Press "Enter" to skip to content

Bəhanələrə yox daxili intizamın gücü

Daxili babasil zamanı lokal qan durğunluğu düz bağırsaq venalarının trombozuna səbəb olur. Patologiya anus nahiyəsində kəskin ağrılarla xarakterizə olunur. Daxili hemorroidal düyünlər tünd qırmızı-göy rəng alır, ölçüləri həddindən artıq böyüyür və palpasiya zamanı ağrılı olur. Düzgün qidalanmama, fiziki yüklənmələr, qəbizlik daxili düyünlərin boğulmasına gətirib çıxarır. Belə hallar hemorroidal düyünlərin trombozu və nekrozu ilə nəticələnə bilər. Xəstələrdə anusda kəskin ağrı və yad cismin olması hissi yaranır. Baxış zamanı tünd, bəzən hətta qara rəngli hemorroidal düyünlər aşkarlanır.

Daxili babasil

Daxili babasil — düz bağırsaq venalarının xəstəliyi olub, varikoz düyünlərin bağırsağın mənfəzində selikli qişanın altında yerləşməsi ilə xarakterizə edilir. Patologiya defekasiya zamanı güclənən ağrı, qanaxma, daxili düyünlərin sallanması, anemiya ilə təzahür edir. Hemorroidal düyünlər barmaqla rektal müayinə, anoskopiya, rektoromanoskopiya, irriqoskopiya zamanı aşkarlanır. Daxili düyünlərin konservativ müalicəsi, skleroterapiya, kriodestruksiya erkən mərhələlərdə effektiv sayılır. Gecikmiş dövrlərdə düyünlərin liqaturaya alınması və ya cərrahi müdaxilə həyata keçirilir.

  • Yaranma səbəbləri
  • Patogenez
  • Daxili babasilin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Daxili babasilin müalicəsi
  • Proqnoz və profilaktika

Daxili babasil barədə ümumi məlumat

Daxili babasil düz bağrsağın selikli qişasının altında yerləşən venoz kələflərin varikoz genişlənməsidir. Patologiya əksər hallarda xroniki gedişə malik olur və tədricən inkişaf edir. Düz bağırsaqda sinir uclarının az olması ilə əlaqədar daxili babasil adətən başlanğıc mərhələlərdə simptomsuz gedir. Uşaqlar istisna olmaqla dünya əhalisinin təxminən 4%-i (xəstəliyin qarışıq formaları nəzərə alındıqda – 6%) müxtəlif ifadə dərəcəsinə malik daxili babasildən əziyyət çəkir. Doğuş keçirən qadınların 80%-i bu problemlə qarşılaşır. Təkrari doğuş aktı düz bağırsaq venalarının varikoz patologiyasının yaranma ehtimalını dəfələrlə artırır.

Daxili babasilin y aranma səbəbləri

Daxili babasilin əsas etioloji amili irsi meyllik hesab olunur. Bu, embriogenez prosesində düz bağırsağın distal hissəsində anorektal xəttin önündə və anal kanalda aralığın nahiyəsinin dərisi altında formalaşan iri ölçülü kavernoz törəmələrlə bağlıdır. Provokasiyaedici amillərin təsirindən törəmələrin ölçüləri böyüyür, onlar distal istiqamətdə yerini dəyişir, nəticədə daxili hemorraidal düyünlər əmələ gəlir.

Daxili babasil həyat şəraitindən birbaşa asılı olan patologiyadır. Az hərəkətlilik, uzunmüddət oturaq vəziyyətdə və ya ayaq üstə qalmağı tələb edən iş şəraiti düz bağırsaq venalarında durğunluğa və daxili düyünlərin yaranmasına səbəb olan amillərdən sayılır. Həmçinin izafi fiziki yüklənmə, ağırlıq qaldırma da daxili babasilin inkişafına təkan verir. Gündəlik qəbul olunan mayenin azlığı nəcis kütlələrinin bərkiməsinə və qanın qatılaşmasına gətirib çıxarır. Kəskin və duzlu qidalar, spirtli içkilərdən sui-istifadə bağırsağın selikli qişasını qıcıqlandıraraq, disfunksiya (qəbizlik və ya ishal) törədir, xəstəliyin formalaşmasını sürətləndirir.

Qadınlarda hemorroidal düyünlərin yaranmasında doğuş mühüm rol oynayır. Artıq çəki, piylənmə, kiçik çanaq nahiyəsinin şişləri bağırsaq peristaltikasını zəiflədir, piy və şiş toxumasının əlavə təzyiqi isə bağırsağın qan dövranını əhəmiyyətli dərəcədə pozur. Daxili babasil selikli qişanın mikrozədələnmələri ilə müşahidə olunan bağırsaq infeksiyalarının fonunda əmələ gələ bilər. Yaşlı şəxslərdə əzələ liflərinin atrofiyası daxili düyünlərin yaranmasına səbəb olur. Stress halları və emosional gərginliklər bütün orqanların, o cümlədən bağırsağın fəaliyyətinə mənfi təsir göstərərək, daxili babasilin təkanverici amillərinin təsirini gücləndirir, xəstəliyin gedişini ağırlaşdırır.

Daxili babasilin p atogenezi

Daxili babasilin patogenezinin əsasını rektal (daxili) təzyiqin yüksəlməsi və damar divarının zəifləməsi təşkil edir. Bu amillərin təsirindən düz bağırsağın venoz kələfi genişlənir və qabarır – selikli qişa ilə örtülü daxili hemorroidal düyün formalaşır. Damar törəmələri əzələ və birləşdirici toxuma mənşəli arakəsmələrlə ayrılan çoxsaylı boşluqlardan ibarət kavernoz cisimlər şəkilində olur.

Daxili babasilin əlamətləri

Daxili hemorroidal düyünlərin əsas fərqləndirici xüsusiyyəti xarici əlamətlərin olmamasıdır. Varikoz düyünlər düz bağırsaqda sfinkterə yaxın və ya ondan bir qədər aralıda yerləşir. Simptomatikanın ifadəliliyi düyünlərin ölçüsündən asılıdır. Klinik proktologiyada daxili babasilin 4 inkişaf mərhələsi ayırd edilir:

  • Imərhələ. Başlanğıcda varikoz genişlənmələr kiçik ölçülü olub, narahatlıq törətmir. Düyünlər bəzən bərk nəcis kütlələri tərəfindən zədələnərək, iltihablaşır. İfraz olunan eksudat anus ətrafında göynəmə, qaşınma və nəmliyə səbəb olur. Gigiyenik prosedurlar zamanı tualet kağızında qan izləri görünə bilər. Lakin əksər hallarda qan adi gözlə deyil, yalnız nəcisin mikroskopik müayinəsi zamanı aşkarlanır. Pasiyentlərin çox hissəsi defekasiya aktından sonra düz bağırsaqda yaranan diskomfort hissindən şikayətlənir.
  • IImərhələ. Müalicə aparılmadıqda düz bağırsağın daxili varikozu növbəti mərhələyə keçir. Hemorroidal düyünlərin ölçüləri daha da böyüyür, bağırsaqda ağırlıq və yad cismin olması hissi meydana çıxır. Ağırlıq qaldırma, öskürək, defekasiya zamanı varikoz törəmələr anal dəlikdən xaricə çıxır, bir müddətdən sonra sərbəst şəkildə geri qayıdır. Qanlı ifrazatlar ifadəli olur. Defekasiya aktı ağrı ilə müşayiət olunur. Daimi qanitirmə nəticəsində yerli əlamətlərə anemiya da qoşulur. Bəzən xəstənin vəziyyəti yüngülləşir, bütün əlamətlərin ifadəliliyi zəifləyir, remissiya mərhələsi baş verir.
  • IIImərhələ. Hemorroidal düyünlər həddindən artıq böyüyür, cüzi gərginlik zamanı anal dəlikdən sallanır. II mərhələdən fərqli olaraq, düyünlər öz-özünə geri qayıtmadığından onlar barmaqla içəri salınır. Bu mərhələdə ağırlaşmalar: ifadəli iltihab reaksiyası, düz bağırsağın çatları, düz bağırsaq qanaxmaları inkişaf edə bilər. Daimi xarakterli kəskin ağrı daxili babasilin ağırlaşmasının əsas əlaməti sayılır.
  • IVmərhələ. Düz bağırsağın daxili varikozunun gecikdirilmiş mərhələsidir. Bu zaman sallanan hemorroidal düyünləri anal kanala qaytarmaq mümkün olmur. Ağrı sindromu xəstəni daima narahat edir. Babasilin proqressivləşməsi simptomatikanın ifadəliliyi və kəskinləşmə dövrlərinin tezləşməsi ilə müşayiət olunur. Xəstəliyin inkişaf sürəti provokasiyaedici amillərin gücü və orqanizmin xüsusiyyətlərindən asılıdır.

Daxili babasilin a ğırlaşmaları

Daxili babasil zamanı lokal qan durğunluğu düz bağırsaq venalarının trombozuna səbəb olur. Patologiya anus nahiyəsində kəskin ağrılarla xarakterizə olunur. Daxili hemorroidal düyünlər tünd qırmızı-göy rəng alır, ölçüləri həddindən artıq böyüyür və palpasiya zamanı ağrılı olur. Düzgün qidalanmama, fiziki yüklənmələr, qəbizlik daxili düyünlərin boğulmasına gətirib çıxarır. Belə hallar hemorroidal düyünlərin trombozu və nekrozu ilə nəticələnə bilər. Xəstələrdə anusda kəskin ağrı və yad cismin olması hissi yaranır. Baxış zamanı tünd, bəzən hətta qara rəngli hemorroidal düyünlər aşkarlanır.

Anal kanaldan arası kəsilməyən qanaxma daxili babasilin ağırlaşmasından xəbər verir. Massiv qanaxma və ya anusun kavernoz cismindən uzunmüddətli qan ifrazı nəticəsində proqressivləşən anemiya (hemoqlobinin 40-50q/l-a qədər azalması) fonunda halsızlıq və digər əlamətlər inkişaf edir. Hemorroidal düyünlərin sallanması (xüsusən yaşlı şəxslərdə) anal sfinkterin çatışmazlığına, qaz, bəzən isə maye konsistensiyalı bağırsaq möhtəviyyatının saxlamazlığına gətirib çıxarır.

Daxili babasilin d iaqnostikası

Xarici düyünlərin olmaması və şikayətlərin azlığı daxili babasilin erkən diaqnostikasını çətinləşdirir. Xəstəlikdən şübhələndikdə proktoloq tərəfindən barmaqla rektal müayinə aparılır. Mütəxəssis steril əlcək geyinərək, şəhadət barmağı ilə varikoz genişlənmə nahiyəsini palpasiya edir, düyünlərin konsistensiyasını, ölçülərini və ağrılı olmasını təyin edir. Bəzən düyünlər qrup şəklində deyil, yayılmış formada yerləşir. Müayinə prosesində daxili və xarici düyünlərin sərhədi hesab olunan Hiltonun az xətti müəyyən edilir. Daxili törəmələr palpasiyada «tut meyvəsini» xatırladır və asanlıqla qanayır. Uzunmüddətli babasil hallarında müayinə zamanı düz bağırsağın sfinkterinin tonusunun zəifləməsi aşkarlanır. Bu pozğunluq yüngül fiziki gərginlik zamanı və ya vertikal vəziyyətdə daxili düyünlər və selikli qişanın sallanmasına səbəb olur.

Düyünlər barədə daha dəqiq informasiya əldə etmək üçün anoskopdan istifadə olunur. Anoskopiya prosesində düz bağırsağa 10 sm dərinlikdə işıqlandırma sisteminə malik boru yeridilir. Düyünlər bağırsağın yuxarı seqmentində yerləşdikdə rektoromanoskopiya tətbiq edilir. Endoskopik müayinə 25 sm-lik hündürlükdə düz bağırsağın vəziyyətini daha ətraflı öyrənməyə, hemorroidal düyünlərin say və qabarma dərəcəsini dəqiqləşdirməyə, eləcə də digər proktoloji xəstəlikləri inkar etməyə imkan verir. Düz bağırsağın xərçənginə şübhə yarandıqda biopsiya üçün material götürülür.

Bağırsağın (yoğun və düz bağırsaq) irriqoskopiyası rentgen şüaları və kontrast maddənin (barium-sulfat) köməyilə aparılır. Müayinə zamanı hemorroidal düyünlər və anal fistula təyin edilir. İrriqoskopiya uşaqlarda adətən digər proktoloji müayinələri əvəz edir. Bütün instrumental müayinələrdən əvvəl pəhriz (bərk qidaların istisnası) və təmizləyici imalə təyin edilir. Ağrı və intensiv qanaxma ehtimalı ilə əlaqədar kəskin babasil zamanı bu üsullardan istifadə olunmur.

Nəcisin laborator müayinəsi (gizli qanın yoxlanılması, koproqramma) köməkçi üsul sayılaraq, bağırsağın funksiyası və qanaxma barədə dəqiq məlumat verir. Nəcisin qurd yumurtaları və lyambliya sistalarına görə analizi perianal nahiyənin qaşınmasının parazitar mənşəli olmasını inkar edir.

Daxili babasil düz bağırsağın prolapsı (bu zaman sallanma dövri xarakter daşıyır), anal kondiloma, divertikulyoz, təhlil olunan nahiyənin inkişaf qüsurları, düz bağırsağın xərçəngi (anusdan al-qırmızı qanın olmaması) ilə differensiasiya edilir.

Daxili babasilin müalicəsi

Konservativ terapiya düz bağırsağın varikozunun yalnız erkən mərhələlərində effektiv olur və xəstəliyin kəskin fazasında təyin edilir. Konservativ müalicə simptomatik terapiya (ağrının aradan qaldırılması, bağırsağın funksiyasının normallaşdırılması), trombozun profilaktikası (heparin), venotoniklərin (trokserutin, diosmin) peroral qəbulundan ibarətdir. Düz bağırsağın hemorroidal düyünlərinin medikamentoz müalicəsi uzun müddət tələb edir. Varikoz patologiyasına təsir edən peroral preparatlar 3 aylıq kurslarla təkrarlanır.

Daxili babasilin I və II mərhələsində infraqırmızı foto- və elektrokoaqulyasiya, skleroterapiyadan istifadə edilir. Müalicə nəticəsində damarlar tədricən sorulur və itir. Xəstəliyin II-III mərhələlərində daha radikal üsulların aparılmasına ehtiyac yaranır: kriodestruksiya (damarların maye azotla dondurulması), varikoz damarlarının lateks həlqələrlə liqaturaya alınması və ya cərrahi yolla bağlanılması/kəsilməsi, Milliqan-Morqan və ya Lonqo üsulu ilə hemorroidektomiya. Daxili hemorroidal düyünlərin dezarterizasiyası USDQ nəzarəti altında hemorroidal arteriyaların liqaturaya alınması ilə icra olunur.

Daxili düyünün trombozu zamanı iltihabəleyhinə terapiya tətbiq edilir. Cərrahi müalicə tromb kütlələri və hemorroidal düyünlərin xaric edilməsindən ibarətdir. Sallanmış düyünlər əllə yerinə qaytarılması mümkün olmadıqda planlı cərrahi müdaxilə (kəskin əlamətlər söndükdən sonra) təyin edilir.

Daxili babasilin p roqnoz və profilaktikası

Xəstəlik vaxtında müalicə olunduqda proqnoz qənaətbəxş sayılır. Konservativ üsullar, venotoniklərlə profilaktik kurslar residivlərin tezliyini minimuma endirir. Bu məqsədlə həzm traktının fəaliyyətinin normaya salınması üzrə tədbirlər (qəbizlik/ishalla mübarizə) və qıcıqlanmış bağırsaq sindromunun müalicəsi aparılır. Daxili babasilin profilaktikası izafi fiziki gərginliklərin istisnası, düzgün qidalanma (meyvə/tərəvəz, kifayət miqdarda su qəbulu) və hərəki aktivlikdən (piyada gəzintiləri, gimnastika) ibarətdir. Sağlam həyart tərzi daxili babasilin yaranma ehtimalını azaldır.

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Şəxsi İnkişaf Kitabxanası на Facebook. Если вам интересны новости Şəxsi İnkişaf Kitabxanası, регистрируйтесь на Facebook сегодня!

Şəxsi İnkişaf Kitabxanası на Facebook. Если вам интересны новости Şəxsi İnkişaf Kitabxanası, регистрируйтесь на Facebook сегодня!

Şəxsi İnkişaf Kitabxanası

Brayan Treysi: Bəhanələrə Yox (Daxili İntizamın gücü)

Giriş: Daxili-İntizam Möcüzəsi. 6
Bu kitab kimin üçündür. 10
Qarşıya çıxan imkan uğurun səbəbini müəyyən edir. 10
İki ən qatı düşməniniz . 11
Özünüzə nəzarət edin. 12
Uzaqgörənliklə düşün. 13
Bu günün əyləncələri gələcəyin ağrılarına çevrilə bilər. 15
Uğurun sadə müəyyənedicisi. 15
Desertdən öncə Nahar. 16
Daxili intizam adəti. 17
Böyük gəlir. 18
Bu kitab necə yazılmışdır. 19

I KİTAB
Daxili İntizam və Şəxsi müvəffəqiyyət. 21
I HİSSƏ: Daxili-İntizam və Uğur. 22
II HİSSƏ:Daxili-İntizam və Xarakter. 36
III HİSSƏ:Daxili-İntizam və Cavabdehlik. 50
IV HİSSƏ:Daxili-İntizam və Məqsədlər. 63
V HİSSƏ:Daxili-İntizam və Şəxsi mükəmməllik. 77
VI HİSSƏ:Daxili-İntizam və Cəsarət. 101
VII HİSSƏ:Daxili-İntizam və İnadkarlıq. 114

II KİTAB
Biznes, Satış və Maliyyə işlərində Daxili – İntizamın tətbiqi. 121
VIII HİSSƏ:Daxili-İntizam və İş. 122
IX HİSSƏ:Daxili- İntizam və Liderlik. 137
X HİSSƏ:Daxili-İntizam və Biznes. 147
XI HİSSƏ:Daxili-İntizam və Satış. 157
XII HİSSƏ:Daxili-İntizam və Pul. 168
XIII HİSSƏ:Daxili-İntizam və Vaxtın idarə edilməsi. 179
XIV HİSSƏ:Daxili-İntizam və Problem həll etmə. 189

III KİTAB
Daxili-İntizam və Yaxşı həyat. 198
XV HİSSƏ:Daxili-İntizam və Xoşbəxtlik. 199
XVI HİSSƏ:Daxili-İntizam və Şəxsi sağlamlıq. 203
XVII HİSSƏ:Daxili-İntizam və Fiziki hazırlıq. 212
XVIII HİSSƏ:Daxili-İntizam və Evlilik. 219
XIX HİSSƏ:Daxili-İntizam və Uşaqlar. 231
XX HİSSƏ:Daxili-İntizam və Dostluq. 244
XXI HİSSƏ:Daxili-İntizam və Beyninizin Sakitliyi. 255

Comments are closed, but trackbacks and pingbacks are open.