Press "Enter" to skip to content

Bir qadına ulduzu necə endirə bilərəm

Şair və yazar Oskar Uayldın belə bir sözü var: “Kişi gözləri ilə, qadın qulaqları ilə sevir”.

Yataqda qadını təmin etmənin yolları

Bir qadının bədəni nə qədər bəyənilirsə, münasibətdən də o qədər zövq alır. Tərəfdaşınızın necə möhtəşəm olduğunu desəniz, bədəni haqqında nə qədər çox xoş söz söyləsəniz, gecəniz bir o qədər yaxşı keçəcək.

Yataqda xanımını daha da xoşbəxt etmək istəyən kişilərə tövsiyələrimiz var. Bunlara əməl etməklə xanımlarınızı daha xoşbəxt və məmnun edə bilərsiniz.

Gənc qadınların kişilərə nisbətən orqazm olma səviyyəsi yarı-yarıya daha azdır. Amerikada aparılan bir araşdırmaya görə, qadınların sadəcə 8 faizi orqazm olarkən, bu göstərici kişilərdə 100 faizdir. Qadınların seksdən daha az zövq almasının səbəbi də özünü yox, kişini xoşbəxt etməyi düşünməsidir.

Yataqda qadınların öz istəklərini kişilər kimi çəkinmədən dilə gətirməməklərini “zövq almırlar” kimi qəbul etmək düzgün olmaz. Qadınlar, “çox təcrübəlidir” kimi kişi düşüncəsindən qorxurlar. Buna görə yataqda xanımınızdan nədən xoşlandığını siz soruşun.

Xanımınız orqazm olmadısa, bu, razı qalmadı demək deyil. Çox vaxt qadınlar kişiləri razı salmaq üçün onların orqazm olmasına daha çox diqqət yönəltdiyindən bu, onların işini bir qədər çətinləşdirir. Hər yaxınlıq zamanı qadının orqazm olmasını gözləməyin.

Əgər ona toxunaraq bədənini titrətməyi bacarmırsınızsa, deməli, doğru nöqtəni hələ tapmamısınız. Bu, bir az zaman alacaq.

Yaxşı cinsi həyat üçün yaxşı münasibət lazımdır. Əgər sizin yanınızda necə hiss etməsi ilə bağlı şübhəniz varsa, soruşun. Münasibətiniz nə qədər sevgi doludursa, yataq otağınız da bir o qədər hərəkətli olar.

Ailə və Uşaq Baxılıb: 44351 Tarix: 17 yanvar 2015

Digər yazılar

Evlilik “qorxu”su, yaxud 30 yaş sindromu

Maddi yetərsizlik qorxusu. Kişilərin gec evlənməsinə bir çox amillər təsir göstərir. Maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi gec evlənməyə səbəb olan amillərdəndir. Evlənmək fikrinə düşən gəncin ilk olaraq, ö

Nişan üzüyünün tarixi

Nişan üzükləri haqqında. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur.Sual ola bilər ki, niye boyunbağı , ya sırqa yox, məhz üzük.Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə edir

Gəlinlik niyə ağ rəngdədir?

Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyəti və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarını geyinirdi, reng d

Hamilə qalmağa kömək edən bitkilər

Uşaq istəyən xanımlar üçün soğanın faydası. Bir dənə orta böyüklökdə soğanı qabığını soyub dörd yerə bölürük.Əvvəlcədən qaynadılmış 2stəkan suyun içində 5dəqiqə qaynadırıq.İçinə başqa heç bir şey əlavə etmək olmaz.Hər günort

Ailədə mehriban olmaq üçün tövsiyələr

Həyat yoldaşınıza hörmət edin. Həyat yoşdaşlarınızı əziz tutun. Xanımların əziz olmağa həmişə ehtiyacları vardır. Bu, həyat yoldaşları üçün birinci vəzifə olmalıdır. Yəni, elə iş görməlidir ki, xanımı onu sevdiyini bilsin

Həyat yoldaşımsan, yoxsa məşuqum? (Test)

Əksər kişilər həyatındakı qadının həm həyat yoldaşı, həm də məşuqəsi olmağını istəyir. Bəs hər qadın bunu bacarırmı? Sevdiyiniz kişinin həyat yoldaşısınız, yoxsa məşuqəsi? Bunu bilmək istəyirsinizsə bu test əsl sizlikdir

Ana südünü artırmaq üçün 6 məsləhət

1.Dieta etməyin. Sürətli kilo verməyi vəd edən pəhriz və dərmanları qəbul etməyin. 2.Su için. Südünüzü artıran ən əhəmiyyətli qida, sudur. Gündə ən az 2,5 – 3 litr su içməlisiniz, çünki südün əhəmiyyətli bir qisimi suda

Müxtəlif ölkələrdə toy günü bəy və gəlinin başına belə oyun açırlar

Müxtəlif mədəniyyətlərin müxtəlif toy adətləri. Bir mədəniyyətdən başqa birinə doğru dəyişən adət-ənənələrin toy mərasimlərinə necə təsir göstərdiyi yəqin ki,hamıya maraqlıdır.Bizdə gəlinlə bəyin üstünə düyü səpirlər ki,ruzi-bərəkə

Bu qidalar seksdə ehtirası və həzzi dəhşətli dərəcədə artırır

Bu qidalar seksdə ehtirası və həzzi dəhşətli dərəcədə artırır. Bu qidalardan mütəmadi olaraq istifadə etdikdə seks zamanı daha çox həzz almaq və daha ehtiraslı olmaq mümkündür. Aparılan son araşdırmalar göstərib ki, bəz

Kişilər niyə qadın sinəsinə düşkündürlər?

Qəbul etsək də, etməsək də kişilər qadınlardan fərqlidirlər. Onların qadına münasibəti, qadının kişiyə münasibətindən tamamilə fərqlənir. Bir qadın mehriban, onu sevən və bunu hiss etdirən kişiyə ömrü boyu sadiq qala bilərlər. Ancaq kişilər üçün bir qadının mənəvi keyfiyyətindən və sevgisindən daha önəmli olan məqamlar var. Məsələn, qadın bədəni və gözəlliyi kimi…

Kişilər qadınlardan fərqli olaraq bəzən beyinlərini və qəlblərini bir kənara itələyir, məhz ehtiraslarının səsinə qulaq asırlar.

Kişilərin xüsusilə qadın sinəsinə düşkün olduğunu hamı bilir. Ancaq bunun səbəbini başa düşmədiyimiz üçün bəzən sinələrinə estetik müdaxilə etdirən və ya silikon qoyduran qadınları qınayırıq. Sən demə, kişilər üçün sinənin gözəlliyi qadının ümumi gözəlliyindən daha önəmli imiş. Bunu son araşdırmaların nəticələrinə əsasən demək mümkündür.

Tabloid.az-ın “Ailə dostu” layihəsi çərçivəsində kişilərin psixologiyasını anlamağa kömək edəcəyini düşündüyümüz üçün bu mövzuya toxunmağa qərar verdik.

Amerikalı alimlərin apardıqları araşdırmaların nəticələrinə əsasən, kişilərin qadın sinəsinə düşkün olmasının bir neçə səbəbi var.

1.Döşlər qadınlığın simvoludur

Böyük və ya kiçik, idman stilindəki büstqalterdə və ya seksual bikinidə döşlər qadınlığın simvoludur. Sinə qadının həyatın davamının daşıyıcısı olduğunu göstərir və analığa işarə edir. Bir növ qadının güc simvoludur. Bir qızın yetişkin yaşa çatması sinəsinin hormonların təsiri ilə iriləşməsi ilə bilinir. Bütün bunlar kişilərin şüuruna təsir edir. Ona görə də iri sinələri daha çox bəyənirlər. Belə ki, iri döşlər kişinin şüurunda onun daha yaxşı ana ola biləcəyi təsəvvürünü yaradır. Bu səbəblə də Pamela Andersonun və Keyt Aptonun sinəsinə heyran olan kişilər Kira Naytli və Paris Hilton kimi qadınların sinələrini seksual hesab etmirlər.

2.Sinə qadının həzz nöqtəsidir

Kişilərin qadın sinəsinə bu qədər düşkün olmasının bir digər səbəbi də döşlərin həzz nöqtəsi olmasıdır. Qadının orqazm olması kişilərdən fərqlidir, bunun üçün qadının daha çox nəvazişə və sevgiyə ehtiyacı var. Kişilər sinənin qadın orqazmının açarı olduğunu yaxşı dərk edirlər. Ona görə də iri sinəli qadınların daha ehtiraslı olduğunu düşünürlər.

3.Medianın təzyiqi

Nə qədər qəribə olsa da kişilərin “sinə xəstəsi”nə çevrilməsində medianın da rolu var. Belə ki, hər qəzetdə, hər jurnalda və saytda sinə dekolteli qadınlar ön plana çəkilir. Bu bir az da tələb-təklif məsələdir. Ancaq medianın bu davranışı şorgöz kişilərin sayının artmasına səbəb olur.

Reklam afişaları və çarxlarda da da müştəriləri cəlb etmək üçün qadın sinəsindən tez-tez istifadə edilir. Beləliklə demək olar ki, hər addımda gözəl sinəli qadın şəkilləri görən kişi partnyorunun da mükəmməl döşlərə sahib olmasını arzulayır.

4. Sakitləşdirən ana qucağı təsiri

Kişilərin qadın sinəsinə düşkünlüyünün tək səbəbi ehtiras deyil. Dünyaya gələndə ilk öcə ana südü ilə qidalandıqları üçün istər-istəməz döşlər onların şüuruna müqəddəs bir orqan kimi qeyd olunur.

Kədərlənən, işdə problem yaşayan kişilər başlarını sevdikləri qadının sinəsinə qoyub yuxuya getməyi çox xoşlayırlar. Bu, onlara ana qucağını xatırladır və sakitləşdirici dərman kimi təsir edir. Bu zaman körpəliklərini, analarının onları hər çətinlikdən qoruduğu anları xatırlayırlar. Ona görə də kişi məhz sinəsində rahatlıq tapdığı üçün bir qadına bağlana və onu sevə bilər.

5. Təkamülün təsiri

Çarls Darvinin iddialarına görə, insanlar partnyorlarını görkəmlərinin gözəlliyinə, sağlamlığına və nəsilartırma qabiliyyətinə görə seçirlər.

Darvinin araşdırmalarının nəticələrinə görə, kişilərin gözəl sinəli qadınlara bağlanmasının səbəbi sağlam və gözəl döşlərin qadının dünyaya uşaq gətirmə və o uşağı yaxşı qidalandırma baxımından gücünü nümayiş etdirməsidir.

Hazırda nəsil artırmaq insanlar üçün ən önəmli məsələ olmasa da, bir vaxtlar bütün canlılar kimi insanlar da vəhşi təbiətin qoynunda nəsillərinin tükənməsi ilə hər an üz-üzə qalmaq təhlükəsini hiss edirdilər. Bu şüur altı mesaj hələ də kişilərin davranışlarına və hisslərinə öz təsirini göstərir. Yəni, Darvinin sözlərinə inansaq, kişilərin “sinə xəstəsi” olmalarına səbəb təkamüldən qaynaqlanan təbii prosesdir.

6. Kişilər gözləri ilə sevirlər

Şair və yazar Oskar Uayldın belə bir sözü var: “Kişi gözləri ilə, qadın qulaqları ilə sevir”.

Bir eşq romanının oxuyarkən belə təhrik ola bilən qadınlardan fərqli olaraq kişilərin təhrik olması üçün beyinlərində seks fikrini oynadıracaq görüntülər olmalıdır.

Yəni, kişi qarşısında nə qədər gözəl qadın görərsə, o qədər çox təhrik olur. Seks zamanı kişini qadının onu nə qədər sevdiyi deyil, nə qədər gözəl və ehtiraslı olduğu düşündürür. Hətta bəzən adi söhbət zamanı belə kişinin qadının üzünə yox, sinəsinə baxdığını müşahidə etmək olar. Genital bölgədən sonra kişilər üçün ən seksual orqan döşlərdir. Üçüncü sırada isə omba gəlir.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.