Bakıda dəhşətli CİNAYƏT: Naməlum adam, dostlar arasındakı münaqişə, bir ailənin bıçaqlanması – MƏHKƏMƏ İŞİ
1995-ci il təvəllüdlü Rasim 2012-ci ildə Bakı Texniki Kollecinə daxil olur. Kollec həyatı Rasimə dostlar qazandırır, o, kollecdə Natiqlə isti münasibətlər qurur və dostlaşırlar.
Biz hardan bilək ki, həmin adam video söhbət edir
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Hərbi “Biz “Arabo” batalyonunu belə məhv etdik” – VİDEO
!Reklam – Arxiv
Xəbərlər Departamenti – Aprel 09, 2018 – 13:11
!Reklam – Yazi
Ermənilərin məşhur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmamız davam edir.
Ötən yazı “Gəncə batalyonu”nun döyüşçüsü “Qəqəni” ləqəbli Razim Dəmirovun döyüş yoluna həsr olunmuşdu. Yazıda 15 yaşlı Razim Dəmirovun “Həsənqaya əməliyyatı”ndakı fəaliyyəti və qısa döyüş yolundan bəhs etmişdik. Bu dəfəki müsahibimiz 1988-ci ildən müharibə bitənə qədər döyüş meydanlarında olmuş Əli Sadıqovdur. Yenicag.az Əli Sadıqovla müsahibəni sizə təqdim edir. Sadıqov Əli Qabil oğlu 1971-ci il mart ayının 26-da Gəncə şəhərində anadan olub. 1988-ci il 22 noyabr tarixindən Gəncə şəhərində başlayan mitinqlərə qatılıb. Mehman Ələkbərovun sayəsində xalq hərəkatına da qoşulub. 1990-cı ilin noyabr ayında sovet ordusuna əsgər gedib. Çavuşluq kursu oxuyub, mühafizə alayında komandir müavini olub. 1992-ci ilin mart ayının ortalarında Azərbaycana göndərilib. Ağdamda Şirin Mirzəyevin komandirlik etdiyi alayda xidmətə başlayıb. 1992-ci ilin aprel ayının 9-da tərxis olub. 1992-ci ilin may ayının 5-də Gəncə batalyonuna qoşulub. 1993-cü ilin aprel ayında ağır yaralandıqdan sonra ordudan tərxis olunub. – Hərbi xidmətə getməmişdən əvvəl hadisələrin içərisində olmusunuz. Bunlar barədə danışaq. – 1989-cu ilin sentyabr ayında Mehri rayonu Nüvədi kəndində olduq. Mehman Ələkbərov, Rüzgar, Bəxtiyar, Abbasqulu ilə 25 gün Nüvədidə qaldıq. 1990-cı il yanvar ayının 6-7-si Gəncədə mitinq zamanı xəbər gəldi ki, Todanda ermənilər dinc əhalini qırıb. 1000-2000 adam yığışaraq Gəncə şəhər Xalq cəbhəsinin binasının qarşısına yığışdıq. Polislər silahlandı. İki yerə bölündük, bir hissə Çaykəndə, bir hissə isə Todan istiqamətinə hərəkət etdik. Mən Todana getdim. Biz ora çatanda gördük ki, sakitçilikdir, heç kimi öldürməyiblər. Möhkəm qar yağmışdı. Heç vaxt güllə atmayan adam, əlimdə qoşalülə var idi. Açığı camaata qoşulub gəlmişdim. Hücuma keçmək istəyirdik. Bəxtiyar, Rüzgar, Abbasqulu bizdən 30 metr öndə idi. Qarşı tərəfdə təpə var idi. 2 helikopter gəldi. Helikopterin birindən ağ, digərindən də qara paltarlılar iplə aşağıya enməyə başladılar. İplə enərkən də güllə atırdılar. Həmin vaxt Bəxtiyar, Rüzgar və Abbasqulunu vurdular. Biz geri çəkildik. Bizim əlimizdə qoşalülə, onlarda isə avtomat idi. Todanın icra nümayəndəsi mənim yanımda vuruldu. Donub qaldım. Ayaqlarım tutuldu, dizlərimi yerə qoydum. 7-8 nəfər idik, əlimizi qaldırdıq, bizə güllə atmadılar. Onun meyitini götürüb gəldik. – Tərxis olandan sonra yenidən müharibəyə qoşuldunuz, bu dəfə könüllü kimi… – Mehman Ələkbərov qonşumuz idi. Ondan örnək alırdıq. 18 yaşım tamam olmamış ona qoşularaq bir çox yerlərdə olmuşdum. Tərxis olunandan sonra da, gəldim onun yanına. Birinci Marquşavan döyüşündə mən Gəncə batalyonuna qoşulmamışdım. İkinci Marquşavan döyüşündə batalyona qoşulsam da, həmin döyüşdə iştirak etmədik. O zaman Qəbələyə getmişdik. – Qəbələyə niyə? – May ayının 10-da Rəhim Qazıyevin əmri ilə 20 nəfərə yaxın mülki geyimdə Qəbələyə getdik. Orada raket bazası var idi. Hərbi hissənin komandirinin adı yadımdan çıxıb, rütbəsi polkovnik idi. Onu əsir götürmüşdük. Bizə dəqiq məlumat çatmışdı ki, hərbi hissə komandiri evindədir. Onu evindən əsir götürdük. Bizi Qəbələdə qarşılayanlar da olmuşdu. Onu evindən götürüb, gətirdik hərbi hissəyə, raketləri alıb, oradan çıxdıq. Həmin raketləri gətirdik Kürdəmirə. Orada raketləri dəyişdik. Həmin raketlərdən 2-sini Mingəçevirə qoyduq. Digərlərini hərbi hissəyə təhvil verdik. O raketlədən biri Ağdərəyə, digəri isə Xankəndinə atılmışdı. Xankəndinə atılan raket partlamışdı, Ağdərəyə atılan raket isə yox. (Raketlərin Qəbələdən gətirilməsi və xəritələrin oğurlanması barədə geniş materialı sizə təqdim edəcəyik). – Arabo ilə qarşılaşana qədər hansı əməliyyatlar oldu? – Birinci Torpaqtəpə əməliyyatı oldu, ancaq bu əməliyyat uğursuz alındı. İkinci Torpaqtəpə əməliyyatı iyun ayının 15-də baş verdi. Torpaqtəpəni aldıq, hətta Çaylının yaxınlığına qədər getdik, ancaq orada iki batalyonun komandirlərinin səhv qərarı nəticəsində ordumuzun 30-a yaxın əsgəri həlak oldu. Əməliyyatdan əvvəl danışılmışdı ki, həmin ərazinin alındığını bildirmək üçün Talış, Gülüstan istiqamətindən 3 fişəng atılmalı idi. Ancaq 2 fişəng atıldı, üçüncüsü isə atılmadı. Mehman Ələkbərov Şahin Tağıyevə və o zaman Bərdə batalyonunun komandirinə dedi ki, üçüncü fişəng atılmadı, Çaylıya girmək olmaz. Şahin Tağıyevlə Bərdə batalyonunun komandiri əsgərlərini irəli göndərib. Qəbiristanlıqda iki batalyon qarşılaşıb. Onlar bir-birini düşmən əsgərləri bilərək, güllələyiblər. 30-a yaxın əsgərimiz orada həlak oldu. Mehman Ələkbərov bizi o döyüşə buraxmadı. Gecə 2-3 radələrində gördük səs gəlir. Əvvəl elə bildik ki, ermənilərdi. Ancaq sonradan məlum oldu ki, Şahin Tağıyevin batalyonunun əsgərləridir. – Arabo ilə qarşılaşmazdan əvvəl nə baş verdi? – Biz Həsənqayanı düşməndən geri almışdıq, əslində əks həmlə gözləyirdik. Həsənqayada postlarımızı qurmuşduq. Gecə 8 nəfərlə kəşfiyyata gedəsi olduq. Gecə saat 1-2 arası çatdıq. Üçüncü savxozun maşın qarajı var idi, o istiqamətdə getdik. Mehman Ələkbərov bizi böldü və hər birimizi bir istiqamətə göndərdi. Fermanın yanında yol var idi, onun tininda dayanmışdım. Yanımız da taxıllıq idi. Gecə saat 3 olardı, taxıllıqdan ulaşma səsi gəlirdi. Özümdən asılı olmayaraq həyəcanlandım, bir anlıq bədənim titrədi. Gəldim Mehmanın yanına. Dedim, komandir, yaman ulaşırlar. Mənə dedi ki, niyə sənə tapşırılan yeri qoyub buraya gəlmisən? Gecədir, yəqin qorxmusan, qayıt yerinə. Qayıtdım həmin yerə. Vahimələnirdim səslərdən. 10 dəqiqə sonra yenə geri qayıtdım. Mehman əsəbiləşdi, dedi, niyə gəldin? Dedim, vallah özümdən asılı olmayan bir şeydir. Mənə dedi, get uşaqlara xəbər elə, qayıdırıq geriyə. Biz qayıtdıq batalyonun yerləşdiyi qaraja. – Döyüş nə zaman başladı? – Hava açılmamışdı. Gecə saat 4 olardı, bir nəfər gəldi ki, ermənilər ön posta basqın ediblər, postu alıblar. Hamı silahları götürüb cəmləşdi. Atışmanın getdiyi istiqamətə fokuslanmışdıq. Hadisənin baş verəcəyi əraziyə heç baxmırdıq da. Alınmış postumuzun istiqamətində bir neçə saat atışma oldu. Mehman məni çağırdı. Sağ istiqamətə hərəkət etdik. Baxdım ki, Mehman atışma gələn istiqamətə yox, sağ istiqamətə baxır. Özlüyümdə dedim ki, bu niyə o istiqamətə baxır, erməni üzbəüz döyüşür, ancaq komandir başqa yerə baxır. 10-15 dəqiqə sonra geriyə qayıtdıq. Mənə tapşırdı ki, Fazilə deyim, QAZ 66-nı işə salsın. Mehmanla Mahir Hüseynov söhbət edirdilər. Fazil maşını işə saldı, Mehman maşına oturmamış, Mahir və yanındakı əsgərlər qaçmağa başladı. Maşınla hərəkətə keçirdik, Mehman “QAZ 66″ya pulemyot yerləşdirmişdi. Özü pulemyotdan atırdı. Biz üzümlüyün tininə çatmamış, Mahir Hüseynov qumbaraatandan bir neçə dəqiqə ardıcıllıqla 2 mərmi atdı. Evə bənzəyən bir yer var idi, oranı vurdu. Ermənilər aşa-aşa içəridən çıxdılar. Mahir xırda təpə var idi, orada mövqe seçmişdi. Ermənilərdən biri həmin təpəyə qalxanda, Mahir uzanıb qumbaraatandan atəş açdı. Gözümün qabağında erməninin ayağı uçub ağaca düşdü. Mahirgilə çatdıq. Yanımda tibb bacısı Yetər və Güləhməd var idi, onlar sola tərəfə – narlığa getdi, mən isə binanın arxa tərəfi ilə hərəkət etdim. Narlıq gözümün qabağını kəsirdi. Ermənilərin hansı istiqamətdə olmasına açıqlıqdan baxmaq istəyirdim ki, oraya doğru gedim. Binanın yanı ilə sürünəndə 3-4 nəfər gördüm, əvvəl elə bildim onlar ermənilərdir. Sonradan məlum oldu ki, Tərtər batalyonunun uşaqlarıdır. Haşiyədən kənara çıxaraq deyim ki, Tərtər batalyonundan həmin döyüşdə cəmi 3-4 nəfər iştirak edib. Bunlara arxayın olduqdan sonra, geriyə çəkildim, Güləhmədlə Yetəri gördüm. Onlar ikisi də qan içində idi. Onlara kömək etdim. Boğazım qurumuşdu. Başımdan kaskanı çıxarıb kanaldan su götürdüm. İçi çör-çöp idi, onu içdim. Mehman Ələkbərov bizə yaxınlaşdı, ətrafa baxdı. Mahirə dedi ki, arx istiqamətini qumbaraatanla vur, onlar qorxsunlar, biz başlayaq. Mahir qumbaraatanla bir neçə mərmi atdı. Ardınca hücum başladı. O an nələr oldu, danışmaq olmur, biri söyə-söyə, biri qışqıra-qışqıra, arxın içirəsindəki ermənilərə mərmini yağış kimi yağdırdıq. Ermənilər 3 istiqamətdə – sağdan, soldan və öndən tam mühasirədə idi. O arxın içərisi qarışqa yuvasının ağzına oxşayırdı, tam mühasirədə idilər. Yerlərində tərpənirdilər, mərmi də üstlərinə yağırdı. 3 maqazinim var idi, 3-nü də oradakı ermənilərin üstünə boşaltdım. – Sizdən necə, qorxub qaçan olmuşdu? – Birincisi biz bilmirdik ki, onların sayı bizdən qat-qat çoxdur. Mehman qaçan əsgəri sevməzdi. Bir şeyi deyim, Mehman arxaya bir əsgər qoymuşdu ki, bizdən qaçan olsa vursun. Səxavət Məmməd
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Bakıda dəhşətli CİNAYƏT: Naməlum adam, dostlar arasındakı münaqişə, bir ailənin bıçaqlanması – MƏHKƏMƏ İŞİ
2021-ci ilin iyun ayında Bakıda baş verən cinayət hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az məhkəmə materiallarına əsasən, detalları təqdim edir.
Rasimlə Natiq kollecdən “dostluq yoluna” çıxır
1995-ci il təvəllüdlü Rasim 2012-ci ildə Bakı Texniki Kollecinə daxil olur. Kollec həyatı Rasimə dostlar qazandırır, o, kollecdə Natiqlə isti münasibətlər qurur və dostlaşırlar.
Bir-birlərinin evlərinə gedib-gəlməklə ikisi arasında münasibətlər daha da möhkəmlənir, necə deyərlər artıq onların arasından su keçmir.
Bu minvalla onların dostluq münasibətləri doqquz il davam edir.
Gənclər əyləncəyə də, cinsi ehtiyaclarını qarşılamaq üçün də vaxt tapırlar. Onlar 2021-ci ilin mayın 16-da zəngləşirlər, qızlardan ibarət tanışları ilə otellərdən birinə yollanırlar və əylənirlər.
Bir müddət sonra isə Natiq işi çıxdığını deyir, Rasimi qızlarla baş-başa qoyub işinin dalınca gedir və üç saatdan sonra qayıdır.
Natiq qızların pulunu verir və onları yola salır, ümumiyyətlə otel xərclərini öz üzərinə götürür.
Rasim Natiqdən xahiş edir ki, onu metronun “Koroğlu” stansiyasının yaxınlığında düşürsün və bundan sonra o, 1 manatlıq taksiyə minib öz evlərinə yollansın.
Ünvana çatırlar, bu dəfə Rasim Natiqdən gözləməyi bildirir, qeyd edir ki, indi evdən ona pul gələcək.
Naməlum şəxs kimdir?
İstintaq materiallarındakı ifadələrə əsasən, həmin vaxt Rasim və Natiqin tanımadıqları bir şəxs onlara yaxınlaşır, Rasimdən kömək istəyir, bildirir ki, onun maşını xarab olub. Rasim həmin adama 10 manat verir, lakin məchul adam bu yardımla da qane olmur və “sizin maşınınız var, məni də aparın “Qara Qarayev”də düşürdün”, – deyir. Bu zaman Rasimlə onun arasında mübahisə yaranır, Natiq isə aranı sakitləşdirməyə çalışır.
İstintaq materiallarında həmin şəxsin kimliyi barədə məlumat keçmir, görünür ki, polis naməlum adamı müəyyənləşdirə bilməyib. İstintaqa əsasən, həmin adam oğru imiş. Yalnız bilinən budur. Bəs onun oğurluğunu sübut edən dəlillər nədir?
Qolbağı götürüb qaçır
Yuxarıdakı suala cavab vermək üçün dostlarla həmin şəxs arasında mübahisənin davamı barədə yazmaq zərurəti yaranır.
Rasimlə Natiq canını bu adamdan qurtarmaq istəyir, gənclər özlərini işə salmamaq üçün onun dediyini edirlər. Ancaq bu adam əsl niyyətini həyata keçirməmiş əl çəkmir, onun əsəbi və haqsız davranışları Rasimi özündən çıxarır. Yenidən mübahisə qızışır, Rasimlə o, maşından enərək söhbət edirlər. Rasim dostuna bildirir ki, narahat olmasın, sadəcə söhbət edəcək, Natiq isə dostunun əlindəki bıçağı alır və sakit olmağının vacibliyini bildirir.
Bu dəfə də Rasimlə naməlum şəxs arasında “barışıq” əldə olunur, onlar yenidən gəlib maşına əyləşirlər, çünki naməlum adam gənclərdən onu gedəcəyi ünvana aparmaları üçün əl çəkmir.
Ancaq həmin adamın niyyəti oğurluq imiş, bilərəkdən yenidən aranı qarışdırdıqdan sonra, Natiqin qolundakı qızıl qolbağı qırıb qaçır. Gənclər həmin insanın ardınca düşsələr də, izini itirirlər.
Natiq dostuna xəbərdarlıq edir
Natiq bərk həyəcanlıdır, çünki bu qolbağı atası 20 il bundan əvvəl Rusiyadan alıb, indi atasının məzəmmətindən qorxur.
Avtomobilə əyləşirlər, Rasim narkotik maddə çıxarıb çəkir və söz verir ki, həmin qolbağın pulunu dostuna verəcək. “Bu hadisə mənə görə oldu, sən mənə görə gözlədin, axırda da başına bu hadisə gəldi, söz verirəm ki, ya qolbaq alacağam, ya da pulunu sənə verəcəyəm” deyir.
Natiq hadisə barədə, öz əmisinə, qardaşına danışır. Onlar Rasimlə görüşürlər və bildirirlər ki, Natiqin atası rayondan qayıdana qədər məsələni həll etsin!
Natiq də Rasimlə əlaqə saxlayır, lakin bu dəfə onların danışıqlarında dostluq münasibətindən yaranan əhval-ruhiyyə hökm sürmür. Natiq Rasimə pulu çatdırmağı bildirir. Bir neçə gün keçdikdən sonra Rasimdən səs çıxmır, Natiq bu dəfə bütün ipləri qıraraq Rasimi polisə verməklə hədələyir, üstəgəl bildirir ki, polisə onun narkotik istifadəçisi olduğunu da deyəcək.
Situasiyanı öz xeyrinə yönəldib danışmağa meyillilik, emosional qeyri-sabitlik, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malik olan Rasimin başına sanki “qaynar su tökülür”.
Cinayət anı
Bir zamanlar qonaq getdiyi evə indi o, cinayət məqsədilə yollanır. Gecə vaxtı Natiqgilin Buzovnadakı bağ evinə gedir, hasarın üstündən aşaraq evə girir.
Həyəcan içində olan Rasimi tər basır, gecə hamının yatdığından əmin olduqdan sonra soyuducunu açır, pivə tapıb içir.
Şkafın bıçaqlar olan çəkməcəsini açıb bıçağın birini götürüb belinə qoyur, qalan bıçaqları isə götürüb şkafın altına atır ki, qəflətən kimsə oyansa və dava-dalaş düşsə heç kim özünü müdafiə üçün vasitə tapa bilməsin.
Daha sonra yataq otağının qarşısındakı ağ şifoneri taqqıldatmağa başlayır. Səsə Natiqin anası ayılıb otağın işığını yandırır və onu görür. Rasim qətl niyyətini həyata keçirməyə cəhd edir, səsə gələn Natiqin atasının üstünə bıçaq çəkir. Rasim amansızlaşır və Natiqi də, anasını da bıçaqlayır.
O, bir ailəni bıçaqladıqdan sonra evi tərk edir və polisə təslim olur. Bir ailə ağır bıçaq xəsarətləri olsa da, hadisədən sağ çıxırlar.
İstintaq zamanı iki dostun qanlı münaqişəsinə baiskar olan naməlum adam isə tapılmır.
Ancaq əksi olsaydı belə, bu, Rasim üçün yüngülləşdirici hal sayılmayacaqdı. Nəticədə məhkəmə sübut edib ki, Rasimin məqsədi ümumi təhlükəli üsulla bir ailəni öldürmək olub.
Rasim məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Aqşin Kərimov
Xəzərdə batmağın səbəbi bu imiş! – VİDEO
BAKU.WS “Demədi demə” Youtube kanalına istinadən xəbər verir ki, çimərlikdə ölənlər haqda çoxsaylı xəbərlərə qulaq asdıqda ilk təəssürat yaranır ki, ya onlar üzməyi bilmirdilər, ya da sərxoş olublar.
Səbəb isə tamam başqadır. Söhbət təhlükəli sahil sualtı axınlarından gedir. Bu axınlar, demək olar ki, bütün su hövzələrində var; Meksika körfəzində də, Qara dənizdə də, Xəzərdə də. Bəzən, bu axınlarla nəinki, adi adamlar, ən yaxşı üzgüçülər belə bacarmırlar. Çünki, axına düşdükdə nə etməli olduqlarını bilmirlər. Hər şey gözlənilmədən baş verir.
Dənizdən üzü sahilə üzdüyünüz zaman, bir də görürsünüz ki, heç nə alınmır, eyni yerdən kənara çıxa bilmirsiniz. Hətta sahildən uzaqlaşdığınızı hiss edirsiniz. Bütün səyləriniz əbəs olur, gücünüz tükənir. Panikaya düşürsünüz və sonda boğulma baş verir.
Əvvəlcə su axınlarının anatomiyasını öyrənmək lazımdır. Burda proses odur ki, sahilə can atan dalğalar düz istiqamətdə hərəkət edir, sahildəki maneəyə dəydikdən sonra inersiya ilə geriyə-dənizin içinə doğru yönəlir. Ən təhlükəli axınlar qayalıqlı sahilləri olan kiçik dənizlərdə və liman buxtalarında yaranan axınlardır. Azov dənizi və ona oxşar dənizlər kimi.
Belə ki, sahildən geri qayıdan axının qarşısını kəsə biləcək adacıqlar, buxta və digər təbii maneələr olduqda burada xüsusi təhlükəli zona yaranır. Su axan dar keçidlərdə suyun təzyiqi yüksəlir və axın sürəti saniyədə 2-3 metrə çata bilir.
Sahilə doğru axan axınlar perpendikulyar istiqamətdə hərəkət edir. Nəticədə, müxtəlif yerlərdə suyun iki axın dəhlizi yaranır. Dalğalar suyu toplayır və sahilə doğru çırpır. Sonra digər istiqamətə tərəf əks axın başlayır. Əsasən, sualtı axının dəhlizi çox ensiz olur: 2-3 m. Suyun sürəti saatda 4-5 km-ə çatır. Bu axınlar insan üçün elə də təhlükəli deyil. Lakin, bəzən su axınının ölçüləri 50 m enə və 200-400 m uzunluğa malik olur. Bu böyük axınlarda suyun sürəti 15 km/ saat ola bilir. Bu enli və güclü su axını tez-tez yaranmır. Bəs onun yaranmasını hardan bilək?
Videoda sizə belə axını kənardan müəyyənləşdirməyin əlamətləri:
1. Sahilə perpendikulyar coşğun su kanalı görürsünüzsə, həmin kanalda suyun rəngi fərqlidirsə, məsəlçün, ətraf sular yaşıl, yaxud mavidir, kanalda isə suyun rəngi ağdırsa;
2. Hansısa dəniz bitkisi və yaxud dəniz canlısı suyun üstüylə dənizin içərilərinə doğru sürətlə hərəkət edirsə;
3. Ümumi dalğa xəttində 5-10 metrlik qırılma varsa;
Əgər bu 3 əlamətdən birini görürsünüzsə, həmin yerdə çimməyi ağlınızdan belə keçirməyin. Amma, burda bir problem var. 80% hallarda sualtı axınlar vizual cəhətdən bilinmir. Və siz suyun içindəsinizsə, saydığımız əlamətləri görmə şansınız da yoxdur. Beləcə, sualtı axın qəfil sizi dənizin ortalarına çəkə bilər. İş orasıdır ki, insanların əksəriyyəti bu axın zamanı sakitcə suyun hərəkətindən həzz alırlar. Bu isə onların ölümü ilə nəticələnir. Ona görə də tək çimməyin və çimərlikdə qoyulan qırmızı bayraqlara, xəbərdarlıq nişanlarına biganə qalmayın.
Əgər birdən belə axına düşərsinizsə, nə etmək lazım olduğuna da baxaq:
1. Panikaya düşməyin. Özünüzü ələ alın. Axında özünü necə aparmaq qaydalarını bilən insanların 99%-i sağ-salamat axını tərk edə bilir.
2. Gücünüzü qoruyun. Axına qarşı üzməklə bütün gücünüzü itirə bilərsiniz. Ona görə də axına qarşı deyil, ona paralel tərəfə üzməyə çalışın. Axından çıxmağa cəhd edin. 5-10 m üzsəniz, axından çıxa bilərsiniz.
3. Vəziyyəti analiz edin. Əgər paralel üzməklə də axından çıxa bilmirsinizsə, deməli, axın enlidir. Məsələn; 20 m və daha çox. Onda güc itirməyi dayandırırıq və panikaya düşmürük. Geriyə axın, əsasən, uzunmüddətli olmur. 3-4 dəq sonra bu axın dayanır. O, dayanan kimi sahilə paralel 50-60 m üzün, sonra isə fasilələrlə sahilə tərəf istiqamət götürün.
Əsas onu başa düşmək və anlamaq lazımdır ki, axın sizi suyun altına çəkməyəcək:
1. O, burulğan deyil. Əksər hallarda axınlar qısamüddətli, sürətli olur və suyun üst səthi ilə axır. Dərinliyi çox olmur.
2. Axının eni çox böyük olmur. Bəzən 50 m, əksərən də 10-20 m enində olur.
3. Axının uzunluğu məhduddur. Onun sürəti dənizin içinə doğru azalır və dalğaların görüşdüyü yerdə axın bitir. Dalğaların görüşü sahildən, əsasən, 100 m uzaqlıqda olur.
Comments are closed, but trackbacks and pingbacks are open.