Press "Enter" to skip to content

Mumdünya İnsan Hüquqları Bəyannaməsi (1948)

2. Hər bir insan müəllifi olduğu elmi, ədəbi, yaxud bədii əsərlərin nəticələrindən ibarət mənəvi və maddi mənafelərini müdafiə etmək hüququna malikdir.

Bmt nin insan hüquqları haqqında ümumi byannamsi

BMT-nin İnsan Hüquqları üzrə Komitəsi Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın ona üzv dövlətlər tərəfindən həyata keçirilməsinin monitorinqini həyata keçirən bir qurumdur. Bütün üzv dövlətlər müntəzəm olaraq Komitəyə beynəlxalq paktda qəbul olunmuş hüquqların həyata keçirilməsi ilə bağlı hesabatlar təqdim edirlər. Komitə isə bu hesabatları araşdırır və yekunda həmin ölkəyə təklif və tövsiyələrini ünvanlayır.

17 oktyabr – 4 noyabr 2016-cı il tarixlərində keçirilən İnsan Hüquqları üzrə Komitənin 118-ci sessiyası çətçivəsində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın həyata keçirilməsinə dair Azərbaycan Respublikasının dördüncü dövri hesabatına baxılmışdır.

Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) professor Elmira Süleymanovanın Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın implementasiyası ilə bağlı paralel hesabatı BMT-nin İnsan Hüquqları üzrə Komitəsinə təqdim edilmişdir.

Insan Hüquqları üzrə Komitədə dövlətlərin məruzəsinə baxılması qaydalarına müvafiq olaraq Paris prinsiplərinə müvafiq A statusu ilə akkreditasiya olunmuş Milli İnsan Hüquqları İnstitutları da təmsil etdikləri dövlətin müvafiq konvensiya üzrə məruzəsi dinlənilərkən çıxış etmək hüququ vardır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri 118-ci sessiyanın açılış günündə, biləvasitə Milli İnsan Hüquqları İnstitutlarının dəvət olunduğu tədbirdə iştirak etmişdir. Daha ətraflı

İşgəncələr haqqında məlumatı təcili Ombudsmana ötür Uşaq hüquq pozuntusu ilə bağlı məlumatı təcili Ombudsmana ötür –>

Onlayn müraciət

İnformasiya sorğusu

Ombudsmanın müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquq pozuntularının araşdırılması ilə bağlı fəaliyyəti

İnkişaf Konsepsiyası –>

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı

OMBUDSMAN

AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ

Çağrı Mərkəzi

Qəbul günləri

Bazar ertəsi – Cümə
saat 09:00 – 18:00

Çərşənbə axşamı, Cümə
saat 14:00 – 17:00

Bakı şəhəri, AZ 1000
Üzeyir Hacıbəyli 80
Hökumət evi I Ala qapı

Hökumət Evi Vətəndaşların
Qəbul Mərkəzi

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948)

İkinci dünya müharibəsi ərəfəsində insan hüquqları, daha dəqiq desək, “insanın dövlətin özbaşınalığından müdafiə olunmaq hüquqları” Qərb ölkələrinin yalnız bir neçəsinin Kon¬¬s¬titusiyasında əks olunmuşdu. Bundan əlavə, o dövrdə dövlətlərin öz vətəndaşları ilə davranışı hər yerdə dövlətin digər dövlətlərin qarışmağa haqqı olmadığı sırf daxili işi sayılırdı.

Müharibənin və faşist diktaturasının dəhşətləri dünyanın öncül demokratik dövlət¬lərinin ictimaiyyətlərini belə fikrə gətirib çıxardı ki, dünya ölkələri öz “evlə¬r”ində insan hüquqlarını pozmağa son verməyənə qədər dünyanı ədalətli şəkildə nizama salmaq mümkün olmayacaqdır.

Müharibə başa çatdıqdan sonra qalib dövlətlər ABŞ prezidenti Ruzveltin təşəbbüsü ilə döv¬¬¬lətlər arasında sülhü və bütün dünyada insan hüquqlarını təmin edə biləcək daimi beynəlxalq təşkilatı — Birləşmiş Millətlər Təşkilatını yaratmaq qərarına gəldilər. BMT-nin 26 iyun 1945-ci ildə qəbul olunmuş xartiyasının (nizamnaməsinin — red.) maddə¬lərinin birində göstərilirdi ki, bu təşkilatın vəzifəsi “hamı üçün irqinə, cinsinə və dininə görə heç bir ayrı-seçkiliyə yol vermədən insan hüquqlarına və azadlıqlarına hamılıqla hörmət və əməl edilməsinə kömək etməkdir” (1.55-ci maddə). Beləcə, insan hüquqlarının beynəlxalq hüququn subyekti kimi tanınması yolunda ilk addım atıldı.

Demokratik ölkələrin təşəbbüsü ilə ABŞ prezidenti Ruzveltin arvadı Eleonorun başçı¬lıq etdiyi xüsusi komitə özündə dövlətin poza bilməyəcəyi əsas insan hüquqlarının siyahı¬sını əks etdirməli olan beynəlxalq bəyannamə üzərində işə başladı. Bu, böyük gərginlik və həssaslıq tələb edən bir iş idi: Qərb ölkələri bəyannamədə əsasən siyasi və vətəndaş hüquqlarının əks olunmasına çalışdıqları halda, SSRİ nümayəndələri tələb edirdilər ki, bəyannamədə üstünlük sosial və iqtisadi hüquqlara verilsin, belə ki, onların fik¬rincə, bu hüquqlar SSRİ-də lazımınca təmin edilmişdi və bunlarsız siyasi hüquqların heç bir əhəmiyyəti yox idi. Bəyannamədə hər iki tələbə əməl olundu, lakin sosialist ölkələri onu imzalamaqdan imtina etdilər.

Bəyannaməni 10 dekabr 1948-ci ildə BMT-nin 48 ölkəsi qəbul etdi (həmin gün Beynəlxalq insan hüquqları günü sayılır). Sənədi din azadlığı barədəki müddəa ilə razı¬laşmaq istəməyən Səudiyyə Ərəbistanı, irqi bərabərliklə razılaşmaq istəməyən Cənubi Afrika Respublikası və bəyannamədə göstərilmiş siyasi hüquqlardan ehtiyatlanan SSRİ, Polşa, Çexoslovakiya və Yuqoslaviya imzalamaqdan imtina etdilər.

Bəyannamənin beynəlxalq sənəd statusu yox idi, o, yalnız insan hüquqları sahəsində ölkələ¬rin can atmağa vəd etdikləri beynəlxalq standart kimi qəbul olunmuşdu. Lakin bu sənədin olduqca böyük mənəvi və ideoloji əhəmiyyəti var idi. İlk dəfə etiraf olunurdu ki, insan hüquqları universal — ümumdünya xarakteri daşıyır və dünya ölkələri arasındakı mədəni, tarixi və ictimai fərqlərdən asılı deyildir. Bundan başqa, insan hüquqları daha ölkənin daxili işi sayıla bilməzdi.

Bir çox ölkələr hələ də bəyannamənin ayrı-ayrı maddələrini pozmaqda davam etsə də, açıq şəkildə ona qarşı çıxmağa heç kəs cəsarət göstərmir də. Sənədin mətni insanları höku¬mə¬tin bəyannamədə göstərilmiş standarta uyğun şəkildə təmin etməyə borclu olduğu hüquqlar uğrunda mübarizəyə ruhlandırırdı.

Bəyannamədə yazılmış hüquqları
təxminən bir neçə qrupa bölmək olar:

Fərdi hüquqlar — fiziki və mənəvi təhlükəsizliyin minimum təminatlarını qoruyur (1; 2; 4; 5; 6; 15-ci maddələr);

Prosessual hüquqlar — insanın dövlətin hüquq-mühafizə sistemi ilə qarşılaşanda onun prosedur müdafiəsini təmin edir (9; 10; 11-ci maddələr);

Vətəndaş azadlıqları — dövlətin həm intellektual (vicdan, söz, mətbuat azadlığı), həm də ictimai sahədə (yığıncaqlar və təşkilatlar azadlığı) insanın fəaliyyətinə müdaxiləsinə məhdudiyyətlər qoyur (18; 19; 20-ci maddələr);

Siyasi hüquqlar — insanın dövlətin idarə olunmasında və onun üzərində nəzarət işində iştirak etmək hüququdur (21-ci maddə). Siyasi hüquqlara həmçinin bəzi vətən¬daş azadlıqları — fikir, vicdan, söz, mətbuat, yığıncaqlar və təşkilatlar azad¬lığı da aid edilir;

Yaşamaq (ömür sürmək) hüququ — insanın sağ qalıb yaşaması üçün minimum zəruri şərtləri təmin edir; bu, başlıca olaraq qidaya və tibbi xidmətə aiddir (25-ci maddə);

İqtisadi hüquqlar — buraya sosioloji təhlükəsizlik, əmək, istirahət və həmkarlar azadlığı hüquqları daxildir (22; 23; 24-cü maddələr);

Sosial hüquqlar — bunlar təhsil almaq, ailə qurmaq və onu qoruyub saxlamaq hüquqla¬rıdır (12; 16; 26-cı maddələr);

Mədəni hüquqlar — cəmiyyətin mədəni həyatında iştirak etmək hüququdur. Bəzən buraya təhsil hüququ da aid edilir (27-ci maddə).

1966-cı ildə BMT Qərb ölkələrinin təzyiqi ilə insanların “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” və “Mülki və siyasi hüquqlar haqqında” Ümumdünya Bəyannaməsi¬nin müddəalarını inkişaf etdirən paktları qəbul edir. Bu paktların artıq beynəlxalq müqavi¬lə statusu var idi. İnsanların “Mülki və siyasi hüquqlar haqqında Pakt¬”da, bu sənədi imzalamış ölkələrdə insan hüquqları üzərində beynəlxalq nəzarət mexanizmi müəyyən edilmişdi. Bu paktlardan sonra BMT qadınların, uşaqların, dini azlıqların və b. hüquq¬larının tapdalanması hallarının kökünün kəsilməsinə yönəldilmiş külli miqdarda paktlar və konvensiyalar qəbul edir.

Bütün bu sənədləri Azərbaycan da imzalamışdır və onların yerinə yetirilməsi yalnız özümüzdən asılıdır. Bu gün BMT Bəyannaməsində yazılmış insan hüquqları yeni-yeni demokratik ölkələrin konstitusiyalarına daxil edilir, bu hüquqlar Azərbaycanın 1995-ci il Konstitusiyasında da əks olunmuşdur.

1998-ci ildə bəyannamənin qəbul olunduğu gündən əlli il ötdü. BMT-nin üzvü olan bütün ölkələr bu əlamətdar hadisəni təntənə ilə qeyd etməklə dünyanın simasını dəyişmiş sənədə ehtiramlarını bildirdilər.

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948)

Hər bir insan. heç bir fərq qoyulmadan bu Bəyannamədə elan edilmiş bütün hüquqlara və bütün azadlıqlara malik olmalı¬dır¬.

Bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq; və

insan hüquqlarına qarşı biganəlik və hörmətsizliyin bəşəriyyətin vicdanını hiddət¬ləndirən vəhşilik hərəkətlərinə gətirib çıxardığını, adamların söz və əqidə azad¬lığına malik olacağı, qorxu və ehtiyacdan qurtulacağı bir dünya qurulmasının insanların yüksək amalı elan olunduğunu nəzərə alaraq; və

insanın istibdad və zülm əleyhinə son mübarizə vasitəsi kimi üsyana əl atmağa məcbur olmaması üçün insan hüquqlarının qanunun gücü ilə təmin edilməsinin zəruriliyini nəzərə alaraq; və

xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq; və

Birləşmiş Millətlərin xalqlarının BMT-nin Xartiyasında insanın əsas hüquqlarına, şəxsiyyətin ləyaqət və dəyərinə, kişi və qadınların bərabərliyinə inamlarını təsdiq etdiklərini və daha böyük azadlıqlar şəraitində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına yardım göstərməyi qərara aldıqlarını nəzərə alaraq; və

üzv-dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət edilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərə alaraq; və

bu hüquq və azadlıqların xarakterinin hamılıqla dərk edilməsinin həmin öhdəliyin tam yerinə yetirilməsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq

Ümumdünya İnsan Hüquqları Bəyannaməsini elə bir vəzifə kimi bəyan edir ki, onun yerinə yetirilməsinə bütün xalqlar və dövlətlər səy göstərir ki, hər bir insan, cəmiyyətin hər bir orqanı bu Bəyannaməni daim nəzərdə tutaraq maarif və təhsil yolu ilə həmin hüquq və azadlıqlara hörmət edilməsinə milli və beynəlxalq mütərəqqi tədbirlər, onların istər təşkilatın üzv-dövlətlərinin xalqları arasında, istərsə də onların yurisdiksiyasındakı ərazilərin xalqları arasında hamılıqla səmərəli tanınması və həyata keçirilməsi yolu ilə çalışsınlar.

Bütün insanlar azad, ləyaqət və hüquqlarına görə bərabər doğulurlar. Onlar idrak və vicdana malikdirlər və bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar.

Hər bir insan irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi və digər əqidə¬sinə, milli, yaxud sosial mənşəyinə, mülki, silk, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan bu Bəyannamədə elan edilmiş bütün hüquqlara və bütün azadlıqlara ma¬lik olmalıdır.

Bundan başqa, insanın mənsub olduğu ölkə, yaxud əraziyə siyasi, hüquqi, yaxud beynəlxalq statu¬su əsasında, həmin ərazinin müstəqilliyindən, qəyyumluq altında olmasından, özünü idarə edib-etməməsindən, yaxud suverenliyinin hər hansı məhdudluğundan asılı olmayaraq heç bir fərq qoyulmamalıdır.

Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.

Heç kəs köləlikdə, yaxud asılılıqda saxlanmamalıdır; quldarlıq və qul alverinin bütün növləri qadağandır.

Heç kəs işgəncəyə, yaxud amansız, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan davranışa və cəzaya məruz qalmamalıdır.

Hər bir insan, harada olursa-olsun, hüquq subyekti kimi tanınmaq hüququna malikdir.

Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan, qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanların bu Bəyannaməni pozan hər cür ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə təhriklərdən eyni dərəcədə müdafiə olunmaq hüququ vardır.

Hər bir insan onun Konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən səmərəli şəkildə bərpa olunması hüququna malikdir.

Heç kəs özbaşına həbs oluna, tutulub saxlanıla, yaxud sürgün edilə bilməz.

Hər bir insan öz hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, ona qarşı irəli sürülən cinayət ittihamının əsaslılığının təsdiqlənməsi üçün onun işinə tam bərabərlik əsası¬n¬da, aşkarlıqla və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil və qərəzsiz məhkəmədə baxılması hüququna malikdir.

1. Cinayətdə ittiham olunan hər bir insan onun təqsiri müdafiəsinə bütün imkanların yaradıldığı açıq məhkəmə baxışında qanuni qaydada sübut edilənədək günahkar sayıla bilməz.

2. Heç kəs törədilərkən milli qanunlara, yaxud beynəlxalq hüquqa görə cinayət sayılmayan əməllərə, yaxud fəaliyyətsizliyə görə cinayətə cəlb edilə bilməz. Eləcə də cinayətin törədildiyi vaxt tətbiq edilə bilən cəzadan daha ağır cəza verilə bilməz.

Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.

1. Hər bir insan hər hansı dövlətin hüdudlarında sərbəst yer dəyişmək və özünə yaşayış yeri seçmək hüququna malikdir.

2. Hər bir insanın öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ var.

1. Hər bir insanın təqibdən qorunmaq üçün başqa ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququ var.

2. Bu hüquqdan əslində qeyri-siyasi cinayət, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olan fəaliyyət üstündə təqibolunma hallarında istifadə edilə bilməz.

1. Hər bir insanın vətəndaşlıq hüququ var.

2. Heç kəs məcburi şəkildə vətəndaşlıqdan, yaxud vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.

1. Yetkinliyə çatmış bütün kişilər və qadınlar irqi, milli, yaxud dini əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikah bağlayarkən, nikahda olarkən və onu pozarkən eyni hüquqlardan istifadə edirlər.

2. Nikah yalnız nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı ilə bağlana bilər.

3. Ailə cəmiyyətin təbii və əsas özəyidir və cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.

1. Hər bir insanın həm təkbaşına, həm də başqaları ilə ortaq əmlak sahibliyi hüququ var.

2. Heç kəs özbaşına öz əmlakından məhrum edilə bilməz.

Hər bir insanın fikir, vicdan və din azadlığı hüququ var; bu hüquqa öz dinini və əqidəsini dəyişmək, dininə və əqidəsinə həm təklikdə, həm də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, təlimdə, ibadətdə, dini ayin və mərasimlərin icrasında etiqad bəslə¬mək azadlığı daxildir.

Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.

1. Hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək və birliklər yaratmaq hüququ var.

2. Heç kəs hər hansı birliyə daxil olmağa məcbur edilə bilməz.

1. Hər bir insanın öz ölkəsinin idarə olunmasında bilavasitə, yaxud azad şəkildə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək hüququ var.

2. Hər bir insan öz ölkəsində dövlət qulluğuna girməkdə bərabər
hüquqa malikdir.

3. Dövlət hakimiyyətinin əsasında xalqın iradəsi durmalıdır. Bu iradə ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə, yaxud səsvermənin azadlığını təmin edən digər eyniəhəmiyyətli formalarda keçirilən dövri və saxtalaşdırılmamış seçkilərdə əksini tapmalıdır.

Hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında hər bir ölkənin qurumuna və ehtiyatlarına uyğun olaraq ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var.

1. Hər bir insan əmək, sərbəst şəkildə iş seçmək, ədalətli və əlverişli əmək şəraiti, işsizlikdən müdafiə hüququna malikdir.

2. Hər bir insanın heç bir ayrı-seçkilik qoyulmadan bərabər əmək üçün bərabər haqq almaq hüququ var.

3. Hər bir işçi özünün və ailəsinin insana layiq yaşamasını təmin edən və lazım gəldikdə digər sosial təminat vasitələri ilə tamamlanan ədalətli və qənaətbəxş haqq almaq hüququna malikdir.

4. Hər bir insan öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq, yaxud həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir.

İş gününün ağlabatan şəkildə məhdudlaşdırılması daxil olmaqla, hər bir insanın, istirahət və asudə vaxt, ödənişli dövri məzuniyyət hüququ var.

1. Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsiz¬lik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

2. Analar və uşaqlar xüsusi himayədarlıq və yardım göstərilmək hüququna malikdirlər. Nikah¬dan və nikahdankənar doğulan bütün uşaqlar sosial müdafiədən eyni dərəcədə istifadə etməlidirlər.

1. Hər bir insanın təhsil hüququ var. Təhsil (heç olmasa ibtidai və ümumi təhsil) pulsuz olmalıdır. İbtidai təhsil icbari olmalıdır. Texniki təhsil və peşə təhsili hamıya, ali təhsil hər kəsin qabiliyyətinə görə eyni dərəcədə müyəssər olmalıdır.

2. Təhsil insan şəxsiyyətinin tam inkişafına, insan hüquqlarına və azadlıqlarına ehtira¬mın artmasına yönəldilməlidir. Təhsil bütün xalqlar, irqi və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və dostluğa, Birləşmiş Millətlər Təşkilatının sülhü qorumaq sahəsindəki fəaliyyətinə yardım göstərməlidir.

3. Valideynlər öz azyaşlı uşaqlarına təhsil növü seçməkdə üstünlük hüququna malikdirlər.

1. Hər bir insan cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək, incəsənətdən zövq almaq, elmi tərəqqidə iştirak etmək və ondan bəhrələnmək hüququna malikdir.

2. Hər bir insan müəllifi olduğu elmi, ədəbi, yaxud bədii əsərlərin nəticələrindən ibarət mənəvi və maddi mənafelərini müdafiə etmək hüququna malikdir.

Hər bir insan bu Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların tam şəkildə həyata keçirilə biləcəyi sosial və beynəlxalq nizam hüququna malikdir.

1. Hər bir insan cəmiyyət qarşısında borcludur, çünki şəxsiyyətin azad və tam inkişafı yalnız cəmiyyətdə mümkündür.

2. Öz hüquq və azadlıqlarını həyata keçirərkən hər bir insana yalnız başqalarının hüquq və azadlıqlarının lazımi şəkildə tanınmasını və onlara hörmət olunmasını təmin etmək və demokratik cəmiyyətdə əxlaq, ictimai asayiş və ümumi rifahın ədalətli tələblə¬rini yerinə yetirmək məqsədilə qanunun müəyyənləşdirdiyi məhdudiyyətlər tətbiq edilmə¬lidir.

3. Bu hüquq və azadlıqların həyata keçirilməsi Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə qətiyyən zidd olmamalıdır.

Bu Bəyannamədə heç nə hər hansı bir dövlətə, insan qrupuna, yaxud ayrı-ayrı şəxslərə həmin Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların ləğv edilməsinə yönəldilmiş hər hansı fəaliyyətlə məşğul olmaq, yaxud hərəkətlər hüququ verilməsi kimi yozula bilməz.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A (III) saylı qətnaməsi ilə qəbul və bəyan edilmişdir

Şeyxülislam Allahşükür Paşazadə BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib. KAİCİİD Beynəlxalq Dinlər və mədəniyyətlərarası dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü olan şeyxülislam A.Paşazadə bəyanatında qurumda İslam dünyasını təmsil edən dini lider olaraq dünya üçün önəm kəsb edən məqamlara dair fikirlərini ifadə edib. Direktorlar Şurasında təmsil olunan xristian, yəhudi, induist və digər dinlərin liderləri də müvafiq bəyanatlar veriblər.

QMİ-nin Mətbuat Xidmətindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində dayanan beynəlmiləl qurum olduğunu xüsusi vurğulayan QMİ sədri A.Paşazadə İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunu BMT tarixində önəmli hadisə kimi qiymətləndirib.

Bununla belə, insan hüquqlarının tam mənada təmin olunmadığını bildirən şeyxülislam A.Paşazadə BMT sistemində əsaslı dəyişikliklərə ehtiyacı önə çəkərək, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlərin nəzərə alınmadığını və bunun da ikili standartlara yol açdığını bildirib. QMİ sədri Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axınını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı anti-humanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilməsini, problemdən siyasi məqsədlər üçün istifadə meyillərini xüsusi vurğulayıb.

QMİ sədri insan hüquqları sahəsində ikili standartların mövcudluğunun, beynəlxalq hüququn çox zaman işləməməsinin, qəbul edilən qərarların yerinə yetirilməməsinin dövrümüzün reallığı olduğunu bildirərək, bunun ağır nəticələri kontekstində diqqəti BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnaməsinin indiyədək yerinə yetirilməməsinə yönəldib.

XXI əsrdə qloballaşma proseslərinin sürətləndiyi dövrdə sülh və ədalətin təmininə xidmət edən dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlərin önəmli yer tutduğunu bildirən şeyxülislam A.Paşazadə bu gün sülhün qorunması probleminin həllində, habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmin-amanlığın bərqərar olması üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, dünya miqyasında taleyüklü qərarlar verilərkən dini liderlərin mənəvi, dini-əxlaqi dəyərləndirmələri, müdrik tövsiyə və məşvərətlərinə ehtiyac var.

Bu gün milli, irqi, dini ekstremizmin qarşısını ala biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsinə böyük ehtiyac olduğunu vurğulayan şeyxülislam A.Paşazadə, bu baxımdan Azərbaycanın uğurlu birgəyaşayış modelini bütün dünya üçün örnək göstərib. QMİ sədri bildirib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri dinc şəkildə birgə yaşayır, multikulturalizm gündəlik həyat tərzidir. Bu baxımdan Azərbaycan nadir ölkələrdən biridir. Dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq amallarına həm dövlətimizin ali qarant olduğuna, həm də milli mentalitetimizin rəvac verdiyinə diqqəti çəkən A.Paşazadə qeyd edib ki, Azərbaycanın dövlət rəhbərinin elan etdiyi “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli”, eləcə də müəllifi olduğu 10 illik tarixə malik “Bakı prosesi” məhz bu məramlara xidmət edir. Azərbaycan bu ideyaları irəli sürməklə, onları təqdim etməklə kifayətlənmir, dünyada sülh və qarşılıqlı anlaşmaya nail olanadək davamlı şəkildə insanlara çatdırılmasına səy göstərir. Şeyxülislam A.Paşazadə dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsinin də dinlərarası dialoq istiqamətində səylərini qeyd edib.

Müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinlərin sülh, ədalət, mənəvi-əxlaqi prinsiplərindən, habelə sülhyaratma potensialından geniş istifadə etməyin vacibliyinə diqqətçəkən QMİ sədri bu dəyərlərin BMT tribunasından təbliğinin məntiqi və məqsədəmüvafiq olduğunu bildirib: “BMT üzvləri qəbul etməlidirlər ki, təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gəlir. Odur ki, dünyada dini və milli zəmində ekstremizmin qarşısının alınması üçün dünya dini liderlərinin beynəlxalq platformada – BMT çərçivəsində məşvərət hüququnun təmin edilməsi zamanın tələbidir”.

Bəyanatda deyilir ki, BMT qlobal problemlərin həllində dünya dini liderlərinin rəy və tövsiyələrinin beynəlxalq müstəvidə nəzərə alınmasını təmin edərsə, bu, mədəniyyətlər və dinlərarası dialoqun yeni, daha üstün keyfiyyət mərhələsi olar və təşkilatın mötəbər beynəlxalq struktur kimi daha da təkmilləşməsinə, nüfuz və dəyərinin daha da artmasına xidmət edər.

Comments are closed, but trackbacks and pingbacks are open.