Press "Enter" to skip to content

Birinci dünya müharibəsi cənubi qafqaz

Almaniyanın müstəmləkəçiliyi genişləndirmək sahəsində fəallığının artmasından qorxan Böyük Britaniya Fransa ilə yaxınlaşmağa başladı. O, 1904-cü ildə Fransa ilə hərbi müqavilə bağladı. Həmin ildə Böyük Britaniya ilə Rusiya arasında münasibətlər qaydaya salındı. Nəticədə, 1907-ci ildə onlar arasında da hərbi saziş imzalandı. Beləliklə. sözügedən sazişlər əsasında üç dövlətin “Antanta” (mənaca “razılaşma”, fransız “ententi” sözündəndir) ittifaqı formalaşdı, Nəticədə, dünyanı birinci cahan müharibəsinə sürükləyən iki-Üçlər ittifaqı və Antanta (razılıq) adlanan hərbi bloklar yaradıldı.

1-ci dünya müharibəsinin başlanması tarixçəsi

Müharibənin hazırlanması XIX əsrin sonu – XX əsrin əvvəllərində Fransa hazırlanması və Almaniya arasında ziddiyyətlər kəskin miqyas almışdı. Bu ən çox 1870-1871-ci illər Fransa-Prussiya müharibəsinin nəticələri ilə əlaqədar idi. Fransa müharibə nəticəsində itirdiyi Elzas-Lotaringiya torpaqlarını geri almaq niyyətində idi. Almaniya isə öz növbəsində hər vəchlə Fransanın Avropada güclənməsinə imkan verməmək, onu təkləmək, real müttəfıqlərindən, xüsusən Böyük Britaniya və Rusiyadan ayırmağa çalışırdı. Fransa ilə Almaniya arasında müstəmləkə məsələsi üzrə də ziddiyyət var idi. Müstəmləkə bölgüsündə çox gec iştirak etməyə başlayan Almaniya XIX əsrin 80-90-cı illərində Afrikada və Sakit okeanda bir sıra yerləri (Cənub-Qərbi və Cənub Şərqi Afrikanı, Karolin, Marian, Marşall adalarını, Yeni Qvineyanın bir hissəsini) ələ keçirmişdi. 1898-ci ildə Almaniyanın İran körfəzinədək uzanan Berlin-Bağdad dəmir yolu çəkilişini konsessiyaya götürmək razılığını alması ingilis-alman münasibətlərini daha da kəskinləşdirmişdi.Fransanın da Afrikada və Cənub-Şərqi Asiyada müstəmləkəçilik siyasətini gücləndirməsi bu ziddiyyətləri daha da dərinləşdirdi.

XIX əsrin axırlarında İngiltərə də Afrikada və Cənubi Asiyada mövqelərini möhkəmləndirdi. O, Cənubi Afrikanı tutmağa başladı. Şimali və Cənubi Rodeziyanı öz müstəmləkəsinə çevirdi. Uqandanı, Keniyanı, Nigeriyanı, Somalinin bir hissəsini ələ keçirdi. Sudanın zəbt edilməsini başa çatdırdı. İngiltərə Okeaniya adalarında möhkəmləndi.

ABŞ-ın hakim dairələri Mərkəzi və Cənubi Amerikada, Sakit okeanda və Şərqi Asiyada nüfuzlarını artırmaq siyasətini gücləndirdilər. ABŞ 80-ci illərdə Havay adalarını ələ keçirdi, 1887-ci ildə burada Perl-Harbor hərbi bazasını yaratdı

Müstəmləkə dövlətləri sırasına Yaponiya da daxil oldu. O, hələ XIX əsrin 70-ci illərində Uzaq Şərqdə müstəmləkə əldə etmək yoluna qədəm qoymuşdu. 1894-cü il Yapon-Çin müharibəsində qələbə çalan Yaponiya Lyaodun yarımadasını, Tayvan və Penxuledao adalarını ələ keçirdi. 1899-cu ildə o, Avropa ölkələri və ABŞ tərəfindən qəbul et dirilmiş qeyri bərabər hüquqlu müqavilələrin ləğv olunmasına nail oldu. O, 1904- 1905-ci illər Rus-Yapon müharibəsində qələbə çalaraq Lyaodun yarımadasının bir hissəsini, Cənubi Mançuriya dəmir yolunu və Cənubi Saxalini ələ keçirdi, Koreya üzərində xüsusi hüquqa malik oldu, 1910-cu ildə isə onu öz müstəmləkəsinə çevirdi.

Beləliklə, XIX əsrin sonu-XX əsrin əvvəllərində dünyanın iri dövlətlər arasında bölüşdürülməsi başa çatdırıldı. Bundan sonra bölünmüş dünyanı yenidən bölüşdürmək uğrunda mübarizə başlandı.

Bu məqsədlə ilk növbədə hərbi siyasi bloklar yaradıldı. 1879-cu ildə Almaniya Avstriya-Macarıstanla Rusiya əleyhinə çevrilmiş gizli müqavilə imzaladı. Fransa ilə münasibətləri pisləşmiş İtaliya 1882-ci ildə sözügedən müqaviləyə qoşuldu. Beləliklə, Rusiya və Fransaya qarşı çevrilmiş Üçlər ittifaqı formalaşdı.

Hadisələrin sonrakı inkişafı göstərdi ki, Üçlər ittifaqının yaradılması birinci dünya müharibəsinin hazırlanmasından xəbər verən əlamətlərdən biri idi. Bu, həm də Fransa və Rusiyanın iqtisadi və siyasi cəhətdən yaxınlaşması üçün marağı artırdı. 18911893-cü illərdə sözügedən ölkələrin nümayəndələri Almaniya və Avstriya-Macarıstanın ola biləcək hücumlarına qarşı hərbi-siyasi ittifaq bağlamaq barədə danışıqları başa çatdırdılar. Onlar razılığa gəldilər ki, imzalanacaq saziş Üçlük ittifaqının mövcudluğu müddətində öz qüvvəsini saxlayacaqdır.

Almaniyanın müstəmləkəçiliyi genişləndirmək sahəsində fəallığının artmasından qorxan Böyük Britaniya Fransa ilə yaxınlaşmağa başladı. O, 1904-cü ildə Fransa ilə hərbi müqavilə bağladı. Həmin ildə Böyük Britaniya ilə Rusiya arasında münasibətlər qaydaya salındı. Nəticədə, 1907-ci ildə onlar arasında da hərbi saziş imzalandı. Beləliklə. sözügedən sazişlər əsasında üç dövlətin “Antanta” (mənaca “razılaşma”, fransız “ententi” sözündəndir) ittifaqı formalaşdı, Nəticədə, dünyanı birinci cahan müharibəsinə sürükləyən iki-Üçlər ittifaqı və Antanta (razılıq) adlanan hərbi bloklar yaradıldı.

XX əsrin əvvəllərində beynəlxalq münasibətlərdə gərginlik meyli daha da gücləndi. Bu da, öz növbəsində qabaqcıl ölkələrdə silahlanmanı və iqtisadiyyatın hərbiləşdirilməsini artırdı. Bunların arasında Almaniya və Yaponiya xüsusi ilə fərqlənirdilər. 19051914-cü illərdə hərbi xərclərin ümumi miqdarı dəfələrlə artdı. 1914-cü il üçün Avropanın iri ölkələrində silahlı qüvvələrin sayı 4,5 milyon nəfərə çatdı.

Müharibənin başlanması Beynəlxalq siyasi şəraitin olduqca kəskinləşməsi dünya müharibəsi təhlükəsinin yaxınlaşdığından xəbər verirdi. Onun başlanması üçün əsas bəhanə 1914-cü il iyunun 15(28)-də Avstriya-Macarıstan taxt-tacının varisi Frans Ferdinandın Bosniyanın paytaxtı Sarayevo şəhərində “Gənc Bosniya” millətçi təşkilatının üzvü Qavrilo Prinsip tərəfindən qətlə yetirilməsi oldu. Almaniya kayzeri II Vilhelmin dəstəyi ilə Avstriya-Macarıstan , iyulun 10(23)-də Serbiyaya, onun daxili işlərinə qarışmaq hüququ verilməsi tələbilə ultimatum verdi. Serbiya tərəfindən ultimatumun qəbul olunması onun milli suverenlikdən imtina etməsi demək olardı. Serbiyanın ultimatumda göstərilən bir sıra tələbləri yerinə yetirməyə razılıq verməsinə baxmayaraq Avstriya-Macarıstan 1914-cü il iyulun 15(28)-də ona müharibə elan etdi. Bu, Balkanlarda böyük marağı olan

Antanta dövlətlərini narahat etməyə bilməzdi. Buna görə də ertəsi gün
Rusiya ölkədə qismən səfərbərlik elan etdi. İyulun 19(avqustun 1də)-da Almaniya Rusiyaya, iyulun 21(avqustun 3-də)-də onun müttəfiqi Fransaya müharibə elan etdi. İyulun 22(avqustun 4-də)də Almaniya Belçikanın ərazisindən Fransaya hücum etmək məqsədilə onun bitərəfliyini pozdu. Bunu görən İngiltərə iyulun 23(avqustun 5-də)-də Almaniyaya müharibə elan etdi. Bir az sonra Almaniya və Avstriya-Macarıstan tərəfdən Türkiyə və Bolqarıstan müharibəyə girdilər. 1917-ci ilin aprelində Antanta ölkələri tərəfdən ABŞ müharibəyə daxil oldu.

Beləliklə, 1914-cü il avqustun l-də ümumən 1,5 milyard nəfər əhalisi olan (bu planet əhalisinin 87%-i demək idi) 38 ölkənin iştirak etdiyi birinci dünya müharibəsi başlandı. Müharibə dövründə 73,5 milyon nəfər adam hərbi səfərbərliyə alınmışdı. Öz səbəb və xarakterinə görə bu müharibə Avropa qitəsində hökmranlıq, bölünmüş dünyanı yenidən bölüşdürmək, müstəmləkələri, nüfuz və kapital qoyuluşu dairələrini yenidən paylaşdırmaq, ucuz xammal bazarları və öz mallarını satmaq üçün bazarlar əldə etmək uğrunda iki dövlətlər qrupu -Üçlər ittifaqı və Antanta arasında hərbi münaqişə idi. Müharibə XIX əsrdə və XX əsrin əvvəllərində kapitalist dünyasının inkişafının nəticəsi idi. O, elə bir dönüş dövründə baş vermişdi ki, artıq bu vaxt azad sahibkarlıq kapitalizminin klassik nümunəsinin imkanları tükənmişdi. Cəmiyyət həyatının iqtisadi, sosial, mənəvi sahələrini əhatə edən böhran əlamətləri özünü biruzə verməyə başlamışdı.

Müharibə tez bir zamanda Belçika və Fransanı, Şərqi Prussiya və Qalisiyanı, Serbiya və Fələstini, Cənubi Qafqaz və Afrikanı, bütün okeanları əhatə etmişdi.

Birinci dünya müharibəsi cənubi qafqaz

1917-ci ilin fevralında inqilab nəticəsində Rusiya İmperiyasında 300 illik hökmranlıq etmiş Romanovlar sülələsi devrildi. Cənubi Qafqazın idarəsini nəzarətdə saxlamaq üçün Müvəqqəti hökumət tərəfindən Xüsusi Komitə yaratdı. Lakin Kerenskinin başçılıq etdiyi müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədiyindən bu təşəbbüsün də ömrü qısa oldu. V.Leninin rəhbərliyi ilə bolşeviklər partiyası 1917-ci ilin oktyabrında çevriliş edərək hakimiyyəti ələ keçirdi. Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar hakimiyyət dəyişikliyi nəticəsində Petroqrada və Moskvaya gedə bilmədiklərinə görə 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar.
1917-ci ilin oktyabr çevrilişindən sonra baş verən vətəndaş müharibəsi dövründə həm ağlar, həm də qırmızılar Cənubi Qafqazı öz nəzarətlərində saxlamaqda israrlı idilər. 1918-ci ilin mayın ayında RSFSR-in xarici işlər üzrə komissarının müavini Çeçerin Almaniyanın diplomatik nümayəndəsi Mirbaxa göndərdiyi notalarda Cənubi Qafqazın Rusiyadan ayrılmasını və müstəqil Zaqafqaziyanı tanımayacaqlarını [8, s. 285], Osmanlı imperiyası ilə danışıqlar masasında oturan tərəflərin Cənubi Qafqazın geniş xalq kütlələrini təmsil etmədiyini bildirərək, gedən müzakirələrdə Rusiyanın da iştirakını tələb edir [8, s. 302-303]. 1918-ci ilin martında Azərbaycan ərazisində Bakı xalq komissarları sovetinin sədri, RSFSR-in Qafqaz üzrə fövqəladə komissarı S. Şaumyanın dəstəyi ilə daşnaklar tərəfindən törədilən qırğınlar çar Rusiyası dövründə təməli qoyulmuş tandemin davamı idi. 1919-cu il aprelin 25-də Tiflisdə Qafqaz konfransı işə başladı. Konfransda Azərbaycan, Dağıstan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə yeni yaranmış dövlətlərin bir çox problemləri siyasi, iqtisadi və maliyyə məsələləri, eləcə də sərhəd problemləri müzakirə edildi. Bu zaman məlum oldu ki, region ölkələri arasında ərazi-sərhəd məsələləri ilə bağlı kəskin ziddiyyətlər mövcuddur. Dağıstanın Ağ qvardiyaçı gene­ral Denikinin könüllü ordusu tərəfindən işğalı konfransı öz işini dayandırmağa məcbur etdi. İmperiyanın sərhədlərini bərpa etmək iddiasında olan Denikin“Vahid və bölünməz Rusiya” şüarı ilə 1919-cu ilin yazında Dağıstan Dağlılar Respublikasına soxuldu və Dərbəndi işğal etdi. Əvvəl verdiyi bəyanatlarda da Çar generalının Azərbaycana qarşı təcavüzkar, qərəzli niyyəti olduğu məlum idi. Bu məsələ ilə bağlı respublika parlamentinin çağırılmış fövqəladə iclasında qəbul olunmuş qərara görə sərhədlərin təhlükəsizliyini təmin etmək üçün Dövlət Müdafiə Komitəsi yaradılaraq bütün hakimiyyət səlahiyyəti ona veril­di.
Denikinin “könüllülər ordusu” 1919-cu ilin əvvəllərində Şimali Qafqazda əhəmiyyətli strateji üstünlüyü ələ keçirərək, Dondan Vladiqafqazadək rus ordu komandanlığını elan etdi. 1919-сu il fevralın 11-də general Deniki­nin qoşunları Vladiqafqazı və Qroznunu tutdu. Martın əvvəllərində isə Simali Qafqaz Dağlı Respublikasının ərazisini işğala başlayaraq, bu respublikanın hökumətindən hakimiyyətdən imtina etməsini tələb etdi. 1919-cu ilin əvvəllərindən başlayaraq Denikin qoşunlarının Şimali Qafqaza etdikləri basqınlar Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyinin ciddi narahatlığına səbəb olmuşdu. Cümhuriyyətin Nazirlər Şurasının sədri və xarici işlər naziri F.X. Xoyskinin 1919-cu il martın 6-da müttəfiqlər qoşunlarının Bakıdakı baş komandanı general Tomsona göndərdiyi notada xahiş edilirdi ki, bütün Qafqazı bürüyə biləcək yanğının qarşısını almaq məqsədilə Denikin ordusunun Qafqaz Dağlı respublikasına qarşı törətdikləri təcavüz dərhal dayandırılsın və denikinin könüllü ordusunun Dağlı respublikasının hüdudlarından çıxarılması üçün qəti tədbirlərin görülsün. Lakin F. Xoyskinin diplomatik səylərinə baxmayaraq hökumətin təqdim etdiyi notaya pozitiv reaksiya göstərilmədi, Denikin ordusunun Dağlı Respublikasının ərazisindən çıxarılması istiqamətində Tomsonun başçılıq etdiyi Bakıda yerləşən Antanta qoşunlarının baş komandanlığı tərəfindən hər hansı bir tədbir görülmədi.
Niyyətlərini beynəlmiləlçilik ideyaları ilə maskalamış bolşeviklərdən fərqli olan ağların Qafqaz cəbhəsinə başçılıq edən, Rus Ordusunun Ali Baş Komandanının müavini Denikin 1919-cu il dekabrın 12-də Parisə göndərdiyi teleqrafda “Ali komandanlığın əsas vəzifəsinin Rusiya imperiyasının ərazi bütövlüyünün bərpası olduğunu, təsadüfən meydana çıxmış dövlət birləşmələrinin İmperiyanın sərvətlərini israf etməyə imkan verilməyəcəyini, xarici şirkətlərin Ali Baş Komandanlıq xaricində başqa qurumlarla bağladıqları müqavilələrin hüquqi əsasının olmadığını” bildirirdi [4, v. 18]. Denikin Azərbaycan və Ermənistan arasındakı müharibə vəziyyətində tərəf kimi ikincini seçmişdi və bu da təbii idi. Belə ki, o, Azərbaycan ordusunda qulluq edən rus zabitlərinə Azərbaycanın Ermənistana qarşı düşmənçiliyini əsas gətirərək dərhal istefa vermələrini əmr edirdi [4, v. 23]. Paris Sülh Konfransına gedəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov Denikin hökumətinin nümayəndəsi Sazonovla görüşündə, onu “vahid və bölünməz Rusiya” uğrunda mübarizə ideyasından çəkindirməyə çalışırdı.
Azərbaycanın beynəlxalq aləmdə tanınmasına baxmayaraq, ölkənin şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı. 1919-cu il iyunun 27-də Azərbaycan və Gürcüstan Denikin təhdidinə qarşı sərhədlərin birgə müdafiəsi və hərbi əməkdaşlıq haqqında müqavilə imzalandı. Ermənistan isə Rusiya əleyhinə hər hansı bir ittifaqa qoşulmaqdan imtina etdi [5, s. 107]. 1920-ci il yanvarında Sovet Rusiyasının xarici işlər komissarı G.Çiçerin ADR-in xarici işlər naziri F. Xoyskiyə göndərdiyi notada Azərbaycan hökümətini Denikinə qarşı mübarizədə qeyri səmimilikdə ittiham edirək Azərbaycan hökumətinə göndərdiyi notada Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi [10, v. 77]. Sovet hökumətinin əsas məqsədinin yeni yaranmış respublikanı Denikinlə qeyri-bərabər hərbi münaqişəyə cəlb edərək zəiflədib, sonra isə onun istiqlaliyyətinə son qoymaq olduğunu Azərbaycan rəhbərliyi yaxşı başa düşürdü. Buna görə də AXC-nin xarici işlər naziri F.Xoyski Denikinlə Sovet hökuməti arasındakı mübarizənin rus xalqının daxili işi olması və Azərbaycan hökumətinin Rusiyanın daxili işinə qarışmaq niyyətində olmadığını cavab notasında bildirirdi [4, v. 77]. Yəni göndərdiyi notalarda Çiçerin Azərbaycanın müstəqilliyinə münasibətini bildirməyərək Azərbaycan hökumətini Denikinə qarşı mübarizə aparmaqdan yayınmaqda ittiham edirdi.
Bir başqa tərəfdən Brest-Litovsk müqaviləsindən kənara çıxılaraq Bakının Osmanlı ordusu tərəfindən tutulması sovet rusiyası ilə Almaniya arasında diplomatik böhrana gətirmişdi [86, s. 496].
Sovet Rusiyası vətəndaş müharibəsində əsas rəqiblərini məğlub etdikdən sonra onun ilk işi 1917-ci il çevrilişi nəticəsində faktiki olaraq nəzarətindən çıxmış keçmiş imperiya sərhədlərini bərpa etmək oldu. Bu siyasət Cənubi Qafqazdan da yan keçmədi.
Denikin qoşunlarının dağıdılması və Qızıl Ordunun mart ayı ərzində Stavropol, Pyatiqorsk, Armavir və Novorossiysk şəhərlərini işğal etməsi regiondaki hərbi-strateji vəziyyəti kökündən dəyişdirdi. Neftlə zəngin olan Bakı, həmçinin bütün Güney Qafqaz üzərində V.İ.Leninin sözlərinə görə “son dərəcə lazımlı olan” nəzarəti əldə etmək arzusu bəsləyən Sovet Rusiyası, Türkiyə tərəfindən gözlənilmədən dəstək aldı, öz növbəsində Türkiyənin Antanta ilə mübarizədə şimal qonşusunun dəstəyinə ehtiyacı var idi. Aprel ayının 27-28-də XI Qızıl Ordu və yerli boşeviklər tərəfindən həyata keçirilən uğurlu Bakı əməliyyatı Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin ləğvinə və Xəzər dənizinin Astaraya qədər bütün qərb sahilində sovet nəzarətinin bərqərar olmasına gətirib çıxardı. Aprelin 28-də Azərbaycan Sovet Respublikasının müvəqqəti- inqilabi komitəsi Rusiya xalq komisarları sovetinin sədri V.İ. Leninə göndərdiyi teleqramda “Musavat hökümətini xain və azərbaycan zəhmətkeşlərinin və müstəqilliyinin düşməni olduğunu bildirərək, Rusiyanın düşməni olan Antanta ölkələri ilə bütün əlaqələrin kəsildiyini elan edir. Həmçinin dünya imperaliz­mi ilə mübarizədə öz güclərinin olmadığına görə sovet Rusiyasına ittifaq təklifi edirək, kömək üçün qırmızı ordu birliklərinin göndərilməsini xahiş edir.” [8, s. 489-490].
Burada bir məqamı diqqətə almaq lazımdır ki, yenə də Ukrayna və Rusiyanın mərkəzi qara torpaq əyalətlərindən fərqli olaraq bolşeviklərin Cənubi Qafqaz siyasəti fərqli idi. Belə ki, əgər yuxarıda adı çəkilən bölgələrdə Mərkəzin tapşırığı ilə əhalidən ərzaq məhsulları kütləvi şəkildə məcburən toplanırdı və sovet ordusu Azərbaycana gəldiyi ilk günlərdə bu qaydanı tətbiq etməyə başlasa da Rusiya Kommunist Partiyasının mərkəzi komitəsinin siyasi bürosunun 1920-ci il 20 noyabr tarixli qətnaməsində Azərbaycanla bağlı ərzaq siyasətini yumşaltmaq Muğan zonasında ərzaq toplanışında ehtiyyatlı olmaq, Muğan ətrafı ərazilərdə isə ümumiyyətlə əhalidən heç nə yığılmaması, buraya hərbi gücü arıtmaq üçün əlavə 7 diviziya göndərilməsi və müsəlman kommunistlərin səfərbər edilərək göndərilməsi qərarı alınır [7, s. 47]. Xəzər uğrunda döyüşün son və olduqca təsiredici akkordu 1920-ci ilin may ayında həyata keçirilən VXHD-nin Ənzəli desant əməliyyatı oldu. Nəticədə 36-cı ingilis piyada diviziyası Rəştə tərəf çəkilmək məcburiyyəti qarşısında qaldı. 1920-ci ilin iyul ayının əvvəlində ingilislər Batumu tərk etdilər. 1920-ci il noyabr ayının 29-da XI Qızıl Ordu tərəfindən Ermənistan Respublikası tutulsa da faktiki olaraq onu Türkiyə ilə bağlamış olduğu alçaldıcı sülh müqaviləsindən azad etdi. RSFSR-in xalq komisarları sovetinin sədri V. Lenin həmən ilin dekabrın 2-də Ermənistan hərbi-inqilabi komitəsinin başçısı S. Kasyana göndərdiyi teleqramda Ermənistanın Azərbaycan və Türkiyə ilə konfliktli vəziyyətini nəzərdə tuta­raq “. Şübhə etmirəm ki, Siz Ermənistanın Türkiyə və Azərbaycan zəhmətkeşləri ilə qardaşlıq həmrəyliyinin yaradılması üçün əlinizdən gələni edəcəksiniz” deyir [7, s. 54].
Lakin sovet Ermənistanı yarandığı ilk gündən öz daxili resursları hesabına yaşamağa qadir dövlət olmadığını göstərməyə başlayır. Belə ki, erməni komunistlərinin nümayəndə heyyətinin Moskvaya səfərindən sonra 1920-ci il dekabrın 13-də RSFSR-in xalq komisarları soveti Ermənistana qızıl pul ilə 600 min rubl yardım etmək qərarı alır. 1921-1922-ci illərdə isə sovet Rusiyasından Ermənistana dəmir yolu vasitəsi ilə buğda, çörək, gündəlik təsərrüfat malları, şəkər və s. Göndərilir. Bu illərdə Rusiya ilə yanaşı sovet Azərbaycanı da ayaqları üzərində dura bilməyən Ermənistana donor dövlət kimi yardım edərək buğda, neft və neft məhsulları göndərir [6, s. 306]. Beləliklə, Güney Qafqaz uğrunda uzunmüddətli və gərgin hərbi-siyasi mübarizə Sovet Rusiyasının xeyrinə başa çatdı.
1918-ci ilin mayında yaranmış müstəqil Azərbaycan dövləti 1920-ci il aprelin 28-də işğal edildikdən sonra müstəqil dövlətin bütün atributları bolşeviklər tərəfindən saxlanılsa da, respublikaya daxili və xarici real nəzarət Moskvanın əlində idi.
Sovet Rusiyası XI ordunun Azərbaycanı işğalı ərəfəsində Gürcüstana bitərəf olacağı təqdirdə müstəqilliyini tanımaq və AXC ilə bağladığı bütün müqavilələrin qüvvədə qalacağı barəsində verdiyi vəədlərini yerinə yetirmək fikrində deyildi.
Azərbaycan Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsi Siyasi Bürosunun 1920-ci ilin 12 avqust tarixli iclasında “Gürcüstana neft buraxmayıb. Köhnə- danışıqları uzatma siyasətini davam etdirmək” qərarı alınır [2, v. 7]. Yenə həmən ilin 27 avqust tarixli iclasında Gürcüstanla heç bir halda ticarət müqaviləsi bağlamamaq, Azərbaycanda daşnaklara qarşı aparılan mübarizəni Ermənistanın kommunistlərə qarşı apardığı repressiyaya cavab kimi bildirmək, bu mövzuları Çiçerin və Kirovla məşləhətləşmək qərarı alındı [1, v. 2]. Azərbaycan Respublikasının Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun 15 iyul 1920-ci il tarixli iclasında isə azərbaycanlı kommunistlər Nərimanov, Mirzə Davud, Dadaş Bünyadzadə ilə yanaşı, Yeqorovun, Mikoyanın, Ordjenikidzenin, Stasovun, Ermənistan təmsilçisi Leqeranın və XI qırmızı ordu nümayəndəsinin iştirakı ilə Gürcüstan ilə Ticarət müqaviləsi müzakirə olundu. Burada Gürcüstanın Bakı neftini Vrangelə göndərəcəyi əsas gətirilərək qərara alınır ki, Azərbaycanın Rusiya ilə ümumi iqtisadi siyasəti olduğu üçün, yalnız Rusiyanın neft və neft məhsulları ilə tam təminatından sonra əgər artıq qalarsa, Gürcüstana da həmçinin yanacaq verilməsindən söhbət gedə bilər [3, v. 14].
1921-ci il fevralın 25-də isə Gürcüstan Sovet Rusiyasının nəzarətinə keçir. 1921-ci il fevral ayının 25-də isə Gürcüstan Respublikası sovet ordusu tərəfindən işğalını Serqo Orcenikidze Bakıdan Leninə göndərdiyi “Tiflis üzərində artıq sovet bayrağı dalğalanır. Yaşasın Sovet Gürcüstanı” teleqramı ilə bildirir [9, s. 454].
Gürcüstanda sovet hakimiyyətinin qurulması ilə Cənubi Qafqazın Rusiya tərəfindən işğalı başa çatdı. Bu işğal ancaq heç bir iqtisadiyyatı, təbii sərvəti, dənizə çıxışı olmayan, Türkiyə ilə müharibədə uduzub onun alçaldıcı sülhə gedən Ermənistan üçün çox əlverişli oldu.

İstifadə edilmiş ədəbiyyat

1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi: Fond №1, siyahı №1, iş №23
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi: Fond №1, siyahı №1, iş №24
3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi: Fond №1, siyahı №1, iş №18
4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi: Fond №268, siyahı №20, iş №12
5. Багирова И. Интеграционные процессы на Южном Кавказе и политика великих держав в исторической ретроспективе хх века. Кавказ & Глобализация, том 1 (2), 2007
6. История армянского народа древнейших времён до наших дней/под редакцией проф. М. Г. Нерсисяна. Ереван: Издательство Eреванского университета, 1980, 454 cтр.
7. Ленин В.И. Полное собрание сочинений в 55 томах (5-е издание). Том 42. Москва: Издательство политической литературы, 1970, 633 с.
8. Министерство Иностранных Дел СССР. Документы Внешней Политики СССР. 1 Том. Москва: Государственное Издательство Политической Литературы, 1958, 805 стр.
9. Рейфилд Д. Грузия. Перекресток империй. История длиной в три тысячи лет. Москва: КоЛибри, Азбука-Аттикус, 2017, 608 с.

Açar sözlər: Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Zaqafqaziya, Çiçerin, Xoyski, Sovet, bolşevik, kommunist, işğal.

Pезюме
Политика России на Южном Кавказе в годы гражданской войны (1917-1922)
Начиная с XVIII века Российская империя начала проводить активную, агрессивную политику в Южно Кавказском регионе. Этот регион был в центре внимания даже в самые критические времена. Наиболее ярким примером этого является период гражданской войны (1917-1922 гг.), когда и “белые”, и “красные” не смотря появлению независимых государств в регионе пытались восстановить границы раздробленной империи.

Ключевые слова: Азербайджан, Грузия, Армения, Россия, Закавказье, Чичерин, Хойский, Советский, Большевик, коммунист, оккупация.

Summary
Russia’s policy in the South Caucasus during the civil war (1917-1922)
Starting from the 18th century, the Russian Empire began to pursue an active, aggressive policy in the South Caucasus region. This region was in the spotlight even in the most critical times. The most striking example of this is the period of civil war (1917–1922), when both the “white” and the “red”, despite the emergence of independent states in the region, tried to restore the borders of a fragmented empire.

Key words: Azerbaijan, Georgia, Armenia, Russia, Transcaucasia, Chicherin, Xoyski, Soviet, Bolshevik, communist, occupation.

“GEOSTRATEGİYA” jurnalı №04 (52) İyul-Avqust 2019

Birinci Dünya müharibəsinin məqsədlərindən biri Cənubi Qafqazı ələ keçirmək və Azərbaycanın enerji ehtiyatlarına yiyələnmək olub
“Kapellhaus”da Almaniya professorunun Birinci Dünya müharibəsi dövründə dünya nizamına həsr olunmuş mühazirəsi keçirilib

Birinci Dünya müharibəsinin 100 illiyi ilə əlaqədar Bakıda keçirilən Alman-Fransız anım həftəsi çərçivəsində noyabrın 26-da “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində alman tarixçi alimi, professor Volker Venax “Meqalomaniya əməliyyatı: Almaniya və Zaqafqaziya regionu Birinci Dünya müharibəsi dövründə” məruzəsi ilə çıxış edib.

Məruzə başlanmazdan əvvəl qeyd edilib ki, iki ölkənin səfirlikləri tərəfindən təşkil olunmuş birgə tədbir rəmzi məna daşıyır, yüz il bundan əvvəl Birinci Dünya müharibəsində iştirak etmiş iki xalq arasında dostluq və əməkdaşlığı təcəssüm etdirir.

Bildirilib ki, tarixçi alim, professor V.Venax Almaniyada anadan olub və təhsil alıb. Sonra o, bir neçə il Tbilisi Dövlət Universitetində Cənubi Qafqaz mövzusuna həsr olunmuş dissertasiya üzərində işləyib.

Böyük maraqla dinlənilmiş mühazirə Birinci Dünya müharibəsi dövründə dünya nizamına həsr olunub. Qeyd edilib ki, meqalomaniyadan (böyüklük maniyasından) əziyyət çəkən Almaniya reyxinin planlarında yeni, kifayət qədər ucqar əraziləri, xüsusən Cənubi Qafqaz regionunu ələ keçirmək və Azərbaycanın enerji ehtiyatlarına yiyələnmək niyyətləri olub. Dünyanı dəyişdirmək məqsədilə imperialist dövlətlər tərəfindən başlanan genişmiqyaslı hərbi əməliyyatlar böyük dağıntılara, məşəqqətlərə və milyonlarla ölçülən insan tələfatına səbəb olub.

Tədbirdə iştirak edən AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə və bu institutun beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin müdiri, professor Həsən Əlibəyli “Qloballaşma dövründə Birinci Dünya müharibəsi fenomeni haqqında” və “Birinci Dünya müharibəsi illərində İngiltərə-Rusiya İttifaqının qəsbkarlıq siyasətinin siyasi-hüquqi əsasları” məruzələri ilə çıxış etmiş, alman tarixçisinin mühazirəsinin elmi dəyəri, tarixi dəqiqliyi və məzmunu barədə öz rəylərini bildirmişlər.

Alimlər əminliklə söyləyiblər ki, mühazirə gənclərdə maraq doğuracaq. Bütün hərbi əməliyyatların faciəsi və ağır nəticələri barədə onlarda düzgün təsəvvür olmalıdır, belə faktlar romantikləşdirilməməlidir.

Sonda alimlər tədbir iştirakçılarının suallarına cavab veriblər.

Tədbir çərçivəsində XX əsrin əvvəllərində Berlinin və Parisin görüntülərini əks etdirən fotoşəkillərin sərgisi təşkil olunub.

Tədbirdə Almaniyanın və Fransanın Azərbaycandakı səfirliklərinin əməkdaşları, gənclər, tələbələr, jurnalistlər iştirak ediblər.

Comments are closed, but trackbacks and pingbacks are open.