Yaxşı bitki yağını necə seçməli? Tövsiyələr
19. Ürəyin normal fəaliyyəti üçün də çaytikanı yağı xeyirlidir.
Dərman bitkilərinin şahzadəsi – çaytikanı yağının 20 FAYDASI
Çaytikanı bitkisi (oblepixa) öz zəngin tərkibi və faydalı xüsusiyyətləri ilə xalq təbabəti ilə yanaşı elmi təbabətdə də geniş istifadə olunur. Unikal xassələrə malik olduğundan bu bitkiyə “dərman bitkilərinin şahzadəsi” də deyilir.
Bu bitkidən hazırlanmış yağ bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
Milli.Az modern.az-a istinadən çaytikanı yağının 20 faydasını təqdim edir.
1. Çaytikanı yağı mədə və onikibarmaq bağırsağın xorasının müalicəsində ən yaxşı vasitələrdən biridir. Bunun üçün 2 həftə ərzində hər gün yeməkdən 15-20 dəqiqə əvvəl 1 çay qaşığı çaytikanı yağı qəbul etmək lazımdır.
2. Bu yağdan müntəzəm istifadə edildikdə maddələr mübadiləsi normallaşır.
3. Bədənin xəstəliklərə qarşı müqaviməti və orqanizmin immuniteti güclənir.
4. Qəbzliyə qarşı olduqca faydalıdır.
5. Qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
6. Görmə qabiliyyətinə müsbət təsir göstərir.
7. Qan damarlarının elastikliyini artırır, qan dövranını yaxşılaşdırır.
8. Piylənmənin qarşısını alır.
9. Qanda xolestrolun səviyyəsini aşağı salır.
10. Mədəaltı və qalxanabənzər vəzin fəaliyyətini normada saxlayır.
11. Cinsi fəallığı artırır.
12. Ağrıkəsici xassəyə malikdir.
13. Təbii antibakterial və antioksidantdır.
14. Dəridə olan yaraların və yanıqların sağalmasını sürətləndirir.
15. Orqanizmi pis ekoloji təsirlərdən qoruyur.
16. Xərçəng xəstəliklərinin profilaktikasında effektli vasitə kimi istifadə olunur.
17. Yüksək bioloji aktivliyə malikdir.
18. Həzm prosesini asanlaşdırır.
19. Ürəyin normal fəaliyyəti üçün də çaytikanı yağı xeyirlidir.
20. Qadın xəstəliklərinin müalicəsində də həkim nəzarəti ilə bu yağdan istifadə olunur.
Qaraciyər, od kisəsi, mədəaltı vəzin iltihablarında çaytikanı yağından istifadə məsləhət görülmür. Çaytikanı bitkisindən və onun yağından müalicə məqsədi ilə istifadə edərkən həkim məsləhətlərinə mütləq şəkildə əməl olunmalıdır.
Milli.Az
Yaxşı bitki yağını necə seçməli? Tövsiyələr
Bitki yağları ən tez-tez istifadə olunan məhsullardandır.
Mütəxəssislər sübut edir ki, ürək-damar sistemininin sağlamlığı üçün insan hər gün 1 x.q. bitki yağı istehlak etməlidir. Bu mənada ən faydalı bitki yağı zeytun yağı sayılır.
Mütəxəssislər bitki yağını seçərkən bəzi göstəricilərə fikir verməyi tövsiyə edirlər. Saglamolun.az kp-ya istinadla bu tövsiyələri təqdim edir:
– Yemək bişirmək üçün rafinə edilmiş, salatlar üçün isə rafinə edilməmiş yağdan istifadə edin. Rafinə edilməmiş yağı qızdırmaq olmaz, bu zaman ziyanlı maddələr ifraz olunur.
– Rafinə edilmiş yağın heç bir qoxusu və dadı olmur. Əksinə isə rafinə edilməmiş yağ öz spesifik qoxusunu və dadını saxlayır.
– Ən yaxşı bitki yağı “premium” növü olandır. Daha sonra əla növ və 1-ci növ gedir.
– Soyuq sıxılma üsulu ilə (“холодный отжим”) hazırlanmış yağ daha faydalı sayılır.
– Bitki yağı işıq sevmir və işığın təsirindən tez xarab olur. Bu səbəbdən bitki yağını alanda dükandakı rəfin dərinliyində yerləşən yağı götürün.
– Daha təzə yağ seçin. Yararlıq müddəti bitənə yaxın yağın keyfiyyəti azalır.
– Rafinə olunmuş bitki yağı şəffaf və açıq sarı rəngində olmalıdır. Yağın rəngi nə qədər açıqdırsa, yağ da bir o qədər yaxşı sayılır.
– Bəzən bitki yağlarının üzərində “E vitamini ilə”, “tərkibində E vitamini var” və s. kimi qeydlər olur. Bu sadəcə reklam hiyləsidir. İstənilən bitki yağında bu faydalı və vacib vitamin mövcuddur.
– Yağın üzərində “xolesterinsiz” yazılıbsa, bu da sadəcə reklam üçündür. Buna aldanmayın və artıq pul ödəməyin! Heç bir bitki yağında xolesterin yoxdur və ola da bilməz.
– Növbəti reklam hiyəsi bitki yağının üzərində “konservantsız” və “rəngvericisiz” qeydlərdir. Bitki yağlarının tərkibinə konservantlar yoxdur. Konservantlar məhsulda mikrobların inkişafına mane olur, lakin bitki yağında mikroblar yaşaya bilmir.
Həmçinin bitki yağının tərkibinə demək olar ki, heç bir kimyəvi qatqını (rəngverici və s.) əlavə etmək mümkün deyil.
Saglamolun.Az
Bakıda bitki yağının kərə yağı kimi qablaşdırıldığı anbar aşkarlandı – Fotolar
AQTA-dan verilən məlumata görə, reyd zamanı “LV Standart” MMC tərəfindən idxal olunan “Goldenline” əmtəə nişanlı bitki-kərə spredlərinin Yaqubov Natiq Şaqaim oğlu tərəfindən 800 qram və 1 kq-lıq hissələrə bölünərək “Goldenline” slivoçnoe əmtəə nişanlı kərə yağı kimi etiketlənərək ticarət şəbəkələrinə satılması faktı aşkar edilib.
Eyni zamanda yağların üzərində istehlak xüsusiyyətinin öz əksini tapmadığı və qablaşdırılan yağların üzərində bitki yağı olması ilə bağlı heç bir məlumatın yazılmadığı müəyyən edilib.
Anbarda xammal kimi 670 kq, “Goldenline” əmtəə nişanı adı altında etiketlənərək kərə yağı kimi qablaşdırılan 315 kq yağ müəyyən edilib. Məhsullardan götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq labortoriyalarına təqdim olunub.
Aşkarlanan faktlar əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bitki yağ spredinin kərə yağı kimi etiketlənməsinin həyata keçirildiyi anbarın fəaliyyəti məhdudlaşdırılıb və kərə yağ adı altında etiketlənən məhsulların satışının qarşısı alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.