Bu Süfyan ibn Haris
Vikipediya bir ensiklopediyadır. Bəzən qarışıqlıq olmasına baxmayaraq, içindəki məlumatların həqiqətən etibarlılığına diqqət yetirilir. Yaratdığınız səhifənin və ya düzəlişlərin təsdiqlənməsi üçün mənbələr əlavə edin. Siz məlumatı verdiyiniz sözdən dərhal sonra və ya ilk durğu işarəsindən sonra qeyd edə bilərsiniz. Mənbə əlavə etmək üçün Vikipediyanın öz panelindəki “Mənbə” düyməsini basaraq, mənbəyinizin növünü (kitab, jurnal, xəbər və ya veb mənbəyi) seçdikdən sonra lazımi məlumatları daxil edə bilərsiniz.
Vikipediyada yeni səhifə necə yaradılır və redaktə olunur?
Vikipediya dünyanın hər yerinə yayılmış könüllü yazarlar tərəfindən yaradıldığı üçün tarixin ən böyük bilik hovuzlarından biridir. Bəs hər məlumat lazım olanda ora müraciət edən oxucudan necə Vikipediya yazana çevrilə bilərik?
Milli.Az ted.az-a istinadən bildirir ki, Vikipediyada yeni səhifə necə yaradılır, mövcud olanları necə redaktə etmək olar?
Vikipediya üzvlüyünü açın:
-Sağ üst küncdə yerləşən “Hesab yarat” düyməsini basın.
-Müvafiq qutulara lazımi məlumatları daxil edin.
– “Hesabınızı yaradın” düyməsini basın.
-Təqdim etdiyiniz e-poçt ünvanına gələn təsdiq bağlantısını vurun.
Göründüyü kimi hələ bir Vikipediya hesabı yaratmamısınızsa, saniyələr içində Vikipediya insanı ola bilərsiniz. Rahat səhifələr yaratmaq və redaktə etmək istəyirsinizsə, Vikipediya üzvlüyünə sahib olmaq çox vacibdir. Əlbəttə ki, bu yeganə iş deyil. Hələ yolun başlanğıcındayıq.
Vikipediya səhifəsini necə yaratmaq olar?
Birinci üsul: URL ilə Wikipedia səhifəsi yaratmaq
-http://en.wikipedia.org/wiki/create_page_name” kimi bir URL daxil edərək səhifəyə gedin.
-Sağ üst küncdə yerləşən “Mənbə yarat” düyməsini klikləyin.
-Səhifəni, aşağısındakı mətn qutusu vasitəsi ilə yarada bilərsiniz.
URL ilə Vikipediya səhifəsi yaradarkən diqqətli olmalı olduğunuz məqam, səhifə adınızı URL-ə əlavə edərkən boşluq qoymaq əvəzinə “(_)” işarəsini istifadə etməyinizdir.
İkinci üsul: “Digər səhifələrdə olan qırmızı bağlantılara klikləmək”
Vikipediyada olan bir məqaləyə daxil olun. Məqalədə qırmızı rəngli keçid sözü tapın. Bağlantıya klikləyərək əlaqəli mənbə yaradılması səhifəsinə daxil ola bilərsiniz. Vikipediyada tez-tez məqalələrdə bir sıra sözün qırmızı rəngdə yazıldığını görürük. Bu qırmızı sözlər öz səhifəsi ola biləcək, lakin hələ yazılmamış mövzuları göstərir. İlk dəfə bir Vikipedia səhifəsi yaradan birisi üçün məntiqi bir başlanğıc üsuludur.
Üçüncü üsul: “Bir məqalə içərisindən əlaqə yaratmaq”
-Vikipedia məqaləsinin yuxarı sağ hissəsindəki “Mənbə dəyişdirin” simvoluna vurun.
-Bağlantı etmək istədiyiniz sətri ikiqat mötərizəyə “[[və]]” salın.
-Məqaləyə qayıdaraq yaratdığınız linkə vurun.
-Açılan səhifədəki mətn qutusunda səhifənizi yaratmağa başlaya bilərsiniz.
Yuxarıda demişdik ki, qırmızı bağlantılara klikləmək, başlamaq üçün yaxşı yoldur. Buna görə qırmızı keçidləri özümüzün yarada bilməmiz vacib məqamdır.
Dördüncü üsul: “Vikipediya sınaq lövhəsi”
-Bunun üçün əvvəlcə “Sınaq lövhəsi” səhifəsini açın.
-Sağdakı “Mənbə dəyişdirin” simvoluna vurun.
-Səhifədəki mətn qutusundan öz səhifənizi yarada bilərsiniz.
Sınaq lövhəsi, əvvəllər vikipediya məqaləsi və ya redaktəsi olmayan istifadəçilərin Vikipediya paneli ilə tanış olmaq üçün yararlana biləcəkləri səhifədir. Səhifədəki dəyişikliklər Vikipediyada yayımlanan heç bir məqaləyə təsir etmir. Beləliklə rahatlıqla platformaya uyğunlaşa bilərsiniz. Vərdiş etdikdən sonra yuxarıdakı üsullarla öz səhifənizi daha rahat yarada bilərsiniz.
Vikipediyada yeni bir səhifə yaradarkən URL ilə səhifələrin yaradılması üsulu o qədər də uğurlu deyil. Çünki bu şəkildə yaradılan səhifələr “yetim qalır”.
Qırmızı bağlantıları klikləyərək yaradılan səhifələr birdən çox məqalə tərəfindən dəstəkləndiyinə görə daha çox diqqət cəlb edir.
Vikipediyada səhifə yaratmaq üsulları olduqca sadə olsa da, vikipedist olaraq nəzərdən keçirilməli çox şey var. Bu mövzulara məqaləmizin qalan hissəsində toxunacağıq. Ancaq əvvəlcə yaradılan Vikipediya səhifəsini necə redaktə edəcəyinizdən danışaq.
Vikipediya səhifəsi necə redaktə olunur?
Birinci üsul: “Dəyişdir simvoluna vurmaq”
-Açdığınız Vikipedia səhifəsinin yuxarı sağ hissəsindəki “Dəyişdir” simvoluna vurun.
-Səhifə redaktə edilə biləcək hal alır.
-Düzəliş başa çatdıqda “Dəyişiklikləri dərc et” düyməsinə vurun.
Bu, dəyişikliklərinizi canlı görə bilmə və daha sürətli fəalliyyət göstərməyə imkan verən üsuldur. Ancaq bu üsul “Mənbə dəyişdir” düyməsini istifadə etməkdən daha məhdud tənzimləmə seçimləri təklif edir.
İkinci üsul: “Mənbə dəyişdir simvoluna vurmaq”
-Səhifənin yuxarı sağ hissəsindəki “Mənbə dəyişdirin” simvoluna vurun.
-Vikipediyanın öz paneli açılacaq.
-Düzəliş başa çatdıqda aşağıdakı “Dəyişiklikləri göndər” düyməsinə vurun.
Bildirək ki, “Mənbə dəyişdir” düyməsini istifadə etməklə, yeni bir Vikipediya səhifəsi yaradarkən istifadə olunan panelin eynisi aktivləşir.
“Mənbəni dəyişdir” düyməsi ilə açılmış səhifədə düzəlişlər bitdikdən sonra səhifənin yeni versiyasını təsdiqləməyə təqdim etməzdən əvvəl dəyişikliklərinizi nəzərdən keçirə bilərsiniz. Bunun üçün “Dəyişiklikləri göndər” düyməsinin yanında olan iki düyməni istifadə edə bilərsiniz. Yaradılmış Vikipediya səhifəsini redaktə etmək, yeni səhifə yaratmaq qədər asandır.
Vikipediya səhifəsi yaradarkən və redaktə edərkən nələrə diqqət yetirmək lazımdır?
Mənbə bildirmədən heç bir məlumat yazmayın
Vikipediya bir ensiklopediyadır. Bəzən qarışıqlıq olmasına baxmayaraq, içindəki məlumatların həqiqətən etibarlılığına diqqət yetirilir. Yaratdığınız səhifənin və ya düzəlişlərin təsdiqlənməsi üçün mənbələr əlavə edin. Siz məlumatı verdiyiniz sözdən dərhal sonra və ya ilk durğu işarəsindən sonra qeyd edə bilərsiniz. Mənbə əlavə etmək üçün Vikipediyanın öz panelindəki “Mənbə” düyməsini basaraq, mənbəyinizin növünü (kitab, jurnal, xəbər və ya veb mənbəyi) seçdikdən sonra lazımi məlumatları daxil edə bilərsiniz.
Vikipediyada işləyərkən diqqətli olmalı olduğunuz məqamlardan biri şəkillərin müəllif hüquqlarının pozulmamasıdır. Ensiklopediya məqaləsi yazarkən onu lazımi sayda şəkillərlə dəstəkləmək çox vacibdir.
Vikipediya internet ensiklopediyası olduğu üçün çap ensiklopediyalarından fərqi daim yenilənməsidir. Buna görə də yaratdığınız səhifənin dəyərini qorumaq istəyirsinizsə, onu ən yeni məlumatlarla dəstəkləməlisiniz. Səhifəniz yenilənmirsə “Silinməyə namizəd səhifələr” kateqoriyasına düşə bilər.
Wikipedia həqiqətən İnternetdə mövcud olan ən sağlam məlumat mənbələrindən biridir. Buna görə də belə bir platformaya tövhə vermək insanları qürurlandıracaq bir davranışdır.
Milli.Az
Əbu Süfyan ibn Haris
Əbu Süfyan ibn Haris Peyğəmbərimiz dəvətə başlamazdan əvvəl Peyğəmbərimizi çox sevərdi. Rəsulullah əfəndimiz dəvətə başlayanda ilk əvvəl çox düşmən olmuşdu. Peyğəmbərimizi və Müsəlmanları həcv edən şeirlər söyləmişdi. Bunun üzərinə Peyğəmbər əfəndimiz onun görüldüyü yerdə öldürülməsini əmr etdilər.
Necə icazə verə bilərəm?
Əbu Süfyan Qureyş müşriklərinin Peyğəmbərimizlə etdikləri döyüşlərin heç birindən geri qalmadı. Müsəlmanlar Şair Hassan ibn Sabitə, “Sən də onu həcv və təhqir et” demişdilər. Hassan ibn Sabit də demişdi ki:
— Rəsulullah əfəndimiz icazə vermədikcə, edə bilmərəm!
Peyğəmbərimizdən icazə istəyəndə buyurmuşdu ki:
— Mən, “Atamın qardaşı olan əmimin oğlunu həcv və təhqir et” deyə, sənə necə icazə verə bilərəm?
Hassan ibn Sabit də demişdi ki:
— Mən ondan sizi, sizin nəslinizi, xəmirin içindən tük çəkər kimi asanca çəkib ayırd edər, sonra onu həcv və təhqir edərəm!
Həzrəti Aişə deyər ki:
“Rəsulullah əfəndimiz, “Siz də Qureyşliləri həcv və təhqir edin! Çünki, həcv onlara ox yağdırmaqdan daha ağır gələr!” buyurdu və Abdullah ibn Rəvahaya, “Onları həcv et” deyə xəbər göndərdi.
Abdullah ibn Rəvaha Qureyşliləri həcv etdi. Rəsulullah əfəndimiz daha sonra, Qab ibn Malikə, sonra da Hassan ibn Sabitə Qureyşliləri həcv etmələri üçün xəbər göndərmişdi.
Hassan ibn Sabit Rəsulullah əfəndimizin hüzuruna gəlincə dedi ki:
— Demək kükrədiyi vaxt quyruğunu iki yanına dəyən bu aslana xəbər verməyin zamanı gəldi! Səni haqq dinlə Peyğəmbər olaraq göndərən Allaha and içirəm ki, mən onların şəxsiyyət və şərəflərini dilimlə dərini parçalayar kimi parçalayacağam!
Rəsulullah əfəndimiz buyurdu ki:
— Tələsmə! Əbu Bəkir Qureyşlilərin nəslini, kökünü ən yaxşı biləndir. Əlbəttə, mənim nəslim də onların içindədir. Əbu Bəkir mənim nəslimi sənə yaxşıca açıqlasın!
Hassan dərhal Əbu Bəkirə getdi. Sonra, dönüb gəlincə dedi ki:
— Ya Rəsulallah! Sənin nəslini mənə yaxşıca açıqladı. Səni haqq dinlə Peyğəmbər olaraq göndərən Allaha and içirəm ki, heç şübhəsiz səni onların arasından xəmirdən tük çəkər kimi asanca çəkər, çıxararam!”
Həm fərəhləndirdi, həm də fərəhləndi
Həzrəti Aişə buyurdu ki:
“Peyğəmbər əfəndimiz Hassana, “Heç şübhə yox ki, sən Allah və Rəsulu tərəfindən müdafiə etdiyin müddətcə Cəbrayıl səni dəstəkləyib duracaqdır” və yenə, “Hassan, onları həcv edib susdurmaqla, həm Müsəlmanları fərəhləndirdi, həm də, özü fərəhləndi” buyurduğunu özündən eşitmişəm.
Hassan ibn Sabit Şair Əbu Süfyan ibn Harisə xitab olaraq müxtəlif həcvlər etdi. Nəticədə Əbu Süfyan ibn Harisin qəlbinə İslam sevgisi düşdü.
Əbu Süfyan ibn Haris bir gün Yunan hökmdarının hüzuruna çıxdığı zaman, hökmdar ondan soruşdu:
— Sən kimlərdəsən?
— Mən Əbu Süfyan ibn Haris ibn Abdülmuttalibim!
— Sən, Muhamməd ibn Abdullah ibn Abdülmuttalibin əmisinin oğlusan?
— Bəli! Mən, Onun əmisinin oğluyam.
Batil olduğunu anladım
Əbu Süfyan deyər ki:
“Yunan hökmdarının yanında nə İslamiyyətdən çəkindiyini nə də Muhamməddən başqasının təsdiq edildiyini gördüm. Bunun üzərinə ürəyimə İslamiyyət sevgisi girdi. İçində olduğum müşrikliyin batil və boş olduğunu anladım.
Nə çarə ki, biz ağılları başlarında bir qövmlə birlikdə idik. İnsanların ağıllarına və fikirlərinə görə yaşadıqlarını zənn edirdim. Onlar bir yol tutub getdilər. Biz də o yolu tutub getdik.
Şərəfli və yaşlı insanlar bütlərdən kömək diləyərək Muhammədə qarşı çıxdıqları və ataları üzündən ona hirsləndiyi zaman, onlara tabe olduq!
Bir gün, öz-özümə; “Mən kimlərlə yoldaş oluram? Kimlərin yanında oluram? İslam yolu bəlli olmuş və qərarlaşmışdır”, dedim. Zövcəmlə oğlumun yanına getdim. Onlara dedim ki:
— Yola çıxmaq üçün hazırlanın! Muhammədin yanınıza gəlməsi, çox yaxınlaşmışdır!
Zövcəm və oğlum dedilər ki:
— Canımız sənə fəda olsun! Ərəblərin və Ərəb olmayanların Muhammədə tabe olduğunu görürsən, hələ, ona qarşı düşmənçilik mövqeyində durursan, düşmənçiliklə müqavimət göstərirsən!?
Halbuki, Ona kömək etmək, hər kəsdən çox sənə düşərdi. Ona kömək edənlərin ilki, sən olmalı idin!
Xidmətçim Məzqura dedim ki:
— Bir dəvə ilə atımı cəld yanıma gətir!
Rəsulullah ilə görüşmək məqsədi ilə Məkkədən yola çıxdıq. Yanımızda Abdullah ibn Əbi Üməyyə də var idi. Ebvaya çatıb endiyimiz vaxt Rəsulullah əfəndimizin qabaqcıl ordusu oraya gəlmiş və Məkkəyə yönəlmişdi.
Üzünü çevirdi
Rəsulullah əfəndimiz görüldüyüm yerdə öldürülməmi əmr etmişdi. Bunun üçün öldürülməkdən qorxdum və gizləndim.
Oğlum Cəfərin əlindən tutub piyada olaraq bir mil qədər getdik. Səhər olanda Rəsulullah əfəndimizin yanına çatdıq. Xalq sıra-sıra gəlirdi. Peyğəmbərimiz heyvanına minəcəyi vaxt özüylə görüşmək istədim. Üzünü bizdən başqa tərəfə çevirdi. Üzünü çevirdiyi tərəfə keçdim. Təkrar-təkrar məndən üzünü çevirdi. Bir az düşünüm…
Bütün yaxın, uzaq hər şey məni tutdu, sıxdı! Ona çata bilmədikcə bir ölü olduğumu, Onun yaxşılığını, mərhəmətini və mənə olan yaxınlığını düşündükcə “Məni tutar” deyə ümid etmişdim.
Rəsulullah əleyhissəlamın qohumu olduğum üçün mənim Müsəlman olmağıma Rəsulullah əfəndimizin də Əshabının da son dərəcə sevinəcəklərini zənn edir və şübhə etmirdim.
Rəsulullah əfəndimizin məndən üz çevirdiyini görəndə bütün müsəlmanlar da məndən üz çevirdilər. Həzrəti Əbu Bəkir mənə rast gəldi və məndən üzünü çevirdi.
Rəsulullahı incidən sənsən?
Ənsardan biri məni Həzrəti Ömərin yanına apardı. Ona baxanda mənə dedi ki:
— Ey Allahın düşməni! Rəsulullah əfəndimizi və əshabını incidən sənsən ha! Ona düşmənliyini yer üzünün şərqlərinə, qərblərinə qədər çatdırdın ha!
Dərhal əmim Abbasın yanına getdim. Ona dedim ki:
— Ey Abbas! Mən, Rəsulullahın yaxını və əsaləti olduğum üçün Müsəlmanlığımın, Rəsulullahı sevindirəcəyini ümid etmişdim. Özündən ümid etdiyim iltifatı görə bilmədim. Məni qəbul etməsi üçün Onunla danış!
— Xeyr! Vallah, Onun, səndən üz çevirdiyini gördükdən sonra, Onunla bir tək kəlimə belə danışa bilmərəm! Rəsulullah əfəndimizi üzməkdən qorxuram.
— Ey Əmi! Heç olmasa, gedib müraciət edəcəyim bir kimsəni mənə söylə?
Bunun üzərinə Həzrəti Abbas, “Bax, o!” deyə Həzrəti Əlini göstərdi. Həzrəti Əli ilə görüşüb danışdım. O da, mənə Abbasın sözlərinin eynisini söylədi.”
Əbu Süfyan ibn Haris ilə Abdullah ibn Əbi Üməyyə Peyğəmbərimizin hüzuruna girmək çarələrini araşdırdıqları və özlərindən üz çevrildiyi sırada Peyğəmbərimizin zövcəsi Həzrəti Ümmü Sələmə də onlar haqqında Peyğəmbərimizlə danışaraq dedi ki:
— Ya Rəsulallah! Biri əminin oğlu və süd qardaşındır. Digəri də bibinin oğludur və qəbilənizdəndir. Allahu təala bunları sənə Müsəlman olaraq göndərdi. Bunlar, sənin qatında xalqın ən yaramazı ola bilməzlər!
Peyğəmbərimiz buyurdu ki:
— Mənə onların ikisi də lazım deyil. Əmimin oğlu mənim şərəf və ləyaqətimi dili ilə ləkələmək istədi! Bibimin oğlu və qəbiləm olan kimsə isə Məkkədə mənə söyləməməsi sözləri söyləmişdir!
Həqiqətən də Peyğəmbərimiz Məkkədə ikən bir gün Qureyş müşriklərinin azğınları yığışıb Peyğəmbərimizə layiq olmayan təkliflər etdikdən sonra Peyğəmbərimizin Peyğəmbərliyini rədd etmişdilər. Peyğəmbərimiz onların yanlarından çox kədərli olaraq ayrılmışdılar.
Yenə inanmaram
Abdullah ibn Əbi Üməyyə isə Peyğəmbərimizin arxasını buraxmamış yolda Ona demişdi ki:
— Ey Muhamməd! Qövmün sənə edəcəkləri təklifləri etdilər. Sən onların təkliflərindən heç birini qəbul etmədin! Sonra dediyin kimi Allah qatındakı mövqeyini anlamaq, sənə inanmaq, tabe olmaq üçün istədikləri şeyləri də etmədin!
Vallah mən sənə baxıb dayanarkən, sən göyə bir nərdivan quraraq dırmaşıb göyə çıxmadıqca və oradan yanında sənin dediyin kimi Peyğəmbər olduğuna şahidlik edəcək dörd mələk gətirmədikcə sənə heç bir zaman inanmaram!
And içirəm ki, sən, bunu etmiş olsan belə, yenə səni təsdiq edəcəyimi zənn etmirəm!
Abdullah ibn Əbi Üməyyə bunları dedikdən sonra Peyğəmbərimizin yanından ayrılmışdı.
Peyğəmbərimiz Həzrəti Ümmi Sələməyə Abdullah ibn Əbi Üməyyə və süd qardaşı haqqında nazil olan ayəti-kəriməni də (İsra 93) oxudu. Həzrəti Ümmi Sələmə dedi ki:
— Ya Rəsulallah! Bu adam sənin qövmündəndir. Onların söylədiyi şeyi bütün Qureyş müşrikləri də söyləmişlər və onların haqqında onun kimi ayələr də enmişdir. Sən onun günahından daha ağırını da əfv etmişdin. O, əminin oğludur və onun sənə qohumluğu vardır. Sən də onun günahını bağışlamağa xalqın ən layiqisən!
Mənə ilk baxışı idi
Əbu Süfyan ibn Haris deyər ki: “Cuhfəyə çatana qədər nə Rəsulullah əfəndimiz, nə də Müsəlmanlardan heç biri mənimlə danışmadı.
Hər dayandığımız yerdə özüm Rəsulullahın qapısında dayanar, oğlum Cəfər də ayaq üstə dururdu. Rəsulullah məni gördükcə, üzünü məndən çevirirdi.
Ezahir yoxuşundan Məkkənin Ebtah vadisinə enincə, Rəsulullahın çadırının qapısına yaxınlaşdım. Mənə baxdı. Bu baxış, Onun, mənə ilk yumşaq baxışı idi. Özünün gülümsəyəcəyini də ümid etməyə başladım.”
Həzrəti Əli Əbu Süfyan ibn Harisə dedi ki:
— Rəsulullah əfəndimizə arxa tərəfindən get! Yusif əleyhissəlamın qardaşlarının Yusif əleyhissəlama söylədiyi bu sözü söylə: “Allaha and içirik ki, Allahu təala, səni, həqiqətən bizdən üstün qılmışdır! Biz, doğrusu, sənə qarşı etdiklərimizdə günahkar idik, dedilər” (Yusif 91)
Bundan daha gözəl bir söz ola biləcəyi qəbul edilə bilməz. Əbu Süfyan ibn Haris belə edincə, Həzrəti Yusifin qardaşlarına söylədiyini bildirən, “Sizə, bu gün heç bir başa qaxma və ayıblama yoxdur! Allahu təala sizi bağışlasın. O, mərhəmətlilərin ən mərhəmətlisidir” (Yusif 92) məalindəki ayəti-kəriməni oxudu.
Əbu Süfyan ibn Haris Peyğəmbərimizin, “Mənə, onların ikisi də lazım deyil” buyurduğunu xəbər aldığı vaxt demişdi ki:
— “Vallah, ya yanına girməyimə icazə verəcəkdir, ya da bu oğlumun əlindən tutub yer üzündə aclıqdan, susuzluqdan ölənə qədər baş götürüb gedəcəyik! Sən ki, mənim həm qohumum, həm də xalqın ən dinc, yumşaq xasiyyətlisi, ən xeyirxah və səxavətlisisən.”
Peyğəmbərimiz Əbu Süfyanın bu sözlərini eşidincə, hər ikisinə də yazığı gəldi və özlərinin hüzurlarına girmələrinə icazə verdi. Girdilər və Müsəlman oldular.
Üzünə baxa bilməzdi
Əbu Süfyan ibn Haris Müsəlman olduqdan sonra utandığından başını qaldırıb Peyğəmbərimizin üzünə baxa bilməzdi. Keçmişdəki davranışlarından ötrü üzr istədi.
Əbu Süfyan Məkkəyi-mükərrəmənin fəthində iştirak etmişdi. Hüneyn müharibəsində göstərdiyi fövqəladə qəhrəmanlığı səbəbiylə Rəsulullahın iltifatlarına nail olmuşdu.
Miladi 644-ci ildə həccdən qayıdarkən vəfat etdi. Namazını Həzrəti Ömər qıldırdı. Mədinədəki Baqi qəbiristanlığına dəfn edildi. Hədisi-şərifdə, “Əbu Süfyan cənnət igidlərindəndir” buyurularaq Rəsulullahın mədhinə məzhər oldu. Çöhrəsi Rəsulullaha bənzəyən yeddi adamdan biri də bu idi.
Comments are closed, but trackbacks and pingbacks are open.