Press "Enter" to skip to content

Məliyyat Sistemləri və Kompüter Şəbəkələri

Əmrli interfeys istifadəçiyə kompüter resurslarının idarə olunması üçün əmrləri klaviaturadan daxil etməyə imkan verir.

Şəbəkə əməliyyat sistemləri

Əməliyyat sistemləri

Sistem proqram tə’minatı (SPT) kompüterdə informasiyanın e’malı prosesinin təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün norнmal mühiti tə’min edir. SPT kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bə’zən onu kompüterin bir hissəsi də hesab edirlər. ə məliyyat sistemləri SPT-nın əsas tərkib hissəsidir.

Əməliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu tə’min edən proqram vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin istənilən komponenti- mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa düşülür.

Əməliyyat sistemləri Ц informasiya e’malının idarə olunнmaнsını və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini tə’min edir. ƏS-nin əsas funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirlнməsinə nəzarət edir.

Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:

Birməsələli ƏS Ц müəyyən bir anda konkret bir məsələ ilə bir istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip ƏS-nin nümayəndəsi Microsoft firması tərəfindən yaradılan MSЦDOS-dur.

Çoxməsələli ƏS Ц kompüterdən, multiproqram rejimdə vaxt bölgüsü ilə kollektiv istifadəni tə’min edir. Bu tip ƏS-nə UNIX, OS/2, Windows 95/98/2000 və s. misal göstərmək olar.

Şəbəkə ƏS Ц lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resurslarına istifadəçinin müraнciətini tə’min edir. Bu ƏS-nə Novell Net Ware, Windows NT, Banyan Vines, IBM LAN, UNIX, Solaris və s. misal göstərmək olar.

ƏS kompüterin qoşulması ilə yüklənir və istifadəçi ilə hesablama sistemi arasında rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir. Funksiyalarına görə interfeysin aşağıdakı növləri var.

Proqram interfeysi Ц hesablama sistemi çərçivəsində qurğu və proqramların qarşılıqlı əlaqəsini tə’min edən vasitələr məcmusudur.

İstifadəçi interfeysi Ц istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün proqram və aparat vasitəsidir. Öz növbəsində istifadəçi interfesi əmrliobyektyönlü ola bilər.

Əmrli interfeys istifadəçiyə kompüter resurslarının idarə olunması üçün əmrləri klaviaturadan daxil etməyə imkan verir.

Obyektyönlü interfeys Ц obyektlər, yə’ni fayl, kataloq (qovluq), disk aparıcısı, proqram, sənəd və s. üzərində əməliyнyatları bilavasitə həyata keçirən hesablama sisteminin resurslarını idarə edir.

Əməliyyat sisteminin yeni modifikasiyasının adı dəyişilmir, amma versiya (variant) adını alır. ƏS-nin versiyası лonluq kəsr╗ şəklində 6.00, 3.11, 2.1 və s. işarə olunur. Nöqtədən soldakı rəqəmin artması sistemdə mühüm dəyişikliyin, nöqtədən sağdakı rəqəmin artması isə sistemdə cüz’i dəyişikliyin edilməsini göstərir. Versiya nömrəsinin böyük olması, sistemin daha çox imkanlara malik olmasıdır.

Ə m ə liyyat sisteml ə rinin t ə snifatı

Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:

– sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçi, çoxistifadəçi;

– sistemin idarəsi ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;

– prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;

– prosessorun mərtəbələrini sayına görə: 8-mərtəbəli, 16-mərtəbəli, 32-mərtəbəli, 64-mərtəbəli;

– interfeysin tipinə görə: əmrli və obyektyönlü;

– informasiya e’malı reciminə görə: paket e’mallı, vaxt bölgülü, real vaxta görə;

– resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

Birinci əlamətə görə, biristifadəçi ƏS-dən fərqli olaraq, çoxнistifadəçi əməliyyat sistemləri kompüterdə eyni vaxtda müxtəlif terminallarla bir neçə istifadəçinin işləməsinə imkan verir.

İkinci əlamətə görə, çoxməsələlik anlayışı mövcud hesablama sistemi çərçivəsində eyni vaxtda bir neçə proqramın paralel yerinə yetirilməsidir. Birməsələli ƏS isə eyni vaxtda yalnız bir proqramın yerinə yetirilməsinə imkan verir.

Üçüncü əlamətə görə, bir prosessorludan fərqli olaraq, çoxprosessorlu ƏS bu və ya digər məsələnin həlli üçün bir neçə prosessor resurslarının paylanması reciminə imkan verir.

Dördüncü əlamətə görə, ƏS-ləri 8, 16, 32 və 64 mərtəbəlilərə bölünürlər. Əməliyyat sisteminin mərtəbəsi prosessorun mərtəbəsi ilə tə’yin olunur.

Beşinci əlamətə görə, ƏS istifadəçi interfeysinin tipinə görə obyektyönlü (qrafiki interfeysli) və əmrli (mətn interfeysli) kimi iki hissəyə bölünür.

Altıncı əlamətə uyğun olaraq, ƏS-ləri aşağıdakı növlərə bölünürlər:

– paket e’mallı: kompüterdə yerinə yetirilməli proqramlara uyğun olaraq tapşırıqlar paketi formalaşdırılır və proqramlar mümkün üstünlük dərəcəsini nəzərə almaqla növbəli yerinə yetirilir;

– vaxt bölcülü (TSR): bir neçə istifadəçinin müxtəlif terminalнlarнdan eyni vaxtda kompüterə dialoq (interaktiv) recimində müraciətini tə’min etmək üçün ƏS tapşırıqlara uyğun maşın resurslarını növbə ilə seçir;

– real vaxta görə: kompüterə nəzərən bu və ya başqa dərəнcəнdə xarici olan hadisə, proses və ya obyektlərlə idarə olunan istifadəçi sorğularına, müəyyən olunmuş vaxt ərzində kompüterin cavabını tə’min edir.

Yeddinc i əlamətə görə ƏS-ləri şəbəkə və lokal olmaqla iki hissəyə bölünür. Şəbəkə ƏS verilənlərdən birlikdə istifadə etmək məqsədilə şəbəkəyə qoşulmuş kompüter resurslarının idarəsi üçün nəzərdə tutulub. Burada həmçinin şəbəkə resurslarının istifadəsi üçün çoxlu sayda servis imkanları mövcuddur.

Şəbəkə ƏS-ləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya daha çox kompüter-serverlərdə quraşdırılır. Digər ƏS-ləri lokal sayılır və ixtiyari kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də istifadə oluna bilər.

Hal-hazırda geniş yayılan əməliyyat sistemlərindən DOS, OS/2, UNIX, Windows NT, Windows 95/98 və Windows2000-ni qeyd etmək olar.

DOS ailəsinin əməliyyat sistemləri . Bu ailənin birinci üzvü MS-DOS (Microsoft Disk Operating System – Microsoft firmasının disk əməliyyat sistemi) sistemidir. Bu sistem IBM PC kompüterləri üçün 1981-ci ildə yaradılmışdır.

DOS ailəsinin əməliyyat sistemləri birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir:

– istifadəçi tərəfindən daxil edilən əmrlərin köməyilə intefeys həyata keçirilir;

– sistemin IBM tipli müxtəlif kompüterlərdə işləməsini tə’min etmək uçün struktur modulluğu;

– sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640 kbayt).

DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatışнmazlığı fərdi kompüter resurslarına və ƏS-nə icazəsiz müraнciətdən mühafizə vasitələrinin olmamasıdır.

DOS əməliyyat sistemi haqqında ətraflı mə’lumat sonrakı paraqrafda verilir.

OS/2 ailəsinin əməliyyat sistemləri. 1987-ci ildə fərdi kompüнterнlərin yeni ailəsinin yaradılması ilə əlaqədar IBM firması tərəнfinнdən OS/2 ƏS hazırlanmışdır. OS/2 (Operating System/2) ikinci nəsil çoxməsələli əməliyyat sistemidir. OS/2 IBM PC ilə uyuşan kompüterlər üçün 32-mərtəbəli qrafiki çoxməsələli əməliyyat sistemidir. OS/2 bir neçə tətbiqi proqramın paralel işini tə’min edir və bu zaman işləyən proqramları bir-birindən, əməliyyat sisteнmini isə işləyən proqramlardan mühafizə edir. ƏS-də proqнramнların yazılmasında API (Application Programming Interfase)Ц tətbiqi proqramlar interfeysində yerləşən hazır proqram modulнlarından istifadə etmək olar.

OS/2 əməliyyat sistemi DOS-un fayl sistemi ilə uyuşan rahat qrafiki istifadəçi interfeysinə malikdir. Bu da verilənlərdə heç bir çevirmə aparmadan, onlardan həm MS-DOS -da, həm də OS/2-də istifadə etməyə imkan verir.

OS/2 Цnin aşağıdakı modifikasiyaları movcuddur:

– OS/2 Warp3.0 Ц yaddaşdan istifadə və qrafiki interfeys təkнmilнləşdirilib;

– OS/2 Warp Connect Ц şəbəkə imkanları təkmilləşdirilib;

– OS/2 Warp Server Ц serverli ƏS-də iş üçün nəzərdə tutuнlub;

OS/2-nin əsas çatışmamazlığı onun az sayda tətbiqi proqнramнннlara malik olmasıdır ki, bu da onun MS-DOS və Windows ƏS-nə nisbətən az yayılmasına səbəb olub.

Əməliyyat Sistemləri və Kompüter Şəbəkələri

Kompüterlər fiziki maşınları idarə etməyə kömək etmək üçün əməliyyat sistemi (O / S) adlı aşağı səviyyəli proqramlardan istifadə edirlər. Bir O / S proqram proqramı (“proqram” adlandırılır) və yeni proqramlar yaratmaq imkanı verir. Əməliyyat sistemi proqramı yalnız dizüstü kompüterlərdə deyil, həmçinin mobil telefonlar, şəbəkə marşrutları və digər sözdə quraşdırılmış qurğularda işləyir.

Əməliyyat sistemləri növləri

Şirkətlər, universitetlər və təşəbbüskar şəxslər tərəfindən illər ərzində yüzlərlə müxtəlif kompüter əməliyyat sistemi işlənib hazırlanmışdır. Ən tanınmış əməliyyat sistemləri fərdi kompüterlərdəndir:

  • Microsoft Windows
  • Mac OS X
  • Linux

Bəzi əməliyyat sistemləri kimi müəyyən avadanlıqlar üçün nəzərdə tutulmuşdur

  • Apple iOS və Google Android (bir variant Linux) – mobil telefonlar üçün
  • Solaris, HP-UX, DG-UX və Unix digər variantları – server kompüterləri üçün
  • DEC VMS (Virtual Memory System) – əsas kompüterlər üçün

Digər əməliyyat sistemləri bir müddət tanınmışdı, lakin indi yalnız tarixi maraqlara malikdirlər:

  • Novell Netware 1990-cı illərdə PC-lər üçün məşhur O / S idi
  • IBM OS / 2, bir müddət Microsoft Windows ilə rəqabət edən, lakin istehlak bazarında məhdud müvəffəqiyyətə malik olan erkən PC O / S idi
  • Multics, 1960-cı illərdə anaframalar üçün yaradılan, xüsusilə Unix’in daha sonra inkişafına təsir göstərən xüsusilə yenilikçi bir əməliyyat sistemi idi

Şəbəkə Əməliyyat Sistemləri

Müasir O / S kompüterin şəbəkəsini asanlaşdırmaq üçün nəzərdə tutulmuş çoxlu daxili proqramdır. Tipik O / S proqramı, TCP / IP protokolu yığımı və ping və traceroute kimi müvafiq kommunal proqramlarının tətbiqini nəzərdə tutur. Bu cihazın Ethernet interfeysini avtomatik olaraq təmin etmək üçün zəruri cihaz sürücülərini və digər proqramları ehtiva edir. Mobil cihazlar, normal olaraq, Wi-Fi , Bluetooth və ya digər simsiz əlaqələri təmin etmək üçün lazım olan proqramları təmin edir.

Microsoft Windows’un erkən versiyaları kompüter şəbəkəsi üçün heç bir dəstək vermədi. Microsoft Windows 95 və Windows for Workgroups ilə başlayan əməliyyat sisteminə əsas şəbəkə qabiliyyətini əlavə etdi. Microsoft, Windows 98 Second Edition (Win98 SE), Windows HomeGroup -da Windows 7-də ev şəbəkəsi üçün İnternet bağlantısı paylaşımını (ICS) təqdim etdi və s. Əvvəldən şəbəkələşmə ilə dizayn edilmiş Unix ilə kontrast. İnternet-ev şəbəkəsinin populyarlığına görə demək olar ki, hər hansı bir istehlakçı O / S bu gün şəbəkə əməliyyat sistemi kimi tanınır.

Embedded Əməliyyat Sistemləri

Sözdə quraşdırılmış sistem onun proqramının heç bir və ya məhdud konfiqurasiyasını dəstəkləyir. Yönlendiriciler kimi quraşdırılmış sistemlər , məsələn, əvvəlcədən konfiqurasiya edilmiş bir Web server, DHCP server və bəzi kommunal xidmətlərdən ibarətdir, lakin yeni proqramların quraşdırılmasına icazə vermir. Yönlendiricilər üçün quraşdırılmış əməliyyat sistemi nümunələri aşağıdakılardır:

  • Cisco IOS (Təcrübəli Əməliyyat Sistemi)
  • DD-WRT
  • Juniper Junos

Daxili OS də telefonlar (iPhone OS), PDA (Windows CE) və rəqəmsal media oynatıcılar (ipodlinux) daxil olmaqla, istehlakçı gadgetərlərinin sayının artmasına da rast gəlinir.

Əməliyyat sistemi

Əməliyyat sisteminin köməyilə istifadəçi-kompüter dialoqu yaranır, əməli və daimi yaddaş qurğuları iş prosesinə qoşulur, kompüter idarə edilir və istənilən proqram işə düşür. Beləliklə, ƏS-nin əsas funksiyası kompüterlərin ehtiyatlarının ( fiziki ehtiyatlar (mikropro­sessor, monitor, disklər) və məntiqi ehtiyatlar (proqramlar, fayllar və s.)) və hesablama sistemləri proseslərinin idarə olunmasıdır. Əməliyyatlar sistemlərinə PC DOS, OS/2,MS DOS, UNİX, Windows-u göstərmək olar.
ƏS-ləri yerinə yetirdikləri funksiyalarına görə üç qrupa bölünürlər:

  1. birməsələli (bir istifadəçidən ibarət) ƏS;
  2. çoxməsələli (çox istifadəçidən ibarət) ƏS;
  3. Şəbəkə əməliyyatlar sistemləri.

Birməsələli ƏS bir istifadəçinin iş prosesində yalnız konkret bir məsələnin həlli üçün istifadə edilir. Belə sistemlərə MS DOS ƏS göstərmək olar.
Çoxməsələli ƏS fərdi kompüterlərdən istifadəçilərin multiproqram vaxt bölgüsü rejimində kollektiv istifadəni təmin edir. Bu vaxt kompüterin yaddaşında bir neçə proqram və məsələ olur ki, mikroprosessor kompüterin resurslarını onlar arasında bölüşdürür. Belə ƏS –lərinə UNİX, OS/2, Windows, Windows NT-ni göstərmək olar.
Şəbəkə ƏS lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Hal-hazırda İBM PC markalı kompüterlər üçün aşağıdakı əməliyyatlar sistemi geniş istifadə olunur:
-MS DOS və onunla uzlaşan PC DOS və Novell Dos əməliyyat sistemləri;
— Windows 3.1, Windows 3.11, Windows 95, Windows 98, Windows 2000/NT, Windows XP, UNİX.
Bu əməliyyat sistemləri 8, 16, 32 mərtəbəli mikroprosessorlar üzərində qurulmuş FK-lar üçün yaradılmışdır.

MS-DOS əməliyyat sistemi

MS DOS ƏS İBM PC kompüterləri ilə eyni vaxta yaradılmış və 16 mərtəbəli mikroprossesorlar üzərində qurulmuş FK-larda istifadə edilir.
MS DOS ƏS-nin 1981-ci ildə ilk versiyası yaradılıb. 1987-ci ildə bu ƏS-nin 3.3 versiyası yaradılır və 3-4 il ən geniş istifadə edilən versiya olur. Daha güclü kompüterlər üçün sonralar MS DOS ƏS-nin 5.0 və 6.0 versiyaları yaradılır. Həmin versiyalar əməli yaddaşın 640 KB-dan çox tutuma, maqnit disklərinin isə 32 MB-dən artıq tutuma malik olmasına imkan verdi. 6.0 versiyası rezerv proqramlar yaratmağa diskdəki sıxılmış informasiylardan və antivirus proqramlarından istifadəyə imkan verdi. Hazırda MS DOS 6.20 versiyası istifadə edilir.
MS DOS ƏS ilə uzlaşan PS DOS və Digital Research firmasının DR DOS ƏS-lərinin 6.0 və 7.0 versiyalarından istifadə edilir. Onların çatışmayan cəhəti diskdəki informasiyanın bir-biri ilə uzlaşmamasıdır.
MS DOS ƏS kompüterin daimi yaddaşında saxlanan əsas idarəetmə proqramı olub, yad­daşın proqramlar üçün bölünməsini, faylların diskdə yerləşdirilməsini, kompüter avadanlıq və qurğularının (klaviatura, displey, sərt disk, disk sürücüləri) daxil olan siqnallara və işləyən proqramlara xidmətini həyata keçirir.
MS DOS ƏS minimal funksiyalar yığımından ibarət olmaqla bir nəfərin vahid proqramla işləməsinə imkan yaradırdı.
Bu sistemi hazırlayarkən iki prinsipə üstünlük verilmişdir:

    1. MS DOS-un ilkin və sonrakı versiyaları üçün tərtib edilmiş proqramlar arasında uzlaşma olmalıdır;
    2. MS DOS-un istənilən versiyası İBM və onunla uzlaşan istənilən kompüterlər ilə işləmə imkanına malik olmalıdır.

    Hazırda əməliyyatlar sistemindən geniş istifadə MS DOS ƏS-nin əhəmiyyətini heçə endirmir. Belə ki,
    -çoxlu sayda yaradıcı sahələrə aid MS DOS-da tərtib edilən proqramlar müvəffəqiyyətlə istifadə edilir. Onların yenidən işlənməsinə və lazımi effektin alınması həmişə mümkün deyil;
    — Windows ƏS və onun müxtəlif versiyalarında baş verən nasazlıqların aradan qaldırılmasında MS DOS-dan istifadə edilir.
    MS DOS ƏS-nin üstün cəhətləri bunlardır:
    -geniş imkanlı əmrlər sisteminə malikdir;
    -fayllarla ardıcıl qurğularla işlənilən kimi işləməyin mümkünlüyü;
    -çoxsəviyyəli kataloqların təşkil olunma imkanları;
    — əlavə qurğuları qoşarkən onların idarəedici proqramlarının, drayverlərinin sistemə qoşulması imkanı;
    -istifadəçilərlə dialoqla məsələlərin həlli;
    MS DOS ƏS modul prinsipi ilə qurulmuşdur və onun əsas hissələri aşağıdakılardır:
    -Giriş-çıxış baza sistemi (BİOS)- kompüterin daimi yaddaş qurğusudur. Bu modul həm aparat, həm də proqram vasitələrinin tərkib hissəsi kimi fəaliyyət göstərir. Onun köməyi ilə daxiletmə və xaricetmə ilə əlaqədar sadə və universal əməliyyatlar sistemi həyata keçirilir. O, həmçinin yaddaşın işini yoxlayır, ƏS-nin yüklənməsi üçün lazım olan proqramı hazır vəziyyətdə saxlayır;
    -ƏS-nin yükləyicisi, ilkin yükləmə proqramı (boot record)- bu qısa proqram olub sistem diskinin birinci sektorunda yerləşir. Onun vəzifəsi DOS və onun digər iki modulunun yaddaşa yüklənməsi prosesini tamamlamaqdır;
    -Disk faylları- İO.SYS və MSDOS.SYS. Disk faylları ƏS-nin yükləyicisi tərəfindən yüklənir və kompüter yaddaşında daimi qalırlar;
    — COMMAND.COM əmrlər prosessoru sistem diskinin istənilən yerində saxlanıla bilər. O, istifadəçi tərəfindən verilən əmrləri təhlil edir. Əmrə uyğun proqramı tapıb yükləyir, iş tamam olduqdan sonra həmin proqramı yaddaşdan silir və növbəti hal üçün hazır vəziyyəti alır;
    — DOS-un xarici əmrləri-utilitlər. Disklərin yoxlanması, formatlaşdırılması (FORMAT.COM), çapın təşkili (PRİNT.COM) kimi əməliyyatların yerinə yetirilməsini təmin edirlər;
    Qurğuların idarəedici proqramları olan drayverlər. Bu drayverlər kompüterin yaddaşına köçürülür və onların adları CONFİG.SYS faylında göstərilir.

    UNİX əməliyyatlar sistemi:

    UNİX əməliyyatlar sisteminin (ƏS) üstünlüklərindən biri ondan ibarətdir ki, bu sistem sayı çox olmayan intuitiv aydın anlayışlara əsaslanır. Əvvəldən UNIX ƏS interaktiv sistemi kimi nəzərdə tutulmuşdur. Başqa sözlə, UNİX terminal iş üçün təyin olunmuşdur. Sistemə daxil olan istifadəçi fayl sistemi ilə işləməyə başlayır. Fayl sistemi ağacvari quruluşa malikdir. Ağacın kökündə qurğu və ya əsas (kök) kataloq durur. Sonrakı şaxələnmə alt kataloqlar və fayllar üzrə aparılır. İstifadəçi adətən, fayl və kataloqları silə, yenilərini əlavə edə və dəyişdirə bilər.
    İstifadəçinin UNİX sistemi ilə işləməsi ənənəvi olaraq əmrlər dilindən istifadəyə əsaslanır. Sistemə daxil olduqdan sonra hər hansı əmrlər interpretatoru işə düşür. Adətən sistemdə oxşar olan, lakin əmrlər dilindəki fərqlərə malik bir neçə əmrlər interpretatoru olur. UNİX ƏS-nin istənilən əmrlər interpretatorunun ümumi adı SHELL (örtük) –dir. Çağrılmış əmrlər interpretatoru növbəti əmrlərin daxil edilməsini tələb edir. Yeni əmrlər sətrində yerinə yetiriləcək sadə əmrlərdən biri daxil edilməlidir. Əmrə uyğun nəticə ekrana verildikdən sonra yenə də əmrlər sətrində yeni əmrin verilməsi üçün şərait yaradılır. Bu prosesin başa çatdırılması üçün istifadəçi əmrlər sətrində LOGOUT əmrini yazmalı və ya CTRL-D düymələrini basmalıdır. UNİX ƏS-də hər bir istifadəçi öz sistem tərəfindən qeydiyyata alınmış unikal (təkrarlanmayan) identifikatoruna görə (UİD- USER İDENTİFİER) tanınır. Bununla bərabər hər bir istifadəçi istifadəçilər qrupuna (GİD- GROUP İDENTİFİER) aid olur. Hər bir istifadəçi üçün mövcud olan UİD və GİD sistemin uçot fayllarında saxlanılır və müraciətə uyğun olaraq yerinə yetirilir. Aydındır ki, UNİX sistemində də sistemin adminstra­toru (inzibatçısı) da mövcud olur. Bu istifadəçiyə, yəni adminstratora uyğun olan UİD sıfırıncı UİD adlanır. Adminstartor digər istifadəçilərə nisbətən daha çox imkanlara malik olur. O, digər istifadəçilərdən fərqli olaraq, sistemdə dəyişiklik etməyə, istənilən istifadəçiyə aid olan fayl və kataloqları dəyişməyə və ya ləğv etmək imkanlarına malik olur. Adətən adminstratoru superistifadəçi (superuser) və ya ROOT adlandırırlar. UNİX ƏS-də müxtəlif proqramlaşdırma dillərindən FORTRAN, PASCAL, MODULA, ADA və s. istifadə oluna bilər. Lakin bu sistemdə daha çox C (C++) dilindən istifadə olunur. Bu onunla izah olunur ki, UNİX sisteminin özü C dilində hazırlanmışdır. Bu səbəbdən də C dilində yazılan proqramlarda aparat hissəsi ilə əlaqəli işləmək daha effektivdir.
    UNİX ƏS-də giriş-çıxışa istiqamətləndirmə mexanizmi güclü və eyni zamanda sadə mexanizmlərdən biridir. UNİX interaktiv sistem olduğundan proqramlar mətn şəklində klaviatura vasitəsilə daxil edilir və daxil edilmiş proqram mətni ekrana çıxışa verilir. Əslində bu prinsip vasitəsilə məlumatlar fayldan alınaraq digər fayla da verilə bilir. UNİX ƏS-də klaviatura və ekranla iş də fayllarla işləmə kimi qəbul edilir. İstənilən fayla daxil olma onun deskriptoruna müraciətlə həyata keçirilir. Deskriptor tam müsbət ədəddir. Faylların deskriptoru 1, 2 və ya 3 ola bilər. Deskriptoru 1 olan fayl standart giriş faylı adlanır (STDİN); deskriptoru 2 olan fayl standart çıxış faylı adlanır (STDOUT); deskriptoru 3 olan fayl diaqnostik məlumatların standart çıxış faylı adlanır (STDERR). Qeyd etmək lazımdır ki, ixtiyari prosesdə işə salınan proqram özündən əvvəlki proseslərdə istifadə edilən faylların deskriptorlarını qəbul edir. İstənilən çoxistifadəçi əməliyyatlar sistemi kimi UNİX ƏS-i də istifadəçilərin bir-birindən mühafizəsi, sistem verilənlərinin kənar istifadəçilərinin müdaxiləsindən qorunması üçün nüvəyə malikdir. Bu sistem nüvəsi kompüter resurslarını idarə edir və istifadəçilərə baza xidmətlər yığımını təklif edir.
    UNİX ƏS-nin nüvəsinin əsas hissəsi aşağıdakı komponentlərdən ibarətdir:
    — aşağı səviyyədə sistemin inisalizasiyası və açılması;
    — daxili və xarici kəsilmələrin ilkin emalı;
    — yaddaşın idarə edilməsi;

    — nüvə və istifadəçi rejimləri arasında kontekst proseslərin birindən digərinə keçidin təmini;
    — qurğuların drayverlərinin sistemin əsas platforması ilə əlaqələndirilməsi.

    UNİX ƏS-nin nüvəsinin əsas funksiyaları aşağıdakılardır:
    Sistemin insalizasiyası- işə salma və açılma (bootstrap) funksiyası.
    Bu funksiya tam nüvəni kompüterin yaddaşına yükləyir və nüvəni işə salır.
    Proseslərin idarə edilməsi;
    Yaddaşın idarə edilməsi.
    Fayl sisteminin idarə olunması;
    Kommunikasiya vasitələri.
    Bu vasitələr eyni bir kompüterdə proseslər arasında verilənlərin mübadiləsini, lokal və qlobal şəbəkələrə verilənlərin ötürülməsini və proseslərlə xarici qurğuların drayverləri arasındakı əlaqəni təmin edir. Proqram interfeysi- istifadəçinin funksiyalar və çağırışlarla MS-DOS-da idarəetmə sisteminin sadəliyi, əmrlər interfeysinin narahatlığı, disketlərdə olan fayl və kataloqların proqramları işə salan ləvazimatlarla idarə olunması və s. bəzi proqramçıları onlara lazım olan ləvazimatları (qrafik interfeysi yaratmaq, menyu, sorğu və pəncərə yaratmaq, müxtəlif displey və printerləri əlaqələndirmək, proqram tərtib edən köməkçi proqramlar və s.) tərtib etməyə, ya da müxtəlif proqramlar kitabxanasından istifadə etməyə məcbur edirdi. Digər tərəfdən müxtəlif proqramlara müraciət etməyin özü və müxtəlif proqramların istifadəçi tərəfindən eyni vaxtda istifadə olunması çox çətinlik yaradır.
    Buna görə də çoxpəncərəli qrafik interfeysə malik örtük proqramları yaradılırdı.

    İlkin olaraq belə interfeysli ilk əməliyyat sistemini Macintosh tipli kompüterlər üçün Apple Computer firması hazırladı. Sonra 1992-ci ildə Microsoft firması kütləvi istifadə olunan IBM PC tipli kompüterlərdə istifadə olunan MS-DOS əməliyyat sistemləri üçün qrafik Windows 3.0 örtük proqramuıı yaratdı. Tezliklə firma fərdi istifadə üçün Windows 3.1, lokal şəbəkədə istifadə üçün Windows 3.11 for Workgroup proqramlarını hazırladı.
    Microsoft firmasının 1995-ci ilin avqust ayında istehsal etdiyi yeni variantı Windows 95 adlandıracağını elan etməsi kompüter istifadəçiləri üçün bir sürprizə çevrildi, elan edilən sürpriz bununla tamamlanmırdı. Çünki firma Windows 95-i kompüter bazarına çıxararkən sistemin gözlənildiyindən də artıq yeniliyə sahib olduğunun və müstəqil bir əməliyyat sistemi kimi işlədiyinin şahidi oldu.
    1998-ci ildə Microsoft firması tərəfindən yeni Windows 98 əməliyyat sistemi yaradıldı. Sonrakı illərdə firma öz imkanlarının genişlənməsindən istifadə edərək Windows-un yeni variantlarım (Windows NT-2000, Windows XP) kompüter istifadəçilərinə təqdim edir.
    Windows-un hər növünün bir neçə varianti — Amerika, Panavropa və bəzi dövlətlərin öz lokal variantları vardır:
    Amerika variantlan ingilis dilli interfeysə malikdir və ABŞ-da işləmək üçün nəzərdə tutulub. Başqa dilli proqramlarla işləmək imkanı yoxdur;
    — Panavropa variantı ingilis dilli interfeysə malik olmaqla yanaşı, tərkibinə Avropa dillərində işləmək üçün proqram vasitələri daxildir;
    — Bəzi dövlətlər üçün Microsoft firması əməliyyat sisteminin lokal variantını təklif edir. Bu proqramların əmrlər dili və qrafik interfeysi həmin dövlətin dilindədir.
    Windows əməliyyat sistemlərini əsasan iki qrupa bölmək olar:
    Fərdi kompüterdə istifadə üçün (Windows-un 3.1, 95, 98, 2000 və Millenium variantı);
    — Lokal və qlobal şəbəkədə istifadə üçün (Windows 3.11, Windows NT Server and Workstation, Windows 2000 Professional).
    Birincidən, adından bəlli olduğu kimi, lokal şəbəkə olmayan sahələrdə istifadə edirlər. Bunlar üçün həddindən artıq tətbiqi proqramlar tərtib edilmişdir. İkincidən isə lokal və qlobal şəbəkələrin qurulduğu yerlərdə istifadə edilir.

    Windows-un üstün cəhətləri:
    proqramın xarici qurğulardan asılı olması
    Windows və DOS arasında əsas fərq ondan ibarətdir ki, DOS proqramı (DOS-a ehtiyac olmadan) kompüter avadanlığı (displey, klaviatura, printer və s.) ilə birbaşa işləyə bilir. Windows mühitində işləyən proqramlar isə xarici qurğulara Windows-un köməyi ilə müraciət edir. Deməli, Windows bütün işləri, yəni konkret xarici qurğularla uzlaşma problemini öz üzərinə götürdüyü üçün tədqiqatçırun konkret xarici qurğularla birgə işləməsinin təmin olunması problemi aradan götürülmüş olur. Odur ki, Windows proqramı konkret xarici qurğulardan asılı olmur və qurğularla o zaman əlverişli işləyir ki, bu qurğular müstəqil olaraq Windows-la işləyə bilirlər. İş prosesi zamanı ən çox istifadə edilən avadanlıqların işini lazımi səviyyədə saxlamaq üçün drayverlər Windows-un tərkibinə daxil edilir.
    — istifadəçi interfeysinin yaradılması üçün avadanlıq
    Windows-a istifadəçi interfeysinin yaradılması üçün lazım olan funksiyalar: pəncərələr, menyu, sorğular, siyahılar və s. daxildir. Buna görə də Windows-un istifa­dəçi interfeysi ən yaxşı nümunələrdən biri sayılır və bu mühitdə işləyən digər proqramlar Windows-un funksiyalarından istifadə edir.
    -əməli yaddaşdan tam istifadə
    DOS-dan fərqli olaraq Windows-da kompüterin əməli yaddaşı tam həcmdə istifadə edilir. Bu isə həcmli proqramların qurulmasını asanlaşdırır.
    -proqramlar kitabxanasının dinamik quruluşu
    Windows-da proqram tərtib edərkən, proqramlar kitabxanasından Windows-un köməyi ilə istənilən proqramı götürüb istifadə etmək olur, yəni seçilmiş proqramı kompüterin yaddaşına yükləmək mümkündür.
    vahid istifadəçi interfeysi
    Windows istifadəçi interfeysini yaratmaq üçün proqramçıları lazım olan bütün ləvazimatlarla təmin etdiyindən, iş prosesi zamanı proqramçılar bu ləvazimatlardan tam istifadə edirlər. Belə geniş imkanların onlara verilməsi istifadə üçün anoloji ləvazimatlar yaratmağa sövq etmir. Nəticədə Windows proqramının istifadəçi interfeysi müəyyən dərəcədə daima təkmilləşir və istifadəçiyə istənilən proqramlar arasında əlaqə yaratmağa imkan verir. Bundan əlavə, istifadəçi kompüterdə istifadə edilən hər bir proqramı ayrıca öyrənməyə ehtiyac duymur.
    -çoxlu sayda məsələlərin eyni anda həlli

    Windows müxtəlif sayda proqramların eyni zamanda həll edilməsinə və onlar arasında məlumat mübadiləsinə imkan yaradır. Digər tərəfdən Windows-da bir proqramın və ya məsələnin həllindən digərinə keçmək mümkündür.
    — DOS əlavələri ilə uyğunluq
    Windows elə qurulmuş sistemdir ki, onunla işləyərkən DOS proqramlarına müraciət etmək və ya DOS proqramı ilə işləmək lazımdırsa, bu işləri Windows-dan çıxmadan həyata keçirmək mümkündür. Amma onu da qeyd etmək lazımdır ki, DOS proqramları Windows-un təsiri altında icra olunarkən onlar aşağı sürətlə işləyirlər.
    — verilənlərin mubadiləsi buferindən (clipboard) istifadə
    Windows-un müxtəlif proqramları arasında veriənlərin dəyişməsini aşağıdakı üsullarla təşkil etmək olar:
    – müəyyən proqramın verilənlərini buferə yerləşdirib, digər proqram üçün verilənlər lazım olarsa, buferdəki verilənlərdən istifadə etmək olar;
    — verilənlərin dinamiki dəyişməsi (Dynamic Data Exchange, DDE), yəni başqa proqram üçün hazırlanmış verilənlər digər proqram üçün də istifadə edilə bilər. Orijinal proqramda olan verilənləri həmişə «təmizləmək» mümkündür;
    — əlaqə mexanizmi, yəni bir proqramdan digərinə keçmək çox asanlıqla başa gəlir. Məsələn, qrafik redaktor vasitəsilə displeydə alınmış şəkli Mouse-un sol düyməsini iki dəfə basmaqla başqa lazımi proqrama keçirmək olar.

    Windows-dan istifadə etməklə istifadəçi mürəkkəb məsələlərin həllini asanlaşdırır və belə məsələlərin həlli üçün tələb olunan çoxlu sayda proqramların əvəzinə bir proqramdan istifadə etmiş olur.
    -miqyaslaşdırılmış şriftlərin əldə edilməsi
    Təcrübədə müxtəlif işləri görməkdən ötrü müxtəlif ölçülü şriftlərdən istifadə etmək lazım gəlir. Windows 3.1-ə qədər belə işlərin həyata keçirilməsi çoxlu sayda problemlər ilə bağlı idi və çətinliklə başa gəlirdi. Windows-da bu problem True Type şriftlər formatından istifadə etməklə həddindən artıq asanlaşmışdır. Bu formatın köməyi ilə istənilən forma və ölçüdə şriftləri displeyin ekranına çıxarmaq və nəhayət, printerdə çap etmək mümkündür.
    — əlavə qurğularla əlaqənin sadəliyi
    DOS-dan fərqli olaraq Windows-da istənilən xarici qurğunu həmin qurğunun drayveri vasitəsilə kompüterə qoşmaq mümkündür (DOS-da bu işləri yerinə yetirmək üçün hər bir qurğunun qoşulma proqramını DOS-a sazlamaq tələb olunur ki, bu da istifadəçi üçün müəyyən çətinliklər əmələ gətirir).
    multimedia imkanları
    Windows-un təkmilləşdirilmiş xüsusiyyətiərindən biri multimedianın saxlan­masıdır. Yəni Windows-un müəyyən qurğularına mikrofon, kompakt-disk və ya MIDI sintezator, videokamera, səs ilə müşaiyyət olunan təsvirlər qoşmaq mümkün­dür. Belə imkanların olması kompüterdən qeyri-ixtisasçıların da istifadə etməsinə, təlim və oyun proqramlarının təşkilinə böyük imkanlar yaradır.
    -əməli yaddaşın daha səmərəli istifadəsi
    Əvvəlki proqramlara nisbətən əməli yaddaşla iş elə qurulur ki, istifadəçi üçün yaddaş çatışmamazlığı problemi aradan qalxmış olur və əlavə olaraq:
    — Windows Explorer proqramının tətbiqi qurğular və fayllarla aparılan əməliyyat­ları sadələşdirir və əyani edir;
    — Windows mühitində işləyən proqramların idarə olunmasının eyniliyi proqram­ların əmrlər sistemini eyniləşdirir, yəni File, Edit, View və s. menyu əmrləri demək olar ki, bütün proqramlar üçün eynidir;
    -Plug and Play prinsipinin tətbiqi kompüterə qoşulan qurğuların tanınması prosesini avtomatlaşdırır.

    Windows-un çatışmayan çəhətləri
    Kompüter texnikasında istifadə edilən istənilən proqramın müsbət və ya mənfi cəhətləri olduğu kimi, Windows proqramının da belə xüsusiyyətləri vardır:

    1.Windows-un əsas mənfi cəhəti ondan ibarətdir ki, yuxarıda göstərilən müsbət cəhətləri əldə etmək üçün aparat təminatına düşən yükü çoxaltmaq lazımdır. Qrafik interfeys, miqyaslı şriftlərin əldə edilməsi, mürəkkəb məsələlərin həlli və s. güclü mikroprosessorun olmasını, əməli yaddaşın və disk sahəsinin genişləndiril­məsini tələb edir. Baxmayaraq ki, Windows ilə işləmək üçün formal olaraq əməli yaddaş 2 Mbayt, sərt diskdə isə tutumu 10-12 Mbayt olan 80386 mikroprosessoru kifayətdir. Həqiqətdə isə bu işi yerinə yetirmək üçün əməli yaddaşı 4 Mbayt-dan, sərt diskdə yaddaşı 40 Mbayt-dan az olmayan 80486 mikropro­ses­sorundan istifadə etmək əlverişlidir. Kompüterdə Windows və Windows əlavəsi ilə rahat işləmək üçün əməli yaddaş 8 Mbayt, sərt disk yaddaşı isə 80-100 Mbayt-dan az olmayan 80486 mikroprosessorundan istifadə etmək lazımdır.

    2. Windows-un digər mənfi cəhəti DOS-a nisbətən istənilən məsələnin həllinə vaxtı çox sərf etməsidir. Məsələn, DOS proqramı kompüterdə məsələni həll etmək üçün Windows-dan 1.5-2 dəfə tez işləyir.
    3. Windows əslində çoxməsələli sistem deyil:
    a) Bir məsələnin həlli üçün lazım olan proqram bütün Windows proqramlarından asılı olur;
    b) Əməli və disk yaddaşın böyük tutuma malik olmasına baxmayaraq, Windows 3-4 sayda proqramı eyni vaxtda həll edə bilmir;
    4. İstənilən proqramın xarici qurğularla işləməsi birbaşa Windows-da həyata keçirilir, bəzi hallarda isə xarici qurğularla intensiv işləyən proqramlar üçün bu hal qəbuledilməzdir.
    Bütün göstərilən mənfi cəhətlər Windows-un qiymətini heç də aşağı salmır və onu göstərir ki, Windows heç də universal proqram deyil.

    Kompüter işə düşən kimi avtomatik olaraq Windows əməliyyatlar sistemi yük­lənir. Ekranda sistemin işçi stolu görünür. Standart vəziyyətdə işçi stolun aşağıdakı elementləri mövcuddur. Ekranın aşağı sol küncündə “Start” (Пуск) düyməsi yerləşir. Bu düymə vasitəsilə sistemə aid olan müxtəlif proqramları, sənədləri yükləmək, proqramların icrasını həyata keçirmək, sənədləri yükləmək, tapşırıqları müəyyənləşdirmək mümkündür. İşçi stolun sağ aşağı küncündə cari vaxtı göstərən panel və dilin müəyyən edilməsi paneli yerləşir. Qeyd edək ki, göstəricini müəyyən qısa müddətdə vaxtın üzərində saxlasaq ekrana cari tarix də verilir.
    Windows sisteminin işçi stolunun əsas elementləri «Мой компьютер», «Корзина», «İnternet Explorer” və digərləridir. Bu elementlərin siyahısı istifadəçi istəyindən asılı olaraq artırıla da bilər. Əsas elementlərin təyinatları aşağıdakılardır.
    «Мой компьютер» elementinin əsas vəzifəsi kompüterə daxil olan qurğuların xarakteristikalarının verilməsi, onların məzmununa baxılması, fayllar və qovluqlarla işin təşkili. Faylların müxtəlif əlamətlərinə görə axtarılıb tapılması, idarəetmə pane­linin element­ləri ilə işin təşkili, şəbəkə diskinin işə qoşulması və onun işdən xaric edilməsi və s.
    «Корзина» elementinin vəzifəsi istifadədən müvəqqəti uzaqlaşdırılmış faylların yerləşdiyi yaddaş hissəsinin həcminin müəyyən edilməsi, onun məzmununa baxılması. Lazım gəldikdə oradakı faylın bərpa olunması, faylların ləğvi ilə əlaqədar parametr­lərin müəyyən edilməsi və s. daxildir.
    “İnternet Explorer”in əsas vəzifəsi İnternetdə bələdçilik funksiyasının yerinə yetirilməsi və onunla əlaqədar meydana çıxan məsələlərin həllidir.
    İşçi stolun elementlərindən biri olan «Мой компьютер» elementinin əsas vəzifəsi kompüterin qurğuları və qurğuların məzmunu ilə işin təşkil olunması, onların xarakteris­tikalarının müəyyən olunması və dəyişdirilməsidir. Bu elementin əmrləri aşağıdakılardır:
    Открыть – kompüterə daxil olan qurğuların, daha doğrusu yaddaş qurğularının siyahısı verilir.
    Проводник – kompüter qurğuları, onların məzmunu ilə işləməni asanlaşdıran bələdçidən istifadəyə şərait yaradır.
    Найти – hər hansı əlamətə görə fayl, fayllar qrupunun və qovluğun axtarılıb tapılması;
    Управление – idarəetmə ilə əlaqədar əməliyyatların yerinə yetirilməsini təmin edir. Burada müxtəlif yaddaş qurğuları, xidmət və əlavələrlə, eləcə də xidməti jurnallardakı məlumatlarla işləmə təmin edilir;
    Подключить (Отключить) системный диск – şəbəkə diskinin işə qoşulması və işdən xaric edilməsini təmin edir;
    Создать ярлык – «Мой компьютер» elementinə uyğun yeni yarlığı yaradaraq ekrana verir;
    Переименовать – «Мой компьютер» elementinin adını istifadəçi dəyişərək istənilən adla əvəz edir;
    Удалить – elementi ekrandan silir (ləğv edir);
    Свойство – elementə aid olan xarakteristik xüsusiyyətlər haqqında məlumatları ekrana verir.
    Windows əməliyyatlar sisteminin işçi stolunun əsas elementlərindən biri də «Корзина» elementidir. Onun əsas vəzifəsi istifadədən müvəqqəti uzaqlaşdırılmış fayl və qovluqları saxlamaqdır. Bu elementin əmrləri aşağıdakılardır:
    Открыть – bu əmrin verilməsi ilə ekrana elementin məzmunu, yəni, fayl və qovluqların adlarının siyahısı verilir;
    Проводник – elementə daxil olan fayl və qovluqlar onların məzmunu ilə işləməni asanlaşdıran bələdçidən istifadəyə şərait yaradır.
    Очистить корзину –«Корзина»-da olan bütün faylları silərək ləğv edir;
    Создать ярлык – «Корзина» elementinə uyğun yeni yarlığı yaradaraq ekrana verir;
    Свойство – elementə aid olan xarakteristik xüsusiyyətlər haqqında məlumatları ekrana verir. Burada “Корзина”- nın istifadəçi tərəfindən həcmi müəyyən edilə bilər, Qeyd edək ki, bu həcm kompüterin yaddaş imkanlarına uyğun olaraq istənilən qaydada verilə bilər. Lakin həcmin ümumi yaddaşın 10 faizindən çox olmaması məsləhət görülür. Eyni zamanda burada faylların ləğvi zamanı təsdiqləmənin soruşu­lacağını, faylların ləğv olunaraq yerləşdirilməsi qaydaları və bu parametrlərin umumi təyinatlı və ya fərdi olması da müəyyənləşdirilə bilər.

    Windows əməliyyatlar sistemində fayl və qovluqların axtarılıb tapılması məqsədilə «Мой компьютер» elemintinin Найти əmrindən və ya hər bir yaddaş qurğusu seçildikdən sonra açılmış pəncərənin yuxarı hissəsindəki paneldə olan Поиск əmrindən istifadə oluna bilər. Eyni zamanda axtarış məqsədilə «Пуск» düyməsini basdıqda açılan pəncərədəki Найти əmrindən də istifadə etmək olar. Bu əmrlərdən hər hansı biri verildikdən sonra ekranda yeni pəncərə açılır. Bu pəncərənin sol tərəfindəki rejimlərdən Файлы и папки rejimini seçərək düyməni basırıq. Yeni açılan pəncərədə tələb olunan parametrləri veririk. Bu parametrlərə fayl və ya papkanın adı, əgər ad bilinmirsə onun adının əlaməti, sonuncu dəyişiklik olan tarix, ölçüsü, ölçü dəqiq bilinmirsə onu təqribi göstərilən qaydalara uyğun ( 1Mb-dən kiçik, 1Mb-dən böyük, Kb-la) vermək olar. Burada faylın yerləşdiyi qurğunun adını və əlavə məlumat kimi faylda olan unikal söz və ya söz birləşməsini də göstərmək olar.
    Bütün bu parametrlər müəyyənləşdirildikdən sonra kompüter axtarışa başlayır. Axtarışın nəticəsi ekrana verilir. Əgər eyni adlı fayl müxtəlif qurğularda yerləşirsə bu faylların hamısı əlamətləri müxtəlif olduğuna görə ekranda göstərilir. Lazımi fayl və ya qovluğu istifadəçi təklif olunan siyahıdan seçir.

    Windows əməliyyatlar sisteminin «Мой компьютер» elementinin «Открыть» və ya «Проводник» əmrlərindən birinin köməyi ilə açılan yeni pəncərədən qurğular, proqramlar və digər imkanlarla işləməni təmin edən, onları müəyyənləşdirməyə və istəkdən asılı olaraq dəyişməyə imkan verən «Панель управления» (İdarəetmə paneli) əmrindən istifadə olunur. Bu əmr seçilərək verildikdən sonra ekranda müxtəlif elementlərin adları göstərilir. Bu elementlərin köməyi ilə sistemin parametrlərini müəyyənləşdirmək və təyin etmək, vaxt və tarixi nizamlamaq, sistemin xarici müdaxilələrdən mühafizəsini vermək, yeni proqramları əlavə etmək və ləğv etmək, kompüterlərə yeni qurğuların əlavəsi və nizamlanmasını müəy­yən­ləşdirmək, müxtəlif qurğulara aid parametrləri istifadəçi tələbinə və istəyinə uyğun dəyişmək, onların sistemin tələbatına uyğun nizamlanmasını həyata keçirmək mümkündür.

    İdarəetmə panelinin daha çox istifadə edilən əmrləri və onların iş prinsipləri aşağıdakı kimidir:
    Windows əməliyyatlar sistemində klaviatura və MOUSE-la işləmənin nizamlanması məqsədilə sistemin İdarəetmə panelinin uyğun olaraq «Клавиатура» və «Мышь» əmrlərindən istifadə edilir. Klaviaturaya uyğun əmr verildikdən sonra açılan pəncərədəki əmrlərdən istifadə edərək düymələrin basılması ardıcıllığı arasındakı vaxt, müxtəlif düymə­lərin kombinasiyalarının təyinatı, eləcə də istifadə olunan drayverin müəyyən edilməsi həyata keçirilir.
    MOUSE qurğusu üçün olan əmr verildikdən sonra açılan pəncərədəki əmrlərin köməyi ilə qurğunun ekran göstəricisinin təyini, onun hərəkət sürəti, müəyyən tələblərə uyğun olaraq göstərici şleyfinin və onun uzunluğunun müəyyən edilməsi, qurğu düymələrinin (sol və sağ) təyinatının dəyişdirilməsi, qurğuya uyğun drayveri seçilməsini və sairi həyata keçirmək lazımdır. Əgər MOUSE qurğusu infraqırmızı şüa ilə işləmə qabliyyətinə malikdirsə, onda bunu İdarəetmə panelinin xüsusi bu məqsəd üçün müəyyən edilmiş əmri ilə əvvəlcədən elan etmək lazımdır.
    Windows əməliyyatlar sistemində dil və ona uyğun standartların müəyyən edilməsi məqsədilə İdarəetmə panelinin «Языки и стандарты» əmri istifadə edilir. Əmr verildikdən sonra təklif olunan siyahıdan dil və uyğun dövlət seçilir. Bundan sonra standartlar müəyyən edilməyə başlanılır. Bu standartlarla ölçü vahidləri ( uzunluq, vaxt, pul və s.) müəyyən edilir. Burada ədədlərin yazılışı qaydaları, kəsr hissəni bildirən işarənin nöqtə və ya vergül olması, döyük ədədlərin göstərilməsi qaydaları, vaxt və tarixin verilməsi qaydası, müsbət və mənfi ədədlərin əksetdirilməsi, işarə və vahidlərin ədədlərdən əvvəl və ya sonra yerləşməsi müəyyən edilir. Bu standartların təyinindəki dəqiqlik sonradan müxtəlif ofis proqramlarında müvəffəqiyyətli işin təminatçısı olur. Qeyd edək ki, sistemin özü tərəfindən də seçilən dilə və ölkəyə uyğun parametrlər təklif edilir. Bunun qəbul olunub- olunmaması istifadəçidən asılıdır.

    Kompüterə qoşulan yeni qurğunun nizamlanması məqsədilə İdarəetmə panelinin «Установка и удаления оборудoваний» əmrindən istifadə edilir. Əmr verildikdən sonra açılan yeni pəncərədə yeni qurğunun avtomatik axtarılması və ya istifadəçi tərəfindən axtarılacağı soruşulur. Adətən, axtarışın kompüter tərəfindən axtarılıb tapılması daha məqsədə uyğundur. Qurğu kompüterə hansı portla qoşulduğu müəyyən edildikdən sonra onun nizamlama proqramının köməyi ilə qurğu və kompüter arasında əlaqə yaradılır.
    Əgər hər hansı tələbata uyğun olaraq kompüterə qoşulan qurğunun qoşulmasını ləğv etmək istəyiriksə onda həmin qurğunun adı dəqiq seçilərərk ardıcıl addımların dəqiq yerinə yetirilməsi ilə bu yerinə yetirilir. Qeyd edək ki, qurğuların nizamlanması zamanı istifadə olunacaq portların düzgün seçilməsi və ləğv olunacaq qurğunun düzgün müəyyən edilməsi lazımdır.
    Windows əməliyyatlar sistemində faylların mühafizəsi məqsədilə müxtəlif üsullardan istifadə oluna bilər. Bundan əlavə kompüterin də xarici müdaxilədən qorunması mühüm əhəmiyyətə malikdir. Faylların mühafizəsi məqsədilə parollardan və faylın müxtəlif atributlarla ( ancaq oxumaq üçün, gizli) verilməsindən istifadə edilir. Kompüter və ondakı sənədlərin mühafizəsini Windows-un brandmaueri ilə də həyata keçirmək olar. Sistemin İdarəetmə panelinin “Брандмауер Windowsа» əmri ilə bunu etmək mümkündür. Məhz bu əmrdə mühafizə rejiminin verilməsi, mühafizənin şərtləri müəyyənləşdirilir. Belə ki, əmr veriləndən sonra açılan pəncərədəki rejimlər brandmauerin işə salınıb salınmamasını, onun hansı şəbəkə növünə aid olması, məlumatın daxil olunması zamanı sorğu olunub olunmaması müəyyən edilir.

    Windows əməliyyatlar sistemində müxtəlif şriftlərin əlavəsi və lazım olmayanların ləğvi mümkündür. Qeyd edək ki, istifadə olunacaq bütün şriftlər sistemin “Fond” qovluğunda yerləşməlidir. Əks halda bu şriftlərdən müxtəlif proqramların istifadə etməsi mümkün olmur. Hər hansı yeni şrifti əlavə etmək və ya ləğv etmək məqsədilə İdarəetmə panelinin «Шрифты» əmrindən istifadə edilir. Bu əmr verildikdən sonra açılan pənsərədə artıq qovluqda olan şriftlərin siyahısı verilir. Bu siyahıdan ləğv olunacaq istənilən şrift faylını seçildikdən sonra ya kontekst menyunun ya da File menyusunun Удалить əmrini verməklə onu silmək olar. Əgər istifadəçi yeni şrift əlavə etmək istəyirsə File menyusunun «Установить шрифт» əmrini verir. Yeni pəncərədə şriftin yerləşdiyi qurğunu göstərir, qurğu məzmunu göründükdə lazımdirsa bütün şriftləri, ya da yalnız lazım olanları seçib, ardıcıl addımlar yerinə yetirilir. Qeyd edək ki, adətən hər bir şriftin 4 müxtəlif yazılış üslubu olur. Ona görə də hər hansı əlifbanin əlavəsi 4 sriftin əlavəsini tələb edir.
    Windows əməliyyatlar sistemində vaxt və tarixin nizamlanması üçün İdarəetmə panelinin «Дата и время» əmri istifadə edilir. Əmr verildikdən sonra açılmış yeni pəncərədən əvvəlcə saat qurşağı seçilir (Bizim üçün Bakı, Tbilisi, Yerevan qurşağı). Bundan sonra solda verilmiş pəncərədə əvvəlcə il, sonra ay, daha sonra gün verilir. Bu sadəcə olaraq uyğun qiymətin siyahıdan seçilməsi ilə həyata keçirilir. Sonra isə sağ tərəfdə verilən saatın sferblatının içərisindəki saat, dəqiqə və saniyə göstəriciləri müəyyən edilir.
    Qeyd edək ki, vaxt və tarixin verilməsi qaydası bu əmrdən başqa həm də İdarəetmə panelinin «Языки и стандарты» dil və uyğun standartlar əmrinin təyinatından asılıdır. Belə ki, bu standartlara uyğun olaraq vaxt iki və ya üç göstərici ilə, tarix də həmin qaydada verilə bilər. Vaxt və tarixin standartlara uyğun seçilməsinin düzgünlüyü şəbəkəyə və internetə qoşul­muş istifadəcilər üçün xüsusi əhəmiyyətə malikdir. Çünki məhz bu proses alınan və ötürülən məlumatların vaxt və tarix dəqiqliyini müxtəlif qurşaqlar üçün müəyyən etməyə imkan verir.

    Windows əməliyyatlar sistemində çap qurğularının – printerlərin nizamlanması məqsədilə İdarəetmə panelinin «Принтеры и факсы» əmrindən istifadə olunur. Əmr verildik­dən sonrs yeni açılmış pəncərədə nizamlama rejimi seçilir. Bu rejim verildikdən sonra ekranda açılan yeni pəncərədə sol tərəfdə printer istehsalçıları olan şirkətlərin adı, sağda isə bu şirkətlərin printerlərinin adı və seriyası göstərilir. Əgər istifadəçinin kompüterinin şirkəti və bu şirkətin printerinin markası siyahıda varsa (tam dəqiqliklə) onda həmin ad seçilərək sonrakı addıma keçid əmri verilir. Bu qayda ilə sona qədər icra olunaraq qurğu nizamlanır. Əgər verilən siyahıda printerin markası və uyğun seriyası yoxdursa, qurğu ilə birlikdə verilən disklərdən istifadə olunur. Bu diskin yerləşdiyi qurğunun adı göstərilərək proses analoji olaraq davam etdirilir. Qeyd edək ki, eyni bir kompüterə bir neçə printer nizamlamaq olar. Lakin belə halda istifadə zamanı printeri mütləq seçmək tələb olunur. Əks halda printerə müraciət avtomatik olaraq susmaya görə müəyyən edilən printerə müraciət kimi qəbul olunacaq.

    Windows əməliyyatlar sistemində yeni proqramların əlavəsi və ləğvi əvvəlki sis­temlərdən fərqli olaraq daha sadə və optimaldır. Yeni proqramların əlavə olunması və ya ləğvi məqsədilə İdarəetmə panelini açdıqdan sonra ekrana verilən siyahıdan « Установка и уда­ление программ» bəndini seçərək, ok düyməsini basmaq lazımdır. Bundan sonra açılan yeni pəncərədə istifadəçi lazımi əməliyyatı seçir. Adətən proqramın ləğvi məqsədilə əvvəl pəncərədə verilmiş adlar içərisindən ləğv olunacaq proqramın adı seçilir və ləğv etmə əmri verilir. Ləğv etmə zamanı ekrana avtomatik verilən sorğular istifadəçi tərəfindən cavablandırı­laraq növbəti addıma keçilir və proqram ləğv olunur.
    Yeni proqramın əlavəsi və nizamlanması üçün uyğun əlavə əmri, daha doğrusu nizamlama əmri verildikdən sonra proqramın yerləşdiyi qurğu göstərilir. Nizamlama prose­sində ardıcıl olaraq ekrana gələn bütün sorğular düşünülərək cavablandırılır və növbəti addıma keçməklə sona qədər yerinə yetirilir. Proqrama uyğun olan piktoqram istifadəci istəyindən asılı olaraq işçi stola da verilə bilər. Qeyd edək ki, bu qayda ilə təkcə yeni proqramı əlavə etmək deyil, onu yeniləmək də mümkündür.

    Idarəetmə panelində olan «Экран» bəndindən istifadə etməklə işçi stolun mövzusunu, ekranda əks olunan təsviri, kompüterdə istifadəçi uzun zaman işləmədikdə uyğun parametrləri və həmin müddətdə ekrana veriləcək təsviri dəyişmək olar. Eyni zamanda işçi stolun və işçi pəncərələrin tərtibatını, daha döğrusu fonunun rəngini, pəncərə başlıqlarının ölçülərini, yazılış üslubunu, rəngini və s dəyişmək mümkündür. Bu bəndin açılmış pəncərəsində xüsusi bəndin köməyi ilə ekranın əksetdirmə parametrlərini və rəngvermə qabliyyətini də istifadəçi öz istəyinə görə müəyyənləşdirə bilər.
    Qeyd edək ki, İdarəetmə panelinin «Специальные возможности» elementlərinin köməyi ilə istifadəçi çatışmamazlıqları olanlar üçün qurğuların parametrlərini (klaviaturanın, ekranın, MOUS-un və s) və işləmə rejimlərini dəyişə və yenidən müəyyənləşdirə bilər.
    Burada olan digər elementlər uçot yazılarının dəyişdirilməsi və istifadəçilərin müəyyənləşdirilməsi, skaner və kameralarla işin təşkili, e-mail-lə işin təşkili, verilənlərlə işləmə qaydalarının müəyyənləşdirilməsini və s. həyata keçirə bilər.

    • Teqlər:
    • əməliyyat sistemi

Comments are closed, but trackbacks and pingbacks are open.