Press "Enter" to skip to content

Beynəlxalq Valyuta Fondu

Maliyyə sabitliyinin qorunması beynəlxalq ictimaiyyət, o cümlədən Beynəlxalq Valyuta Fondunun (BVF) üçün prioritet məsələdir. BVF üzvlərinin iqtisadi sistemlərinə və maliyyə sektoruna nəzarətin həyata keçirilməsində geniş təcrübəyə malik olması dövlətlərin PL/TMM üzrə beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsində fayda verir

3.2. Beynəlxalq Valyuta Fondu

Beynəlxalq Valyuta Fondu – BVF (International Mo­netary Fund) ilk anda beynəlxalq problemlər üzrə ölkələra­rası məsləhət və əməkdaşlığı, dünya maliyyə sistemini isti­qamət­ləndirən, valyta məzənnəsinin təsbit və nəzarət edən bir mərkəzi xatırlaması zənn edilirdi. Beləliklə, BVF bütün öl­kələrin bey­nəlxalq ticarətinin və istehsal resurslarının inkişaf etdiril­məsinə köməklik göstərəcəkdir.
Ölkələrin qarşılıqlı valyuta münasi­bə­tində tənzimlənməsi, beynəlxalq maliyyə köməkliyi göstərməklə ödəmə balanslarının korrektə olun­ması, onların defisitlik miqyasını və müddətinə ixtisar etmək ideyası 30-cu illərin axır­ları 40-cı illərin əvvəlləri Ingiltərə və Amerika alimləri tərəfindən müzakirə edilmişdir. Lakin 1942-ci ildə Ingiltərə Parlamentinə baxmaq beynəlxalq kli­rinq ittifaqının yaradılması haqqında C.Keyns planı təqdim olundu. Keyns planında itti­faqın iştirakçıları beynəlxalq he­sab­laş­maların tənzimlənməsi üçün məsuliyyət daşımaları tə­qdim olunurdu. Keynsin fikrincə, klirinq ittifaqı milli üstünlük emissiya institutları olmalı və xüsusi hesab­laşma üçün pul vahidi burax­ma­lıdır. Kollektiv valyuta emissiyası­nın ölçüsü beynəlxalq ticarət dövriyyəsinin real tələbləri ilə müəyyən edilməlidir və onun kütləsi iqtisadi cəhətdən nə də­rəcədə məqsədəuyğun olmasından asılı olaraq onun artırılıb azaldılması yolu ilə maliyyə təşkilatlarının rəhbərləri tərəfin­dən düşünülmüş tənzimlənməlidir.
Qarşılıqlı kredit kömək­liyi avtomatik borc formasının müəyyən müddətə verilən əlavə beynəlxalq ödəmə vəsaitlərinin köməkliyi ilə həyata ke­çirilməsi nəzərdə tutulurdu.
ABŞ-da C.Keyns problemi ilə paralel doktor Uayt da işləmiş və 1942-ci ildə problemi həll etmək üçün öz planını ABŞ hökumətinə təqdim etmişdir. Uayt beynəlxalq tənzim­ləyici fond və investisiya bankı yaradılmasını təklif edirdi. Hər iki elmi ideya bir il müddətində ABŞ və Ingiltərə dairələ­rində müzakirə olundu. Sonra həmin ideyalarla digər döv­lətlərin hökumətləri tanış oldu və onlar geniş müzakirə üçün mətbuatda çap edildi. Uayt və Keyns proqramları fərqlənir­dilər. Lakin həmin proq­ramlarda çoxlu ümumi fikirlər var idi. Hər iki plan beynəlxalq iqtisadi münasibətlərin çoxtərəf­lilik əsasında genişləndirilməsi məsələsini qarşıya qoyurdu. Lakin bu vaxt məsələyə çatmaq üçün metod və vasitələr prinsipcə müxtəlif idi.Uayt və Keynsin proqramları BMT çərçivəsi daxilində müzakirə olundu. BMT-nin komissiyası 22 iyul 1944-cü ildə Beynəlxalq Investisiya bankı və Tənzimləyici fondun yara­dılmasını qəbul etdi və bu məsələyə baxılmaq üçün Bretton-
Vudsk konfransına üzv olan dövlətlərin iştirakçılarına tə­qdim olundu. Konfrans beynəlxalq maliyyə təşkilatlarının ancaq adı dəyişilməklə yaradılmasını təsdiq etdi. Razılaşma­nın imzalanması nəticəsində Beynəlxalq yenidənqurma və inkişaf bankı və Beynəlxalq valyuta fondu yaradıldı. 1946-cı ilin mart ayında Savanna (ABŞ) şəhərində bu təşkilatların ilk təsis sessiyası keçirildi. Razılaşmanın bəndində (BVF-nun Nizam­na­məsi) dünya ticarətinin, valyutanı, kreditin, maliyyə müna­sibətlərinin təşkili qaydaları və Bretton-Vuds adı al­mış 3-cü dünya valyuta sistemi tərtib edildi.
Sovet Ittifaqı 1944-1946-cı illərdə BVF və BYIB-nın ya­radılması haqqında danışıqlarda iştirak etdi. Sovet ekspert­ləri həmçinin Bank və Fondun yaradılmasının layihə planı­nın müzakirəsində iştirak etdi. Konfransda ilk dəfə müxtəlif sosial-iqtisadi sistemlərin əməkdaşlığının iştirakının mümkün olması haqqında məsələ həll edildi və SSRI ilk dəfə kon­frans səd­rinin birinci müavini rolunu yerinə yetirdi.Sədr müxtəlif komitə və işçi komissiyalarının üzvlərin­dən ibarət idi. SSRI-nin Bretton-Vudsk konfransında səslən­diyi kimi əsas tələbi də təmin edildi. ABŞ-rı müəyyən dərəcədə artırılan layihə üzrə 1200 mln. dollar olan 763 Sovet kvotasına tərəfdar çıxdı.
ABŞ və Böyük Britaniyadan sonra çox böyük kvotaya malik olmayan üçüncü ölkə SSRI BVF-nun ali icraedici or­qanında özünün daimi nümayəndəsini və icraedici direkto­runu təyin etmək hüququ aldı. BVF-da SSRI-nin malik ol­duğu səslərin sayı ümumi səslərin 12,5 %-ni təşkil edirdi. Bu ABŞ-dan və Ingiltərədən sonra (28,9 %) üçüncü yer 13 % təşkil etmişdir.
BVF-du haqqında razılaşmada bu dövrdə SSRI-nin mövcud sosial-iqtisadi vəziyyətini, təsərrüfatçılıq mexaniz­mini nəzərə alaraq sovet nümayəndə heyətini məcbur etməyə çalışırdılar ki, bu məsələlər razılaşmaya əlavə edilsin. Lakin BVF-du haqqında razılaşmanı sovet hökuməti qeydiyyatdan keçirmədiyindən Sovet Ittifaqı dünya maliyyə sisteminin və bu təşkilatın yaranmasında ən aktiv iştirakçı hesab olunsa da müəyyən olmayan səbəblərdən həmin sistemə cəlb edilmədi.
SSRI və onun müttəfiqləri hesab edilən əsas ölkə qrup­ları dünya valyuta-maliyyə sistemi iştirakçılarının sayına da­xil edilmədilər. Ancaq bir neçə sosialist ölkələri (Polşa, Çexo­slovakiya, Kuba və Yuqoslaviya) razılaşmanın şərtlərini qey­diy­yatdan keçirtdilər. Lakin onlar 1950, 1954 və 1964-cü illərdə birinci olaraq Fondun tərkibindən çıxdılar. BVF-nun tərki­bin­də ancaq Yuqoslaviya qaldı. Çin Bretton-Vuds insti­tutlarının üzvü hesab edilsə də onun yerini Tayvan tut­muşdu. Sosialist ölkələrinin dünya təsərrüfatından və onun institutlarından təcrid olunması siyasi və ideoloji motivlərlə əlaqələndirilir və iki şərtlə izah edilirdi:

  • dünyanın iki hərbi bloka (NATO və Varşava müqavi­ləsi) parçalanması və Şərqlə Qərb arasında kəskin ziddiyyət­lərin baş verməsi;
  • -sosialist sistemində hakim olan planlı iqtisadiyyatı ba­zar iqtisadiyyatı ilə əvəz etmək;

M.S.Qorbaçov başda olmaqla yeni siyasi rəhbərliyin hakimiyyətə gəlməsi və 1985-1991-ci illərdə hökumətin dünya iqtisadiyyatına inteqrasiya etməkdə münasibəti dəy­işdi. BVF-nun işində iştirak etmək məsələsi 1991-ci ilin iyul ayında SSRI rəhbərliyi ilə müzakirə olundu. Lakin SSRI-nin dağılması ona gətirib çıxartdı ki, onun keçmiş respublikaları BVF-na üzv olmaq haqqında məsələni müstəqil həll etdilər. Rusiya bu instituta 1992-ci ildən üzvdür.
Beynəlxalq Valyuta Fondunun yaradıldığı vaxtdan bu təşkilatın üzvlərinin sayı 4,2 dəfə artmışdır (şəkil 3.1.). Ha­zırda dünyanın184 dövləti BVF-nun üzvüdür.
BVF-du BYIB ilə çox sıx əlaqədə işləyir. BYIB-nın üzvü BVF-nün üzvü hesab edilir. Hər iki təşkilatın mənzil-qə­rargahı Vaşinqtonda bir binada yerləşir.
BVF və BYIB formal olaraq BMT-nin ixtisaslaşmış müəs­sisəsi hesab edilirdi. Lakin fəaliyyətlərinin ilk günlərin­dən bu təşkilatlar BMT-nin istiqamətləndirmə rolunu rədd etmişlər. Razılaşmanın bəndində tam muxtariyyət qeydə alınmışdır. BMT Fondun apardığı siyasətə aid olan BVF-na heç bir təlimat vermək hüququna malik deyil. BVF-nun BYIB ilə BMT-na və digər təşkilatlara münasibət xarakteri də razılaşma bəndində müəyyən edilmişdir. BVF-nun nümayəndəsi BMT Baş Assam­ble­yasının işində iştirak edir və təşkilatlar aşkar olmayan infor­masiya ilə mübadilə edirlər.
BVF-nun yaradılmasından 60 il keçir. Bu illərdə dünya iqtisadiyyatında, bu fondun üzvü olan dövlətlərin iqtisadi siyasə­tinin müşahidə olunmasında, beynəlxalq valyuta müna­si­bətlərinin tənzimlənməsi formalarında, gəlirin for­malaş­dırıl­ma­sında, valyuta ehtiyatlarının cəlb olunması me­xanizmlərində, kreditləşmə fəaliyyətində, təşkilata üzv olan ölkələrin kvota sis­temində, siyasətin məqsədli qurulmasında, təşkilat struk­tu­run­da və fondun digər fəaliyyət sahələrində müəyyən dəyişikliklər olmuşdur.
BVF-nun müəyyən inkişaf mərhələlərində fəaliyyətin də­yişməsi dövri olaraq razılaşmanın bəndlərinə baxmağa xid­mət edir. 1969, 1978 və 1992-ci illərdə dəyişiklik edilən üç bənd nisbətən əhəmiyyətli hesab edilir: Birinci dəyişiklik kollek­tiv milli üstünlük ödəmə vəsaitlərinə girişlə – xüsusi qaydaların götürülməsi – XQG –(Special Drawing Ri­ghts – SDR). SDR – bu ödəmə balanslarında saldo defisit­liyini tən­zim­ləmək üçün nəzərdə tutulan xüsusi ehtiyat valyu­talarının daxil olması və milli valyutaların dəyərinin ölçülməsi ilə əlaqədar yaradılan kredit ehtiyat aktividir. Ilk dəfə xüsusi qaydaların götürülməsi 1970-ci ildə 21,4 mlrd. məbləğində buraxılmışdır. Ötən illərdə bu məbləğ demək olar ki, 10 dəfə artmışdır. 5 sentyabr 2003-cü ilə onun ümumi məbləği 212,8 mlrd. təşkil etmişdir.Ikinci dəyişiklik (1978-c il) yeni beynəlxalq valyuta sis­teminin valyuta tənzimlənməsinə dəyişməsinin hüquqi tərtib edilməsi ilə əlaqədar olaraq Yamayka razılaşmasının imza­lanması nəticəsində baş vermişdir.
Valyuta bərabərlik hüququnun təsdiqlənməsi əvəzinə dünya valyuta sistemi və valyuta kursunun fəaliyyət göstər­mə­sini müşayiət etmək sözü əlavə edilmişdir. Razılaşma bəndində üçüncü dəyişiklik (1992-ci il) ölkələrin Beynəlxalq Valyuta Fon­duna xarici borclarla vəziyyətin gərginləşməsi ilə əlaqədar olmuşdur ki, bu da Fonda təqdim olunan hüquq­lardan istifadə edərək müvəqqəti olaraq səsvermədə iştirak etməkdən dayan­dıra bilər. Bu tədbir vaxtı keçmiş borcları olan və öz nizamnamə öhdəçiliklərini ödəməkdən yayınan borclu ölkələr üçün tətbiq edilmişdir. BVF-nun tarixində bu tədbir bir neçə dəfə tətbiq edilmişdir. Axırıncı dəfə 2003-cü ildə Liberiya və Zimbabve ölkələrinə tətbiq edilmişdir.
Razılaşma bəndlərində fondun əsas məqsədləri möh­kəmləndirilmişdir ki, bunlar da aşağıdakılardan ibarətdir:

  • valyuta problemləri üzrə qarşılıqlı təsir və məsləhətlər yolu ilə beynəlxalq valyuta əməkdaşlığına yardımçı olmaq;
  • dünya ticarətinin balanslaşdırılması və gücləndiril­məsi üçün yaxşı mühitin yaradılması;
  • rəqabətə çağıran valyutanın devalvasiya (yəni qiymət­dən düşmüş kağız pulların tədavüldən götürülərək sabit kağız pullarla əvəz olunması) olunmasından qaçmaq, valyuta üzrə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə tərəfdar olmaq, valyuta kursunun sabitliyinə köməklik etmək;
  • dünya ticarətinin inkişafını nəzərdə tutan, valyuta müba­diləsində məhdudiyyəti aradan qaldırmaq və çoxtərəfli ödəmə sisteminin yaradılmasına köməklik göstərmək;
  • milli və beynəlxalq səviyyədə çiçəklənməsi üçün dağılma tədbirləri tətbiq etmədən üzv olan ölkələrə onların ödəmə balanslarında düzəlişlər edilməsi üçün müvəqqəti əsasda maliy­yə vəsaiti verməli;
  • üzv olan ölkələrdə beynəlxalq ödəmə balansları üzrə qıtlığın miqyası və davam etməsi ixtisar edilsin;
  • beynəlxalq valyuta münasibətlərində ölkələrin əxla­qını və beynəlxalq valyuta sisteminin vəziyyətini müşahidə etmək;
  • qısa və orta müddətə kreditlər vermək;
  • üzv olan ölkələrin valyuta ehtiyatlarına əlavə etmək;
  • əməkdaşlıqda iştirak etmək və məsləhətlər təqdim et­mək.

BVF daimi əsasda fəaliyyət göstərir və onun Nizamna­məsinə müvafiq olaraq yaradılmış (razılaşma bəndi) və müəy­yən səla­hiyyət və funksiyalar verilmiş çox mürəkkəb təşkilat xətti idarəetmə strukturuna malikdir ,idarəetmə struk­turuna əsasən BVF-nun ali orqanı Rəislərin Şurasıdır.

BVF-nun üzvü olan hər bir ölkə Sovetdə işləmək üçün beş il müddətinə iki nümayəndəsini göndərir. Bir qayda olaraq nümayəndə üzv olan ölkənin maliyyə naziri səviyyəsində və ya mərkəzi bankın rəhbəri olmalıdır.
Şura rəislərinin vəzifəsi BVF-na yeni üzvləri qəbul etmək, üzv olan ölkələrin valyutalarında baş verən dəyişiklikləri təsdiq etmək, kvotalara baxmaq, Fondun təmiz gəlirini bölüşdürmək, icraçı direktoru seçməkdən ibarətdir.
BVF-nun təşkilat strukturunda 1974-cü ildən beynəlxalq valyuta sisteminin fəaliyyətdə olması məsələləri haqqında məsləhətlər vermək, vəziyyətin dəyişməsilə əlaqədar olaraq beynəlxalq valyuta sisteminin idarə edilməsi haqqında məru­zələr hazırlamaq, həmçinin Fondun Nizamnaməsinə əlavələr işlənib hazırlanması və digər məsələlərin həlli ilə əlaqədar Müvəqqəti komitə mövcuddur. 1999-cu ilin sentyabrından Rəislər Şurası Icraedici Şuranın təkliflərini qəbul edərək Mü­vəq­qəti komitəni Beynəlxalq Valyuta-Maliyyə Komitəsi adlandırdı.
Bu gün Rəislər Şurasında iki komitə işləyir: Beynəlxalq maliyyə komitəsi, Dünya Bankının və BVF-nun Inkişaf Komi­təsi kimi məşhur olan Birləşmiş Nazirlər Komitəsi.
Rəislər Şurası Icraedici Şuraya hər hansı bir funksiyanı verə bilər. Icraedici Şura sərəncamverici direktora və icraedici şuranın sədri hesab edilən müavinlərinə, 24 icraedici direk­­tor­lara ayrılır. Icraedici Şura cari əməliyyatların həyata keçiril­məsi üçün cavabdehdir və Rəislər Şurası ilə birlikdə işlənib hazırlanmış siyasi pro­seslərin həyata keçirilməsinə nəzarət edir və istiqamətləndirir. Icraedici komitə BVF-nun məqsəd və vəzifələrini həyata keçirmək üçün öz baxımından istənilənkomitəni yarada bilər. O, sərəncamçıları – direktorları təyin edir. Mövcud ənənəyə görə sərəncamçı – direktor Avropa ölkələrinin sədri hesab edilir. O, gündəlik şöbə və xidmətlərə cavabdehdir və o, tabeliyində olan işçiləri təyin etməklə eyni zamanda işdən azad etmək səlahiyyətinə malikdir.
BVF-nun mövcud olduğu illərdə onun fəaliyyət miqyası nisbətən genişlənmiş, funksiyaları kifayət qədər dəyişmişdir. Fond makroiqtisadi siyasətin istiqamət­lən­dirilməsində aktiv iştirakçılardan biri olmuşdur. Iqtisadi siyasətin ümumi məsələ­ləri ilə məşğul olan funksional bölmələrin yenidən qurulmasına məruz qalmışdır. Belə ki, valyuta və ticarət münasibətləri şöbəsi dəyişdirilərək analitik şöbəyə çevrilmişdir.Analitik funk­si­ya­ları yerinə yetirən şöbə BVF-na üzv olan ölkələrin hazırda həyata keçirdiyi makroiqtisadi siyasət məsələlərinə diqqət yetirir. Təşkilati quruluşda regional bölmələr Afrika, Asiya və Sakit okean, Avropa (onlar ikidir), Orta Şərq və Qərb yarım­kü­rəsi üzrə yaranmağa başladı. BVF müstəqil və şəxsi ekspertiza xidmətinə və həm də BVF-na həvalə edilmiş vəzifələri yerinə yetirmək üçün digər xidmətlərə malikdir.

  • Teqlər:
  • Beynəlxalq Maliyyə Fondu
  • , International Monetary Fund

Beynəlxalq Valyuta Fondu

Maliyyə sabitliyinin qorunması beynəlxalq ictimaiyyət, o cümlədən Beynəlxalq Valyuta Fondunun (BVF) üçün prioritet məsələdir. BVF üzvlərinin iqtisadi sistemlərinə və maliyyə sektoruna nəzarətin həyata keçirilməsində geniş təcrübəyə malik olması dövlətlərin PL/TMM üzrə beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsində fayda verir

Azərbaycanla əməkdaşlıq

Pulların leqallaşdırılması, əlaqəli predikat cinayətlər, terrorçuluğun maliyyələşdirilməsi, habelə kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi bir çox ölkələrin maliyyə sektoruna və ya xarici sabitliyinə təhdidlər yaradır və beynəlxalq maliyyə sistemini də təhlükə ilə üz-üzə qoyur. Bu baxımdan, MMX əməkdaşlıq çərçivəsində BVF-dən təlimlər və ekspert dəstəyi şəklində texniki yardım almışdır

  • Bizimlə əlaqə saxlayın
  • Apellyasiya şurasına şikayət
  • Faydalı linklər
  • Sual-cavab
  • Media

copyright © 2023.
AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ MONİTORİNQİ XİDMƏTİ

Comments are closed, but trackbacks and pingbacks are open.