Press "Enter" to skip to content

Bütün Azərbaycana yayılan qripdən necə qurtulmaq olar? TƏBİİ ÜSUL

Maraqlıdır, Azərbaycanda qrip virusunun qarşısını almaq üçün Səhiyyə Nazirliyi məktəb və bağçalarda monitorinqlər aparırmı, uşaqlara buna görə hansısa dərman və ya iynə vurulurmu?

Dua oxumaqla kasıblıqdan qurtulmaq

Sual: “Bu duanı oxuyan kasıblıqdan qurtular” deyirlər. Dua oxumaqla kasıblıqdan necə qurtulmaq olar?
CAVAB
Dinimiz çalışaraq qazanmağı əmr etməktədir. Həzrəti Ömər, “İşləyin, qazanın, işləmədən ruzi gözləməyin! Allahü təala göydən pul yağdırmaz” buyurdu. Həzrəti Loğman Hakim də, “İşləməyib möhtaç olanın dini və ağlı nöqsandır” buyurdu.
Ruziniz üçün narahat olmayın! Qurani-kərimdə məalən buyurulur ki:
“Hər canlının ruzisi Allaha aiddir” buyuruldu. (Hud 6)
“Şeytan sizi kasıblıqla qorxudub, fuhşa sürükləyər [simicliyə, hər cür pisliyə təşviq edər.]) [Bəqərə 268]
“Yer üzünə dağılın, Allahın fəzlindən ruzinızı axtarın!” [Cümə 10]
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Ən gözəl ruzi halala, harama diqqət edilərək alın təri ilə qazanılandır.” [Nəsai]
“İbadət on qisimdir, doqquzu işləyib halal qazanmaqdır.” [Deyləmi]
İşləmək fərzdir
Nəfəqəsini (ehtiyacını) əldə edəcək və borclarını ödəyəcək qədər işləyib qazanmaq fərzdir. Cəfər Huldi həzrətləri, “Böyüklərimiz özləri üçün deyil, din qardaşlarına yardım üçün işləyib qazanardılar”, buyurur.
Müsəlmanlara yardım üçün, elm yaymaq üçün çox işləyib qazanmaq müstəhəbdir, yaxşıdır. Hədisi-şərifdə buyuruldu ki:
“İnsanların ən yaxşısı insanlara faydalı olandır.” [Qüdai]
Bu duanı oxuyan kasıblıqdan qurtular demək, o dua qəbul olmuşdursa, ona bir iş qapısı açılar və ya ummadığı yerdən ruzisini tapar deməkdir. Xəstəliyi üçün dua edən də şəfaya səbəb olan dərmana və ya başqa bir səbəblə səhhətə qovuşar. İşləmək ruzini artırmaz. Ruzini verən Allahü təaladır. İşləmək səbəbə sarılmaqdır. Səbəblərə yapışmaq sünnətdir. (Əl-İxtiyar)
[Duaların qəbul olması üçün Əhli sünnət etiqadında olmaq, Allahü təalanın əmrlərini yerinə yetirib qadağalarından çəkinmək lazımdır.]
Ehtiyacdan qurtulmaq, bərəkətli ruziyə qovuşmaq üçün səbəblərə yapışmaq lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:
“Ömrüm uzun, ruzim bol olsun deyən qohumunu ziyarət etsin, ona baş çəksin, vəziyyətindən xəbər tutsun!” [İ. Əhməd]
“Səhər yuxusu ruziyə manedir.” [Beyhəqı]
“Allah qorxusunu sərmayə edən ticarətsiz və sərmayəsiz ruzisinə çatar. Qurani-kərimdə, “Kim Allahdan qorxarsa, Allah ona bir çıxış yolu ehsan edər və ruzisinı ummadığı yerdən göndərər” buyuruldu.” [Tələq 2, 3 – Tabərani]
“Evə girərkən “İxlas” surəsini oxuyan kasıblıq görməz.” [T. Qurtubi]
“Sıxıntıya düşən və ya borclanan min dəfə “La havlə və la quvvətə illa billahil aliyyil azim” deyərsə, Allahü təala işini asanlaşdırar.” [Şir’a]
“Gündə yüz dəfə La ilahə illallah, əl-məlikül haqqul mübin, Muhammədün Rəsulullah, sadiqul vədil əmin deyən kasıblaşmaz, zənginləşər, qəbirdə ona yoldaş olar, Cənnətin qapısını da açmış olar.” [Xətib]
“Ruziyə çatan çoxlu həmd etsin! Ruzisi azalan istiğfar etsin!” [Xətib]
“Həmd; “Əlhamdulillah”, İstiğfar; “Əstəğfirullah” deməkdir. İstiğfar etmək, günahların əfvinə səbəb olan yaxşı əməllər etməkdir.”
“Ata-anaya, övlada baxmaq, heç kimə möhtaç olmamaq üçün işləmək cihaddır.” [İ. Əsakir]
“Ehtiyacını insanlara bəyan edən ehtiyacdan qurtula bilməz. Allaha ərz edən ehtiyacdan qurtular.” [Hakim]
“Allahü təala sənət sahibi mömini sevər.” [Tabərani]
“İşləməyib özünü sədəqə dilənəcək vəziyyətə salan 70 şeyə möhtac olar.” [Tirmizi]
“Heç kimə möhtaç olmamaq və ana-atasını, ailəsini də möhtac etməmək üçün işə gedənin hər addımı ibadətdir.” [Tabərani]
“Dolanışığını halalından qazanmaq Allah yolundakı cihad kimidir.” [Deyləmi]
Uşaqlarının keçimi üçün sıxıntı çəkən bir nəfərə Peyğəmbər əfəndimiz, “Niyə istiğfar etmirsən? Mən gündə yüz dəfə istiğfar edirəm” buyurdu. Bir qrup camaat Həsən Bəsri həzrətlərinə qıtlıq, kasıblıq, övladlarının olmamasından şikayət etdilər. Hamısına da istiğfar etmələrini söylədi. Səbəbini soruşduqda, Nuh surəsindən bu məaldakı ayəti-kərimələri oxudu:
“Çox əfv edici olan Rəbbinizə istiğfar edin ki, göydən bol yağmur yağdırsın; sizə mal və oğullar ilə yardım etsin, sizə bağçalar versin, sizin üçün çaylar axıtsın”. [Nuh 10-12]
İstiğfar edərkən yüz dəfə “Əstəğfirullahəlazim əlləzi la ilahə illa hüvəl hayyəl kayyumə və ətubü ileyh” deməli və mənasını düşünməlidir! Mənası aşağıdakı kimidir:

“Özündən başqa ilah olmayan hay, qəyyum və azim olan Allaha istiğfar edər, günahlarıma peşman olub Ona sığınıram.” [Azim, zatı və sifətləri kamalda, Hay, əzəli və əbədi bir həyatla diri olan, Qəyyum, zatı ilə qaim olan, yaratdığı hər şeyi varlıqda durduran deməkdir.]
Borcdan qurtulmaq üçün hədisi-şərifdə bildirilən bu duanı oxumaq lazımdır:
“Allahümmə əkfini bihəlalikə an haramikə və aqnini bi fədlikə ammən sivəkə.” [Tirmizi]
[Ya Rəbbi! Məni halal ilə kifayətlənib, haramdan çəkinən qullarından eylə və fəzlinlə səndən başqasına möhtac etmə!] (Məktubatı-Rəbbani)
Hər cür tədbirə almasına baxmayaraq zəngin ola bilməyən də halına şükr etməli, kasıblığa səbr etməlidir. Çünki hədisi-şərifdə “Kasıblıq dünyada qüsur isə də, axirətdə bəzəkdir” buyuruldu. Bir nəfər “Ya Rəsulallah! Vallahi səni sevirəm” dedi, bunu üç dəfə təkrar etdi. Rəsulullah əfəndimiz, ona “Məni sevən kasıblığa qarşı bir zireh hazırlasın. Çünki məni sevənə kasıblıq dağın təpəsindən enən seldən daha sürətlə gələr” buyurdu.
Mal nə qədər çox olarsa hesabı vardır, haramdan qazanılıbsa əzabı vardır. Qurani-kərimdə məalən buyurulur ki:
“O gün, sizə verilən hər nemətdən sorğuya çəkiləcəksiniz.” [Təkasür 8]
Dərd və borcdan qurtulmaq üçün
Sual:
Peyğəmbər əfəndimizin Əshabı kiramdan Əbu Ümamə həzrətlərinə dərddən və borcdan qurtulması üçün öyrətdiyi dua necədir?
CAVAB
Əshabı kiramdan Əbu Said Xudri həzrətləri buyurur:
Rəsulullah əfəndimiz bir gün məscidə girdi və Ənsardan Əbu Ümaməylə rastlaşdı və ona, “Ya Əba Ümamə! Namaz vaxtı deyil, niyə məsciddə oturursan?” deyə soruşdu. Əbu Ümamə, “Məni sıxan dərdlər və borclar üzündən ya Rəsulallah” dedi. Rəsulullah, “Sənə bir dua öyrədim, bunu oxuduğun zaman Allah dərdinə dəva verər, borcunu ödətdirər. Səhər və axşam bu duanı oxu” buyurdu. Dua belədir: “Allahümmə inni əuzü bikə minəl-həmmi vəl-hazən və əuzü bikə minəl-aczi vəl-kəsəl və əuzü bikə minəl-cübni vəl-buxl və əuzü bikə min ğaləbətiddəyni və qahrirricəl.”
Həzrəti Əbu Ümamə, “Bunu oxudum, dərddən və borcdan qurtuldum” dedi. (Əbu Davud)
Bu dua, “Ya Rəbbi, kədərdən, dərddən, acizlikdən, tənbəllikdən, qorxudan, simiclikdən, borcumu ödəyə bilməməkdən və insanların qəhrindən sənə sığınıram” deməkdir.
Borcdan qurtulma duası
Sual: Borcdan qurtulma duası vardırmı?
CAVAB
Mötəbər kitablardan götürülən borc duaları internet saytımızda yazılıdır. Bunlardan birini bildirən bir hədisi-şərif:
“Ya Muaz! Əgər bu duanı oxusan, Uhud dağı qədər borcun olsa da Allah onu ödəmək nəsib edər: Allahümmə malikəl-mülki tütil-mülkə mən təşaü və tənziül-mülkə mimmən təşaü və tüizzü mən təşaü və tüzillü mən təşaü bi-yədikəl-hayr innəkə ala külli şəyin qadir. Tulicul-ləylə fin-nəhari və tulicün-nəharə fil-ləyli və tühricul-hayyə minəl məyyiti və tühricul-məyyitə minəl-hayyi və tərzuku mən təşaü bi-qayri hısəb. [Buraya qədər olan qismi, Ali İmran surəsinin 26-27-ci ayələridir. Əslinə baxaraq oxunmaq lazımdır]. Rahmənəd-dünyə vəl-axirəti və rahiməhüma tutihimə mən təşaü və təmnəu min-hüma mən təşaü, irhamni rahmətən tunini biha ammən sivəkə.” [Tabərani]

Ən Son Yenilənənlər

Cümə günü və gecəsi nə oxunmalıdır..

Xəstəyə qan vermək..

Ən uca elm həddini bilməkdir..

Hirsini məğlub etmək..

Gözəl əxlaq..

Ən Son Əlavə Olunanlar

Cümə günü və gecəsi nə oxunmalıdır..

Xəstəyə qan vermək..

Ən uca elm həddini bilməkdir..

Gözəl əxlaq..

Nemətlər nə zaman artar..

Mövzulara hər gün yeni sual və cavablar əlavə olunmaqdadır

Son yenilənmə:

Texniki problemlər ilə əlaqədar [email protected] ünvanına yaza bilərsiniz

© Copyright © 2022. Bütün huquqlar qorunur

В корзине: 0 шт.

Bütün Azərbaycana yayılan qripdən necə qurtulmaq olar? – TƏBİİ ÜSUL

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
Ölkə boyunca qrip virusu yayılıb. Əsasən uşaqlar məktəb və bağçalarda bu virusa yoluxur. Əgər məktəbdə və ya bağçada bir uşaq bu xəstəliyə yoluxubsa, hava-damcı yolu ilə avtomatik digərlərinə də keçir. Əslində xəstələnmiş uşaqların evdə qalması və tez sağalması üçün həkim məsləhəti ilə müalicə alması lazımdır. Ancaq valideynlərin əksəriyyəti çalışdıqları və uşağı qoymağa yerləri olmadığı üçün məcburən xəstə-xəstə də olsa, uşağı bağçaya aparır, məktəbə yola salırlar. Məhz buna görə də virus daha çox yayılır. Həmçinin böyüklər də eyni qaydada iş yerlərində digərlərini virusa yoluxdururlar.

Ümumdünya Səhiyyə Təşkilatının bu günlərdə yayılan hesabatında deyilir ki, hər il mövsümi qrip xəstəlikləri ilə əlaqədar dünyada 650 min nəfər ölür. Ölüm riskinə ən çox 75 yaşdan yuxarı şəxslər və yoxsul regionlarda yaşayanlar məruz qalır. Qrip nəticəsində baş verən ağırlaşmalar ən çox Saxaradan cənubda yerləşən Afrika ölkələrində, Yaxın Şərq və Cənub-Şərqi Asiyada ölüm hallarına gətirib çıxarır. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının on il əvvəl dərc etdiyi hesabatda qripdən 500 minədək şəxsin öldüyü məlumat verilmişdi.

Maraqlıdır, Azərbaycanda qrip virusunun qarşısını almaq üçün Səhiyyə Nazirliyi məktəb və bağçalarda monitorinqlər aparırmı, uşaqlara buna görə hansısa dərman və ya iynə vurulurmu?

BAKU.WS xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva musavat.com-a açıqlamasında Azərbaycanda qrip olmadığını bildirdi: “Bu, qrip deyil, kəskin respirator virus xəstəliyidir. Bu il qeydə alınan kəskin respirator virusları ötən ilin 11 ayı ilə müqayisə etdikdə, 10,2 faiz azalma müşahidə olduğunu görərik. Havaların soyuq, küləkli keçməsi ilə bağlı mövsümi xarakterli olaraq kəskin respirator viruslar qeydə alınır. Ötən illə müqayisədə azalma müşahidə edilməsinə baxmayaraq nisbətən ağır keçirən xəstələrdən laborator müayinə üçün yaxmalar götürülür və taun əleyhinə stansiyaya verilir. Oktyabr ayından başlayaraq bu mövsümdə 90-dan yuxarı xəstədən laborator müayinə üçün nümunə götürülmüşdü və heç birində qrip virusları aşkar edilməmişdi. Ona görə də qrip haqqında danışa bilmərik. Hazırda respirator virus infeksiyaları var və bununla əlaqədar olaraq Səhiyyə Nazirliyi tərəfindən oktyabr ayında əmr imzalanıb. Həmin əmrə əsasən, məktəblərdə, bağçalarda və digər yerlərdə monitorinq keçirilib. Əhaliyə də müraciət olunur ki, əgər uşaqda respirator virus varsa, o, evdə qalmalı, həkimə müraciət etməlidir. Həkim təyinatı ilə müalicə olunmalıdır ki, o xəstəlik ağırlaşmaya səbəb olmasın. Eyni zamanda respirator virus infeksiyadırsa, onun yayılmasının qarşısı alınsın. Tibb müəssisələrində, məktəblərdə, bağçalarda dizenfeksiya tədbirlərinin aparılması, xəstələrin erkən aşkar olunması və müalicəyə cəlb edilməsi təmin edilir. Bizim gigiyena və epidemiologiya mərkəzləri tərəfindən iş daim nəzarətdə saxlanılır, həftəlik, günlük məlumatlar Səhiyyə Nazirliyinə çatdırılır, təhsil edilir. Xəstəlik hələ ki, ötən ilə nisbətən 10,2 faiz azalma ilə müşahidə olunur. Buna baxmayaraq, biz çalışırıq ki, yerlərdəki işçilərimiz və digər səhiyyə işçiləri bu sahədə nəzarətlərini gücləndirsinlər”.

Bu virusa yoluxmuş insanlar hər nə qədər qrip əleyhinə dərmanlar qəbul etsələr də, bir faydasının olmamasından şikayətlənirlər. Buna görə də həkim Seyfəddin Əsəd təbii yolla müalicənin daha effektiv olduğunu bildirir. Həkimin sözlərinə görə, təbii yolla 1 günə qripdən və soyuqdəymədən xilas olmaq mümkündür: “Apteklərdə tənzif satılır. İlkin olaraq onu ağıza bağlamaq lazımdır. Yaponiyada hara gedirdiksə, insanların ağzında tənziflə gəzdiyini gördük. İmmuniteti zəif olan adamlar tənzif bağlasınlar, çünki bu xəstəlik hava damcı yolu ilə keçir. İkinci isə valideyn spirtlə uşağın əlini tez-tez silməlidir. Evdə sarımsaq və soğanı doğrayıb boşqabda stolun üzərinə qoymaq lazımdır. Əgər uşaq artıq qripə yoluxubsa, iki saatdan bir onun burnuna soğan suyu tökülməlidir. Böyük adamlar suya qarışdırmır, amma uşaqlara suya qarışdıraraq tökmək lazımdır. Uşağa bir diş olmaqla səhər, günorta və axşam çörəklə sarımsaq yedirmək lazımdır. İki saatdan bir çay qaşığı və ya yarım çay qaşığı balı ağızda sovurmaq lazımdır. Buruna qara çörək otu yağı ilə tampon qoya bilərsiniz. Zoğal, qırmızı moruq mürəbbəsi ilə çay içmək və sulu xəngəl, əvəlik yemək, tərləmək lazımdır. Beləcə, bir günə qrip yox olur. Bu, mənim dəfələrlə təcrübədən keçirdiyim bir reseptdir”.

Keçmişdə yaşadığımız pis hadisələrin təsirindən necə qurtulmaq olar?

Davamlılıq və bütünlük duyğunuzu bərpa etmək üçün

Məlumatlanmaq, kiçik amma realladıra biləcəyiniz məsuliyyətlər/rollar əldə etmək, əsla sosial əlaqələrinizi itirməmək, güvəndiyiniz dostlarınız ilə qruplaşmaq, tək qalmamaq və bunu qətiyyən unutmamaq: verdiyiniz reaksiyalar normal insanların anormal vəziyyətlər qarşısında verdiyi tipik reaksiyalardır.

Siz deyil, başınıza gələn vəziyyət ANORMALdır! Fiziki baxımdan güclü ola bilmək üçün özünüzü qətiyyən unutmayın və yaxşı qidalanın. İstirahət etmək üçün özünüzə vaxt verin. İdmanla məşğul olmaq stressi azaltmağın ən yaxşı yollarından biridir.

Duyğusal baxımdan özünü ələ almaq üçün

Duyğusal baxımdan yaxın gələcəkdə sizi nələrin gözlədiyini bilin və məlumatlanın. Yaşınızı yaşamaq üçün özünüzə icazə verin, güclü görünmək üçün cəhd göstərməyin. Sizi anlayan və dəstəkləyən insanlarla əlaqənizi kəsməyin. Ətrafınızdan və ya lazım gələrsə mütəxəssisdən dəstək alın. Narahatlığınızı paylaşın.

Düşüncələrinizi toparlamaq üçün

Göstərdiyiniz reaksiyaları normal qəbul edin. Başınıza gələnin sizin nəzarətiniz xaricində olduğunu və nə etsəniz də bu kimi vəziyyətlər qarşısında hazır olmayacağını unutmayın. Ümumiləşdirmə etməkdən qaçın (bu sadəcə sizin və ya yaxınlarınızın başına gəlmədi və gəlməyəcək).

Davranışlarınızı nəzərdən keçirin:

Həyatınızı nizamlamaq lazımdır. Prioritetlərinizi dəyişə bilərsiniz. Sizin üçün mənasız olan və etmək istəmədiyiniz şeyləri sıradan çıxara bilərsiniz. Sizin üçün əhəmiyyətli olan insanlarla daha çox görüşüb, daha dərin münasibətlər yarada bilərsiniz.Bu günü yaşamağa xüsusilə çalışın.

Uşaqlara bu mövzu ilə əlaqədar kömək etmək üçün

Hər şeydən əvvəl, qorxu və narahatlıq daxilindəki uşağı başa düşmək çox əhəmiyyətlidir. Uşaqlar qorxuları mənasız və ya həddindən artıq gördüyü təqdirdə, başa düşülmədiyi hissiylə utanıb, imtina olunmuş və istənilmiş kimi hiss edə bilər. Bu da nəticədə qorxularını daha da artırır. Buna görə də uşağınızı dinləyin və danışması üçün onu cəsarətləndirin. Bəzən yetkin şəxslər daha da pis təsirlənir deyə uşaqların danışmasından və ya onların yanında danışmaqdan çəkinə bilərlər. Ailənin digər fərdlərinin danışmalarını dinləmək, duyğu və düşüncələrinin qəbul olduğunu eşitmək belə uşaqları rahatladır. Travmatik hadisələr qarşısında bəzən valideynlər özləri də qorxduqları üçün uşaqlarını rahatladıb sakitləşdirəcək gücü özlərində tapmaya bilərlə. Bu kimi vəziyyətlərdə övladınızdan duyğularınızı gizlətmətə çalışmaq əvəzində anında paylaşmağınız, övladınızın da öz hisslərini rahatlıqla paylaşması üçün fürsət yaradır.

Övladınızı rahatladacaq sözləri tapmadıqda “qorxduğunu bilirəm”,”bu qorxuducu bir duyğudur” kimi cümlələrlə duyğularınızı əks etdirməyiniz daha çox faydalı olacaq. Bu duyğuların “normal” olduğunu eşitmək belə olduqca rahatlıq vericidir. Stressli vaxtlarda ailənin biryerdə qalması son dərəcə vacibdir. Belə vaxtlarda uşaqların tərk edilmə və qoruna bilməmə qorxuları dərhal hərəkətə keçdiyi üçün hadisənin üstünə onların mümkün olduğu qədər yanında olmağınızda fayda var. Sadəcə sözlərlə deyil, etdiklərinizlə də uşağınıza güvən vermək vacibdir. “Hamımız birlikdəyik və bizə heç nə olmadı” mesajı, övladınıza duyğusal güvənlik hissi verəcək. Həmçinin gün ərzində övladınızla daha çox vaxt keçirib, onunla oynasanız, gecə daha təhlükəsiz hiss edəcək. Uşaqların yatma və yuxu problemləriylə bağlı olaraq, bir müddət üçün müəyyən qədər elastik davrana bilər. Məsələn, övladınız danışmaq istəyirsə, normaldan daha rahat davranıb çox uzun müddət sizinlə söhbət etməsinə icazə verə bilərsiniz. Lakin bu davranışlara da məhdudiyyət qoymaq vacibdir. Normal rutində edilən dəyişikliklərin (valideynlərin otağında yatmaq kimi) bir neçə gün ərzində normal vəziyyətə qyıtması lazımdır. Uşaqla birlikdə bu rutinə qayıdış günü (3-4 gündən uzun olmamaq şərtiylə) üçün anlaşılmalı və həmin gün gələndə razılığa sadiq qalınmalıdır. Mümkün olduğu qədər tezliklə gündəlik yaşantıya və evin ümumi nizamına qayıtmaqda fayda var. Xüsusilə, kiçik uşaqlarda (məktəbəqədər) rutinlərini pozmamaq üçün vacibdir. Daha böyük uşaqlardan gündəlik mümkün həyata qayıtmaqda (yemək hazırlamaq, süfrə hazırlamaq kimi) kömək istənilə bilət. Uşaqlar təqdir görməyi çox sevirlər. Əsasən də bu kimi kritik vaxtlarda mənfi, yaşlarına uyğun olmayan davranışlarına fokuslanmaqdansa, müsbət davranışlarını vurğulamaqda fayda var. Məktəbə getməyə çətinlik çəkən uşaqların mütləq şəkildə məktəbə göndərilməsi lazımdır. Bu mövzuda məktəb rəhbərlərinin dəstəyi istənilə bilər.

Simptomları nə vaxt ciddiyə almaq lazımdır və professional kömək istəməlisiniz?

Real bir təhlükəylə qarşılaşıb və ya fiziki zərər görmüş və ya buna birbaşa şahid olmusunuzsa, bu əsnada həddindən artıq qorxu, çarəsizlik və dəhşət hiss etdinizsə,

Hadisəylə bağlı xatirələriniz tez-tez təkrarlanırsa,

Tez-tez kabus görürsünüzsə,

Bəzən hadisə yenidən olurmuş kimi hiss edir və davranırsınızsa,

Hadisəni yaradan hər şeyə qarşı həddindən artıq hıssaslıq və reaksiya göstərirsinizsə,

Hər şeyə qarşı marağınızda əhəmiyyətli azalma vardırsa,

İnsanlardan uzaqlaşır və yadlaşma hiss edirsinizsə,

Bu simptomlar hadisədən 1 ay keçdikdən sonra da davam edirsə,

Bu simptomlar şəxsi, sosial və professional həyatınızda pozulmalara səbəb oldusa.

Bir çox valideynlər uşaqlarının qorxuları və narahatlıqlarının öhdəsindən gəlmələrinə kömək ola bilər. Lakin kömək edə bilmədikləri vaxt bu onların uğursuzluğu deyil. Övladınızın həddindən artıq narahat olduğunu gördüyünüz təqdirdə vaxtında professional yardım alaraq problemin böyüməsinə mane olduğunuz kimi normala qayıtma müddətini də sürətləndirmiş olursunuz

Yuxu problemləri bir neçə gecədən artıq davam edərsə,

Sizə həddindən artıq asılı vəziyyətə gələrsə və bu davranışı davam edərsə,

Qorxuları azalmaq əvəzinə gedərək artarsa, professional yardım almağınızda fayda var.

Comments are closed, but trackbacks and pingbacks are open.