Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı gürcü dilində nəşr olunub
Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Onun böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir.
“BİR GƏNCİN MANİFESTİ”
DODO qəzetnin araşdırmalarına əsasən: Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Lerikin Monidigah kəndində yaşayan Nəcəfəli adında bir gəncə həsr edilib. Bir gün Mir Cəlal Paşayev parkda gənc tələbə Nəcəfəli Əliyevlə tanış olur və beləliklə onların tanışlığı dostluğa çevrilir. Nəcəfəli o ailənin bir üzvünə çevrilir. Nəçəfəıi savadlı və ədəbiyyata çox maraq göstərirdi. Elə vaxt olurdu ki, Nəçəfəıi Mir Cəlal Paşayevlə saatlarla oturub söhbət edirdilər. Artıq 2 həftə olardı Nəçəfəıi Mir Cəlal Paşayevlə görüşmurdü. Mir Cəlal Paşayev o çətin dövürdə bir kasıb kəndli ailəsinə necə dəstək olması, sonradan oğlanın yoxa çıxması onu narahat edir və beləliklə onu universitetin yataqxanasında xəstə yatdığının şahidi olur. Qızılcadan xəstələnən tələbəyə nə qədər yardım etsə də onu sağaltmaq mümkün olmur və beləcə Mir Cəlal Paşayevin gənc dostu faciəli şəkildə rəhmətə gedir. Dahi insani dəyərləri olan Mir Cəlal Paşayev dostunun nəşini Lerik rayonun Monidigah kəndinə özü aparır və dəfndə də iştirak edir. Qara görə yol olmadığından , Lerik rayonundan Mondigah kəndinə qədər olan 11 km yolu Mir Cəlal Paşayev piyadə qət etmişdir. Gənc dostunun 3 mərasimindən sonra məhz Bakıya dönmüşdür. Qarlı qış günü gənc dostunu torpağa tapşıran Mir Cəlal müəllim “BİR GƏNCİN MANEFESTİ” əsərində həmin faciəli səhnəni belə tərnnüm etmişdir:
„ Bahar, mələr quzum, sən indi hardasan? Qalx, qardaşım, buzlu torpaqların altında olsan da, ailəmizə bax!
Tanınmış professor Rövşən Novruzoğlu dahi Mir Cəlal Paşayevin il dönümünə hədiyyə olaraq İranın Təbriz şəhərinin Əndəbil kəndində olmuş Mir Cəlal Paşayevin qohumları ilə görüşmüş və onun haqqında geniş məlumatlar toplamış və şəkillər çəkmişdir.
O şəkillərdən birini sizə təqdim edirik.
BIR YAZIÇI ÖMRÜNÜN MANIFESTI…
Böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin anadan olmasından 112 il ötür
O insan xoşbəxtdir ki, həyatın keşməkeşli, yaradıcılığın ucsuz-bucaqsız yollarında qoyduğu izlər özündən sonra gələn nəsillər üçün örnək olur. O insan xoşbəxtdir ki, kamilliyə aparan yolun bütün sınaqlarından üzüağ çıxır və özündən sonra işıqlı xatirələr qoyur. O xalq, o millət əbədi xoşbəxtdir ki, belə keyfiyyətlərə malik şəxsiyyətlər yetişdirib. Azərbaycan xalqının da Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid… kimi bütün nəsillərin müasiri olan mütəfəkkir sənətkarları ilə fəxr etməyə haqqı vardır.
XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev də məhz belə şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında əbədiyaşarlıq haqqı qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasından 112 il ötür.
Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. 1918-ci ildə – Mir Cəlal 10 yaşında ikən atası vəfat edib, o, böyük qardaşının himayəsində yaşayıb.
Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyib. O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.
Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsətmişdir. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.
Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Onun böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir.
İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaqdır.
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı gürcü dilində nəşr olunub
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı gürcü dilində nəşr olunub Azərbaycanın görkəmli yazıçısı, alim və pedaqoqu Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində nəşr olunub.
23 Aprel , 2019 13:26
https://static.report.az/photo/de14ef6c-d349-4055-9c70-45e939d7735d.jpg
Azərbaycanın görkəmli yazıçısı, alim və pedaqoqu Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində nəşr olunub. “Report”un Gürcüstan bürosu xəbər verir ki, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində kitabın təqdimat mərasimi keçirilib. Kitab “Azərbaycan aləmi” Mədəniyyət Mərkəzi İctimai Birliyinin dəstəyi ilə işıq üzü görüb. Əsəri gürcü dilinə tərcümə edəni İmir Məmmədli, redaktoru isə Mirzə Məmmədoğludur. M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva xatırladıb ki, aprelin 26-da Mir Cəlal Paşayevin anadan olmasından 111 il ötür: “Kitab görkəmli yazıçının doğum günü ərəfəsində gürcü oxucularına təqdim olunur. İnanıram ki, “Bir gəncin manifesti” əsərini gürcü oxucuları böyük maraqla qarşılayacaqlar. Kitab həmçinin Gürcüstan oxucularının Mir Cəlal Paşayevin yaradıcılığı ilə yaxından tanış olmasına imkan yaradacaq”. Digər çıxış edənlər “Bir gəncin manifesti” əsərinin gürcü dilinə tərcümə olunmasını yüksək qiymətləndirərək, yeni kitabın Azərbaycan və Gürcüstan arasında ədəbi əlaqələrin inkişafına töhfə verəcəyini bildiriblər. Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, azərbaycanlı və gürcü ziyalılar, gənclər iştirak ediblər.
Bir gəncin manifesti
Məhsul kodu: 3122
6 AZN
4.8 AZN
- Sifariş et
- 1-dən 5-ə qədər dəyərləndirin:
-
- 1
- 2
- 3
- 4
- 5
- 2.63
Qısa məzmun
Bir gəncin manifesti əsəri Mir Cəlalın yaradıcılığının kulminasiyası, zirvəsidir!
Roman həm məzmunu, ideyası, həm də bədii mükəmməlliyinə görə, yazıçının başqa əsərlərindən xeyli yüksəkdə dayanır. XX əsr Azərbaycan ədəbiyyatının şedevrləri sırasında qərar tutan bu roman Mir Cəlalın yaradıcılığında uzun illərdən bəri davam edən mütərəqqi ənənələrin xoş nəticəsidir.Bir gəncin manifesti romanına Azərbaycanda və yaxın-uzaq xaricdə yüksək şöhrət qazandıran amillərdən biri də Mir Cəlal Paşayevin müəllif kimi son dərəcə səmimiliyi, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrəti, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisidir. Sıravi insana bu məhəbbət ədibin xüsusilə Sona və balaca Bahar surətlərinə münasibətində özünün canlı ifadəsini tapmışdır.
Əsərin qəhrəmanı qüvvətli, iradəli olduğu qədər də mübarizliyi ilə seçilən gənc Mərdandır. Ədib baş qəhrəmanını Mərdanın sarsılmaz anası Sona, ağıllı Bahar, igid Yaqub, dünyagörmüş Mövlam kişi, xeyirxah usta Rəhim və başqa bu kimi parlaq surətlərlə əhatə etmişdir. Burada xarakterlərin son dərəcə aydınlığı Bir gəncin manifesti romanının bədii dəyərini artıran ən əsas amillərdən biri kimi xüsusi qeyd edilməlidir. Romandakı xarakterlərin demək olar ki, hər biri fərdi xüsusiyyətlərə malikdir. İstər zəhmətkeş xalqı, istərsə də hakim təbəqəni təmsil edən adamların sinfi təbiəti əsərdə çox aydın və təsirli şəkildə, fərdi xüsusiyyətlərlə canlandırılmışdır.
Çatdırılma şərtləri
Metrodaxili 2 AZN Şəhərdaxili 3 AZN Sumqayıt və ətraf ərazilər 5 AZN Bölgələr Bir kitab : 3.5 AZN İki kitab : Hər kitaba görə 2.5 AZN Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN Beş – yeddi kitab : Hər kitaba 1.5 AZN Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN
Comments are closed, but trackbacks and pingbacks are open.