Press "Enter" to skip to content

Beynəlxalq müqavilə ->

© 2004 – 2021 Bütün müəllif hüquqları qorunur.

Sosial

Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib – FOTO

08 dekabr 2022 15:29 (UTC +04:00)

Xəbər Lenti

Dünyanın ən çox silah ixrac edən ölkələrinin adı açıqlanıb

13 mart 2023

Monqolustan TDT-də müşahidəçi statusu almaq istəyir

13 mart 2023

Dövlət Komissiyası: Ermənistan qeyri-konstruktiv mövqeyi ilə itkin düşənlərin sonrakı taleyinin aydınlaşdırılmasını mürəkkəbləşdirib – MÜSAHİBƏ

13 mart 2023

ATU-da yeni dekan təyinatı olub

13 mart 2023

Türkiyə ən çox silah ixrac edən ölkələr arasında 12-ci pillədə qərarlaşıb

13 mart 2023

Türkiyədəki zəlzələlərdə 6 660 xarici ölkə vətəndaşı həlak olub

13 mart 2023

Azərbaycan İsrailin ən çox silah ixrac etdiyi ikinci ölkə olub

13 mart 2023

Bakıda yaşayış binasında yanğın söndürülüb, 6 nəfər təxliyə olunub – YENİLƏNİB-1 – VİDEO

13 mart 2023

Türkiyədə seçki kampaniyasının başlayacağı tarix açıqlanıb

13 mart 2023

MM komitə sədri: Elm və təhsilin inkişafı üçün İnvestisiya Fondu yaradılmalıdır

13 mart 2023

Nazir: 1600 manata necə beynəlxalq rəqabətədavamlı mühəndis hazırlaya bilərik?

13 mart 2023

SIPRI: Ukrayna ötən il silah idxalı üzrə dünyada 3-cü yeri tutub

13 mart 2023

Türkiyədə zəlzələlərdə ölənlərin sayı 48 mini ötüb

13 mart 2023

Sabah küləkli hava olacaq

13 mart 2023

İsmayıllıda evdən qızıl və pul oğurlayan şəxs tutulub

13 mart 2023

Hikmət Babaoğlu: Korsika xalqının dilinin qadağan edilməsi Makron Fransasının görünməmiş aqressiyasıdır

13 mart 2023

Nazirlik: Ali məktəblərdə dövlət imtahanı ləğv olunub

13 mart 2023

Nazir: Tələbə universiteti bitirir, işə qəbulda pedaqoji diplom almış şəxs minimal bal toplayır

13 mart 2023

FHN hava şəraiti ilə əlaqədar müraciət edib

13 mart 2023

Ukrayna SQ: Baxmut ətrafında vəziyyət çətin olaraq qalır

13 mart 2023

Amerikalı professor ATU-nun rəhbərliyi ilə görüşüb

13 mart 2023

Türkiyənin ilk yerli avtomobili “Togg”un satışları bu həftə başlayır

13 mart 2023

Gəncədə ər arvadını qətlə yetirib – YENİLƏNİB

13 mart 2023

Türkiyə, Rusiya, Suriya və İran XİN rəhbərlərinin müavinləri Moskvada görüşəcək

13 mart 2023

Azərbaycanlı voleybolçu Macarıstan kubokunu qazanıb

13 mart 2023

Bakıda kafedə yanğın olub

13 mart 2023

Vətəndaşların ən çox şikayət etdiyi sığorta şirkətləri – SİYAHI

13 mart 2023

Malatyada zəlzələ olub

13 mart 2023

İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri yaxın zamanda görüşə bilər

13 mart 2023

DİM buraxılış imtahanında sualın yanlış olması ilə bağlı fikirlərə münasibət bildirib

13 mart 2023

SN: Qlaukoma korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir

13 mart 2023

NATO-nun sabiq Baş katibi Ermənistana səfər edib

13 mart 2023

Nurlana Əliyevanı məhkəməyə çağıran sabiq şöbə müdiri xəstəxanaya yerləşdirilib

13 mart 2023

Vətəndaşların 80 faizindən çoxu ölkənin iqtisadi vəziyyətini yaxşı və orta qiymətləndirib – SORĞU

13 mart 2023

Adil Kərimli 4 rayonda bir sıra infrastruktur obyektlərinə baxış keçirib

13 mart 2023

İrandan Azərbaycana keçmək istəyən 3 Əfqanıstan vətəndaşı saxlanılıb – VİDEO

13 mart 2023

KİV: Çin liderinin Moskvaya səfəri planlaşdırılır

13 mart 2023

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

13 mart 2023

Dövlət Gömrük Komitəsi büdcə daxilolmalarını 20,4% artırıb

13 mart 2023

Yunanıstan-Türkiyə sərhədini keçməyə çalışan FETÖ üzvü tutulub

13 mart 2023

Patruşev: “Şimal axını”ndakı partlayışların müəllif və icraçısının kimliyini dəqiq bilmirik

13 mart 2023

İstanbulda antiterror əməliyyatında 11 nəfər tutulub

13 mart 2023

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2004 – 2021 Bütün müəllif hüquqları qorunur.

Beynəlxalq müqavilə

Beynəlxalq müqavilə hüququ [ redaktə | mənbəni redaktə et ]

Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.

Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır.

Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası.

Beynəlxalq müqavilə anlayışı [ redaktə | mənbəni redaktə et ]

Hər iki Konvensiyanın 2-ci maddəsinə görə:

Beynəlxalq müqavilə- dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması əhəmiyyət kəsb etmir.

Beynəlxalq müqavilədə tərəflər [ redaktə | mənbəni redaktə et ]

1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər. 1969-cu il Konvensiyasına görə, ” hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir” (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır. Dövlət istənilən sahədə müqavilə bağlaya bilər və istənilən digər müqaviləyə qoşula bilər.

Beynəlxalq müqavilələrin təsnifatı [ redaktə | mənbəni redaktə et ]

Beynəlxalq müqavilələri aşağıda göstərilmiş əsaslara görə ayrı-ayrı növlərə bölmək olar:

  • I – iştirakçıların dairəsinə görə:
  1. ikitərəfli müqavilələr (iki dövlətin iştirak etdiyi müqavilələr);
  2. çoxtərəfli müqavilələr (ikidən artıq dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələr). Çoxtərəfli müqavilələr arasında dünya dövlətlərinin ümumi mənafeyini əks etdirən, ümumi məsələlərin həllinə yönəlmiş universal müqavilələr xüsusi yer tutur.
  • II – dövlətlərin həmin beynəlxalq müqavilələrdə iştirak etmək imkanına görə:
  1. açıq müqavilələr (istənilən dövlət bu müqavilələrə heç bir hüquqi maneə olmadan tərəf ola bilər):
  2. qapalı müqavilələr

Beynəlxalq müqavilənin strukturu [ redaktə | mənbəni redaktə et ]

Hər bir beynəlxalq müqavilənin mətni, bir qayda olaraq, aşağıdakı quruluşda tərtib olunur:

  • Müqavilənin adı. Beynəlxalq müqavilə təcrübəsində “müqavilə” ümumi anlayışı altında müxtəlif konkret adlardan istifadə olunur; (məsələn, konvensiya, saziş, nizamnamə, pakt, xartiya, bəyannamə, traktat, statut, konkordat və s.).
  • Preambula. Preambula müqavilənin giriş hissəsinə deyilir. Burada, adətən, müqavilənin məqsədləri əks olunur. Müqavilənin ayrı-ayrı müddəalarının təfsiri zamanı preambula müəyyən rol oynaya bilər.

Beynəlxalq müqavilələrin bağlanması [ redaktə | mənbəni redaktə et ]

Beynəlxalq müqavilənin bağlanması bir neçə ardıcıl mərhələdən ibarət olan bir prosesdir. Bu mərhələlər aşağıdakılardır:

  1. Müqavilənin mətninin tərtib olunmaı və qəbulu.
  2. Müqavilənin mətninin autentikliyinin müəyyən olunması.
  3. Müqavilənin məcburiliyinə razılığın ifadə olunması.

Beynəlxalq müqavilənin qüvvədə olması [ redaktə | mənbəni redaktə et ]

Yalnız qüvvəyə minmiş beynəlxalq müqavilə tərəflər üçün məcburi sayılır. Müqavilənin qüvvəyə mindiyi an, adətən, müqavilənin özündə göstərilir. Burada bir sıra qaydalar mövcuddur. Belə ki, ratifikasiya və ya təsdiq edilməli olmayan müqavilə aşağıdakı müddətdə qüvvəyə minir: a) imzalandığı andan etibarən; b) imzalandığı andan müəyyən müddət keçdikdən sonra və ya c) müqavilədə dəqiq göstərilmiş andan etibarən.

Beynəlxalq müqavilələrin etibarlılığı [ redaktə | mənbəni redaktə et ]

Beynəlxalq müqavilələrin etibarlılığı onun məzmununun və bağlanması qaydasının beynəlxalq hüquq normalarına uyğun olması deməkdir. Yalnız etibarlı müqavilələr hüquqi nəticələr doğurur və tərəflər üçün qanuni hüquq və öhdəliklər yaradır. Beynəlxalq müqavilənin formal qüvvədə olması hələ onun etibarlı olması demək deyil. Qüvvəyə minmiş hər bir beynəlxalq müqavilənin etibarlı olması güman edilir, yəni müqavilənin hüquqi cəhətdən etibarsız olması hər bir halda müəyyən olunmalıdır. Başqa sözlə, beynəlxalq hüquqda müqavilənin etibarlılığı prezumpsiyası mövcuddur.

Beynəlxalq müqavilənin xitam olunması [ redaktə | mənbəni redaktə et ]

Beynəlxalq müqavilənin xitam olunması onun tərəflər üçün öz məcburi qüvvəsini itirməsi deməkdir. Müqvilə aşağıdakı əsaslarla xitam oluna bilər:

  • müqavilənin bağlandığı müddətin başa çatması. Müddətli müqavilə, əgər hər hansı bir yolla prolonqasiya edilməmişsə, o, göstərilən müddət bitdikdən sonra xitam olunmuş sayılır.
  • müqavilə öhdəliklərinin icra olunması. Tərəflərin müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərini tam icra etməsi ilə, əgər müqavildə bu, xsusi olaraq göstərilibsə, həmin müqavilə xitam olunmuş sayılır.

Mənbə [ redaktə | mənbəni redaktə et ]

  • Теория международного права. Тункин Г. И.Arxivləşdirilib 2011-12-23 at the Wayback Machine
  • Бирюков П. Н. Международное право. Учебное пособие. М.: Юристъ. 1998, 2000.
  • Международное право: учебник / под ред. Ю. М. Колосова, Э. С. Кривчиковой. М., 2005.
  • Учебник международного права / под. ред. Г. И. Тункина. М., 1994.
  • Гетьман-Павлова И. Международное право: Учебник. М., 2008.

Xarici keçid [ redaktə | mənbəni redaktə et ]

  • Учебные материалы по международному праву
  • Международное право — информационно-аналитический сайт

Beynəlxalq ümumi hüquq

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair

30 iyun 2014-cü il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevın,

mütəxəssislər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri Sübhi Kazımovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin Sosial normativ aktlar idarəsinin aparıcı məsləhətçisi Sübhan Ağakişiyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra – Ali Məhkəmə) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 126-cı, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Məhkəmələr və hakimlər haqqında” Qanun) 93-cü, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Prokurorluq haqqında” Qanun) 29-cu, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Notariat haqqında” Qanun) 3-cü, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun) 8-ci maddələrində, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin (bundan sonra – “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə) 20-ci bəndində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsini xahiş etmişdir.

Sorğuda qeyd olunur ki, 1990-2008-ci illərdə Bakı Dövlət Universitetinə “Beynəlxalq hüquq” ixtisası üzrə tələbə qəbulu aparılmışdır. 2000-ci ilədək bu ixtisası bitirmiş məzunlara “Hüquqşünaslıq” ixtisası verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti) “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında” Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 1999-cu il 17 may tarixli 082 nömrəli qərarı ilə “Beynəlxalq hüquq” istiqaməti və ixtisası (istiqamətin şifri – HS 200100) əlavə edilmişdir. Bundan sonra “Beynəlxalq hüquq” ixtisasını bitirmiş məzunların təhsil haqqında sənədlərində “Hüquqşünaslıq” təhsil istiqamətinin yazılması dayandırılmışdır.

Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”nda “Beynəlxalq hüquq” adlı nə ixtisas, nə də istiqamət nəzərdə tutulmamışdır. Təcrübədə “Beynəlxalq hüquq” ixtisası üzrə ali təhsil almış məzunlar “ali hüquq təhsili” tələb olunan vəzifələrə qəbul edilmirlər.

Sorğuverənin qənaətinə görə qeyd olunan ziddiyyətin aradan qaldırılması, “Beynəlxalq hüquq” ixtisasının “ali hüquq təhsilinə” daxil olub-olmaması məsələsinə aydınlıq gətirilməsi üçün Konstitusiyada və qanunlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsi zərurəti yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

Təhsil hüququ nəinki pulsuz icbari ümumi orta təhsil almaq imkanını, həmçinin yaradıcılıq, yeni biliklərin əldə edilməsi, müxtəlif sahələrdə təcrübənin artırılmasına olan təbii tələbatların ödənilməsini də ehtiva edir.

Hüquqi təbiətinə görə, təhsil hüququ sosial hüquq olduğundan onun təmin edilməsi dövlətin xüsusi məqsədlərindən biridir və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət edir. Belə ki, Konstitusiyanın 16-cı maddəsinin II hissəsinə müvafiq olaraq Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.

Azərbaycan Respublikasında təhsil huququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri və təhsil fəaliyyətinin ümümi şərtləri 8 sentyabr 2009-cu il tarixədək qüvvədə olmuş 1992-ci il 7 оktyabr tarixli Azərbaycan Respublikasının Təhsil Qanunu və “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu (bundan sonra – “Təhsil haqqında” Qanun) ilə tənzimlənir.

Qeyd olunmalıdır ki, hər iki qanun təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə uyğun olaraq dövlətin bu sahənin tənzimlənməsində geniş səlahiyyətlərini müəyyənləşdirmişdir.

Qüvvədən düşmüş Azərbaycan Respublikasının Təhsil Qanununun 30-cu maddəsində Azərbaycan Respublikasında təhsil strategiyasını müəyyənləşdirən dövlət hakimiyyəti orqanı kimi Nazirlər Kabinetinin təhsil sisteminin idarə olunması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri sırasında peşə-ixtisas təhsili müəssisələri üçün ixtisasların siyahısının təsdiq olunması səlahiyyəti də nəzərdə tutulmuşdur.

Buna uyğun olaraq Nazirlər Kabineti tərəfindən “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında” 1997-ci il 9 yanvar tarixli 4 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərarın 2.13-cü bəndində “Hüquqşünaslıq” ixtisası ali hüquq təhsili istiqaməti kimi göstərilmişdir. Bundan sonra Nazirlər Kabinetinin “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında” Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 1999-cu il 17 may tarixli 082 nömrəli Qərarı ilə “Beynəlxalq hüquq” ali hüquq təhsilinin istiqaməti və ixtisası kimi əlavə edilmişdir.

“Təhsil haqqında” Qanunun 22-ci maddəsinə görə ali təhsil pilləsində yüksək iхtisaslı mütəхəssislərin və elmi-pedaqоji kadrların hazırlığı cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla həyata keçirilir.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqоji kadrların hazırlığı üç səviyyədə həyata keçirilir: bakalavriat (tibb təhsili istisna оlmaqla), magistratura (tibb təhsili istisna оlmaqla) və doktorantura. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir.

“Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli Qərarının 1.2-ci bəndində ali təhsilin məqsədinin ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla, müxtəlif ixtisaslar (ixtisaslaşmalar) üzrə yüksəkixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlanmasından ibarət olması qeyd olunmuşdur.

Təhsil sistemində ali hüquq təhsili xüsusi yer tutur. Ali hüquq təhsili sahəsində müəyyən vahid dövlət standartı mövcuddur, həmin standart müasir cəmiyyətin tələbatlarına uyğun olaraq hüquqşünasların hərtərəfli siyasi, sosial, hüquqi, mədəni biliklərə malik olmasını təmin edir.

Ali hüquq təhsili peşəkar hüquqi fəaliyyətlə məşğul olmağa əsasları nəzərdə tutan dövlət, hüquq və idarəçilik haqqında biliklərin məcmusudur. Ali hüquq təhsili şəxsin hüquqşünaslıq sahəsində təlim və təhsil nəticəsində əldə etdiyi və onun peşəkar-hüquqi fəaliyyətlə məşğul olmasına imkan yaradan hüquqi bilik, baxış və inam sistemidir. Xüsusilə qeyd olunmalıdır ki, ali hüquq təhsili özündə müxtəlif hüquq sahələri üzrə ixtisaslaşmanı da əks etdirir. Burada nəzərə alınmalıdır ki, təhsil üzrə ixtisaslaşmanın aparılmasının əsas məqsədi peşəkar təhsil proqramları üzrə təhsil prosesində müvafiq peşəkar fəaliyyətin mümkünlüyünü təmin edən bilik, təsəvvür və bacarıqların əldə olunmasıdır. Eyni zamanda, ali hüquq təhsili üzrə ixtisaslaşmanın müəyyən edilməsinin ali təhsil müəssisələrində təsdiq olunmuş təhsil proqramlarına uyğun olaraq təhsil almış şəxslərin gələcəkdə ali hüquq təhsilinə malik olmamasına dəlalət edən meyar kimi qəbul edilməsi Konstitusiyada təsbit olunmuş təhsil hüququnun mahiyyətinə xələl gətirmiş olar.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunvericilikdə hər hansı hüquqi məsələ, xüsusilə də Konstitusiyada təsbit olunmuş hüquqların həyata keçirilməsi məsələsi elə tənzimlənməlidir ki, konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

Qeyd olunmalıdır ki, dövlət hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində təhsil sahəsinin dövlət tənzimlənməsinin həyata keçirilməsində sərbəstdir. Lakin belə tənzimləmə o halda və tərzdə mümkündür ki, müvafiq ali təhsil istiqamətlərinin müəyyən edilməsi obyektiv hallara əsaslansın, özünü doğrultsun, konstitusiya əhəmiyyətli məqsədlərə xidmət etsin və bu məqsədlərə nail olmaq ücün istifadə olunan hüquqi vasitələrə mütənasib olsun.

Bununla yanaşı, “Hüquqşünaslıq” və “Beynəlxalq hüquq” ixtisaslarında tədris edilən fənlərin müqayisəli təhlili nəticəsində aşağıdakılar müəyyən edilmişdir:

– “Beynəlxalq hüquq” və “Hüquqşünaslıq” ixtisasları üzrə tədris olunan fənlər eynilik təşkil edir. Belə ki, hər iki ixtisasın Tədris planlarına əsasən “Humanitar və sosial fənlər” blokuna aid “Azərbaycan tarixi”, “Azərbaycan dili”, “Xarici dil”, “Məntiq”, “İnformatika”, “Dünya siyasəti”, “Fəlsəfə”, “İqtisadiyyat”, “Mədəniyyətşünaslıq”, “Politologiya və sosiologiya” və s. kimi humanitar və sosial fənlər eyni saat miqdarında tədris olunmuşdur.

– Ümumi peşə hazırlığı hər iki ixtisas üzrə uyğunluq təşkil edir. Belə ki, “Dövlət və hüquq nəzəriyyəsi”, “Xarici ölkələrin dövlət və hüquq tarixi”, “Azərbaycanın konstitusiya hüququ”, “Müqayisəli konstitusiya hüququ”, “Siyasi və hüquqi təlimlər tarixi”, “Azərbaycanın dövlət və hüquq tarixi”, “Maliyyə hüququ”, “Beynəlxalq ümumi hüquq”, “Beynəlxalq xüsusi hüquq” və s. kimi fənlərin tədris saatları hər iki ixtisas üçün kəskin fərqlənmir. “Beynəlxalq ümumi hüquq” və “Beynəlxalq xüsusi hüquq” fənləri “Beynəlxalq hüquq” ixtisası üçün daha geniş tədris olunmuşdur.

– “Mülki hüquq”, “Cinayət hüququ”, “Mülki proses”, “Cinayət prosesi”, “İnzibati hüquq”, “Əmək hüququ” və s. fənlər həm “Beynəlxalq hüquq”, həm də “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrə iki semestr ərzində tədris olunmuşdur. Yuxarıda qeyd olunan fənlərin tədrisində olan yeganə fərq onların “Beynəlxalq hüquq” ixtisası tələbələrinə digər dövlətlərin hüquq sistemləri ilə müqayisəli şəkildə tədris olunmasıdır (məsələn, “Hüquqşünaslıq” ixtisasında “Mülki hüquq” fənni – “Beynəlxalq hüquq” ixtisasında isə “Müqayisəli mülki hüquq” fənni tədris olunmuşdur). Eyni zamanda, “Beynəlxalq hüquq” ixtisası məzunlarına qeyd olunan sahələrdə təkcə Azərbaycan Respublikasının qanunvericiliyi deyil, həm də xarici ölkələrin qanunvericiliyi tədris edilmişdir.

Fənlərin tədris saatlarında olan fərqlə bağlı qeyd etmək lazımdır ki, məsələn, “Müqayisəli mülki hüquq” fənninin “Beynəlxalq hüquq” ixtisasında tədris olunmasına 160 saat, “Mülki hüquq” fənninin “Hüquqşünaslıq” ixtisasında tədris olunmasına isə 210 saat ayrılmışdır. Halbuki, Hüquq fakültəsinin qiyabi şöbəsində “Mülki hüquq” fənninin tədrisinə cəmi 70 saat ayrılır.

Nəzərə alınmalıdır ki, “Beynəlxalq hüquq” istiqaməti üzrə bakalavr təhsili almış məzunların magistr pilləsində cinayət hüququ, mülki hüquq, əmək hüququ və s. ixtisaslar üzrə təhsil almasına məhdudiyyət qoyulmamışdır.

Qeyd olunmalıdır ki, ümumi peşə hazırlığının hər iki ixtisas üzrə uyğunluq təşkil etməsinə, eyni fənlərin tədris olunmasına və tədris saatları arasında kəskin fərqin olmamasına baxmayaraq, “Hüquqşünaslıq” ixtisasından fərqli olaraq “Beynəlxalq hüquq” ixtisası “ali hüquq təhsili”nə aid edilməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquq bərabərliyi konstitusiya prinsipi ali təhsil, o cümlədən ali hüquq təhsili sahəsində hüquq və azadlıqların həyata keçirilməsində fərqli yanaşmanın aradan qaldırılmasına təminat verərək, ali hüquq təhsilinin hər hansı ixtisaslaşdırılma meyarına görə fərqləndirilməməsini şərtləndirir. Əks halda dövlətin təhsil sahəsində müəyyən etdiyi tələblərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb olar.

Təhsil hüququ bir sıra konstitusion hüquq və azadlıqlarla, o cümlədən əmək hüququ və dövlətin idarə olunmasında iştirak etmək hüququ ilə bilavasitə bağlıdır və onların həyata keçirilməsi üçün mühüm şərt kimi çıxış edir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Konstitusiyanın 55-ci maddəsi vətəndaşlara dövlət orqanlarında qulluq etmək imkanı yaradır.

Bəzi fəaliyyət növləri ilə məşğul olmanın vacib şərtlərindən biri də şəxsin ali hüquq təhsilli olmasıdır. Məsələn, “Məhkəmələr və hakimlər haqqında” Qanunda, “Prokurorluq haqqında” Qanunda, “Notariat haqqında” Qanunda, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda, eləcə də “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə göstərilən fəaliyyət növləri ilə məşğul olmaq üçün şəxsin ali hüquq təhsilli olması şərti müəyyən edilmişdir.

Beləliklə, “Beynəlxalq hüquq” istiqaməti üzrə ali təhsil almış şəxslərin təhsilinin “ali hüquq təhsili” hesab edilməməsi, onların ixtisasları üzrə fəaliyyət növü və iş yeri seçmək hüququnun məhdudlaşdırılmasına və onların Konstitusiyanın 35 və 55-ci maddələrində təsbit olunmuş hüquqlardan istifadə etmək imkanın deklarativ xarakter daşımasına səbəb olur.

Göstərilənləri nəzərə alaraq, Konstitusiyanın 126-cı maddəsində, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-cü, “Prokurorluq haqqında” Qanunun 29-cu, “Notariat haqqında” Qanunun 3-cü, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddələrində, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 20-ci bəndində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəası “Hüquqşünaslıq” ixtisası ilə bərabər “Beynəlxalq hüquq” ixtisası üzrə ali təhsili də ehtiva edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 20-ci bəndində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəası “Hüquqşünaslıq” ixtisası ilə bərabər “Beynəlxalq hüquq” ixtisası üzrə ali təhsili də ehtiva edir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr Fərhad Abdullayev

Comments are closed, but trackbacks and pingbacks are open.