Press "Enter" to skip to content

Biocoğrafiya nəyi öyrənir

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, biocoğrafiya bəlkə bir çox insanlara müstəqil elmi sahə kimi tanış deyil, çünki o, həm biologiya, həm də geologiya elmində görülən işlərdən daha çox asılıdır. C.Barri Koks və Peter D. Mur “Biocoğrafiya: Ekoloji və təkamül yanaşması”, 7-ci nəşr dərsliyində yazırlar:

Biyocoğrafiya

Biocoğrafiya fənnindən imtahan sualları 1. Biocoğrafiya elmi nəyi öyrənir? -Yer kürəsində müxətəlif biosenozların, həmçinin heyvan, bitki, göbələk və mikroorqanizmlərin (növ, cins və b. taksonomik kateqoriyaların) yayılması və paylanması qanunauyğunluqları haqqında elm. Biocoğrafiya biosfer haqqında elmlərdən biri olub tərkibinə zoocoğrafiya və botaniki coğrafiya (fitocoğrafiya) daxildir. Biocoğrafiyanın müxtəlif bölmələrində orqanizm və biosenozların coğrafi problemləri öyrənilir. Belə ki, aeroloji biocoğrafiya müxtəlif növlərin yayılmasını, areal daxilində onların paylanmasını öyrənərək əldə olunan nəticələrə əsasən xəritələr tərtib edilir. Regional biocoğrafiya floristik və faunistik rayonlaşdırma ilə məşğul olur. Ekoloji biocoğrafiya biokütləni, bioloji məhsuldarlığı tədqiq edir. Biocoğrafiya bitki örtüyü və heyvanat aləminin mühafizəsi və səmərəli istifadəsi, mədəni fitosenozların yaradılması, heyvan və bitkilərin iqlimləşdirilməsi üzrə aparılan işlərin nəzəri əsası hesab.

Read Article Download Free PDF
Read Article Download Free PDF

Related Papers

Download Free PDF View PDF

MÜASİR DÖVRÜN AKTUAL PROBLEMLƏRİ

Download Free PDF View PDF
Download Free PDF View PDF
Download Free PDF View PDF

The Materials of “International conference Mountains: culture, landscapes and biodiversity (10-12 May 2019, Baku, Azerbaijan)”. Baku, Western Caspian University, 2020. 443 p. ISSN 2227-5118

The international conference “Mountains: culture, landscapes and biodiversity”was held at the West Caspian University in Baku from may 10 to 12, 2019. Famous scientists from many countries came to the conference in the capital of Azerbaijan: Russia, Turkey, USA, Germany, great Britain, France, Holland, Italy, China, Indonesia, Iran, Georgia, Poland, Kazakhstan, etc. The theme of the conference is due to the fact that in recent years, mountain regions around the world have been subjected to severe pressure due to unlimited exploitation of resources (excessive mining, extensive agriculture, and a growing tourism industry that seems to know no borders). Such processes have a devastating impact on nature and life in the mountains. Against this background, the goal of the conference was to bring together scientists, ecologists, biologists, tourism experts and other interested specialists to discuss the problems of mountain territories and find creative solutions to overcome them. Topical issues of montology – the science of mountains – were discussed by scientists in four sections, reports were read out in English and Azerbaijani.

Download Free PDF View PDF

Nəbi Xəzri yaradıcılıığında fərdi üslub və poetika problemləri

Biocoğrafiya nəyi öyrənir?

Biocoğrafiya canlıların ( bitki, heyvan, və mikroorqanizmlərin ) coğrafi yayılmasını və yayılma qanunauyğunluqlarını öyrənən bir elmdir. Biocoğrafiya fitocorafiya və zoocoğrafiya deyə iki sahəyə ayrılır. Bu elm coğrafiya, biologiya, ekologiya elminin naliyətlərini özündə birləşdirir. Bu elmin məqsədi təkcə orqanizmlərin morfologiyasını, sistematikasını, fiziologiyasını öyrənməkdən ibarət olmayıb, həm də ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənir və onlar üzərində tədqiqat aparır.

Biocoğrafiya elminin praktik əhəmiyyəti böyükdür. Əgər təbii bitki örtüyünü və heyvanat aləmi kor- koranə istismar edilərsə o zaman həmin ərazidə bioloyi kütlənin təmamilə tükənməsi baş verər ki, bunun da gələcəkdə mənfi nəticələri ola bilər. Məsələn,savannaların həddindən artıq mənimsənilməsi (otlaq sahələri kimi istifadə edilməsi) həmin ərazilərin səhralaşma prosesinin güclənməsinə səbəb oldu.

Oxşar suallar

©2017 Quedeus. All Rights Reserved.

Biocoğrafiya təkamülü necə dəstəkləyir?

Kisəlilərə, demək olar ki, yalnız Avstarliyada rast gəlinir, baxmayaraq ki, plasentalı məməlilər orada çox nadir olur. Əgər kisəlilər bütün dünyada bərabər paylanmış olsaydı, bunu təbii təkamül prosesinin nəticəsi kimi izah etmək çətin olardı.

Biocoğrafiya həyat formalarının coğrafi ərazilər üzrə paylanmasını öyrənən elmdir. Biocoğrafiya yalnəz təkamül və ortaq əcdadla bağlı mühüm nəticəvi sübutlar göstərmir, həm də kreasionistlərin təkamüldə mümkünlüyünü rədd etdikləri bir məsələni irəli sürür: test edilə bilən proqnozlar. Biocoğrafiya iki sahəyə bölünür: ekoloji biocoğrafiya (nümunələrin cari paylanması ilə məşğul olur) və tarixi biocoğrafiya (uzunmüddətli və geniş miqyaslı paylanmalarla məşğul olur).

BİOCOĞRAFİYA VƏ BİOMÜXTƏLİFLİK

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, biocoğrafiya bəlkə bir çox insanlara müstəqil elmi sahə kimi tanış deyil, çünki o, həm biologiya, həm də geologiya elmində görülən işlərdən daha çox asılıdır. C.Barri Koks və Peter D. Mur “Biocoğrafiya: Ekoloji və təkamül yanaşması”, 7-ci nəşr dərsliyində yazırlar:

Biocoğrafiyanın nümunələri planetimizin iki böyük mühərriki arasındakı əlaqənin nəticəsidir: təkamül və plitə tektonikası. Çox geniş səviyyəli suallarla qarşılaşdığı üçün biocoğrafiya digər fənlərin geniş əhatəsinə əsaslanmalıdır. Məsələn, biomüxtəlifliyi izah etmək Yer səthi üzərində iqlim növlərinin və fontosintetik bitkilərin çoxalmasının iqlimə və məkana görə fərqlənməsinin dərk edilməsini əhatə edir.

Biz həm də xüsusi təbii mühitləri heyvanlara və bitkilərə nəyin sevdirdiyini, müəyyən torpaq kimyasına və ya rütubət səviyyəsinə, yaxud temperatur dərəcəsinə, sahə strukturuna görə məkanların niyə cəlbedici olmasını anlamalıyıq. Müvafiq olaraq, iqlimşünaslıq, geologiya, torpaq elmi, fiziologiya, ekologiya və davranış üzrə elmlərə belə sualları cavablandırmaq üçün müraciət olunmalıdır.

Deməli, biocoğrafiya paylanma nümunələrinin analizi və izahı ilə, həmçinin keçmişdə və hal-hazırda paylanma ilə bağlı dəyişikliklərin dərk edilməsi ilə məşğul olur.

BİOCOĞRAFİYA VƏ ELMİ PROQNOZLAR

Elm, nəzəriyyə və ya əsaslı izahlar əsasında proqnozlar vermək imkanı ilə inkişaf edir; proqnozların uğurluluq dərəcəsi nəzəriyyə və ya izahın möhkəmliyinin göstəricisidir. Biocoğrafiyanın mümkün etdiyi proqnoz belədir: əgər təkamül həqiqiətən də varsa, biz ümumiyyətlə yaxın əlaqəli növlərin bir-birinə yaxın olmasını – yaxın olmamaq üçün böyükmiqyaslı hərəkətlilik (məsələn, insanlar tərəfindən, yaxud uzun vaxt ərzində plitə tektonikaları nəticəsində paylanan su heyvanları, quşlar və heyvanlar) kimi vacib səbəblər istisna olmaqla – gözləməliyik.

Əgər hər bir halda yaxın növlərin bir-birinə yaxın yerləşməsinin qeyri-mümkünlüyü ilə təsadüfi coğrafi şəkildə paylandığını aşkar etsək, bu, təkamülə və ortaq ataya qarşı güclü arqument olardı. Məsələn, əgər həyat formaları müstəqil olaraq meydana çıxıbsa, onların digər həyat formalarına aşkar yaxınlığa görə deyil, onları dəstəkləyən hər hansı mühitdə mövcud olmaları daha ağlabatan olardı.

BİOCOĞRAFİYA VƏ TƏKAMÜL

Gözlədiyimiz kimi, həqiqət bundadır ki, növlərin biocoğrafi paylanması təkamülü dəstəkləyir. Qəbul olunan bir neçə istisnalar olmaqla, növlər bir-birinə genetik yaxınlığı ilə əlaqədar dünya üzrə geniş paylanmışlar. Məsələn, Kisəlilərə, demək olar ki, yalnız Avstarliyada rast gəlinir, baxmayaraq ki, plasentalı məməlilər orada çox nadir olur. Əgər kisəlilər bütün dünyada bərabər paylanmış olsaydı, bunu təbii təkamül prosesinin nəticəsi kimi izah etmək çətin olardı.

Avstraliyada rast gəlinən bəzi istisnalar qitə hərəkətləri ilə (xatırlayın ki, Cənubi Amerika, Avstraliya və Antarktika bir zamanlar bir qitənin tərkib hissələri idi) və bəzi heyvanların, həmçinin quşların və balıqların ilk mənşə yerlərindən çox uzaqlara asanlıqla köç edə bilməsi faktı ilə izah oluna bilər.

Əgər heç bir istisna olmasa idi, bu, təəccüblü olardı, lakin bu istisnaların mövcudluğu bir çox növlərin coğrafi olaraq, təbii təkamülün proqnoz verdiyi şəkildə paylanması faktını vurğulayır. Bioloji yaxınlığa əsasən biocoğrafi paylanma o halda ağlabatandır ki, orqanizmlər təkamül etmiş olsunlar.

BİOCOĞRAFİYA VƏ EKOLOGİYA

Təkamül üçün biocoğrafiyanın başqa bir güclü nəticəvi arqumenti yad növlərin heç zaman yaşamamış olduqları mühitə gətirilməsinin nəticələri ilə bağlıdır. Yuxarıda qeyd olunduğu kimi, hər bir növün ayrıca yaradılması, yaxud onların azad şəkildə meydana gəlməsi onların münbit mühit olan bütün yerlərdə eyni qaydada paylanmasına səbəb olardı, lakin fakt bundan ibarətdir ki, hər bir növ sağ qala biləcəyi mühitlərin yalnız bir neçəsində mövcud ola bilir.

Bəzən insanlar belə növləri yeni mühitlərə gətirirlər və çox tez-tez bunun faciəvi nəticələri olur. Təkamül bunun niyəsini izah edir: yerli, doğma növlər hamısı birlikdə təkamül etmişlər, yəni yerli hədələrin öhdəsindən gələ biləcək və ya yerli resurslardan fayda götürəcək şəkildə təkamül etmişlər. Yeni növlərin heç bir müdafiə vasitəsinin olmadığı yeni mühitə qəflətən düşməsi o deməkdir ki, onlar rəqabətə davam gətirə bilməyəcəklər.

Yeni yırtıcılar yerli heyvan populyasiyalarını məhv edə bilər; yeni otyeyən heyvanlar yerli bitki populyasıyalarını məhv edə bilər; yeni bitkilər yerli bitki həyatını sıradan çıxardacaq dərəcədə suyu, günəşi və ya topraq resurslarını inhisara ala bilər. Qeyd olunduğu kimi, təkamül kontekstində növlərin yerli şərtlərin təzyiqi altında təkamül etməsi ağlabatandır, lakin əgər bütün növlər ayrıca yaradılsa idi və beləliklə təsadüfi, lakin münbit mühitdə istənilən başqa bir qrupla yanaşı yaşamaq üçün bərabər şəkildə uyğun olsa idi, təkamülün olması üçün səbəb olmazdı.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.