Biblioqrafik mlumat kitabı
Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov nazirlik adından yubilyarı təbrik edərək, professorun faydalı ömür yaşadığını, böyük bir kitabxanaşünaslıq məktəbi yaratdığını, milli kitabxanaşünas-biblioqraf kadrların hazırlanmasında səmərəli işlər gördüyünü söyləyib. Bildirib ki, onun bu yaşda da elmi fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Kitabxana işində ilklərə imza atan Abuzər Xələfov dəfələrlə mükafatlara layiq görülüb. Bu insanın elmi fəaliyyətinin bəhrəsi olaraq Azərbaycanda yüzlərlə insan kitabxana işində fəxri adlara, müəyyən mövqelərə nail olub. Kitabxana işinin fəlsəfi tərəflərini ictimaiyyətə çatdıran alim kimi çox kitabxanaçıların yetişməsində onun xidmətləri danılmazdır.
“Kitabxanalarda biblioqrafik arayışların yerinə yetirilməsi” adlı metodik vəsait
Kitabxana-informasiya fəaliyyətinin əsas obyekti informasiya məhsulu və onun əsasında həyata keçirilən informasiya xidmətidir. Fəaliyyətin əsas məzmunu oxucunun biblioqrafik sorğusunu müvəffəqiyyətlə yerinə yetirməkdir. Soraq-biblioqrafiya xidməti (SBX) tələbatçının sorğusunun qəbul edilməsi və ona lazımi cavabın verilməsi həyata keçirilir.
SİA-nın məlumatına görə, Respublika Gənclər Kitabxanası tərəfindən təqdim olunan “Kitabxanalarda biblioqrafik arayışların yerinə yetirilməsi” adlı metodik vəsait kitabxanada həyata keçirilən biblioqrafik fəaliyyətin istiqamətlərindən birinə – oxucu sorğuları və onlara – birdəfəlik cavab, biblioqrafik arayışlar haqqında məlumat verməyə istiqamətlənmişdir. Bu məlumat uzun illər mütəxəssis təcrübəsini və sorğunu yerinə yetirmək strategiyasının, analizinin məhsuludur. Biblioqrafik fəaliyyətin göstəricisi olan sorğuya cavab bütün tədqiqat və axtarış materiallarına əsaslanaraq sənədin kitabxanada olub-olmaması və ya onun yeri haqqında, müəyyən mövzu üzrə biblioqrafik informasiyanın məzmunu haqqında, sorğuda göstərilməmiş və ya təhrif edilmiş biblioqrafik təsvir elementləri haqqında operativ və keyfiyyətli informasiyadır. Vəsaitdə uzaq məsafədən daxil olmaq imkanı verən yeni biblioqrafik xidmət olan “Virtual arayış” haqqında məlumat verilir və biblioqrafik xidmətin inkişafına təkan verildiyi göstərilir. Virtual xidmət intellektual bir prosesdir. Bu proses zamanı oxucuya xidmətdə sosial şəbəkədən istifadə xidmətin daha keyfiyyətli olması üçün şərait yaradır. Vəsaitdə biblioqrafik və faktoqrafik sorğuların növləri tədqiqat obyektinə çevrilmişdir. Hazırlanan materialda kitabxanada işin keyfiyyətini yüksəltmək üçün arayışların yerinə yetirilməsi metodikası, arayışların kitabxanada statistikası, arayışlar bazasının yaradılması haqqında tövsiyələr öz əksini tapmışdır.
Biblioqrafik mlumat kitabı
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Heydər Əliyev: biblioqrafik məlumat kitabı
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
“Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib VİDEO
Dekabrın 14-də Milli Kitabxanada BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin professoru, Əməkdar Elm Xadimi Abuzər Xələfovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir və “Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Abuzər Xələfovun kitabxanaşünaslıq sahəsində əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, onun kitabxana sahəsində müxtəlif mövzularda qələmə aldığı məqalələr Azərbaycan kitabxana ictimaiyyətinin köməyinə çatır.
Kərim Tahirov təqdim edilən kitab haqqında məlumat verib. Bildirib ki, biblioqrafiq məlumat kitabı Abuzər Xələfovun elmi-pedaqoji fəaliyyətinin 2011-ci ildən 2016-cı ilədək olan dövrünü əhatə edir. Professor Abuzər Xələfovun anadan olmasının 85, elmi-pedaqoji fəaliyyətinin 65 illiyinə həsr olunmuş biblioqrafik məlumat kitabında göstərilən müddət ərzində nəşr olunmuş 47 adda dərsliyi, dərs vəsaiti, monoqrafiyası, metodik göstəriş və proqramları, elmi məqalələri, elmi-metodik və digər materiallar toplanıb. Kitabda, həmçinin professor Abuzər Xələfovun elmi rəhbəri olduğu fəlsəfə doktorluq dissertasiyaları, redaktə etdiyi işlər haqqında da materiallar öz əksini tapıb. Ümumiyyətlə, 227 mənbə müvafiq bölmələrdə qeyd olunub.
Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov nazirlik adından yubilyarı təbrik edərək, professorun faydalı ömür yaşadığını, böyük bir kitabxanaşünaslıq məktəbi yaratdığını, milli kitabxanaşünas-biblioqraf kadrların hazırlanmasında səmərəli işlər gördüyünü söyləyib. Bildirib ki, onun bu yaşda da elmi fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Kitabxana işində ilklərə imza atan Abuzər Xələfov dəfələrlə mükafatlara layiq görülüb. Bu insanın elmi fəaliyyətinin bəhrəsi olaraq Azərbaycanda yüzlərlə insan kitabxana işində fəxri adlara, müəyyən mövqelərə nail olub. Kitabxana işinin fəlsəfi tərəflərini ictimaiyyətə çatdıran alim kimi çox kitabxanaçıların yetişməsində onun xidmətləri danılmazdır.
Tədbirdə BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov, BDU-nun biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov, Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva və digər çıxış edənlər Abuzər Xələfovun kitabxana işinin təşkilində novator alim kimi rolundan, bu sahədə ixtisaslı kadrların hazırlanmasında, seçilməsində çox mühüm işlər görməsindən danışıblar.
Sonda Abuzər Xələfov tədbirin keçirilməsinə görə Milli Kitabxanaya və onun yaradıcılığını əks etdirən biblioqrafiyanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Görkəmli alimin yaradıcılığını, kitabxanaşünaslıq tarixində əvəzsiz xidmətlərini özündə əks etdirən “Abuzər Xələfov 85” adlı kitab sərgisi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Comments are closed, but trackbacks and pingbacks are open.