Bəşir əhmədov etimologiya lüğəti
Məsələn, erməni əsilli yazıçı və dilçi Sevan Nişanyan bu sözün ona məlum olan ən əski formalarını (1500-ci ilə qədər) baklağı ve baklağu olaraq qəbul edir, onun Proto-Türk kökənli olduğunu bildirir və bununla həmin sözün əslində ermənilərlə heç bir əlaqəsinin olmadığını göstərir (Nişanyan, Sevan (2009) (Türkçe). Sözlerin Soyağacı – Çağdaş Türkçenin Etimolojik Sözlüğü [Kelimelerin Soyağacı – Çağdaş Türkçenin Etimolojik Sözlüğü]. İstanbul. http://nisanyansozluk.com/?k =baklava).
Paxlavanın/baklavanın ermənilərə heç bir aidiyyəti yoxdur – Əqli Mülkiyyət Agentliyinin ŞƏRHİ
Bu günlərdə Ermənistan mətbuatında qədim türk mətbəx mədəniyyətinin ən çox istifadə olunan şirniyyat növlərindən biri olan paxlava/baklavanın ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyasına daxil edilməsi üçün UNESCO-ya müraciət etmək üçün hazırlıqlara başlamaları barədə məlumat yayılıb.
İlk olaraq onu qeyd etmək lazımdır ki, ən ləziz və geniş yayılmış şirniyyatlardan olan paxlava/baklava bir sıra Şərq xalqlarının və ilk növbədə türk xalqlarının mətbəx mədəniyyətinin ən çox istifadə olunan şirniyyatlarındandır və erməni mətbəxinə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, paxlava/baklava sözünün etimoloji baxımdan erməni dili ilə hər hansı bir bağlılığından söhbət gedə bilməz və bu linqvistik vahidin etnolinqvistik analizi göstərir ki, o, türk xalqlarının dilinin leksikasına daxildir və bir sıra dillərdə cüzi fonetik fərqlə səslənsə də, eyni semantikaya malikdir. Məsələn, Türkiyə türkcəsində “baklava”, Azərbaycan dilində “paxlava”, özbək, qazax və tatar dillərində paxlava/baklava kimi səslənir. Bir sıra mütəxəssislərin fikirlərinə görə, bu söz qədim dövrlərdən başlayaraq bakılağı-bakılavi-baklava, digər variantlarda baklagu və ya baklagi kimi dəyişmə prosesi keçmişdir və bu gün bir çox dillərdə paxlava/baklava formasında işlədilir və mənası da “lay-lay olan tort” kimi izah edilir. Lüğətlərdə bu sözün daha çox Anadolu türklərinin, yaxud Azəri türklərinin leksikasına aid olduğu söylənilir.
Türk əsilli dilçi professor Tuncer Gülensoy baklava/paxlava sözünün kökünün türkcədə bakl-ı (yem) olduğunu ve buna -la-ğı sonluqlarının əlavə olunduğunu bildirir. Söz bakılağı>bakılavi>baklava olarak dəyişmişdir (Gülensoy, Tuncer (2007). Türkiye Türkcesindeki Türkçe Sözcüklerin Köken Bilgisi Sözlüğü-I . Türkiye: Türk Dil Kurumu. s. 106. ISBN 978-9751619709).
Bu söz digər türk olmayan xalqların dillərinə də keçib. Məsələn, baklava/paxlava sözünə ingilis dilində ilk dəfə 1650-ci ildə rast gəlinir və həmin sözün Türkiyə türkcəsindən alınmış (iqtibas edilmiş) türkizm olduğu göstərilir (Oxford English Dictionary, 2nd edition).
Tarixçi Nuri Canlı paxlava haqqında ilk yazılı məlumatın XV əsrə aid olduğunu bildirir. Onun yazdığına görə, Osmanlı hökmdarlarının Topqapı muzeyinin Yemək kitabında İstanbulu fəth edən sultan Fatihin dövrünə aid bir qeyd saxlanmışdır. Həmin qeyddə göstərilir ki, sarayda ilk baklava 1453-cü ilin avqustunda hazırlanmışdır (Елена Солнцева. Пахлава или жизнь.Турки защищают смесь орехов, меда и теста от иностранной агрессии (12.07.2006 15:30); (Najmieh K. Batmanglij, A Taste of Persia: An Introduction to Persian Cooking. I. B. Tauris, 2007).
Bu söz qədim türk-Azərbaycan tarixinə malikdir. Ədəbiyyatımızdan bəllidir ki, XV əsrin ortalarında yazılmış Qayğılı Abdala məxsus bir şeirdə “baklava” haqqında belə deyilmişdir:
“İki yüz təpsi baklava, içində
Kimi badəm, kimi mərcimək olsa”
Həmçinin XVII əsrə aid bir türk mahnısında da “baklava” sözünə rast gəlinir:
Dərdə dəvadır baklava,
Cana şəfadır baklava,
Bütün bunlar onu göstərir ki, həmin dövrlərdə belə “baklava” artıq türk mətbəxinin tanınmış şirniyyatlarından olmuşdur.
Baklava/paxlava sözünün türk dilinə aid və şirniyyat növü olaraq türk xalqlarının mətbəx mədəniyyəti nümunəsi olduğunu bir sıra xarici ölkələrin alim və tədqiqatçıları da öz əsərlərində qeyd etmişlər.
Məsələn, məşhur avstriyalı linqvist Frants Mikloşiç öz türk sözləri lüğətində baklava/paxlava sözünün Balkanlara və Şərqi Avropaya türk dilinin leksikasından keçdiyini qeyd etmiş və həmin sözün mənasını “lay-lay olan tort” kimi izah etmişdir (Von dr. Franz Miklosic, “Die türkischen elemente in den süd-ost und ost-europäischen sprachen: (griechisch albanisch rumunisch bulgarisch serbisch kleinrussisch grossrussisch polnisch. WIEN, 1884. S.19).
Tanınmış alman şərqşünası, türkoloq Gerhard Derfer də özünün 4 cildlik yeni persiya dilinə keçmiş türkizmlər lüğətinə baklava/paxlava sözünü daxil etmiş və bununla həmin sözün türk mənşəli olduğunu qeyd etmişdir (Gerhard Doerfer, “Türkische und Mongolische Elemente im Neupersischen”, 1965, T2, s.255).
Tarixçi alim Paul D.Buell öz kitabında baklava/paxlava sözünün türkcəyə bağlı olduğunu və Moğolcada da eyni məna daşıdığını bildirmişdir (Paul D. Buell, “Moğol İmparatorluğu ve Türkleşme: Yemek ve Yemek Yollarının Kanıtı”, s. 200 ff, Amitai-Preiss, 1999). Türk dilinə aid olan bu söz kiçik fonetik yazı fərqləri ilə bir çox dillərdə işlənməkdədir (Merriam-Webster Çevrimiçi, sv Baklava” . Mw.com . 2012-04-22; “Dictionary.com. Kısaltılmamış, sv Baklava” . sözlük.reference.com . 2012-04-22).
Bir sözlə, baklava/paxlava sözünün türk mənşəli olması barədə fikir elmi ictimaiyyət tərəfindən qəbul edilmiş aydın nəticədir.
Bəzi linqvistlərin araşdırmalarında baklava/paxlava sözünün ərəb sözü “baqlawi” – “toxunmuş zəncir” sözündən törədiyini ehtimal edən fikirlər olsa da, bu versiya öz təsdiqini tapmamışdır.
Azərbaycanlı alimlərdən Bəşir Əhmədov paxlava/baklava sözünün dilimizdə geniş şəkildə işlənən paxla sözü ilə bağlı olduğunu qeyd etmişdir (Bəşir Əhmədov. Etimologiya lüğəti).
Baklava/paxlava sözünün etimologiyasından danışarkən onu da qeyd etmək lazımdır ki, bu şirniyyatın adının iki sözdən – türk dillərindəki bakla/paxla və ərəb dilində olan halva sözlərindən yaranması barədə fikirlər də mövcuddur və bunun müəyyən elmi əsasları da vardır. Bəllidir ki, bakla/paxlanı Azərbaycanda paxlalı bitkilərə aid edirlər. Lakin tarixən bu sözü dənli və paxlalı bitkilərin bütün növlərinə aid edirdilər. Qoz, badam, araxis və s. də bu kateqoriyaya daxildir. Onu da qeyd edək ki, bəzən paxlavanı düyü və qarğıdalı, həmçinin dənli-paxlalı bitkilərin unundan da hazırlayırlar. Çox guman ki, rus dilində olan “бакалея” sözü də həmin kökdəndir.
Ərəb mənşəli “halva” sözü isə “unlu şirniyyat” kimi tərcümə olunur. Baklava/paxlava sözü isə kontaminasiyadır, yəni bakla/paxla və halva sözlərinin birləşməsindən əmələ gəlmiş yeni sözdür və ən önəmlisi, türk dilinin sözyaratma qaydalarına uyğun olaraq yaradılmışdır. Daha dəqiq desək, baklahalva/paxlahalva söz birləşmələri sözün ortasındakı hecanın kəsilməsi yolu ilə fonetik cəhətdən baklava/paxlava sözlərinə çevrilmişdir.
Rus dilindəki leksikoqrafik mənbələrdə də bu söz kifayət qədər geniş şəkildə işlədilir:
“пахлава” qoz-fındıq içli Şərq pirojnası (http://www.mirefremova.ru. Современный толковый словарь русского языка Ефремовой Т.Ф.,2000);
qoz-fındıq içli müxtəlif növləri olan piroq – Bakı paxlavası, Naxçıvan paxlavası, Şuşa paxlavası, lay-lay, əriştəli, əriştə kimi və s. (Похлебкин В.В., Большая энсиклопедия кулинарного искусства. Все ресепты В.В Похлебкина, Центрполиграф,М., 2009);
bişirildiyi qabın ölçüsü boyda olan qoz-fındıq içli Azərbaycan milli piroqu, bişirildikdən sonra romb-hissələrə bölünür və müxtəlif növləri vardır, hansılar ki, xəmirin xarakteri, xəmirin və içliklərin nisbəti, onların doldurulma üsulu və yerləşdirilməsi, içliyin komponentlərinin nisbəti ilə fərqlənirlər (Кулинарный словарь, Зданович Л.И. Серия: Карманная библиотека. 2001, 4000 с.).
Milli Azərbaycan xalçalarında da bir sıra paxla simvollarına rast gəlmək mümkündür və bunlar formaca paxlavaya oxşayırlar. Bir çox xalçalarımızın üzərindəki həndəsi naxışlara diqqət yetirsək, onların sırasında düz, sınıq və dalğavarı xətlərdən ibarət, həmçinin günəşin, ayın, ulduzların təsvirini əks etdirən rəsmləri, həmçinin paxlava və ya romb kimi ornamentləri görmək olur. Ümumiyyətlə isə paxlava milli mədəniyyətimizdə alovun rəmzi sayılır, ortasında qoyulmuş fındıq isə yaranışın mifik mənasını özündə əks etdirir.
Maraqlıdır ki, bir sıra erməni yazılı mənbələrində də baklava/paxlava sözünün türk leksikasına, həmin adda şirniyyatın isə türk xalqlarının mətbəx mədəniyyətinə aid olduğu və etimoloji cəhətdən ermənilərə heç bir aidiyyətinin olmadığı qeyd olunur.

Erməni mənbələrində paxlava/baklava ilə bağlı yazılanlardan danışarkən bir maraqlı erməni nağılını da burada xatırlatmaq yerinə düşər. Söhbət erməni müəllif Talita Ambarsumovna Xatranovanın “Erməni mətbəxi” kitabına daxil edilmiş erməni folklor vahidindən gedir və müəllif həmin nağıla istinad edir. “Paxlavanın dadı” adlı həmin erməni xalq nağılı onların öz yalanlarını ifşa etmək baxımından çox maraqlıdır. Nağılı təqdim edirik:
- “Ən yaxşı hansı şirniyyatdır və hansı yemək ən dadlı yeməkdir?
Hər kəs sevimli yeməyini söylədi və onun ən dadlı olduğunu təriflədi.
- Yox, qardaşlar,- söhbətə Sako müdaxilə etdi,- ən şirin şey paxlavadır.
- Sən bunu haradan bilirsən? – Keri Toros soruşdu.
- Bilməsəydim onda danışmazdım,- Sako cavab verdi.
- Haradan bilirsən? Eh, sən özün paxlava yemisən? – Maqdesants Arut istehza etdi.
- Mən yeməmişəm, lakin bilirəm, – Sako qürurla cavab verdi.
- Bir halda ki, yeməmisən, onda haradan bilirsən ki, paxlava şirindir? – Keri Toros soruşdu.
- Eh, siz! – Sako incimiş halda cavab verdi, – baxmayaraq ki, mən paxlava yeməmişəm, lakin bilirəm. Mən bu barədə keçən il Qars bazarına getdiyim vaxt öyrəndim. Mən orada paxlava yeyən insanları gördüm. Bunu onlar dedilər: “Paxlava çox şirindir”.
Ermənilərin bu sadə xalq nağılı paxlava/baklavanın hay-ermənilərə hansı səviyyədə aidiyyətinin olmasının əyani bir göstəricisidir və onun məzmunu bir daha sübut edir ki, onların tarixi və genetik yaddaşında belə baklava anlayışı haqqında aydın təsəvvürləri yoxdur. Üstəlik, yuxarıda bir sıra nüfuzlu müəlliflərdən gətirilmiş istinadlardan da göründüyü kimi, paxlava/baklava sözünün erməni dilinə, bir şirniyyat növü olaraq isə erməni mətbəxinə heç bir aidiyyəti yoxdur. Bir sözlə, həmişə olduğu kimi, bu gün növbəti erməni saxtakarlığı ilə qarşılaşırıq.
Beləliklə, baklava/paxlava sözünün türk leksikasına və bu adla tanınan şirniyyat növünün türk xalqlarının mətbəx mədəniyyətinə aid olması dünyada qəbul edilmiş faktdır və hay-ermənilərin baklava/paxlava ilə bağlı hazırkı iddialarının heç bir tarixi, elmi və hüquqi əsası yoxdur.
Əqli Mülkiyyət Agentliyi
Bəşir əhmədov etimologiya lüğəti
2018-09-12 11:45:00
“Dilçilikdə edilən əsassız dəyişikliklər müəllimləri nüfuzdan sala bilər” – Filologiya üzrə fəlsəfə doktoru
“Etimologiya lüğətini metodist alim, professor Bəşir Əhmədov yazacaqsa, böyük frazeologiya lüğəti Bakı Slavyan Universitetində, İşlək lüğət Tərcümə mərkəzində tərtib olunacaqsa, akademiyanın şöbələrini neylədin, ilahi?” AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə üzərində təhsil eksperti Nəbatəli Qulamoğlunun fikirlərinə cavab olaraq Bakı Slavyan Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Əhmədova deyib. Onun sözlərinə görə, AMEA Orfoqrafiya Komissiyasının sədri geoloq-paleontoloq, sədr müavini isə ədəbiyyatşünasdır: “İyerarxiyada yalnız 3-cü mövqe dilçiyə aiddir. Onun da yumşaq, xeyirxah, üzüyola insan olduğunu nəzərə alsaq, böyüklərin təzyiqi qarşısında sədd çəkəcəyi, çəkə biləcəyi gözlənilmir. Belə görünür ki, bu məsələdə dilçilərin sözü həlledici deyil. Orfoqrafiya isə hamını əhatə etsə də, ilk növbədə, dilçilik məsələsidir. Orfoqrafiyada dəyişiklik dilçilər tərəfindən ortaya atılmayıb. Bu ideyanın ilhamvericisi və hərəkətverici qüvvəsi ədəbiyyatşünalardır. Məsələ təbii doğulmayıb, yuxarıdan endirilmiş kimi görünür. Bu artıq linqvistik yox, ekstralinqvistik məsələyə çevrilib. Araşdırmaçı jurnalistlər qorxulu səbəblər, faktlar və rəqəmlər deyirlər. Komissiyanın işçi qrupunun iclas zamanı çəkilmiş şəkillərinə baxanda bir fizikin ağlından keçənlər mənim də ağlımdan keçir. O, bu qədər zinət əşyalarına neçə laboratoriya qurulmasını hesablayırmış. Mən də bu qədər dəyərli mütəxəssisin (aralarında dostlarım, tanışlarım da var) qüvvəsinə neçə cild lüğət tərtibinin mümkünlüyünü düşünürəm. Professor Əliheydər Orucovdan sonra izahlı lüğət tərtibində bir cild belə irəliləməmiş bir qurumun orfoqrafiya lüğəti sahəsində fəaliyyəti o qədər də etibar doğurmur. Etimologiya lüğətini metodist alim, orta məktəb dərsliklərinin müəllifi kimi tanınan professor Bəşir Əhmədov yazacaqsa, böyük frazeologiya lüğəti Bakı Slavyan Universitetində, İşlək lüğət Tərcümə mərkəzində tərtib olunacaqsa, akademiyanın şöbələrini neylədin, ilahi?” Şəhla Əhmədova bütün işlərində akademiyadan rəy aldığı, sevgi ilə qarşılanıb sevgi ilə yola salındığı üçün hazırda naşükür, qədirbilməz adam kimi görünə biləcəyini vurğulayıb: “Mənə rəy lazım olanda iki addımlığımızda olan Azərbaycan Dillər Univetsitetinə, beş addımlığımızda olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə, hətta böyüdüb boya-başa çatdıran Bakı Dövlət Universitetinə yox, məhz akademiyaya üz tutmağım qarşılıqlı sevgidən xəbər verir. Akademiyadan gözləntilərimiz çoxdur. Amma ortada qoşa “y”hərfinin ixtisarı, “əsgər/ əskər” uğrunda bataliyadan başqa gözəgörünən iş yoxdur. “Y” hərfinin ixtisarı məsələsinin xeyirdən çox ziyan vuracağını düşünüb etiraz etmişəm. Razılaşan müəllimlərin mövqeyini anlayıram. Didaktik tərəfi yalnız işin asanlaşması, səhv etmək ehtimalının minimuma enməsi deyil. Burada müəllimin nüfuzdan düşməsi faktoru da var. “Əskinas / əsginaz/” arasında, “İskəndər/İgəndər arasında nə qədər manevr etmək olar? Filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılovun məqaləsini oxusanız dərsliklərə, nəşriyyat işlərinə nə qədər maddi və mənəvi ziyan vuracağını peşəkarın dilindən eşidərsiniz. Söz sahibi dilçilərdən, generallardan “y” nın ixtisarını dəstəkləyən ancaq dəyərli Firudin Cəlilovu tanıyıram . O da bunu “gələnəksəl yöntəmlərlə” bağlayır. Ən qorxulu səbəblərdən biri də dəyişikliklər kifayət qədər əsaslandırılmır, hətta məntiqsizlik görünür. “Ədəbiyat” yazaq, çünki “ədəbiyat” deyirik ( fonetik prinsip). “Əskər” yazaq, çünki məxəz dildə belə yazılır. Bəs fonetik prinsip necə oldu? “Türkiyə türkcəsində belədir”, “türk dünyasına töhfə verək” kimi izahlar mənim kimi Türkiyəsevəri belə qorxudur”. Xatırladaq ki, təhsil eksperti Nəbatəli Qulamoğlu sosial şəbəkə hesabı üzərindən “iyyat” hissəciyində bir “y”nın ixtisas olunması məsələsinə münasibət bildirib. O belə sözlərin yazılmasında şagirdlərin nə qədər əziyyət çəkdiyini əsas gətirərək bu qərarda komissiya üzvlərinin dəstəklənməli olduqlarını qeyd edib.
Paxlavanın/baklavanın ermənilərə heç bir aidiyyəti yoxdur – Əqli Mülkiyyət Agentliyinin ŞƏRHİ
Bu günlərdə Ermənistan mətbuatında qədim türk mətbəx mədəniyyətinin ən çox istifadə olunan şirniyyat növlərindən biri olan paxlava/baklavanın ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyasına daxil edilməsi üçün UNESCO-ya müraciət etmək üçün hazırlıqlara başlamaları barədə məlumat yayılıb.
İlk olaraq onu qeyd etmək lazımdır ki, ən ləziz və geniş yayılmış şirniyyatlardan olan paxlava/baklava bir sıra Şərq xalqlarının və ilk növbədə türk xalqlarının mətbəx mədəniyyətinin ən çox istifadə olunan şirniyyatlarındandır və erməni mətbəxinə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, paxlava/baklava sözünün etimoloji baxımdan erməni dili ilə hər hansı bir bağlılığından söhbət gedə bilməz və bu linqvistik vahidin etnolinqvistik analizi göstərir ki, o, türk xalqlarının dilinin leksikasına daxildir və bir sıra dillərdə cüzi fonetik fərqlə səslənsə də, eyni semantikaya malikdir. Məsələn, Türkiyə türkcəsində “baklava”, Azərbaycan dilində “paxlava”, özbək, qazax və tatar dillərində paxlava/baklava kimi səslənir. Bir sıra mütəxəssislərin fikirlərinə görə, bu söz qədim dövrlərdən başlayaraq bakılağı-bakılavi-baklava, digər variantlarda baklagu və ya baklagi kimi dəyişmə prosesi keçmişdir və bu gün bir çox dillərdə paxlava/baklava formasında işlədilir və mənası da “lay-lay olan tort” kimi izah edilir. Lüğətlərdə bu sözün daha çox Anadolu türklərinin, yaxud Azəri türklərinin leksikasına aid olduğu söylənilir.
Türk əsilli dilçi professor Tuncer Gülensoy baklava/paxlava sözünün kökünün türkcədə bakl-ı (yem) olduğunu ve buna -la-ğı sonluqlarının əlavə olunduğunu bildirir. Söz bakılağı>bakılavi>baklava olarak dəyişmişdir (Gülensoy, Tuncer (2007). Türkiye Türkcesindeki Türkçe Sözcüklerin Köken Bilgisi Sözlüğü-I . Türkiye: Türk Dil Kurumu. s. 106. ISBN 978-9751619709).
Bu söz digər türk olmayan xalqların dillərinə də keçib. Məsələn, baklava/paxlava sözünə ingilis dilində ilk dəfə 1650-ci ildə rast gəlinir və həmin sözün Türkiyə türkcəsindən alınmış (iqtibas edilmiş) türkizm olduğu göstərilir (Oxford English Dictionary, 2nd edition).
Tarixçi Nuri Canlı paxlava haqqında ilk yazılı məlumatın XV əsrə aid olduğunu bildirir. Onun yazdığına görə, Osmanlı hökmdarlarının Topqapı muzeyinin Yemək kitabında İstanbulu fəth edən sultan Fatihin dövrünə aid bir qeyd saxlanmışdır. Həmin qeyddə göstərilir ki, sarayda ilk baklava 1453-cü ilin avqustunda hazırlanmışdır (Елена Солнцева. Пахлава или жизнь.Турки защищают смесь орехов, меда и теста от иностранной агрессии (12.07.2006 15:30); (Najmieh K. Batmanglij, A Taste of Persia: An Introduction to Persian Cooking. I. B. Tauris, 2007).
Bu söz qədim türk-Azərbaycan tarixinə malikdir. Ədəbiyyatımızdan bəllidir ki, XV əsrin ortalarında yazılmış Qayğılı Abdala məxsus bir şeirdə “baklava” haqqında belə deyilmişdir:
“İki yüz təpsi baklava, içində
Kimi badəm, kimi mərcimək olsa”
Həmçinin XVII əsrə aid bir türk mahnısında da “baklava” sözünə rast gəlinir:
Dərdə dəvadır baklava,
Cana şəfadır baklava,
Bütün bunlar onu göstərir ki, həmin dövrlərdə belə “baklava” artıq türk mətbəxinin tanınmış şirniyyatlarından olmuşdur.
Baklava/paxlava sözünün türk dilinə aid və şirniyyat növü olaraq türk xalqlarının mətbəx mədəniyyəti nümunəsi olduğunu bir sıra xarici ölkələrin alim və tədqiqatçıları da öz əsərlərində qeyd etmişlər.
Məsələn, məşhur avstriyalı linqvist Frants Mikloşiç öz türk sözləri lüğətində baklava/paxlava sözünün Balkanlara və Şərqi Avropaya türk dilinin leksikasından keçdiyini qeyd etmiş və həmin sözün mənasını “lay-lay olan tort” kimi izah etmişdir (Von dr. Franz Miklosic, “Die türkischen elemente in den süd-ost und ost-europäischen sprachen: (griechisch albanisch rumunisch bulgarisch serbisch kleinrussisch grossrussisch polnisch. WIEN, 1884. S.19).
Tanınmış alman şərqşünası, türkoloq Gerhard Derfer də özünün 4 cildlik yeni persiya dilinə keçmiş türkizmlər lüğətinə baklava/paxlava sözünü daxil etmiş və bununla həmin sözün türk mənşəli olduğunu qeyd etmişdir (Gerhard Doerfer, “Türkische und Mongolische Elemente im Neupersischen”, 1965, T2, s.255).
Tarixçi alim Paul D.Buell öz kitabında baklava/paxlava sözünün türkcəyə bağlı olduğunu və Moğolcada da eyni məna daşıdığını bildirmişdir (Paul D. Buell, “Moğol İmparatorluğu ve Türkleşme: Yemek ve Yemek Yollarının Kanıtı”, s. 200 ff, Amitai-Preiss, 1999). Türk dilinə aid olan bu söz kiçik fonetik yazı fərqləri ilə bir çox dillərdə işlənməkdədir (Merriam-Webster Çevrimiçi, sv Baklava” . Mw.com . 2012-04-22; “Dictionary.com. Kısaltılmamış, sv Baklava” . sözlük.reference.com . 2012-04-22).
Bir sözlə, baklava/paxlava sözünün türk mənşəli olması barədə fikir elmi ictimaiyyət tərəfindən qəbul edilmiş aydın nəticədir.
Bəzi linqvistlərin araşdırmalarında baklava/paxlava sözünün ərəb sözü “baqlawi” – “toxunmuş zəncir” sözündən törədiyini ehtimal edən fikirlər olsa da, bu versiya öz təsdiqini tapmamışdır.
Azərbaycanlı alimlərdən Bəşir Əhmədov paxlava/baklava sözünün dilimizdə geniş şəkildə işlənən paxla sözü ilə bağlı olduğunu qeyd etmişdir (Bəşir Əhmədov. Etimologiya lüğəti).
Baklava/paxlava sözünün etimologiyasından danışarkən onu da qeyd etmək lazımdır ki, bu şirniyyatın adının iki sözdən – türk dillərindəki bakla/paxla və ərəb dilində olan halva sözlərindən yaranması barədə fikirlər də mövcuddur və bunun müəyyən elmi əsasları da vardır. Bəllidir ki, bakla/paxlanı Azərbaycanda paxlalı bitkilərə aid edirlər. Lakin tarixən bu sözü dənli və paxlalı bitkilərin bütün növlərinə aid edirdilər. Qoz, badam, araxis və s. də bu kateqoriyaya daxildir. Onu da qeyd edək ki, bəzən paxlavanı düyü və qarğıdalı, həmçinin dənli-paxlalı bitkilərin unundan da hazırlayırlar. Çox guman ki, rus dilində olan “бакалея” sözü də həmin kökdəndir.
Ərəb mənşəli “halva” sözü isə “unlu şirniyyat” kimi tərcümə olunur. Baklava/paxlava sözü isə kontaminasiyadır, yəni bakla/paxla və halva sözlərinin birləşməsindən əmələ gəlmiş yeni sözdür və ən önəmlisi, türk dilinin sözyaratma qaydalarına uyğun olaraq yaradılmışdır. Daha dəqiq desək, baklahalva/paxlahalva söz birləşmələri sözün ortasındakı hecanın kəsilməsi yolu ilə fonetik cəhətdən baklava/paxlava sözlərinə çevrilmişdir.
Rus dilindəki leksikoqrafik mənbələrdə də bu söz kifayət qədər geniş şəkildə işlədilir:
“пахлава” qoz-fındıq içli Şərq pirojnası (http://www.mirefremova.ru. Современный толковый словарь русского языка Ефремовой Т.Ф.,2000);
qoz-fındıq içli müxtəlif növləri olan piroq – Bakı paxlavası, Naxçıvan paxlavası, Şuşa paxlavası, lay-lay, əriştəli, əriştə kimi və s. (Похлебкин В.В., Большая энсиклопедия кулинарного искусства. Все ресепты В.В Похлебкина, Центрполиграф,М., 2009);
bişirildiyi qabın ölçüsü boyda olan qoz-fındıq içli Azərbaycan milli piroqu, bişirildikdən sonra romb-hissələrə bölünür və müxtəlif növləri vardır, hansılar ki, xəmirin xarakteri, xəmirin və içliklərin nisbəti, onların doldurulma üsulu və yerləşdirilməsi, içliyin komponentlərinin nisbəti ilə fərqlənirlər (Кулинарный словарь, Зданович Л.И. Серия: Карманная библиотека. 2001, 4000 с.).
Milli Azərbaycan xalçalarında da bir sıra paxla simvollarına rast gəlmək mümkündür və bunlar formaca paxlavaya oxşayırlar. Bir çox xalçalarımızın üzərindəki həndəsi naxışlara diqqət yetirsək, onların sırasında düz, sınıq və dalğavarı xətlərdən ibarət, həmçinin günəşin, ayın, ulduzların təsvirini əks etdirən rəsmləri, həmçinin paxlava və ya romb kimi ornamentləri görmək olur. Ümumiyyətlə isə paxlava milli mədəniyyətimizdə alovun rəmzi sayılır, ortasında qoyulmuş fındıq isə yaranışın mifik mənasını özündə əks etdirir.
Maraqlıdır ki, bir sıra erməni yazılı mənbələrində də baklava/paxlava sözünün türk leksikasına, həmin adda şirniyyatın isə türk xalqlarının mətbəx mədəniyyətinə aid olduğu və etimoloji cəhətdən ermənilərə heç bir aidiyyətinin olmadığı qeyd olunur.
Məsələn, erməni əsilli yazıçı və dilçi Sevan Nişanyan bu sözün ona məlum olan ən əski formalarını (1500-ci ilə qədər) baklağı ve baklağu olaraq qəbul edir, onun Proto-Türk kökənli olduğunu bildirir və bununla həmin sözün əslində ermənilərlə heç bir əlaqəsinin olmadığını göstərir (Nişanyan, Sevan (2009) (Türkçe). Sözlerin Soyağacı – Çağdaş Türkçenin Etimolojik Sözlüğü [Kelimelerin Soyağacı – Çağdaş Türkçenin Etimolojik Sözlüğü]. İstanbul. http://nisanyansozluk.com/?k =baklava).
Erməni mənbələrində paxlava/baklava ilə bağlı yazılanlardan danışarkən bir maraqlı erməni nağılını da burada xatırlatmaq yerinə düşər. Söhbət erməni müəllif Talita Ambarsumovna Xatranovanın “Erməni mətbəxi” kitabına daxil edilmiş erməni folklor vahidindən gedir və müəllif həmin nağıla istinad edir. “Paxlavanın dadı” adlı həmin erməni xalq nağılı onların öz yalanlarını ifşa etmək baxımından çox maraqlıdır. Nağılı təqdim edirik:
- “Ən yaxşı hansı şirniyyatdır və hansı yemək ən dadlı yeməkdir?
Hər kəs sevimli yeməyini söylədi və onun ən dadlı olduğunu təriflədi.
- Yox, qardaşlar,- söhbətə Sako müdaxilə etdi,- ən şirin şey paxlavadır.
- Sən bunu haradan bilirsən? – Keri Toros soruşdu.
- Bilməsəydim onda danışmazdım,- Sako cavab verdi.
- Haradan bilirsən? Eh, sən özün paxlava yemisən? – Maqdesants Arut istehza etdi.
- Mən yeməmişəm, lakin bilirəm, – Sako qürurla cavab verdi.
- Bir halda ki, yeməmisən, onda haradan bilirsən ki, paxlava şirindir? – Keri Toros soruşdu.
- Eh, siz! – Sako incimiş halda cavab verdi, – baxmayaraq ki, mən paxlava yeməmişəm, lakin bilirəm. Mən bu barədə keçən il Qars bazarına getdiyim vaxt öyrəndim. Mən orada paxlava yeyən insanları gördüm. Bunu onlar dedilər: “Paxlava çox şirindir”.
Ermənilərin bu sadə xalq nağılı paxlava/baklavanın hay-ermənilərə hansı səviyyədə aidiyyətinin olmasının əyani bir göstəricisidir və onun məzmunu bir daha sübut edir ki, onların tarixi və genetik yaddaşında belə baklava anlayışı haqqında aydın təsəvvürləri yoxdur. Üstəlik, yuxarıda bir sıra nüfuzlu müəlliflərdən gətirilmiş istinadlardan da göründüyü kimi, paxlava/baklava sözünün erməni dilinə, bir şirniyyat növü olaraq isə erməni mətbəxinə heç bir aidiyyəti yoxdur. Bir sözlə, həmişə olduğu kimi, bu gün növbəti erməni saxtakarlığı ilə qarşılaşırıq.
Beləliklə, baklava/paxlava sözünün türk leksikasına və bu adla tanınan şirniyyat növünün türk xalqlarının mətbəx mədəniyyətinə aid olması dünyada qəbul edilmiş faktdır və hay-ermənilərin baklava/paxlava ilə bağlı hazırkı iddialarının heç bir tarixi, elmi və hüquqi əsası yoxdur.
Əqli Mülkiyyət Agentliyi
Comments are closed, but trackbacks and pingbacks are open.