Bitki yağlarının istehsal texnologiyası
C.Əsgərova deyir ki, yağ normal temperaturdan yüksək istilikdə buxarlana bilər. Əslində bu, buxarlanma da deyil:
Kağız necə istehsal olunur? ✅
Kağız gündəlik həyatımızın vazkeçilməzləri arasındadır. Her gün istifadə etdiymiz kağız barədə çoxumuzun məlumatı yoxdur. Yəni nece yaranıb?harda yaranıb?nədən yaranıb?
Kağız – ağacdan hazırlanan bir materialdır. Bəs bir ağac bir kazğıza necə çevrilir? Maraqlısı da odur ki kağız, ağacın incə yarpaqlarından deyil, qalın kötüyündən hazırlanır.
Statiskaya baxanda görmək olar ki, 1 ton ofis kağızının istehsalı üçün ən azı 10 kağız kəsilməlidir. Buna görə də istifadə edilmiş kağızların yenidən emalı isə minlərlə ağacın, həmçinin böyük meşələri xilas edə bilər.
Kagız nece istehsal olunur?
Maraqlısı odurki,kağız ağacın nazik yarpaqlarından deyil, sərt və sağlam kötüyündən hazırlanır.
Bu gün kağız istehsal edən fabriklər fəaliyyət göstərir. Müasir texnologiya ilə kağız istehsalı daha verimli hala gəlib.
İlk öncə oduncağın qabığı içinə zərər verməyəcək şəkildə soyulur. Daha sonra oduncaq 2.5 sm-lik kötüklər halında doğranılır. Daha sonra bitki lifləri istənməyən ligindən ayrılması üçün turşu məhlulunda qaynadılır. Bu prosesin sonunda əldə edilən kağız xəmirində sadəcə bitki lifləri qalır. Daha sonra xəmir su ilə yuyularaq ligin artıqlarından da təmizlənir. Kağıza ağ rəng verəndə bu prosesdir.
Buna görədə su istehsal prosesinin ən önəmli bir maddəsidir. 1 kq kağız istehsal etmək üçün 100 litr su istifadə olunur. Suyun daha az israf edilməsi üçün müxtəlif üsullar inkişaf etdirilmişdir. Bu gün istifadə edilən suyun 90%-i çevrilərək yenidən istifadə olunur.
İstifadə edilən ağac talaşalarının böyük bir hissəsi taxta fabriklərinin artıq məhsullarıdır. Ətrafa zərər verməmək üçün kağız xəmrini ağartmaq üçün istifadə olunan kimyəvi maddələrdə xlor olmamasına diqqət edilir.
Daha sonra xəmirin içindəki liflərin düzləşdirilməsi üçün xüsusi olaraq yaradılmış bıcaqlardan istifadə olunur. Bu proses eyni zamanda lifləri daha kiçik parçalara ayıraraq liflərin bir-birinə daha yaxşı yapışmasını təmin edir. Bunun sayəsində kağızın quruluşu sağlamlaşır.
İstehsalçılar eyni zamanda sıxlığı və matlığı artırmaq üçün xəmirə kalsium karbonat da əlavə edirlər. İstəyə görə kağızı rəngləndirmək üçün nişasta ( və ya boya) və optik partladıcılar istifadə olunur.
Bütün bu proseslər tamamlandıqdan sonra xəmir qurumaya hazır hala gəlir. Kağız fabriklərinin qəlbi sayılan maşınlarda qurutma işləri aparılır. Kağız maşınları,eyni zamanda bir çox işi edən kiçik maşınların bir araya gəlməsindən yaranır. Xəmir dönən tellər və qayışlar arasındakı dar boşluqdan keçərək qurudulur. Xəmirdən ayrılan su, oluklarla çölə çıxarılarkən, tətbiq olunan təyziq və istilik kağıza son formasını verir. Beləliklə maşının digər ucundan kağız lövhələr çıxmağa başlayır.
Ancaq yenə də bir az nəm qalır. Bu nəmin qurudulması üçün də infraqırmızı radiasiya istifadə tətbiq edilir.
Son olaraq kağız mütəxəssislər tərəfindən dəqiqliklə incələnir. Hər hansı problem olub olmadığı araşdırılır. Əgər bir problem varsa, lazım olan proseslər təkrarlanır. İstehsal olunan kağız lövhələr 80 km uzunluğunda və 9 metr enliliyində ola bilir. Bir kağız rulonu 120 ton son ağırlığında ola bilir. Ancaq bazarın ehtiyacına uyğun olaraq, daha kiçik uzunluqlara bölünmüş olaraq fabrikdən çıxır.
Kağız xəmirindən ehtiyaca uyğun olaraq fərqli kimyəvi maddələr istifadə edilərək kitab kağızından, uşaq bezinə kimi geniş bir spektirdə bir çox kağız növü istehsal oluna bilər.
Ölkəmizə daxil olan kağız və karton malların keyfiyyəti əvvəlcə gömrük komitələrinin ixtisaslı labaratoriyalarında yoxlanılır, sonra onların ölkənin satış məntəqələrinə buraxılmasına icazə verilir.
Son zamanlar kağıza və karton mallara artan təlabata görə lazım olan xammalı əldə etmək üçün meşələr çox qırılır. Meşələrin qırılmasının qarşısını almaq üçün kağız istehsalında sintetik liflerdən istehsal olunmağa başlayıb. Bu çox sərfəli qiymətə kağız almağa imkan verir.
Respublikamızda tullantı kağızlar emal edilərək karton istehsalı həyata keçirilir. Bakı və ölkənin ayrı-ayrı rayonlarından toplanmış kağız tullantıları Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatına gətirilir. Burada isə müxtəlif növ kağızlar istehsal edilir,daha sonra isə bu kağızlardan Xırdalan Karton Fabrikində karton məhsulları istehsal edilir.
Tullantı kağız məhsulları 5-6 dəfə təkrar emal olunduqda belə, tərkibindəki liflər öz keyfiyyətini saxlaya bilir.
Kağızın yaranma tarixi
İlk kağız eradan əvvəl II əsrdə Çində ipəkdən hazırlanıb. Kağız Xan sülaləsi dövründa tut ağacından hazırlanırdı. İlk dəfə Çində kağızdan bağlamalar və yazı yazmaq üçün istifadə olunurdu.
Sun imperiyası dövründə isə ilk kağız pul əskinası kəsilmişdir.
İlk kağız fabriki isə Bağdadda 794cü ildə Harun ər Rəşidin vəzirinin oğlu ibn Fəzl tərəfindən yaradılmışdır.
Avropa da isə ilk dəfə olaraq 1100cü ildə kağız fabriki fəaliyyətə başlamışdır.
Bitki yağlarının istehsal texnologiyası
Ən mühüm yuyucu vasitələr təbii sabun və sintetik yuyucu vasitələrdir. Sabunun tərkibi başlıca olaraq təbii və sintetik yağ turşularının natrium və kalium duzlarından, həmçinin qətran və naften turşularından ibarətdir. Bu duzlar suda həll olur və yuyucu təsiri ilə fərqlənir.
Ölkəmizdə istehsal edilən yuyucu vasitələrdən ən geniş yayılanı yağlı sabunlardır ki, bunlar da yağlarla yeyici qələvilərin qarşılıqlı təsirindən alınır. Bunlar kalium və ya natrium duzlarının yağ turşuları ilə qarışığından, başlıca olaraq stearin C17H35COOH , palmitin C17H31COOH və olien – dən C17H33COOH turşularından ibarətdir. Bərk yağların və onların yağ turşularının natrium qələvisi ilə qarşılıqlı təsirindən bərx sabun, maye yağların və yağ turşularının natrium qələvisi ilə qarşılıqlı təsirindən isə mazaoxşar sabun almır. Kalium qələvisindən istifadə etdikdə, hətta bərk yağlardan və onların yağ turşularından da mazaoxşar və maye sabunlar alınır.
Natrium sabununun kimyəvi, quruluşunu ümumi düsturla R-COONa ifadə etmək olar, burada R /doymuş, yaxud doymamış / karbohidrogen radikalıdır ki, bunun da zəncirində 8-21 karbon atomu olur. Yağların hissələrə ayrılması, yaxud yağ turşularından sabun əmələ gəlmə reaksiyasi ümumi halda aşağıdakı kimi ola bilər.
R-COOH+NaOH = R-COONa + H2O
Yağlı sabunlardan fərqli olaraq bir çox sintetik yuyucu vasitələr karbon duzlarında deyil, üzvü sulfat və yaxud kükürd turşulu efirlərdən ibarətdir. Onların kimyəvi quruluşu ümumi halda R-SO3Na (sulfat) düsturları ilə ifadə olunur. Buradan karbohidrogen radikalının da yağlı sabunda olduğu kimi təxminən eyni uzunluqda zənciri vardır.
İstifadə üsullarına görə yuyucu vasitələr yüksək köpükyaradıcı (normalaşdırılmayan) və zəif köpükyaradıcı (normalaşdırılan) növlərə bölünürlər. Yüksək köpükyaradıcı xüsusiyyətə malik yuyucu vasitələr əl və aktivator tipli yuyucu maşınlarda, zəif köpükyaradıcı vasitələr isə avtomat və yarımavtomat tipli maşınlarda yuma üçün nəzərdə tutulub.
Sabun istehsalında üzvi və qeyri-üzvi xammal tətbiq edilir. Sabun ən lazımlı növü bərk, yağlı sabundur. Buna görə əsas üzvi xammal təbii bərk yağlar, duru bitki və balıq yağlarının emalından alınan yağlar, həmçinin piyiəvəzedicilər-sintetik yağ turşuları, kanifol, naften turşuları əsas üzvü xammaldır.
Piylər: yüksək molekulalı yağ turşularının mürəkkəb efirlərindən və qliserindən (triqliserin) ibarət olan təbii üzvi birləşmələrə piylər deyilir. Piylər mənşəindən asılı olaraq bir-birindən kimyəvi tərkibinə və fiziki xassələrinə görə fərqlənirlər. Bitki və heyvan yağları qatılığına görə bərk və duru yağlara bölünür. Bitki piylərinə yağ deyilməsi qəbul edilmişdir.
Heyvan mənşəli bərk piylər və torpaq bitkilərinin meyvələrindən alınan bərk yağlar başlıca olaraq triqliserindən, doymuş yağ turşularından ibarətdir. Bitki və heyvan mənşəli duru piylərin tərkibinə əsasən duru triqliserindən ibarət doymamış yağ turşuları daxildir.
Sabun piy xammalı nə qədər doymuş olarsa, bir o qədər keyfiyyətlidir. Lakboyaq məhsulları üçün əksinə çox doymamış yağlar yaxşı yağ sayılır, bu da onların quruma qabiliyyətilə əlaqədardır. Sabun üçün doymamış piy xammalının tətbiqi onda ciddi nöqsan kimi qaxsımanm əmələ gəlməsinə səbəb olar. Sabunun qaxsıması və bitki yağlarının acıması oksidləşmə prosesi nəticəsində baş verir. Olein turşusundan C17H38COOH olan sabun molekulası rütubətin iştirakı ilə havada törəmə kapril (C7H16COOH) və pelarqon (C8H17COOH) turşularına parçalanır. Bu turşuların aldehidlərinin xoşa gəlməyən iyi var və dəriyə qıcıqlandırıcı təsir edir. Sabunun qaxsıması zamanı aldehidlərin əmələ gəlməsi təbiidir ki, onun keyfiyyətini kəskin şəkildə aşağı salır. Qaxsıma sabunun rənginin solmasına də səbəb olur. Əgər sabunun hazırlamasında olein turşusuna nisbətən daha çox doymamış yağ turşuları ilə xaraxterizə olunan yağ tətbiq edilirsə onun qaxsıma qabiliyyəti artır. İkiqat əlaqəli yağ turşuları: məsələn pambıq yağının tərkibinə daxildir. Buna görə də yağları emaldan keçirmədən (hidrogenləşmə) tətbiq etmək olmaz.
Bərk piylərdə (iç yağı) əsasən oleində az doymamış yağ turşuları var. Koks yağının yağ turşularının tərkibinə doymamış yağ turşuları daxil olmur, çünki onlardan oksidləşməyə davamlı sabun alınır. Heyvan piyləri (mal, qoyun, donuz piyi) əsasən stearin, palmitin və olein turşularının qliseridindən , bərk bitki piyləri (koks və palmoyadro yağı) kapril (C7H15COOH), laurin (C11H23COOH) və miristin (C13H27COOH) turşularının qliseridindən ibarətdir. Bu piylər bərk sabun üçün ən yaxşı piy xammalı sayılır. Bərk heyvan piyləri yüksək keyfiyyətli ərzaq məhsuludur, buna görə də hazırda sabun istehsalı üçün onlar az miqdarda tətbiq edilir. Bərk təsərrüfat sabunları üçün əsas piy xammalı aşağı qiymətli duru piylərin emalından alınan bərk piy məhsullarıdır. Bu bərk piylərə salomas deyilir, bu da duru bitki və balıq yağlarının hidrogenləşməsi prosesində alınır.
Yağ-piy sənayesi tərəfindən ərzaq və texniki salomas buraxılır. Ərzaq salomas yüksək keyfiyyətilə fərqlənir və ondan marqarin hazırlanır. Texniki salomas isə bərk və əl- üz sabunlarının hazırlanmasına işlədilir.
Təsərrüfat sabunlarının xüsusən mazaoxşar və duru sabunların istehsalının piy xammalı-piy sənayesinin əlavə məhsulu, həmçinin ərzaq salomasdır. Başqa piy tərnibli (mətbəx və s.) tullantılar da tətbiq edilir ki, bunlar da əvvəlcədən çirkdən mükəmməl surətdə təmizlənir, bəzən də sərbəst yağ turşularına parçalanır.
Soapstok əsasən sabunlaşdırıcı və neytral piylərdən ibarətdir. Onların tərkibində, həmçinin zülal, boyayıcı və başqa maddələr daxildir. Sabun bişməmişdən qabaq müvafiq təmizlənmə aparılır. Soapstik yaxşı təmizlənməsi və ondan kənar edilməmiş zülal maddələrin ayrılması nəticəsində çox tünd rəngli və xoşa gəlməyən iyli sabun almır. Təsərrüfat sabunu üçün piy qarışığı hazırlandıqda salomasa az miqdarda soapstik əlavə edilir. Əla sortlu əl-üz sabunlarının istehsalında piy qarışığına bərk bitki yağları, mazaoxşar sabunun hazırlanmasında duru bitki yağları kətan, günəbaxan və s. qatılır.
Piyiəvəzedicilər – lazımlı piyiəvəzedicilər sintetik yağ turşuları həmçinin naften və qətran turşularıdır. Sintetik yağ turşuları katalizatorun iştirakı ilə parafinli karbohidrogenlərin havanın onsigeni ilə oksidləşməsindən alınır. Əlavə qatışıqlardan yaxşı təmizlənmə şəraitində onlar təbii piylərdən olan yağ turşularını əvəz edən tam qiymətli xammal ola bilər. Karbohidrogenlərin oksidləşməsi prosesində yağ turşularından başqa tünd rəngli və xoşagəlməyən qətran xarakterli bir çox əlavə qatışıqlar əmələ gəlir ki, bu da sabuna keçir. Bu qatışıqlardan yağ turşularının təmizlənməsi kifayət qədər mürəkkəbdir.
Sabun bişirmə istehsalında sintetik yağ turşularının iki fraksiyasından istifadə edilir. Molekulada karbon atomlarının sayı C10-C15 və C16-C21 olur. Birinci fraksiya əsasən əl-üz və duru sabun istehsalında koks yağını, ikinci bərk təsərrüfat sabunlarını əvəz etmək üçündür. Təsərrüfat sabunlarının yağ əsasına 35-40%-ə qədər sintetik yağ turşuları qatılır. Onların tətbiqinin üstün cəhəti, oksidləşən karbohidrogenlərin molekulasının ölçüsündən asılı olaraq sabunun xassələrini nizamlamaq mümkün olmasıdır.
Parafinli karbohidrogenlərin fasiləsiz oksidləşməsi və alınmış yağ turşularının sabunlaşması üsulları var. Parafinli karbohidrogenlər katalizatorun iştirakı ilə xüsusi oksidləşdirici kolonkalarda havanın oksigenilə 130°-yə yaxın hərarətdə və 2-3 atm təzyiqində oksidləşir. Əmələ gələn oksidatlar fasiləsiz olaraq kolonxalardan sabunlaşmaya köçürülür, bu da susuzlaşdırılmış soda və yeyici natrium məhlulu ilə həyata keçirilir.
Sintetik yağ turşularının keyfiyyətinə verilən tələblər karbohidrogenlərin oksidləşməsi zamanı əmələ gələn tünd rəngli və pis qoxulu maddələrin diqqətlə təmizlənməsindən ibarətdir.
Qətran turşuları sabun bişirmədə, iynəyarpaqlı ağacların şirəsindən alınan kanifol halında tətbiq edilir. Kanifol qətran turşularının qarışığından ibarət olmaqla qələvilərlə qarışdırıldıqda yaxşı köpük əmələ gətirmə və yuma qabiliyyətinə malik, həll olan, mazaoxşar, sabun əmələ gətirir. Kanifol əlavə etməklə piy xammaldan yüksək həllolma və çox köpük əmələ gətirməyə malik təsərrüfat sabunu alınır. Bundan başqa kanifolun əlavə edilməsi sabunun qaxsımasının qarşısını alaraq onu uzun müddət isti və rütubətli şəraitdə saxlamağa imkan verir. Bu xəssə qətran turşusunun havanın oksigenlə daha aktiv əlaqəsindən irəli gəlir.
Bərk təsərrüfat sabununu alınması üçün piy əsasına 12-15% kanifol qatılır (kanifol çox olarsa, tünd rəngli sabun alınır). Əl-üz sabunlarına açıq rəngli və 5%-ə qədər kanifol tətbiq edilir. Əks halda yapışan sabun alınır ki, belə sabunlar da vallarda və exstruderdə çətin emal olunur.
Aşağı sortlu təsərrrüfat sabunlanın bişirən zaman kanifol əvəzinə, bəzən sellülozanın emalından alınan az miqdarda tall yağı işlədilir. Tall yağının tərkibinə qətran və yağ turşuları daxildir. Lakin tall yağının xammalının tünd rəngli və xoşa gəlməyən iyi var və onların tərkibində çoxlu sabunlaşmayan maddələr olur. Buna görə də onlardan əla sortlu sabunlarda tətbiq edilməsi məsləhət görülmür.
Neft və neft məhsullarının tərkibində olan naften turşuları yağ turşularından özünün dövri quruluşuna görə fərqlənir. Neft məhsullarının qələvilə təmizlənməsi nəticəsində sabunnaft adlanan mazaoxşar kütlə alınır ki, bu da naften turşularının qatışığından ibarətdir. Suda yaxşı həll olur. Onu aşağı sortlu təsərrüfat sabunlarının piy əsasına əlavə edirlər. (6% -ə qədər).
Sabunnaftı kükürd turşusu ilə emal etdikdə asidol adlanan qatı yağaoxşar məhsul sərbəst naften turşuları halında ayrılır. Asidol sabunbişirmədə sabunaften əvəzinə tətbiq edilir. Sabunaft və asidolun çox qatılması sabunun keyfiyyətini pisləşdirir (sabunun yumşaqlığını, sürtülməsini və sərfini artırır). Bundan başqa onların tünd rəngini və xoşa gəlməyən iyini sabuna verir.
Qələvili maddələr – Sabun istehsalı üçün qeyri-üzvi xammal qələvili maddələrdir. Bu maddələr neytral piylərin sabunlaşması və yağ turşularının neytrallaşması üçün lazımdır. Bu məqsədlə yeyici natrium NaOH (kaustik soda, kaustik) və susuzlaşdırılmış soda Na2CO3 tətbiq edilir.
Duru və xüsusi növ sabunlar üçün kalium hidroksidi KOH və kalium karbonat (potaş) K2CO3 işlədilir. Hissələrə ayrılmış piylər və piyəvəzedicilərdən sabun bişirməsində natrium və kalium karbonatlı duzları tətbiq edilir. Onlar doymamış piyləri sabunlaşdırmaq qabiliyyətinə malik deyillər. Sabun bişirilməsində qeyri-üzvi qələvi maddələrindən həmçinin natrium silikat işlədilir. O, bəzi sort sabunlarına bərkliyi artırmaq və yapışqanlığı aradan qaldırmaq üçün əlavə edilir.
Natrium silikatın əlavə edilməsi bunların, həmçinin sabunun, səthində soda kristallarının əmələ gəlməsinin qarşısını alır. Natrium silikat çox miqdarda yuyucu tozlarla qatılır, bu onun cod suyu yumşaltmaq qabiliyyətindən asılıdır. Yuyucu tozların hazırlanmasında, həmçinin ortofosfat və bor turşularının (natrium fosfat, bura) qələvili duzları tətbiq edilir.Sabunun keyfiyyətinin formalaşmasına təsir edən əsas amillərdən biri də onun bişirilməsidir.
Bitki yağlarının istehsal texnologiyası
Satışda yerli istehsal məhsullarının üstünlük təşkil etdiyi sahələrdən biri də bitki yağları sektorudur. Yerli istehsal olan bitki yağlarından istifadə edən böyük bir kütlə var. Ancaq müəyyən kütlə var ki, hələ də yerli məhsullara güvənmir, “xaricdən gətirilənlər daha keyfiyyətlidir” deyə düşünür. “Yerli bitki yağlarına su qatılır, bişiriləndə sanki qazanda buxarlanır” kimi fikirlər də var. Hətta bəzən belə fikirlər səsləndirilir ki, ölkədə indiki həcmdə bitki yağı istehsal edəcək qədər günəbaxan, qarğıdalı, zeytun və s. məhsullar yetişmir, qatqılar var və s. Yəni bu sahə ilə bağlı suallar çoxdur. Bu fikirlər nə dərəcədə həqiqəti əks etdirir?
Bununla bağlı “Kaspi” qazetində məqalə dərc olunub.
Qida mühəndisi Ceyran Əsgərova deyir ki, istehsal məhsulları olan bitki yağları kifayət qədər keyfiyyətlidir:
“Ümumiyyətlə, bazarda satışına icazə verilən hər bir bitki yağının – istər yerli istehsal olsun, istər idxal olunan, keyfiyyətinə nəzarət qurumları var. Bu nəzarət olmadan o məhsullar satışa buraxılmır. Hansınınsa keyfiyyətinin yaxşı olmadığını demək düzgün deyil”.
C.Əsgərova deyir ki, yağ normal temperaturdan yüksək istilikdə buxarlana bilər. Əslində bu, buxarlanma da deyil:
“Bəzən deyilir ki, yağa su qatılır, qarışığı var. Amma belə olarsa, qablaşdırmada yağ və su bir-birindən ayrılır, baxanda bunu hiss etmək mümkün olur. Yağ daha yüngül olduğu üçün yüksəyə qalxır, su isə aşağıda qalır. Amma hər hansı cihaz vasitəsilə deyil, gözlə baxılanda, qabda ancaq yağ məhsulu olduğu görünürsə, onun buxarlanması üçün çox yüksək temperatur lazımdır. Həmin temperaturlarda isə yemək bişirmək olmaz. Yağ normal temperaturda bişiriləndə, buxarlanmır. Yüksək temperaturda ola bilər. Bu da buxarlanma deyil, yağın yanmasıdır”.
Qida mühəndisi qeyd etdi ki, bitki yağları təyinatı üzrə istifadə edilmədikdə orqanizm üçün zərərləri ola bilir:
“Biz öyrəşmişik ki, hər hansı bitki yağını alırıq, onu qızartmada, bişirmədə istifadə edirik, salatlara əlavə edirik. Amma biz yağların isti emal üsullarında istifadə qaydası haqqında məlumatlı olmalıyıq. Yəni istehlakçı ilk növbədə hansı yağı nəyə və nə cür istifadə etməli olduğunu bilməlidir. Məsələn, elə bitki yağları var ki, onlar qızartma üçün uyğun deyil, ancaq salatlara əlavə etmək olar. Bu yağda siz peraşki, yaxud başqa nə isə qızardırsınızsa, orda temperatur yüksək olur. Bu zaman düşünürsünüz ki, buxarlanma gedir və s”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, yerli istehsal olan bitki yağlarının keyfiyyəti ölkəyə idxal olunanlardan üstündür:
“Bizdə istehlakçılar arasında belə səhv fikir formalaşıb ki, xarici məhsuldursa, keyfiyyətlidir, yerlidirsə, yox. Ancaq xaricdən idxal olunan məhsullar mütləq kimyalaşdırılmış olur. Çünki müəyyən məsafədə temperatur təzyiqinə məruz qalırlar və s. Baxmayaraq ki, xaricdən gətirilən məhsulların etiketi daha gözəl, dadı daha yaxşı ola bilir. Lakin əslində yerli məhsulların əksər hissəsi keyfiyyət cəhətdən xarici məhsullardan üstündür. Bitki yağları da bu siyahıdadır. Azərbaycanda istehsal olunan bitki yağları əvəzsizdir. Ölkədə istehsal olunan zeytun yağı xaricdən gətirilən bütün zeytun yağlarından üstündür”.
E.Hüseynov qeyd etdi ki, bazarda saxta məhsullar da ola bilər. Ona görə də, istehlakçılar mal alarkən diqqətli olmalıdırlar:
“Adətən, məşhur, keyfiyyətli məhsulun adına çox oxşar bir adla, saxta məhsulla bazara girib, satış apara bilirlər. Bu baxımdan alıcılar aldıqları məhsulun adına diqqətlə fikir versinlər. Etiketinə baxsınlar. Qida Təhlükəsizliyi Agentliyinin sertifikatı olub-olmadığını yoxlasınlar”.
Aqrar sahə üzrə mütəxəssis Qadir Bayramlı deyir ki, ölkədə bitki yağlarına olan tələbatı qarşılamaq üçün kifayət qədər xammal yetişdirilməsi imkanları var:
“Bu imkanlardan lazımınca istifadə edilmir. Dəqiq deyə bilmərəm ki, xammalın neçə faizi xaricdən gətirilir, nə qədəri yerli məhsuldur. Ancaq Azərbaycan müəssisələrinin istehsal etdikləri bitki yağları marketlərdə satılır və istehlakçılar tərəfindən alınır. Əgər xammalın bir qismi xaricdən gətirilirsə, onu yerli xammalla əvəz etmək imkanlarımız var. Sadəcə olaraq, kənd təsərrüfatını intensiv şəkildə inkişaf etdirmək, günəbaxan, qarğıdalı sahələrini genişləndirmək lazımdır”.
Q.Bayramlının sözlərinə görə, zeytun yağı istehsalı üçün də ölkədə xammal var, amma ondan tam istifadə edilmir:
“Azərbaycanda bitki yağları ilə bağlı itib batan sərvət Abşeron yarımadasında olan zeytun bitkisidir. Xaricilər bunu gördükdə, təəccüblə deyirlər ki, bu meyvə yerə tökülüb qalır. Düşünürəm ki, Abşeron yarımadasında hər il ən azı yüz tonlarla zeytunu toplayıb, ondan yağ əldə etmək mümkündür. Amma edilmir, yaxud da çox az miqdarda istifadə olunur. Fermerlər üçün imkan yaratmaq, daha keyfiyyətli zeytun yağı istehsal etmək üçün yüksək standartlara cavab verən avadanlıqların quraşdırıldığı fabriklər qurmaq lazımdır. Bəzən ibtidai üsullardan istifadə edirlər. Bu zaman yağın keyfiyyəti aşağı olur. Ona görə, insanlarımız Türkiyə, Rusiya, yaxud başqa Avropa ölkələrindən idxal edilən zeytun yağlarına üstünlük verirlər. Halbuki Abşeron yarımadasında bitən zeytunun keyfiyyəti çox yüksəkdir. Bir çox ölkələrdə, məsələn, Türkiyədə həm pambıqdan, həm fındıqdan yağ əldə edilir. Ölkəmizdə hər ikisi yetişir, amma biz onlardan xam məhsul kimi istifadə edirik. Yağ əldə edə bilmirik”.
Həkim-terapevt Məlahət Abbasova deyir ki, sağlamlıq baxımından təbii bitki yağlarından istifadə etmək daha məsləhətlidir:
“Yerli, ya xarici istehsal olsun, fərq etmir. Satışda olan bitki yağları rafinə olunmuş məhsullardır. Bu zaman həmin yağlar müəyyən texniki prosesdən keçir, keyfiyyətində dəyişiklik gedir. Sağlamlıq üçün tam faydalı olmasından danışsaq, təbii olan, rafinə olunmamış yağlar daha faydalıdır”. (Oxu.az)
Comments are closed, but trackbacks and pingbacks are open.