Press "Enter" to skip to content

Qadını necə xoşbəxt etmək olar? – KİŞİLƏR OXUSUN

Psixoloq Don David Lustermana görə, hər bir qadın əlaqəsi, münasibəti istədiyi, arzuladığı kimi getmirsə, qadağan olunmuş, “yasaq” bir əlaqə yolu ilə vəziyyətini düzəldə biləcəyini düşünür. “Qadınları özəl günlərdə, ad günü, Yeni il axşamı tək buraxsanız, xəyanət etməsi üçün icazə vermiş olacaqsınız. Belə günlərdə kişilər özlərini qadınlarına daha çox xatırlatmalıdırlar. Hədiyyənin önəmi olmasa da, quru bir söz qadını atacağı addımdan saxlaya bilər”.

Qadın xəyanəti: Onları buna nə vadar edir?

Day.Az представляет новость на азербайджанском языке.

Ekspress.az yazır ki, xəyanət deyəndə çox zaman kişilərin xəyanəti ağıla gəlir. Qadın xəyanəti cəmiyyət tərəfindən yolverilməz bir hal kimi dəyərləndirilir. Kişilərin xəyanətinə isə çox zaman don geyindirilərək, “kişidir, hər şey edə bilər” deyilir.

Nə qədər acınacaqlı olsa da, bu gün cəmiyyətdə kişi xəyanəti qədər qadın xəyanəti də var. Bunu baş verən cinayət, qətl, zorakılıq hadisələrinə diqqət yetirəndə daha aydın görmək mümkündür. Bəs qadınlar niyə xəyanət edirlər? Onları bu addıma vadar edən nədir? Mütəxəssislərin qadın xəyanəti haqqında fikir və mülahizələri müxtəlifdir. ABŞ sosioloqlarının fikrincə, xoşbəxt biryerdəlik yaşayan, kişiyə ürəkdən bağlanan qadın ömrü boyu tərəf-müqabilinə sadiq qalır.

Psixoloq Aydın Əfəndiyevin sözlərinə görə, sədaqət bir çox qadınların qanında olsa da, aldatmağı xasiyyət, vərdiş halına salan xanımlar da az deyil. Psixoloqun fikrincə, hər bir qadın xəyanət edə bilər. Amma subay qadınlar evlilərə nisbətdə bu addımı daha çox atırlar. “Qadın kişi kimi deyil. Xəyanət edəcəksə və ya edirsə, bunu anında hiss etdirir. Heç bir kişi qadının ona heç bir zaman xəyanət etməyəcəyini düşünməsin. Çünki çox zaman qadınlar kşilərin onların həyatında yaratdığı boşluğa görə bu addımı atır. Qadın yaşının hər 5 illiyində – 25, 30, 35 yaşlarında – öz həyatı barədə düşünüb, yaşadıqlarını, əldə etdiklərini, itirdiklərini özü üçün hesablayır”.

Psixoloq Don David Lustermana görə, hər bir qadın əlaqəsi, münasibəti istədiyi, arzuladığı kimi getmirsə, qadağan olunmuş, “yasaq” bir əlaqə yolu ilə vəziyyətini düzəldə biləcəyini düşünür. “Qadınları özəl günlərdə, ad günü, Yeni il axşamı tək buraxsanız, xəyanət etməsi üçün icazə vermiş olacaqsınız. Belə günlərdə kişilər özlərini qadınlarına daha çox xatırlatmalıdırlar. Hədiyyənin önəmi olmasa da, quru bir söz qadını atacağı addımdan saxlaya bilər”.

Mütəxəssislərin fikrincə, karyerada yüksəliş də qadını xəyanətə sürürkləyir. Vaşinqton Universitetinin araşdırmalarına görə, yüksək maaş alan qadınlar xəyanətə daha çox meylli olurlar. Qadınlar bəzən qisas almaq məqsədilə də xəyanət edə bilirlər. Həyat yoldaşı və ya sevgilisinin ona xəyanət etdiyini düşünən qadın itmiş güvənini qazanmaq məqsədilə bu addımı ata bilər. “Xəyanətə uğrayan qadın düşünür ki, artıq o, dəyərli, gərəkli deyil. O, özünə inamı geri qaytarmaq, arzulanan, istənilən olduğunu sübut etmək üçün xəyanət edir”.

ABŞ sosioloqlarının fikrincə, artıq aldadan qadınların sayı aldadan kişilərin sayına yaxınlaşır. Onlar hesab edir ki, evli qadınların 15, kişilərin isə 22 faizi həyat yoldaşına xəyanət edir. İngiltərədə aparılan araşdırma zamanı isə çox maraqlı bir fakt üzə çıxıb. Belə ki, ingiltərəli alimlər aldatmanın qadınların genində olduğunu aşkar ediblər. Qadınlar arasında keçirilən sorğu zamanı onlardan 23 faizinin ərinə xəyanət etdiyi məlum olub.

“Ümumiyyətlə, qadın ruhi boşluğa düşdüyü vaxt xəyanət edir. Ərindən sevgi, şəfqət, yaxınlıq, oxşama, öpmə, əzizləmə görmədiyi zaman və ya ərini sevmirsə, ondan xoşu gəlmirsə, toxunmasından nifrət edirsə, əri onu anlamır, dinləmir, ruhuna xitab etmirsə, qadın xəyanətə yönlənir. Qadınlar yuxarıda saydığım vəziyyətlərdə, insan olaraq, boşluqlarını doldurmaq üçün müxtəlif müdafiə etmə mexanizmlərindən istifadə edərlər”, – deyən həmsöhbətimizin sözlərinə görə, amma xəyanət mexanizmini, çox nadir halda ruhlarını təmin etmək üçün seçərlər. Çox vaxt bir yerdə olması mümkün olmayan insanlara aşiq olarlar. Ərlərində əskik olan şeyləri axtararlar. Bəzi qadınlar, ümumiyyətlə, yalnız seks ehtiyacı üçün xəyanət etməzlər, ruhi bir əlaqə içinə girər və xəyanəti elə yaşayarlar. Çoxu ərinə bildirməz, amma həyat yoldaşı ilə yatmaq istəməz, onu rədd edər. “Çünki o, aşiqdir və ya elə zənn edir. Qarşısındakı kişinin də onu sevdiyinə inanar, ancaq tək başa düşə bilmədiyi bu vəziyyətə necə düşməsidir”.

Psixoloq deyir ki, əgər heç bir zaman özünə fikir verməyən qadın özünə baxmağa başlayıbsa, daha səliqəli və daha təmiz geyinirsə, çox zaman fikirli olursa, telefon və ya internetdən daha çox istifadə etməyə başlayıbsa, rəfiqələrinə daha çox zaman ayırmağa başlayıbsa, çox zaman şən və həddən artıq bədbin olursa, əri ilə münasibətdə daha mehriban olmağa başlayıbsa (ailəsini dağıtmaq istəməyən qadın) və ya tam əksi, daha kişinin fikirlərinə önəm vermir, istədiyi kimi yaşamağa can atırsa, burada xəyanətdən şübhələnmək olar. Müsahibimiz onu da bildirir ki, qadınlar çox zaman sevgisizlik, diqqətsizlikdən bu addımı atırlar. Kişilərdən fərqli olaraq, bəzi qadınlar etdiyi xəyanətdən sonra peşman olur, ailəsinə daha çox bağlanır. Bəziləri isə əksinə, etdiyi xəyanətlə ailə həyatını bitirirlər.

Bəs sizcə, qadını xəyanətə nə vadar edir? Azərbaycanda qadınlar, yoxsa kişilər daha çox xəyanət edirlər? Fikirlərinizi bilmək maraqlıdır.

Qadını necə xoşbəxt etmək olar? – KİŞİLƏR OXUSUN

Dünyada bu mövzuda bir çox araşdırmalar aparılıb. Lakin hələ də “qadınları necə xoşbəxt etmək olar” sualına dəqiq cavab tapılmayıb. Hətta qadınların çoxu onu nəyin xoşbəxt edəcəyini belə bilmir. Türkiyəli qadın xəstəlikləri və doğum mütəxəssisi Esra Demir qadınların necə xoşbəxt olacağı barədə maraqlı araşdırma aparıb.

Milli.Az lent.az-a istinadən araşdırmanın maraqlı məqamları ilə sizi də tanış edir.

Mütəxəssislər ilk növbədə bildirir ki, qadınlar və kişilərin çox hissəsi bu iki cinsin fərqli olduğunu bilmir. Bu fərq həm fiziki, həm də ruhi mənadadır: “Bu fərqi belə də ifadə etmək olar: kişilər tək düyməli, qadınlar çox düyməli varlıqdır. Yəni qadınlar kişilərə nisbətən daha kompleksli bir quruluşa malikdirlər. Qadınlar və kişilərin etdikləri ən böyük səhv bir-birlərini öz istədikləri qəliblərə salmağa çalışmalarıdır. Kişilər onlara ağıl verilməsini, səhvlərinin deyilməsini sevmirlər. Qadınlar da kişilərin onlar kimi həssas davranmalarını, kişilərdən istədiklərini güclü cinsin nümayəndəsinin dərhal anlamasını gözləyirlər. Qadın və kişinin bir-birini yaxşı başa düşmək istəyirsə, bir-birlərinin təbiətinə yaxından bələd olmalıdırlar. Əgər bunu bilirlərsə, bir-birlərinə qarşı lüzumsuz gözləntiləri olmaz”.

Cinsi münasibət evlilikdə əhəmiyyətli yer tutur

Xoşbəxtlik və sevgiylə başlayan bir çox evlilik, cinsi bərabərliyin olmamasıyla kabusa dönə bilər. Qadınlar o ana qədər adını heç vaxt eşitmədikləri bir xəstəliklə tanış olurlar – vaginizm: “Vaginizm cinsi əlaqə zamanı pelvis əzələlərinin istəksiz sıxılması nəticəsində vagina girişinin daralması və bu səbəbdən cinsi bərabərliyin olmaması deməkdir. Düzgün həkimlər tərəfindən müvəffəqiyyətlə müalicə edildikdə problem aradan qaldırıla bilər. Müalicə müddəti 2-3 gündür. Vaginizmin müalicəsi gecikərsə, evliliyə zərər dəyə bilər”.

Qadın və kişi üçün ortaq dil sevgi dilidir. Sevgi qadın və kişi münasibətlərindəki hər cür çətinliyin öhdəsindən gələn yeganə açardır. Elə isə sevgimizi bir-birimizə necə göstərə bilərik? Həkim bunun da sirini açıb.

1. Təqdir edilmək

Təkcə cinsi münasibət gözləmək hamımızın xoşuna gələr. Ən çox da kişilərin. Kişilər yemək yeməyə və təriflənməyə hər zaman ehtiyac duyurlar: “Uşaqları düşünün. Onları tərifləyərək istəklərimizi daha asan yerinə yetirmələrinə nail ola bilirik. Uzun sözün qısası, insanlar yaradılışdan təqdir edilməyi və işlərinə görə tərif olunmağı sevirlər”.

2. Toxunmaq

Kişi və qadın hər iksi bu yoldan istifadə etsə də, toxunmaq daha çox qadının xoşuna gəlir. Tərəf müqabilinin ona sevgi ilə toxunması, saçlarını oxşaması ən əsəbi halında belə, qadını yumşaldacaq.

3. Hədiyyə

Kim hədiyyə almağı xoşlamır ki? Hədiyyənin böyük-kiçikliyi əhəmiyyətli deyil əslində. Vacib olan xatırlanmaq, diqqət göstərildiyini görmək, qiymətli olduğunuzun hiss etdirilməsidir.

4. Birlikdə vaxt keçirmək

İlk növbədə qadının kişiyə, kişinin də qadına vaxt ayırması qarşı tərəfə önəmsənildiyi hissini verir. Önəmsənilmək uşaqlıqdan gələn ruhun ən əhəmiyyətli ehtiyaclarından biridir. Bundan başqa, birlikdə nələrsə etmək, xoş əhval-ruhiyyəli vaxt keçirmək qarşılıqlı sevgini artırır. Duyğuların müsbət və ya mənfi tərəflərinin qarşılıqlı paylaşılması əlaqənin güclənməsinə səbəb olur.

5. Özünə xidmət edilməsi

Hər insanın xidmət edilməsindən xoşu gəlir. Xüsusilə kişilər özlərinə xidmət edilməsindən çox məmnun olurlar. Qadınlar da bundan özlərini xüsusi hiss edirlər və xoşbəxt olarlar. Xoşbəxt qadının həyat yoldaşı da, ailəsi də xoşbəxt olar.

Biz qadınların xoşbəxt ola bilməsi üçün danışmağımız da vacibdir. Amma kimlə? E. Demir ən vacib məqamın da əslində bu olduğunu deyir: “Bir kişi ilə danışan zaman detallara vara bilmirik. Çünki bu, kişiləri sıxar, onlar bizi dinləməz və qadının özünü dəyərsiz hiss etməsinə səbəb olar. Ən yaxşısı budur ki, qadının qadın dinləyicisi olmasıdır. Təbii ki, lazım olan şeylər haqqında kişilərlə də danışmaq lazımdır. O zaman qısa, dəqiq və konkret sözlər istifadə edərək, özümüzü və istəklərimizi ifadə etməliyik. Bu formada arada qarşıdurma olmadan nəticə alına və məhsuldar əlaqələr qurula bilər”.

Rədd edilmə qorxusu

Rədd edilmə qorxusu yaşamadan istəklərimizi ifadə etməliyik! Əslində, yenə eyni nəticəyə gəldik: duyğuların doğru şəkildə bölüşdürülməsi: “Hər iki tərəf utanmadan, çəkinmədən gündəlik həyatla əlaqədar və cinsi münasibətlərlə bağlı istəklərini rədd edilmə qorxusu olmadan bir-birilə rahatlıqla paylaşa bilər. Qadın olmaq gözəldir, xoşbəxtliyin başqasından gəlməsini gözləməyək, xoşbəxtliyi özümüz gətirək”.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.