Press "Enter" to skip to content

Hüquqi yardım

Lidiya xanım da təşkil elədi, Xəqani küçəsində yazıçılar evi ilə üzbəüz binada bizə bir otaqlı ev verdilər. Anam orada yaşadı, sonra da qardaşım qaldı.

Ziyafət Əsgərov: “Azərbaycanın Avropa Şurasından çıxmasını müzakirə edə bilərik” – MÜSAHİBƏ

Ziyafət Əsgərov: “Azərbaycanın Avropa Şurasından çıxmasını müzakirə edə bilərik” – MÜSAHİBƏ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun “Report” İnformasiya Agentliyinə müsahibəsi:

10 İyun , 2020 11:28
https://static.report.az/photo/5b4e16c8-c789-46a5-9130-5f8b86b53dbd.jpg
Ziyafət Əsgərov / Report/Firudin Səlimov

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun “Report” İnformasiya Agentliyinə müsahibəsi: – Ziyafət müəllim, COVİD-19-lu günləri necə yaşayırsınız? İri şəhərlərdə şənbə-bazar günləri tətbiq olunan sərt karantin rejimini necə keçirdiniz? – Bu günləri çox normal keçirdim. Mən burada qeyri-adi bir şey görmürəm. Əsas odur ki, insanlarımız bu məsələnin nə qədər ciddi olduğunu dərk etsinlər və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını ciddi şəkildə əməl etsinlər. Bu, birinci növbədə insanların sağlamlığı üçün vacibdir. İnsanların sağlamlığı naminə məhdudiyyətlərə getmək olar. Ona görə də mən sərt karantin rejimi ilə bağlı qərarı alqışlayıram. Hesab edirəm ki, bu qərarın nəticəsi olacaq. – Sərt karantin rejimi müddətində sosial şəbəkələrdə insanların bəzən küçəyə çıxması, polisdən qaçması, Yasamaldakı məlum hadisə ilə bağlı müəyyən görüntülər yayılıb. Bu görüntülərlə bağlı nə deyə bilərsiniz? – Mən belə halların olmasına çox təəssüf edirəm. Polis hər şeydən əvvəl bir Azərbaycan vətəndaşı və dövlətin nümayəndəsidir. Polis üzərinə qoyulan vəzifələri yerinə yetirməklə məşğuldur. Bildiyiniz kimi, hökumət iyunun 6-dan 8-i saat 6:00-a qədər ölkənin iri şəhərlərində sərt karantin rejiminin tətbiq olunması ilə bağlı qərar qəbul etmişdi və polis də həmin qərarın icrasına nəzarətlə məşğul olub. Çox arzulayardım ki, vətəndaşlar öz məsuliyyətlərini dərk etsinlər və başa düşsünlər ki, belə hərəkətlərə görə Milli Məclis inzibati və cinayət məsuliyyəti müəyyən edib. COVID-19-la bağlı bütün vətəndaşlar qoyulan qaydalara əməl etməlidir. Bu, hər şeydən əvvəl qayda-qanunu pozanların özü üçün lazımdır ki, özləri və yaxınları buna yoluxmasın. Polisin də işi ondan ibarətdir ki, hökumətin qəbul etdiyi qərarın icra olunmasına nəzarət etsin. Hesab edirəm ki, ümumən vətəndaşlar sərt karantin rejimi qaydalarına çox böyük intizamla əməl edib. Biz sərt karantin rejimini tətbiq edən yeganə ölkə deyilik. Bizə qədər Türkiyə, Gürcüstan və digər ölkələr də tətbiq edib. Bunun müsbət nəticələrini də görüblər.

– Bəs karantin rejiminin pozulmasına görə cəzaların sərtləşdirilməsinə ehtiyac varmı? – Burada əsas məqsəd insanları cəzalandırmaq deyil. Bu məsuliyyət növünü tətbiq etməkdə əsas məqsəd insanların karantin rejimi ilə bağlı qəbul olunan qərarlara əməl etməsinə vadar etməkdir. İnsanlar qanunsuz yollardan çəkinməlidir. Yəni, onlar tibbi maska geyinməli, sosial məsafə saxlamalı və gigiyena qaydalarına əməl etməlidir. Qalan bütün məsələləri isə dövlət nizamla tənzimləyir. Biz də bu pandemiyanın qarşısının alınması üçün dövlətə kömək etməliyik. Nə qədər ki, biz qaydalara əməl etməyəcəyik, yoluxmaların sayı artacaq. Bəzi adamlar buna qeyri-ciddi yanaşırlar. COVID-19 dövlətin və millətin təhlükəsizliyi məsələsidir. Bu xəstəlik əslində dövləti, insanları təhdid edir. Bu həm də millətin genofondu məsələsidir. Çünki biz hələ bilmirik ki, bu xəstəlik necə mutasiya edə, insanlarda özünü göstərə bilər. Ona görə belə məsələlərdə hamı çəkici bir yerə vurmalıdır. – Koronavirusla mübarizə çərçivəsində dövlətin gördüyü işləri necə qiymətləndirirsiniz? Hansı çatışmazlıqlar var? – Çox yüksək qiymətləndirirəm. Fevral-mart aylarında bu pandemiyanın qarşısını almaq üçün dövlətimiz tərəfindən çox ciddi işlərin görülməsinə başlanılıb. Dövlətimiz bu məsələnin üstünə tez düşdü və ciddi yanaşdı. Onun da nəticəsidir ki, biz hazırda vəziyyəti nəzarət altında saxlaya bilirik. Mən bu tədbirlərin vaxtında və davamlı görülməsi üçün cənab Prezidentə, Nazirlər Kabinetinə minnətdarlığımı bildirirəm. Dövlətimiz koronavirusun hansı təhlükələr törədəcəyinin fərqində oldu. Bunun üçün xüsusi xəstəxanalar ayrıldı, modul tipli xəstəxanalar istifadəyə verildi. Modul tipli xəstəxanaların istifadəyə verilməsi dövlətimiz tərəfindən uzaqgörən addımın atılmasının bariz nümunəsi oldu. Biz hər şeyə hazır olmalıyıq. Mən sosial şəbəkələrə və mətbuat orqanlarına baxan zaman görürəm ki, bir qisim vətəndaş bu xəstəliyə inanmır, qeyri-ciddi yanaşır. Belə olmaz. Bu, çox ciddi məsələdir. Cənab Prezident Tərtərə səfər edən zaman tibbi maska geyinmişdi. Bununla cənab Prezident xalqa bir nümunə göstərdi. Yoluxmaların artdığı belə bir şəraitdə cənab Prezidentin bölgələrə səfər etməsi bir daha onu göstərir ki, ölkə başçısı hər zaman olduğu kimi xalqının, vətəndaşlarının yanındadır. Biz məsələyə ciddi yanaşsaq çox qısa bir müddət ərzində onun yaxşı nəticələrini görəcəyik.

– Ölkəmizdə Korrupsiyaya qarşı mübarizə istiqamətində geniş tədbirlər həyata keçirilir. Bununla bağlı DTX tərəfindən bir neçə xüsusi əməliyyat tədbirləri də həyata keçirilib. Bu barədə nə deyə bilərsiniz? – Azərbaycanda korrupsiya ilə mübarizənin uzun tarixi var. Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövrünün ilk illərində onun korrupsiya ilə mübarizə istiqamətində çox ciddi bir çıxışı olub. Onu da yadınıza salım ki, o vaxt məşhur “İstintaq” filmi çəkilib. O filmə yəqin siz və hörmətli oxucularımız da baxıb. Bununla Heydər Əliyev göstərdi ki, bu problem SSRİ-də var və onun üstünə getmək lazımdır. Düzdür, bəziləri bu faktları gizlətməyə çalışırdı. Heydər Əliyev bir dəfə televiziyada çıxış edəndə dedi ki, bu filmlə bağlı mənə zəng edib deyirlər ki, nə cəsarətlə bu filmi çəkmisiniz? Yəni, problemi gizlətməklə məsələ həll olmur. Problemdən qorxmamaq və üzərinə getmək lazımdır. Özü də korrupsiya və rüşvətxorluq çox ağır cinayətdir. Buna görə də korrupsiyaya qarşı gecə-gündüz mübarizə aparılır. Çünki o, metastaz verir. Əgər bunun qarşısı alınmasa cəmiyyətdə çox böyük sarsıntılar ola bilər. Mən cənab Prezidentin bu işinə görə də ona təşəkkürümü bildirirəm. Ancaq çox təəssüflər olsun ki, bəzi hallarda rüşvətxor adamlar özlərini çox imtiyazlı hiss edirlər. Belə hallara yol vermək olmaz. Hər bir vətəndaş ictimai nəzarəti gücləndirməlidir. Kimin nə ilə məşğul olması ilə bağlı vaxtında müəyyən orqanlara məlumat verməlidir. Kim ki, rüşvət alır, korrupsiya ilə məşğul olur birmənalı şəkildə bilməlidir ki, cəza qaçılmazdır. Cənab Prezident də dəfələrlə deyib ki, heç kim heç kimə arxayın olmasın. Azərbaycanda hamı qanun qarşısında bərabərdir. – Söhbətimizin istiqamətini dəyişək. Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı bildirib ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir. – Mən bu fikirlə tamamilə razıyam. Biz Avropa Şurasına daxil olandan bu günə qədər çox təəssüf edirəm ki, bu təşkilat Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Sizə bir misal gətirim. Buradakı vətən xainlərinin və ya xaricdə ölkəmizə qarşı qarayaxma kampaniyası aparanların donosları əsasında Azərbaycana qarşı sənəd hazırlayırlar. Bu nə qədər ciddi təşkilat ola bilər ki, donoslar əsasında sənəd hazırlasın və qərar qəbul etsin?! Onların Azərbaycana münasibəti həmişə ikili standartlar əsasında olub. Mən açığı deyim, Azərbaycan həm də ikili standartlardan ona görə əziyyət çəkir ki, orada ölkəmizə qarşı fəaliyyət göstərən bir çox insanlar bu təşkilata xristian klubu kimi baxırlar. Bizim əhalinin də mütləq əksəriyyəti müsəlman olduğuna görə belə təpkilərlə üzləşirik. Ermənistanda 2000-ci ilin əvvəllərindən bu yana həm Robert Köçəryan, həm də Serj Sarqsyan prezident olanda AŞPA qərar çıxardı ki, orada seçkilər demokratik keçirilib. Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə isə dedi ki, siz düz demirsiniz. O dedi ki, Ermənistanda seçkilər zamanı total saxtakarlıqlar olub. Avropa Şurası Nikol Paşinyanla bağlı seçkiləri də legitim saydı, amma Paşinyan dedi ki, indiyə qədər keçirilən seçkilərin hamısı saxtadır. Özünə hörmət edən təşkilat hər halda bu bəyanata münasibət bildirməli idi, bildirmədi.

Ermənilərin bir şairi Egisi Çares deyir ki, bizdə riyakarlıq və ikiüzlülük ana bətnindən başlayır. Mən hətta bir müəllifi də tapdım onun adı Qevorq Aslandır. O, 1914-cü ildə “Ermənistan və ermənilər” kitabını yazıb. Qevorq Aslan yazır ki, ermənilərin heç zaman öz dövləti olmayıb, ona görə də ermənilərdə vətən hissi və vətənpərvərlik yoxdur, ermənilər üçün vətən yalnız coğrafi anlayışıdır. Ermənilər bu yaxınlarda Dağlıq Qarabağda qondarma “seçkilər” keçirdilər və “prezident” seçdilər. Ancaq özünə hörmət edən beynəlxalq təşkilatlar bu “seçki şousu”nu qəbul etmədilər. Amma Avropa Şurası həmişə olduğu kimi bu məsələdə də susqun qaldı. Ümumiyyətlə, Avropa Şurası həmişə Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib və bu gün də bu siyasət davam edir. Azərbaycan da, Ermənistan da Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Necə ola bilər ki, Avropa Şurasının üzvü olan Ermənistan bu qurumun üzvü olan digər ölkənin – Azərbaycanın ərazilərini işğal edir, amma Avropa Şurası buna münasibət bildirmir? Hanı Avropanın ədaləti? Ancaq Azərbaycanda kimsə yalandan yıxılırsa o saat Avropa Şurası münasibət bildirir. Xeyir ola? – Ziyafət müəllim, qeyd etdiniz ki, Avropa Şurası qeyri-ciddi təşkilatdır. Azərbaycanın Avropa Şurasından çıxması ilə bağlı məsələ gündəmə gələ bilərmi? – Mən bunu istisna etmirəm. Biz onu müzakirə edə bilərik. Bu məsələ sözsüz ki, dərin müzakirələr tələb edir. Hansı qərarın çıxarılması isə parlamentin qərarından asılıdır. – Uzun illərdir ki, Siz Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə rəhbərlik edirsiniz. Ordumuzun hazırki durumunu necə qiymətləndirirsiniz? Ordumuzda hansı yeni dəyişikliklər var? – Bu gün Azərbaycan Ordusu dünyanın ən müasir silah-sursatı və texnikası ilə təchiz olunan ən güclü Silahı Qüvvələrindən biridir. Ordumuzun şəxsi heyətinin döyüş ruhu ən yüksək səviyyədədir. Azərbaycan Ordusu çox qısa bir müddət ərzində öz ərazilərini Ermənistanın işğalçılığından azad etməyə qadirdir. Mən bunu tam məsuliyyətimlə deyirəm. Bu, pafos deyil. Bu, reallıqdır. Biz sülhsevər ölkəyik, istəyirik ki, bu məsələni danışıqlar yolu ilə həll edək. Ancaq Ermənistan tərəfi danışıqlarla həmişə imitasiya edir və danışıqların mahiyyətindən qaçır. Təsəvvür edin ki, gəlib bizimlə danışıqlara otururlar, ancaq gedib ölkələrində deyirlər ki, biz orada başqa məsələlərdən danışırdıq. İkiüzlüyün dərəcəsinə baxın. Bu da onların riyakar xislətindən xəbər verir. Bildiyiniz kimi, cənab Prezident dəfələrlə çıxışlarında xüsusi olaraq qeyd edib ki, “Bizim də səbrimiz tükənməz deyil”.

– Dəfələrlə Milli Məclisdə “İşğal olunmuş ərazilərin statusu haqqında” qanunun qəbul olunmasının vacibliyi ilə bağlı çıxışlar olub. Sizcə, belə bir qanunun qəbul olunmasına ehtiyac varmı? – Məsələ qanunun qəbul olunub-olunmamasında deyil. Əsas odur ki, bizim ərazi bütövlüyümüz beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən qəbul olunub. – Qanunun qəbul olunması ona görə istənilirdi ki, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyət göstərən şirkətlərə qarşı müəyyən sanksiyalar qoya bilək. – Biz onlara onsuz indi də xəbərdarlıq edirik, etiraz notaları da göndəririk. Beynəlxalq hüququn yol verdiyi çərçivədə bütün lazımi addımları atırıq. Ədalət, mənəvi, tarixi, beynəlxalq hüquqi çərçivədə hər şey Azərbaycanın tərəfindədir. – Milli Məclisin yaz sessiyasının işlər planına “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi daxil edilib. Bu qanun layihələri barədə məlumat verməyinizi istərdim. Yeni qanun layihələri nə zaman müzakirəyə çıxarılacaq? – “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələrinin müzakirəsini yəqin ki, Milli Məclisin növbədənkənar sessiyasında da çatdıra bilməyəcəyik. Həmin qanun layihələrinin Milli Məclisin payız sessiyasında müzakirə olunması planlaşdırılır. Qanun layihələri barədə isə sizə payız sessiyasında geniş məlumat verərəm.

– Uzun illər Milli Məclisin rəhbərliyində təmsil olunmusunuz. Elə olubmu ki, hansısa bir deputatın xətrinə dəymisiniz? Sizdən incik qalan deputatlar olubmu? – Burada xətirə dəymək bir az yerinə düşmür. Milli Məclis qanunverici orqandır. Sadəcə ola bilər ki, müzakirələr vaxtı hansısa deputatla mövqelərimiz üst-üstə düşməyib. Belə hallar olub. Parlament debatlarının olması normal bir şeydir. Belə mübahisələrin, fikir toqquşmalarının olması tamamilə təbiidir. – Hazırki və keçmiş deputatlarla münasibətiniz necədir? – Bəzən III, IV çağırışda deputat olan şəxslər Milli Məclisə gəlirlər. Onlarla görüşürəm, söhbət edirəm. Dediyim odur ki, keçmiş və indiki deputat həmkarlarımla münasibətim normaldır. – Son sualım belə olacaq: Parlamentdə yuxarı kürsüdən aşağı, aşağıdan yuxarı baxmaq arasında nə fərq var? Hansı daha rahatdır? – Məsələ rəyasət heyətindən aşağıya baxmaq və aşağıdan yuxarıya baxmaqda deyil. Əsas odur ki, insan başını dik tutsun, amma dikbaş olmasın.

Hüquqi yardım

Əfvetmə nədir? Əfvetmə ilə bağlı kimlər müraciət edə bilər? Əfvetmə nə vaxt verilə bilər? Əfv Məsələləri Komissiyasının üzvləri kimlərdir?

Bildiyiniz kimi, 2023-cü il Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir və Cənab Prezident İlham Əliyev tərəfindən bu il “Heydər Əliyev ili” elan edilib. Bu ilin m ay ayında Cənab Prezident tərəfindən Əfv sərəncamının imzalanması gözlənilir.

Əfvetmə nədir?

Əfvetmə məhkəmədən kənar qaydada Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilən və yekun olaraq sərəncamla rəsmiləşdirilən fəaliyyətdir, hansı ki, bu fəaliyyət nəticəsində məhkumlar cəzanın qalan hissəsini çəkməkdən azad edilə, onlara təyin olunmuş cəzanın müddəti azaldıla və yaxud cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə, bir qayda olaraq, “Əfvetmə haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq həyata keçirilir.

Əfvetmə kimlərə tətbiq edilə bilər?

Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Əfvetmə ilə bağlı kimlər müraciət edə bilər?

Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər, həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqları üzrə müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə məsələ qaldıra bilər.

Cinayət törədərkən 14 yaşından 18 yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.

Əfvetmə nə vaxt verilə bilər?

Əfvetmə barədə müraciət, işin hallarına uyğun olaraq, hökm qanuni qüvvəyə mindikdən sonra, cəza müddətinin ən azı 1\3 hissəsini və ya yarısını çəkdikdən sonra, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə edilə bilər. Həmçinin, humanizm prinsipini özündə əks etdirən müddəalardan biri də ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin belə cəzanın 10 il müddətini çəkdikdən sonra əfvetmə barədə müraciət edə bilməsidir.

Əfvetmə barədə müraciətdə hansı məlumatlar göstərilməlidir?

Əfvetmə barədə müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:

  • məhkum olunmuş şəxsin soyadı, adı, atasının adı;
  • məhkum olunmuş şəxsin doğulduğu il, ay, gün və yer;
  • məhkum olunmuş şəxs barədə hökmü çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu (isə yuxarı instansiya məhkəmələrində baxılmışsa, həmçinin məhkəmələrdə işə baxılmasının nəticəsi barədə məlumat);
  • məhkum olunmuş şəxs barədə cəzanın növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer (məhkum olunmuş şəxs azadlıqdan məhrum olunmamışdırsa, həmçinin onun yaşadığı yer);
  • məhkum olunmuş şəxsin şəxsiyyəti, o cümlədən səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar;
  • törədilmiş cinayətlərə bağlı şəxsin peşmançılıq çəkməsi, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər hallar.

Əfvetmə barədə müraciət hara göndərilir və hansı mərhələlərdən keçir?

Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə müraciət və ya vəsatət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə Iş və Hərbi Məsələlər Şöbəsinin Əfv Məsələləri sektorunda qeydiyyatdan keçirilir və Əsasnamədə nəzərdə tutulmuş tələblərə riayət olunması yoxlanılır.

Əfvetmə barədə müraciət həmin orqan tərəfindən yoxlanıldıqdan sonra Əfv Məsələləri Komissiyasına göndərir.

Əfvetmə barədə məsələ üzrə Əfv Məsələləri Komissiyası toplanmış sənədləri öyrəndikdən sonra məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunması və ya olunmaması barədə qərarlardan birini qəbul edir.

Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur.

Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir

Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, bir 1 keçdikdən sonra baxıla bilər. Göstərilən müddət qurtaranadək Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə təkrar müraciətlər baxılmış əvvəlki müraciətin sənədlərinə əlavə olunur.

Əfv Məsələləri Komissiyasının üzvləri kimlərdir?

Komissiyanın tərkibi Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2020-ci il tarixli sərəncamı ilə 18 nəfərdən ibarət tərkibdə təsdiq olunmuşdur:

1) Sədri Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri – Samir Nuriyev,

2) Katibi Əfv Məsələləri Sektorunun müdiri – Kəmalə İsmayılova.

3)i Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş şöbəsinin müdiri – Fuad Ələsgərov

4) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və Hüquq Siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin köməkçisi – Gündüz Kərimov

5) Azərbaycan Respublikasının Ədliyyə naziri – Fikrət Məmmədov

6) Azərbaycan Respublikasının Daxili İşlər naziri – Vilayət Eyvazov

7)Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağıyev

8)Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

9) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin sədri – Əhliman Əmiraslanov

10) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan Hüquqları Komitəsinin sədri – Zahid Oruc

11) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsi sədrinin müavini – Fazil Mustafa

12) deputat – Azad Quliyev

13) deputat – Sədaqət Vəliyeva

14) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini – Aynur Sofiyeva

15)Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü – Rəşad Məcidov

16) “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri – Əliməmməd Nuriyev

17) “Xan Şuşinski” Fondunun rəhbəri – Bəyimxanım Verdiyeva

18) Akademik Zərifə Əliyeva adına liseyin direktoru – Mehriban Vəliyeva.

Şərhlər

Sevinc Ağayeva 2023-01-26 22:06:35

Salam .Qardaşim Agayev Rafael Elman oglu 06.06.2021 ci ildən həbs olunub 7 il iş veriblər .Valideynlərimiz yaşli, xəstə baxima qaygiya möhtacdirlar,anamiz agir ürək əməliyyati keçirib .Təkbaşına bu yükü çəkə bilmirəm.Xahiş edirəm qardaşima köməklik göstərəsiniz.Qardaşimin bir qolu işləmir əlildir.

Salam. Ərizəni özünüz də yaza bilərsiniz məqallədə yazılma qaydası və ünvanlanan yer göstərilmişdir. Vəkil Qulam İsmayılzadə

Mehemmed 2023-01-31 16:50:15

Salam icbari iş olduqda verilmiş cəzanın 3 də 1 çəkilib eyni qaydada müraciət etsək əfv olunmaya düşürmü?

Salam. Məqalədəki məluamatla tanış olun zəhmət olmasa orda ətraflı cavab tapacaqsınız. Vəkil Qulam İsmayılzadə

Tural 2023-02-02 12:13:36

Salam Qəbələ Rayonda yasayiram qardasim Abdullayev Ceyhun Fazil oglu 14 il hebs olunub cezasinin 8 ilini cekib zehmet olmasa komeklik gosdererdiz hec bir esas olmadan 14 il is kesilib muselman oldugu ucun bir insana bu qeder is kesilmesi ne qeder duzgundur axi

Salam. Ərizə ilə komisiyaya müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Elsevər Seyfullayev 2023-02-03 17:27:06

Salam mən Masallı rayon sakini şəhid Araz Seyfullayevin atası Elsevər sizə müraciət edirəmkiMasallı rayon sakini Əliyev Davud İsmayıl oğlunun əfv olunmasına köməklik göstərəsiniz.Davud 2018 ci ildə özüdə istəmədən bir hadisəyə görəömrünün gənc dövründə həbsxanaya düşmüş və artıq həbs müddətinin yarısı keçmişdirvə qarşı tərəf onu bağışlamışdır.Şəhid balamın yaxın dostu olan Davudun səhhətində olan problemlərə görə çox narahatı.Davud hətta Qarabağ döyüşlərində dəfələrlə ərizə yazıb könüllü döyüşmək istədiyinidə bildirmişdir və O söz verirki azadlıqda olan kimi vətənə layiqli övlad olacaqdır.Sizdən (Azərbaycan bayrağı ordenli )XTQşəhidin atası kimi xahiş edirəm Davud Əliyevin əfv edilmısində köməklik edəsiniz.təşəkkür edirəm

Salam. Bu məqallə informativ xarakterlidir məlumatlarla tanış olub müraciətinizi komisiyyaya ünvanlaya bilərsiniz. Vəkil Qulam İsmayılzadə

MƏMƏDOVA MEHRİBAN 2023-02-05 19:47:36

Salam həyat yoldaşım MƏMƏDOV SƏBUHİ ELMURAT OĞLU 8 İL 6 AY CƏZA VERİLİB 6 AY CƏZASI QALIB AVTO QƏZA İLƏ TUTULUB 2 ÖVLADI VAR ÖZÜDƏ HALHAZIRDA XƏSDƏDİR XAİŞ EDİRƏM ƏF EDƏSİZ

Salam. Əfv edilməsi üçün gərək Əfvetmə Komisiyasına müraciət edəsiniz. Vəkil Qulam İsmayılzadə

SİTARƏ 2023-02-10 16:26:56

salam zehmet olmasa eff komissiyasina yazmaq ucun bashliq nece yazilir. komeklik gostererdiz erizenin bashliqini nece yazim ve hara unvanlayimş qardashim ucun eff muraciet etmek isteyiremş mektub el xetti ile yazilmalidir ya cap shekilinde

Salam. Məqallədə bu barədə məlumat verilmişdir. Vəkil Qulam İsmayılzadə

Zülfiyyə 2023-02-11 11:37:34

Bu müraciətimlə Sizə bildirmək istəyirəmki, oğlum Rüstəmov Hüseyn Sahib oğlu 2015-ci ildə Cinayət məcəlləsinin 120.1 ci maddəsi ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunubdur.Artıq cəzasının 7- il 6 ayını çəkib. O, Sumqayıt Dövlət Üniversitetinin 4-cü kurs tarix fakultəsinin tələbəsi idi. Hal-hazırda Şəki şəhər Petensiar müəssisəsində cəza çəkir.Bu müddət ərzində təmkinli və nizam intizamlı olması ilə fəqlənib, etdiyi əməldən çox peşmançılıq hissi keçirir. Atası Rüstəmov Sahib Hüseyn oğlu heç bir yerdə işləmir, yaşı çatmadığı üçün təqaütçü deyil, oğlunun dərdindən insulin və şəkər xəstəliyindən əziyyət çəkir,açıq ürək əməliyyatı keçirib.Xəstəliyinə görə Mingəçevir şəhər Xəstəxanasında qeydiyyatdadır.Qardaşı Rüstəmov Rafiq Sahib oğlu Vətən müharibəsi iştirakçısıdır.Şuşa, Qubadlı ,Fizulinin alınması uğrunda 4 medalla təltif olunub.Müharibə vetaranıdır. Möhtərəm cənab Prezidentimiz İlahm Əliyev 2020-ci ilin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük ƏFV sərəncamı imzalayacağı gözlənilir. Sizdən dərdli bir ana kimi acizanə sürətdə xahiş edirəmki, oğlum Hüseyn artıq həbs müddətinin çox hissəsini çəkdiyini nəzərə alaraq yerdə qalan cəza müddətinin ƏFV olunmasını və ya cəza müddətinin qalan hissəsindən azaldılmasına köməklik göstərəsiniz. Qeyd edimki, Cəza cəkmiş tərəfə dəyən mənəvi və maddi ziyan tərəfimizdən ödənilmişdir. Zərərçəkmiş hec bir tələbi olmaması haqqında natarial qaydada ərizəsi alınmışdır. Öncədən Sizə ailəmiz adından öz dərin hörmət və təşəkkürümüzü bildirirk

Salam. Məqallə məlumat xarakterlidir, məlumatlardan yararlanıb müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

isaq məmişov 2023-02-17 20:48:45

Mən Laçın rayon zabux kənd sakini Məmişov İsmayıl İsaq oğlunun atası Sizə müraciət edirəm ki, Laçın rayon zabux kənd sakini Məmişov İsmayıl İsaq oğlunun ƏFV olunmasına köməklik göstərəsiniz. İsmayıl 2022-ci ildə özüdə istəmədən bir hadisəyə görə ömrünün gənc dövründə həbsxanaya düşmüş və artıq həbs müddətinin 3-də 1-hissəsini keçmişdir Bu müddət ərzində təmkinli və nizam intizamlı olması ilə fəqlənib, etdiyi əməldən çox peşmançılıq hissi keçirir. Qarşı zərərçəkmiş onu bağışlamışdır. Hal-hazırda Bakı şəhər Nizami rayon böyükşor qəsəbəsində yerləçən AR, ƏN-nin Petensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Özüm birinci dərəcəli şəkər xəstəliyindən əziyyət çəkirəm bu xəstəliyə görədə sağ ayağım aputasiya olunaraq kəsilmiçdir. Həyat yoldaşım da xəstəlikdən əziyyət şəkir ailəmizin yeganə gəlir gətirəni oğlum İsmayılıydı iki azyaçlı övladını və birinci məhkumluğunu nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinin Sizə verdiyi müstəqil hüququnuzdan istifadə edərək verəcəyiniz növbəti ƏFV sərəncamınızda oğlumuda bağıçlayasınız. Möhtərəm cənab Prezidentimiz İlahm Əliyev 20203-ci ilin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük ƏFV sərəncamı imzalayacağı gözlənilir. Sizdən dərdli bir ata kimi acizanə sürətdə xahiş edirəmki, oğlum Məmişov İsmayıl İsaq oğlunun artıq həbs müddətinin 3-də 1- hissəsini çəkdiyini nəzərə alaraq yerdə qalan cəza müddətinin ƏFV olunmasını və ya cəza müddətinin qalan hissəsindən azaldılmasına köməklik göstərəsiniz. Qeyd edimki, Cəza cəkmiş tərəfə dəyən mənəvi və maddi ziyan tərəfimizdən ödənilmişdir. Zərərçəkmiş hec bir tələbi olmaması haqqında natarial qaydada ərizəsi alınmışdır. Öncədən Sizə ailəmiz adından öz dərin hörmət və təşəkkürümüzü bildirirk Sizə bir ata kimi söz verirəm ki, azadlıqda olan kimi vətənə layiqli övlad olacaqdır.Sizdən xahiş edirəm Məmişov İsmayıl İsaq oğlunun əfv edilmısində köməklik edəsiniz. təşəkkür edirəm Hörmətlə, Sizə böyük umid və Hörmətlə Məmişov İsaq İsa oğlu Tel: 070 645-44-41

Salam. Məqallədə istədiyiniz məlumat var, hüquqi yardım yalnız ödəniş müqabilində edilir. Vəkil Qulam İsmayılzadə

Nuranə Qarayev 2023-02-19 16:26:43

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev Cənablarına AR,vətəndaşı, işləməyən, himayəsində iki azyaşlı usağı olan Goranboy rayon Xanqərvənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayon Mikayıl Ələkbərov küçəsi döngə 1, ünvanında yaşayan 08.05.1991-ci ildə anadan olmuş Qarayeva Nuranə Elçin qızı tərəfindən Ərizə Çox hörmətli Möhtərəm Cənab prezident, Siz təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş humanizim Siyasətinin layiqçi davamçısı olaraq dəfələrlə tərəfinizdən verdiyiniz ƏFV və ominist Sərəncamları ilə yüz minlərlə məhkumu azadlığa və öz qohumlarına qovuşduraraq onların gələcəkdə yenidən cinayət törətməməyinə dair adımlarınızla onlara hədsiz sevinc bəxş etmisiniz. Məndə etdiyim cinayət əməlinə görə Azərbaycan məhkəməsi tərəfindən AR CM-nın 221.2.1-ci maddəsi ilətəqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığımın məhdudlaçdırılması cəzası almışam. Cəzamın çəkilən 6 ayında ayağımda xüsusi texniki vasitə bağlanmışdır və hal hazırdada bu müşahidə elektron qandalı ayağımda daşıyıram mənim himayəmdə iki azyaşlı uşağım var atam Dəmirov Elçin Münsüf oğlu isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Goranboy rayon Gülüstan döyüşləri zamanı şəhid olmuşdur. Mən törətdiyim bu cinayət əməlinə görə həm utanıram həmidəki çoxpeşmanam bu ərizəm ilə Sizdən Xahiş edirəm ki, növbəti humanist adımınızda verəcəyiniz əfv Sərəncamı zamanı mənidə bağışlayaraq atamın ruhunu və məni sevindirəsiniz. Məni əfv etdiyiniz tədqirdə Azərbaycan Respublikasının Vətəndaşı adına layiq olacağıma və qanunlarını uca tutacağıma Sizin etimadınızı doğruldacağıma söz verirəm Sizə böyük hörmət və ümidlə AR. Vətəndaşı Qarayeva Nuranə Elçin qızı imza: Tel: 070 541 00 34 Tarix:19.02.2023-cü il

Məmmədova Elnarə 2023-03-04 20:29:40

Salam əhf ucun ərzələri internet uzərində yazmaq olar və bilməy isdiyərədimki məninm həyat yoldasim ogurluqdan tutulmuşdu məhkəmə olundu elektiron qolbaq taxıldi 1 il kecdi ancaq gecə evə gec gəldiyi ucun qanunu pozmuş sayildigi ucun həbsə atildi 8 ay 17 gun cəza verildi fevralin 16 si tutulub bu arada ogurlanan məbləg geri ödənilib şikayətcidə yox idi mənim əmim 1 ci qarabag döyuşlərində şəhit oldu onunda əmisi 2 ci qarabag döyuşlərində şəhid oldu bilmək isdərdim belə halda bu il əhf düşür həyat yoldaşıma?

İnternet vasitəsi ilə əfvə dair müraciət etmək olmur. Əfvetmə barədə müraciət, işin hallarına uyğun olaraq, hökm qanuni qüvvəyə mindikdən sonra, cəza müddətinin ən azı 1\3 hissəsini və ya yarısını çəkdikdən sonra, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə edilə bilər. Həmçinin, humanizm prinsipini özündə əks etdirən müddəalardan biri də ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin belə cəzanın 10 il müddətini çəkdikdən sonra əfvetmə barədə müraciət edə bilməsidir. Məqalləni diqqətlə oxuyun bu məlumat orda əks olunubdur. Vəkil Qulam İsmayılzadə

Sever 2023-03-08 08:53:28

Salam.Menim Atam Rzayev Habil Sahibu oqlu Masalli rayonundandi.Atama6il iş verilib ve 1il 9 ayini cekib atam effve dusermi ne olar mene komeklik edin xahis edirem sizden .Anam tek yasiyir xestedi hec bir yerden komekliyi yoxdu ne olarcatamin cixnasina komek edin

Salam. Sİzə əfvetmə barədə ərizə yazılmasında köməklik edə bilərəm, lakin xidmət ödənişlidir. Vəkil Qulam İsmayılzadə

zaur 2023-03-11 17:07:46

Salam. Cəza müddətinin 1/3 hissəsini çəkməyibsə əfv üçün müraciət edə bilməz? 11 il cəza alıb, 9 il çəkilməmiş hissəsi qalıbsa..

Xeyr, qanuna əsasən 1\3 hissəsini çəkmiş şəxslər müraciət edə bilər. Vəkil Qulam İsmayılzadə

Babajeva Elmira Məmməd gizi 2023-04-06 00:49:35

2usag atası olan oğlum,2021ci il mart ayının 10da 234.4.3.kulli miqdarda narkotikin satışı maddsijlə cinayət işi açılıb.Mən və yoldaşım pensiya ilə yaşadığımız üçün, nankör ovladin üzündən əzijjət çəkirik.Ona 9il6ajis verilib və himayəsində 2usagi var.Həjat yoldaşım 3grup əlildir.Hormətli vəkil mənə hansı köməklik edə bilərsiniz heç olmasa tənzimləmələr dən istifadə edə bilək.Hər hansı məsləhət üçün Sizə təşəkkür edirəm.Sag olun.

Səidə Bədəlova 2023-04-14 09:11:49

Salam mən Bədəlova Səidə Ramiz qizi yoldasim 1983.10.31 tevrlludlu Bədəlov Rufet yadigar oglu ucun muraciet edirem o 234.2 maddəsiylə 3 il 6 ay azadliqdan məhrum edilib cəzasinin yarisini cəkib onun əhv ə dusməsiylə bagli nə edə bilərəm xais edirem koməklik gosteresiz .Himayəsində 2 azyasli ovladi və yasli anasi var onlara baxmaqda cətinlik cəkirəm

tamara İsa qızı Şahmuradova 2023-04-15 19:33:19

Salam mən Sumqayıt şəhər sakini Şahmuradov Elmannın anası sizə müraciət edirəmki Sumqayıt şəhər sakini Şahmuradov Elman Fərrux oğlunun əfv olunmasına köməklik göstərəsiniz.Elman 2021 ci ildə özüdə istəmədən bir hadisəyə görə ömrünün gənc dövründə həbsxanaya düşmüş və artıq 2 ildir ki, həbsdədir və qarşı tərəf onu bağışlamışdır. Hal-hazırda Bakı şəhər 6 saylı Petensiar müəssisəsində cəza çəkir.Bu müddət ərzində təmkinli və nizam intizamlı olması ilə fəqlənib, etdiyi əməldən çox peşmançılıq hissi keçirir. Elman hətta Qarabağ döyüşlərində dəfələrlə ərizə yazıb könüllü döyüşmək istədiyinidə bildirmişdir və O söz verir ki azadlıqda olan kimi vətənə layiqli övlad olacaqdır. Möhtərəm cənab Prezidentimiz İlahm Əliyev 2020-ci ilin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük ƏFV sərəncamı imzalayacağı gözlənilir. Sizdən dərdli bir ana kimi acizanə sürətdə xahiş edirəmki, oğlum Elmanın artıq həbs müddətinin 2 ilini çəkdiyini nəzərə alaraq yerdə qalan cəza müddətinin ƏFV olunmasını və ya cəza müddətinin qalan hissəsindən azaldılmasına köməklik göstərəsiniz. Qeyd edim ki, Cəza cəkmiş tərəfə dəyən mənəvi və maddi ziyan tərəfimizdən ödənilmişdir. Zərərçəkmiş hec bir tələbi olmaması haqqında natarial qaydada ərizəsi alınmışdır. Öncədən Sizə ailəmiz adından öz dərin hörmət və təşəkkürümüzü bildiririk Sizdən xahiş edirəm Elman Şahmuradovun əfv edilmısində köməklik edəsiniz.təşəkkür edirəm.

Mirisov intiqam 2023-04-27 01:21:20

Salam mənim atam Mirisov intiqam Vaqif oğlu Yardımli rayonu Astanlı kəndi xahiş köməklik edin atam da əfv yazın 9 il verilib 3 ili tamam olacaq əfv düşür ?

Dilbər Axundzadənin qızı sirləri açdı: “İkinci dəfə ərə getməsəydi. ” – Müsahibə/Özəl

– Son zamanlar görkəmli şair Mikayıl Müşfiqin tərcümeyi-halı, həyatı, ölüm səbəbi ilə bağlı bir sıra məsələlər aktuallaşıb. İstərdik söhbətimizə Dilbər xanımla başlayaq. Müşfiqlə onun tanışlığı necə olub?

– Dilbər xanım 1914-cü ildə Gəncədə anadan olub. Əmisi tərcüməçi-dilçi alim İdris Axundzadə Hüseyn Cavid və Əhməd Cavadla yaxın dost imiş. Bir dəfə İdris Axundzadə Gəncəyə qardaşıgilə gedəndə görür ki, qardaşıqızı üçün ata evində ögey anası ilə çox çətindir.

Dilbər xanımın anası atasından ayrılmışdı deyə analığıyla qalırdı. İdris Axundzadə çox düşünmədən onu özü ilə Bakıya gətirir.

Anamın o zaman təxminən 5 yaşı varmış, atasının vəziyyəti nisbətən yaxşı olduğuna görə anasıyla getməmişdi, atasının yanında qalmışdı.

İdris Axundzadə elə adam idi ki, evinə həmişə tanınmışlar yığışarmış, məclislər keçirər, ədəbiyyatdan söhbət edərmişlər. Dilbəri Bakıda qızlar məktəbinə qoyurlar, bitirəndən sonra Pedaqoji Texnikumda oxuyur. Pedaqoji İnstitutda oxuyan İdris Axundzadənin həyat yoldaşı Fəramuş xanım buraxılış gecəsinə Dilbəri də aparır. Tədbir başlamazdan əvvəl qonaqlar foyedə gözləyirmiş, bir tərəfdə gənc oğlanlar dayanıbmış, onlardan biri yaxınlaşır.

Müşfiq İdris Axundzadəni tanıyırdı, onların məclisində olardı, şeirlərini dinləyərdilər. Fəramuş xanımla salamlaşır, o da qızlara Müşfiqi təqdim edir. Həmçinin Dilbər xanımı göstərib deyir ki, İdris əfəndinin qardaşı qızıdır.

Buraxılış gecəsi başlayanda Müşfiq bilərəkdənmi, yoxsa təsadüfənmi Dilbər xanımdan arxa cərgədə, düz onun tuşunda oturur. Dilbər xanımın uzun hörükləri varmış, onu arxaya atanda Müşfiqin üzünə toxunur. Müşfiqin Dilbər xanıma həsr etdiyi ilk şeiri elə hörüklərlə bağlı olub:

Xayır, hörüklər deyildi ilan,

Əski şairlər söyləmiş yalan.

– Fəramuş xanımı görmüşdünüz?

– Bəli, onu da, onların evində Hüseyn Cavidin həyat yoldaşı Müşkünaz xanımı da görürdüm, Əhməd Cavadın həyat yoldaşı Şükrüyyə xanımgillə münasibətlərimiz çox yaxın idi.

Onlarda bir adət vardı, həmişə dekabrın 29-da Əhməd Cavadın, Hüseyn Cavidin və İdris Axundzadənin ailəsi bir yerə yığışardı. İdris Axundzadənin oğlu Sabutay indiki Sabunçu rayonunda maarif şöbəsinin müdiri işlədi, onun ad gününə toplaşardılar. Bir dəfə Bülbül də gəlmişdi.

Müşkünaz xanımı kiçik yaşlarımda görmüşdüm, alicənab xanım idi, az danışardı. Onu, sözün düzü, bir dəfə görmüşdüm, amma qızı Turan xanımla tez-tez görüşərdik. Fəramuş xanımgilə də gəlib-gedərdi.

– Dilbər xanımla Müşfiqin münasibətləri o şeirdən sonra başlayır?

– Belə çıxır ki, Müşfiq Dilbəri görən kimi vurulub.

– Hörüklərə şeir yazmağından belə anlamaq olar. Amma Müşfiq anama Pedaqoji texnikumda da dərs deyirdi. Əvvəl rəfiqələrindən Dilbərə xəbər, yaxud məktub göndərib əlaqə saxlayırdı.

Dilbər xanım Əli Nəzminin qızı Piraya xanımla bir oxuyurdu, yolda Müşfiq onu görür, xəbər alır. Pirayə xanım da deyir ki, elə indi Dilbərin yanındaydım, oradan gəlirəm. Soruşur Dilbər neyləyirdi? Piraya xanım da deyir ki, yatmağa hazrlaşırdı. Müşfiq qayıdır ki, səndən bir xahişim var, get onlara bax gör, onun hörükləri yorğanın altındadırsa, onları çıxarıb yorğanın üstünə qoy.

– Müşfiqin məşhur “Yenə o bağ olaydı” şeirini Ənvər Məmmədxanlının bacısı Arifə xanıma yazdığı iddia olunur.

Birincisi, Ənvər Məmmədxanlı Müşfiqin dostu idi, Arifə xanım da dostunun bacısıydı. İkincisi, Müşfiq həmin vaxt evli idi. Mən əlbəttə, dəqiq bir söz deyə bilmərəm, amma Müşfiqşünasların bir neçəsi bu barədə öz fikirlərini söyləyiblər və bununla razı deyillər.

– Cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də Dilbər xanımın ikinci dəfə ailə qurmasıdır. Təbii, danışan dillər çox olur. Bəs Dilbər xanım özü bu haqda nə deyirdi?

– Düzdü, bu haqda mən də eşidirəm. Deyirlər, 37 qurbanlarından başqalarının arvadı niyə ailə qurmadı, Dilbər ikinci dəfə ərə getdi?

Əvvəla, Dilbər onların hamısından gənc idi. Onun cəmi 24 yaşı vardı, bir xanım bu yaşdan sonra ailə qurmasın, ana olmasın, dünyaya uşaq gətirməsin? Bu, nə dərəcədə doğrudur? Müşfiqin bacısı Balacaxanım ərə getmədi, taleyi necə oldu? Psixi xəstəliyi yenidən baş qaldırdı və dünyasını dəyişdi. O hal yaxşıdır, yoxsa yaşayıb övlad böyüdüb, daim Müşfiqin xatirələrini yaşatmaq?

Dilbərə həkim məhz sağlamlığına görə qəti məsləhət bilmişdi ki, mütləq ailə qurmalısan, yoxsa xəstəliyin təzədən qayıdacaq. İkincisi, gənc qadın idi, övlad sahibi olmaq istəyirdi.

Mən onun qızı kimi yox, bir qadın və insan kimi düşünürəm ki, Dilbər xanım ikinci dəfə ailə qurmaqla düz edib. Bir şeyi də qeyd edim, o, ikinci həyat yoldaşı ilə rəsmən nikaha girməyib, dini kəbinləri olub.

– Müşfiqlə neçə il ailəli olub?

– 3 il nişanlı, 4 il ailəli.

– Bir övladları, deyəsən, xəstəlikdən dünyasını dəyişib.

– Bəli, adı da Yalçın imiş.

– Dilbər xanım öz həbsindən nə danışırdı?

– Dilbəri Müşfiqdən sonra, 1937-ci ilin noyabrında həbs ediblər. Əvvəl qadınlar saxlanılan ümumi kamerada saxlanılıb.

Dilbər xanım komsomolçu idi, aktividi, güclü idi, hamını sakitləşdirirmiş ki, narahat olmayın, görəcəksiniz, həqiqət öz yerini tapacaq, biz günahkar deyilik, biz müraciət edəcəyik, yazacağıq, hər şey yaxşı olacaq.

Amma istintaqın gedişində ona qarşı aqressiv münasibət göstəriblər, məcbur edirmişlər ki, Müşfiqin günahkar olduğunu söyləsin. Kamerada olan xanımlar sonralar öz xatirələrində yazırdılar ki, bir gün gördük, Dilbər gəldi, öz halında deyildi, onu qadınlarla bir yerdə saxlamaq mümkün olmadı, təkadamlıq kameraya saldılar.

Kameradan qışqırırdı ki, deyirlər, mən dəli olmuşam, amma elə deyil, mən Müşfiqi istəyirəm, Müşfiq gəlsin, ondan heç vaxt imtina etmərəm.

Təkadamlıq kamerada vəziyyəti daha da ağırlaşır və orada da saxlamaq mümkün olmur, onda onu həbsxananın xəstəxanasına yatırırlar. 2 ilə yaxın orada müalicə alır. Oradan buraxmaq üçün akt lazım idi ki, xəstəliyi qorxulu deyil, buraxmaq olar. Elə akt tərtib olunuri, 1939-cu ildə Dilbər xanımı həbsxana xəstəxanasından çıxarırlar. Tibb Universitetində oxumuşdu deyə onu bəzi həkimlər tanıyırdı.

– Həkimlərin ona müsbət münasibəti olub, elə deyilmi?

– Bəli. Anam deyirdi, orada tanış həkimlər vardı, kömək edirdilər. Akt tərtib olunandan sonra buraxılır, anası gəlib özü ilə Gəncəyə aparır.

– Öz anası?

– İdris Axundzadənin taleyi necə oldu?

– Onu da Hüseyn Cavid, Əhməd Cavadla bir yerdə sürgün ediblər. Ancaq ölümü haqda bir xəbər yoxdur.

– Leyla xanım, ananızın Müşfiqə olan ilk sevgisinə hörmət edirsiniz və indi də yaşadırsınız. Bəs gənc yaşlarda sizdə bir qısqanclıq hissi olurdumu? Axı, evinizi atanızın yox, bir başqasının fotoları bəzəyib.

– Dilbər xanım atamla 4 il bir yerdə yaşayıb, birgə həyatları az sürüb. Mənim atam isə mən 1 yaşımda olanda adünyasını dəyişib. Əlbəttə, atamı bir insan kimi istəyirəm, amma ata məhəbbətini mən də görə bilməmişəm.

Dilbər xanımla bir yerdə yaşamışam, evimizdə elə mühit olub ki, ancaq Müşfiqdən danışılıb. Dilbər xanım Müşfiqə olan sevgisi ilə yaşayırdı. Anamla bir otaqda yatırdıq, səhər tez oyananda deyirdi, nə yaxşı oyandın, bir şeir yazmışam, gözləyirdim oyanasan, sənə oxuyum.

“Müşfiqli günlərim” adlı xatirə kitabı nəşr olunandan sonra nə qədər şeirlər yazdı, hətta şeirlərinə musiqi də bəstələndi. Tofiq Bakıxanıv, Nəriman Məmmədov Dilbər xanımın sözlərinə musiqi yazdı. O, yalnız Müşfiqin xatirələri ilə yaşayırdı.

Müşfiqlə bağlı tədbirlər olsun, onunla bağlı söhbətlər olsun. O mühitdə böyüyən insanın Müşfiq sevgisi yaranmalı idi.

– Bəs ananız atanızla necə tanış olmuşdu?

– Bu haqda heç nə danışmaq istəmirəm.

– Hər halda Dilbər xanımın psixoloji reabilitasiyası bir müddət sonra başa çatdı.

– Ömürlük I qrup əlil idi, son vaxtlar vəziyyəti pis olanda həkimlər dedilər ki, biz məəttəl qalmışıq, elə bil, bütün xəstəliklər buket kimi Dilbər xanımdadır. Ağır həyat keçirmişdi, çətin zamanlarda qohumların bəziləri ondan uzaq dururdu. Həbsdən çıxandan sonra analığı onu ata evinə qoymamışdı. Deyirdi, xalq düşməninin arvadıdır, olmaz.

– Bəs necə yaşadı?

– Bacılar yer verdilər, şərait yaratdılar. Hər işə onu götürmürdülər. Amma Gəncədə məktəbə işə düzələ bildi.

– Deməli, Müşfiqdən sonra Gəncədə yaşadı?

– Bəli. Bəraət veriləndən sonra isə Müşfiqin qohumları onu Bakıya çağırdılar. Bir müddət Dağlı məhəlləsində ev tapdılar, orada qaldıq.

Müşfiqin qohumlarının Dilbər xanıma münasibəti necəydi?

Ailə qurmasına münasibət birmənalı deyil. Yenə deyirəm, məsələn, Şükriyyə xanımın övladları vardı, onlara görə yaşayırdı, neyləyirdi ailə qursun. Dilbər xanımın da övladları olsaydı, ailə qurmayacaqdı.

Anamı ən çox istəyənlərdən biri Mikayıl Müşfiqin bacısı Balacaxanım idi. Can verə bilmirdi, Müşfiqin şəklini qucaqlamışdı, gecə gəlib Dilbər xanımı apardılar, mən də getmişdim, anamı görən kimi rahatlanıb gözlərini yumdu.

– Dilbər xanım məşum 37-ci il repressiyaları, onuları günahlandıranlarla bağlı nə danışırdı?

– O barədə danışmağı sevmirdi. Yadımdadır ki, Şükriyyə xanımgillə yığışanda ancaq yaxşı xatirələri yad edirdilər.

– Bəziləri deyir, Mircəfər Bağırov Müşfiqlə bağlı sonralar peşman olduğunu bildirib. Dilbər xanım həqiqətlərin açılması baxımından nələrsə söyləyibmi?

– Ad çəkməzdi. Kimlərin günahkar olduğunu özünüz də bilirsiniz. Arxivlər açılıb, yazılıb.

Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə Müşfiqin Mircəfər Bağırov tərəfindən güllələndiyini söyləyir. Tarixçi Ədalət Tahirzadə isə onun diri-diri divara hörüldüyünü iddia edir və sair.

– Anamın arxivində arayış var. Müşfiq Şamaxının Mərəzə kəndində, indiki Qobustan rayonunda vəfat edib. Ədliyyə Nazirliyindən verilən ərizə bizdə durur.

– Güllələnib?

– Yox, güllələməyiblər, sadəcə Şamaxıda dünyasını dəyişib.

– Bəs tapılan qalıqlar?

– İndi araşdırma gedir, görək cavab nə olacaq. Bəlkə də Mərəzədə ölüb, amma orda basdırmayıblar, Puta qəsəbəsinə gətiriblər? Yaxud bizə verilən arayış düzgün tərtib olunmayıb.

– Güllələnməyibsə, bəs hansı şəraitdə ölüb?

– Anama öz əcəli ilə öldüyü bildirilib. Bilirsiniz, o vaxtlar məhbusları elə yerə göndərirdilər ki, bilirdilər oradan sağ çıxmayacaq. Bu mənada fikirləşirəm ki, yəqin Şamaxıda ağır işlərə dözə bilməyib, vəfat edib.

– Xəlil Rza Ulutürkün ananızı həbsxanaya məhbuslarla görüşə apardığı barədə qeydiniz var.

– O hadisə belə oldu. 80-ci illərin axırları idi. Bir gün Xəlil Rza Ulutürk anama zəng elədi ki, Müşfiqlə bağlı məktəbdə tədbir var. Dilbər xanım da uşaqlarla, gənclərlə görüşməyi çox sevirdi. Hazırlaşdı, getdi.

Maşınla yol gedəndə görüb, ətraf şəhərə oxşamır, soruşub ki, haraya gedirik? Xəlil Rza Ulutürk də söyləyib ki, görüş həbsxanadadır, fikrinizi dəyişsəniz, evə qaytara bilərik. Anam razılaşıb, həbsxanaya gedib. Həbsxanada nə qədər stress keçirmişdi, yenə həmin kameralar, həbsxana divarlarını görmüşdü.

O hadisə mənə çox təsir eləmişdi, anam ona necə dözmüşdü, heç bilmirəm.

Amma anam danışırdı ki, çox maraqlı görüş keçdi, məhbuslar Müşfiqi çox sevirmiş. Dilbər xanıma müxtəlif əlişi olan suvenirlər, qələmlər bağışlamışdılar. Orada çıxış da edibmiş. Elə o görüşdən sonra vəziyyəti pisləşdi. Əvvəl özü hiss eləmirdi, sonra gördüm halı yaxşı deyil.

– Kimlər Dilbər xanımın ziyarətinə gəlirdi?

– O vaxt gənc şairlər Dilbər xanımın ətrafında həddən çox olurdular. Gəlirdilər, xatirələrini bölüşməsini xahiş edirdilər. Nəriman Həsənzadəni çoxdan tanıyırdı, Zəlimxan Yaqub, Tofiq Bayram və başqa şairlər gəlirdilər. İnanmazsınız, nə qədər məktublar yollayırdılar. Təkcə Azərbaycandan yox, Moskvadan da məktublar gəlirdi.

Mir Cəlal Paşayevin sonuncu yazısı Müşfiqə həsr olunmuşdu, yarımçıq qaldı. Anam Mir Cəlalın həyat yoldaşı ilə yaxın idi, görüşürdülər.

– Yazdığınıza görə, heç vaxt Dilbər xanımın göz yaşını görməmisiniz.

– Bəli, o cür ağır xəstəlikləri vardı, bir dəfə də göz yaşı axıtmadı. Müşfiqin 80 illik yubileyi Akademik Milli Dram Teatrında qeyd olunurdu. Gecəni Yazıçılar Birliyinin sədri Anar aparırdı, qəflətən anama söz verdi. Biz gözləmirdik, çıxış eləməməli idi, vəziyyəti yaxşı deyildi. Arxayın oturmuşdu, birdən elan etdilər ki, söz verilir Dilbər xanıma.

İnanırsınız, elə bil bütün xəstəlikləri yaddan çıxardı. Düşünürdüm, elə bil bu dəqiqə yıxılacaq, Allaha yalvarırdım ki, yıxılmasın.

Səhnəyə yaxınlaşdı, mikrofonun qarşısında hər şeyi yaddan çıxardı, xatirələr, şeirlər bir-birinin dalınca gəlirdi, sanki Müşfiqli günlərə uçmuşdu. Onun xəstəliyinin ağırlığını ən yaxşı mən bilirdim, qoluna girib gətirmişdim. Sanki həmin gecə hamı ilə vidalaşırdı. Zalda hamı sanki nəfəsini saxlayıb onu dinləyirdi. Sonra konsert proqramı başladı, Zeynəb Xanlarova çıxış elədi, anam kövrəldi, əlinin arxasıyla yanağına düşmüş göz yaşını sildi.

Əslində, anam dözümlü qadın idi, bu illər ərzində bilirdim ki, ağır həyat yaşayıb, amma ilk dəfə idi anamın gözündə yaş görürdüm.

Zeynəb Xanlarova bizimlə üzbəüz binada yaşayırdı. Tez-tez anam onlara gedirdi, anası ilə də yaxın idilər, sonra buradan köçdü. Anam Zeynəb xanıma da şeir yazıb, səhv etmirəmsə, həmin tədbirdə söylədi. Şeiri deyəndə əlləri əsirdi, Zeynəb xanım əllərini tutdu. Xəstəlik onu çox incidirdi.

Son dövrlərini necə xatırlayırsınız?

– Anam daim xəstəxanada müalicə alırdı. Mərdəkanda Yaşıl bağ vardı, ora tez-tez gedirdi. Nəriman Həsənzadə orada bir görüş də təşkil etmişdi. Hətta Nəriman müəllim anama şeir də yazıb:

Həkim, o Dilbərdi, ona yaxşı bax,

Müşfiqdən yadigar qalandı, həkim.

Könlünü alan yox, “Dilbərim! – deyən.

Qalan xəstəliyi yalandı, həkim.

Müşfiq həsrətiydi bir gülüşünə,

İndi gələn yoxdu heç görüşünə.

Nə özünə baxır, nə yerişinə,

Evi yox, dünyası talandı, həkim.

– Əsas xəstəliyi nə idi?

– Əsəb pozğunluğu, şəkər. İnfarkt keçirmişdi, böyrəkləri incidirdi. Hamısı da ağır xəstəliklərdi.

– Haradasa işləmədi?

– Gəncədə məktəbdə işləmişdi, Bakıya gələndən əlillik pensiyası alırdı. Sonra dövlət ona fərdi təqaüd kəsdi.

– Dilbər xanım xaraktercə necə insan idi?

– Əsl müəllim idi.

– Hərçənd həkimlik ixtisasına da yiyələnmişdi.

– Həkimlik ixtisasını başa vura bilməmişdi, Tibb İnstitutunun 2-ci kursda oxuyanda apardılar. Müşfiqin bacısı Balacaxanım da, anam da gözəl müəllim idi. Balacaxanım özü universal adam idi, həm rəsm çəkirdi, həm gözəl paltarlar tikirdi. Anama, mənə bayramlarda təzə paltar tikib hədiyyə edərdi.

Anam heç vaxt sərt davranmazdı, bir baxışı bizə kifayət edirdi, bilirdik ki, hansısa hərəkətimiz xoşuna gəlmir. İdris Axundzadənin evindəki tərbiyə almışdı, ünsiyyətin ona böyük təsiri olmuşdu. Mən də uşaqlıqdan o insanları bir az görmüşdüm, mənə də təsiri vardı, amma anam qədər ola bilmərəm. Ona görə də deyirəm Dilbər xanım gözəl ana və müəllim idi.

– Sizinlə bağlı arzuları nə idi? Təhsil verə bildimi, arzularını reallaşdırdınızmı?

Demək olar ki, hə. Gəncliyində özü çox aktivmiş, komsomolçuymuş, kəndlərə gedib maarifçilik hərəkatı aparırmış. Mənim də fəal olmağımı istəyirdi. Elə mən də cavanlıqda komsomol katibi, raykom üzvü, qurultay nümayəndəsi olmuşam. Məndən demək olar ki, razı idi.

– Dilbər xanımın xatirələrini yenidən nəşr etdirməyi də qərara aldınız.

– Kitabın bir hissəsi anamın özünün yazdığı xatirələridir. Dilbər xanımın vəfatından sonra xatirələrinin bəzisini əlavə elədim, özü xəstəliyinə görə yazmağı çatdırmamışdı. Bəzi xatirələr də var ki, hələ işıq üzü görməyib, Allah qoysa, hazırlayıb çap etdirməyi düşünürəm.

– Əlyazma şəklindədir?

– Bəli, anam kiril qrafikasında yazıb, gərək latınca yığıla, baxıla, sonra çap edək.

– Özü kitabını gördü, elə deyilmi?

– Bəli, sağlığında iki dəfə “Müşfiqli günlərim”, bir dəfə də balaca kitabçası rusca çap olundu. Anam ancaq Müşfiqlə bağlı məşğul olurdu. Ev muzeyi arzusu vardı, onu reallaşdıra bilmədi. Amma başqa nə planlaşdırmışdısa, yerinə yetirildi. Müşfiqin külliyyat çıxdı, ona heykəl qoyuldu, küçəyə, məktəblərə adı verildi, hətta gəmiyə də Müşfiqin adı qoyuldu.

Dövlət tərəfindən bizə qayğı vardı, Rəsul Rza Yazıçılar İttifaqının sədri olanda hər yanda “yaşıl işıq” idi, Anar özü də diqqətli yanaşır. Müşfiqin 110 illik yubileyi Yazıçılar Birliyi tərəfindən yüksək səviyyədə keçirildi.

– İndi Müşfiqi sevmək asandır, sovet dönəmində, xalq düşməni elan olunanda soyuq yanaşma, təzyiqlər, maneələr vardı?

– Xatirimdədir ki, heç kəs bizə “yox” demirdi. Yuxarıda oturanların hamısı kömək edirdi. Yadımdadır, Nazirlər Kabinetinin sədri Həsən Həsənov Müşfiqin xatirəsini əziz tuturdu, evə zəng edirdi, Dilbər xanımla maraqlanırdı. Bircə arzusu ev muzeyi idi, o da alınmadı.

– Niyə alınmadı?

– Ev elə yerdə yerləşirdi ki, alınmadı, Nizami metrosunun yaxınlığında yol keçir. Elə oradan 18 nömrəli məktəbə dərs deməyə gedirdi.

– Dilbər xanımın yazdığı “Müşfiqli günlərim” kitabını vərəqlədikdə Səməd Vurğunla Mikayıl Müşfiqin yanaşı fotosu diqqətimizi çəkdi. Yazılanlara, danışılanlara münasibətiniz necədir? Dilbər xanım deyirdimi kimsə bizim əleyhimizə nəsə yazdı, ifadə verdi?

– O barədə danışmırdı, çünki hamı hər şeyi bilir, deməyə ehtiyac yoxdur. 1988-ci ildə Müşfiqin 80 illiyində şairlər Süleyman Rüstəm və digərləri yığışmışdı, anam da onlarla söhbət edirdi. Müşfiqin bir dostu vardı, pərdənin arxasından Süleyman Rüstəmə dedi ki, sən eləmisən. Amma anam heç nə demirdi.

– Kim idi həmin şəxs?

– Bilmədim, pərdənin arxasından dedi.

– Süleyman Rüstəm Dilbər xanımla əlaqə saxlayırdı?

– Bəli, Süleyman Rüstəm anama çox yaxşı münasibət bəsləyirdi. Ona görə də inanmıram ki, belə şey etsin.

– Hər halda Süleyman Rüstəm “Oxuma tar”, Müşfiq isə “Oxu tar” yazmışdı.

– Ona söz yox, amma Müşfiqə qarşı nəsə edəcəyinə inanmıram.

– Belə çıxır, Dilbər xanım kimisə özünə düşmən hesab etmirdi.

– 37-ci ildə gördüyünü görmüşdü, ona görə çox şeyi bizə də danışmağa qorxurdu. 1988-89-cu ildə dəyişiklik olanda gördüm yenə vəziyyəti korlanır, yenə qorxurdu ki, tutulacaq. Anamın canında qorxu vardı. Az sonra, 1990-cı ildə dünyasını dəyişdi.

– 20 Yanvar hadisələrindən sonra.

– Hə. Onda da qorxurdu.

– Dilbər xanımın ikinci evliliyi də uğursuz oldu, yəni həyat yoldaşı erkən vəfat etdi. Bəs üçüncü dəfə ailə qurmaq barədə söhbət olmuşdu?

– Xeyr. Bu barədə qətiyyən söhbət ola bilməzdi. Artıq övladları vardı. Həmişə deyirdi, yaxşı ki, iki övlad anasıyam. Düzdü, biz balaca olanda əlillik pensiyası ilə iki övlada baxmaq çətin idi. Biz böyüyəndə işlədik. Bir dəfə ağır xəstə olanda dedi ki, ay Leyla, əvvəl fikirləşirdim sizə necə baxacam, niyə ailə qurdum, çətinliklə böyüdürəm, amma indi görürəm nə yaxşı ki, siz varsınız.

– Qardaşınız nə zaman dünyasını dəyişdi?

– 60 yaşında. Qardaşım sağlığında da mediadan uzaq qaçırdı. Kişidir də, hisslərini bildirməz, az danışardı, amma həssas insan idi.

– Maddi yardım olmayıb, indi söhbətləşdiyimiz Dilbər xanımın yaşadığı ev o qədər də geniş deyil.

– Yox, kömək ediblər. Bizim evlə üzbəüz psixo-nevroloji dispanser var, hər dəfə Dilbər xanım onun qarşısından keçəndə halı pisləşirdi.

– İndi sizinlə söhbət etdiyimiz bu evdə Dilbər xanım neçənci ildən yaşamağa başlamışdı?

– 1960-cı ildən. İdris Axudzadənin oğlu Sabutay məktəb direktoru idi. Keçmiş sosial təminat naziri Lidiya Rəsulovanın ilk iş fəaliyyəti Sabutay Axundzadənin məktəbində olmuşdu. Sabutay çox təmiz işləyən, savadlı, mədəni insan idi. Lidiya Rəsulova Sabutaya hörmət edirdi, ona etimad göstərirdi, vəzifədə olanda da Sabutaya eyni münasibət bəsləyirdi. Sabutay Dilbər xanımın həyatından ona danışmışdı, vəziyyəti izah etmişdi, demişdi ki, o binada yaşamaq çətindir, dispanserin yaxınlığındadı.

Lidiya xanım da təşkil elədi, Xəqani küçəsində yazıçılar evi ilə üzbəüz binada bizə bir otaqlı ev verdilər. Anam orada yaşadı, sonra da qardaşım qaldı.

– Sizin həyatınız necə keçdi? Çətin olmadı ki?

– Yox, heç bir çətinlik olmadı. Anam sağ olanda ümumiyyətlə çətin deyildi. Çünki anam vardı. Düzdür, uşaqlıqda bəlkə yaxşı geyimlərim, oyuncaqlarım olmayıb, amma anam vardı, sevgi, məhəbbət, hörmətlə böyümüşəm. Ona görə də özümü xoşbəxt hiss edirəm. Bir qızım, bir nəvəm var.

– Nənənizin adını daşıyırsınız?

– Bəli. Dilbər xanım deyərdi, kaş anam yanımda olaydı. Bizim evimizin ilk körpəsinə Dilbər xanımın adı verilib. Mənim qızımın adını isə o, Nigar Rəfibəylinin şərəfinə qoyub. Anam nəvələrini az da olsa, gördü.

Comments are closed, but trackbacks and pingbacks are open.