Metodiki Tövsiyə
49. “Koroğlu” dastanında verilən parçalar ( Koroğlu ilə Bolu bəy) üzərində iş və ondan çıxarılan nəticə.
Планирование уроков литературы по курикулуму
Dərsə hazırlıq dövründə bu və ya digər mövzu üzrə ədəbiyyatşünaslıq və metodik materialların tapılması işin bir tərəfidir. Həmin materiallardan təlim prosesində təhsil, tərbiyə və inkişaf vəzifələrinin yerinə yetirilməsi, şagird əməyinin təşkili baxımından məqsədyönlü istifadə olunması başlıca məsələdir. Müəllim dərsə hazırlaşarkən öyrəniləcək əsəri yenidən oxumalı, mövzu, problem üzrə biliklərini təzələməli və dərinləşdirməlidir. Paralellər, müqayisələr aparmaq üçün mövzu, problemlə bağlı digər əsərlərin də oxunması faydalıdır. Müəllim əsərin ifadəli oxusuna, bədii nağıletməsinə hazırlaşmalı, sənətkarın yaradıcılığını, əsərin ədəbiyyat kursunda yerini dəyərləndirməlidir. Müəllimin gündəlik dərs planlarını kompyuterdə yazması, vərəqlərdə çap edərək dərsdə bəhrələnməsi daha məqsədəuyğundur. Bu, vaxt itkisini, növbəti illərdə həmin mövzu üzrə hər şeyi sıfırdan başlayıb yeni plan yazmaq lüzumunu aradan qaldırardı. Müəllim dərs planlarını kompyuterin yaddaşında qoruyub saxlamaqla, hər dəfə əlavələr etmək, təkmilləşdirmək, zənginləşdirməklə gələcək dərslərdə də yaradıcı şəkildə istifadə etmək imkanı qazanır.
Ədəbiyyat: Bilal Həsənli.Ədəbiyyatın tədrisi metodikası.Bakı:Müəllim, 2016.s.84-91. 1 Orta məktəbdə ədəbiyyat tədrisi. A.M.Babayevin red. ilə. Bakı: Maarif, 1976, s. 79.
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
8 Kasım 2015 Pazar
Ədəbiyyat Tədrisi Metodikası- Doktorontura Sualları
Paylaşıldı 01:10 by Leyla Bayramova
ƏDƏBİYYATIN TƏDRİSİ METODİKASI (5801.01) İXTİSASI ÜZRƏ
DOKTORANTURAYA QƏBUL İMTAHANININ SUALLARI
1. Ümumtəhsil məktəblərində ədəbiyyat tədrisinin məqsəd və vəzifələri.
2. Ədəbiyyat tədrisinin elmi əsasları.
3. Ədəbiyyatı başqa incəsənət növlərindən fərqləndirən cəhətlər (müqayisə yolu ilə).
4. Ədəbiyyatın söz sənəti olması və onun şagirdlərə çatdırılması yolları.
5. Ədəbiyyatın başqa elm sahələri ilə əlaqəsi.
6. Ədəbiyyat tədrisində fəndaxili əlaqə və onun şagirdlərə çatdırılması yolları.
7. Ədəbiyyat həyat hadisələrinin bədii obrazlı inikası kimi (nümunələr üzərində iş).
8. Ədəbiyyatın növlərə və şəkillərə bölünməsi.
9. Ədəbiyyat tərbiyə vastəsidir (nümunələr üzərində iş).
10. Ədəbiyyatın tərbiyə vasitəsi olması haqqında klassiklərin fikirləri.
11. Nəzm əsərlərinin xüsusiyyətləri və onlar üzərində işin təşkili.
12. Heca vəzninin xüsusiyyətləri və onlar üzərində işin təşkili.
13. Heca vəznində bölgü prinsipi (11-lik şeir nümunəsi üzərində iş aparmaqla).
14. Azərbaycan klassik şeir nümunələri üzərində işin təşkili.
15. Əruz vəzninin xüsusiyyətləri və onlar üzərində işin təşkili.
16. Əruz vəznində bölgü prinsipi(bir şeir nümunəsi üzərində işlə əsaslandırılmalı).
17. Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarından istifadə.
18. İcmal mövzularının öyrədilməsində əsas məqsəd və onlar üzərində işin təşkili.
19. Tərcümeyi-hal materiallarının öyrədilməsinə verilən tələblər (kompyuterdən istifadə yolu ilə).
20. Ədəbiyyatın tarixlə əlaqəli tədrisinə dair.
21. Ümumtəhsil məktəblərində ədəbiyyat nəzəriyyəsi anlayışları üzərində şagirdlərin müstəqil işi.
22. Azərbaycan məktəblərndə ədəbiyyat tədrisi metodikasının bir elm kimi formalaşmasında professor Ə. Qarabağlının rolu.
23. Ədəbiyyat tədrisi metodikası üzrə aparılan tədqiqatlar.
24. Lirik əsərlərin öyrədilməsində mətn üzərində iş.
25. M. Füzulinin “Leyli və Məcnun ” poemasının öyrədilməsində yeni təlim metodlarından istifadə.
26. Klassik şeir növlərindən olan qitəni qəzəldən fərqləndirən cəhətlər və onların öyrədilməsində müqayisədən istifadə.
27. Epik əsərlərin öyrədilməsi üzrə aparılan tədqiqatlar.
28. Epik əsərlərin öyrənilməsində “Klaster ”dən istifadə səmərəli yol kimi.
29. Ümumtəhsil məktəblərində dramaturgiyanın öyrədilməsi sahəsində aparılan tədqiqatlar.
30. Ədəbiyyatın tərbiyə vasitəsi olması problemi üzrə aparılan tədqiqatlar.
31. Azərbaycan şifahi xalq ədəbiyyatı sahəsində aparılan tədqiqatlar.
32. M. Füzulinin “Məni candan usandırdı. ” qəzəli üzərində aparılan metodik iş.
33. İfadəli oxu və ona verilən tələblər.
34. Əruzun rəməl bəhri və onun müxtəlif növlərinin əmələ gəlməsi yolları.
35. N. Gəncəvinin “İskəndərnamə” əsəri üzərində işin təşkili.
36. “İskəndərnamə” əsərinin ölçüsünün müəyyənləşdirilməsi üzərində aparılan metodik iş.
37. Bədii əsərin məzmununun mənimsədilməsində ifadəli oxunun rolu.
38. Bədii əsərin təhlili üzərində işin təşkili.
39. M. Füzulinin “Leyli və Məcnun ” əsərinin süjet xətti üzərində aparılan metodik iş.
40. S. Vurğunun bioqrafiyasının öyrədilməsində kompyuterdən istifadə.
41. M.F.Axundovun “Müsyö-Jordan. ” əsərin nümunəsində dramaturgiyanın komediya növü üzərində iş.
42. A. Şaiqin “Köç” hekayəsi üzərində işin təşkili.
43. A. Şaiqin “Köç” hekayəsinin tədrisinin biologiya ilə əlaqələndirilməsi.
44. S. Vurğunun “Ceyran” şeirinin tədrisində yeni təlim metodlarından istifadə.
45. S. Vurğunun “Azərbaycan” şeirinin kompyuterdən istifadə yolu ilə tədrisi.
46. S. S. Axundovun “Qaraca qız” hekayəsi üzərində şagirdlərin müstəqil işi.
47. Qoşma şeir şəklinin poetik xüsusiyyətləri üzərində şagirdlərin müstəqil işlədilməsi yolları.
48. M. Füzulinin “Padişahi-mülk” qitəsi üzərində aparılan metodik iş.
49. “Koroğlu” dastanında verilən parçalar ( Koroğlu ilə Bolu bəy) üzərində iş və ondan çıxarılan nəticə.
50. Ə. Haqverdiyevin “Mirzə Səfər” hekayəsi nümunəsində kiçik həcmli epik əsərlərin üzərində metodik işin təşkili.
51. V-IX siniflərdə ədəbiyyat tədrisinin xüsusiyyətləri.
52. X-XI siniflərdə ədəbiyyat tədrisinin xüsusiyyətləri.
53. Ədəbiyyat tədrisi metodikası elminin inkişaf tarixi.
54. V-IX siniflər üçün ədəbiyyatdan proqram və dərsliklərin tərtibi prinsipləri.
55. X-XI siniflər üçün ədəbiyyatdan proqram və dərsliklərin tərtibi prinsipləri.
56. M. F. Axundovun “Hacı Qara” əsəri üzərində şagirdlərin müstəqil işinin təşkili.
57. Dramatik oxuya verilən tələblər.
58. “Koroğlu” dastanında “Həmzənin Qiratı aparması” qolu üzərində aparılan metodik iş.
59. “ Kitabi-Dədə Qorqud” dastanından “Salur Qazanın evinin yağmalanması” boyu üzərində metodik işin təşkili.
60. N. Vəzirovun “Müsibəti-Fəxrəddin” əsəri nümunəsində dram janrının faciə növü üzərində şagirdlərin müstəqil işi.
61. N. Gəncəvinin “İskəndərnamə” əsərinin digər təlim fənləri ilə (tarix, coğrafiya) əlaqəli tədrisinə dair.
62. Nəzm əsərlərinin ifadəli oxusunda ölçünün nəzərə alınması əsas şərt kimi.
63. İri həcmli bədii əsərlərin öyrədilməsində kompyuterdən istifadə.
64. “Klaster” ( şaxələndirmə) bədii əsərlərin öyrədilməsində əsas üsullardan biri kimi.
65. “Dədə Qorqud” dastanlarının ondan sonra yaranan türk xalq dastanlarına təsiri (nümunələrlə).
66. N. Gəncəvinin “Xosrov və Şirin” əsərinin öyrədilməsində tarixi məlumatlardan istifadə.
67. Klassik şeir şəkillərinin tədrisində fəndaxili əlaqədən istifadə.
68. Tərcümeyi-hal materiallarının öyrədilməsində inteqrasiyadan istifadə.
69. Ş. Xətainin “Dəhnamə” əsəri üzərində şagirdlərin müstəqil işi.
70. Bədii əsərlər vasitəsilə şagirdlərin nitq inkişafı.
71. Ədəbiyyat şagirdlərdə bədii nitqin inkişaf etdirilməsi vasitəsi kimi.
72. Bədii təsvir və ifadə vasitələri üzərində şagirdlərin müstəqil işlədilməsi ( konkret nümunə əsasında).
73. Azərbaycan ədəbiyyatında hekayə və novella epik növləri və onların müqayisəli tədrisi (nümunələr əsasında)
74. A. Səhhətin “Vətən” şeiri üzərində metodik işin təşkili və əsərdən çıxarılan nəticə.
75. Azərbaycan şifahi xalq ədəbiyyatı üzrə aparılan tədqiqatlar.
76. B. Vahabzadənin “ Şəhidlər” şeiri üzərində şagirdlərin müstəql işlədilməsi.
77. C. Məmmədquluzadənin “Anamın kitabı” əsəri üzərində şagirdlərin müstəqil işi, onun tərbiyəvi əhəmiyyəti.
78. C. Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” əsərinin öyrədilməsində kompyuterdən istifadə.
79. İ. Şıxlının “Dəli Kür” romanında verilən parçalar üzərində işin təşkili.
80. S. Ə. Şirvaninin “Guş qıl” müxəmməsi üzərində ş.agrdlərin müstəqil işi. Əsərdən çıxarılan əsas nəticə.
81. Ə. Məmmədxanlının “Buz heykəl” əsəri üzərində şagirdlərin müstəqil işinin təşkili.
82. M. Rzaquluzadənin “Ana ürəyi, dağ çiçəyi” hekayəsi nümunəsində yazılı ədəbiyyatla şifahi xalq yaradıcılığının əlaqəsinə dair.
83. M. Hüseynin “Odlu qılınc” hekayəsi üzərində metodik iş
84. Q. Zakirin “Sədaqətli dostlar” əsəri nümunəsində təmsil ədəbil növünün xüsusiyyətləri və onun tərbiyəvi əhəmiyyəti.
85. M. Rzaquluzadənin “Babəkin andı” hekayəsinin tarixlə əlaqəli tədrisi.
86. İ. Əfəndiyevin “Xəncər” hekayəsi üzərində metodik işin təşkili.
87. F. Kərimzadə”Qələbə ”( Xudafərin körpüsü) əsərində inteqrasiyadan istifadə.
88. M. Arazın “Ayağa qalx, Azərbaycan” şeiri üzərində şagirdlərin müstəqil işi və onun çıxarılan əxlaqi nəticə.
Səadət kamalla yetişir başa
Ədəbiyyat tədrisinin planlaşdırılması məktəbdə ədəbi təhsilin bütün sahələri ilə əlaqədardır. Proqram və dərsliyin mövcudluğu hələ işin sistemli, planlı təşkili demək deyildir. Ədəbi biliklərin mənimsənilməsi, şagirdlərin şifahi və yazılı rabitəli nitqinin inkişaf etdirilməsi, mütaliə mədəniyyətinin formalaşdırılması tədris prosesinin elmi-metodik zəmində planlaşdırılmasından çox asılıdır.
Bəzi müəllimlər şagirdlərin ədəbi təhsili, tərbiyəsi, inkişafı üzrə il ərzində fəaliyyətlərini, dərsin və sinifdənxaric işlərin təşkili, əlavə tədris materialları hazırlanması, onlardan istifadə edilməsi üzrə görəcəkləri işləri planlaşdırarkən çətinliklərlə qarşılaşır. Müəllim dərs deyəcəyi sinfin hazırlıq səviyyəsini, tədris etdiyi fənnin xüsusiyyətlərini, məzmununu, tələblərini bilmədən düzgün planlaşdırma apara bilməz. Aydın məsələdir ki, dərsliklərin təməlini qoyan, müəllimin fəaliyyətini istiqamətləndirən mühüm dövlət sənədi kimi ədəbiyyat proqramının (yaxın gələcəkdə isə kurikulumun) dərindən öyrənilməsi, təlim prosesinin təşkilində onlara istinad edilməsi çox vacibdir.
Son illərdə təcrübəsiz müəlliflər tərəfindən proqram materiallarının metodik cəhətdən əsaslandırılmamış planlaşdırmalarının nəşr olunub yayılması hallarına təsadüf edilir. Belə arzuolunmaz halın qarşısını almaq üçün metodik mərkəzlər, təcrübəli, səriştəli metodistlər tərəfindən planlaşdırma nümunələrinin işlənilib müəllimlərin ixtiyarına verilməsi zəruridir. Nümunəvi planlaşdırma gənc müəllimlərə istiqamət verir, təcrübəli müəllimlərin pedaqoji yaradıcılığı üçün zəmin yaradır, təlim prosesində mənfi halların qarşısını alır.
Müəllim üçün təlimin təşkilində bu və ya digər mövzu üzrə keçiləcək dərslərin ardıcıllığının, sisteminin əvvəlcədən aydın olması mühüm şərtdir. Tədris prosesində sistemin yaradılması müəllimdən bir-birindən təcrid olunmuş dərslər haqqında deyil, ilk növbədə il boyu keçilən kurs, onun bölmələri, mövzu üzrə dərslər haqqında aydın təsəvvürə malik olmağı tələb edir.
Metodik ədəbiyyatda ədəbiyyat dərslərini planlaşdırarkən üç əsas tələbin nəzərə alınması zəruri hesab edilir:
1. Planın sistemi ədəbiyyat tədrisinin spesifik şərtlərinə cavab verməlidir: ədəbiyyatın əsas bölmələrini, ədəbiyyat tarixini, ədəbiyyat nəzəriyyəsini, yazı işlərini əks etdirməli, proqramın mövzular üzrə bölgüsünə uyğun olmalı, ayrı-ayrı bədii əsərlər, yazıçının yaradıcılığı, ədəbi cərəyanlar və s. nəzərdə tutmalıdır);
2. Plan tədris-pedaqoji prosesin bölgülərinə (dərs, mövzu, yarımillik, illik) uyğun olmalıdır;
3. Planlaşdırmanın sistemi özünün yığcamlığı, pedaqoji prosesin müxtəlf şəraitə uyğunluğu ilə (şagirdlərin hazırlığı, vaxt və s.) və müəllimin fərdi xüsusiyyətləri ilə (müəllimin hazırlıq dərəcəsi, iş təcrübəsi və s.) fərqlənməlidir. [1]
Ədəbiyyat dərslərinin illik, tematik və gündəlik planlaşdırması vardır. Bununla yanaşı, ədəbiyyatdan təlim materialları ilə əlaqəli sinifdənxaric işlər də (sinifdənxaric oxu, ədəbiyyat dərnəklərində iş, təlim ekskursiyaları və s.) planlaşdırılır.
İllik plan. İllik plan sadə olmalı, bütün məsələləri təfərrüatı ilə əks etdirməməlidir. Bütün bunlar gündəlik dərs planına daxil edilən məsələlərdir.
İllik plana konkret mövzu (ədəbi material), hansı standartların reallaşdırılacağı, inteqrasiya imkanları, strategiyalar, metodlar, iş formaları, resurslar, qiymətləndirmənin üsul və vasitələri daxil edilir. Məsələn, 7-ci sinifdə ədəbiyyat fənn kurikulumu üzrə təlim materiallarının illik planlaşdırılması belə aparılır:
Comments are closed, but trackbacks and pingbacks are open.