Gül kələmi haqqında
Qədimdə sinir sistemi, ağciyər, ürək, böyrək, dəri xəstəlikləri zamanı qızılgüldən hazırlanmış tinkturalar, yağlar, dəmləmələr çox geniş istifadə olunurdu. Dahi Avisennanın elmi əsərlərində qızılgül haqqında məlumatlar, müalicəvi reseptlər var.
Sevimli güllər haqqında
Qızılgül – dekorativ çiçək becərmədə gülçiçəklilər fəsiləsinin itburnu cinsinə aid mədəni bitki növlərinin qəbul olunmuş adı. Qızılgülün kök sistemi milvarıdır və torpağın 5 mdərinliyinə kimi işləyir. Çox gövdəli olmaqla, budaqlıdır. 1,5-2 mhündürlükdə koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır. Yarpaqları gövdə üzərində növbə ilə yerləşir. İri kolunda 800-1000 ədəd çiçək əmələ gəlməklə, çiçəyində 60-120 ləçək olur. Ətraf mühitdən asılı olaraq,efiryağlı qızılgül 30-50 il ömür sürür. Bu dövrdə bitkinin budaqları tez-tez dəyişir. Qızılgüldə iki tip çoxillik budaqlar: Əsas və ya anac və boyu tükənən budaqlar mövcuddur. Beş tip birillik zoğları (boy-verən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas və ya anac budaqlar 5-6 yaşda olub,üzərində güçlü inkişaf etmiş boy və generativ zoğları daşıyır.
İnci çiçəyi — Botanikadakı adı Convallaria Majalis olan və xalq arasında May çiçəyi kimi tanınan inci çiçəyi, Zambaqkimilər fəsiləsindən olub, daha çok İstanbul, İzmir və Toros dağlarının olduğu bölgələrdə bitən, balaca ağ çiçəkli ve gözəl ətirli bir çiçəkdir. 15-30 sm hündürlüyündə olan inci çiçəyinin kiçik qırmızı yemişləri vardır və zəhərlidir.
İnci çiçəyi kölgəli və rütubətli yerləri sevir. Salxımlar formasında böyüyən ağ çiçəkləri onun dekorativ bitki olaraq istifadəsi edilməsi üçün idealdir. İnci çiçəyi kök, gövdə, saplaq, yarpaq və çiçəkləri, yapışqan bitki mayedən ibarətdir. Çiçəklərindən ətir istehsalında istifadə olunur. Eyni zamanda sağlamlığa,xüsusilə də ürəyə və qan dövranına faydalıdır.
Yasəmən- zeytungüllər (Oleaceae) fəsiləsinin Jasminum cinsindən olub, 300 ə qədər tropik və subtropik bitki növündəndir. Gözəl ətirli çiçəklər açan bu çoxillik bitki növü Qərbi Amerika xaric bütün qitələrdə yabanı olaraq bitir. Yasəmən növünün çoxu sarmaşıq formadadır. Ağ, sarı və çəhrayı rəngli çiçəklər açır. Ən çox becərilən yasəmən növlərindən biri adi yasəməndir (Jasminum officinale). Vətəni İran olan və Mərmərə ətrafındakı ölkələrdə çox rast gəlinən bu bitki parlaq yarpaqları və xoş qoxulu ağ çiçəkləriylə, parkları və bağçaları bəzəyir. Bu çiçəkdən həmçinin ətir sənayesində yağ istehsal olunur.
Bənövşə- bənövşəgüllər (Violaceae) fəsiləsinə aid olub Viola cinsindən olan bitkidir. Çox zaman dipçəkdə becərilir.400-lə 500 arası forması vardır. Dünyanın bir çox yerində yetişdirilməyi ilə yanaşı ən çox Qərb yarımkürədə bitir. Eyni zamanda Havay və Cənubi Asiyada da bitir. Təbiətdə işıqlı, lakin kölgədə və nəmli bölgələrdə yetişir.
Gül kələmi haqqında
Gül kələmi Aralıq dənizi sahillərində daha çox yetişir. İlk dəfə gül kələmi XVII əsrdə Qərbi Avropa ölkələrində yetişdirilmişdir. Bizim ölkəmizdə gül kələmindən az adam xoşlanır, amma Avropa mətbəxinin bir çox qidalarında kələmin bu növündən geniş istifadə edilir. Gül kələmi birillik tərəvəz bitkisidir. O mil kökə malik olan tərəvəzlər qrupuna daxildir. Onun yarpaqları slindir formada olub 15-70 sm hündürlüyə qədər yüksələ bilir. Gül kələminin yarpaqları böyüdükcə üfüqi vəziyyət alır və yarpaqların ortasından spiral formalı körpə kələm yarpaqları inkişaf etməyə başlayır. Yarpaqlar yerə oturduqca körpə spiralvari kələm yarpaqları böyüməyə başlayır və eninə-uzununa böyüyərək ağ gül kələminin formalaşmasına səbəb olur. Körpə kələm yarpaqlarının rəngi açıq yaşıl rəngdə olur və böyüdükcə üçkünc başlıqlar əmələ gətirir. Bu başlıqlar da inkişaf etdikcə ağ, topa şəkilli kələmlərə – gül kələminə çevrilir. Kiçik kələm başlıqları 3-15 sm ölçülərində olur və böyüdükcə rəngləri ağarmağa başlayır. Gül kələminin meyvəsi çox hissəli meyvə olub, uzunluqları 6-8,5 sm uzunluğunda olur.
Gül kələminın Tərkibi.
100 qram gül kələminin qida dəyərliliyi:
– Zülallar – 2,5 qram
– Yağlar – 0,3 qram
– Kabohidratlar – 4,2 qram
– Su – 90 qram
– Kalori dəyəri – 30 kKal.
Gül kələminin Faydaları.
Gül kələminin tərkibi duzlar, zülallar və karbohidratlarla zəngindir. Gül kələmində olan zülalların tərkibində çoxlu amin turşuları (ariqinin, lizin) var. Onun tərkibi orqanizm üçün faydalı olan və asan sorulan sellüoza ilə zəngindir. Kələmin çiçəklərində orqanizm tərəfindən asan sorulan azot birləşmələri və zülallar da var.
Gül kələminin tərkibində çoxlu miqdarda C, B1, B2, PP, A, H vitaminləri, kalium, kalsium, natrium, fosfor, dəmir, maqnium var. Gül kələmi pektin, alma, fol, pantoten və limon turşusu ilə zəngindir. Onun tərkibində olan dəmir qara istiot və yaşıl noxudun tərkibində olan dəmirin miqdarından 2 dəfə, badımcanın və kabaçokun tərkibindəkindən 3 dəfə artıqdır. Gül kələmi insan orqanizmi tərəfindən digər kələmlərə nisbətən daha asan sorulur.
Gül kələmini dietik qida hesab eləmək olar. Onu mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən adamlar müalicə məqsədilə qida rasionuna daxil edə bilər. Bu kələmi qaraciyər və öd kisəsi xəstəliklərindən əziyyət çəkən adamlar da istədikləri qədər yeyə bilərlər. Gül kələminin tərkibindəkilər ödün boşalmasını sürətləndirərək bağırsaq möhtəviyyatının asan xaric olunmasına yardım edir. Onu uşaq qidalarına da əlavə etmək olar. Mədənin sekretor funksiyasının pozulmaları zaman gül kələminin şirəsindən istifadə eləməklə xəstəliyin əlamətlərini azaltmaq mümkündür. Davamlı olaraq gül kələmi qəbul edən adamlarda xərçəng xəstəliyi riski aradan qalxır. Belə ki, gül kələmi qadınlarda döş, kişilərdə isə prostat vəzi xərçənginin əlamətlərini azaltmaq qabiliyyətinə malikdir. Ondan adları çəkilən xərçəng xəstəliklərinin profilaktikası zamanı da istifadə edilir. Gül kələmindən qastrit, diabet, bronxit, qaraciyər və böyrək xəstələri istədikləri qədər istifadə edə bilərlər.
Gül kələminin Ziyanı
Mədə turşuluğu yüksək olan, mədə və onikibarmaq bağırsaq yarasından əziyyət çəkən, enterekoliti və bağırsaq spazmı olan xəstələrə gül kələmindən istifadə etmək məsləhət görülmür.
Qarın boşluğu üzvlərindən və döş vəzindən əməliyyat olan adamlara da kələmin bu növündən yemək tövsiyə edilmir.
Qızılgül ürəyi, sinirləri müalicə edir. Faydalı RESEPTLƏR
Qızılgül yağı, qızılgül dəmləməsi qədim zamanlardan müalicəvi vasitə kimi tanınır və geniş istifadə olunur.
Qədimdə sinir sistemi, ağciyər, ürək, böyrək, dəri xəstəlikləri zamanı qızılgüldən hazırlanmış tinkturalar, yağlar, dəmləmələr çox geniş istifadə olunurdu. Dahi Avisennanın elmi əsərlərində qızılgül haqqında məlumatlar, müalicəvi reseptlər var.
Qızılgülün əsas müalicəvi komponenti efir yağıdır. Qızılgülün efir yağı çox güclü stimullaşdırıcı, bərpaedici, cavanlaşdırıcı tərirə malikdir.
Qızılgülün faydaları:
– ürək-damar sisteminə çox müsbət təsir edir – ürək əzələsini möhkəmləndirir, aterosklerozun qarşısını alır, damarlarda spazmları azaldır, ürək ağrıları zamanı faydalıdır
– sinir sisteminə sakitləşdirici təsir edir, nevroz, stress, depressiya zamanı çox faydalıdır
– mədə-bağırsaq sisteminə antiseptik təsir göstərir, mikrobları öldürür
– immun sistemini möhkəmləndirir
– angina zamanı müalicəvi təsir edir
– baş ağrısını və menstruasiya ağrılarını azaldır
– orqanizmi cavanlaşdırır və tonuslaşdırır
– dəri xəstəlikləri, yaralar, yanıqlar zamanı dərinin bərpasını sürətləndirir
– kosmetologiyada çox geniş istifadə olunur – dərini təmizləyir, cavanlaşdırır, təravətləndirir
– damaqların itihabı, stomatit zamanı qızılgül suyu ilə qarqara çox yaxşı müalicəvi təsir edir
– nəfəs yolları mikroblardan və selikdən təmizləyir .
Müalicəvi reseptlər:
1. 1/2 stəkan qızılgül ləçəklərinin üzərinə stəkanın yuxarısına qədər isti su tökün, 30 dəqiqə dəmləyin və bu dəmləməni gün ərzində kiçik qurtumlarla için. Bu dəmləmə ürək, sinir sistemi xəstəlikləri zamanı çox faydalıdır, həzm sisteminə antiseptik təsir göstərir. Angina, stomatit, damaq iltihabları zamanı bu dəmləmə ilə qarqara edin.
2. 1/2 l-lik bankaya qızılgül ləçəkləri yığın. Bankanın yuxarısına qədər ilıq zeytun yağı tökün. Bankanı 14 gün ərzində sərin qaranlıq yerdə saxlayın. 14 gündən sonra yağı süzün. Bu yağ müxtəlif dəri xəstəlikləri, yaralar, yanıqlar zamanı çox yaxşı müalicəvi təsir edir.
3. Baş ağrıları, miqren tutması zamanı kiçik ləyənə qızılgül yarpaqları qoyun, üzərinə isti su tökün. Ləyəni xəstənin yanında qoyun. Ətirli buxar çox yaxşı sakitləşdirir, ağrıları azaldır.
4. Nevroz, stress, depressiya zamanı qızılgül yağı əlavə olunmuş vannalar çox faydalıdır.
5. Kosmetologiyada qızılgül losyonları, maskaları və s. geniş istifadə olunur. Ev şəraitində də belə losyon hazırlamaq olar. 1/2 stəkan qızılgül ləçəklərinin üzərinə stəkanın yuxarısına qədər araq tökün və 10 gün sərin qaranlıq yerdə saxlayın. Sonra losyonu süzün. Belə losyon dərini təmizləyir, dərinin yağlılığını azaldır, rəngini yaxşılaşdırır.
6. Qızılgül çayı çox faydalı müalicəvi və profilaktik vasitədir. İmmun sistemini, ürəyi möhkəmləndirir, sakitləşdirir, iltihabları azaldır.
1 xörək qaşığı təzə və ya 1 çay qaşığı quru qızılgül yarpaqları 1 stəkan isti suda dəmlənilir və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar.
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.