Bir şirkətin ƏDV bəyannaməsinə necə baxmaq olar?
Nəzərə alın ki, yol polisi qeydiyyatdan keçdiyi ünvanda avtomobil sahibinə çağırış göndərir. Və bu ünvanda yaşamırsınızsa, poçtunuzu qeydiyyat yerində vaxtaşırı yoxlayın, bu cərimələr haqqında məlumatı qaçırmamağınıza kömək edəcəkdir.
VERGİLƏR
Əlavə dəyər vergisi (ƏDV) bəyannaməsini tərtibi edərkən əvvəlcədən alınmış ödənişlərə görə malların (işlərin, xidmətlərin) təqdim edilməsi (avansın bağlanması) və debitor borcların hərəkəti ilə bağlı bu ildən etibarən tətbiq olunan yeniliklərlə bağlı bəzi məqamlara xüsusi diqqət yetirilməlidir. Mövzunu “vergiler.az” üçün “Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlı şərh edir.
Vergi Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, ƏDV bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilir. Ötən illərdən fərqli olaraq, yeni qaydalara əsasən, avansın bağlanmasını ƏDV bəyannaməsində göstərmək mümkündür. Belə ki, həmin məbləğ bəyannamənin 3 saylı əlavəsində mallar üzrə 301.1.1.8-ci, iş və xidmətlər üzrə isə 301.1.2.7-ci sətirlərdə “Təqdim olunmuş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda əks etdirilməlidir.
Həm avans, həm də debitor borcun hərəkəti ilə bağlı bəyannamə formasında edilmiş dəyişikliklər mütərəqqi səciyyə daşıyır. Bundan sonra ƏDV bəyannaməsinin tərtibi zamanı informasiyanın mühasibat hesabatlarından daha asan yığılaraq emal olunması ilə yanaşı, həmçinin bir sıra kameral uyğunsuzluqların aradan qaldırılmasına gətirib çıxaracaq.
Misal 1: “T” MMC-yə təqdim ediləcək mallara görə aprel ayında 500 manat (ƏDV-siz) vəsait daxil olub. Həmin mallar may ayında təqdim edilib. Bu əməliyyat aprel ayına aid bəyannamədə 301.1.1.8-ci (Təqdim ediləcək malların hesabına əvvəlcədən alınmış ödənişlər) sətrinin “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda, may ayı üzrə isə həmin sətrin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda göstərilməlidir.
Qeyd edək ki, əvvəlki illərin bəyannamə formalarında bu məsələ tənzimlənmədiyi üçün uyğunsuzluqlar yaranırdı və əlavə yazışmalara səbəb olurdu. 2020-2021-ci illərdə tətbiq olunan bəyannamə formalarında debitor borcun hərəkətinə yanaşma ilə cari ilin bəyannamə formasındakı yanaşma fərqlidir. Əvvəlki bəyannamə formasında hesabat dövrü üzrə yaranan debitor borc məbləği kimi hesabat ayı üzrə yaranmış və ayın sonuna ödənilməmiş debitor borc məbləği nəzərə alınırdı. Hazırkı bəyannamə formasında isə yaranan debitor borc məbləği kimi, ay arzində yaranan bütün debitor borcun məbləği nəzərə alınır.
Paralel olaraq, hesabat dövrü ərzində silinən debitor borc məbləğinin bəyannamədə göstərilməsi ilə bağlı yanaşmada da fərq var. Köhnə bəyannamə formasında silinən debitor borc məbləği kimi yalnız əvvəlki hesabat dövrlərində yaranmış debitor borc məbləğlərinin cari hesabat ayında silinən hissəsi əks etdirilirdi, builki formada isə silinən debitor borc məbləği ay ərzində silinən bütün məbləği əhatə edir.
Misal 2: “T” MMC-nin 30 aprel tarixinə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 1.500 manat (ƏDV-siz) təşkil edib. May ayında satılmış malların dəyəri 1.000 manatdır, MMC-nin bank hesabına 1.200 manat daxil olub. Həmin məbləğin 800 manatı cari aydakı satışlar, 400 manatı isə əvvəlki aydan ödənilməyən debitor borclar üzrə olub.
Köhnə bəyannamə formasında yaranan debitor borc məbləği 200 manat, silinən debitor borc məbləği 400 manat, dövrün sonuna qalıq 1.300 təşkil edirdi. Builki bəyannamə formasında isə yaranan debitor borc məbləği 1.000 manat, silinən debitor borc məbləği 1.200 manat, dövrün sonuna qalıq 1.300 manat təşkil edir. Pərakəndə ticarət, səhiyyə, ictimai iaşə və s. bu kimi nağd əməliyyatları olan fəaliyyət sahələri üzrə təqdim edilən ƏDV bəyannamələrində ümumi satış məbləği debitor borc kimi “tanınmırdısa”, hazırkı qaydalara əsasən, həmin əməliyyatlar da debitor borcların hərəkətində həm yaranan, həm də silinən debitor borc kimi nəzərə alınır.
Qeyd edək ki, bu şərhdə göstərilənlər Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci il tarixli 2217040100103500 №-li Əmri ilə təsdiq edilmiş “Əlavə dəyər vergisinin bəyannaməsinin tərtib edilməsi qaydası”na əsaslanır.
Bir şirkətin ƏDV bəyannaməsinə necə baxmaq olar?
FED.az Vergilər.az-a istinadən ƏDV bəyannaməsində olan dəyişikliləri təqdim edir.
O cümlədən 1, 3, 4, 5 nömrəli Əlavələr üzrə yeniliklər
Aparılan dəyişikliklər ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxarır. Qeyd etmək lazımdır ki, dəyişikliyin qüvvəyə minməsindən öncəki dövrdə ƏDV tutulmalı olan əməliyyatın tarixi elektron VHF-sının təqdim edildiyi və yaxud bilavasitə malın (işin, xidmətin) təqdim edildiyi vaxt qəbul edilirdisə, dəyişiklik qüvvəyə mindikdən sonra bu tarixin müəyyən edilməsi təqdim edilmiş malın (işin, xidmətin) dəyərinin nağd və ya nağdsız qaydada vergi ödəyicisinə ödənilməsi ilə şərtləndirilir.
Vergi Məcəlləsində edilmiş müvafiq dəyişikliklərlə bağlı ƏDV bəyannaməsində bir sıra dəyişikliklər edilmişdir.
ƏDV-nin vergitutma mexanizmində edilmiş dəyişikliklərin bəyannamə formasında nəzərə alınması məqsədilə ƏDV bəyannaməsinin “Hesabat dövründəki dövriyyə üzrə” bölməsi “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri”, “Daxil olmuş məbləğ” və “ƏDV məbləği” sütunlarına ayrılmışdır.
Məlum olduğu kimi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Dəyişiklikdən əvvəlki ƏDV bəyannaməsi üzrə xüsusi çəkinin müəyyənləşdirilməsi zamanı “Dövriyyə məbləği” sütununda olan göstəricilərə istinad edilirdisə, dəyişiklik edilmiş ƏDV bəyannaməsində isə vergi tutulan əməliyyatların xüsusi çəkisi “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri” sütunu üzrə olan göstəricilərə əsasən müəyyənləşdiriləcəkdir.
Diqqət edilməli hallardan biri də 01.01.2020-ci il tarixədək təqdim edilmiş e-VHF-lar üzrə yaranmış debitor borclara hesablama aparılmışdırsa, 01.01.2020-ci ildən sonra həmin debitor borclar üzrə daxil olmalar təkrar vergiyə cəlb edilə bilməz.
Eyni zamanda 1 yanvar 2020-ci il tarixdən sonra təqdim edilmiş malın (iş, xidmət) vergitutulan əməliyyatın vaxtı pul vəsaitinin daxil olması ilə bağlı olduğundan, hesabat dövrü ərzində dəyəri ödənilməyən əməliyyatlar ƏDV məqsədləri üçün vergitutma obyekti yaratmadığı üçün debitor borcların artımına səbəb olur.
İddia müddətinin bitməsi, vəsaitin daxil olması və ya digər hallarda debitor borcların həmin hesabat dövründə silinməsini nəzərə alaraq, bəyannamə məlumatlarının düzgün əks etdirilməsi, vergi ödəyicilərinin ödənişi daxil olmamış təqdim edilmiş mallara (işlər, xidmətlər) görə mübahisəli hesablamaların aparılmaması, vergi tutulan əməliyyatın vaxtının düzgün müəyyən edilmədiyi üçün səyyar vergi yoxlamaları zamanı vergi ödəyicilərinin əlavə sanksiyalara məruz qalmaması baxımından ƏDV bəyannaməsində 307 və 307-1 kodlu sətirlərdən ibarət olan “Debitor borcların hərəkəti barədə” hissə yaradılmışdır.
Qeyd edilən hissədə 307 kodlu sətr 01.01.2020-ci il tarixdən sonrakı hesabat dövrləri üzrə təqdim edilmiş mal, iş və xidmətlərə görə yaranmış debitor borcların vergi tutulan əməliyyatın vaxtının düzgün müəyyən edilməsinə, 307-1 sətri isə 01.01.2020-ci il tarixədək yaranmış debitor borclar üzrə vəsait daxil olduğu zaman əlavə hesablamaların aparılmamasına xidmət etmiş olacaqdır.
Əlavə olaraq bildirim ki, vergi ödəyicilərinin vergitutma obyektinin uçotunun düzgün aparılması baxımından 2020-ci ilin yanvar ayı üzrə təqdim edilməli olan ƏDV bəyannamələrində həmin tarixə qədər yaranmış debitor borcların hərəkəti barədə məlumatlar yeni yaradılmış müvafiq sətirlərdə (307-1) qeyd ediləcək.
Eyni zamanda, bu günə qədər mövcud ƏDV bəyannaməsinin “Hesabat dövründə dəqiqləşdirilən (163-cü maddəsinə əsasən) əməliyyatlar üzrə ƏDV-nin hesablanması” bölməsində Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən əməliyyatın xarakterinin dəyişməsi zamanı alıcı tərəfindən əvəzləşdirilmiş ƏDV məbləğlərinin artıb və ya azalması ilə bağlı dəqiqləşmələrinin qeyd edilməsi üçün ayrıca sətirlər olmadığından mənfəət (gəlir) vergisinin bəyannamələri üzrə dövriyyələrin müqayisəsi zamanı müəyyən çətinliklər yaranırdı ki, bu halların qarşısının alınması məqsədilə həmin bölmədə “Əvəzləşdirilən əməliyyatların azaldılmasına və ya artırılmasına görə ƏDV-nin hesablanması” ilə bağlı yeni sətirlər əlavə edilmişdir.
Digər dəyişikliklə ƏDV bəyannaməsinə gəlirdən birbaşa çıxılmayan kapital xarakterli xərclərin ayrıca bəyan edilməsi üçün yeni alt sətirlər əlavə edilmişdir.
1 yanvar 2020-ci il tarixədək qüvvədə olan ƏDV bəyannaməsi üzrə əvəzləşdirilən ƏDV məbləğləri üzrə bəzi hallarda kapital xarakterli xərclərin müəyyən edilməsi mümkün olmadığından əvəzləşdirilən və bəyan edilməli olan ƏDV məbləğləri arasında kənarlaşmaların olması mübahisəli hesablamalar ilə nəticələnirdi. Məhz bu səbəbdən, yeni artırılmış sətirlərdə bəyan ediləcək göstəricilər gəlirdən birbaşa çıxılmayan kapital xarakterli xərclər üzrə əvəzləşdirilmiş ƏDV məbləğləri ilə bəyan edilməli ƏDV məbləğləri arasında yaranan kənarlaşmaya görə əlavə vergi məbləğlərinin hesablanmasının qarşısının alınmasına xidmət etmiş olacaqdır.
Onu da qeyd etmək lazımdır ki, ƏDV bəyannamələrində bəyan ediləcək kapital xarakterli xərclərin məbləği ilə təqvim ili üzrə təqdim ediləcək mənfəət (gəlir) vergisinin bəyannamələrinin 1 nömrəli Əlavəsinin “Kapitallaşdırma üçün aktivlər” sətrinin dövr ərzində daxil olmuş sütununda olan məbləğ ilə müqayisə olunacaqdır.
Daha bir yenilik 1 yanvar 2020-ci il tarixdən sonra təqdim ediləcək ƏDV bəyannamələri üzrə “Muzdlu işlə əlaqədar vergi bölməsi”nin ləğv edilməsi ilə bağlı olmuşdur. Beləliklə bundan sonra vergi ödəyiciləri tərəfindən muzdlu işlə əlaqədar məlumatlar “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” üzrə yaradılmış vahid bəyannamədə rüblük olaraq təqdim ediləcəkdir.
Yuxarıda qeyd olunanlarla yanaşı ƏDV bəyannaməsinin 1, 3, 4 və 5 nömrəli Əlavələrində də bir sıra dəyişikliklər edilmişdir.
1 yanvar 2020-ci il tarixədək qüvvədə olan ƏDV bəyannaməsinin 1 nömrəli Əlavəsi üzrə Yük Gömrük Bəyannamələrinin (YGB) əlavə edilməsi zamanı bir sıra məlumat xarakterli sütunlar qeyd edilirdi ki, bu da əksər hallarda texniki olaraq düzəlişlərin edilməsi ilə bağlı uyğunsuzluq məktublarının göndərilməsi, cavab məktubu daxil olmadıqda isə əvəzləşdirilmə üçün əlavə edilmiş YGB-lərin siyahıdan çıxarılmasına, sonradan dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi kimi hallar ilə nəticələnirdi. Vergi ödəyiciləri tərfindən YGB-lərin əlavə edilərək bəyannamə tərtibatı zamanı baş verəcək xətaların aradan qaldırılması ilə bağlı əksər sütunlar ləğv edilərək optimallaşdırılmışdır.
Vergi Məcəlləsinin 166-cı maddəsinin yeni redaksiyasına əsasən 3, 4, 5 nömrəli Əlavələrdə “Dövriyyə məbləği” sütunu “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri” sütunu ilə əvəz edilmiş və yeni “Daxil olmuş məbləğ” sütunu əlavə edilmişdir.
Həmçinin ayrı-ayrı əməliyyatlar üzrə ƏDV tutulan əməliyyatın vaxtının dəqiq müəyyən edilməsi üçün 3 nömrəli Əlavəsinin “Əlavə dəyər vergisi tutulan əməliyyatlar barədə məlumat” bölməsinə, eyni zamanda ƏDV bəyannamələri ilə Mənfəət (gəlir) vergisi bəyannamələri arasında yarana biləcək kənarlaşmaların minimuma endirilməsi məqsədilə Əlavənin 3-cü “ƏDV tutulan əməliyyat sayılmayan əməliyyatlar barədə məlumat” bölməsinə də edilmiş son dəyişikliklərə uyğun olaraq yeni sətirlər əlavə olunmuşdur.
Əlavə olaraq Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması ilə bağlı bəyannamənin 5 nömrəli Əlavəsinə müvafiq dəyişikliklərə uyğun olaraq yeni sətirlər də əlavə edilmişdir.
Vergi ödəyicilərinin inzibati yükünün azaldılması, vaxtına qənaət edilməsi məqsədi ilə 1 yanvar 2020-ci il tarixdən sonra Bəyannamə Tərtibatı Proqramında ƏDV bəyannaməsinin hər bir Əlavəsi tərtib edildikcə daxil edilən göstəricilər “Verginin hesablanması” bölməsinin müvafiq sətirlərində avtomatik əks etdiriləcəkdir.
İnzibati Cərimənin Olub Olmadığını Necə öyrənmək Olar
Video: İnzibati Cərimənin Olub Olmadığını Necə öyrənmək Olar
Video: Karantin cəriməmizin olub-olmadığını necə öyrənək? Varsa necə ödəyək? 2023, Bilər
2023 Müəllif: Antonio Harrison | [email protected] . Son dəyişdirildi: 2023-05-17 18:11
İnzibati məsuliyyət dövlətdə asayişi qorumağın və vətəndaşları qanuna tabe etməyin yollarından biridir. Vətəndaşlara və ya dövlətə yönəlmiş, mənəvi və ya maddi ziyan vurduğu hər hansı bir cinayətin törədilməsinə inzibati xəta deyilir. İnzibati cərimənin olub olmadığını necə öyrənmək olar
Vacibdir
- – kompüter və internet;
- – protokol;
- – cərimə üçün qəbz.
Təlimat
Addım 1
Hər hansı bir inzibati cəriməni ödəməməyin müəyyən nəticələri var. Beləliklə, 20.25-ci maddəyə görə, qanunla müəyyən edilmiş müddətdə cərimə ödəməmək, ödənilməmiş inzibati cərimənin iki misli miqdarında inzibati cərimə tətbiq edilməsinə səbəb olur. Yəni, cərimə hələ də ödənilməli olacaq, lakin onsuz da daha böyükdür. Bundan əlavə, vəzifə borcunu pozan şəxs 15 günədək inzibati həbs və ya 50 saata qədər icbari işlə günahlandırıla bilər. Eyni zamanda, məhkəmənin borcunu yerinə yetirən şəxsə hansı cəza tətbiq edəcəyi vacib deyil, heç kim ilk cəriməni ödəmək öhdəliyini götürməz. Buna görə müxtəlif problemlərin qarşısını almaq üçün cərimələri dərhal ödəmək daha yaxşıdır.
Addım 2
Hər hansı bir icra və ya nəzarət orqanı qarşısında hər hansı bir cərimə və ya borcunuzun olub olmadığını tapmaq çətin olmayacaq. Yanınızda bir kompüteriniz (noutbuk, planşet və ya hətta telefon) və İnternetə çıxmanız lazımdır. Bundan əlavə, hərəkətləriniz hansı növ cəriməni yoxlayacağınıza bağlı olacaq: yol polisi və ya digər şöbələr və ya orqanlar vasitəsilə
Addım 3
Bağlantıdan istifadə edərək regional yol polisinin rəsmi saytına gedin və qeydiyyatdan keçin. Sonra şəxsi məlumatlarınızı şəxsi hesabınıza daxil etdiyi “onlayn xidmətlər” bölməsinə keçin. Artıq inzibati xətalar və cərimələr barədə lazımlı məlumatları əldə edə bilərsiniz. Bu bölmədə qazanılan və ödənilməmiş bütün cərimələr və verilən sifarişlərin bütün nömrələri göstərilir.
Addım 4
Cərimənin vəziyyəti barədə vacib məlumatları qaçırmamaq üçün bütün sütunları diqqətlə yoxlayın. Ödənilməmiş cəriməniz varsa, cəriməniz üçün qəbz yazdırın və tələb olunan məbləği ödəyə biləcəyiniz bank ofisinə gedin. Ayrıca, ödəmə özünə xidmət bank terminalları vasitəsilə edilə bilər.
Addım 5
Cərimənin borcu ödədikdən sonra avtomatik silindiyini və ya hələ də yol polisinin veb saytında göründüyünü yoxlayın. Əgər bu baş verməyibsə, bütün nüansları aydınlaşdırmaq üçün yol polisini axtarın. Bu, işçilərin verilənlər bazasını yenidən yoxlaması və inzibati cərimələrin ödənilməsi barədə məlumatlarınızda avtomatik olaraq göstərilməyən dəyişiklikləri əl ilə etmələri üçün lazımdır. Bank operatorunun səhv hərəkətləri halında, bu faktla bağlı istehlakçı hüquqlarını müdafiə orqanlarına müraciət edin.
Addım 6
Nəzərə alın ki, yol polisi qeydiyyatdan keçdiyi ünvanda avtomobil sahibinə çağırış göndərir. Və bu ünvanda yaşamırsınızsa, poçtunuzu qeydiyyat yerində vaxtaşırı yoxlayın, bu cərimələr haqqında məlumatı qaçırmamağınıza kömək edəcəkdir.
Addım 7
Cərimələri terminallar vasitəsi ilə ödəyərkən diqqətli olun, əksəriyyəti yerinə yetirilən əməliyyat üçün komissiya tələb edir. Bu, pulun yol polisi hesabına tam köçürülməməsinə və cərimənin avtomatik olaraq silinə bilməməsinə gətirib çıxarır. İnternet xidməti cərimənin yalnız hesaba pul tam daxil olduqdan sonra ödənildiyini göstərəcəkdir.
Addım 8
Cərimələri terminallar vasitəsi ilə ödəyərkən diqqətli olun, əksəriyyəti yerinə yetirilən əməliyyat üçün komissiya tələb edir. Bu, pulun yol polisi hesabına tam köçürülməməsinə və cərimənin avtomatik olaraq silinə bilməməsinə gətirib çıxarır. İnternet xidməti cərimənin yalnız hesaba pul tam daxil olduqdan sonra ödənildiyini göstərəcəkdir.
Addım 9
Avtomobil sahibinin cərimə olub-olmadığını Dövlət Trafik Müfəttişliyinin rəsmi saytına https://www.gibdd.ru linkindən daxil olaraq yoxlaya bilərsiniz. Əsas səhifənin sağ tərəfində yol polisi onlayn xidmətlərinin bir hissəsi var. Cəriməni yoxlamaq üçün “Cərimələri yoxla” düyməsini vurun. Sonra növbəti səhifədə müvafiq sahələrə dövlət qeydiyyat nişanını (bölgə nömrəsi ilə birlikdə) və nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil edin. Bundan sonra sistem ödənilməmiş cərimənin olub-olmaması barədə məlumat verəcəkdir. Qeyd etmək lazımdır ki, yoxlama müəyyən bir şəxsə istinad edilmədən həyata keçirilir. Nəticələr göstərilən nəqliyyat vasitəsindən istifadə edərək törədilən cinayətlər barədə əsas məlumat verir. Saytda bildirildiyi kimi, bu xidmət yalnız ödənilməmiş cərimələr barədə məlumat verir. Cərimə ödənilibsə, lakin bu barədə / ödənilməmiş kimi saytda sayta rast gəlinirsə, bu, ödəmənin həyata keçirildiyi kredit təşkilatının (bankın) ödəməsi barədə məlumat ötürməməsi və ya səhv ötürməsi ilə əlaqəli ola bilər. dövlət və bələdiyyə ödənişlərinə dair Dövlət Məlumat Sisteminə (GIS GMP) cərimə. Bu vəziyyətdə yerli yol polisi şöbəsini ziyarət etməli və cərimənin ödənilməsi üçün qəbz təqdim etməlisən.
Addım 10
Trafik cərimələri Yandex vasitəsilə də yoxlanıla bilər. Pul”. Https://money.yandex.ru/debts/?_openstat=yandex;gibddkoldun; başlığı ilə “Şəhər ödəmələri” bölməsinə və açılan pəncərəyə sürücülük vəsiqəsi nömrəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nömrəsini daxil edin. müvafiq sahələr. Yoxla düyməsini vurun. Yeni cərimələrin görünüşündən xəbərdar olmaq istəyirsinizsə, “Cərimələr barədə bildiriş alın” maddəsinin yanındakı qutunu işarələyin.
Addım 11
İnternet saytlarından istifadə edərək digər cərimələrin və borcların mövcudluğu barədə də məlumat tapa bilərsiniz. Məsələn, borclar haqqında bütün məlumatlar (xüsusilə böyük olanlar) məhkəmə icraçılarının veb saytında mövcuddur. Linki izləyin
fssprus.ru/ və “Borclarınızı öyrənin” müraciəti olan bir səhifə sizin üçün açılacaqdır. Borclarınızı və cərimələrinizi yoxlamaq üçün məlumatlarınızı (soyad, ad, ata adı və bölgə) daxil edin və “Tap” düyməsini basın. Bəzi hallarda növbəti səhifədəki məlumatlara daxil olmaq üçün şəkildəki kodu daxil etməlisiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.