Press "Enter" to skip to content

Biznes mühiti, qlobal biznes

Salam magaza baglanir die tecili satilir xais edirem real alicilar yiqsin fikri ciddi olanlara endirim olunacaq Malın növü: Mağaza üçün

Hazir Biznes

Salam Hesabı Mene Dostum Hediyye verib.Men Pubg Oynamiram.Eger Almaq İsteyen Olsa Sexsiyyet Vesiqemi Ataram.Ozum Namaz Qilanam Haramnan İsim Olmaz Menim.

İçərişəhər M/S yaxınlığında, pub&bar məkan, məkanın sahəsi 170 kv. Biznes işlək vəziyyətdədir, içərisindəki bütün əşyalarla birlikdə satılır. Məkanda 1 zal, 2 təmirli kabinet, mətbəx, bar, 1 wc, 140 dioqanal 2 TV,

Saatda 4 -20 litr arası yağ çəkən aparatları sifariş verə bilərsiniz. Detallar Almaniyanındır. Hər çür toxumun yağını çıxardır. Semiçka, kətan, küncüt və su.

Rəhbərlik, idarəetmə, təşkilatçılıq, ünsiyyət, öyrətmə təcrübəsi və ya qabiliyyəti olan şəxslərə Ofis işləri təklif olunur. Ehtiyatda olan güc strukturu əməkdaşlarına və Pedaqoqlara üstünlük verilir. İş qrafiki

Hazır Biznes Gözəllik Mərkəzi SATILIR İlə 130-160min gəlir gətirən hazır işlək BİZNES satılır Gözəllik üzrə biznes qurmaq istəyənlər üçün əla təklifdir sıfırdan başılayıb komanda və müştəri yığmaq əvəzinə Bu biznesə

Azərbaycan da 10-ilə yaxındır fəaliyyət göstərən Smart-Tent şirkəti müxtəlif vaxtlarda başqa adlar altın da çalışsa da 2020-ci ildə Smart-Tent adı altında fəaliyyətə başlayıb. Göstərdiyimiz xidmət isə bütün növ kölgəlik

İş haqqında məlumat: • Kadrların öyrədilməsi, onlara nəzarət olunması və onların idarə edilməsi ; • Kadrların işə uyğunluğunun yoxlanılması ; • Kadrların düzgün seçiminin aparılması ; • Vakansiyalara uyğun

Dəzgah soyuducu satilir. Eni 60sm uzunluq 190sm. Hund 85sm. Təmiz nerjdir. İdeal vəziyyətdədir. Heç bir problemi yoxdur. Yenidir Qiymət 1450azn. Ünvan Bakı şəhəri. Seva Xirdalan. Ətraflı məlumat üçün whatsapp aktivdir

Dəyərindən ucuz və çox təcili gəliri (qazancı ) olan hazır biznes satılır. Həzi Aslanov metrosunun yaxınlığında,düz yolun kənarında ,hərəkətin sıx olduğu ərazidə yerləşir . Hal-hazırda günə 20-25kg toyuq ətinin satışı

Salam.Hazır gəlinlik biznesi Satılır.Gəlinliklər geyinilməyib.Nömrə və 36000lik İnstaqram hesabı ilə birlikdə 34 ədəd gəlinlik Yep yeni 8 ədəd Tac Yeni bel bağları 34 ədəd Fata 30 adi başsız Maniken 4 ədəd bütöv

Malın növü: Restoran üçün Yeni?: Bəli

Malın növü: Mağaza üçün

Malın növü: Digər Yeni?: Bəli

Malın növü: Restoran üçün Yeni?: Bəli

Malın növü: Mağaza üçün Yeni?: Bəli Çatdırılma?: Bəli

Ulduz metro stansiyasında Qumlama biznesi satılır. Tam hazır biznesdir. Heç bir xərc tələb etmir. Bütün avadnlıqlar işlək vəziyyətdədir. Hazırda iş gedir. Müştərilər var. Bütün avadanlıqlar, sosial medya hesabları və

İngilis dilindən hazırlıq keçirəm online fərdi və ya qurup şəkilində 1.9-cu sinif şagirdlərinə

HAZIR BİZNES! Biznes haqqında; Food Truck konseptində fast food yeməklərinin satışı üçün hazırlanmış bir avadanlığdır. Biznesə daxıldir: Izqara aparatı, iki vannalı 5/5 lt friii aparatı, dönər aparatı, xırt-xırt

20 yanvar mts, səkildəki butun ətirlər və avadanliqlar satilir Malın növü: Mağaza üçün

Tam HAZIR işlək biznes olaraq SATILIR! Müştəri bazası və hazır brend! Tanınmış Bakının ilk Milli Fastfood adı ilə yaranan restoran. Yarmarkanın ən tanınmış yeməyi! Digər işlərimlə əlaqədar olaraq (vaxt azlığından)

Hazir biznes satilir. Biznes ayyaqabi qubkasi ve avto qupka istehsalindan ibaretdir.Ayliq gelirnen ishleyen biznesdir.Etrafli maraqlananlar elaqe saxlaya biler. Malın növü: Digər Yeni?: Bəli Çatdırılma?: Bəli

Cooox tecili. Bir zalın avadanlıgıdı coox dozumlu avadanlıqlardı Vasili avadanlıgıdı. Qiymet sondu Malın növü: Digər

Salam magaza baglanir die tecili satilir xais edirem real alicilar yiqsin fikri ciddi olanlara endirim olunacaq Malın növü: Mağaza üçün

0dan kodlama ilə yazılmış satış saytı sistemidir. Məhsullarınızı əlavə edib rahatca satışa başlaya bilərsiniz. Ödəmələrinizi istər nağd şəkildə istərsə də kartla ödəmə sistemi vasitəsilə ala bilərsiniz. Sayt tamamilə

Elimlər akademiyasi metronun yaninda hazir biznes satilir . 20 kv hər bir şəraiti olan yerdir . Obyektin içində və çölündə nə varsa hamisi məbləgin içindədir . Məhşur yerdi alveridə yaxşidir . Gundelik alver 600 azndir

0dan kodlama ilə yazılmış satış saytı sistemidir. Məhsullarınızı əlavə edib rahatca satışa başlaya bilərsiniz. Ödəmələrinizi istər nağd şəkildə istərsə də kartla ödəmə sistemi vasitəsilə ala bilərsiniz. Sayt tamamilə

EduCenter Təhsil Mərkəzi Aylıq gəliri 1000+ manat olan hazırlıq mərkəzi satılır. Instagram və facebook səhifəsi var 2300 nəfərlik əvvəlki illərin müştəri nömrələri var Sahəsi 120 kv/m 10 otaq ( 1 müraciət 9

Hazir biznes

Hazir biznes satışı ilə maraqlananlar Tezbazar.az saytına daxil olsunlar. Çünki burada bütün növ hazir bizneslerin satışı elanları mövcuddur.
Elanlar saytımızda mütəmadi olaraq yenilənir. Elanları görmək üçün ilk növbədə sayta daxil olmaq, ardınca saytın axtarış yerində “hazir biznes” sözlərini yazmaq lazımdır. Nəticədə qarşınıza hazir biznes elanları çıxacaq. Axtardığın elanı asanlıqla tap az vaxtın getsin.
Aptek üçün hazir biznes ilə maraqlanırsınızsa, Tezbazar.az saytına daxil olun. Dönərxana hazir biznesi almaq istəyirsinizsə, yenə saytımızdakı elanlardan faydalanın. Hazir fast-food biznesi, hazir nar şirəsi biznesi, hazir xəngəlxana biznesi, hazir online biznes, hazir divan-kreslo biznesi, hazir masa-oturacaq biznesi və digər hazir bizneslərin satışı üçün daxil ola biləcəyiniz tək ünvan Tezbazar.az saytıdır!
Hazir biznesi münasib qiymətə almaq biznesin vacib şərtlərindən biridir. Əgər siz də sərfəli qiymətə hazir biznes satışı ilə maraqlanırsınızsa, onda vaxt itirmədən Tezbazar.az saytından elanları nəzərdən keçirin.

Məlumatlar

Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 Tezbazar.az | info [@] tezbazar.az | Bizimlə əlaqə

Biznes mühiti, qlobal biznes

Biznes mühitinin öyrənilməsi nə üçün lazımdır?
Məlumdur ki, heç bir şirkət ətraf mühitdən təcrid olunmuş şəkildə fəaliyyət göstərə bilməz. Şirkət fəaliyyət göstərdiyi biz­nes mühitinin bütün elementlərini əvvəlcədən nəzərə almasa, bir çox problemlərlə üzləşər.

Məsələn, təsəvvür edək ki, şirkət yeni məhsulun bazardakı qiymətini öyrənməmiş idxal edir. Satmaq istəyəndə görür ki, malın maya dəyəri bazardakı satış qiymətindən bahadır. Bu halda yaranacaq problemi təsəvvür etmək çətin deyil.

Başqa bir misal göstərək. Şirkət əmək qanunvericiliyinə nəzər salmamış Hindistandan Azərbaycana ucuz işçi qüvvəsi gə­tir­­mək barədə qərar qəbul edir. 5 aydan sonra Əmək Müfət­tiş­liyinə yoxlama gələndə başa düşürlər ki, icazəsiz işləyən hər bir əc­nəbi üçün 30000 AZN məbləğində maliyyə sanksiyası ödənilməlidir.

Göründüyü kimi, bütün bu mühit amilləri nəzərə alınıb- alınmamasından asılı olmayaraq, şirkətin fəaliyyətinə əsaslı şəkildə təsir göstərir.

Şəkil 2.1. Biznes mühiti mürəkkəbdir.

Şirkəti əhatə edən mühit daxili və xarici olmaqla iki yerə bölünür.

Daxili mühit dedikdə, bura işçilər, şirkətin sahibləri, şirkət­daxili mədəniyyət və s. daxildir.

Xarici mühitə isə iqtisadi, hüquqi, texnoloji, rəqabət, sosi­al, qlobal və s. təsirlər daxildir.

Daxili mühitin tərkib hissələri növbəti fəsillərdə geniş şəkil­­də təsvir edilmişdir. Bu fəsildə əsas vurğu şirkətin xarici mühitinə yönəldiləcəkdir.

Beləliklə, xarici mühit amillərinə ayrı-ayrılıqda diqqət yetirək.

İqtisadi və hüquqi mühit İqtisadi mühit dedikdə, biznesin mövcud olduğu iqtisadi şərait nəzərdə tutulur. Buraya işsizliyin səviyyəsi, inflyasiya, valyuta siyasəti, makroiqtisadi sabitlik, banklarda faiz dərəcələri və s. aiddir.

İşsizlik əhalinin iş tapa bilməməsidir.

İnflyasiya qiymətlərin ümumi səviyyəsinin qalxmasıdır.

Şəkil 2.2. Biznes infrastrukturu biznesin iqtisadi mühitinin tərkib hissəsidir.

Hüquqi mühitə isə biznesin normal fəaliyyətini tənzim­ləyən qanunvericilik, mülkiyyət hüququ, korrupsiyanın vəziy­yəti, vergi tənzimlənməsi, biznesə başlamağın çətinliyi, bizne­sin hökumət tərəfindən nə dərəcədə təşviq edilməsi və s. aiddir. Burada korrupsiyanın üzərində xüsusi dayanmaq zəruridir. Çünki korrupsiyanın mövcudluğu təkcə insan hüquqlarının pozulmasına, ayrıseçkiliyə səbəb olmur, həm də iqtisadi inki­şafın əsas şərti olan xalis rəqabəti sıradan çıxarır. Buna misal olaraq dövlət tenderlərində hansısa iddiaçıya güzəşt edil­məsini göstərmək olar. Korrupsiyanın mövcudluğu istehlak­çıların da hüququnu kobud surətdə pozur. Çünki bu halda istehlakçıların seçim imkanı azalır, inhisarçılar bazara diktə edir.

Texnoloji mühit – Biznesin inkişafında texnoloji amıllərin gücü, texnologiyadan asılılıq hər an artır. Buraya təkcə istehsal prosesinin avtomatlaşdırılması deyil, həm də işin görülməsini asanlaşdıran vasitələr, bununla da vaxta və digər resurslara qənaət edilməsi aiddir. Bu, yüksək rəqabətli bazarda uğur qazanmağın vazkeçilməz şərtidir. Hazırda biznes proseslərin, təchizat zəncirinin, eləcə də müştəri ilə münasibətlərin daha çevik və səmərəli idarə olunması üçün bir çox ERP (Enterprise Recourse Planning), CRM (Customer Relationship Managa­ment) tipli kompüter proqram paketləri meydana gəlmişdir. Texnoloji amillərdən danışarkən interneti yaddan çıxarmaq ol­maz. Məhz internetdən istifadə nəticəsində bu gün minlərlə biz­nes strukturları işlərini xeyli sürətləndirmiş, səmərəlilik artmış, məhsuldarlıq artmış, məhsulların maya dəyəri aşağı düşmüşdür.

Məhsuldarlıq – mövcud resurslarla (insan, vaxt, avadanlıq, pul, xammal və s.) daha çox məhsulun əldə olunmasıdır.

Digər tərəfdən, internetin sayəsində menecerlər üçün “məkan” anlayışı qismən aradan qalxmış, dünyanın istənilən yerindən informasiyanın alınıb-ötürülməsi asanlaşmışdır. Şirkətlər üçün rəqabətliliyin qorunub saxlanılması üçün tələb olunan ən mühüm şərtlərdən biri işdə ən son texnologiyalardan istifadə olunmasıdır.

Şəkil 2.3. Texnoloji mühit.
Son illərdə baş verən ən mühüm dəyişiklərdən biri e-kommersiyanın inkişafıdır. E-kommersiya – mal və xid­mətlərin alqı-satqısının internet üzərindən həyata keçiri­lməsidir. E-kommersiyaya ayrıca bir fəaliyyət sahəsi kimi bax­maq düzgün deyil. Bu, şirkətlər, satıcılar və alıcılar üçün yeni bazardır. Başqa sözlə desək, satıcılar internet vasitəsilə “vitrin”lərini genişləndirir, alıcılar isə daha yaxında, hətta evin içində mağazaya, mal və xidmətlərə çıxış əldə edirlər. E-kommersiya əməliyyatlarının 2 əsas növü mövcuddur: B2B (business-to-business) və B2C (business-to-consumer). B2B – şirkətlər arasında olan bazardır, B2C – isə şirkətlərlə istehlakçılar arasında olan bazardır.

B2B B2C
Şəkil 2.4. B2B və B2C əməliyyatları.
Əgər e-kommersiya əməliyyatlarının həcmi B2C bazarlarında milyardlarla ölçülürsə, B2B bazarlarında trilyon­larla ölçülür. E-kommersiyanın fərqli xüsusiyyətlərindən biri odur ki, burada şirkətin işçilərinin sayının, istehsal bina­sının böyüklüyünün, tarixinin bir o qədər əhəmiyyəti yoxdur. Burada yeni yaranmış, kiçik şirkətlər nəhəng şirkətlər üçün əməlli-başlı “rəqib”ə çevrilə bilər. E-kommersiyanın digər üs­tün­lükləri aşağıdakılardır: minimum əməliyyat xərcləri, müştərilərlə müna­sibətlərin daha interaktiv şəkildə qurulması imkanı, satış mərkəzlərinin açılmasına ehtiyacın olmaması və s.

Şirkətlər internet vasitəsilə bir çox marketinq və PR alətlərindən istifadə edirlər. Bunlara misal olaraq kütləvi e-mail­lərin göndərilməsi, sosial şəbəkələr vasitəsilə reklamın və PR fəaliyyətinin qurulması aiddir. Son vaxtlar “Facebook” və “Twitter” kimi sosial şəbəkələr biznes mesajlarının çatdırılması üçün geniş şəkildə istifadə olunur.

Rəqabət mühiti. Hər gün yeni-yeni biznes strukturları açıldıqca, digər tərəfdən mövcud bizneslər böyüdükcə rəqabət şəraiti xeyli kəskinləşir, yeni şəkil alır. Bunu müqayisəli şəkildə aşağıdakı cədvəldə görə bilərik:

Son məqsəd – mənfəət

Son məqsəd – mənfəət və sosial məsuliyyət

Rəqabət əslində kortəbii şəkildə “biz hamıdan güclüyük” şüarı ilə baş vermir. Rəqabətin əsas subyektləri olan bizneslər özləri üçün rəqabət üstünlüyü ola biləcək obyektlər müəyyənləşdirirlər. Bu obyektlər aşağıdakı kimi ola bilər: daha ucuz qiymət, məhsulun tez çatdırılması, şirkətin tarixi, məhsulun davamlılığı, satışdan sonrakı xidmət, qüsursuz məhsul, dizayn və s. Rəqabət üstünlüyü şirkətin rəqiblərindən yaxşı mənada fərqləndirə biləcək cəhətlərin sayəsində formalaşır.

Şəkil 2.5. Rəqabət inkişafın əsasıdır.
Rəqabətdə uğur qazanmağın yolu müştərilərlə uğurlu münasibətlərdən keçir, çünki yaxşı rəqabətçini elə müştərilər “mükafatlandırır”. Əlbəttə ki, müştərilərin etimadını qazanmaq əvvəlki illərdəki qədər asan deyil. Buna səbəb istehlakçıların son vaxtlar daha tələbkar olması, eyni zamanda “satınalma” qərarlarının daha düşünülmüş, ağıllı şəkildə verilməsidir. Nəti­cədə bizneslər strategiyalarını əvvəlki kimi menecment yönüm­lü yox, müştəri yönümlü qururlar. Bu o deməkdir ki, qərarların verilməsində müştərilərin istəkləri prioritet götürülür.

Böyük şirkətlər rəqabət siyasətlərində kiçik şirkətləri heç vaxt nəzərdən qaçırmamalıdırlar. Böyük şirkətlərdə təşkilati proseslərin qəlizliyi, bürokratiyanın mövcudluğu bəzi hallarda rəqabətdə kiçik rəqiblərinə uduzmasına səbəb olur. Bunun digər səbəbi isə ondan ibarətdir ki, bir çox hallarda “ön cəbhədə”, bilavasitə müştərilərlə çalışan işçilərə yetərincə səlahiyyətin verilməməyidir. Bu amilin mövcudluğu bir çox şirkətlər müş­tərilərlə işləyən işçilərə xüsusi treninqlər keçərək əlavə səlahiy­yətlər verir, nəticədə qərarverməni tezləşdirirlər. Bunlara misal olaraq qiymətlərdə endirimlərin verilməsi, şikayətlərin qarşı­lanması, qeyri-standart vəziyyətlərdə qərar vermə bacarı­ğını göstərmək olar. Qeyri-standart vəziyyətdə qərar­vermə bacarığı yalnız təcrübə ilə formalaşır. Çünki bu zaman təcrübədən qay­naqlanan intuisiya rol oynayır. Ona görə də şirkətlər çalışırlar ki, işçilər uzun müddət ərzində fəaliyyət göstərsinlər. İşçilərin tez-tez dəyişilməsi isə şirkətin ümumi işinə yalnız ziyan vura bilər. Məsələn, işçinin qeyri-məhsuldar adaptasiya dövründə ona əmək haqqı verməli olur, treninq xərcləri, qeyri müəy­yənlik (işləyə biləcəkmi?) və s.

Sosial mühit Sosial mühit dedikdə, biznesdə rolu olan sosial amillərin məcmusu başa düşülməlidir. Buraya əhalinin demoqrafik strukturu, zövq, müxtəlif sosial qrupların ehti­yacları, adət-ənənələr və s. daxildir.

Sosial amillərə misal olaraq bəzi müsəlman ölkələrində Coca-Cola şirkətinin məhsullarının qeyri-populyarlığını gös­tərmək olar. Bu, insanların dini dünyagörüşü ilə bağlıdır. Onlar “Coca-Cola” sözünü müsəlmançılığa qarşı olduğunu iddia edirlər.

Şəkil 2.6. Biznesdə sosial amillər vazkeçilməzdir.
Şirkətlər adətən məhsulun hədəf kütləsini müəyyənləş­dirərkən sosial amilləri nəzərə alırlar. Buraya yaş qrupları, işlədiyi peşə və s. aiddir.

Qlobal mühit Bizneslər inkişaf etdikcə təkcə yerli ba­zardakı dəyişikliklər deyil, beynəlxalq bazarlarda da baş verən dəyişikliklərlə hesablaşmalı olur. Ən azı qiymətlər o səviyyədə qoyulmalıdır ki, potensial müştərilər malların xaric­dən gəti­rilməsinə üstünlük verməsinlər.

Şəkil 2.7. İnformasiya texnologiyaları dünyanı “kiçiltmişdir”.
Əksər böyük şirkətlər fəaliyyətlərini bir neçə ölkədə reallaşdırırlar. Bu zaman həmin ölkələrdəki əmək bazarı, xam­malın qiyməti, vergilərin səviyyəsi, daşıma qiymətləri, gömrük tarifləri, nəzarət orqanlarının tələb etdiyi standartlar, əmək qanunvericiliyi və s. nəzərə alınmalıdır. Qlobal amillərin təsir­ləri e-kommersiyada da nəzərə çarpır. Bu onunla əlaqədardır ki, internetin tətbiqi nəticəsində “məkan” anlayışı aradan qalxır.

Qlobal biznes
Qlobal biznesin əsasını beynəlxalq ticarət (ixrac-idxal əməliyyatları) təşkil edir.

İxrac məhsulların başqa ölkəyə satılmasıdır.

İdxal məhsulların başqa ölkədən alınmasıdır.

Nə üçün ölkələr bir-biri ilə ticarət edirlər? Bu sualın cavab­larını hələ 19-cu əsrdə tanınmış iqtisadçılar Adam Smit (“Mütləq üstünlük” nəzəriyyəsi ilə) və David Rikardo (“Müqayisəli üstünlük” nəzəriyyəsi ilə) cavab vermişdilər. Məlumdur ki, heç bir ölkə bütün sakinlərinin tələbatlarını tək­başına ödəyə bilməz. Ən azı ona görə ki, resurslar ölkələr üzrə tamamilə qeyri-bərabər paylanmışdır. Digər tərəfdən, təsəv­vür edək ki, hansısa ölkə öz sakinlərinin tələbatını ödəyə bildi. Bu zaman digər ölkələr məc­burən çatışmayan məhsulları bu ölkədən alacaqlar. İngilis iqti­sadçı David Rikardonun “Müqa­yisəli üstün­lük” nəzəriy­yəsinin əsasını da bu amil təşkil edir. Yəni bir ölkə digərinə nisbətən müqayisəli üstünlük əldə edir.

Şirkətlərin dünya bazarlarındakı iştirakı təkcə idxal-ixrac əməliyyatı ilə məhdudlaşmır. Beynəlxalq bazarlarda iştirakın digər yolları aşağıdakılardır:

– lisenziyalar üzrə fəaliyyət

– beynəlxalq birgə layihə

– xarici birbaşa investisiya.

Lisenziya fəaliyyətinin həyata keçirilməsi zamanı şirkət (lisenzor) hansısa xarici şirkətə (lisenziya alan) özünün qey­diyyatdan keçmiş məhsulunu müəyyən haqq müqabilində (royalti) istehsal etməyə icazə verir. Bu zaman adətən lisenzor istehsal prosesinin başlanılmasına köməklik göstərir, işçilərə treninq keçir, keyfiyyətə nəzarət sistemi qurur. Çünki lisenziya alanın keyfiyyəti aşağı salması lisenzorun işgüzar nüfuzunun aşağı düşməsinə səbəb ola bilər. Coca-Cola, PepsiCo və Disney kimi məşhur, nəhəng şirkətlər lisenziya müqavilələri ilə böyük uğurlar qazanıblar.

Françayzinq müqaviləsində isə şirkət (françayzor) xarici şirkətə (françayzinq alan) brendindən istifadə etmək hüququnu satır. Bu zaman françayzinq alan “hazır” brenddən istifadə et­məklə bazara asanlıqla daxil olur, əlavə xərc çəkmədən fran­çayzorun marketinq və reklam siyasətindən paralel olaraq qazanır. Dünyada ən məşhur françayzorlardan biri McDonald’s-dır.

İstehsalın autsorsinqi zamanı şirkət xarici bazardakı mövcud istehsalçı ilə müqavilə bağlayır ki, müqavilə üzrə isteh­sal ediləcək məhsulda onun ticarət markası vurulsun. İstehsal autsorsinqinin həyata keçirilməsinin əsas məqsədi xarici bazara daha az xərclə daxil olmaqdır.

Beynəlxalq bazarlarda fəaliyyəti zamanı şirkətlər bir sıra təsirlərlə üzləşir. Bu təsirləri dəf etmək bacarığı şirkətin uğurunun göstəricilərindən biridir. Bu təsirləri aşağıdakı kimi qruplaşdıra bilərik: 1) sosial-mədəni təsirlər, 2) iqtisadi təsirlər, 3) hüquqi və tənzimləyici təsirlər, 4) fiziki və ətraf mühit təsirləri.

Sosial-mədəni təsirlər

İnsanlarla işləmək üçün onların mədəniyyətini nəzərə almaq lazımdır. Burada təkcə işçilər yox, həm də müştərilər, eləcə də digər maraqlı qruplar nəzərdə tutulur.

Mədəniyyət insanların müəyyən qrupu tərəfindən qəbul olunmuş dəyərlər, inamlar və qaydalar toplusudur.

Bir ölkə daxilində mədəniyyətlər çox fərqlənməsə də, müxtəlif ölkələrin insanları arasında köklü mədəniyyət fərqləri olur. Məxsus olduqları mədəniyyətlərdən asılı olaraq müxtəlif xalqların bizneslə məşğul olmaq üsulları da fərqlənir.

Şəkil 2.8. Müxtəlif xalqların biznes vərdişləri fərqlənir.
Sosial-mədəni təsirlərdən danışdıqda ilk ağıla gələni dinin təsiridir. Məsələn, İslam dininin hökmran olduğu ölkələrdə donuz ətinin satılması olduqca düşünülməmiş addım olardı.

Sosial-mədəni fərqlərin təkcə menecment qərarlarına yox, həm də qlobal marketinq strategiyalarına mühüm təsiri var. Qlobal marketinq eyni məhsulun bütün dünyada eyni üsullarla satışını nəzərdə tutur.

İqtisadi təsirlər
İqtisadi təsirlərə əhalinin gəlir səviyyəsi, alıcılıq qabiliyyəti, inflyasiya, valyuta məzənnəsi, işsizlik səviyyəsi və s. aiddir.

Valyuta məzənnəsi bir ölkənin valyutasının digər valyutalarla ifadə olunan dəyəridir.

Valyuta məzənnəsinin beynəlxalq ticarətə təsiri çox böyükdür. Təsəvvür edək ki, Azərbaycan manatına nəzərən AVRO-nun məzənnəsi aşağı düşür, ABŞ dollarınınkı isə artır. Bu hal Avrozonadan idxalın artmasına gətirib çıxaracaq.

Hüquqi və tənzimləyici təsirlər
Məlumdur ki, müxtəlif ölkələrin qanunları bir-birindən az-çox fərqlənir. Buraya eyni zamanda ticarəti, beynəlxalq biznesi tənzimləyən qanunlar aiddir. Məsələn, ölkələrin özlərinə məxsus proteksionizm (yerli istehsalı stimullaşdırmaq üçün idxalın məhdudlaşdırılması) siyasəti həmin ölkəyə idxalın səviyyəsinə əhəmiyyətli təsir göstərir. Qanunlardan başqa, müxtəlif ölkələrdəki korrupsiyanın səviyyəsinin də bizneslərin fəaliyyətinə təsiri böyükdür.

Şəkil 2.9. Korrupsiya hər yerdə “işləmir”.

Ona görə də bir neçə ölkədə fəaliyyət göstərən şirkətlərin menecerləri həmin ölkələrdəki qanunvericilikdən və tənzimləyici mühitdən xəbərdar olmalıdır.

Fiziki və ətraf mühit təsirləri
Fiziki və ətraf mühit təsirlərinə infrastrukturun vəziyyəti, nəqliyyatın inkişaf səviyyəsi və s. aiddir.

ƏSAS ANLAYIŞLAR

HAZIR BİZNES

Hazır biznes satışı ilə maraqlanırsız? Hazır biznes icarəyə vermək istəyirsiz? Dönərxana, Uşaq baxçası, Mağaza, Çamaşırxana və digər hazır bizneslər elanları axtarışdasınız? Tut.az Pulsuz Elanlar Saytında istədiyinizi rahat tap az vaxt sərf edin!

İndi Hazır biznes satışı üçün xüsusi kompaniyaları axtarmaq ehtiyac yoxdur! Bizim sayt vasitəsilə siz tez və rahat Hazır biznes icarəyə vermək elanları yerləşdirib istədiyiniz effekti əldə edə bilərsiz. Hər gün müxtəlif mövzularda elanlar bizim sayta əlavə olunur. Istədiyinizi rahat tap az vaxt sərf et – sabaha saxlamayın, elə indi başlayın!

HAZIR BİZNES BÖLMƏSİNDƏ UĞURLU ELANIN SİRRİ

Dönərxana, Uşaq baxçası, Mağaza, Çamaşırxana və digər hazır bizneslər elanları yerləşdirib tez bir zamanda effekt əldə etmək üçün nə etmək lazımdır? Bunun üçün sadə qaydalara riayət etməlisiniz:

– elana uyğun kateqoriya seçin

– bütün sahələri lazımi məlumatlarla doldurun

– “Təsvir” sahəsindəki xidmətini mümkün qədər ətraflı təsvir edin

– düzgün əlaqə məlumatlarını daxil edin

Hazır biznes satışı elanın effekti daha da artırmaq üçün ödənişli alətlərdən istifadə edə bilərsiniz – bunun sayəsində:

1. Elanın prioritetini artıraraq, onu son elanlar bölməsində və axtarış nəticələrində birinci yerə qaldırırn

2. Elanı saytın ana səhifəsində xüsusi ayrılmış blokda digər elanlarla yanaşı və eyni zamanda VIP blokun içərisinidə təsadüfi qaydada aktivlik müddətlərinin sonunadək görsədin

3. Elanlarınızı baku.ws , oxu.az , azxeber.com , media.az , olke.az kimi populyar xəbər saytlarında 5 gün müddətinə yerləşdirin.

Hər hansı bir sualınız var? Müştəri Dəstək Xidməti 24/7 onlayn çat və (012) 525-83-08 Telefon Qaynar Xətt vasitəsilə xidmətinizdədir.

Comments are closed, but trackbacks and pingbacks are open.