Press "Enter" to skip to content

Mummİllİ lİder Heydər Əlİyevİn anadan olmasının 100-cü İldönümünə həsr olunmuş Gənc Tədqİqatçıların VII Beynəlxalq Elmİ Konfransı

Əyani və online video konfrans

Bakı Mühəndislik Universitetində Gənc tədqiqatçıların III beynəlxalq elmi konfransı keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən Gənc tədqiqatçıların III beynəlxalq elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, əklil və tər çiçək dəstələri düzüblər. Daha sonra gənc tədqiqatçılar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, hörmət və ehtiramlarını bildiriblər.

BMU-nun akt zalında keçirilən konfransda əvvəlcə dövlət himni səsləndirilib.

Universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, konfransın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq və gənclərin elmə olan marağını artırmaqdır.

Rektor Ümummilli Liderin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan danışaraq qeyd edib ki, dahi rəhbər hər zaman gənclərin yüksək intellektli, bilikli yetişməsinə, hələ sovet dövründə Azərbaycan gənclərinin ittifaqın qabaqcıl universitetlərində təhsil almalarına önəm verib. Bu gün də bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində beynəlxalq tədbirlərdə uğurla təmsil olunur.

Konfransda iştirak edən Kanadanın Reyson Universitetinin professoru Ziad Saghir, Bakı Dövlət Universitetinin prorektoru, professor Aydın Kazımzadə, Azərbaycan Texniki Universitetinin prorektoru, professor İsa Xəlilov və AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov konfransın gənc tədqiqatçıların qarşılıqlı əməkdaşlığı baxımından əhəmiyyətindən danışıblar.

Beynəlxalq elmi konfrans plenar iclaslarla öz işini davam etdirib.

Konfransın toplusuna yerli tədqiqatçılarla yanaşı Türkiyə, İtaliya, Rusiya, Kanada kimi onlarla xarici ölkədən 750 elmi məqalə qəbul olunub, onlardan 520-si seçilərək iki cilddə çap edilib.

Ümummİllİ lİder Heydər Əlİyevİn anadan olmasının
100-cü İldönümünə həsr olunmuş
Gənc Tədqİqatçıların VII Beynəlxalq Elmİ
Konfransı

28-29 Aprel 2023 tarixlərində əyani formada keçiriləcək “Gənc Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransı”-nın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaqdır.

Konfransın elmi istiqamətləri. “Gənc Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransı”-nın əsas elmi istiqamətləri aşağıdakılardır:

  • Mühəndislik elmləri
  • Xarici ticarət və Gömrük xidməti
  • Memarlıq və inşaat elmləri
  • Təbiət elmləri
  • İqtisadiyyat elmləri
  • Filologiya elmləri
  • Pedaqogika
  • Hüquq
  • Tarix və Sosiologiya

Məkan

Bakı Mühəndislik Universiteti, Xırdalan/Azərbaycan

Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, Sabunçu/Azərbaycan

Tarix

28-29 Aprel 2023

Forma

Əyani və online video konfrans

Gənc tədqiqatçılar Azərbaycan elmində yeniliyə imza atdılar – İlk dəfə olaraq. – ednews.net

You are using an outdated browser. Please upgrade your browser to improve your experience.

13 Mart, Bazar ertəsi
Günün xəbərləri

Xəbər xətti

13.03.2023

12.03.2023

Ən çox oxunan xəbərlər

Gənc tədqiqatçılar Azərbaycan elmində yeniliyə imza atdılar – İlk dəfə olaraq.

06.02.2019 17:26 Фото: 9 Канал–> Elm və texnologiya A- A A+

Azərbaycanın ədliyyə sahəsinə dair elmi məqalə yüksək nüfuzlu jurnalda nəşr edilib. Gənc tədqiqatçı İnqilab Şahbazov və Elsevər Muradov Azərbaycan elmində yeniliyə imza atıb. Onların birlikdə qələmə aldığı ”Excessiveuse of pre-trialdetentioninAzerbaijan: Examination of thecauses” adlı məqalə InternationalJournal of Crime, Law and Justice elmi jurnalında dərc edilib. Jurnal hüquq və kriminologiya elmləri sahəsində yüksək nüfuza malikdir. Belə ki, Hollandiyada yerləşən və britaniyalı baş redaktorun idarə etdiyi bu jurnalın impakt faktoru 0,658 (5-year impakt faktor isə 0,724) təşkil edir.Yüksək nüfuzlu jurnallarda Azərbaycanın ədliyyə sistemi barədə ilk kriminoloji elmi-tədqiqat iş kimi tarixə düşüb. Məqalədə həbs qətimkan tədbirinin normadan artıq istifadəsi, bunun səbəbləri və həlli istiqamətində Azərbaycanda və bir sıra xarici ölkələrdə atılan addımlar barədə bəhs edilir. Daha dəqiq olaraq, məqalədə aşağıdakı məsələlər müzakirə edilir. Azərbaycan və bir sıra xarici ölkələrdə həbs qətimkandan həddən artıq istifadənin səbəbləri;
– Azərbaycan və bir sıra xarici ölkələrdə həbs qətimkandan həddən artıq istifadənin problemləri;
– alternativ cəza və qətimkan tədbirlərinin Azərbaycan kontekstində istifadəsi ;
– alternativ cəza və qətimkan tədbirlərinin Azərbaycan kontekstində problemləri;
– cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinə dair Azərbaycanda görülən və görüləcək işlər. Bu elmi tədqiqat işinin yerli və xarici elmi ictimaiyyət üçün bir sıra töhfələri mövcuddur. Əvvəla, Azərbaycanda alternativ cəza tədbirlərinin istifadəsinə və problemlərinə dair Azərbaycan dilində material demək olar, mövcud deyildir ki, bu da araşdırmaçılar, hüquq elmləri üzrə təhsil alan tələbələr və ümumiyyətlə, hüquq-mühafizə sahəsində çalışanlar üçün problem hesab edilir. Yalnız azsaylı xarici qeyri-hökumət təşkilatlarının bu barədə apardıqları kiçik şkalalı, əsasən, hüququn digər sahələrinə dair hesabatlarında alternativ cəza tədbirlərinin istifadəsi və problemləri barədə müəyyən, ancaq məhdud mülahizələrə rast gəlmək olar. Hesabatların ingilis dilində olması isə həmin materialları ingilis dilini kifayət qədər yüksək səviyyədə bilməyən Azərbaycan vətəndaşları üçün əlçatmaz edir. Məhz bu nöqteyi-nəzərdən, bu elmi tədqiqat işi Azərbaycan elmi ictimaiyyəti üçün yenilik sayılır. Xarici elmi ictimaiyyət üçün də apardığımız elmi tədqiqat işinin əhəmiyyəti var. Belə ki, kriminologiya və hüquq ədəbiyyatına nəzər yetirdikdə, alternativ cəza tədbirlərinin istifadəsinə və problemlərinə dair araşdırmaların əksəriyyətinin inkişaf etmiş (Böyük Britaniya, ABŞ, Almaniya və s.) və etməkdə olan bəzi ölkələri (Türkiyə, Şərqi Avropa dövlətləri və s.) əhatə etdiyini görə bilərik. Sosial, iqtisadi, mədəni, tarixi və qanuni xüsusiyyətlərinə görə adıçəkilən ölkələrdən əhəmiyyətli dərəcədə fərqlənən Azərbaycanın ədliyyə sistemi haqqında isə hər hansı kriminoloji araşdırmaya (ingilis dilində) demək olar ki, rast gəlinmir. Məhz bu prizmadan yanaşaraq hesab edirik ki, araşdırmamız qlobal elmi ictimaiyyətə Azərbaycanın ədliyyə sistemi barədə müəyyən informasiya təmin edərək, bu istiqamətdə mühüm rol oynayacaq. Hazırda bir neçə kriminoloji və sosioloji araşdırma layihələri aparan İnqilab Şahbazov yaxın gələcəkdə daha bir neçə məqalənin yüksək nüfuzlu jurnallarda nəşr edilməsinihədəfləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary

Comments are closed, but trackbacks and pingbacks are open.