Press "Enter" to skip to content

Biz hardan bilək neçə qoç

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

HARDAN BAŞLANIR VƏTƏN?!

Hər kəs dünyanın bir guşəsində doğulmuşdur. Rəsmi sənədlərdə qeydiyyata alınan bu yer sonra-dan daimi yaşadığımız ünvana çevrilməsə də, qəlbimizdə həmişəlik iz qoyur. Bəlkə də, buna görədir ki, vaxtaşırı qəlbimizdə baş qaldıran uzaq xatirələr həmişə ən hərarətli duyğular oyadır, bizi bütövlükdə Vətənimiz qədər əziz olan o kiçik el-obaya çağırır. Bu sətirlərin müəlliflərindən biri bu yaxınlarda, az qala əsrin dörddə biri qədər zaman fasiləsindən sonra doğma Ağdaşa gedəndə qədim Şirvanın bu gözəl guşəsində bir daha həmin hissləri yaşamalı oldu. . Şəhəri gəzdikcə, sanki keçmişə qayıdır, bugünkü vəziyyəti əvvəl gördüklərimizlə qeyri-iradi müqayisə edirdik. Əlbəttə, əcdadlarımızın diyarı indi tamam başqalaşıb! Həmişə bu yerlərin bəzəyi olmuş meyvə bağları, baharda və yayda gül açan, insan əli ilə yaradılmış laləzar bağçalar, eləcə də müxtəlif çöl çiçəkləri yenə öz gözəlliyini saxlayır, amma indi bunlara son illərin yeni tikililəri – yaşayış evləri, inzibati binalar, park kompleksləri, uzunluğu bir neçə kilometrə çatan prospektlər də əlavə olunub. Asfalt döşənmiş küçələr, yolun hər iki tərəfini bəzəyən yaşıl çəmənlər rayon mərkəzinə yaraşıqlı şəhər görkəmi vermişdir. Bir sözlə, rayon ərazisinə daxil olan kimi müsbət dəyişikliklərin əhatəsinə düşürsən. Dərhal görünür ki, rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyevin dediyi sözlər əməli işlərlə təsdiqlənir. O deyirdi ki, Azərbaycan müstəqillik əldə edəndən sonra ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və indi Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən quruculuq işləri bəhrəsini verir, regionların sosial-iqtisadi inkişafı haqqında mühüm dövlət sənədlərində qarşıya qoyulan vəzifələr Ağdaş rayonunda da uğurla yerinə yetirilir. Rayonda baş verən müsbət dəyişikliklər barədə AZƏRTAC ətraflı bir oçerk hazırlamış və o, mərkəzi qəzetlərdə dərc edilmişdir. Bu gün isə başqa mövzuda söhbət etmək istərdik. Ağdaş Tarix-diyarşünaslıq muzeyində əslən buralı olan tanınmış soydaşlarımızın fotoşəkilləri də nümayiş etdirilir. Bu adamların arasında vaxtilə yüksək ideyalara və insanlar üçün daha yaxşı həyat qurmağın mümkünlüyünə inanaraq, öz vətəninə namusla xidmət edənlər də var, Böyük Vətən müharibəsi illərində doğma, həm də Azərbaycanı qoruyaraq, faşizmə qarşı döyüş meydanlarında canlarından keçənlər də. Ağdaşda doğulub boya-başa çatmış məşhur alimlərin, şairlərin, incəsənət xadimlərinin portretləri də muzeyin bəzəyidir. Ağdaşlılar belə həmyerliləri ilə fəxr edirlər. Tanınmış maarifçi-şərqşünas Muxtar Əfəndizadə, iki xalqın – Azərbaycan və özbək xalqlarının böyük oğlu yazıçı Maqsud Şeyxzadə, texnika elmləri doktoru, Ukraynanın əməkdar elm xadimi Fuad Şıxıyev, tibb elmləri doktoru professor Saleh Salehov, xalq artisti, əməkdar incəsənət xadimi, gözəl rejissor Lütfi Məmmədbəyov və bir çox başqaları. Bu insanlar indi aramızda yoxdur, lakin onların xeyirxah əməlləri qədirbilən ağdaşlıların xatirində silinməz izlər buraxmışdır. Bəli, bu insanlar həyatın imtahanından üzüağ çıxmışlar. Xalq yazıçısı Anarın təbirincə desək, Ulu Tanrı bizim nəyə qabil olduğumuzu yoxlamaq üçün hər birimizə şans verir. . Bu gün sıralarımızda olan, öz uğurlu işləri ilə ata-baba yurdunu şöhrətləndirən, ondan ötrü, az da olsa, iş görməyə hazır olan ağdaşlılara da bu muzeyin stendlərində təmsil edilmək şərəfi nəsib olmuşdur. Muzeydə bildirdilər ki, belə adamlardan biri, ölkəmizdə hamının hörmətini qazanmış akademik Bəkir Nəbiyev rayon mərkəzi kitabxanasının və özünün ilk təhsilini aldığı məktəbin kitabxanasını vaxtaşırı yeni nəşrlərlə zənginləşdirir. Həmyerliləri onun işgüzar məsləhətlərinə və ya köməyinə ehtiyac duyanda Bəkir müəllim onlarla görüşməkdən heç vaxt imtina etmir. Eyni sözləri gözəl şair Fikrət Qoca və fitri musiqi istedadına malik xalq artisti, kamanın bənzərsiz ustası Habil Əliyev barəsində də demək olar. Qədirbilən Ağdaş sakinləri bu insanların dünyaya göz açdıqları diyara münasibətini, onların öz həmyerlilərinə imkan daxilində xeyir vermək istəyini yüksək qiymətləndirirlər. Ağdaşın adları hörmət və minnətdarlıqla çəkilən digər oğlu və qızları da var. Onlar, əsasən, ölkəmizin hüdudlarından kənarda da tanınan ziyalılardır. Lakin bizə belə gəlir ki, yaxşı maliyyə imkanları olan, rayonun və bütövlükdə ölkənin çətin günlərində dövlətimizi dəstəkləmiş, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə qoşularaq, bölgələrimizin tərəqqisi naminə çalışan insanların adları da eyni dərəcədə ehtirama layiqdir. Axı, müstəqillik illərində biz hamımız daha dərindən hiss etmişik ki, təkcə sözdə deyil, əməli işdə də bu torpağın, bu diyarın həqiqi sahiblərinə çevrilmişik. Bu, yeni şəraitin, tarixi fonun tələbi idi, elə bir fon ki, bunsuz yaşamağımız mümkün deyil. Məhz bu keçid dövründə əvvəlki quruluş üçün bir qədər yabançı sayılan təbəqə – sahibkarlar təbəqəsi formalaşmışdır. Onlardan bəziləri qısa müddətdə yeni şəraitə uyğunlaşaraq, özlərinin bu cəmiyyət üçün faydalı olduqlarını sübut etmişlər. Müvafiq kapital sahiblərinin öz xalqı üçün nə qədər böyük işlər görə biləcəyini təsdiqləyən tarixi faktlar az deyil – Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev. Əlbəttə, müasir mesenatlara olan tələblər də başqadır, onların fəaliyyət miqyası da əvvəlki ilə müqayisə edilə bilməz. Bu insanların hər biri, məsələn, Elmlər Akademiyası Rəyasət heyətinin və ya Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi binalar kimi imarətlər tikə bilməz və bunu etməyə borclu da deyildir. Lakin öz vəsaiti hesabına, məsələn, doğulduğu kənddə bir məktəb binası tikdirmək, rayon mərkəzinə gedən yola asfalt döşətdirmək, xəstəxananı təmir etdirmək, uşaq evini hamiliyə götürmək eyni dərəcədə nəcib işlər deyilmi?! Əlbəttə, soydaşlarımız arasında harada – öz ölkəsində, yaxud onun hüdudlarından kənarda işləmələrindən asılı olmayaraq, doğma xalqına qırılmaz tellərlə bağlı olan, onun problemləri ilə yaşayan və bunların həllində iştirak etməyə hazır olan işgüzar insanlar az deyil. Xatirimdədir, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıtdığı ilk aylarda Azərbaycan əhalisinin bir sıra qida məhsulları, məsələn, şəkərtozu, yumurta ilə təchiz olunması sarıdan hələ də problemlər vardı. Bu, ölkə iqtisadiyyatında hökm sürən hərc-mərcliyin nəticəsi idi. Belə bir vaxtda əslən Tərtər rayonunun Qaradağlı kəndindən olan, o vaxt Başqırdıstanın Tuymaz şəhərində iri fermer təsərrüfatının rəhbəri vəzifəsində çalışan Elşən Hüseynov öz vəsaiti hesabına Vətənə bir vaqon belə ərzaq göndərilməsini təşkil etmişdi. Digər həmyerlimiz, hazırda Xarkovda yaşayan Nizami Xəlilov doğma kəndində – Kürdəmir rayonunun Şahbəyli kəndində yol çəkilməsinə vəsait ayırmış, kəndin elektrik şəbəkəsini təzələtdirmiş, yeni transformator qoydurmuş, yerli bazarı normal sanitariya vəziyyətinə gətirtmiş, rayon mərkəzində Heydər Əliyev muzeyinin yaradılmasında, parkın abadlaşdırılmasında fəal iştirak etmişdir. Əlbəttə, doğma xalqının qayğılarını öz qayğıları hesab edən, öz maliyyə imkanlarından istifadə etməklə, bütövlükdə ölkəmizin və onun ayrı-ayrı bölgələrinin tərəqqisinə yönəldilmiş konkret və əsaslandırılmış dövlət proqramlarının həyata keçirilməsinə kömək edən soydaşlarımız az deyil. Amma belələrinin sayı qat-qat çox ola bilər. Əgər işgüzar adamların hər biri, istər gəncəli, istər lənkəranlı, naxçıvanlı, şamaxılı, qusarlı, yaxud zaqatalalı olsun, – öz ata-baba yurdunun inkişafına müəyyən töhfə versəydi, onda bizim ümumi böyük Vətənimiz qazanardı. O halda ölkəmizin diyarşünaslıq muzeylərində mesenatlıq adlı nəcib işin davamçılarının fotoşəkilləri düzülən stend yaranardı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Biz hardan bilək neçə qoç

Müəllif: YalniZ-ArZu

Şərhlər: 0

Baxılıb: 974

Səs ver:

1. O, səni tükədir. Onunla ayrıldıqdan sonra özünü boş hiss edirsən, sanki olan-qalanın da uçub gedib.
2. İrəli getməyinə dəyər vermir. Sən qazandığın uğuru onunla bölüşə bilmirsən. Deyəndə sanki heykəllə danışmış olursan. Reaksiya vermir, əksinə səni tənqid edir.
3. Neqativ işlər görür: Məsələn arvadına xəyanət edir, çoxlu yalan danışır, içki içir və s.
4. Onların dəyəri, ölçü meyarı, maraqları səndən fərqlənir. Əgər səninlə mübahisə də etməsə. Sizin fikirləriniz bir qabın içindəki yağla suyun ahənginə bənzəyir ki, bir-birinə qarışmır.
5. Etibarlı deyil. Həmişə verdiyi sözü sındırır.
6. Ancaq sən ona lazım olanda səninlə maraqlanır. Başqa vaxt isə sanki mövcud deyil.
7. Səni görməyə can atmır. Sən can atsan da, onun qəlbi başqa yerdədir.
8. Sənə paxıllıq edir: “Ala, nə yaxşı maşının var, nə gözəl evin var, nə yaxşı həyat yoldaşın var. Kaş mənim də olardı” sözləri ilə zəhlə tökür.
9. Aşağı ambisiyası vardır. Sən özünü dartan, ya öz heysiyyəti aşağı olan adamla nə danışa bilərsən?!
10. Səni tez-tez özündən çıxarır. Özlüyündə fikirləşirsən ki, nə bunun başını əzərdim.

Baxılıb: 974

Dünya əhəmiyyətli abidələr

Paxıllıq sevinc gətirmir

Sevgi mesajlari – Sevgi smsləri

Ayaq ölçünüz neçə il yaşayacağınızı göstərir – Alimlərdən İNANILMAZ ARAŞDIRMA

Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Tik Tok – Har kuni man kochada kezib yurardim qizchalarni belchasidan ushlardim

Tik Tok – Har kuni man kochada kezib yurardim qizchalarni belchasidan ushlardim mp3, песню можно послушать онлайн, нажав кнопку «Слушать» на этой странице, Нажмите кнопку «Скачать музыку», чтобы скачать песню «Tik Tok – Har kuni man kochada kezib yurardim qizchalarni belchasidan ushlardim»

Тик Ток – Хар куни ман кочада кезиб юрардим кизчаларни белчасидан ушлардим, скачать песню в формате mp3 бесплатно в качестве 192 кбит / с, эта песня была опубликована 6-06-2021, 23:48

Исполнитель: Tik Tok
Сингл: Har kuni man kochada kezib yurardim qizchalarni belchasidan ushlardim
Дата релиза: 06.06.2021
Качество: 192 kb/s
Тип формата: Audio MP3
Размер: 5.40 MB
Длительность: 04:11
Просмотров: 5 157 раз(а)

Comments are closed, but trackbacks and pingbacks are open.