Press "Enter" to skip to content

Sərbəst İşlər

10. Biznesini tanıt

Biznesin stratejı planlaşdırılması: Nədən başlamalı?

Bazar iqtisadiyyatı şəraitində işləyən hər hansı firma öz məhsullarının vaxtında satışını daim mənfəət təminatı kimi təmin etməyə çalışır. Bunun üçün o, a) bazarın konyunkturuna; b) rəqabətə; c) özünün resurs imkanlarına adekvat olan uzunmüddətli fəaliyyət proqramını işləyib hazırlayır. Bu cür proqram firmanın strategiyasını əks etdirir.
Strategiya – mövcud imkanlarla qarşıya qoyulmuş məqsədlərə nail olmaqdan ötrü firmaya zəruri olan uzunmüddətli hərəkətlərin ümumiləşdirici modellərdir. İqtisadi təşkilata şamil edildikdə, bu, onun başlıca məqsədlərinin və bu məqsədlərə nail olmanın əsas üsullarının məcmusudur. Firma fəaliyyət strategiyasını işləyib hazırlayarkən, fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir. «Strategiya» termini yunan dilindən tərcümədə «stratos» – ordu və «ado» aparıram sözlərini bildirir. Hərbi terminologiyanın idarə edilməsində görünür, sahibkarlığın döyüş xarakterini bir daha təsdiq edir.
Strategiya – çoxcəhətli anlayışdır. Onun ən mühüm xüsusiyyətləri kimi aşağıdakı tərifləri vermək olar ki, bunlar bu anlayışın mahiyyətinə tamamilə cavab verirlər:
• son nəticənin əldə edilməsi vasitəsi;
• təşkilatın bütün hissələrinin vahid tamda birləşməsi;
• firmanın fəaliyyətinin bütün əsas aspektlərinin əhatə edilməsi;
• firmanın bütün planlarının bir-birinə uyğunluğununun təmin edilməsi;
• hərəkət planı;
• mühafizə, yəni rəqabət mübarizəsində qələbəyə yönəldilmiş hərəkətlər kimi nəzərdən keçirilir;
• hərəkətlərin ardıcıllığı, yəni plan reallaşmaya bilər, lakin hərəkətlərin ardıcıllığı hər halda təmin edilməlidir;
• ətraf mühitdə mövqe, bu, öz əhatəsi ilə əlaqə deməkdir;
• perspektiv, yəni cəhd etdiyi vəziyyəti qabaqcadan görmək;
• firmada işin təşkilinin güclü və zəif tərəflərinin analizinin nəticəsi və onun inkişafının imkan və əngəllərinin müəyyən edilməsi;
• ətraf mühitin dəyişikliklərinə qarşı firmanın qabaqcadan hazırladığı reaksiya.

Firmanın inkişaf strategiyasının hazırlayarkən, onun bir sıra tələblərə cavab verməsinə nail olmaq vaciblir:
• nail olunması ümumi iş üçün həlledici olan əsas məqsədlərdən ibarət olmalı;
• koordinasiya edilmiş rəhbərlik bildirilməli;
• mütərəqqi təşəbbüsə kömək olmalı;
• başlıca qüvvələr lazımi yerdə və lazımi vaxtda cəmləşməli;
• zəmanətli resursları təmin etməli;
• maksimum nəticə əldə edilməsi zamanı resurslardan minimum istifadə üçün taktiki hərəkətlərin çevikliyini nəzərdə tutmalıdır.

Strategiya arzu olunan məqsədlərin sadə tərifi və onların həyata keçirilməsinin razat üsulları ola bilməz. Arzu olunanı gerçək hesab etmək hələ strategiyanı işləyib hazırlamaq demək deyil. Strategiya arzulardan deyil, firmanın real imkanlarından doğmalıdır. Ona görə də, strategiya, hər şeydən əvvəl, firmanın öz fəaliyyətinin obyektiv xarici və daxili vəziyyətinə reaksiyasıdır. İnkişaf strategiyasının əsaslandırılması prosesi xarici və daxili təsərrüfatçılıq mühitinin nəticələrindən asılıdır, hər şeydən əvvəl, bazarın tələblərinin üzə çıxarılması və onların yerinə yetirilməsi üçün firmanın imkanlarının müəyyənləşdirilməsi ilə şərtləndirilir.
Firmanın inkişaf strategiyası gələcəkdə onun bazarda yaşamaq qabiliyyətini təmin edəcək yanaşmalar kompleksinin işlənib hazırlanmasını nəzərdə tutur. Yalnız inkişaf strategiyası və onun firmanın strateji planı formasında sənədlə təsdiqi qəbul edildikdən sonra həmin firma marketinq və istehsal sahəsində öz planlarını əsaslandırmağa başlayacaq, idarəetmənin təşkilati strukturunu quracaq, investisiyaların ölçüsünü müəyyənləşdirəcək, personalın əmək haqlarını müəyyən edəcək və s.

Firmanın strategiyası təsdiq olunduqdan sonra da inkişaf edə bilər. Heç də hər zaman hər şeyi xırdalıqlarına qədər düşünmək və sonra uzun müddət dəyişikliklər etmədən yaşamaq mümkün deyil. Strategiyanın işləniö hazırlanması prosesi mühitin hər hansı dəyişikliklərinə olduqca həssasdır. Bazarda rəqabətin qabaqcadan proqnozlaşdıra bilmədiyimiz xarakteri meydana çıxdığını görə isə qiymətlərin qalxması və enməsi, dövlət tənzimlənməsində yeni yanaşmalar və başqa hadiələr baş verir və buna görə də onlar sahibkarlıq subyektindən strategiyanın dəyişməsini tələb edə bilər. Həmişə firmanın reaksiya verəcəyi nə isə təzə bir şey meydana çıxır, nəticədə onun yeni strateji boşluqları açılır. Ona görə də strategiyanın təkmilləşdirilməsi vəzifəsi sonsuzdur. Firmanın inkişaf strategiyası özündə planlaşdırılmış və düşünülmüş hərəkət xəttini, həmçinin mühüm yeniliklərə reaksiya vermək imkanlarını birləşdirməlidir.
Lakin hər bir müəssisə yaşadığı mühitdən asılı olmayaraq, özünün fəaliyyət strategiyasına malik olmalıdır, ona görə ki, biznes daim öz kursunu dəyişə bilməz, 100 faiz çevik ola bilməz və təsərrüfatçılıq mühitində hər bir dəyişikliyə təşkilati dəyişikliklə cavab verə bilməz. Müəssisənin, onun binasının, avadanlıqlarının, texnologiyasının, personalının yerləşdirilməsi müəyyən məkan və zaman çərçivələrinə malikdir. Bir dəfə qəbul edilmiş qərarlar və onların reallaşdırılması üçün yerinə yetirilən işlər təsərrüfatçılığın ətalətinə təsir edir. Əgər müəssisə statik əhatədə fəaliyyət göstərirsə, bu zaman strateji planlaşdırmaya ehtiyac olmaz. Lakin təsərrüfatçılıq mühiti dinamik olaraq iqtisadi, texnoloji, siyasi və s. cəhətdən dəyşir. Ona görə də müəssisənin planlaşdırılması bu dəyişikliklər kontekstində onun gələcəyinin yaradılması üçün bu dəyişikliklərə reaksiya və adaptasiya vasitəsidir.
Strategiyanın müasir dərki firmanın maksimal elastikliyinin saxlanması zərurətindən irəli gəlir. Strategiya gələcəyin ümumi ideyalarının məhz formalaşmasına aid olmaqla, onun detallarına və tərkib hissələrinə toxunmur. O, mövcud resursların strukturu və vəziyyəti ilə sərt surətdə uyuşmuş, belə ki, dəyişikliklər labüddür. Strategiyanın təşkilati ifadəsi strateji planlaşdırmadır. Strateji planlaşdırma – firmanın inkişafının seçilmiş strategiyasının sənədlə təsdiqidir.
Strateji planlaşdırma, birincisi, gələcəyin modelləşdirilməsi prosesini təşkil edir ki, uzunmüddətli inkişafın məqsədləri müəyyənləşdirilməli və uzunmüddətli inkişaf konsepsiyası hazırlanmalıdır. İkincisi, bu, firmanın məqsədləri, onun potensial imkanları və perspektivdə şansları arasında strateji uyğunluğun saxlanmasının idarəetmə prosesidir. Nəhayət, üçüncüsü, strateji planlaşdırma – adaptiv prosesdir. Bu proses nəticəsində aşağıdakılar baş verir: a) plan şəklində tərtib edilmiş qərarların müntəzəm (illik) təshih edilməsi; b) fasiləsiz nəzarət və fərmanın fəaliyyətində baş verən dəyişikliklərin qiymətləndirilməsi əsasında bu planların yerinə yetirilməsi üzrə tədbirlər sisteminin yenidən nəzərdən keçirilməsi.
Strateji planlaşdırma aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur. O:
• firmanın planlı fəaliyyətinin rəngarəng növləri əhatə edir: strateji planda müxtəlif dövrlər üçün – uzunmüddətli, ortamüddətli, qısamüddətli, cari, həmçinin müxtəlif funksiyalı – marketinq, istehsal, personal və s. nəzərdə tutur;
• hər şeydən əvvəl, a) uzunmüddətli təşkilati uzaqgörənlik, b) daxili koordinasiya vasitəsilə ətraf mühitə adaptasiya, c) resursların bölüşdürülməsi və yenidən bölüşdürülməsi kimi çoxsaylı qərarları əhatə edən çoxmərhələli, ardıcıl və paralel prosesdir;
• zamanın deyil, istiqamətlərin funksiyasıdır;
• planın innovasiya xarakterini əks etdirir;
• firmanın inkişafının məcmu qlobal ideyalarını təşkil edir;
• inkişafın perspektiv istiqamətini nəzərdə tutur;
• biznesin «dar yerləri»ni diaqnostika edir;
• firmanın fəaliyyətinin və siyasətinin əsas növlərini müəyyən edir;
• firmanın hər bir yarımbölməsi üçün firmanın ümumi inkişaf strategiyası ilə razılaşdırılmış məqsədlər müəyyən edir;
• planlaşdırmanın hər hansı başqa növü üçün əsas təşkil edir, belə ki, firmanın rəhbər plan sənədidir;
• marketinq, istehsal, maliyyə və digər fəaliyyətin vahid sistemini nəzərdə tutur;
• firmanın bütün qüvvələrini koordinasiya edir və hərəkətlərin firmadaxili razılaşdırılmasını nəzərdə tutur;
• firmanın məhdud iqtisadi resurslarını bölüşdürmək üçün əsas yaradır;
• uzunmüddətli dövr üçün alternativ hərəkətlər nəzərdə tutur;
• firmanın fəaliyyətinin güclü və zəif tərəflərinin qiymətləndirilməsinə sistemli yanaşmanı təşkil edir;
• gələcəyə nail olmaq üçün zəruri olan prosedur və əməliyyatların işlənib hazırlanmasını nəzərdə tutur;
• növbəti monitorinq üçün fəaliyyət mərhələlərinin yoxlama parametrlərini müəyyən edir.
Strateji planın tərtibinin vahid şəklə salınmış forması yoxdur. O, bütövlüklə konkret firmanın rəhbərinin və mütəxəssislərinin rəyindən, onların biznes qarşısında duran vəzifələri yaxşı bilmələrindən, təşkilatın ətraf mühitdə zəruri hərəkəti haqqında təsəvvürlərindən və işlərin metodoloigiyasını nə dərəcədə mənimsəmələrindən asılıdır.
Strateji planın başqa planlardan prinsipial fəarqləri nədən ibarətdir? Belə ki, strateji və biznes plan arasında fərqlər, hər şeydən əvvəl, məlumatlılıq vaxtına və kateqoriyasına, hərəkət sxemlərinin xırdalıqlarına qədər işlənməsinə, yanaşmaların miqyasına toxunur. Göstərilən planların müvəqqəti fərqləri ondan ibarətdir ki, strateji plan adətən müddətlərinə görə daha uzun müddətə həyata keçirilir. Biznes plan tərtib edilərkən məlumatlılıq daha yüksəkdir; burada nəzərdə tutulan hərəkətlərin xırdalıqlarına qədər işlənməsi qeyd olunur, lakin burada yanaşmaların miqyası daha sadədir. Bu planlar dayaq nöqtələrindəfərqli əsaslanma metodologiyalarına malikdirlər: biznes planda – yuxarıda göstərilən əsas bölmələr, strateji planda isə daha qlobal və sistemli, həm də idarəetmənin müxtəlif səviyyələrində əks edilmişdir.
Strateji və taktiki planlaşdırma arasında prinsipial fərqlər mövcuddur. Belə ki, strateji planlaşdırmanın başlıca məsələsi firmanın nəyə nail olmasıdır. Konkret qərarlarla bağlı taktiki planlaşdırma isə strateji məqsədlərə nail olmaq üçün firmanın resurslarının necə bölüşdürülməsini müəyyən edir. Taktiki planlaşdırma konkret informasiyaya əsaslanır, onun qərarları konkret rəqəmlərdə daha asan qiymətləndirilir, onlar daha az riskə məruz qalır, belə ki, əsasən daxili problemlərə toxunurlar. Deməli, taktiki planın götəricilərinin yerinə yetirilməsi daha yaxşı izlənir.
Fərqlərə baxmayaraq, strateji və taktiki planlaşdırma arasında sıx qarşqılıqlı əlaqə də müşahidə olunur. Bu, hər şeydən əvvəl, onunla əlaqədardır ki, ikincisi tərkib hissə olub, birinci mərhələdən sonra gəlir.
Firmada strateji planın işlənib hazırlanması sinergiyaya vurğulanaraq həyata keçirilir, belə ki, xidmət və yarımbölmələrin sıx qarşılıqlı əlaqəsi, həmçinin onların plan vəzifələrinin yerinə yetirilməsində səlahiyyətlərinin bölüşdürülməsi başqa planlarda olduğundan daha əhəmiyyətlidir. Firmanın menecerləri plan tərəfindən müəyyən edilmiş fəaliyyət məqsədlərini, həmçinin işləyəcəkləri proqnozlaşdırılan təsərrüfatçılıq şəraitini də yaxşı bilməlidirlər.

Əlbəttə, strateji plan bazarın bəlalarından panaseya deyil və yalnız onun üstünlüklərinə bel bağlamaq olmaz. Hər bir real sənəd kimi onun da müəyyən təhlükə doğuran nöqsanları vardır. Belə ki, strateji planın yerinə yetirilməsi zamanı həmişə onun firmanın bürokratik fəaliyyət prosesinin rəsmi sənədinə çevrilməsi ehtimalı var. Bu isə planlaşdırmanın bu növünün potensial imkanlarının aşkara çıxmasına imkan verməyəcək. Başqa, mərkəzin rolunun güclənməsi və, deməli, strateji planın həyata keçirilməsinə demokratik başlanğıcda hamarlama ilə bağlı bir təhlükə də mövcuddur ki, bu zaman firmanın personalının iştirakı mexaniki, konkret icraçılar tərəfindən yerlərdə bu fəaliyyətin həyata keçirilməsində imkanların yaradıcı dərki olmadan baş verəcəkdir. Beləliklə, firma tərəfindən strateji planın onun strateji inkişafı sənədi kimi qəbul edilməsi sahibkarlıq məqsədlərinə nail olmaq üçün gələcək hərəkətlərin zəruri istiqamətlərini sistemli və miqyaslı əsaslandırmağa imkan verir. Lakin strateji planlaşdırma prosesi, bu planın reallaşdırılması prosesi kimi dialektik dərk və biznesin yaranmış şərtlərindən yaradıcı istifadə tələb edir.

  • Teqlər:
  • strategiya
  • , strateji planlaşdırma
  • , menecment
  • , planlaşdırma

Sərbəst İşlər

Biznesin təşkilati-hüquqi formasının seçilməsi haqqında qərar qəbul
edərək sahibkar müəyyənləşdirir:

– ona tələb olunan mümkün hüquq və öhdəliklərin səviyyəsi və həcmini. Bu biznesin profili və məzmunundan, mümkün tərəfdaşlar dairəsindən, mövcud qanunvericilikdən asılıdır;
– müəssisənin nizamnamə fondunun yaradılması formasını. Bu biznesin profili və məzmunundan, şəxsin imkanlarından, fəaliyyət miqyasından, biznesin həyata keçirildiyi sahədə rəqabətin səviyyəsindən, mülkiyyət formasından asılıdır;
– müəssisənin təşkilati quruluşunun ən effektiv formasını və onun idarə olunması sxemini.

Beləliklə, biznesin xarakteri, fəaliyyət miqyası, maliyyə imkanları,
həmçinin hər bir konkret halda sahibkarlığın müxtəlif formalarının üstün və
nöqsan cəhətləri nəzərə alınmaqla ən sərfəli təşkilati-hüquqi formanı seçmək
mümkündür.

Biznesin təşkilati-hüquqi formaları bir sıra əlamətlərə görə fərqlənirlər ki, bunlara aşağıdakıları aid etmək olar:

– kapital sahibinin idarəetmədə və müəssisənin istehsal fəaliyyətində şəxsən iştirakının zərurilik dərəcəsi;
– sahibkarlıq fəaliyyətini həyata keçirən vətəndaşın və kommersiya təşkilatının kapital mülkiyyətçisinin kreditorlar qarşısında əmlak məsuliyyətinin dərəcəsi;
– müəssisənin nizamnamə kapitalının qoyulan vəsaitin qaytarılması imkanı və qaydası.

Biznes fəaliyyətində istifadə olunan kapitalın və sahibkarın intellektual potensialının artması təsərrüfat yoldaşlıq yaratmaqla təmin edilə bilər ki, bunun da iki növü olur: tam şərikli, payçı və şərikli.

Şərikli (tam ortaqlı) müəssisə azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Fəaliyyət göstərən müəssisəyə sonradan daxil olan şərik həm də müəssisənin əvvəlki borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Müəssisədən çıxan şərik həmin vaxta kimi müəssisənin fəaliyyəti nəticəsində yaranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət daşıyır.

Payçı və şərikli (komandit ortaqlıqlar) müəssisə azı bir şərik və payçı tərəfindən təsis edilir. Şərik və payçı həm fiziki şəxs, həm də hüquqi şəxs ola bilər. Şərik müəssisənin öhdəliklərinə və borclarına görə özünün bütün əmlakı ilə, payçı isə yalnız müəssisəyə verdiyi pay həcmində məsuliyyət daşıyırlar. Fəaliyyət göstərən müəssisəyə daxil olan şərik həm də müəssisənin həmin vaxta kimi olan borclarına görə də bütün əmlakı ilə məsuliyyət daşıyır. Müəssisədən çıxan şərik həmin vaxta kimi yaranmış borclara görə də digər şəriklərlə birgə öz əmlakı ilə məsuliyyət daşıyır.

Sahibkarlıq korporasiyasının müasir təşkilati formalarından biri də təsərrüfat cəmiyyətləridir. Təsərrüfat cəmiyyətlərinin aşağıdakı növləri fərqləndirilir: məhdud məsuliyyətli cəmiyyətlər, əlavə məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri.

Məhdud məsuliyyətli cəmiyyətlər bir və ya bir neçə şəxs tərəfindən təsis edilir. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı hər bir təsisçinin kapitalının xüsusi çəkisi əsasında formalaşır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəliklərinə cavbdehlik daşımır və qoyduqları əmanətin dəyəri çərçivəsində cəmiyyətin fəaliyyəti ilə bağlı zərərlilik riskini
öz üzərinə götürürlər.

Məhdud məsuliyyətli cəmiyyət – ilkin kapitalı iştirakçıların müəyyən pay şəklində təqdim etdikləri vəsaitlə formalaşan korporasiyadır. İştirakçılar qoyduqları həmin pay çərçivəsində
məsuliyyət daşıyırlar. Məhdud məsuliyyətli cəmiyyət şəxsi element və maddi elementi daha hormonik əlaqələndirməyə imkan verir.

Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları həm fiziki və həm də hüquqi şəxs ola bilər. Cəmiyyət bir şəxs tərəfindən də yaradıla bilər. Cəmiyyətin iştirakçıları uğursuzluq baş verdiyi hallarda çox ziyana düşəcəkləri barədə narahat olmurlar. Çünki onlar cəmiyyətə daxil olarkən özlərinin qoyduqları payına risk edirlər.

Məhdud məsuliyyətli cəmiyyətlərdən fərqli olaraq əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları cəmiyyətin təsis sənədləri əsasında müəyyən edilmiş əmanətin dəyəri çərçivəsində istər öz əmanətləri üzrə öhdəliklərə və istərsə də cəmiyyətin bütün fəaliyyətinə birgə məsuliyyət daşıyırlar. Əlavə məsuliyyətli cəmiyyətin təsis sənədləri məhdud məsuliyyətli cəmiyyətin tələblərinə, ünvanına və təsisçilərinə uyğun gəlməlidir.

Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və ya hüquqi şəxslər tərəfindən könüllü saziş əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cəmiyyəti formasında
yaradılır. Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilən cəmiyyət qapalı tipli səhmdar cəmiyyəti hesab edilir. Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir.

İstehsal kooperativi birgə istehsal, yaxud digər təsərrüfat fəaliyyətini həyata keçirmək üçün üzvlük əsasında vətəndaşların könüllü şəkildə birləşməsidir. İstehsal kooperativinin üzvləri kooperativin öhdəliklərinə görə onun nizamnaməsində nəzərdə tutulan həcmdə və qaydada məsuliyyət daşıyırlar. İstehsal kooperativinin üzvləri beş nəfərdən az olmamalıdır. İstehsal kooperativinin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağı sayılır. Kooperativin icra orqanı idarə heyəti və onun sədri hesab edilir. Kooperativin mühüm xüsusiyyəti ondan ibarətdir ki, burada əməkdə iştirakı nəzərə almaqla təkcə mənfəət deyil, həm də ləğv edilən kvota bölünür.

Unitar müəssisə ona təhkim edilmiş mülkiyyətçinin əmlakına mülkiyyət hüququ olmayan kommersiya təşkilatıdır. Unitar müəssisənin əmlakı bölünməzdir, müəssisənin işçiləri arasında və paylara görə bölüşdürülə bilməz. Unitar müəssisə formasında yalnız bələdiyyə müəssisəsi yaradıla bilər. Unitar müəssisənin nizamnaməsində fəaliyyətin predmeti və məqsədi, həmçinin müəssisənin nizamnamə fondunun həcmi, onun formalaşması qaydası və mənbələri haqqında məlumatlar əks etdirilməlidir.

Ədəbiyyat:
1) Azərbaycan Dövlət İqtisad Universiteti, Biznesin təşkili və idarə edilməsi Dərslik, Bakı-2011, səhifə 20-25.

Şəxsi biznesi sıfırdan necə qurmaq olar?

Etibarlı bir işə sahib olma sizi borclarınızı ödəmək, ehtiyaclarınızı qarşılamaq kimi problemlərin həyacanından qurtaracaq. Əgər əldə etdiyiniz vəsaitlə artıq şəxsi biznesinizi qurmağa başlamısınızsa, bu zaman full-time işdən part-time işə keçə bilərsiniz. Bu sizə öz işinizlə məşğul olmaq üçün əlavə vaxt qazandıracaq. Real həyatda bu proses kifayət qədər rəvan getmir. Ona görə də işinizi saxlamaq hər şeydən imtina edərək hələ maddiləşməmiş ideyanızın və şəxsi istəklərinizin ardınca getməkdən daha təhlükəsizdir.
Əgər öz işinizi qısa bir zamanda qurmaq istəyirsinizsə, diqqət etməli olduğunuz digər mühüm məsələ əmək müqaviləsidir. Sizin başqa sahələrdə işləmənizi məhdudlaşdıracaq müqavilələrdən çəkinməlisiniz. Əgər bu barədə kifayət qədər biliyiniz yoxdursa, bu zaman vəkilə müraciət etməkdən çəkinməyin.

2. Biznes-plan hazırlamaq

Pulu hansı yolla əldə etmək olar? Əgər siz bu suala cavab verə bilmirsinizsə, şəxsi biznesə başlamağınız məsləhət görülmür. İstənilən kommersiya təşkilatı pul qazanmaq üçün fəaliyyət göstərir və işə başlamazdan əvvəl detallı bir plan hazırlayır. İlk öncə çalışın ki, aşağıdakı suallara cavab tapasınız:
Müştərilərə məhsul və ya xidmət təklif etmək üçün sizə nə qədər vəsait lazımdır?
Təklif edəcəyiniz mal və ya xidmətə müştərilərin tələbi nə qədərdir?
Biznesinizi necə genişləndirə bilərsiniz?
Hansı yollarla müştərilərə rəqiblərinizdən daha yaxşı məhsul və ya xidmət təklif edə bilərsiniz?
İşə götürmək üçün hansı keyfiyyətləri olan insanlara ehtiyacınız var? Bu işi onlarsız edə bilərsinizmi?

3. Rəqabət analizi edin

Rəqibləriniz kimlərdir? Siz onlarda olmayan hansı məhsul və ya ximəti təklif edirsiniz? Həqiqətənmi siz rəqiblərinizdən daha üstün keyfiyyətli və ya daha ucuz qiymətə məhsullar satırsınız? Əgər belədirsə, təbriklər: siz uğura gedən yoldasınız. Fəaliyyət göstərəcəyiniz bazarı tədqiq edin, hansı biznesin uğulu və ya uğursuz olduğunu araşdırın.
Bütün istehsal və ya xidmət sahələri fəaliyyət üçün eyni dərəcədə asan və ya çətin deyil. Biznes tədqiqatçısı olan IBISWorld firması kiçik sahibkarlara aşağı gəlirli, lakin böyümək imkanı olan sahələri məsləhət görür. Bunlara onlayn auksion, e-ticarət, internet nəşrləri və.s aiddir.

4.Tədqiqatlar aparın və ideyanızı sınayın

Artıq sizin bir ideyanız var və siz onun nə dərəcədə uğurlu olacağını bilmək istəyirsiniz. Sizə onu test etməyi məsləhət görürük. Məsələn, siz bir restoran sahibi olmaq istəyirsinizsə, məktəblər və ya uşaq evləri üçün pulsuz yeməklər təşkil edin. Bu zaman gərgin bir atmosferi olan mətbəxin öhdəsindən necə gəldiyiniz və necə xidmət götərdiyinizi mühakimə edin. Bunu müştərilər arasında müxtəlif sorğular keçirərək də edə bilərsiniz.
Biznes­-plan inkişaf sənədidir. Keçirilən sınaqlar və apardığınız tədqiqatlar planda olan bəzi qüsurları aşkara çıxara bilər. Heç zaman biznes-planda dəyişiklik etməkdən və ya onu sıfırdan başlamaqdan çəkinməyin.

5. Bacarıqları formalaşdırmanın ucuz yolunu tapın

Sizin biznes ideyanız var, lakin bunu həyata keçirmək üçün lazımi bacarığınız yoxdursa, bunu mümkün qədər ucuz olan təlimlər vasitəsiylə əldə edin. Bunun üçün işçilərinə təlimlər keçən firmalarla maraqlanın və orada part-time təcrübə keçin. Bu təlimlər uzun çəkə bilər və çox vaxtınızı ala bilər, lakin nəticəyə dəyər. Bu sahədə ixtisaslı dostlarınızdan, ailə üzvlərinizdən və ya tanışlarınızdan məsləhət almaqdan çəkinməyin.

6. Əlinizdə olan vasitələrdən istifadə edin

Əgər sıfırdan bir biznesə başlıyırsınızsa, sərəncamınızda olan vasitələrdən bacardıqca istifadə edin.Məsələn, gündəlik istifadə etdiyiniz avtomobilinizi şirkətinizin maşını edə va ya qarajınızı emalatxanaya çevirə bilərsiniz. Bu gün hamımıza yaxşı məlum olan bir çox firmalar( Apple, Facebook və.s) öz fəaliyyətlərinə qaraj, zirzəmi kimi yerlərdə başlamışdır. Əgər bir eviniz varsa, onun bir hissəsini ofisinizə çevirin. Bu sizi icarə xərclərindən xilas edəcək.

7. İşçi heyətinin nizamlanması

Əgər porfessional kadrları işə götürmək istəyirsinizsə, bunun üçün böyük miqdarda pul xərcləməlisiniz. Əvvəlcə, xərcləri azaltmaq üçün bacardıqca kiçik heyət saxlayın. Əgər işi təkbaşına heç bir ödəmə etmədən görə bilirsinizsə, ilk başlarda tək çalışın.

8. Dostlarınızdan və ya ailə üzvlərinizdən borc alın

Sıfırdan biznes qurmaq və böyük məbləğdə pul əldə etmək istəyirsinizsə, sizdən yaradıcılıq və çətin bir iş tələb olunur. Lakin elə məqsədlər var ki, siz əlinizdə kiçik vəsait olmadan onlara çata bilməzsiniz. Müəyyən bahalı təchizatlar vardır ki, onlara nə sahib deyilsiniz, nə də borc ala bilirsiniz. Bir çox kiçik biznes sahibləri ehtiyacı olan şeyləri müxtəlif tanışlardan və dostlardan əldə edirlər. Kerdit almazdan əvvəl onun müddətinin, ödənişinizin məbləğinin və kreditin müəyyən edilmiş şərtlərinin sizə uyğun olduğundan əmin olun.

9. Təhlükəsiz rəsmi kiçik biznes krediti

Milli.Az bizplus.az-a istinadən bildirir ki, bir çox dövlətlərin sıfırdan biznes quranlar üçün kredit təşkilatları var. ABŞ-da SBA(small business agency) kiçik sahibkarlara yardım üçün kreditlər ayırır. Ölkəmizdə isə bu Sahibkarlığa Kömək Milli Fondu adlanır.

10. Biznesini tanıt

Dünyanın ən yaxşı şirkətinə sahib olsanız belə, insanlar sizi tanımırsa, iflas edərsiniz. Əgər televiziyada reklam verə və ya reklam lövhələrini icarəyə götürə bilmirsinizsə, çalışın ki, bunu evdə broşurlar və ya elan vərəqləri çap edib özünüz edəsiniz.
Bu gün tanınmaq üçün ən ideal vasitələri bizə internet təklif edir. Sosial şəbəkələrdə öz şirkətinizi tanıda və ya onun veb saytını quraraq məhsullarınızın online satışını təmin edə bilərsiniz.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.