Press "Enter" to skip to content

Birləşdirmələr

Radial yerləbirləşmə sistemləri ümumi yerləbirləşmə sisteminə ancaq bir nöqtədə birləşdirilir (şəkil 1).

Şəkil 2. Ampermetr-voltmetr metodu ilə yerləbirləşmə müqavimətinin (R

Ölçmə zamanı dəyişən jərəyan mənbəyi qismində qaynaq transformatorundan, YS-ın xüsusi sərfiyyat transformatorundan və xüsusi generasiya aqreqatından istifadə oluna bilər.

Burada da sxemin elektrodlarla əlaqə naqili qismində HEVX-nin məftilləri, elektrodlar qismində isə dayaqların yerləbirləşdirijisi istifadə olunur. Amma ölçmənin nətijəsini təhrif edə biləjək potensialın mümkün olması səbəbindən burada iki EVX-dən istifadə olunmalıdır. Bu zaman xətlərin gərginlik sinfinin heç bir əhəmiyyəti yoxdur. Burada əsas, xəttin uzunluğunun 5D-dən çox olmasıdır. Göstərilən ölçmə nəinki Ry-ni və onun tələb olunan normaya uyğun olmasını qiymətləndirməyə imkan verir, həm də normaları analiz etməyə, yerləbirləşmə konturunun üstünün torpağının təmizlənməsinə sərf olunan əməyi azaltmağa, zədələnmə yerinin axtarışını məqsədəuyğun aparmağa imkan verir.

HEVX dayaqlarının yerləbirləşmə müqavimətinin ölçülməsi.

İldırımdan mühafizə trosu olmayan yaxud ildırımdan mühafizə trosu birləşdirilməmiş HEVX dayaqlarının yerləbirləşmə müqavimətinin ölçülmə metodu yarımstansiyanın yerləbirləşmə müqavimətinin ölçülmə metodundan praktiki olaraq çox az fərqlənir.

HEVX-nin dayaqlarında böyük ölçülü yerləbirləşdiriji qurğu nadir hallarda istifadə olunduğuna görə çox hallarda ikişüalı çxem üzrə elektrodları yerləşdirməklə kifayətləndiriji nətijəni almaq olar. Bu zaman elektrodlar arasında olan məsafə

nisbətini təmin etməlidir. Bu halda ryp məsafəsi yerləbirləşdiriji qurğunun kənarından (qırağından) ölçülməlidir və bütün hallarda dayaqla potensial elektrodu arasındakı bu məsafə 30 m-dən çox olmalıdır.

burada, D-2 şüalı sxemdə yerləbirləşdiriji qurğunun konturunun böyük dioqanalıdır.

Dayağa birləşdirilmiş ildırımötürən trosu dayaqdan aralamaq mümkün olmadıqda yaxud onun aralanması məqsədəuyğun olmadıqda dayağın yerləbirləşdirmə müqavimətini, bunun üçün xüsusi işlənmiş və hazırlanmış jihazlarla (impuluslu və s.), jərəyanölçən kəlbətinlərindən istifadə olunmaqla, həmçinin Rusiyanın Sibir elmi-tədqiqat enrgetika institutunda (Sib ETEİ-SibNİİG) işlənmiş metodla ölçmək olar.

Jərəyanölçən kəlbətinlə ölçmə metodu dayağın bütün yerləbirləşdiriji hissələrindən: endirimlərindən, ayaqlıqlarından yaxud kənar birləşdirijilərindən axan jərəyanlar jəminin və sıfır potensialı zonasında yerləşən köməkçi elektroda nəzərən yerləbirləşdiriji endirimin patensialının ölçülməsinə əsaslanır. Bu zaman yerləbirləşdirmə müqaviməti potensialın ümumi jərəyana nisbəti kimi təyin edilir. Yüklənmiş 110 kV-luq HEVX-də dayaqdan yerə axan jərəyan yüzlərlə milliamperdən bir neçə amperə qədər olur. Sibir elmi-tədqiqat enrgetika institutunun metodu iki potensial P1 və P2 və iki ədəd jərəyan elektrodlarından (müqayisəli–MÜ və köməkçi jərəyan-KJ) istifadə olunmağa əsaslanır.

Göstərilən elektrodların və nəzarət olunan YQ-nin qarşılıqlı yerləşməsi şəkil 1-də verilmişdir.

Şəkil 1. SibETEİ-nin metodu üzrə dayaqlardan trosu aralamadan dayağın yerləbirləşmə qurğusunun müqavimətinin ölçülməsi zamanı elektrodların qarşılıqlı yerləşməsinin sxemi

Bu metodun həyata keçirilməsi zamanı ölçmə jihazı qismində yerləbirləşməni ölçən, seriya ilə istehsal olunan jihazlardan, həmçinin geofiziki komplektlərin jihazlarından istifadə oluna bilər. Ölçülən kəmiyyətlərin qiymətinin çox kiçik olduğunu nəzərə alaraq ola bilər ki, bu jihazların əlavə güjləndiriji ilə təjhiz olunması lazım olsun.

Ölçmə avtonom jərəyan mənbəyinin və ölçmə jihazlarının qoşulması ilə şəkil 2-də göstərilən sxemlər üzrə üç dəfə təkrarlanır. Bu zaman şəkil 2. a, b, j-də verilmiş sxemlərə müvafiq, ardıjıl olaraq R1, R2, R3-ün qiymətləri təyin olunur.

Dayağın yerləbirləşdiriji qurğusunun axtarılan Rx müqaviməti (siqnal güjləndiriji artırması olmayan jthazdan istifadə olunduqda) aşağıda verilmiş formula ilə təyin olunur:

Şəkil 2. SibETEİ-nin metodu üzrə ölçmə zamanı ölçmə jihazlarının qoşulmasında istifadə olunan üç ardıjıl variantın sxemləri

Ildırım cərəyanının parametrləri.

İldırım cərəyanının parametrləri onun mexaniki və termiki təsirlərini hesablamaq, həmçinin elektromaqnit təsirindən mühafizə vasitələrini normallaşdırmaq üçün lazımdır.

İldırım cərəyanının təsirinin təsnifatı

İldırımdan mühafizənin hər bir səviyyəsi üçün ildırım cərəyanı parametirlərinin verilən hədd qiymətləri təyin edilir. Bu təlimatda verilən məlumatlar ildırımlı buluddan yerə və yerdən ildırımlı buluda doğru inkişaf edən ildırım boşalmalarına aiddir.

İldırım boşalmalarının qütblüyü (mənfi yaxud müsbət) coğrafi məkandan asılıdır.Yerli məlumatlar olmadığı halda boşalmaların 10%-nin müsbət cərəyanlı, 90%-nin isə mənfi cərəyanlı boşalma olmasını qəbul etmək olar.

İldırımın mexaniki və termiki təsiri cərəyanın pik qiyməti (I), tam elektriki yükü (Qtam), impulsun elektrik yükü (Qimp) və xüsusi enerjisi (W/R) ilə əlaqədardır. Bu parametrlərin ən böyük qiymətləri müsbət qütblü ildırım boşalmalarında müşahidə olunur. İndiksiyalanmış ifrat gərginlik təsirindən baş verən zədələnmələr ildırım cərəyanı impulsu cəbhəsinin dikliyi ilə əlaqədardır. Cəbhənin dikliyi cərəyan impulsunun ən böyük qiymətinin 30% və 90% hədd səviyyələri ilə qiymətləndirilir. Bu parametriin ən böyük qiyməti mənfi qütlü ildırım boşalmalarının sonrakı (1-cidən sonra gələnlərdə) impulslarında müşahidə olunur.

Birbaşa ildırım zərbələrindən mühafizə vasitələrinin normallaşdırılması üçün ildırım cərəyanının təklif olunan parametrləri

Cədvəl 1-də qəbul olunmuş mühafizə olunma səviyyələri üçün ldırım cərəya-nının hesablama qiymətləri (ildırım boşalmalarının 10%-nin müsbət, 90%-nin isə mənfi qütblülük olma nisbəti zamanı) cədvəl 2-də verilmişdir.

Adi obyektlər üçün birbaşa ildırım zərbəsindən mühafizənin səviyyəsi

Tam elektrik yükü Qtam , K

İmpulsda elektrik yükü Qimp, K

Xüsusi enerji W/R, kC/Om

Ildırımın elektromaqnit təsirindən ildırım cərəyanının təklif olunan parametrləri.

Yerə olan ildırım zərbələrinin sıxlığı

Yer səthinin 1km 2 -nə il ərzində olan ildırım zərbələrinin sayı vasitəsilə ifadə olunan, yerə olan ildırım zərbələrinin sıxlığı, obyektin yerləşdiyi yerdə hidro-meteoroloji müşahidələrin məlumatı üzrə təyin olunur.

Əgər yerə olan ildırım zərbələrinin sıxlığı Ng məlum deyilsə onu aşağıdakı formula ilə hesablamaq olar:

burada Td – il ərzində ildırımlı günün saatla orta davamiyyət müddətidir və ildırımın intensivliyi üzrə regional xəritədən təyin edilir.

İldırımın elektromaqnit təsirindən mühafizə vasitələrini normalaşdırmaq üçün ildırım cərəyanının təklif olunan parametrləri

Mexaniki və texniki təsirlərdən başqa ildırım cərəyanı güclü impuls elektromaqnit şüalanması yaradır ki, o, rabitə, idarəetmə, avtomatika, hesablama və informasiya qurğuları və s. avadanlıqlar sisteminin zədələnməsinə səbəb ola bilər. Bu mürəkkəb və bahalı sistemlər bir çox istehsal və biznes sahələrində istifadə olunur. Bunların ildırım zərbəsi nəticəsində zədələnməsi həm təhlükəsizlik baxımından, həm də iqtisadi baxımdan olduqca arzu olunmazdır.

İldırım zərbəsi vahid bir cərəyan impulsundan, yaxud bir-birindən müəyyən zaman vahidi qədər aralı olan və ardıcıl gələn bir neçə cərəyan impulsundan ibarət ola bilər ki, bu impulslararası müddətdə ildırım kanalından zəif müşayətedici cərəyan axır.

Birinci komponentin impuls cərəyanının parametrləri ardıcıl gələn növbəti komponentlərin impulsunun xarakteristikalarından kifayət qədər fərqlənirlər. Aşağıda adi obyektlərin müxtəlif səviyyəli mühafizəsi üçün birinci və sonrakı (növbəti) komponentlərin impuls cərəyanını xarakterizə edən hesablama para-metrləri (cədvəl 1 və 2), həmçinin impulslar (komponentlər) arası fasilədə ildırım kanalından axan uzunmüddətli cərəyanı xarakterizə edən hesablama parametrləri (cədvəl 3) verilmişdir.

İldırım cərəyanının birinci impulsunun parametrləri

Cəbhənin davamiyyət müddəti T1, mks

Yarıya enmə müddəti T2, mks

İmpulsda elektrik yükü Qcəm*, K

* Ümumi elektrik yükünün (Qcəm) çox hissəsi birinci impulsa aid olduğundan güman edilir ki, bütün qısa impulsların ümumi elektrik yükünün cəmi göstərilən qiymətə bərabərdir.

** Xüsusi enerjinin (W/R) ümumi qiymətinin çox hissəsi birinci impulsa aid olduğundan güman edilir ki, bütün qısa impulsların xüsusi elektrik enerjisinin cəmi göstərilən qiymətə bərabərdir.

Cəbhənin davamiyyət müddəti T1, mks

Yarıya enmə müddəti T2, mks

İmpuls cəbhəsinin orta dikliyi, kA/mks

İldırımın sonrakı (növbəti) impuls cərəyanlarının

Davamiyyət müddəti T, san

İmpulslar açarı fasilədə kanaldan axan uzunmüddətli ildırım cərəyanının parametrləri

*Quz – ildırımın iki cərəyan impulsu açarı fasilədə kanaldan axan uzunmüddətli cərəyanla əlaqədar olan elektrik yüküdür.

Cərəyanın orta qiyməti təxminən Q/T-ə bərabərdir. İmpuls cərəyanın forması aşağıda verilmiş ifadə ilə təyin olunur.

burada I- maksimum cərəyan; h-maksimum cərəyanın qiymətini korreksiya edən əmsal; t- zaman; τ1– impulsun cəbəsinin zaman sabiti; τ2 – impulsun enməsinin zaman sabitidir. (2) formulasına daxil olan parametrlərin qiyməti cədvəl 4-də verilmişdir. Bu parametrlər ildırım cərəyanının zamandan asılı dəyişməsini xarakterizə edir.

Uzunmüddətli impuls düzbucaqlı qəbul oluna bilər. Bu zaman cərəyanın orta qiyməti I və davamiyyət müddəti T cədvəl 3-də verilmiş məlumatlara uyğun götürülür.
Cədvəl 4

İldırım impuls cərəyanının formasını hesablamaq üçün

Ildırım boşalması təsirindən mühafizə zonası.

Elektrik və elektron sistemlərinin yerləşdiyi sahə (yer) mühafizə dərəcəsinə görə zonalara ayrılmalıdır. Zonalar sərhəd hissədə elektromaqnit parametrlərinin xeyli dəyişməsi ilə xarakterizə olunur. Ümumi halda, zonanın nömrəsi nə qədər böyük olarsa zonanın sahəsində elektromaqnit sahəsinin parametrləri, cərəyanın və gərginliyin qiymətləri bir o qədər kiçik olur.

Zona 0-da yerləşən hər bir obyekt birbaşa ildırım zərbəsinə məruz qalır, ona görə də ondan ildırımın cərəyanının hamısı yəni bütün komponentlərin cərəyanı axa bilər. Bu sahədə elektromaqnit sahəsinin qiymıəti maksimum olur.

Zona 0E-də yerləşən obyektlər birbaşa ildırım zərbəsinə məruz qalmırlar, amma elektromaqnit sahəsi zəifləməyib və sahənin qiyməti maksimumdur.

Zona 1-də yerləşən obyektlər birbaşa ildırım zərbəsinə məruz qalmırlar və bütün keçirici elementlərdə cərəyan 0E zonasında olduğundan kişikdir(azdır); bu zonada elektromaqnit sahəsi ekranlama ilə zəiflədilə bilər.

Digər (yerdə qalan) zonalar – əgər cərəyanın azaldılması yaxud elektromaqnit sahəsinin zəiflədilməsi tələb olunursa bu zonalar müəyyən olunur; zonalara qoyulan tələblər obyektin müxtəlif zonalarının mühafizəsinə qoyulan tələblərlə müəyyən olunur.

Mühafizə olunacaq sahənin ildırımdan mühafizə zonalarına bölünməsinin ümumi prinsipi şəkil 1-də göstərilib. Zonaların sərhəddində ekranlama üzrə tədbirlər və bütün kəsişən sərhədlərin metal elementləri və kommunikasiya xətləri bir-biri ilə və yerlə birləşdirilir. Zona 1-in ekranlama ilə bölünmüş iki sahəsi ümumi zonanı təşkil edə bilər.

Şəkil 1. İldırım boşalması təsirindən mühafizə zonaları

Ekranlama elektromaqnit maneələrin təsirlərini azaltmağın əsas üsuludur. Tikinti qurğusunun metal konstruksiyası ekran kimi (qismində) istifadə olunur yaxud istifadə oluna bilər. Oxşar ekran strukturu, məsələn, binanın damının, divarının, döşəməsinin polad armaturları, həmçinin damın, fasadın metal elementləri, polad karkas, qəfəs (barmaqlıq) ilə təşkil olunur. Bu ekranlayıcı strukturlar (pəncərələr, qapılar, havalandırıcı deşiklər, armaturlarda setkanın addımı, metal fasadda aralıqlar, elektrik təchizatı üçün deşiklər və s.) deşiklərlə birlikdə elektromaqnit ekranını təşkil edir. Elektromaqnit sahəsinin təsirini azaltmaq üçün obyektin bütün metal elementləri elektiki ümumiləşdirilərək bir-biri ilə və ildırımdan mühafizə sistemi ilə birləşdirilir (şəkil 1).

Şəkil1. İki zonanın birləşdirilməsi (ümumiləşdirilməsi)

  1. xarici ekranlama;
  2. kabel xətlərinin səmərəli döşənməsi;
  3. qidalandırma və rabitə xətlərinin ekranla təchiz olunması.

Bir obyektdən digərinə gedən kabellər metal boruların, setkalı qutuların yaxud armatur setkalı dəmir-beton qutuların içərisi ilə çəkilir. Boruların, qutuların metal elementləri və kabellərin metal ekranı obyektin ümumi yerləbirləşdirici şini ilə birləşdirilir. Əgər kabellərin ekranı ildırım cərəyanının nəzərdə tutulan qiymətinə davam gətirə bilərsə, o zaman metal boru, qutu və s.-dən istifadə olunmaya bilər.

Şəkil 2.Polad armaturdan ibarət geniş sahəli ekran

Birləşmələrə qoyulan tələblər. Zonaların sərhəddində olan birləşdirmələr .

Metal elementlərin birləşdirilməsi mühafizə olunan obyektin daxilində onlar arasında potensiallar fərqini azaltmaq üçün lazımdır. Mühafizə olunan sahənin daxilində olan birləşmələr və metal elementlərin və sistemlərin ildırımdan mühafizə zonalarının kəsişmə sərhədlərində olan birləşmələr zonaların sərhədlərində yerinə yetirilir. Birləşdirməni xüsusi keçirici yaxud sıxac vasitəsilə yerinə yetirmək lazımdır. Vacib olduqda bu birləşdirmə ifrat gərginlikdən mühafizə qurğusu vasitəsilə yerinə yetirilir.

Zonaların sərhəddində olan birləşdirmələr

Kənardan obyektə daxil olan bütün keçiricilər ildırımdan mühafizə sistemi ilə birləşdirilirlər.

Əgər xarici keçiricilər, güc kabelləri yaxud rabitə kabelləri müxtəlif nöqtələrdən daxil olursa və buna görə də bir neçə ümumi şin birləşməsi yaranırsa sonuncular qısa yolla yerlə birləşmə konturuna, konstruksiyanın armaturuna və xarici metallik üzlüyə (əgər beləsi varsa) birləşdirilməlidirlər.

Əgər qapalı yerləbirləşmə konturu yoxdursa göstərilən ümumi şinlər ayrı-ayrı yerləbirləşdirici elektrodlara birləşdirilir və xarici dairəvi keçirici yaxud arası kəsilmiş dairəvi keçiriciyə birləşdirilir. Əgər xarici keçiricilər obyektə yerin üstü ilə daxil olarsa, ümumi şinlər divarın daxili yaxud xarici tərəfində horizontal dairəvi keçiriciyə birləşdirilir. Bu keçirici öz növbəsində alt keçiricilərlə-armaturlarla birləşdirilir.

Yer səthi səviyyəsində obyektə daxil olan keçiricilərin və kabellərin həmin səviyyədə də ildırımdan mühafizə sistemi ilə birləşdirilməsi tövsiyyə olunur. Kabellərin binaya daxil olma nöqtəsində ümumi şin onun birləşdirildiyi yerləbirləşdiriciyə və armatura bacardıqca yaxın olmalıdır.

Dairəvi keçirici armaturla yaxud metal üzlükdən ibarət olan digər ekranlayıcı elementlərlə hər 5 m-dən bir birləşdirilməlidir. Misdən və yaxud səthi sinklənmiş metaldan olan elektrodların minimal en kəsiyi 50 mm 2 az olmamalıdır.

İnformasiya sistemləri olan obyektlərdə cərəyanın təsirini minimuma endirmək üçün ümumi şini çoxlu birləşmə yeri olan metal zolaqdan (lövhəcikdən) hazırlamalı və armatura yaxud digər ekranlayıcı elementlərə birləşdirmək lazımdır. 0 və 1 zonalarının sərhədində yerləşən kontakt birləşmələri və ifrat gərginlikdən mühafizə qurğusu üçün cərəyanın parametrləri cədvəllərdən götürülür. Bir neçə keçirici olduqda cərəyanın küçiricilər üzrə paylanması nəzərə alınır.

Yer səthi səviyyəsində obyektə daxil olan keçiricilər və kabellər üçün onlarla gətirilə biləcək ildırım cərəyanının hissəsi qiymətləndirilməlidir.

Birləşdirici keçiricilərin en kəsikləri cədvəl 1 və 2-yə müvafiq təyin edilir. Cədvəl 1-dən keçirici elementlə ildırım cərəyanının 25%-dən çox hissəsi, cədvəl 2-dən isə 25%-dən az hissəsi axdıqda istifadə olunur.

İldırım cərəyanının çox hissəsi axdığı halda keçiricinin en kəsiyi

Mühafizə səviyyəsi Material En kəsik, ən azı, mm 2
I-IV Mis 16
I-IV Alüminium 25
I-IV Dəmir 50

İldırım cərəyanının kiçik bir hissəsi axdığı halda keçiricinin en kəsiyi

Mühafizə səviyyəsi Material En kəsik, ən azı, mm 2
I-IV Mis 6
I-IV Alüminium 10
I-IV Dəmir 16

İfrat gərginlikdən mühafizə qurğusu ildırım cərəyanı hissəsinə dözməyə, ifrat gərginliyi məhdudlaşdırmağa və əsas impulsdan sonra gələn müşayət edici cərəyanı qırmağa görə seçilir.

Obyektin girişində maksimal gərginlik Umax sistemin dözmə gərginliyi ilə uyğunlaşdırılır (uzlaşdırılır).

Maksimal gərginliyin minimuma gətirilməsi üçün xətt ümumi şinə minimal uzunluqlu keçirici ilə birləşdirilməlidir. İldırımdan mühafizə zonasını kəsən bütün keçirici elementlər (məs.kabel xətləri) həmin sərhəddə ümumi şinə birləşdirilirlər. Bu ümumi şinə həmçinin ekranlayıcı və digər elementlər (məs.avadanlığın gövdəsi) də birləşdirilir.

Kontakt sıxacları və qurğuları üçün ifrat gərginliyin söndürülməsinə cərəyanın parametrləri hər bir halda ayrılıqda qiymətləndirilir. Maksimal ifrat gərginlik hər bir sərhəddə sistemin dözmə gərginliyi ilə uyğunlaşdırılır. Müxtəlif zonaların sərhəddində ifrat gərginlikdən mühafizə qurğusu energetik xarakteristikalar üzrə əlaqələndirilir (uyğunlaşdırılır).

Birləşmələrə qoyulan tələblər. Mühafizə olunan həcmin daxilində birləşmələr .

Metal elementlərin birləşdirilməsi mühafizə olunan obyektin daxilində onlar arasında potensiallar fərqini azaltmaq üçün lazımdır. Mühafizə olunan sahənin daxilində olan birləşmələr və metal elementlərin və sistemlərin ildırımdan mühafizə zonalarının kəsişmə sərhədlərində olan birləşmələr zonaların sərhədlərində yerinə yetirilir. Birləşdirməni xüsusi keçirici yaxud sıxac vasitəsilə yerinə yetirmək lazımdır. Vacib olduqda bu birləşdirmə ifrat gərginlikdən mühafizə qurğusu vasitəsilə yerinə yetirilir.

Mühafizə olunan həcmin daxilində birləşmələr

Obyekt daxilində olan nisbətən böyük ölçülü keçirici elementlər: liftlər, kranlar, metal döşəmələr (pollar), qapıların metal çərçivələri, borular, kabel qutuları və s. yaxındakı ümumi şinə birləşdirilir yaxud başqa ümumi birləşdirici elementlərə qısa yolla birləşdirilir. Əlavə birləşdirici keçirici elementlərin olmasl da arzu olunandır.

Birləşdirici keçiricilərin (naqillərin) en kəsiklərinin ölçüləri cədvəllərdə göstərilmişdir. Nəzərdə tutulur ki, birləşdirici keçiricilərdən ildırım cərəyanının ancaq kiçik (az) bir hissəsi keçir.

İnformasiya sisteminin açıqda olan bütün keçirici hissələri vahid bir şəbəkəyə birləşdirilir. Xüsusi hallarda belə şəbəkənin yerləbirləşdirici ilə birləşməsi olmaya bilər.

İnformasiya sistemləriinin metal hissələrinin: gövdələrin, kabel örtüklərinin, karkasların və s.-nin yerləbirləşdiriciyə birləşdirilməsinin iki üsulu vardır: birləşmələrin radial sistem yaxud setka (tor) şəkilində yerinə yetirilməsi.

Radial birləşmə sistemində sistemin bütün metallik hissələri yerdən izolyasiya olunur və ancaq bir nöqtədə yerlə birləşdirilir. Adətən belə sistem nisbətən kiçik obyektlərdə, bütün elementlər və kabellər obyektə bir nöqtədən daxil olduğu halda tətbiq olunur.

Radial yerləbirləşmə sistemləri ümumi yerləbirləşmə sisteminə ancaq bir nöqtədə birləşdirilir (şəkil 1).

Bu halda avadanlığın qurğuları arasında olan bütün xətlər və kabellər, ilgəyin induktivliyini azaltmaq üçün paralel çəkilərək yerləbirləşdirici keçiricilərin ulduz birləşməsini yaradır. Bir nöqtədə birləşmə aparılması sayəsində ildırım zərbəsi zamanı yaranan kiçik tezliklər informasiya sisteminə daxil olmurlar. Bundan başqa informasiya sisteminin daxilində kiçik tezlikli maneələr mənbəyi yerləbirləşmə sistemində cərəyan yaratmır. Mühafizə zonasına naqillərin daxil edilməsi ancaq potensialları bərabərləşdirmə sisteminin mərkəzi nöqtəsində yerinə yetirilir. Göstərilən ümumi nöqtə həmçinin ifrat gərginlikdən mühafizə qurğusunun birləşdirilməsi üçün ən yaxşı yer hesab olunur.

Tordan istifadə zamanı onun metal hissələri ümumi yerləbirləşmə sistemindən izolyasiya olunmurlar (şəkil 2). Tor ümumi sistemlə çox sayda nöqtələrdə birləşdirilir. Tor adətən müəyyən ölçülü açıq sistemlər üçün istifadə olunur. Burada avadanlıq çoxlu sayda müxtəlif xətlər və kabellərlə əlaqəli olur və onlar obyektə müxtəlif nöqtələrdən daxil olurlar. Bu halda bütün sistem istənilən tezlik üçün kiçik müqavimətə malik olur. Bundan başqa torun çoxlu sayda olan qısa qapanmış konturları informasiya sisteminin yaxınlığında maqnit sahəsini zəiflədir.

Şəkil 1.Potensialların bərabərləşdirməsinin ulduzşəkilli sistemi zamanı elektrik qidalandırma və rabitə xətlərinin birləşdirilmə sxemi

Mühafizə zonasında cihazlar bir-biri ilə qısa yolla bir neçə nöqtədə birləşdirilirlər, onlar həmçinin mühafizə zonasının metal hissələri və zonanın ekranı ilə birləşdirilirlər. Bu zaman qurğuda olan bütün metal hissələr: döşəmədə, divarda və damda olan armaturlar, metal barmaqlıqlar (şəbəkələr), qeyri elektrik təyinatlı metal avadanlıqlar (məs. borular, havadəyişmə və kabel qutuları və s.) maksimum istifadə olunur. Hər iki konfiqurasiya (radial və tor) şəkil 3-də göstərilən kompleks sistem-də ümumiləşdirilə bilər. Adətən bu o qədər də vacib olmur və lokal yerləbirləşmə şəbəkəsinin ümumi sistemlə birləşdirilməsi ildırımdan mühafizə zonasının sərhəd-dində həyata keçirilir.

Şəkil 2. Potensialların bərabərləşdirilməsinin tor şəkilli birləşdirmə sistemi

Şəkil 3. Potensialların bərabərləşdirmə sisteminin kompleks yerinə yetirilməsi

Ildırımdan mühafizənin yerləbirləşdirmə qurğusunun əsas məsələsi mümkün olduqca ildırım cərəyanının çox hissəsini (50% və ondan çox) yerə ötürməkdir. Cərəyanın yerdə qalan hissəsi binaya gələn kommunikasiya xətləri (kabellərin örtükləri, su təchizatı boruları və s.) ilə paylanaraq axır.

Bu zaman yerləbirləşdiricinin özündə təhlükəli gərginlik yaranmır. Bu məsələ binanın altında (bünövrədə) və ətrafında olan tor (armaturlar şəbəkəsi) sistemi ilə yerinə yetirilir.

Yerləbirləşdirici keçiricilər bünövrənin altında betonun armaturları bir-biri ilə birləşdirilməklə tor şəkilli kontur təşkil edir. Bu binanın altında elektromaqnit ekranı yaratmağın adi üsuludur. Binanın dövrəsində yaxud bünövrənin ətrafında təşkil olunan dairəvi keçirici yerləbirləşdirici sistemlə adətən hər 5 m-dən bir yerləbirləşdirici keçirici ilə birləşdirilir. Xarici yerləbirləşdirici göstərilən dairəvi yerləbirləşdirici ilə birləşdirilə bilər.

Bünövrənin altında olan betonun armaturları yerləbirləşdirmə sistemi ilə birləşdirilir. Armarurlar yerləbirləşdirmə sistemi ilə, adətən 5 m-dən bir birləşdirilməklə tor təşkil etməlidirlər. Yerləbirləşdirici kimi adətən bir-birindən 1 m aralı olan armatur çubuqlarına qaynaq olunmaqla yaxud mexaniki birləşdirilməklə damalarının eni adətən 5 m olan sinklənmiş polad tordan istifadə etmək olar. Torun keçiricilərinin ucları birləşdirici polad zolaqlar üçün yerləbirləşdirici keçirici kimi xidmət edə bilər. Şəkil 1 və 2-də torşəkilli yerləbirləşdirici qurğuya misallar verilmişdir.

Şəkil 1. Binanın torşəkilli yerləbirləşdirici qurğusu

1-birləşdirmə şəbəkəsi; 2-yerləbirləşdirici

Şəkil 2. İstehsalat binalarının torşəkilli yerləbirləşdirmə qurğusu

1-bina, 2-qüllə, 3-avadanlıq, 4-kabel qutusu

Yerləbirləşdirici ilə birləşdiricilərin əlaqələndirilməsi yerləbirləşdirmə sistemini yaradır. Yerləbirləşdirmə sisteminin əsas məsələsi (məqsədi) bina və avadanlıqların istənilən nöqtəsində potensiallar fərqini azaltmaqdan ibarətdir. Bu məsələ ildırım cərəyanının və induksiyalanmış cərəyanların axması üçün çoxlu sayda paralel yolların yaradılması ilə həll olunur. Çoxlu sayda olan paralel yollar müxtəlif rezonans tezliyinə malikdirlər ki, bu tezlikdənasılı müqavimətə malik konturlar baxılan spektrli maneələr üçün kiçik müqavimətli vahid şəbəkə təşkil edirlər.

Ifrat gərginlikdən mühafizə qurğuları.

İfrat gərginlikdən mühafizə qurğuları (İGMQ) elektrik təchizatı, idarəetmə, və rabitə telekommunikasiya xətlərinin kəsişmə yerlərində, iki ekranlama zonasının sərhəddində quraşdırılır. İGMQ onların dağılmaya davamlılığına müvafiq olaraq onlar arasında yükün qəbuledilmə həddində paylanmasının əldə olunması üçün həmçinin mühafizə olunan avadanlığın ildırım cərəyanınının təsiri altında dağılma ehtimalının azaldılması üçün onları koordinasiya edir (uzlaşdırır) (şəkil 1).

Şəkil 1. Binada İGMQ-lərin quraşdırılmasına nümunə

Binaya daxil olan qidalandırma və rabitə xətlərini bir şinlə birləşdirmək və onların İGMQ-lərini bacardıqca bir-birinə yaxın yerləşdirmək tövsiyyə olunur. Bu ekranlayıcı olmayan materiallardan tikilmiş (ağac, kərpic və s.) binalarda xüsusilə vacibdir. İGMQ seçilir və elə yerdə quraşdırılır ki, ildırım cərəyanı 0 və 1 zonası-nın sərhəddində yerləbirləşdirmə sisteminə ötürülsün.

İldırım cərəyanının enerjisi göstərilən sərhəddə yayıldığından (səpələndiyin-dən) İGMQ ancaq yerdə qalan enerjidən, elektromaqnit sahəsinin təsirindən 1 zonasında mühafizəni yerinə yetirir. İfrat gərginlikdən daha yaxşı mühafizə üçün İGMQ-nin quraşdırılması zamanı qısa birləşdirici keçiricilərdən, girimlərdən və kabellərdən istifadə etmək lazımdır.

Güc qurğularında izolyasiyanın uzlaşdırılma tələblərinə və mühafizə olunan obyektin zədələnməyə davamlılığına görə İGMQ-nin gərginlik üzrə səviyyəsi minimal gərginlikdən aşağı götürülür ki, mühafizə olunan avadanlığa təsir yol veriləndən aşağı olsun.

Əgər zədələnməyə dayanıqlıq səviyyəsi məlum deyilsə o zaman təxmini yaxud sınaq zamanı alınmış səviyyə götürülür. Mühafizə olunan sistemdə İGMQ-lərin sayı mühafizə olunacaq avadanlıqların zədələnməyə davamlılığından və İGMQ-lərin özlərinin xarakteristikalarından asılıdır.

Mövcud olan binalarda avadanlıqların mühafizəsi

Mövcud olan binalarda mürəkkəb elektron avadanlıqlardan istifadənin getdikcə artması onların ildırım cərəyanından və digər elektromaqnit maneələrdən daha etibarlı mühafizələrin qurulmasını tələb edir. Mövcud olan binalarda ildırımdan mühafizə üzrə tədbirləri binanın xüsusiyyətləri (mövcud güc və informasiya avadanlıqları) nəzərə alınmaqla qəbul edilir.

Mühafizə tədbirləri və onların seçilməsi layihəqabağı axtarışlar mərhələsində əldə olunmuş ilkin məlumatlar əsasında müəyyən edilir. Belə ilkin verilənlərin nümunə siyahısı 1-4 cədvəllərində verilmişdir.

Bina və ətraf haqqında ilkin məlumatlar

Xarakteristikası
1 Binanın materialı –daşdan tikili, kərpic, ağac, dəmir-beton, polad karkas(gövdə)
2 Vahid (bir) bina yaxud , çoxlu sayda birləşmələri olan bir neçə ayrı-ayrı bloklar
3 Alçaq və yastı, yaxud hündür bina (binanın ölçüləri)
4 Armaturlar bütün bina üzrə birləşdirilibmi?
5 Metal üz örtükləri elektriki birləşdirilibmi?
6 Pəncərələrin ölçüləri
7 Xarici ildırımdan mühafizə sistemi vardırmı?
8 Xarici ildırımdan mühafizənin tipi və keyfiyyəti
9 Torpağın tipi (daş, torpaq)
10 Qonşu binaların yerləbirləşmə elementləri (hündürlüyü, onlara qədər olan məsafə)

Avadanlıq üzrə ilkin məlumatlar

Xarakteristikası
1 Daxil olan xətlər (yeraltı yaxud hava ilə)
2 Antennalar yaxud başqa xarici qurğular
3 Qidalandırma sisteminin tipi (yüksək yaxud alçaq gərginlikli, yeraltı yaxud yerüstü)
4 Kabellərin çəkilməsi (döşənməsi) (şaquli yerləşmə sahələri və sayı, kabellərin döşənmə üsulları)
5 Metal kabel qutularından istifadə olunma
6 Binanın daxilində elektron avadanlıqlar varmı?
7 Başqa binalara gedən keçiricilər (xətlər) varmı?

Avadanlıq üzrə ilkin məlumatlar

Xarakteristikası
1 İnformasiya avadanlıqları arasında kommunikasiyanın tipi (ekranlı yaxud ekransız çoxdarlı kabellər, koaksial kabellər; analoq yaxud rəqəmsal, simmetrik yaxud qeyri-simmetrik; optik lifli xətlər)
2 Avadanlığın zədələnməyə davamlılıq səviyyəsi

Cədvəl 4

Mühafizə konsepsiyasının seçilməsinə aid başqa məlumatlar

Xarakteristikası
1 Pəncərənin metal çərçivəsi birləşdirilibmi?
2 Dam örtüyünyn materialı (metal, beton və s.)
3 Şəbəkənin konfiqurasiyası (TN, TT yaxud IT)
4 Binada elektron avadanlığın yerləşməsi
5 Ümumi yerləbirləşdirmə sistemi ilə elektron avadanlıqların birləşdirməsinin düzülüşü

Sual 36

Xarici ildırımdan mühafizə sistemindən istifadə zamanı mühafizə tədbirləri.

Əsas məsələ – xarici ildırımdan mühafizə sisteminin yaxşılaşdırılması üzrə, həmçinin başqa tədbirlər üzrə optimal həllin tapılması.

Xarici ildırımdan mühafizə sisteminin təkmilləşdirilməsi aşağıda göstərilənlər hesabına əldə olunur:

1) binanın damının və üz hissəsinin metal örtüyünün ildırımdan mühafizə sisteminə birləşdirilməsi;

2) əgər armaturlar bütün bina boyu – damdan divarlar üzrə binanın yerləbirləşdirilməsinə qədər birləşdirilibsə, əlavə keçiricilərdən istifadə etməklə;

3) metal endirmələr arası məsafəni azaltmaqla və ildırımqəbuledicinin damalarının addımını azaltmaqla;

4) qonşu birləşmə yerləri, amma strukturca ayrılmış blokların birləşmə yerləri arasında birləşdirici zolaqlar (elastiq yastı keçiricilər) quraşdırmaqla; zolaqlar arası məsafə endirmələr arası məsafədən iki dəfə az olmalıdır;

5) binanın ayrı-ayrı bloklarını uzun məftillə birləşdirməklə, birləşdirmə adətən hər bir kabel qutusunun küncündə lazımdır və birləşdirmə zolağını bacardıqca kiçik götürməli;

6) əgər binanın damının metal örtüyünün bir hissəsini ildırımın birbaşa zərbəsindən mühafizə etmək lazımdırsa, ayrı-ayrı ildırımqəbuledicini ümumi ildırımdan mühafizə sistemi ilə birləşdirməklə mühafizə etməli; ildırımqəbuledici göstərilən elementdən təhlükəsiz məsafədə yerləşdirilməlidir.

Kabellərdən istifadə zamanı mühafizə tədbirləri

İfrat gərginliyin azaldılması üzrə effektiv tədbirlər kabellərin rasional döşənməsindən və ekranla təchiz olunmasından ibarətdir. Bu tədbirlər xarici ildırımdan mühafizə sistemindən ekranlanma az olan yerlərdə daha vacibdir.

Böyük ilgəklərin qarşısının alınması üçün güc kabelləri ilə ekranlı rabitə kabel-lərini yanaşı çəkmək lazımdır. Ekran avadanlığa kabelin hər iki başında birləşdirilir.

İstənilən əlavə ekranlama, məs., məftillərin və kabellərin metal borularda yaxud mərtəbələr arası qutularda çəkilməsi ümumi birləşmə sisteminin tam müqavimətini azaldır. Belə tədbirlər hündür yaxud uzun binalar üçün, yaxud avadanlıq-ların xüsusilə etibarlı işləməsi lazım gəldikdə çox vacibdir.

İGMQ-lərin daha sərfəli yerləşdirilmə yerləri binanın girişində 0/1 və 0/2 zonalarının sərhədlərindədir.

Adətən iş rejimində ümumi birləşmə şəbəkəsi güc və infarmasiya dövrəsinin əks naqili kimi istifadə olunmur.

Antenna və digər avadanlıqlardan istifadə zamanı mühafizə tədbirləri

Belə avadanlıqlara misal müxtəlif xarici qurğuları: antennaları, meteoroloji vericiləri, xarici müşahidə kameralarını, sənaye obyektlərində xarici vericiləri (təzyiq, temperatur, axın surəti, qapağın vəziyyəti və s. vericiləri) və binaların xarici hissəsində, qüllələrdə yaxud sənaye çənlərində quraşdırılan istənilən elektriki, elektron və radio avadanlıqları aiddir.

İmkan daxilində ildırımötürücü elə quraşdırılır ki, avadanlıqlar birbaşa ildırım zərbəsindən mühafizə olunsunlar. Tək quraşdırılmış antennalar texnoloji baxımdan tam açıq şəraitdə saxlanılır. Onların bəzilərində ildırımdan mühafizə sistemi quraşdırılmışdır və zədələnmədən ildırım vurmasına davam gətirə bilər. Nisbətən az mühafizə olunan antenna növlərinin qidalandırma kabelində İGMQ quraşdırıla bilər ki, kabel vasitəsilə ildırım cərəyanı qəbulediciyə yaxud ötürücüyə daxil olmasın. Xarici ildırımdan mühafizə sistemi olduğu halda antennanın quraşdırılma (bərkidilmə) hissəsi ona birləşdirilməlidir.

Binalar arasında olan kabellə induksiyalanan gərginliyin qarşısını onları metal boru yaxud kabel qutularında çəkməklə almaq olar. Antennadan avadanlığa gələn kabellər boru içərisində çəkilərək bir nöqtədən çıxırlar. Obyektin özünün ekranlama xüsusiyyətlərinə maksimum fikir vermək və kabelləri onun boru elementlərində çəkmək lazımdır. Əgər bu texnoloji tutum (həcm) halında olduğu kumi mümkün deyilsə kabelləri xarici səthlə, təbii ekranlamadan maksimum istifadə edilməklə (məs. metal pilləkanın və s. ekranlamasından) ən qısa yolla çəkilməlidir. Bucaq formalı (şəkilli) metaldan yığılmış qüllələrdə kabelləri bucaq hissənin daxili ilə çəkərək təbii ekrandan maksimum istifadə oluna bilər. Son halda kabellə yanaşı en kəsiyi 6 mm 2 -dan az olmayan ekvipotensiallı mis məftil (zolaq) çəkmək olar. Bütün bu tədbirlər bina ilə kabelin yaratdığı ildəkdə induksiyalanmış gərginliyi azaldır və müvafiq olaraq onlar arasında deşilmə ehtimalını azaldır, daha doğrusu avadanlığın daxilində elektrik şəbəkəsi ilə bina arasında qövsün yarana bilmə ehtimalını azaldır.

Binalar arasında güc və rabitə kabellərinin mühafizə tədbirləri.

Binalar arasında əlaqə (rabitə) iki əsas hissəyə bölünür: metal örtüklü güc kabelləri, metallik (burulmuş cütlük, dalğaötürənlər, koaksial və çoxdamarlı kabellər) və optolifli rabitə kabelləri. Mühafizə tədbirləri kabellərin tipindən, onların sayından, həmçinin iki binanın ildırımdan mühafizə sistemlərinin bir-biri ilə birləşdirilib – birləşdirilməməsindən asılıldır.

Tam izolyasiya olunmuş optolifli kabellər (metalla armaturlanmamış, nəm-likdən mühafizə üçün nazik metal təbəqə -folqa yaxud daxildə polad naqil) əlavə mühafizə tədbirləri tətbiq edilmədən istifadə oluna bilər. Belə kabeldən istifadə ən yaxşı variant hesab olunur, ona görə ki, elektromaqnit təsirindən tam mühafizə təmin olunur. Amma əgər kabeldə uzununa çəkilmiş metal element vardırsa (məsa-fədən qidalandırma damarı istisna olmaqla) sonuncu binanın girişində potensialların bərabərləşdirilməsinin ümumi sisteminə birləşdirməli və optik qəbulediciyə yaxud vericiyə birbaşa daxil olmamalıdır. Əgər binalar bir-birinə yaxın yerləşmişdirsə və onların ildırımdan mühafizə sistemləri bir yerə birləşdirilməyibsə, bu elementlərdə böyük cərəyanın olmaması və onların qızmaması üçün metal elementləri olmayan optolifli kabellərdən istifadə etməyə üstünlük verilməlidir. Əgər ildırımdan mühafizə sistemi ilə birləşdirilmiş kabel vardırsa, birinci kabeldən cərəyanın bir hissəsini kənarlaşdırmaq üçün metal elementli optik kabeldən istifadə etmək olar.

Ekoloq: “Azad olunan ərazilərdə su potensialı qiymətləndirilməlidir”

“İşğaldan azad olunan torpaqlarımızdakı su ehtiyatları çox böyük əraziləri əhatə edir. Burada ilk məsələ mövcud potensialın qiymətləndirilməsidir. Biz bilməliyik ki, həmin ərazilərdə nə qədər su potensialımız var. Bu su potensialı müxtəlif məqsədlər – suvarma, energetika və sair məramlar üçün qiymətləndirilməlidir”.

Bunu Publika.az-a açıqlamasında ekoloq Müslüm Qurbanov işğaldan azad olunan ərazilərimizdəki su hövzələrinin mövcud potensialından danışarkən deyib. Ölkə Prezidentinin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlərdən gəldiyi qənaəti dilə gətirən ekspert hesab edir ki, artıq enerji anlayışında yeni istiqamət yaranıb, bu, alternativ enerjidir:

“Bu da göllərin və yaxud su anbarlarının üzərində üzən günəş elektrik stansiyalarının qurulmasıdır. Bu potensial da qiymətləndirilib, dəyərləndirilməlidir. Yəni, su ehtiyatlarının potensialı ilə yanaşı, su hövzələrində enerji potensialı da dəqiq şəkildə qiymətləndirilməlidir. Eləcə də həmin su hövzələrində kiçik su elektrik stansiyalarının yaradılması məsələsi gündəmdə saxlanılmalıdır”.

Ekoloqun fikrincə, qarşıda bizi çox böyük məsələlər gözləyir: “Məsələ o qədər də kiçik deyil. Həm ərazi, həm də potensial böyükdür. Artıq bəzi nöqsanlar da üzə çıxıb, qanunsuz birləşdirmələr, suyun uçotunun olmaması buna misal ola bilər. Bu, işğal dövründə yaranan problemlərdir. Suyun nəzərdə tutulan məqsədlər üçün istifadəsi həyata keçirildikdən sonra suvarma sisteminin effektivliyi artacaq. Hamıya aydındır ki, Azərbaycanda su ehtiyatları nöqteyi-nəzərdən müəyyən dərəcədə qıtlıq yaşanmaqdadır. Bu su ehtiyatlarından kənd təsərrüfatı suvarma sistemlərində istifadə etmək məsələsi ön plandadır”.

Müslüm Qurbanovun sözlərinə görə, müəyyən ərazilərdə susuzluqdan səhralaşma prosesi baş verir. O deyib ki, işğaldan azad olunan ərazilərimizdəki su ehtiyatları ilə bunun qarşısını almağa çalışmaq lazımdır:

“Həmin su ehtiyatlarından optimal istifadə nəticəsində səhralaşmanın miqyası azalacaq. Həm torpaqdan istifadə, həm kənd təsərrüfatı məhsullarının artması, həm də energetikanın inkişafı məsələləri baxımından işğaldan azad edilən ərazilərimizdəki su hövzələri böyük önəm kəsb edir. Burada ənənəvi və yeni enerji mənbələri qurula bilər. Amma buraya çox böyük vəsait qoymaq lazımdır. Bu, bir-iki günün işi deyil. Kiçik su elektrik stansiyalarını ermənilər əraziləri tərk edərkən yararsız hala salıblar. İndi onların təmirinə böyük ehtiyac var. Cənab Prezidentin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlərdən belə başa düşdüm ki, bütün işlər mərhələli şəkildə həll olunacaq”.

Tural Turan

Comments are closed, but trackbacks and pingbacks are open.