Canlılar aləmi
Bitkilərin sistematik kateqoriyas ı
Bitkilr zirinc haqqında
2014-cü ildən fəaliyyət
- Zirincin faydaları
Reseptin məlumatları Baxış sayı: 11 898
Tarix : 22-02-2017, 19:00
Zirinc kulinariyada geniş istifadə olunur. Lakin insanların bir çox hissəsinin bu giləmeyvənin faydalı xüsusiyyətləri haqqında xəbəri yoxdur.
Zirinci “şimal limonu” adlandırırlar, bu da səbəbsiz deyil. Zirinc bəzi xüsusiyyətlərinə görə həqiqətən limona bənzəyir. İlk növbədə zirinc C vitamini ilə zəngindir. Bundan əlavə zirincdə orqanik turşular, alkaloidlər, efir yağları, pektinlər və s. faydalı maddələr var.
Qədim vaxtlarda zirincdən qandayandıran, iştahartıran vasitə kimi istifadə olunurdu.
Müasir tibb zirincin bir çox faydalı xüsusiyyətlərini təsdiq edir. Belə ki, zirincin tərkibində nadir maddə “berberin” var ki, bu maddə qara ciyərin, öd kisəsinin fəaliyyətinə çox müsbət təsir edir, öd qovucu təsir edir.
Zirinc “ağır” qidaların mənimsənilməsini sürətləndirir və asanlaşdırır. Bu səbəbdən zirinc tez-tez ət yeməklərinə əlavə olunur.
Zirinc orqanizmə antibakterial və virus əleyhinə təsir edir, iltihabı azaldır.
Zirinc dəmləməsi öskürək, angina, nəfəsalma orqanların iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir. Dəmləməni hazırlamaq üçün 1 çay qaşığı qurudulmuş zirinc 1 fincan qaynar suda 1/2 saat ərzində dəmlənilir, 1/2 çay qaşığı bal əlavə olunur və içilir. Belə dəmləmə həmçinin immun siteminə də çox müsbət təsir edir, orqanizmi möhkəmləndirir, orqanizmin virus və bakteriyalara olan davamlılığını artırır.
Zirinc arterial təzyqin və qanda şəkərin tənzimlənməsinə müsbət təsir edir. Etiketlər: Zirinc, təsir, zirinc, əlavə, faydalı, olunur, müsbət, virus, zirincin, qaşığı, maddə, istifadə, orqanların, dəmləməsi, öskürək, angina, nəfəsalma, iltihabları, azaldır, orqanizmə
Canlılar aləmi
Canlılar aləminə aid olan qruplardan biri də Bitkilərdir.Hal hazirda dunyada 350 mindən cox bitki növü var.Bitkiləri öyrənən elm – Botanika adlanır. Flora(lat. Flora – Roma mifologiyasında çiçək və bahar allahı) — bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən vilayət, zona, rayon da olan məcmusuna deyilir.. Flora müxtəlif bitki qruplaşmalarının cəmidir. Florada növ əmələgəlmə prosesləri, bir növün digərini sıxışdırması, bitkilərin miqrasiyası və s. hadisələr səciyyəvidir. Hər hansı flora özünə məxsus müxtəlifliyi, yaş tərkibi, endemikliyi ilə fərqlənir.
Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 5·3·10 10 t biokütlə sintez edilir.
Bitki formasiyaları haqqında təlimin əsasları V.R.Vilyams tərəfindən işlənmişdir.
İlk dəfə quruya çıxan bitkilər-psilofitlərdir.Ən qədim bitkilər isə yosunlardır.
Bitkilərin sistematik kateqoriyas ı
Şəkildə göründüyü kimi aşağıdan yuxarı qalxdıqca fərdlərin sayı artır .
Bitkilər aləmi 2 yarımaləmə bölünür.
1.İbtidai bitkilər
Y osunlar
- qırmızı
- yaşıl
- qonur
- Plaunkimilər
- Qaturquyruğukimilər
- Mamırkimilər
- Qıjıkimilər
- Çılpaqtoxumlular
- Örtülütoxumlular
Bitkilərin növ sayının artması ardıcıllığı
Aşağıdan yuxarı qalxdıqca növ sayı artır.
Bitkilərin orqanları
Bitki orqanizminin hər hansı bir funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir. Adətən orqan bir deyil, bir neçə funksiyanı yerinə yetirir. Bunlardan ancaq biri əsas funksiya hesab olunur.
Bİtkinin orqanları 2 qrupa bölünür:
1.Vegetativ(kök,gövdə,yarpaq)
2.Generativ (çiçək,meyvə ,toxum)
Təkamül nöqteyi nəzərindən bitkinin orqanlarının əmələ gəlmə ardıcıllığı
Monokarp bitki-ömründə bir dəfə çiçək açan bitkilərə deyilir.(aqava)
Plokarp bitki – ömründə bir neçə dəfə çiçək açan bitkilərə deyilir.
Fenologiya- bitki və heyvanların həyatında baş verən dəyişiklikləri öyrənən elmdir.
Efemer bitki- yaz vaxtı cəmi 1 həftə ömrü olan bitkilərə deyilir.
Bitkilərin əsas xüsusiyyətləri.
- Bitkilər adətən yaşıl rəngdə olur.Lakin yaşıl olmayan bitkilər də var.Məs-Latreya
- Bitkilər adətən avtortofdurlar,lakin heterortof(şehçiçəyi.milçəktutan və s) və parazit (latreya) növləri də var.
- Bitkilər fotonsintez nəticəsində təbiəti oksigenlə zənginləşdirir.
- Bitkilərdən dərman hazırlanır(40%)
- Bitkilərin vegetativ və generativ orqanları var.
- Bitkilər cinsi və qeyri yolla çoxalırlar.
Bitkilr zirinc haqqında
Zirinc kol bitkisinin meyvəsi olub zirinckimilər fəsiləsinə aidddir. Zirincin kolu daima öz yarpaqlarını tökür və yenisi ilə əvəz edir. Yarpaqlarının uc hissəsi isə sərt və tünd yaşıl rəngdə olur.
Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, zirinc Antaraktida və Avstraliyadan başqa demək olar ki, dünyanın digər bütün yerlərində bitir. Ən çox isə zirinc ağacı şimal yarımkürəsində geniş yayılıb. Onu həyətyanı sahələrdə də yetişdirirlər. Qafqazda, Avropada, Krınmda, Şərqi Sibirdə, İranda Amerikada isə zirinc ağacı yabanı halda bitir və geniş yayılmışdır.
Kulinariyada ziricdən müxtəlif kompotların, içkilərin hazırlanması zamanı istifadə edilir. Zirincdən mürəbbələr, şirələr, jelelər, siroplar hazırlanır. Zirinc ət yeməklərinin bəzədilməsi məqsədilə də işlənilir. Bəzi Qafqaz regionlarında ondan plovların bişirilməsi zamanı istifadə olunur. Zirinc balverən meyvədir. Ondan şirə çəkən arıların yığdığı balın rəngi qızılı-sarı olur və dadı fərqlənir. Zirincdən müxtəlif marinadların hazırlanmasında da istifadə olunur.
Zirinc kökünü qaynadıb saçları boyadıqda saçlar davamlı və keyfiyyətli rəngə boyanmış olur.
Zirincin tərkibində karotinoidlər (ksantofill, lütein,zeaksantin, xrizantemaksantin, auroksantin, flavoksantin, kalsantin və s.), karbohidratlar, dubil maddələr, pektin,təbii turşular, makro və mikro elementlər, beta-karotin var. Onun tərkibi C, E, K vitaminləri, 11 növ alkoloid, limon və alma turşusu, tanin və qətran maddəsi ilə zəngindir.
Zirinc orqanizmə güclü müalicəvi təsir göstərir. Qədim Misirdə ondan qanı təmizləmək məqsədilə istifadə edilib. Tibet monastrlarında zirinc cavanlaşma dərmanı kimi saxlanılıb. MDB ölkələrində zirincin kökündən, gövdəsindən və meyvələrindən qanaxma, Iltihab əlehinə istifadə edilib. Zirinc göbələk əleyhinə təsirə malikdir və qocalmanı ləngidir. Soyuqdəymə xəstəlikləri zamanı zirincdən xəstəliyin əlamətlərinin azaltmaq məqsədilə istifadə edilir. Onun qızdırmasalıcı, ağrıkəsici xüsusiyyətləri də var.
Qaraciyər, sidik sistemi üzvlərinin xəstəlikləri zamanı da zirincin faydası böyükdür. Tibb sahəsində də ondan hazırlanan dərmanlardan istifadə olunur. Zirincdən berberin adlı dərman hazırlanır ki, bu dərman öd daşı və xolisistit zaman qəbul edilir. Berberini Hind həkimləri leyşmaniozdan əziyyət çəkən xəstələrə təyin edirlər. Müasir tibbdə zirincin spirtli məhlulundan hepatitlər zamanı istifadə edilir. Bu məhlulu ev şəraitində aşağıldakı qaydada hazırlamaq mümkündür:
30 qram zirinc yarpaqları 100 qram 70%-li spirtdə 15 gün sərin və qaranlıq yerdə saxlanılır. Bu zaman tünd sarı rəngdə maddə alınır. Maddənin turş dadı olur və ondan hepatitlər zamanı istifadə edilir.
Bədxassəli şişlərin müalicəsində istifadə edilən bitki dəmləməsinin əsas tərkibini zirinc təşkil edir. Tərkibində zirinc kökü olan xolelitin preparatından öd daşı xəstəliyi, sarılıq, xolisistit zamanı geniş istifadə olunur.
Çində zirinc kökünün dəmləməsini göz xəstəlikləri zamanı kompres kimi tətbiq edirlər.
Almanlar zirincdən alınan cövhəri və ya zirincin meyvəsini mədə-bağırsaq sistemini xəstəlikləri və ağ ciyər xəstəlikləri zamanı qəbul edirlər. Fransa həkimləri zirincin bakteriasid, hipotenziv və soyuqdəymə əleyhinə təsirə malik olmasına inanırlar.
Zirinc və onun yarpaqlarından dadlı çay dəmləmək olur. Yuxarıda adları çəkilən xəstəliklərin əlamətlərini azaltmaq üçün bu çaydan gündə 2 dəfə qəbul etmək lazımdır. Çayı dəmləmək üçün 1 çay qaşığı zirinc və ya zirinc yarpaqlarını 200 ml qaynar suya salıb bir saat saxlamaq və sonra içmək lazımdır. Çay arzu edilən nəticə alınana qədər içilməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.