �� – Şəbəkənin yaradılmasının və ona xidmətin daha ucuz başa gəlməsi ;

      �� – Geniş əhatəli əməkdaşların informasiya ilə təmin olunmasının sadəliyi ;

      �� – Sistemin informasiya resurslarının və proqram təminatının birgə istifadə oluna bilməsi imkanı ;

      �� – İnternetə qoşula bilməsi üçün hazır olması ;

      � � – Digər lokal şəbəkələrlə dərhal əlaqənin yaradıla bilməsi və s.

      �� Ümumdünya elektron şəbəkəsi internetin turizm müəssisəsi üçün yaratdığı imkanları isə qısa olaraq Şəbəkə marketinqinin həyata keçirilməsi ; təklif etdiyi xidmətin “On-line” rejimi üzərindən satılması ; əraziyə uzaq olan müştərilərlə əlaqə yarada bilinməsi şəklində göstərə bilərik . Bura eyni zamanda ucuz kommunikasiya vasitələri ilə əlaqəyə çıxış ( elektron poçt , rəqəmli telefon , videotelefon , və s.); internetin köməyi ilə biletlərin satılması , otel nömrələrinin bronlaşdırılması ; səmərəli reklamın həyata keçirilməsi ; elektron sərgilərdə , yarmarkalarda , sərgilərdə və s. iştirak ; uzaqdan qeyri-nəqd hesablaşmaların həyata keçirilməsi ; 365 gün , 24 saat operativ iş rejimi ; potensial əməkdaşların axtarılması ; müəssisənin ictimaiyyətlə aparılan əlaqələrinin yüksək keyfiyyətlə və sürətlə aparılması ; müəssisənin korporativ saytının yaradılması və onun internetdə yerləşdirilməsi və s.-i də aid etmək olar .

      �� Müasir səviyyəli informasiya texnologiyasının baxdığımız iki səviyyədə tətbiqi bilavasitə turizm xidmətinin göstərilməsi zamanı daha çox səmərə ilə müşahidə oluna bilər . İnformasiya texnologiyasının interaktiv əlaqə formasında tətbiqi isə turizm sahəsində daha geniş auditoriya toplamaq , bazarın cari vəziyyətini , istehlakçı seçimini və s. kimi vacib məlumatları əldə etmək imkanı verir .

      �� Konkret olaraq , ümumdünya elektron şəbəkəsi olan internetin köməyi ilə həyata keçirilən marketinq , reklam tədbirləri , turistlər üçün informasiya dəstəyinin verilməsi interaktiv informasiya texnologiyasının üstün cəhətlərini nümayiş etdirir .

      �� Bu baxımdan , potensial turistin internet vasitəsilə əldə edə biləcəyi informasiyaları qısa şəkildə belə göstərmək mümkündür :

      �� – Məsafədən asılı olmayaraq istənilən turizm müəssisəsinin xidmətlərindən istifadə etmək .

      �� – Öz marşrutunu müəyyənləşdirmək , nəqliyyat vasitələri və bilet qiymətləri haqqında məlumatlar almaq

      �� – Nəqliyyat vasitələrinə və otel nömrələrinə yerləri bronlaşdırmaq .

      �� – İstifadə etdiyi xidmət və əmtəələrin haqqını ödəmək .

      �� – İnternetin axtarma sistemlərindən istifadə etmək .

      �� – Elektron poçtdan istifadə etmək .

      �� İnformasiya , onun etibarlı mübadilə vasitələri ( İnternet , intranet və s.) turizm üçün niyə bu qədər vacibdir . Bu suala cavab vermək üçün turizm xidmətinin özünəməxsus xüsusiyyətlərini , turizm məhsulunun yaradılması , istifadə olunması zamanı qarşıya çıxan məsələləri araşdırmaq , turistlərin fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır .

      �� Müasir dünyada internetin Yer kürəsinin istənilən nöqtəsinə yayıldığını nəzərə alarıqsa , potensial müştərilərin məhz bu şəbəkədən istifadə edərək öz istəkləri çərçivəsində seçimlərinin etdiklərini tamamilə təbii bir hal kimi qəbul etmək olar . Məsələnin populyarlığını başa düşən turizm firmaları ümümdünya şəbəkəsində təmsil oluna bilmək üçün özlərinin səhifələrini təqdim edirlər . İnternet hər bir müştəriyə ( potensial turistə ) yönəlmiş fərdi yanaşmanı təmin edir . Müasir dövrdə bütün dünya üzrə belə səhifələrin sayının 80 minə çatdığını göstərməklə məsələnin nə qədər populyar olduğunu bir daha göstərmək mümkündür .

      �� Ümümdünya şəbəkəsindəki belə səhifələrin bəziləri çox böyük olub , istifadəçiyə kommersiya xarakterli informasiyadan əlavə , səyahətçi məsləhətləri , turizm mərkəzlərinə bələdçiliyi , görkəmli yerlərin foto və video təsvirləri , hava məlumatları , valyuta kursları , xəritə planlar haqqında məlumatlar verirlər . Dünya üzrə onlardan – www.world-touris.org, www.yahoo.com, www.expedia.com, www.asiatravel.com. www.travelocity.com, www.thomascook.co.uk, www.wttc.org, www.excite.com, www.travel.net, www.lycos.com və s. göstərmək olar .

      �� Azərbaycan haqqında ümumdünya şəbəkəsində informasiya yayan ən görkəmli saytlardan www.myst.gov.az, ( Azərbaycan Respublikası Gənclər , İdman və Turizm Nazirliyinin saytı ) www.azeribaijan-info.com ( Azərbaycan haqında hər şey ) www.culture.az, ( Azərbaycan mədəniyyətinə və incəsənətinə həsr olunmuş sayt ), www.azerifolk.com, ( Azərbaycan mədəniyyəti haqqında sayt ) www.tourizm.az (Virtual Turizm Agentliyinin xidməti ), www.gateway.az və s. göstərmək olar .

      �� Ümumdünya şəbəkəsindən istifadə etməklə təkcə informasiyanın verilib-alınması kimi məsələləri deyil , həm də birbaşa olaraq turizm xitmətinin satışını da təşkil etmək mümkündür . Baxmayaraq ki , müasir dövrdə bunun miqdarı dünya üzrə ümumi turizm xidmətinin təqribən 1%- ni təşkil edir , ancaq mütləq rəqəmlə ifadə etdikdə bu məbləğin çox böyük olduğunu göstərmək mümkündür . Bu isə turizm xidmətinin böyük bir həcmə malik olmasından irəli gəlir .

      ���� İltifat HACIXANOĞLU

      ���� Ekspress.-2013.-29 yanvar.-S.-9.

Comments are closed, but trackbacks and pingbacks are open.