Press "Enter" to skip to content

Leyla Bayramova

 canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir, canlıların quruluşunu, təsnifatını, rol və əhəmiyyətini izah edir;

filoloqmentor.blogspot.com

Təhsil Nazirliyinin dərslik üzrə eksperti olaraq mənə maraqlıdır ki,dərsliklərimizdə . Ответы

BLOQUN ZİYARƏTÇİLƏRİ

BAXIŞ SAYI

ƏN ÇOX OXUNANLAR

AZƏRBAYCAN DİLİ -KSQ 5 – Cİ SİNİF I BÖLMƏ II BÖLMƏ III BÖLMƏ IV BÖLMƏ 6 – Cİ SİNİF I BÖLMƏ II BÖLMƏ II.

I VARİANT AZƏRBAYCAN DİLİ RİYAZİYYAT HƏYAT BİLGİSİ İNFORMATİKA TƏSVİRİ İNCƏSƏNƏT MUSİQİ TEXNOLOGİYA FİZİK.

III Bölmə üzrə KSQ Gəmiricilər. 1 – 6 – cı suallar mətnlə bağlıdır. Gəmiricilər iti qabaq dişlərə malik olan heyvan sinfidir. Bu.

I VARİANT AZƏRBAYCAN DİLİ HƏYAT BİLGİSİ RİYAZİYYAT İNFORMATİKA İ NGİLİS DİLİ TEXNOLOGİYA MUSİQİ TƏSVİRİ İ.

Fonetika Bağ 1 – 4 – cü suallar mətnlə bağlıdır. Bağlar ancaq güllər, meyvələr, tərəvəzlər yetişdirmək üçün, eləcə də dekorativ a.

I SİNİF II SİNİF III SİNİF IV SİNİF

I Bölmə üzrə KSQ Səttar Bəhlulzadə. 1 -6 – cı suallar mətnlə bağlıdır. Görkəmli Azərbaycan rəssamı,Azərbaycan boyakarlıq sənə.

Söz yaradıcılığı Balina. 1 – 6 suallar mətnlə bağlıdır. Balına suda yaşamağa uyğunlaşmış böyük dəniz məməli1 heyvanıdır.Dərilərin .

Leksika Bayraq 1-5 suallar mətnlə bağlıdır. Bayraq – rəngli parça hissəsidir, üstündə çox vaxt , iri şəkil və ya yazı olur. Bayraq.

I VARİANT AZƏRBAYCAN DİLİ RİYAZİYYAT İNFORMATİKA HƏYAT BİLGİSİ MUSİQİ İNGİLİS DİLİ TƏSVİRİ İNCƏSƏNƏT FİZİKİ .

Leyla Bayramova

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

13 Ağustos 2017 Pazar

Biologiya kurikulumu

Paylaşıldı on 00:01 by Leyla Bayramova
1.4. Fəaliyyət xətləri

Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə əlaqəlilik əsasında tətbiq olunur.

Biologiya fənninin tədrisində altı fəaliyyət xətti əsas götürülür.
1. Problemin həlli.
2. Müqayisə, təhlil və tədqiq etmə.
3. Ümumiləşdirmə, təsnifetmə, mühakimə və tətbiq etmə.
4. Əməkdaşlıq və ünsiyyət.
5. Təşkil və təqdim etmə.
6. Eksperiment aparma (nəzəri biliklərin tətbiqi).
1.5. Məzmun standartları
VI sinif
VI sinfin sonunda şagird:

 canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir, canlıların quruluşunu, təsnifatını, rol və əhəmiyyətini izah edir;

 biologiyaya dair laboratoriya avadanlıqlarını fərqləndirir;
 bioloji proseslər və onun pozulma hallarını izah edir, sadə hesablamalar aparır;

 canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirməklə onu digər canlılardan fərqləndirir;

 sağlamlığın qorunmasında bitki və heyvanların rolunu izah edir, dərman bitkilərinifərqləndirir;
 canlıların təbii mühitlə və bir-birilə əlaqəsini izah edir;
 bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir.
1.1.2. Canlıların quruluşunu təsvir edir.

1.1.3. Canlıların quruluşunu öyrənmək üçün lazım olan əsas laboratoriya avadanlıqlarını fərqləndirir.

1.1.4.Canlıların təsnifatının rol və əhəmiyyətini izah edir.
2. Bioloji proseslər
Şagird:
2.1.Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir.
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar aparır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirir.
3.1.2. İnsanı sosioloji varlıq kimi digər canlılardan fərqləndirir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Bitki və heyvanların insan sağlamlığında rolunu izah edir.
3.2.2. Dərman bitkilərini fərqləndirir.
4. Canlılar və ətraf mühit
Şagird:

4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Canlıların qorunması ilə bağlı topladığı məlumatları təqdim edir.
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
VII sinif
VII sinfin sonunda şagird:

 canlılar aləmini öyrənən elm sahələrini,onların müxtəlifliyini şərh edir, sistematik kateqoriyaları fərqləndirir;

 laboratoriya avadanlıqlarından istifadə qaydalarına əməl edir;

 canlılarda gedən həyati prosesləri fərqləndirir, pozulma səbəblərini sadalayır, buna dair hesablamalar aparır;

 insanı digər məməlilərlə müqayisə edir,onun ali sinir fəaliyyətini izah edir;

 virus, bakteriya, göbələk və heyvanların insan orqanizmində törətdiyi xəstəlikləri təsvir edir, dərman bitkilərini qruplaşdırır;

 təbiətdə baş verən fiziki və kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir;

 canlıların qorunmasına dair müşahidələr aparır, respublikanın xüsusi mühafizə olunan təbiət əraziləri fərqləndirir

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Sagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Canlılar aləmindən bəhs edən elm sahələri barədə fikirlərini şərh edir.
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.

1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadanlıqlarından istifadə qaydalarına əməl edir.

1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
2. Bioloji proseslər
Sagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir.
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini sadalayır.

2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablamalar aparır və nəticələri ümumiləşdirir.

3. İnsan və onun sağlamlığı
Sagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanı digər məməlilərlə müqayisə edir.
3.1.2. İnsanın ali sinir fəaliyyətini izah edir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.

3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri və onların əlamətləriini fərqləndirir.

3.2.2. Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır.
4. Canlılar və ətraf mühit
Şagird:

4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr əsasında mülahizələrini şərh edir.
4.2.2. Respublikanın flora və faunasının qorunma yollarını fərqləndirir. 13
VIII sinif
VIII sinfin sonunda şagird:
 insanı öyrənən elm sahələrini, onun orqanizminin təşkil səviyyələrini şərh edir;
 canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır;
 canlıların nəsil ağacını tərtib edir;
 insan orqanizmində gedən bioloji prosesləri şərh edir, buna dair riyazi hesablamalar aparır;
 canlılara xas psixoloji anlayışları fərqləndirir;

 sağlamlığın qorunması qaydalarını izah edir, xəstəliklər və zədələnmələr zamanı ilkin yardım göstərir;

 mühit amillərinin insan orqnizminə təsirini izah edir;
 ətraf aləm və onun təmizliyinin qorunmasına dair təqdimat hazırlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

1.1.1. İnsanı öyrənən elm sahələrini (anatomiya, fiziologiya, gigiyena, psixologiya) şərh edir və kiçik təqdimatlar hazırlayır.

1.1.2. İnsan orqanizminin təşkil səviyyələrini təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır və nəticələrini izah edir.
1.1.4. Canlıların nəsil ağacını tərtib edir.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir.
2.1.2. Zərərli vərdişlərin insan orqanizminə mənfi təsirini izah edir.

2.1.3. İnsan orqanizmində baş verən bioloji proseslərə dair təcrübələr və riyazi hesablamalar aparır, nəticələrini ümumiləşdirir.

3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın formalaşmasında əməyin rolunu izah edir.
3.1.2. İnstinkt, düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Sağlamlığın qorunması qaydalarını izah edir.
3.2.2. Xəstəliklər, zədələnmələr zamanı ilkin yardım göstərir.
4. Canlılar və ətraf mühit
Şagird:

4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

4.1.1. Mühit amillərini və onun insan orqanizminə təsirini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair mülahizələrini şərh edir.
4.2.2.Ətraf aləm və onun mühafizəsinə dair təqdimat hazırlayır.
IX sınif
IX sinfın sonunda şagird:

 canlıları öyrənən elm sahələrinin (sitologiya, histologiya, biokimya) xüsusiyyətlərini, canlıların kimyəvi tərkibini, mikrotəkamülü, müasir laboratoriya avadanlıqlardan istifadə qaydalarını izah edir;

 bioloji prosesləri, orada baş verən dəyişiklikləri izah edir, riyazi üsullarla əsaslandırır;
 insanın formalaşmasında sosial amillərin rolunu və ali sinir fəaliyyətinin mexanizmini şərh edir;

 irsi xəstəlikləri, onların qarşısının alınması yollarını, sağlam həyat tərzi və reproduktiv sağlamlığın əhəmiyyətini izah edir;

 regional ekoloji problemlərl, ekoloji amillərin canlıların həyatında rolunu izah edir, növlərin müxtəlifliyinin qorunmasına dair topladığı faktları təqdim edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

1.1.1. Canlıları öyrənən elm sahələri (sitologiya, histologiya, biokimya) barədə məlumat toplayır və təqimatlar hazırlayır.

1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir.

1.1.3. Canlıların quruluşunun öyrənilməsinə dair laboratoriya işlərində müasir avadanlıqlardan istifadə qaydalarını izah edir.

1.1.4. Mikrotəkamülü izah edir və ona dair təqdimatlar hazırlayır.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı təqdimatlar hazırlayır.
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini faktlarla izah edir və təqdimat-lar hazırlayır.

2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən dəyişiklikləri riyazi üsullarla əsaslandırır.

1. İnsan və onun sağlamlığı
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın formalaşmasında sosial amillərin rolu və əhəmiyyətinə dair təqdimatlar hazırlayır.
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və təqdimatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. İrsi xəstəliklər, onların qarşısının alınması yollarını faktlarla izah edir.
3.2.2. Sağlam həyat tərzi və reproduktiv sağlamlığın əhəmiyyətini şərh edir, referatlar hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:

4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, təqdimatlar hazırlayır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Regional ekoloji problemlərlə bağlı müşahidələrini ümumiləşdirib, təqdimatlar hazırlayır.

4.2.2. Azərbaycanda canlılar aləminin növ müxtəlifliyinin qorunması ilə bağlı faktları toplayıb təqdimatlar hazırlayır.

X sinif
X sinfin sonunda şagird:

 canlıları öyrənən elm sahələrinin (embriologiya, paleontologiya, genetika) xüsusiyyətlərinə, makrotəkamülə dair topladığı məlumatları təqdim edir;

 canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri müasir avadanlıqlardan istifadə etməklə izah edir;

 bioloji proseslərin, onda baş verən dəyişikliklərin mexanizmini şərh edir;
 insanın tarixi inkişaf mərhələlərini, insanda baş verən psixi dəyişiklikləri izah edir;

 yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında materiallar toplayır, sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini dəyərləndirir;

 ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini əsaslandırır;

 qlobal ekoloji problemler və onların həlli yollarını, ekoloji tarazlığın qorunmasının əhəmiyyətini şərh edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi:
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

1.1.1. Canlıları öyrənən elm sahələrinin (embriologiya, paleontologiya, genetika) xüsusiyyətlərinə dair məlumatlar toplayır, təqdimatlar hazırlayır.

1.1.2. Canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri izah edir, təqdimatlar hazırlayır.

1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri müşahidə edir, təqdimatlar hazırlayır.

1.1.4. Makrotəkamül haqqında məlumat toplayır və təqdimat hazırlayır.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mexanizmini şərh edir, məruzə və təqdimatlar hazırlayır.

2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin mexanizmini şərh edir, təqdimatlar hazırlayır.

2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərin mexanizmini müxtəlif üsullarla əsaslandırır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın tarixi inkişaf mərhələlərini müqayisəli şərh edir, məruzə və referatlar hazirlayır.
3.1.2. İnsanda baş verən psixi dəyişiklikləri faktlarla izah edir, referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında referat, təqdimat hazırlayır.

3.2.2. Sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.

4. Canlılar və ətraf mühit
Şagird:

4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

4.1.1. Ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini əsaslandırır.

4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Qlobal ekoloji problemlər və onların həlli yolları haqqında təqdimatlar edir.
4.2.2. Təbii şəraitdə ekoloji tarazlığın qorunmasının əhəmiyyətini şərh edir, referatlar hazırlayır.
XI sinif
XI sinfin sonunda şagird:

 canlıları öyrənən elm sahələrinin (seleksiya, mikrobiologiya, biotexnologiya, bionika) xüsusiyyətlərini, nailiyyətlərini müasir avadanlıqlardan istifadə etməklə şərh edir;

 yer üzərində həyatın əmələ gəlməsini şərh edir, canlıların kimyəvi tərkibinə, baş verən dəyişikliklərə dair müşahidələrinin nəticələrini təqdim edir;

 bioloji proseslərin, baş verən dəyişikliklərin fərqli mexanizmlərinin xüsusiyyətlərini müqaisəli şərh edir, riyazi üsullarla əsaslandırır;

 insanın fərdi və tarixi inkişafının, psixi proseslər və orada baş verən dəyişikliklərin müqayisəli şərhinə dair təqdimatlar edir;

 insan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu əsaslandırır, sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir;

 təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, regional və qlobal ekoloji problemləri əlaqələndirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

1.1.1. Canlıları öyrənən elm sahələrinin (seleksiya, mikrobiologiya, biotexnologiya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.

1.1.2. Canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahidələr aparır, nəticələri barədə təqdimatlar edir.

1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm sahələrinin nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.

1.1.4. Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh edir.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mexanizminin müqayisəli şərhinə dair referat və təqdimatlar hazırlayır.

2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin fərqli mexanizmlərini müqayisəli şəkildə şərh edir, məruzə və təqdimatlar hazırlayır.

2.1.3. Bioloji prosesdə baş verən pataloji dəyişikliklərin fərqli mexanizmlərinin xüsusiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar hazırlayır.

3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar edir.

3.1.2. Psixi proseslər və orada baş verən dəyişiklikləri müqayisəli şərh edir və referatlar hazırlayır.

3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.

3.2.1. İnsan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.

3.2.2. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.

4. Canlılar və ətraf mühit
Şagird:

4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

4.1.1. Təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, məruzə və referatlar hazırlayır.

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

şagirdlərin təhsil alarkən,bilikləri qiymətləndirilərkən,savadı artırılarkən müasir texnalogiyalardan istifadə edilməsini nəzərdə tutur; uyğun təlim resurslarına və inzibati yardıma malik olur.

1.Fənn kurikulumları nəticəyönümlü xarakterə malikdir.Bu xüsusiyyət onu əvvəlki proqramlardan kəskin şəkildə fərqləndirir.Nəticəyönümlülük müasir kurikulumların hazırlanmasında nəzərə alınan mühüm didaktik prinsiplərdən biri hesab edilir. Təlim prosesində əldə olunacaq nəticələrin əvvəlcədən müəyyən edilməsi və onun məzmuna gətirilməsi bu prinsipin başlıca cəhətlərindən biri kimi dəyərləndirilir. Nəticəyönümlülüyün olması, ilk növbədə,təlim fəaliyyətlərinə əsaslanır, bütövlükdə təlim prosesinin mahiyyətini təşkil edən son nəticəni görməyə imkan verir.

Fənn kurikulumlarında təlim nəticələri müxtəlifdir: ümumi nəticələr, xüsusi nəticələr.

Bunlar həm məzmunu müəyyənləşdirmək, həm də qiymətləndirmə aparmaq baxımından əhəmiyyət daşıyır. İlk növbədə, məzmunu ifadə edən belə ümumi nəticələr hökumət tərəfindən təsdiq olunur. Onlar respublikada bütün fənlər üzrə ümumi təhsilin məzmununu ifadə edir. Məzmun xətləri və siniflər üzrə hazırlanmış nəticələr isə ümumi nəticələrə uyğun xüsusi nəticələr kimi təsdiq olunur.

2. Fənn kurikulumları şagirdyönümlülüyü ilə seçilən sənəddir. Fənn kurikulumlarında öz əksini tapan bütün nəticələr şagirdlərə, onların inkişafının izlənməsinə yönəldilmişdir. Fənnin ümumi məsələlərindən biri kimi məqsəd və vəzifələrin belə müəyyənləşdirilməsində şagird şəxsiyyətinin formalaşması və inkişafı diqqət mərkəzində saxlanılmışdır. Onların sinifdən-sinfə, bir təhsil pilləsindən digərinə keçməsinin tənzimlənməsi, inkişafının istiqamətləndirilməsi ön planda saxlanılmışdır. Şagirdin idrakı, hissi və psixomotor bacarıqlarının müəyyən olunmuş həddə çatması üçün humanist və demokratik prinsiplərə söykənən iş üsulları və formalarının seçiləcəyi, ən müasir texnologiyalardan istifadə olunacağı göstərilmişdir. Fənn kurikulumlarında şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə işin məzmunu bilavasitə bir subyekt kimi təlim alanlara yönəldilmişdir.

Qiymətləndirmə standartlarında şagirdlərin fəaliyyəti, üzərində işlədikləri məzmun və şərait elementləri ilə yanaşı, onların əldə edəcəkləri minimum nailiyyətlər də ifadə edilmişdir. Şagird şəxsiyyətinin bütün parametrlərdə inkişaf istiqamətləri diqqət mər-kəzində saxlanılmışdır.

3. Fənn kurikulumları konseptual sənəddir. “Azərbaycan respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” sənədindəki müddəalar respublikada hər hansı fənn üzrə fəaliyyətlər sistemini ümumiləşdirmək baxımından konseptual xarakter daşıyır. Ona görə də fənn kurikulumları öz növbələrində həm də çərçivə sənədi hesab edilir. Ondan sonra hazırlanacaq məktəb

və sinif kurikulumlarının ümumi prinsiplərini əks etdirir. Fənn kurikulumları hər bir fənn üzrə məqsəd, vəzifə, məzmun, texnologiya və qiymətləndirmə məsələlərini əhatə etməklə çoxçeşidli iş parametrlərini əlaqəli şəkildə ümumiləşdirir. Nəticələr şəklində olan məzmun təhsil pillələri və siniflərə aid məzmun xətləri üzrə kurikuluma daxil edilir. Standartlar səviyyəsində təqdim olunmuş siniflər üzrə nəticələrin sərhəddi standartlar və altstandartların (bençmarkların) hüdudunda müəyyənləşdirilir.

4. Fənn kurikulumları inteqrativ xarakter daşıyır. Bu, ilk növbədə, onun ümumtəhsil məktəbləri üçün hazırlanması və şagird şəxsiyyətinin formalaşmasına imkan yaratması, şagirdlərdə həyati bacarıqların formalaşdırılması, onların davamlı

fəaliyyət üçün hazırlanması ilə bağlıdır. Ona görə də kurikulumlarda əks olunmuş təlim nəticələri (təlim standartları) biri digərini tamamlamaq, möhkəmləndirmək,davam etdirmək baxımından elə ardıcıllıqla verilir ki, onların vasitəsilə şagird şəxsiyyətinin formalaşmasını və inkişafını izləmək mümkün olur. Bu əlaqələr məzmun və istiqamətinə görə iki yerə ayrılır: şaquli inteqrasiya, üfüqi inteqrasiya.

Şaquli inteqrasiya daha çox fənnin siniflər və mərhələlər arasındakı əlaqəsini,üfüqi isə müxtəlif, lakin uyğun gələn fənlərin əlaqəsini ehtiva edir. Bütün hallarda şagirdlərin inteqrativ standartlar əsasında ölçülə bilən bacarıqlara yiyələnmələri

diqqət mərkəzində saxlanılır.

5. Fənn kurikulumları qabaqlayıcı xarakter daşıyır. Bu, onun konseptuallığından irəli gəlir. Kurikulumlar bütün təlim nəticələrini əks etdirməklə sonrakı nailiyyətləri fərz etməyə imkan yaradır. Öyrənmə prosesində əldə edilən nailiyyətin hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün şərait əmələ gəlir. Bəzən yeni kurikulumların izahedici xarakterə malik olduğu göstərilir. Təbii ki, belə bir yanaşma yeni kurikulumların nəticəyönümlü xarakterini, onun qabaqlayıcı funksiyasını zəiflədir.

Bütün bunlarla yanaşı, fənn kurikulumları həm də:

– müxtəlif bacarıqların öyrənilməsini nəzərdə tutan balanslaşdırılmış və əhatəli yanaşmanı özündə saxlayır;

– təlimin fəal üsullarından istifadə olunmaqla məzmun standartlarının səviyyəsinə çatmağa imkan yaradır;

– şagirdlərin bilik və anlayışlarının daim qiymətləndirilməsini, tədris ili ərzində düzəlişlərin edilməsini nəzərdə tutur;

– şagirdlərin təlimə cəlb olunmasını, davamlı təhsilə hazırlanmasını və həvəsləndirilməsini təmin edir;

– şagirdlərin təhsil alarkən, bilikləri qiymətləndirilərkən, savadı artırılarkən müasir texnologiyalardan istifadə edilməsini nəzərdə tutur;

Comments are closed, but trackbacks and pingbacks are open.