Press "Enter" to skip to content

Bələdiyyə idarəçiliyi

Dövlət başçısı bildirib ki, orada hansı idarəçilik formasının olacağını dəqiq müəyyənləşdirmək üçün danışıqlar prosesində o qədər irəliyə getməmişik:

Bələdiyyə idarəçiliyi

“Ermənistanın qəbul etmədiyi əsas prinsiplərdə, – onlar faktiki olaraq etibarsızdır, çünki Ermənistan onları qəbul etməyib, – bir müddəa var ki, azərbaycanlılar oraya qayıdacaqlar, sülh, təhlükəsizlik şəraitində, təhlükəsizlik təminatı ilə orada yaşayacaqlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, orada hansı idarəçilik formasının olacağını dəqiq müəyyənləşdirmək üçün danışıqlar prosesində o qədər irəliyə getməmişik:

“Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyə idarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyən özünüidarə səviyyəsi olmalıdır. Lakin biz o qədər irəliyə getməmişik. Əgər Paşinyan mənim əvvəldən, biz Füzulini azad edəndə tələb etdiyimi etsəydi, onda müharibə dayanardı və indi biz danışıqlar masasında necə irəli getmək barədə danışardıq. Lakin o, bu öhdəliyi götürmür. Ona görə də, bu cür davam etsə, biz davam edəcəyik. Başqa yol yoxdur. Biz ölkənin bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edənə kimi, sona qədər gedəcəyik”.

Son xəbərlər

  • 15:00 | Putin Kadırovla görüşdü – Video
  • 14:58 | Samir Salam saxlanıldı
  • 14:42 | Türkiyədəki zəlzələdə 7 minə yaxın əcnəbi ölüb
  • 14:39 | İlham Əliyev Almaniyaya getdi
  • 14:19 | “Protezi dəyişdirilməlidir, pul yoxdur” – Fotolar
  • 14:04 | “Avropa Parlamenti maraqlarla idarə olunur”
  • 14:01 | “Bu, həyatımın konserti oldu” – Video
  • 14:00 | AccessBank Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramından təşəkkürnamə aldı
  • 13:55 | “Azərlotereya”nın baş sponsorluğu ilə beynəlxalq konfrans keçirildi – Fotolar
  • 13:51 | Paşinyan Putinə zəng etdi
  • 13:47 | Nazirdən dövlət imtahanının ləğvi ilə bağlı xəbərə – Reaksiya
  • 13:46 | “Oskar”da çəkilən bu video viral oldu
  • 13:39 | Astarada qadın keçmiş əri tərəfindən öldürüldü
  • 13:36 | “Pandemiyadakı distant təhsilin nəticələrini mayda görəcəyik”
  • 13:30 | Şahzadənin dəbdəbəli toyundan – Fotolar
  • 13:21 | İlaxır çərşənbədə hava necə olacaq?
  • 13:17 | “Həkim diplomu alıb harada oxuduğu bəlli olmayanlar var” – Nazir
  • 13:10 | “Qarabağ” “Qalatasaray”la Bakıda yoldaşlıq görüşü keçirəcək
  • 13:05 | Güclü külək olacaq – FHN əhaliyə müraciət etdi
  • 13:03 | Bakıda qalib olmuşdu, yenidən “Avroviziya”ya gedir – Video
  • 12:44 | Dörd ölkənin nümayəndəsi Moskvada görüşəcək
  • 12:40 | Ukrayna silah idxalına görə üçüncü oldu
  • 12:26 | Gəncədə ər arvadını qətlə yetirdi – Yenilənib
  • 12:24 | Vəzifəli şəxsin meyiti binanın girişində tapılıbmış
  • 12:23 | Millimiz Türkiyə yığması ilə qarşılaşacaq
  • 12:12 | 39 yaşlı müəllim əməliyyatdan sonra niyə öldü?
  • 12:06 | “Bu görüşdən gözləntilər böyükdür” – Almaniya portalı
  • 12:06 | “Həmin kadrlar onlara külli miqdarda gəlir gətirir”
  • 12:01 | Kapital Bank sahibkarlara sərfəli tarif paketləri təqdim edir
  • 11:55 | Si Cinpin Moskvaya səfər edə bilər
  • 11:50 | “InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
  • 11:46 | Arda Turan zəlzələdən əziyyət çəkən uşaqlarla futbol oynadı – Video
  • 11:37 | “Neftçi” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazandı
  • 11:36 | “Dünya gündəliyinin aktual məsələləri Azərbaycanda müzakirə edilir”
  • 11:36 | “Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil”
  • 11:34 | Nobel mükafatı laureatı dünyasını dəyişdi
  • 11:30 | TƏBİB-ə yeni səlahiyyət verildi
  • 11:26 | 28 yaşlı fəhlə işlədiyi zavodda öldü
  • 11:20 | Qarabağ erməniləri ilə görüş Bakıda keçirilə bilər
  • 11:18 | “Hüquqa 75 nəfər qəbul olur, amma 100 nəfər bitirir”
  • 11:17 | Hacı Nuran Afaq Gəncəli üçün dua etməyi xahiş etdi
  • 11:16 | “Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi
  • 11:15 | Agentliyin bu səlahiyyəti nazirliyə verildi
  • 11:14 | İlham Əliyev Roma Papasını təbrik etdi
  • 11:11 | “Reytinqlərdə geri qalmağımızın səbəbi digərlərinin çox sürətli inkişafıdır” – BDU-nun rektoru
  • 11:08 | Lukaşenko İran Prezidenti ilə görüşdü – Foto
  • 11:05 | Suyun qiyməti artırılacaq? – Rəsmi açıqlama
  • 11:03 | 2200 metr yüksəklikdə qarölçmə aparılıb – Fotolar
  • 11:03 | Emre Belözoğlundan ailəsini təhqir edən azarkeşlərə cavab – Video
  • 10:58 | Bu şəxslər universitetə müsabiqədənkənar qəbul oluna bilər – Yenilənib

Bələdiyyə idarəçiliyi

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Dövlət və bələdiyyə idarəçiliyi

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

ELMİ-PRAKTIK MƏSƏLƏLƏR

Bələdiyyələrin yaranma tarixi və yerli özünü idaerəetmə orqanlarının formalaşma prosesi Avropa dövlətlərində hələ orta əsrlərdən başlamış və zəmanəmizə qədər özü-özünü yeniləyərək uzun inkişaf yolu keçmişdir. Bələdiyyə idarəçiliyi fəaliyyətləri dövlətlərin konstutisyası ilə tənzimlənməklə, idarəçilik baxımından mərkəz hakimiyyətdən kənar müəyyən ərazi daxilində yaşayan sakinlərinlərin demokratik və müstəqil özlərini idarəetmə formasıdır. Avropada yerli özünə idaretmə ən-ənələri qədim tarixə malik olmaqla bərabər həmdə islahatçılığı və təkmilləşmə uğrunda atılan adımlarla zəngin tarixə malikdir. Yerli özünü etmə tarixinin Avropada çox qədim olmasına baxmayaraq, müasir dövürdə belə bələdiyyələrin təkmilləşməsi və yenilənməsi istiqamətində qanunlar qəbul edilir və islahatlar aparılır.

Avropa ölkələrinin yerli özünü idarəetmə orqanları ilə müqayisədə daha gənc olan Azərbaycan bələdiyyələri tərəfindən Avropa ölkələrinin bələdiyyə idarəetməsində baş verən yenilikləri və islahatların incələnməsinə ehtiyac vardır. Avropa ölkələrində bələdiyyə orqanlarının quruluşu, strukturu və idarəetmə formalarının Azərbaycan bələdiyyələri ilə oxşar və fərqli cəhətlərini araşdırıb yerli imkanları nəzərə almaqla beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsi bələdiyyələrimizin inkişafına səbəb olacaqdır.

Bu məqaləmdə müxtəlif ölkə bələdiyyələri və onların idarəçilk formaları barədə məlumat verməyə çalışacam.

İngiltərə

Böyük Britaniya klassik yerli özünü idarəetmə ənənlərinə malik nadir ölkələrdəndir. Bu ölkədə bələdiyyə idarəçiliyi haqqında ilk qanun hələ 1601-ci ildə kraliça Elizabet tərəfindən qəbul edildiyi üçün qədimliyi ilə seçilir. İngiltərədə yerli özünü idarəetmə sistemi quruluşuna görə 3+1 London böyük şəhər idarəçilyi qrupuna bölünür.İngiltərədə bələdiyyə sistemi kollegial orqandır.Məclis üzvləri 4 illik seçilirlər. County adlan yerli özünü idarəetmə orqanı rayon və böyük şəhərləri əhatə edir. Rayon və şəhər bələdiyyələrinin idarə edilməsi 1888-ci ildə qəbul edilmiş Məhəlli İdarələr haqqında qanun ilə tənzimlənir. İngiltərədə 38 county və Böyük Britaniya Krallığın idarəçiliyində olan Gallerdə daxil olmaqla ümumi 47 county mövcuddur. Bəzən böyük şəhərlərin tərkibindədə bir neçə county olduğuna rast gəlinir ki, Mançester və Liverpulu nümunə olaraq göstərmək olar.

District və yaxud Councils adlanan yerli özünü idarəetmə sistemi rayon və şəhərlər “county” içərisində yer alan bələdiyyə orqanıdır. 1972-ci ilə qədər mövcud olmuş non-county boroughs yəni şəhər bölgələri urban districts və rural districts kənd bölgələri ləğv edilərək yerinə ümumi olaraq bölgə “District” məclisləri yaradılmışdır.

Paris adlı üçüncü yerli özünü idarəetmə forması seçicilərinin sayı 200-dən yuxarı olan kəndlərə aiddir. Seçicilərinin sayı 200-dən yuxarı olanda Parish-in formalaşması məcburi olduğu təqdirdə seçicilərinin sayı 200 nəfərdən az olduğu halda Parish-in formalaşması sakinlər üçün sərbəstdir. Bu tip yaşayış məntəqələrində sakinlər ildə ən az bir dəfə “Parish Meetings” adlanan toplantısı keçirməklə yerli əhəmiyyətli qərarlar qəbul edirlər.

London böyük şəhər bələdiyyəsi bu üç qrupun heç birinə daxil deyil.Kollegial orqan olan London böyük şəhər bələdiyyəsi 1 bələdiyyə sədri və 25 üzvdən formalaşan bələdiyyə məclisindən ibarətdir

Fransa

Özünə məxsus yerli özünü idarəetmə ənənələri olan Avropa dövlətlərindən Fransada yerli özünü idarəetmə sistemi 3 növ idarəetmə formasından ibarətdir.

Birinci Communnes adlanan Fransa inqilabından sonra yaranmış kənd və qəsəbə bələdiyyə sistemidir. Hazırda Fransada 36.571 bələdiyyə fəaliyyət göstərir. İkincisi Departements adlanan yaranması 1871-ci il Konstutisyası ilə bağlı olan rayon və şəhərlər üzrə yerli özünü idaarəetmə orqanlarıdır. İdarəetmə formasına əsasən kollegial orqandır, şura üzvləri 6 illiyinə seçilir və hər üç ildən bir tərkibin yarısı seçki ilə yenilənir. Seçkidən sonra ilk iclasda sədr və müavinləri seçilir. Regions yəni bölgələr üzrə yerli özünü idarəetmə sistemi ilk dəfə 1982-ci il 2 mart tarixində qəbul edilmiş qanunla 26 bölgədə həyata keçirilən yerli özünü idarəetmə formasıdır. Bölgənin yerli özünü idarəetməsi bölgə məclisi və məclis sədri tərəfindən həyata keçirilir.

Almaniya

Avropa ölkəri arasında Almanliya yerli özünü idarəetmə sahəsində tarixi orta əsrlərə qədər uzanan köklü və qədim ən-ənələri olan dövlətlərdən hesab edilir. Almaniyada bələdiyyə sisteminin formalaşmasında Prusiyalı dövlət adamı və islahatçılığı ilə tanınmış Freiherr von Steninin tərəfindən əsası qoyulmuş və müasir yerli özünü idarəetmənin təməli sayılacaq 1808-ci ildə hazırlanmış ərazilərin mərkəzi hakimiyyətdən müstəqil yerli özünü idarəçilyi tətbiq edildi. Federativ struktura sahib Almaniyada bələdiyyələr yerli özünü idarəetmə sahəsində böyük uğurlara imza atmışlar. Sakinlər və dövlət idarəçiləri tərəfindən demokratik dəyərlərə verilən önəm sayəsində Almaniya bələdiyyələri yerli qərarların qəbul edilməsində və yerli problemlərin həllində tam müstəqil orqanlar olaraq fəaliyyət göstərirlər. Almaniyada müasir idarəçilik sistemi Federal idarəçilik, Əyalət idarəçiliyi və bələdiyyə idarəçiliyi olaraq üç qola bölünür və bələdiyyə idarəçiliyi üçüncü qolu təşkil edir.

Kənd bələdiyyəsi Gemein, əyalət bələdiyyəsi Landgemein və şəhər bədiyyəsi Stadgemein olaraq 3 qrupa bölünən və birdə kreisfreie stad olaraq (yəni hər hansı əyalətə və yaxud bölgə bələdiyyəsinə tabe olmayıb tam müstəqil olan) Almaniya yerli özünü idarə etmə sistemi struktur və idarə etmə baxımından 4 müxtəlif modeldən ibarətdir.

Cənubi Almaniya Güclü bələdiyyə sədri modeli:

Bu model Bayern və Baden Württenberg əyalətlərində tətbiq bələdiyyə sədrlərinin səlahiyyətlərinin geniş olduğu bələdiyyə modelidir. Bələdiyyə sədrinin güclü olmasının əsas səbəbi sədr seçkisinin bələdiyyə məclisi seçkisindən ayrıca keçirilməsi və sədrin məclis tərəfindən deyil xalq tərəfindən seçilməsidir.

Bələdiyyə sədrliyi modeli:

Rheinland-Pfazl, Saarland, Schleswig-Holstein əyalətlərində yəni əsasən bölgələrdə tətbiq edilən bu modeldədə Cənubi Almaniya modeli kimi sədrin səlahiyyətləri genişdir. Lakin bu modeldə bələdiyyə sədrini xalq deyil bələdiyyə məclisi seçir və bələdiyyə sədri həmdə məclisin rəhbəridir.

Şimali Almaniya məclis modeli:

Şimali Almaniya məclis modelində bələdiyyə məclisinin səlahiyyətləri bələdiyyə sədrinin səlahiyyətlərindən daha güclüdür. Nordrhein-Westfalen və Niedersachsen əyalətlərində təbiq edilən bu modelin İngilislərdən təsirlənərək yaradıldığı qeyd edilir. Bələdiyyə sədri məclis üzvləri arasından seçilir və Bürgermeister adlanır.

Magistrat Modeli:

Freiherr vom Steinin irəli sürdüyü bu modelinin əsas xüsusiyyəti bələdiyyə məclisi tərəfindən seçilən bələdiyyə sədri və vəzifəli şəxslər müəyyən müddətə seçilirlir. Məclisdə sədr istisna olmaq bələdiyyə idarəçiliyini həyata keçirən və bələdiyyə məclisi tərəfindən seçilən, ehtiyac olduqda fəaliyyətlərinə məclis tərəfindən xitam verilən magistrat adlı qrum fəaliyyət göstərir. Magistrat modeli Schleswig-Holstein və Hessen əyalətlərində tətbiq edilir.

İtaliya

Unitar idarəçilik formasına malik İtaliya konistitusiyasının 114-ci maddəsinə görə ölkə bölgələrə, rayon və şəhər və kömünlərə yəni kənd və qəsəbələrə bölünür. İtaliyada 5 özəl satuslu, 15 sadə statuslu bölgə və yaxud əyalət var ki, ümumi olaraq İtaliya ərazisi 20 bölgəyə bölünmüşdür. Bölgələrin yerli özünü idarəetməsi üzvlərinin sayı bölgə əhalisinə görə 30 ilə 40 arasında dəyişən məclis tərəfindən həyata keçirilir. Məclis tərəfindən bölgəni təmsil edən əncümənlik üzvləri və sədri seçilir. Əncümənlik bölgə məclisinin qərar və qanunlarının həyata keçirilməsini təmin edir.

Şəhər və rayonlar üzrə İtaliyada 95 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyə məclisinin üzvlərinin sayı ərazidə yaşayan sakinlərin sayına uyğun olaraq 24 ilə 45 arasında dəyişir. Məclisin üzvləri və sədri birbaşa xalq tərəfindən seçilir. Bölgər üzrə olduğu kimi şəhər və rayonlarda həmçini “Guinta” adlı əncümənlik mövcuddur. Qanuna görə əncümənlik üzvlərinin sayı ən az 2 nəfər olmaqla və 8-dən artıq olmamaq şərti ilə məclis üzvlərinin sayının beşdə biri həcmində seçilməlidir.

Qəsəbə və kənd bələdiyyələri hesab edilən kömünlərin sayısı isə 8100-dür. Əhalisinin sayı 3000 nəfər olan bələdiyyə məclisində üzvləri sayı 12-nəfər olaraq müəyyənləşdirilib. Dövlət konistitusiyasına və qanunlara əsasən müəyyən səlahiyyətlər kömünlərə həvalə edə bilər. Məsələn dövlət statistika, nigah, seçki və digər məsələləri dövlət təmsilçisi sifətiylə kömün sədrilərinə həvalə edilə bilər.

İspaniya

Digər Avropa ölkələri kimi İspaniya bələdiyyə idarəetməsi qədim olsada, müasir yerli özünü idarə etmənin əsası 1812-ci il konistitusiyası ilə qoyulmuşdur. İspaniyada yerli özünü idarə etmə sistemi yaşayış məntəqələri üzrə bələdiyyələr və bölgə bələdyyələri olaraq iki hissəyə bölünür. Yaşayış yerləri yəni kənd, qəsəbə üzrə 8082 bələdiyyə fəaliyyət göstərməkdədir. Bələdiyyə idarəçiliyi xalq tərəfindən seçilən bələdiyyə sədri və ayuntamiento adlanan məclis tərəfindən həyata keçirilir.Bir çox hallarda bələdiyyə sədri məclis tərəfindəndə seçilə bilir. Məclis üzvlərləri 4 illik müddətini seçilir.Məclis üzvləri bələdiyyə sədri qanun pozuntularına yol verdiyi və yaxud idarəçiliyi yetərsiz olduğu təqdirdə səsvermə yolu ilə vəzifəsinə xitam vermək hüququna malikdirlər. Məclis üzvlərinin sayı yaşayış yerinin sakinlərinin sayına görə dəyişgəndir. Məsələn sakinlərinin sayı 250-nəfərdən az olan yerlərdə ən az 5 nəfər məclis üzvü olurki, yüz minə yaxın sakini olan yaşayış məntəqələrində 25 nəfər məclis üzvü seçilir.Sakinlərinin sayı 5000 nəfərdən çox olan bələdiyyərdə sədr tərəfindən məclis üzvləri arasından seçilən əncümənlik sisteminin qurulması məcburi prosesdir.

İsveç:

Parlamentli monarxiya tipli idarəçilik modelinə malik İsveçdə ilk bələdiyyə sistemi haqqında ilk məlumatlara hələ 1766-cı ilə aid sənədlərdə rast gəlinsədə self-goverment adlanan yerli özünü idarəetmə tarixi İsveçdə daha qədim ən-ənələrə malikdir. İsveçdə bələdiyyə sistemi şəhər və qəsəbə bələdiyyələri və bölgələyələr üzrə bələdiyyələr olmaqla iki qrupa bölünür. 1862-ci ildə İsveçrədə 2498 bələdiyyə mövcud idisə 1974-cü ildə qəbul edilmiş qanuna görə bölgələr üzrə 24 şəhər və qəsəbələr üzrə 248 bələdiyyə fəaliyyət göstərirdisə hal-hazırda bu rəqəm 289 bələdiyyə idarəsi mövcuddur.

İsveçdə ərazilərin idarə edirə edilməsi qanununa görə bələdiyyələrin idarə edilməsi qərar vermə orqanı olan bələddiyyə məclisi və əncümanlıq funksiyasını yerinə yetirən idarə heyəti tərəfindən həyata keçirilməsi məcburu xarakter daşıyır. Yerli özünü idarəetmə qanuna görə məclis üzvlərinin sayı azı 31 nəfər olmaqla 101-nəfərdən çox ola bilməz.

Avropa ölkələri idarəetmə formalarına görə unitar, federativ və moarxiya kimi fərqli idarəetmə sistemlərinə malikdirlər. Hər bir idarəetmə formasının özünə məxsus yerli özünü idaerəetmə ənənələri olsada araşıdırıb onlardan Azərbaycan bələdiyyələri üçün uyğun olanların müzakirə edilib istifadə edilməsi üçün platformanın (komissiyalar, seminarlar, debatlar) yaradılmasına ehtiyac vardır.

Fərman Salmanlı

Abşeron rayon,

Hökməli bələdiyyəsinin sədr müavini

Hüquqşunas

Comments are closed, but trackbacks and pingbacks are open.