Press "Enter" to skip to content

Bələdiyyə maliyyəsi kitab

12. Əsaslı vəsaitlərin özəlləşdirilməsi

Dövlət və bələdiyyə maliyyəsinin əsasları

Dövlət maliyyəsi (public finance) – dövlətin vergiqoyma, borclanma və xərc siyasətini analiz edən iqtisadiyyatın bir sahəsidir. Dövlət maliyyəsi dövlətin yaşamasının və onun fəaliyyət göstərməsinin maddi cəhətdən təmin edilməsinə xidmət göstərən dövlət pul vasitələri fondlarının yaranması, bölgüsü və istifadə edilməsində cəmiyyətin iqtisadi münasibətləri məcmusu. Dövlət maliyyəsi iqtisadi münasibətlərin məcmusudur. Bunun əsasında pul resursları fondu yaradılır və geniş təkrar istehsal prosesi üçün istifadə olunur. “Dövlət maliyyəsi – dövlətin öz funksiyalarını gerçəkləşdirməsi üçün zəruri olan fondların yaranması və istifadəsi üzrə pul münasibətləri sistemidir.”

İctimai sektora nəzəri prizmadan aşkarlanan şərhləri və maliyyənin izahına aid müasir yanaşmaları nəzərə alsaq, dövlət və bələdiyyə maliyyəsinin mahiyyətini aşağıdakı kimi xarakterizə etmək olar:

Dövlət və bələdiyyə maliyyəsi – İctimai məhsullar istehsalını və başqa ictimai idarəetmə funksiyalarının gerçəkləşməsi üçün zəruri olan pul resurslarının formalaşması və istifadəsi prosesi və bu prosesin effektiv idarə edilməsidir.

övlət büdcəsi gəlirlərinin təsnifatı (classification of state budget revenues) – dövlət büdcəsi gəlirlərinin yaranma mənbələrinə görə qruplaşdırılmasıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı Azərbaycan Respublikası dövlət büdcəsinin gəlirlərinin təsnifatına əsasən, dövlət büdcəsinin ümumi gəlirləri 4 bölmədə və 18 köməkçi bölmədə qruplaşdırılır, köməkçi bölmələr isə, öz növbəsində, paraqraflara ayrılır. Dövlət büdcəsi gəlirlərinin qruplaşdırıldığı bölmələr və köməkçi bölmələr aşağıdakılardır:

I. Vergilərdən daxilolmalar

1. Gəlirlərdən (mənfəətdən) vergilər

1.1. Əhalidən tutulan gəlir vergisi

1.2. Mənfəətdən (gəlirlərdən) vergi

1.3. Əmtəə-material dəyərlərinin yenidən qiymətləndirilməsindən daxilolmalar

2. Məcburi dövlət sosial sığorta haqları

3. Əməkhaqqı fonduna və işçi qüvvəsinə vergilər (ehtiyat)

4. Mülkiyyətdən vergilər

4.2. Əmlak vergisi

4.3. Hədiyyələrdən və vərəsə qalan əmlakdan vergi

4.4. Qiymətli kağızlarla əməliyyatlardan vergi

5. Mal və xidmətlərdən alınan daxili vergilər

5.1. Əlavə dəyər vergisi

5.2. Aksiz vergisi

5.3. Malların istifadəsinə, yaxud istifadə hüququ verilməsinə vergilər

5.4. Hər hansı bir fəaliyyətlə məşğul olmaq üçün vergilər

5.5. Mədən vergisi

6. Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər (gəlirlər)

II. Vergi olmayan gəlirlər

7. Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər

7.1. Büdcə təşkilatlarının xüsusi vəsaitlərinin daxilolması

7.2. Maliyyə və qeyri-maliyyə müəssisə və idarələrindən vergi olmayan daxilolmalar

7.3. Xarici dövlətlərdən mülkiyyətlə bağlı gəlirlər

7.4. Xarici qeyri-dövlət strukturlarından mülkiyyətlə bağlı gəlirlər

7.5. Daxili xüsusi sektordan daxil olan mülkiyyətlə bağlı gəlirlər

7.6. Mülkiyyətdən daxil olan sair gəlirlər

8. İnzibati tədiyələr və rüsumlar

9. Cərimə və sanksiyalar üzrə daxilolmalar

10. Dövlət idarəçiliyi daxilində dövlət qulluqçularının sosial təminat və təqaüd fondlarına ayırmalar (ehtiyat)

11. Vergi olmayan sair daxilolmalar

III. Əsaslı gəlirlər

12. Əsaslı vəsaitlərin özəlləşdirilməsi

13. Dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar

14. Torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar

15. Qeyri-rəsmi mənbələrdən əsaslı ödənişlər (transferlər)

IV. Rəsmi qaydada alınan vəsaitlər (transferlər)

16. Xaricdən alınan vəsaitlər

17. Digər səviyyəli büdcələrdən alınan vəsaitlər

Qeyd etmək lazımdır ki, 1-ci (vergilərdən daxilolmalar) və 2-ci (vergi olmayan gəlirlər) bölmələrin cəmi büdcənin cari gəlirlərini əmələ gətirir. Cari gəlirlərə 3-cü (əsaslı gəlirlər) və 4-cü (rəsmi qaydada alınan vəsaitlər) bölmələr üzrə gəlirlər əlavə edildikdə büdcənin ümumi gəlirləri alınır.

Dövlət büdcəsinin xərcləri (budget expenditures) – dövlət idarəetmə səviyyələrinə uyğun olan məlumatları və yerli büdcələr haqqında məlumatları əhatə edir və dövlətin fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaiti əks etdirir. İctimai təyinatına görə büdcə xərclərinin strukturu dörd qrupa bölünür: iqtisadiyyat sahələri, sosialmədəni tədbirlər, müdafiə, idarəetmə. Xərclərə, həmçinin, borc kimi verilən istiqrazlar (qaytarılmış kreditləri çıxmaqla) və dövlət tərəfindən iqtisadiyyatın digər bölmələrinə verilən ssudanın digər növləri də daxil edilir. Dövlət xərcləri – geniş mənada bu, dövlət büdcəsindən həyata keçirilən bütün xərclərdir. Lakin bəzi hallarda bu termini büdcə vəsaitlərinin bilavasitə dövləti funksiyaların (məsələn, dövlət idarəetməsinin və milli müdafiənin təşkili, hüquq-mühafizə və məhkəmə xidmətlərinin təmin edilməsi və s.) icrasının maliyyələşdirilməsinə yönəldilmiş hissəsini fərqləndirmək üçün istifadə edirlər.

Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikasının qanununda deyilir:

Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaiti. Yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyil.

Maddə 7. Yerli büdcənin gəlirləri
1. Yerli büdcənin gəlirlərinə aşağıdakılar aid edilir:
1.1. fiziki şəxslərdən torpaq vergisi;
1.2. fiziki şəxslərdən əmlak vergisi;
1.3. yerli əhəmiyyətli tikinti materialları üzrə mə`dən vergisi;
1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi;
1.5. küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş;
1.6. kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli vergi və ödənişlər;
1.7. Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar;
1.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər, lotoreyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər;
1.9. fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları;
1.10. dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti.
2. Bu maddənin 1.1 – 1.6-cı yarımbəndlərində göstərilən yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə dərəcələrinin aşağı və yuxarı həddi qanunla müəyyən edilir, tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir.
3. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli məsələlərin maliyyələşdirilməsi üçün bu maddənin 1.6-cı yarımbəndində göstərilən yerli vergi və ödənişlər, habelə könüllü birdəfəlik ödənişlər barədə qərarlar qəbul edə bilərlər. Könüllü birdəfəlik ödənişlər barədə qərarlar nəticəsində əldə olunan vəsait yalnız məqsədli tə`yinatı üzrə istifadə olunur.

Maddə 8. Yerli büdcələrin xərcləri
1. Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir.
2. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır.
Yerli büdcələrdə həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşdirilməsi üçün xərclər nəzərdə tutula bilər.
3. Dövlət büdcəsindən dotasiya alan yerli büdcənin xərclərinin hesablanmasında tətbiq olunan normativlər dövlət büdcəsinin xərclərinin proqnozlaşdırılması üçün tətbiq olunan xərc normativlərindən yüksək ola bilməz.
4. Dotasiyanın maksimum həddinin hesablanmasında dövlət büdcəsinin proqnozunda xərc normativləri və ərazinin respublika maliyyə resurslarının formalaşmasında xüsusi çəkisi nəzərə alınır.
5. Əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün qanunvericilik və icra hakimiyyətləri tərəfindən ayrılan məqsədli vəsait, o cümlədən subvensiya hesabına xərclərin maliyyələşdirilməsi yerli büdcənin məxaric hissəsində ayrıca sətrlə göstərilir.
6. Xərclərinin öz gəlirləri ilə tə`min olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər.

VERGİLƏR

Bələdiyyələrin əsas maliyyə mənbələri yerli vergi ödənişlərinin hesabına formalaşır. Bunlar fiziki şəxslərdən torpaq vergisi, fiziki şəxslərdən əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisidir.

Bələdiyyələrin əsas maliyyə mənbələri yerli vergi ödənişlərinin hesabına formalaşır. Bunlar fiziki şəxslərdən torpaq vergisi, fiziki şəxslərdən əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisidir.

Bu əsas 4 vergi növündən başqa, bir sıra xidmətlər üzrə ödənişlər də yerli özünüidarəetmə orqanlarının hesabına toplanır. Mövcud qanunvericiliyə görə, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yerləşdirilməsindən və yayımından, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə xidmətlərindən, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərilən şəxslərdən tutulan ödənişlər yerli özünüidarəetmə qurumlarının ixtiyarına verilib. Bundan başqa, bələdiyyə ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödənişlər, eləcə də restoran və şadlıq evləri, əyləncə mərkəzlərindən də bəzi ödənişlər yerli bələdiyyələr tərəfindən yığılır.

Bələdiyyə orqanların maliyyə mənbələrinə aşağıdakılar da daxildir:
– Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar;
– bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən gəlirlər;
– lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər;
– fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları;
– dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti;
– yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar.

Bələdiyyə maliyyəsi kitab

Bələdiyyə haqqında ümumi məlumat

1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkisindən xeyli müddət keçsədə bir çoxları hələdə bələdiyyə haqqında tam və dolğun məlumat sahibi deyillər.Xüsusən bələdiyyənin fəaliyyət sferasının nə olduğu və yerli özünü idarəetmə anlayışı hələdə cəmiyyətimiz üçün tam olaraq aydınlaşmayıb və bəzi hallarda bələdiyyə yanlış olaraq dövlət qurumu kimi anlaşılır. Yerli özünü idarəetmə nədir, hansı əsaslarla fəaliyyət göstərir, strukturu və idarəçilik forması hansı prinsiplərə əsaslanır? Bələdiyyələr fəaliyyətlərində nə dərəcədə müstəqildirlər və bələdiyyə qərarları hansı prinsiplər əsasında qəbul edilinr? Bizim üçün bələdiyyə sistemi yeni yaranmış təsisatdır. Mətbuatda ara-sıra bələdiyyə ilə bağlı marifləndirici araşdırmalara rast gəlinsədə yenədə yetərli deyil. Demək ki, insanlarımızın bələdiyyələr haqqında dolğun məlumatlanmaqları üçün hələ uzun illərə, yüzlərlə araşdırmalara, kitab və məqalələrə ehtiyac vardır. Bu məqsədlə bir bələdiyyə nümayəndəsi kimi bələdiyyə haqqında anlayışları və izahları 15 başlıq altında toplayıb bələdiyyə barəsində ümumi məlumat verməyə çalışacam.
1. Bələdiyyə nədir?
Bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində (kənd, qəsəbə, rayon və şəhər) yaşayan sakinlər tərəfindən yerli xarakterli seçkilər əsasında formalaşan sakinlərin yerli özünü idarəetmə formasıdır. Bələdiyyələrin funksiyaları yerli əhəmiyyətli problemlərin həllinə dövlətin iştirakı və rolu olmadan müstəqil sürətdə və yerli resurslar vasitəsiylə nail olmaqdir. Azərbayanda 1999-cu il 12 dekabr tarixində keçirilmiş ilk bələdiyyə seçkisində 2700 bələdiyyə formalaşsada zamanla özünü doğruldmayan, ərazi və əhali sayı baxımından kiçik bələdiyyələrin birləşdirilməsi sayəsəində hal-hazırda 1607 bələdiyyə orqanı fəaliyyət göstərməkdədir.
Bələdiyyə sözü mənşəycə ərəb sözü olub Azərbaycanca tərcüməsi şəhər və yaxud məmləkət mənasını verən “Beled” və ya belde sözündən törəmişdir.
Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu əsasən Azərbaycanda bələdiyyələri idarəçilik formasına görə qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlardır.
Bələdiyyə seçkili orqandır və yalnız seçkilərdə səs toplayaq qalib gəlmiş namizədlər bələdiyyə üzvü olmaq hüququ əldə edirlər.
2. Bələdiyyə seçkiləri:
Bələdiyyə seçkiləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun keçirilir. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir.
Bələdiyyə işinin təşkili prosesi görüləcək işlərlə əlaqədar qərarların qəbulu (bələdiyyə üzvləri tərəfindən) və işin icrası olaraq (bələdiyyə qulluqçuları tərəfindən)iki ayrı mərhələdən ibarətdir.
3. Bələdiyyə üzvü:
Bələdiyyə üzvü bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Yerli əhəmiyyətli məsələlərin həlli ilə əlaqədar qərarlar bələdiyyə üzvlərinin iştirak etdiyi bəzən ümumi yığıncaqda deyilən bələdiyyə yığıncağı (məclisi) tərəfindən qəbul edilir. Bələdiyə üzvləri bələdiyyənin iclaslarında müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır. Bələdiyyə üzvlərinin sayı Azərbaycan Respublikasının seçki məcəlləsinə və Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan Respublikasının qanuna əsasən ərazidə yaşayan sakinlərin sayına əsasən müəyyənləşdirilir.
4. Bələdiyyə qulluqçusu:
Bələdiyyə qulluqçusu yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən şəxs hesab edilir. Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanuna görə bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər. Qanunvericiliyə əsasən bələdiyyə qulluqçularının fəaliyyətləri vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə öz səlahiyyətləri çərçivəsində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxmaq, yerli icra hakimiyyətinin müvafiq strukturları ilə fəaliyyətlərini əlaqələndirmək və yerli problemlərin həllində çalışmaq kimi geniş sahələri əhatə edir.
Azərbaycan bələdiyyə sistemində bələdiyyənin işinin təşkil edilməsinəə rəhbərliyi bələdiyyənin sədri, sədr olmadığı hallarda sədr müavini həyata keçirir.
5. Bələdiyyə sədri və müavini:
Azərbaycan bələdiyyələri kollegial orqan olsalarda bələdiyyə sədrlərinin səlahiyyəti genişdir. Məsələn yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini Bələdiyyə iclasının qərarına əsasən bələdiyyənin sədri təyin edir. Bələdiyyənin fəaliyyəti ilə əlaqədar əmr və sərəncamlar verir. Bütün bunlarla yanaşı sədr bələdiyyənin fəaliyyətini təşkil edir, aktların icrasını təmin edir, bələdiyyə aktlarının elektron informasiya ehtiyatlarında açıqlanmasını təmin edir, üçüncü şəxslərin qarşısında bələdiyyəni təmsil edir Bələdiyyə sədri həmdə icra aparatının rəhbəridir.
Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir və bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll edir.
Bələdiyyələrin icra orqanı həmən bələdiyyənin daxilində fəaliyyət göstərən icra aparatıdır.
6. Bələdiyyənin icra aparatı:
Bələdiyyənin icra aparatının tərkibi bələdiyyənin sədrindən, yerli əhaliyə xidmət, iqtisadi, ekoloji, sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan idarə, şöbə və digər struktur bölmələrdən ibarətdir. İcra aparatının fəaliyyəti bələdiyyələrin daxilində daimi və başqa komissiyalarının yaradılması, qanun çərçivəsində informasiya mübadiləsi, bələdiyyənin kargüzarlıq işinin təşkili və bələdiyyənin maddi-texniki təminat məsələlərinə nəzarət etməkdir. Həmçinin İcra aparatı bələdiyyə sədrinin tapşırıqlarının tapşırıqlarına əsasən bələdiyyənin qərarlarının icrasını təmin edir. İcra aparatı fəaliyyəti barədə yəni icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat verməklə, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verməlidir.
“Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnaməsinin qəbul edilməsi haqqında Azərbaycan Respublikasının qanunda qeyd edilirki, Bələdiyyələr yerli büdcə, yeri sosial və yerli iqtisadi məsələlər, yerli ekologiya və onların fəaliyyətinə aid hüquq məsələləri ilə bağlı daimi komissiyalar formalaşdıra bilərlər
7. Bələdiyyənin daimi və başqa komissiyaları:
Azərbaycan Respublikası Konstitusiyasının 143-cü maddəsinə və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyələr öz fəaliyyətini daimi və başqa komissiyalar vasitəsi ilə təşkil edirlər.
Buraya bələdiyyə səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və qərar layihələrinin hazırlanması məslələrini, bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət kimi məsələlərdə daxildir. Bələdiyyələr tərəfindən daimi və başqa komissiyalar yaradılarkən yerli əhəmiyyətli məsələlərin nəzərə alınması mütləqdir.
Bələdiyyələrin nəzdində təşkil edilmiş komissiyalarının say tərkibi bələdiyyə tərəfindən müəyyən edililməklə, yaradılan daimi və başqa komissiyaların tərkibi azı üç bələdiyyə üzvüdən ibarət olmalıdır. Bir bələdiyyə üzvü eyni vaxtda bir neçə komissiyanın üzvü ola bilər.
Bələdiyyələr hər nə qədər müstəqil qurum olsalarda fəaliyyətlərinə dövlət tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda inzibati nəzarət həyata keçirilir.
8. Bələdiyyələrin fəaliyyətlərinə inzibati nəzarət mexanizmləri:
Bələdiyyələrin fəaliyyətlərinə inzibati nəzarət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən tərəfindən icra edilir. Bələdiyyələrlə iş mərkəzi Ədliyyə Nazirliyi mərkəzi aparatında baş idarə səlahiyyətlərinə malik müstəqil qurumdur. Bələdiyyələrlə iş mərkəzini öz fəaliyyətini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin haqqında Əsasnamə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat və digər müvafiq qanunvericilik aktları əsasında təşkil edir.
Ədliyyə Nazirliyi tərəfində bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi Bakı şəhərində baş idarə olan Bələdiyyələrlə iş mərkəzi olmaqla yerlərdə regional Ədliyyə şöbələri vasitəsilə təmin edilir.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin iki mexanizmi vardır:
1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunvericilik.
2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan.
Hər iki qurumun fəaliyyətinin özəyini bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına nail olmaq və qanunvericiliklə müəyyən edilmiş qaydalar daxilində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirilməsidir.
Yerli özünü idarəetmə orqanları cəmiyyətin və insanların inkişafı naminə yerli sosial müdafiə və sosial inkişaf proqramları həyata keçirmək hüququna malikdirlər.
9. Yerli sosial müdafiə və sosial inkişaf proqramları:
Bələdiyyələr dövlət sosial təminatından əlavə mütəmadi və birdəfəlik sosial təminat, dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi və sair proqramları həyata keçirə bilərlər.Bələdiyyələr tərəfindən həyata keçirilən yerli sosial müdafiə və sosial inkişaf proqramlarında əsas məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Lakin bələdiyyələr qeyd edilən proqramları qəbul və icra edərkən dövlət orqanlarının müvafiq proqramlarının həyata keçirilməsinə müdaxilə edə bilməzlər.
İstənilən sistemin özünü doğruldması və inkişafa nail olması üçün həmən sistemin sağlam iqtisadi əsaslarıın olması mühüm amildir.
10. Bələdiyyənin iqtisadi və maliyyə əsasları:
Bələdiyyə sisteminin iqtisadi əsaslarına bələdiyyə mülkiyyəti, yerli maliyyə, dövlət mülkiyyətində olan və bələdiyyələrin istifadəsinə verilmiş bələdiyyə əhalisinin tələbatının ödənilməsinə xidmət edən əmlaklar daxildir. Bələdiyyə öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni bələdiyyələr əmlaklarına sərbəst olaraq sahiblik etməklə, ondan istifadə edir və əmlakları barədə sərəncam verirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri və digər daşınar və daşınmaz əmlak daxildir.
Qanunvericilik icazə verir ki, bələdiyyələr yerli əhalinin maddi mənafeyi və bələdiyyənin inkişafı naminə qanunla müəyyənləşdirilmiş qaydada xarici iqtisadi fəaliyyətlə məşğul olsunlar.
Hər bir bələdiyyə qurumu və bələdiyyə orqanlarında tutduğu vəzifəsindən aslı olmayaraq çalışan hər kəs fəaliyyətində məsuliyyətli olmalı və qanunlara riayət etməlidir.
11. Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyətinin əsasları və növləri
Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri hüquqa zidd hərəkətlərə və hərəkətsizliyə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar, barələrində inzibati qaydada və məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər. Eyni zamanda bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər.
Bələdiyyələr yalnız həmən bələdiyyənin ərazisində hüquqi qüvvəyə malik yerli əhəmiyyətli qərarlar(aktlar) qəbul edə bilərlər.
12. Bələdiyyə aktlarının qəbul edilməsi və qüvvəyə minməsi qaydası:
Bələdiyyə aktlarının qəbul edilmə qaydaları bələdiyyələrin nizamnamələri ilə müəyyənləşdirilir. Nizamnamələrə görə bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu əsasında qəbul edilir.Lakin qərar layihələrinin irəli sürülmə hüququ təkcə bələdiyyə iclasına aid deyil. Yerli özünü idarəetmə orqanınin nizamnaməsinə uyğun olaraq sakinlərində yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək hüququ vardır. Yerli əhəmiyyətli məsələlər barəsində əhalinin bələdiyyələrə verdiyi bələdiyyə aktlarının layihələri hökmən əhalinin nümayəndələrinin iştirakı ilə açıq iclaslarda müzakirə olunmalı və nəticələri rəsmi formada elan edilməlidir.
Bələdiyyələrin fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını və Nizamnamələrini rəhbər tuturlar.
13. Bələdiyyə nizamnaməsi:
Bələdiyyələrin nizamnamələri hazırlanarkən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 2 iyul tarixli 698-IQ nömrəli Qanununu və Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyənin nümunəvi nizamnaməsi”nə və digər qanunvericilik aktlarına uyğun olmasına diqqət yetirilir. Bələdiyyə nizamnamələrində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yerli özünüidarənin təşkilinə, bələdiyyələrin və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin səlahiyyətinə və fəaliyyət qaydasına dair bütün müddəalar əksini tapır.
Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququ olan sakinlərin iştirakı ilə vətəndaş yığıncaqları keçirilə bilər.
14. Vətəndaşların yığıncaqları:
Qanunla müəyyən edilmiş hallarda sakinlər yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədi ilə vətəndaş yığıncaqlarını keçirə bilərlər.Vətəndaş yığıncağının baş tutması və qərar qəbul etməsi üçün ilk nöcbədə səsvermə hüququ olan sakinlərin 25 faizinin iştirakı lazımdır.Vətəndaş yığıcağının hətta bələdiyyənin nizamnaməsinin qəbul edilməsi, dəyişdirilməsi və qərarların qəbul edilməsi kimi mühüm səlahiyyətləri vardır.
Əhalisi 500 nəfərdən az olan bələdiyyələrdə yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədi ilə həmin bələdiyyə ərazilərində vətəndaşların yığıncaqları bələdiyyə üzvlərinin yığıncağı ilə bərabər hüquqa malikdir.
Bələdiyyə üzvləri hər altı aydan bir, bələdiyyələr isə qurum olaraq ildə bir dəfə hesabat verməlidirlər.
15. Bələdiyyənin hesabatı:
Bələdiyyələr iki halda fəaliyyətləri barədə hesabat verməlidirlər.
1. Aprel ayının 1-nə qədər gördüyü işlər barədə ictimaiyyət qarşısında verdiyi illik yekun hesabat.
2. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi və qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə.
Yerli özünü idarəetmə orqanlarının əhəmiyyəti yerli problemlərin həllini sakinlərin öz idarəçilikləri vasitəsiylə təmin etməklə dövlət büdəcsinin yükünü azaldaraq dövlətin güclənməsinə nail olmaqdadır.

Hüquqşunas, Fərman Salmanlı

Comments are closed, but trackbacks and pingbacks are open.