Press "Enter" to skip to content

Beynəlxaq turizm

Çay gəmiçiliyinin inkişafına müsbət təsir edir:

Nəqliyyat və iqtisadi əlaqələr

Nəqliyyat dünya təsərrüfatının qan damarlarına bənzədirlər. O, coğrafi əmək bölgüsünün əsasını təşkil edir. ETİ-nin ən çox təsir göstərdiyi sahələrdən biridir. Son illər nəqliyyatın coğrafiayasında xeyli dəyişikliklər baş vermişdir. İlk növbədə dəmiryolu ilə yük dövriyyəsi digər nəqliyyat növlərinin inkişafı ilə əlaqədar olaraq xeyli azalmışdır.

Dəmiryolu– nəqliyyatı əsasən yük daşımasına, İEOÖ-də isə həm yük həm də sərnişin daşınmasına xidmət edir. Uzaq məsafələrə yük daşınmasında çox səmərəlidir. Dəmiryol xətlərinin uzunluğuna görə ABŞ, Rusiya, Kanada, Braziliya, Yaponiya, Hindistan, Avstraliya, Argentina, Fransa və fərqlənir. Nepal, Butan, ərəb ölkələrində, Əfqanıstanda, Boliviyada, və s dağlıq ölkələrdə zəif inkişaf edib. Elektrikləşdirilmiş dəmiryolu və boru kəməri ətraf mühüti çirkləndirmir.

Avtomobil – Şəhərətrafı sərnişin daşınmasında daha çox istifadə edilir. Dağlıq rayonlarla əlaqədə mühüm rola malikdir. Əsas üstünlüyü yükləri aralıq məsafələrə boşaltmadan istehlakçıya çatdırır. Lakin atmosferi çox çirkləndirir. Şəhər daxilində, şəhərlər arasında( qapıdan-qapıya) yaxın və orta məsafələrə sərnişin və yük daşımalarında daha əlverişli nəqliyyat növüdür.

Son zamanlar bu nəqliyyat növü İEOÖ-də də sürətlə inkişaf edir. Məsələn: Resifi( Braziliya) və Lima( Peru) şəhərləri arasında salınmış Trans- Amazon magistral yolu Latın Amerikası ölkələrinin iqtisadiyyatının inkişafında böyük rol oynamağa başlamışdır. Son dövrlərdə yaxın və orta məsafələrə yük daşınmasında avtomobil nəqliyyatından daha çox istifadə olunur səbəb: yükgötürmə qabiliyyətinin və sürətinin artmasdır.

TRANS AMAZON AVTOMOBİL YOLU

Boru kəməri- Əsasən, neft-qaz idxal edən ölkələrdə sıx şəbəkə yaradır. Ətraf mühiti az çirkləndirir. Azərbaycan, Nigeriya, Liviya, İran, İraq, Venesuela, Əlcəzair və s. Son zamanlar Azərbaycandan ixrac olunan xammalların daşınmasında rolu artmışdır.

Dəniz nəqliyyatı- Təbii şəraitdən daha çox aslıdır. Beynəlxalq kütləvi kontinentlər arası yük daşımada ilk yeri turur. Ən ucuz nəqliyyat növüdür. Atlantik okeanının şimal hissəsi dəniz yollarının ən sıx olduğu ərazidir. (Avropa və Şimali Amerika arası). Yaponiyada, ABŞ-da, Qərbi Avropa ölkələrində xammal idxalı və hazır məhsul ixracı ilə əlaqədar daha sürətlı inkişaf edir və bu İEÖ-də son zamanlar iri liman şəhərlərinin meydana gəlməsinə və bu şəhərlərdə sənayenin yüksək təmərküzləşməsinə səbəb olmuşdur. Bu nəqliyyat növünün inkişafında mühüm kanalların (Süveyş, Panama, Kil- Baltik dənizi ilə Şimal dənizin birləşdirir və s) boğazların (La-Manş, Katteqat, Hörmüz, Malakka, Cəbəllütariq, Dardanel, Bosfor, Kerç, Eresun, Zond və s) əhəmiyəti böyükdür.

Ən böyük dəniz donanmaları:

Yaponiya, ABŞ, Rusiya, Liberiya, Panama, Böyük Britaniya, AFR, Fransa, Norveç və Yunanıstandır. Liberiya və Panama dəniz donanmalarının bu siyahida olması İEÖ gəmilərinin daha az vergi ödəmək məqsədilə “ucuz bayraq” prinsipinə uyğun olaraq, göstərilən ölkələrdə qeydiyyatdan keçməsinə səbəb olur. Gəmilərə edilən qulluq, onlardan alınan vergi, icarəyə götürülməsindən alınan gəlirlər və s fraxt, açıq dənizdə müasir cihazlar vasitəsilə öz hərəkət istiqamətlərini təyin emələri isə naviqasiya adlanır.

Ən böyük dəniz limanları

Rotterdam- Niderland

Yeni Orlean- ABŞ

Marsel- Fransa

Hamburq- AFR

Antverpen- Belçika

Kobe və Naqoya- Yaponiya

Sinqapur- Sinqapur

Kəraçi- Pakıstan

Bəsrə- İraq

Qeyd: Son dövlərdə dəniz nəqliyyatında Sakit okeanın payı artmışdır. Səbəb: Yaponiyanın sürətli inkişafı, ABŞ və Kanadanın qərb hissələrinin sürətli inkişafı və Yeni sənayeləşmiş ölkələrin inkişafı (Malayziya, İndoneziya, Tailand və s)

Çay-göl nəqliyyatı. Azərbaycanda zəif inkişaf etmişdir. İnkişafında suni yaradılmış su obyektlərinin təsiri böyükdür. Əsasən, Müqəddəs Lavrenti, Reyn, Dunay, Oder, Elba, Volqa, Missisipi, Yantsızı, Qanq, Bramhaputra, Mekonq, Ob, Yenisey, Lena, Nil, Parana və s çaylarında inkişaf edir

Çay-göl nəqliyyatının inkişafında Volqa-Don, Volqa-Baltik, Ağ dəniz- Baltik, Göl nəqliyyatı ən çox Böyük Göllər və Xəzərdə inkişaf etmişdir.

Çay gəmiçiliyinin inkişafına müsbət təsir edir:

  1. Çay yatağında astana və şəlalələrin olmaması
  2. Bütün il boyu bolsululuq
  3. Çay yatağının meyilliyinin az olması

Hava nəqliyyatı: əsasən, sərnişin daşınmasına xidmət edir. İEÖ-də güclü inkişaf etmişdir.

Dünya nəqliyyatında yük dövriyyəsinə görə sahələrin payının azalan sırası:

Dəniz, dəmiryol, boru kəməri, avtomobil, hava

Dünya nəqliyyatında sərnişin daşınmasına görə sahələrin payının azalan sırası:

Avtomobil, dəmiryol, hava, dəniz, daxili sualar

Beynəlxalq iqtisadi əlaqələr

Xarici ticarət- iqtisadi əlaqələrin qədim formasıdır. Xarici ticarətin mühüm göstəricilərindən biri də ticarət balansıdır( saldo). Bu, bir il ərazində ölkənin ixrac etdiyi məhsul ilə idxal etdiyi məhsulun dəyəri arasındakı fərqdir. Müsbət ticarət balansı İEÖ üçün, xüsusilə Böyük Britaniya, Yaponiya, AFR üçün, mənfi ticarət balansı isə İEOÖ üçün səciyyəvidir. Lakin ABŞ, Fransada ticarət balansının mənfi olması bu ölkələrin daha çox istehlak məhsulları və xammal idxal etməsidir.

Kapital ixracı- ( maliyyə kredit münasibətləri) son illər mühüm formaya çevrilib. Bir ölkənin başqa bir ölkəyə kredit və ya səhm verməsi, investisiya qoyuluşu adlanır. Kapital ixrac edən ölkələr: ABŞ, Böyük-Britaniya, AFR, Küveyt, Səudiyyə Ərəbistanı, Bruney, Sinqapur, Malayziya, Tayvan və s-dir.

Elmi-texniki əməkdaşlıq– İqtisadi əlaqələrin yeni formasıdır. Elmi-texniki imformasiyaların ( patent, liseynsiya, texniki sənədlər) qabaqcıl texnologiyaların beynəlxalq səviyyədə mübadiləsidir.

Kompensasiya( ödəmə) sazişi – son illərdə ölkələr arasında mühüm iqtisadi əlaqə formasına çevirlmişdir. Bu əlaqə formasının mahiyyəti ondan ibarətdir ki, müəyyən ölkənin krediti hesabına təsərrüfat obyektləri tikilir və hazır məhsul hesabına sonralar həmin kreditlər ödənilir( kompensasiya).

Müxtəli növ xidmətlərin göstərilməsi- “görünməz ixracat da” adlanır. Belə xidmətlərə gəmilərin, təyyarələrin icarəyə verilməsi, limana gələn gəmi və təyyarələrə xidmət göstərilməsidir.

Beynəlxalq istehsal əlaqələri- Müəyyən məhsul istehsalında dövlətlərin birgə iştirakıdır. Bu istehsalın ixtisaslaşması və kooperativləşməsi ilə aparılır. Belə əlaqə daha çox avtomobil sənayesinə aiddir.

Beynəlxaq turizm – Turizmin inkişafı ölkədə məhsualdar qüvvələrin, nəqliyyatın inkişafı səviyyəsini göstərməklə yanaşı, həm də urbanizasiyanın, insanların həyat səviyyəsinin, mədəni inkişafının mühüm göstəricisidir.

Dünyanın beynəlxalq əhəmiyyət kəsb edən turizm mərkəzlərinə Aralıq dənizi, Baltik dənizi, Qara və Karib dənizi ölkələri, Alp ölkələri, Cənubi Amerika sahilləri, Kanar, Maldiv, Baham adaları, Okeaniya və s aiddir.

Hazırladı: Osman Eminov

Qeyd: Müəllimlərin işə qəbulu hazırlıqlarına hazırlaşmaq istəyənlər “Bakı Peşəkarlaq Akademiyası”nda dərslərimizə qoşula bilərlər bilərlər”. Yüksək səviyyədə keçən dərslərimiz həm miq həm atestasiya imtahanında sizə kömək edəcək.

Əlaqə nömrələri: �� ☎️ (+99412) 436 92 67 | (+99455) 787 21 23/24
�� Ünvan:Nizami metrosunun yaxınlığı,Caspian Plaza, 3-cü korpus,11-ci mərtəbə.

Müəllifin öz əlaqə nömrəsi: 055-534-81-70

Beynəlxaq turizm

Turizm sahəsində əməkdaşlığın aparıldığı ölkələrlə müxtəlif istiqamətlər üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə dövlətlərarası və beynəlxalq təşkilatlarla sazişlər və müqavilələr bağlanılıb. Turizm sahəsi üzrə 1992-ci ildən bu günədək 27-i hökumətlərarası olmaqla 31 Saziş, 12 Anlaşma Memorandumu, 2020-2022-ci illər üçün turizm sahəsi üzrə 2 Əməkdaşlıq Proqramı imzalanıb. Sözügedən sənədlərin icrasının həyata keçirilməsi ilə bağlı tədbirlər proqramı hazırlanaraq təsdiq olunub, qarşı tərəflərlə görüşlər təşkil olunaraq əməkdaşlıq perspektivləri müzakirə edilib, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilməyə başlanılıb.

Dövlət Turizm Agentliyi hazırda bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Sözügedən təşkilatlardan Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və digər təşkilatlarla turizm sahəsində əməkdaşlıq aparılır.

Ölkələrarası əlaqələr

Turizm sahəsində əməkdaşlığın aparıldığı ölkələrlə müxtəlif istiqamətlər üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə dövlətlərarası və beynəlxalq təşkilatlarla sazişlər və müqavilələr bağlanmışdır. Turizm sahəsi üzrə 1992-ci ildən bu günədək 23-ü hökumətlərarası olmaqla 28 Saziş, 10 Anlaşma Memorandumu, 2 protokol imzalanmışdır. Sözügedən sənədlərin icrasının həyata keçirilməsi ilə bağlı tədbirlər proqramı hazırlanaraq təsdiq olunmuş, qarşı tərəflərlə görüşlər təşkil olunaraq əməkdaşlıq perspektivləri müzakirə edilmiş, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilməyə başlanmışdır. Agentliyin turizm strategiyasına uyğun olaraq 2018-ci ilin sonlarında 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri fəaliyyətə başlamışdır. Almaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Hindistan və Rusiyada açılmış nümayəndəliklər fəaliyyət göstərdikləri ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, təbliğat materiallarının hazırlanması və yayımlanması, təlimlərin keçirilməsi və s. kimi istiqamətlər üzrə fəaliyyət göstərirlər. Rəsmi turizm nümayəndəliklərinin ölkəmizə aid seminarların, eləcə də yerləşdiyi regionlardakı və Azərbaycandakı turizm və səyahət şirkətlərinin əməkdaşlıq etməsi üçün görüşlərin təşkil edilməsi, Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunmasına dəstək verilməsi və koordinasiya işlərini həyata keçirərək ikitərəfli əlaqələrin stimullaşdırılmasına xidmət etməsi nəzərdə tutulmuşdur.

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT)

Turizm sahəsində aparıcı beynəlxalq təşkilat olmaqla yanaşı, bu sahədə iqtisadi artım, inkluziv inkişaf və ekoloji davamlılığı təmin edən və turizm təbliğatına cavabdeh təşkilatdır. Dövlət Turizm Agentliyinin nümayəndələri təşkilat tərəfindən keçirilən beynəlxalq tədbirlərdə mütəmadi olaraq iştirak edir.

Türk Dövlətləri Təşkilatı

Türkdilli dövlətlər arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, regionda və üzv dövlətlərdə İpək Yolunun tarixi və mədəni əhəmiyyətinə dair məlumatlılığın artırılması işlərini aparan təşkilatdır.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT)

2019-cu ilin 13 fevral tarixində Türkiyə Respublikasının Ankara şəhərində keçirilmiş İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin Turizm üzrə İşçi Qrupunun 13-cü iclasında Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak edib.

Bundan əlavə, Dövlət Turizm Agentliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı (GUAM) arasında birgə fəaliyyət çərçivəsində turizm sahəsinə regional inkişafın əsas istiqamətlərini müəyyən etmək, eləcə də ikitərəfli və çoxtərəfli turizm əlaqələrini inkişaf etdirmək məqsədilə əməkdaşlıq əlaqələri mövcuddur.

Beynəlxaq turizm

Beynəlxaq Turizm Təşkilatının məlumatlarına görə, XXI əsrin birinci onilliyində dünyada xarici turistlərin sayı bir milyardı ötüb. Planetimizin sakinləri ən müxtəlif səbəblər üzündən səyahət edirlər. İki milyarddan çox insan isə bu gün daxili turizmlə məşğuldur və öz ölkələri boyu səyahətə çıxır. Beləcə, biz cəsarətlə deyə bilərik ki, bəşəriyyətin yarısı bu və ya digər şəkildə turizm sferasına daxildir.

Sosioloji sorğuların nəticələri göstərir ki, səyahət etmək insanlar arasında dözümsüzlük hallarını aradan qaldıran vacib detaldır. Müxtəlif ölkələrə səyahət zamanı insanlarda etnik müxtəlifliyə müsbət münasibət formalaşır. Səyahət etmək maraq dairəmizin ehtiyacını təmin etməklə yanaşı, öyrənmək, tədqiq etmək, yeni olanı dadmaq və dünyanı hər gün yeni rəngdə görməkdir. Hər dəfə yenilik görəndə insan dünyaya başqa cür baxmağa başlayır. Qədim binaların fasadlarına baxarkən, tarixi məkanları seyr edərkən hiss edirsən ki, biz ən müxtəlif ölkələrdə yaşasaq da, hamımız çox oxşarıq.

Azərbaycan özünün rəngarəng tarixi, dini, müalicə, gəzinti və işgüzar mühiti ilə dünya turizm biznesinə töhfələrini verə bilər. Ölkənin malik olduğu təbii şərait və qədim tarix bu baxımdan Azərbaycanın dünya turzm sektorunda uğurunu şərtləndirən amil kimi çıxış edə bilər. Bu gün turizm sektoru ölkədə böyük perspektivlər vəd edən bir müstəviyə çevrilməkdədir. Hər il ölkəmizə gələn türistlərin sayında artım müşahidə edilir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təhlillər nəticəsində məlum olub ki, 2015-ci ilin yekunlarına görə, Azərbaycana gələn turistlərin sayı ümumilikdə 2 milyon civarında olub. Bu artan rəqəmlərin fonunda isə turizmin müxtəlif növlərindən istifadə olunması aktuallığını saxlayır.

Babəkin və Şah İsmayılın “gözlədiyi” turistlər

Dünyada turizmin növlərindən biri olan mədəni-tarixi turizm aparıcı mövqe tutur. Tarixi turizm dünyada qədim mədəniyyət izləri qalan bütün ölkələrdə uğurla tətbiq edilir. İtaliyada Roma imperiyasnın, Yunanıstanda Ellada və qədim yunan sivilzasiyasının, Misirdə firon epoxasının bu günə gəlib çatmış mədəni abidələri bu dövlətləri turizm üçün cəlbedici ölkəyə çevirir və milyonlarla turist hər il oralara axışır.

Qeyd edək ki, dünyada turist axınının 40 faizi mədəni motivasiya daşıyır: dünya, milli, yerli əhəmiyyətli mədəni dəyərləri, etnik xüsusiyyətləri, memarlıq nümunələrini öyrənmək, dərk etmək, toxunmaq, hiss etmək…

Böyük tarixi və mədəni irsə malik Azərbaycan da özünün bu yöndə olan turizm potensialı üçün böyük perspektiv açır. Buna ölkənin iqtisadi vəziyyəti, Azərbaycanın dünya sistemində tutduğu yer və turizm sahəsində inkişaf tendensiyası imkan verir.

Odur ki, dünya turizm sektorunda uğurlu və gəlirli sayılan tarixi turizmin ölkəmizdə inkişafı üçün yaxşı potensial var. Hansı ölkədə b. e. ə. 586-cı ildə dağıdılmış Birinci Məbəddən kökü gələn və tamamilə yəhudilərdən təşkil olunan icma var? Bu ölkə Azərbaycandır. Babil hökmdarı II Novuxodonosurun (b. e. ə. 586-ci il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri məhz Azərbaycan torpağında sığınacaq tapmaqla özlərinin tarixi-mədəni irsini formalaşdırıblar.

Eramızın birinci yüzilliyinin ortalarında Azərbaycana gələn xristianlığın ilk ardıcılları burada böyük bir iz qoyub. Erkən xristian abidələri, Alban aftokefal kilsəsi, Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi, Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsi… Üstəlik peyğəmbər İsa Məsihin həvarilərindən olan müqəddəs Varfolemeyin Bakıda yaşaması və burada həlak olması barədə katolik dünyasında gəzən inam böyük xristian dünyasının üzünü Azərbaycana tutmağa vadar edə bilər.

Bütün bunların, tarixi turizmi inkişaf etdirən və ölkəyə səyahətçilərin böyük axınını yarada biləcək əsas detal olaraq, Azərbaycanı tarixi turizm üçün cəlbedci bir vitrinə çevirmək potensialı var.

Tarixi Böyük İpək Yolunda əsas həlqələrdən biri olan Azərbaycanın mədəni və ticarət əlaqələri üçün açıq olması burada mədəni turizmin köklərinin atmasında mühüm rol oynayıb. Odur ki, turistlərə “Marko Polonun izi ilə” təqdim olunacaq turizm xəritəsi bu baxımdan böyük persektivlər vəd edən bir marşrutdur.

Bundan başqa, Xəzər sahili boyu təşkil olunmuş teploxod kruizi Azərbaycanın tarixi məkanlarına səyahət, xalqların yaşamı, ənənələri, həyat tərzini görmək imkanı verməklə yanaşı, turistlərdə ərazinin qədim tarixinin canlı tablosunu yaradacaq. Arxeoloji irsimizdə də turizm üçün böyük potensial var. Bu abidələrin düzgün təqdimatı kütləvi daxili və xarici turizmi stimullaşdıra bilər.

Azərbaycan tarixi dünya tarixinin bir hissəsi olmaqla cahanda böyük iz qoymuş hadisələrin baş verdiyi məkanları da özündə saxlayır. Babəkin döyüşdüyü tarixi qalalar, Şah İsmayılın və Səfəvilərin, Nadir şahın, neçə – neçə digər tarixi şəxsiyyətlərin dünya tarixini dəyişdirmiş məşhur döyüş yerləri bu baxımdan tarixi – mədəni turizmin əsas hədəflərindəndir.

Belə təcrübələr dünyada az deyil. Məsələn, Rusiyanın qoruq-muzeyi olan “Kulikovo çölü” monqol-tatarlarla rusların tarixi döyüş məkanı kimi daim turistlərin diqqətindədir. Muzey gözəl menecerlik işini təşkil etməklə turistlərin sayını artırmağa nail olub. İldə bu muzeyə 75 min turist gəlir.

Qeyd edək ki, İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınıb. Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun Dünya Mədəni İrs Siyahısına daxil olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə tanıdılmasında mühüm rol oynamaqla yanaşı, bu məkanların beynəlxaq turizm müstəvisinə müncər edilməsi əsas məqsədlərdən biridir.

Ziyarət turizminin perspektivləri

Turizm üçün səyahət motivasiyasında dini-ziyarət institutunu təşkil edən səfərlər də xüsusi əhəmiyyətlidir. Müsəlman ölkəsi olan Azərbaycan bu baxımdan unikal dövlətdir. Qeyd etdiyimiz kimi, Azərbaycan iudaizm, xristian və islam mədəniyyətlərinin abidələri ilə zəngindir.

Ölkəmizin ərazisində mövcud olan islam mədəniyyəti abidələri dini turizmlə bağlı özündə böyük perspektivlər daşıyır. Heç təsadüfi deyil ki, müsəlman sivilzasiyasında müqəddəs məkanların olduğu yerlərin siyahında Azərbaycan da var. Ölkənin hər yerində belə mədəni-dini məkanlar, ziyarətgahlar mövcuddur. Bakıda Bibiheybət ziyarətgahı, Gəncədə İmamzadə, Naxçıvanda Əshabi-Kəf komplekslərinə hər il minlərlə insan ziyarətə gəlir. İnancı insanların ziyarət turizminin təşkil edilməsi turizm obyektlərinin ilboyu işləməsi üçün imkan yaradacaq.

Daha bir mühüm turizm resursu bayramlar, festivallar, sərgilərdir. Belə tədbirlər hadisə turizmini inkişaf etdirərək turistlərə bütün ilboyu səyahətə gəlmək stimulu verir. Məsələn, İspaniyada qeyd olunan 200 bayram məhz turizm əhəmiyyəti daşıyır. Onlardan bəziləri bütün dünyada məşhurdur. Zəngin və qədim Azərbaycan tarixi belə bayramların böyük buketini özündə saxlayır. Onların sırasında ilk olaraq Novruz bayramını qeyd etmək olar. Turizm şirkəti mütəxəssislərinin hesablamalarına görə, 2016-cı ildə Novruz bayramını Azərbaycanda qeyd etmək üçün ölkəyə ümumilikdə 40 minə yaxn turist gəlib. Azərbaycanın qədim inanc və ənənələrinin simvolu olmuş bayramların bərpası, hazırlanması və təqdimatı tarixi turizmi inkişaf etdirməklə yanaşı mədəni irsin təbliğində böyük rol oynaya bilər.

Tarixi-mədəni turizm regionlara yönəlik siyasətin əsas faktoru kimi

Tarixi turizm mədəni irsin saxlanması üçün aparılan siyasətlə sıx bağlıdır. Bu sahə mühüm iqtisadi resurs olaraq yeni faktor kimi regionların inkişaf strategiyasına mühüm xidmətlərini göstərə bilər və ölkənin tarixi-mədəni zənginliynə söykənməklə regionların perspektiv sosial və iqtisadi inkişafı üçün real imkanlar yaradır.

Odur ki, bu sahənin inkişaf etməsi üçün qədim irsin saxlanmasını təmin edən geniş normativ-hüquqi sənədlər və bu irsin qorunmasını təşkil edən uğurlu tədbirlər vacibdir. Bunun üçün müvafiq sənədlərin içində mühüm olanı Prezident İlham Əliyevin 2014-cü ilin fevralında imzaladığı “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında öz əksini tapıb. Dövlət Proqramında diqqəti çəkən amil regionlarda turizmin inkişafının qarşıdakı illər üçün prioritet elan olunmasıdır. Orada turizm sektorunun qarşısına əsas vəziflərdən biri kimi turizm ehtiyatlarının genişləndirilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması qoyulub. Bunun üçün regionlarda turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü layihələrin həyata keçirilməsi önə çəkilib.

Tarixi-mədəni turizmi stimullaşdırmaq, turist axınına nail olmaq üçün bu sahə üzrə menecment və peşəkar kadrlar əvəzedilməzdir. Ölkədə bununla bağlı ciddi iş aparılır. Prezidentin 2005-ci il 25 avqust tarixli fərmanı ilə Azərbaycan Turizm İnstitutu yaradılıb. ATİ-ni indiyədək 1064 məzun bitirib. Lakin turizm sektorunda rəsmi olaraq işləyənlərin sayı 10 min nəfərdən çox olduğunu nəzərə alsaq, peşəkar və ciddi menecment seqmentinin yaradılmasının prioritet olduğunu görmək olur. Ən mühüm olan məsələ menecerlik strukturunun yaradılmasıdır. 2014-cü ildə ATİ-nin bazasında yaradılmış Azərbaycan Turizm və Menecment Universitetinə ümidlər böyükdür. Azərbaycan Turizm və Menecment Universiteti yaxın 5-10 ildə beynəlxalq tələblərə cavab verən, 25-dən çox ixtisas üzrə təxminən 6-8 min tələbəsi olan, turizm və digər xidmət sahələrində aparıcı dövlət ali təhsil müəssiəsinə çevrilməyi nəzərdə tutur.

Ölkənin regionlarında qədim tarixi və dini obyektlərin təqdimatında müəyyən problemlər var. Onların reklam təqdimatı yoxdur, ya da çox səthidir. Odur ki, tarixi-mədəni turizmin inkişafı üçün lazım olan kadrların yetişdirilməsi də diqqətdən kənarda qalmamalıdır. Qeyd edək ki, mədəni irslə bağlı tarixi turizmin inkişafı üçün bu potensialın geniş tədqiqi zəruridir. Həmçinin rayonlarda turistik strukturların inkişafı üçün müvafiq proqnoz və tövsiyələrin hazırlanması da vacibdir…

Səyahət dünyagörüşü genişləndirir, müxtəlif yerlərdə olarkən bizi bilmədiyimiz mədəniyyətə və ənənələrə kökləməklə dünya ölkələrini ayıran sərhədləri dağıdır. Anlayırıq ki, bizi birləşdirən amillər ayıranlardan daha çoxdur. Odur ki, Azərbaycan özünün qədim tarixi, tolerant mədəni mühitini dünyaya təqdim etməklə bu müxtəlifliyin cazibədar bir parçası olduğunu göstərə və ölkəmizə böyük turist marağını yönəldə bilər.

Xaqani SƏFƏROĞLU

Yazı “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Comments are closed, but trackbacks and pingbacks are open.