Press "Enter" to skip to content

Yemək-içmək ədəbi

3- Sağına, soluna, havaya baxmamaq, tikəsinə və önünə baxmaq.

Bir ayda necə arıqlamaq olar

Payız aylarında orqanizm yavaş-yavaş soyuqlara hazırlaşmağa başlayır: çəki artır, passivlik çoxalır. Qış fəsli yaxınlaşdıqca dərialtı piyin əmələ gəlməsi prosesi fəallaşır və bunun nəticəsində orqanizm həmin dövrdə özünü enerji ehtiyatı ilə təmin edir.

“Qafqazinfo” xəbər verir ki, soyuq vaxtlarda vitamin və qidalı maddələrin çatışmazlığı yaranır. Ona görə də gündəlik rasionun cüzi azalması fiziki və psixi cəhətdən neqativ təsir göstərir. Piy toxuması iştahanın, bədən çəkisinin, reproduktiv funksiyaların və hətta psixi sağlamlığın requlyasiyasında iştirak edən leptin hormonunu hazırlayır. Çəkinin kəskin azalması isə hormonal tarazlığın pozulmasına aparıb çıxarır. Artıq çəki narahatlığa səbəb olur və pəhrizlərə meyli artırır. Qış mövsümündə pəhrizlərə daha ehtiyatlı yanaşmaq lazımdır. Elə pəhriz seçmək lazımdır ki, orqanizmin fəaliyyətini pozmasın və uğurlu nəticələr versin.

Artıq çəkidən azad olmaq üçün gündəlik qida rasionundan başlamaq lazımdır. Təklif olunan ilk xörək şorbadır. Şorba mədəyə doluluq hissi verərək onun divarındakı xüsusi reseptorları aktivləşdirir və onun dolması haqda siqnal verir. Nəticədə iştaha azalır və ikinci yemək həmişəkindən 20-40 faiz az yeyilir. Yağsız ət şorbalarına, tərəvəz bulyonlarına üstünlük vermək daha yaxşıdır. Məsələn, 1,5 litr su, 2-3 ədəd kök, 2 pomidor, bir neçə kərəviz və kəvər yarpaqlarından ibarət bulyon hazırlayıb içərisinə bir azca kəklikotu, zirə və keşniş qatmaq olar.

İkinci yemək adətən daha kalorili olur. Onu hazırlayarkən yüngül mayonez, yağsızlaşdırılmış süd, smetan və kəsmikdən istifadə etmək olar. Kartof qızardarkən kərə yağı bitki ilə əvəz edilməlidir. Həmin qaydalara əməl edilməsi ziyan vermir və soyuq qış aylarında dərinin su-lipid tarazlığını qoruyur. Yeməyə qatılan müxtəlif ədviyyatlar isə həzm şirəsinin hazırlanmasını sürətləndirir, maddələr mübadiləsini fəallaşdırır, nəticədə qida tam həzm olunur və yağ toplanmır.

Yemək-içmək ədəbi

Sual: Yemək-içmək ədəbi haqqında bilgi verərsinizmi?

CAVAB

Maddələr halında bildirək:

Yeməyə başlayarkən niyyət: Yeməyə başlayarkən niyyət, Allahu təalaya ibadət etmək, Onun qullarına faydalı olmaq, dinimizi, əbədi səadət və hüzur yolunu bütün insanlara yaymaq üçün qüvvət əldə etməyə niyyət etmək lazımdır.

Yeyib-içməyin fərzləri

1- Yeyib-içincə doymağı Allahu təaladan bilmək.

2- Halaldan yeyib içmək.

3- O yeməkdən qüvvəti keçənə qədər Allahu təalaya qulluq etmək.

4- Əlində olana qənaət etmək.

Sünnətləri:

1- Yeyib-içməyə başlayarkən Bəsmələ çəkmək. (Hər kəsə xatırlatmaq üçün yüksək səslə deyilə bilər)

2- Yeməyin sonunda “Əlhamdülillah” demək.

3- Yeməkdən əvvəl və yeməkdən sonra əl yumaq (Yeməkdən əvvəl gənclər birinci, yeməkdən sonra yaşlılar ikinci əllərini yuyar)

4- Sağ əllə yeyib-içmək.

5- Qabın kənarından, öz önündən yemək.

6- Sağ ayağı dik, sol ayaq üstünə oturmaq.

7- Yeməyə duzla başlayıb, duzla bitirmək. (Bu şəfadır. İlk və son tikə çörəklə olar və çörəkdəki duza niyyət edilərsə, bu sünnət yerinə yetirilmiş olar)

8- Əllə yeyilə bilənləri üç barmaqla yemək.

9- Çörəklə qarpız yeyərkən, çörəyi sağ ələ alıb, qarpızı sol əllə yemək.

10- Qabda qalanı sıyırıb yemək, (kompot, ayran kimi içkilərin artığına su əlavə edərək, çalxalayıb içmək çox savabdır. Daha sonra yemək şərti ilə qabda, stəkanda artıq buraxmaq caiz olar. Rəsulullah əfəndimiz möminin artığını yeməyi sevərdi.)

11- Əlini yumadan əvvəl barmaqlarındakı yemək artıqlarını yalamaq.

12- Yeməkdən sonra dişlərini misvaq və ya kürdan ilə təmizləmək. Dişlərin arasından kürdan ilə çıxarılan şeyləri udmamalıdır. (Bu təmizliyi kranın başında edib, diş arasından çıxan qırıntıları sinkə atmaq, süfrədə olanları iyrəndirməmək lazımdır)

Müstəhəbləri:

1- Süfrəni yerə sərmək.

2- Paltarı təmiz olaraq süfrəyə oturmaq.

3- Arpa çörəyi yemək.

4- Çörəyi əllə parçalamaq. Çörək bıçaqla kəsilə bilərsə də bıçaqla tikə edilməz. Yeməyi başqası üçün, bir qoca üçün hazırlayan onun yeyə biləcəyi şəkildə tikə halına gətirə bilər. Bişmiş əti bıçaqla kəsməmək lazımdır.

5- Çörək qırıntılarını zay etməmək.

6- Sirkə yemək.

7- Tikəni kiçik götürmək.

8- Tikəni yaxşıca çeynəmək.

Məkruhları:

1- Sol əliylə yeyib içmək.

2- Yeyəcəyi yeməyi iyləmək.

3- Bəsmələni tərk etmək. (Yemək arasında da olsa yadına gələndə Bəsmələ çəkməlidir.)

4- Yeyərkən heç danışmamaq (Atəşə tapınanların adətidir. Şən mövzular danışmaq lazımdır)

5- Duzqabını, boşqabı çörəyin üstünə qoymaq, əlini, bıçağı çörəyə silmək, (Bu çörək yeyilərsə, məkruh olmaz.)

6- Kifli çörək, iylənmiş yemək və iylənmiş su məkruhdur.

Haramları:

1- Doyduğu halda yeməyə davam etmək (Qonağı varsa onun yeməsinə mane olmamaq üçün yeyir kimi davranmaq lazımdır)

2- Süfrədə çalğı, yad qadın, içki, qumar və başqa haram şeylər saxlamaq.

3- Yeməkdə israf etmək. (Qida maddələrini lazım olduğu qədər ölçərək almaq, ölçüsüz, çox almamaq lazımdır. İsraf olar)

4- Başqasının malını haqsız olaraq yeyərkən Bəsmələ çəkmək.

5- Ziyafətə dəvətsiz getmək.

6- Başqasının malını icazəsiz yemək.

7- Bədəninə xəstəlik verəcək şeyi yemək.

8- Riya ilə hazırlanan yeməyi yemək.

9- Nəzir etdiyi şeyi yemək.

Diqqət ediləcək digər xüsuslar:

1- Çörəyin içini yeyib qabığını atmaq, bişmiş yerini yeyib, qalanını atmaq israfdır. Qalanını başqası və ya heyvan yeyərsə israf olmaz.

2- Yol üstündə, ayaqda, gedərkən yeyib, içməmək.

3- Sağına, soluna, havaya baxmamaq, tikəsinə və önünə baxmaq.

4- Yeyib içərkən ağzını çox açmamaq.

5- Süfrədə əlini, üstünə-başına sürtməmək.

6- Öskürəcəyi və asqıracağı vaxt, başını geriyə çevirməlidir.

7- Çağırılmadan süfrəyə oturmamaq.

8- Süfrədə hər kəsdən çox yeməmək.

9- Ac ikən də, yavaş-yavaş yemək.

10- Əvvəl böyüklər başlamalıdır.

11- Üçdən çox “Ye!” deyərək, heç kimə sıxıntı verməmək lazımdır.

12- Ev sahibinin süfrəyə oturmayıb xidmət etməsi caizdir. Birlikdə yediyi vaxt qonaqları doymadan yeməkdən əlini çəkməməlidir.

13- Yeməkdə qorxunc və iyrənc şeylər söyləməmək, ölümdən, xəstəlikdən, Cəhənnəmdən danışmamaq.

14- Qonaq süfrəyə gələn yeməklərə diqqəti çəkəcək şəkildə baxmamalıdır.

15- Bir tikəni udmadan əvvəl ikincini əlinə almamaq.

16- Yemək əsnasında bir şey üçün, hətta namaz üçün, süfrədən qalxmamaq lazımdır. Namazı əvvəl qılmaq lazımdır. Əgər hazırlanmış yeməklər soyuyacaq və ya xarab olacaqsa və namaz vaxtı yeməkdən sonra qılmağa uyğundursa namazdan əvvəl yemək lazımdır.

17- Yemək yığışdırıldıqdan sonra süfrədən qalxmaq.

18- Ev sahibinin, qonağa tikə uzatması və əlinə su tökməsi yaxşı olar. İndi kranlar olduğu üçün su tökməyə ehtiyac qalmaz. Əlini qurulaması üçün dəsmal tuta bilər.

19- Yeməkdən sonra ev sahibinə bərəkət, rəhmət, məğfirətlə dua edilir. Gedərkən icazə istənilir. Siz də bizə buyurun, deyilir.

20- Ağzında, əlində ət, yemək qoxusu varkən yatmamaq.

21- Uşaqların da əlini yumaq.

22- Tox ikən yatmamaq.

23- Yemək və içki qabları, bağlı olmalıdır.

24- Çaydan, hovuzdan əyilib ağızla içməməlidir.

25- İçərisi görünməyən guşə, səhəng kimi qabların ağzından içməmək. Stəkana süzüb içmək lazımdır.

26- Fincanın, stəkanın qırıq yerindən və qulp qismindən içməmək.

27- Axşam yatarkən yemək və içki qablarının üstü örtülməlidir.

28- Müsəlmanın və hələ saleh insanların artığını yemək bərəkətlidir.

29- Ehtiyacsız fasiqlərlə birlikdə yeyib içməmək lazımdır.

Qaynar yeməyin zərərləri:

1- Qulağın kar olmasına səbəb olar.

2- Bənizi sarı olar.

3- Gözlərinin qüvvəti olmaz.

4- Dişləri saralar.

5- Ağzının ləzzəti olmaz.

6- Qarnı doymaz.

7- Qavrayışı azalar.

8- Ağlı az olar.

9- Xəstəliyə səbəb olar.

Az yeməyin faydaları:

1- Bədəni qüvvətlənər.

2- Qəlbi nurlanar.

3- Yaddaşı güclənər.

4- Dolanışığı asanlaşar.

5- Etdiyi işdən zövq alar.

6- Allahu təalanı çox zikr etmiş olar.

7- Axirəti təfəkkür edər.

8- İbadətlərindən aldığı zövqü çoxalar.

9- Hər şeydə isabəti çox olar.

10- Hesabı asanlaşar.

Hədisi-şərifdə, “Yaxşılıqların başı aclıqdır. Pisliklərin başı toxluqdur” buyuruldu. Yeməyin dadı aclığın çoxluğu qədər artar. Toxluq unutqanlığa səbəb olar. Qəlbi kor edər, spirtli içkilər kimi qanı korlayar. Aclıq ağlı təmizləyər, qəlbi parladır.

Hədis-şərifdə buyuruldu ki, “İnsanın qəlbi tarladakı əkin kimidir. Yemək, yağış kimidir. Çox su əkini qurutduğu kimi, çox qida qəlbi öldürər.” Bir hədisi-şərifdə, “ Çox yeyəni, çox içəni Allahu təala sevməz” buyuruldu. Çox yemək xəstəliklərin başı, az yemək (yəni pəhriz etmək) dərmanların başıdır.

Mədənin üçdə biri yeməklərə, üçdə biri içkilərə ayrılmalıdır. Üçdə birinin hava payı, yəni boş olması ən aşağı dərəcədir. Ən yaxşı dərəcə az yemək və az yatmaqdır.

Su içmək ədəbi

Suyu sağ əllə içmək lazımdır. İçəcəyi suya baxıb sonra içməkdir. Üç nəfəsdə içib, nəfəsi suya deyil, stəkanın xaricinə verməli, nəfəs verərkən, stəkanı ağzından çəkməlidir. Yayda sərin içməlidir. Çox soyuq içməməlidir. Rəsulullah əfəndimiz sərin şərbət içməyi sevərdi. “Ayaq üstə su içməyin!” buyurardı. Zəmzəm suyu, dəstəmaz aldıqdan sonra qalan su və dərman udmaq üçün içilən su ayaq üstə içilə bilər. Yolçu hər suyu ayaq üstə içə bilər. Ac qarına su içməmək lazımdır. Suyu yavaş-yavaş, əmər kimi içməlidir. Ağzı dolduraraq içməməlidir. Suyun hamısını bir nəfəsdə içməməlidir. Qaynar mayeni nəfəs alaraq içməməlidir. Soyudub, sonra içməlidir. Suya bir şey düşərsə, barmaqla və ya mümkünsə kürdanla götürmək, alına bilməzsə, suyun bir parçasını çölə tökmək lazımdır.

Hədisi-şərifdə, “Günahı çox olan çox su paylasın!” buyuruldu. Bir neçə adama su verərkən əvvəl alimlərə, sonra yaşlılara, ən son uşaqlara verilir. Yeyərkən, gedərkən, oturarkən də, bu sıra ilə etmək lazımdır. Özü sonra içməlidir. Yanında oturanlara bir şey verərkən öz sağında olandan başlanılır. Sonra onun sağından davam edilir. Sağdakının icazəsi ilə əvvəl soldakına verilə bilər. (S. Əbədiyyə)

Sual: Yeyib içməkdə sünnət şəkli nədir?

CAVAB

Doymadan süfrədən qalxmaq, acmadan və süfrə xaricində yemək yeyilməz. Su hər vaxt içilər.

Sual: Yeməyə duz ilə başlamaq sünnətdir?

CAVAB

Yeməyə duz ilə başlayıb duz ilə bitirmək sünnətdir. Çörəkdəki duza niyyət ediləndə də bu sünnət yerinə yetirilmiş olar. (Qunyə)

Hədisi-şəriflərdə buyuruldu ki:

“Ya Əli, yeməyə duz ilə başla!” (Şirə)

“Yeməyə duz ilə başlayıb duz ilə bitirənin bədənindən Allahu təala yetmiş xəstəliyi götürər.” (R.Nasıhin)

Sual: Su və ya çay içərkən bir qismini saxlamaq və ya yemək yeyincə az bir şey saxlamaq doğrudurmu?

CAVAB

Doğru deyildir. Hamısını yeyib içməlidir. Çünki Rəsulullah əfəndimizin önünə qoyulan yeməkdən heç artıq qalmazdı. (İ. Əbiddünya)

Sual: Çəngəli çörəyə və digər unlu məmulatlara batırmaqda zərər varmı? Çörəyə təhqir olarmı?

CAVAB

Bunlar adətdir, zərəri yoxdur. Ancaq lüzumsuz, kef üçün batırılmaz. Ehtiyac halında caiz olar. Çəngəli çörəyə batırmanı adət halına gətirməmək lazımdır.

Sual: Stulun arxasına söykənib yemək uyğundur? Yoxsa söykənməyib yemək daha yaxşıdır?

CAVAB

Süfrəyə ədəbli bir şəkildə oturmaq və bu ədəbi sonuna qədər mühafizə etmək lazımdır! Rəsulullah əfəndimiz yerdə, süfrədə bəzən diz çökər, bəzən də sağ ayağını bükərək sol ayağı üzərinə oturub buyurardı ki:

“Söykənərək yemək yemərəm! Mən Allahu təalanın bir quluyam, kölə necə yeyərsə elə yeyər, necə oturarsa elə oturaram.” (Buxari)

Söykənərək yemək haram və ya məkruh deyildir. Başqalarının yanında səbəbsiz söykənmək ədəbə ziddir. Stulda söykənərək yeməkdə də zərər yoxdur. Qürurlu şəkildə yemək uyğun deyildir. Söykənəndə rahat edilirsə söykənilir. Önəmli olan başqalarına göstərməmək, qürurlu oturmamaq, rahat oturmaqdır.

Sual: Çox su içmək zərərlidirmi?

CAVAB

Bəli, din kitablarında çox su içmək zərərlidir, deyilir. Həkimimiz deyir ki:

Çox su içilərsə su zəhərlənməsi baş verər, qəlb çatışmazlığı, şiş inkişaf edə bilər, hər şeyin çoxu zərərdir. Böyrəklərdən süzülmə sürətindən daha çox su içilərsə vücudda toplanar. Şiş və təzyiq yüksəlməsinə səbəb ola bilər. Ancaq sidiklə ifraz edə bilərsə problem olmaz. Çıxardığı sidik miqdarından 600 -700 qr. çox maye alına bilər. Adam gündə 2 litr sidik ifraz edirsə 6 litr də su içirsə, bunun bir litrini də tər və ağciyər yolu ilə atsa, qalan 3 litr maye bədəndə qalar. Bu da insanın daha çox maye yüklənməsinə və bu səbəbdən qan dövranı və tənəffüs sistemlərində problemlərə yol açar. Çox su içmək lazım olan vəziyyətlər də vardır.

Sual: Sağdan başlamamaq, suyu ayaq üstə içmək bidət deyildirmi?

CAVAB

Peyğəmbər əfəndimizin sağdan başlamaq, əntari (tək parçalı paltar) geymək kimi adət olaraq etdiyi şeyləri etməmək bidət deyildir. Bunları edib-etməmək, ölkələrin və insanların adətlərinə bağlı olub, dini hökmlər deyildir. Hər ölkənin adəti başqadır. Hətta bir ölkənin adəti zamanla dəyişir. Bununla birlikdə adətə bağlı şeylərdə də, zəvaid sünnətlərdə də (bir bəhanə yoxdursa) Rəsulullah əfəndimizə tabe olmaq, dünya və axirətdə insana çox şey qazandırar və müxtəlif səadətlərə yol açar. (Məktubatı Rəbbani 2/55)

Adətlərlə əlaqədar sünnətlərə əlimizdən gəldiyi qədər tabe olmağa çalışacağıq, lakin unudaraq və ya tənbəlliklə edə bilməzsək məkruh belə olmaz. Solaxay kimsənin sol əl ilə iş görməsi məkruh deyildir.

Sünnəti—zəvaid

Rəsulullah əfəndimizin ibadət olaraq etdiyi deyil, adət olaraq davamlı etdiyi şeylərə deyilir. Zəvaid-sünnətləri tərk etmək məkruh deyildir. Peyğəmbər əfəndimizin geyim şəkli, əntarı geyinməsi kimi, gözəl şeyləri etməyə sağdan başlaması kimi, sağ əl ilə yeyib içməsi kimi, suyu oturaraq içməsi kimi şeylər sünnəti-zəvaiddir. (Rədd-ül Muxtar)

Hədisi-şərifdə buyuruldu ki:

“Adətlərlə əlaqədər sünnətə tabe olmaq bir fəzilətdir, tərki isə xəta deyildir.” (Muxtar-ül əhadis)

Sual: Meyvə yeməkdən sonra yeyilir?

CAVAB

Adətə və şəxsin vəziyyətinə görə deyişər. Tək olan zaman əvvəl yemək daha uyğun olar.

Sual: Səhəngin içinə baxmadan qaldırıb içmək uyğun deyildir. Üç litrlik şüşələri qaldırıb içmək caizdirmi?

CAVAB

İçi görüldüyü üçün caizdir.

Sual: Kiçik stəkanla su içərkən, hər stəkanı bir nəfəsdə olmaqla üç stəkanı arxa arxaya içmək caizdirmi?

CAVAB

Sual: Zəmzəmi ayaq üstə içmək lazımdır?

CAVAB

Sual: Arıqlamaq niyyətiylə ac qarnına su içmək caizdir?

CAVAB

Sual: İşə gecikməmək üçün ayaq üstə çay içmək caizdir?

CAVAB

Sual: Zəmzəmi başı bağlı içmək yaxşıdır?

CAVAB

Sual: Solaxay olanın sol əl ilə yeyib içməsi caizdir?

CAVAB

Sual: Dodağa bulaşan artığı çörəklə silib yemək caizdir?

CAVAB

Sual: Qonaq yanındakı qonağa önünə qoyulan meyvə və yeməkdən ikram edə bilər? Evinə apara bilər?

CAVAB

Ev sahibinin razılığı olduğu məlum olarsa, caizdir.

Sual: Düzgün qidalanmaq üçün bir yeməkdə tək qida yemək lazımdır?

CAVAB

Tək qida səhhətə səbəbdir.

Sual: Çömbələrək su içmək oturaraq su içmək hökmündədir?

CAVAB

Sual: Qonaqlığa gedincə önümüzə yemək qoyulur. İcazəsiz başlamağın zərəri vardır?

CAVAB

Önünüzə qoyulduğuna görə icazəsiz başlanıla bilər. Ancaq, ev sahibinin başlaması sünnətə uyğundur. Yaxud, o yerin başçısı əvvəl başlayar. Yaxud alim, fazil bilinən biri də başlaya bilər. Bir hədisi-şərif məali belədir:

“Süfrədə yeməyə əvvəl qövmün əmiri və ya ev sahibi, yaxud qövmün yaxşısı başlasın.” (İbni Asakir)

Sual: Əti və çörəyi bıçaqla kəsmək caizdir?

CAVAB

Çörək bıçaqla kəsilə bilər. Bıçaqla tikə halına gətirməmək lazımdır. Əti bişirənin və ya bişdikdən sonra yeməyi hazırlayanın bıçaqla kəsməsində zərər yoxdur. Dönər kababını da, dönərçinin kəsməsində zərər olmaz. Süfrədəki əti də bıçaqla kiçik tikələr halına gətirmək üçün bıçaqla kəsməmək lazımdır. Əgər əti kiçik hala gətirmədən yeyə bilməyəcək kimsə varsa, hazırlanarkən kiçik tikələr halına gətirilər.

Sual: Yeməyə, içməyə, dəstəmaz almağa başlayarkən bəsmələni unudan, başladıqdan sonra bəsmələ çəksə sünnət yerinə gələrmi?

CAVAB

Yeməyə başlayarkən bəsmələ çəkməyi unudan, sonra çəksə də, başdan çəkilmiş sayılar. Amma, dəstəmaza başlayarkən unudulanda, sonra bəsmələ çəkilsə də başdan çəkilmiş sayılmaz. (Neməti—İslam)

Sual: Küçədə cəmiyyətin içində bir şeylər yeyib, içməkdə zərər vardırmı?

CAVAB

Sual: Su içərkən diqqət edilməsi lazım olan şeylər nələrdir?

CAVAB

Su içərkən bir nəfəsdə içməmək, üç dəfədə içmək lazımdır. Tərli ikən soyuq su içməmək, yuxu arasında su içməmək lazımdır. Bunların bədənə zərərləri vardır. Bir hədisi-şərif məali:

“Suyu ayaq üstə içməyin, bədənə zərərlidir. Tək dəstəmazdan qalan su və zəmzəmi— şərif ayaq üstə içilə bilər” (Ey Oğul Elmihalı)

Dəvətə getmək

Sual: Toy yeməklərinə və ya iftarlara dəvət edilirik. Bəzi dəvətlərdə zənginlər, müdirlər və rütbəli kəslər olur. Heç kasıb kimsə olmur. Kimi çətinliyə girir çox bahalı şeylər hazırlayır, kimi də çox xəsis davranır. Bir də oruc tutmayan kəslər də iftara bizi dəvət edir. Belə dəvətlərə getmək uyğun olarmı?

CAVAB

Haram və məkruh işlənməyən dəvətlərə getmək sünnətdir. Bir hədisi-şərif məali:

“Dəvət edilən yerə getməmək günahdır. Dəvətsiz yerə getmək oğurluq olar.” (Beyhəqı)

Yeməyə dəvət edərkən Allahu təalanın razılığı nəzərə alınmalıdır. Başqa məqsədlər olmamalıdır. Yeməyə gedən də sünnət olduğunu, mömin qardaşını sevindirməyə niyyət edərək getməlidir. “Allah rizası üçün, niyyət etmədən yeməyə dəvət edənə bir günah yazılar. Niyyət etmədən gedənə, iki günah yazılar” buyurulmuşdur.

Məkruh işlənirsə, məkruhdan xilas olmaq üçün dəvətə gedilməz. Kasıbların dəvətinə getməyib, zənginlərinkinə getmək qürurdandır. Zəhmətə düşənin dəvətinə getmək lazım deyildir. Xəsisin dəvətinə də getməməlidir! Dəvət ümuma şamil olmamalıdır, yəni yaxşı pis hər kəs gəlirsə, o dəvətə getməməlidir.

Bidət sahibinin, fasiqin, pis kəslərin və öyünmək üçün çox pul xərcləmiş olanın dəvətinə gedilməz. (Əhya)

Sadəcə zənginlərin, müdirlərin olduğu dəvətə gedilməməlidir. Bir hədisi-şərif məali belədir:

“Ən pis yemək zənginlərin dəvət edilib, kasıbların dəvət edilmədiyi ziyafətdəki yeməkdir.” (Buxari)

Sual: Qarşı cinsin artığını yeyib-içmək caizdirmi?

CAVAB

S.Əbədiyyədə “Qadının artdığını yad kişinin içməsi və kişinin artdığını yad qadının içməsi ləzzət alacağı üçün məkruhdur.” deyilir. Məsələn, bir stəkanla su içib yarısını saxlayar, digər yarısını eyni ortamdakı qarşı cinsdən biri içərsə, ləzzət ala biləcəyi üçün məkruh olar. Bir almanı dişləyib yeyən kimsə yarısını da o ortamda olan qarşı cinsə mənsub birinə verərsə ləzzət alma ehtimalı olduğu üçün məkruh olar. Heç ləzzət almasa da yenə məkruh olar.

Yeməkləri yavaş yemək lazımdır

Sual: Yeməkləri tez, yoxsa yavaş-yavaş yemək daha uyğundur?

CAVAB

Yaxşı həzm etmək üçün çox çeynəmək, yəni yavaş-yavaş yemək lazımdır. Yeməyi yaxşı çeynəyərək yemək sünnətdir. Bu sünnətə riayət olunarsa mədə ağrısı, köp kimi şikayətlər olmaz.

Əlləri silmək

Sual: Əcnəbilərin yemək dəvətində əl yumaq diqqəti çəkəcəksə, yaş bir bezlə silmək yumaq yerinə keçərmi?

CAVAB

Sual: Ayaq üstə siqaret içmək caizdirmi?

CAVAB

Ayaq üstə yemək

Sual: Ayaq üstə çəyirdək, şəkər kimi şeyləri yeməkdə zərər vardırmı?

CAVAB

Zərurətsiz ayaq üstə bir şey yeyib içməmək lazımdır.

Sual: İslam Əxlaqı kitabında belə deyilir:

“Bir kimsə yemək üçün əllərini yuyanda, yaş olan barmaqlarının ucunu gözlərinin pinarına qoyub geriyə doğru silsə, o kimsə Allahu təalanın izniylə göz ağrısı görməz.”

Göz pinarı haradır və hansı barmaqlarla edilər?

CAVAB

Göz pinarı alt kirpiklərin altındakı oyuq qisimdir. Şəhadət barmaqlarının ucu ilə edilməsi daha uyğun olar.

Comments are closed, but trackbacks and pingbacks are open.