Avtomobilinizin cihazlar panelində yanıb-sönən işıqlar nəyin xəbərçisidir? SİYAHI – FOTO
2. Təkər təzyiqi
BMW 3-cü seriya (E46)
Bavariyalıların istehsal etdiyi BMW 3-cü seriya avtomobilinin dördüncü nəsli 1998-ci ildə satışda peyda oldu. E36 nəslinə mənsub olan əvvəlki modellərlə müqayisədə bu avtomobilin dizaynı və asqısı, eləcə də avtomobilin idarə olunması daha rahatdır. Ümumiyyətlə, bu model öz sələfindən daha uğurlu alınıb.
E46 avtomobillərinə quraşdırılan mühərriklərin modifikasiyası on beşə yaxındır, adətən, bu məsələdə BMW modellərində problem olmur. Üstəlik, mühərriklərin, kuzovların müxtəlifliyini (yeni model beş növ kuzovla buraxılır), avtomobilə quraşdırılan transmissiyanın variantlarını nəzərə alsaq, yeni modelin əllidən artıq modifikasiyası alınar. Bütövlükdə bu avtomobilin mühərriklərini dörd qrupa bölmək olar: 4 və 6 silindrli benzin mühərrikləri və 4 və 6 silindrli dizel mühərrikləri. Mühərriklərin həcmi 1.8 litrlə 3 litr arasındadır. Yeri gəlmişkən yeni modelin indeksindəki 46 rəqəmi mühərrikin həcmini yalnız təxmini göstərir. Məsələ burasındadır ki, E46 modelinə həcmi eyni, lakin gücü müxtəlif olan bir neçə modifikasiyalı mühərrik quraşdırılmışdır və istehsalçı kompaniya onları bir-birindən fərqləndirmək üçün onlara müxtəlif indekslər verib.
4 silindrli benzin m ühərrikləri 2001-ci ildə bir qədər təkmilləşdirilsə də bu, hər hansı əsaslı dəyişikliklərə səbəb olmadı. 4 silindrli mühərriklərin hamısı avtomobilin hərəkətinin rəvanlığını təmin etmək üçün balanslaşdırıcı vallarla təchiz olunub. Amma bu məsələdə onlar bu modelə quraşdırılmış 6 silindrli mühərriklərlə müqayisə oluna bilməzlər. Qazbölüşdürücü mexanizmi hərəkətə gətirən hissə zəncirlidir, avtomobil 250 min kilometr məsafə qət etdikdən sonra zənciri dəyişmək lazım gəlir. Buna görə də 100 min kilometr məsafə qət etmiş avtomobilin hələ xeyli ehtiyatı olur. 4 silindrli mühərriklərə hər hansı irad bildirilmir. Temperamentə gəldikdə, hətta bu cür mühərriklərlə də BMW 3-cü seriya modeli pis idarə olunmur və yanacaq sərfi lazımi səviyyədə saxlanılır.
6 silindrli mühərriklərə BMW avtomobillərinin həvəskarları daha çox maraq göstərirlər. Bu mühərriklərin həcmi 2 litrdən 3 litrə qədərdir, onlar qazbölüşdürmə fazalarını dəyişdirməyə imkan verən Vanos və Double Vanos sistemi ilə təchiz olunublar, sabit və rəvan işləyirlər – bütün bu xüsusiyyətlər M52 mühərrikləri ailəsini və onların modifikasiyalarını ən yaxşı aqreqatlardan birinə çevirir.
Bu mühərriklərin etibarlılığına da söz yoxdur, bu şərtlə ki, mühərrikin temperaturuna nəzarət edilsin. Mühərrikin həddən artıq qızmasının bir neçə səbəbi ola bilər: nasosun uzunömürlü olmaması, radiatorlar arasında çirkin yığılması (radiatorları mütəmadi sökərək təmizləmək lazımdır) və termostatın sıradan çıxması (o, 100 min kilometrədək məsafəyə davam gətirir). Adi profilaktik tədbirlər görməklə, yaxud da nasazlıqları ilkin mərhələdəcə axtarıb tapmaqla problemlərdən yaxa qurtarmaq və məsələni ciddi təmir səviyyəsinə çatdırmamaq olar. 6 silindrli mühərriklərdə də qazbölüşdürücü mexanizmi hərəkətə gətirən hissə zəncirlidir və 4 silindrli mühərriklərin həmin mexanizmi barədə yuxarıda deyilənlər 6 silindrli mühərriklərə də aiddir.
4 və 6 silindrli dizel mühərrikləri bir-birinə çox oxşayır. Mahiyyət etibarilə 4 silindrli aqreqat 6 silindrli mühərrikin “amputasiyası” nəticəsində alınmışdır. Bu mühərriklər etibarlı işləyir, amma bəzi xırda məsələlər var ki, onlara diqqət yetirmək pis olmazdı. Orta silindrlərin birində sensorlu forsunka var. Avtomobil təxminən 80 min kilometrədək məsafə qət etdikdən sonra o, “islanmağa” başlayır, 120 min kilometr məsafədən sonra isə germetikliyini itirir və yanacaq sistemində problemlər yaranır. Bu özünü onda büruzə verir ki, avtomobil dayandıqdan sonra çətin işə düşür. Bu halda, sadəcə olaraq, forsunkanı dəyişmək və yenidən avtomaşını sürmək lazımdır. Təxminən 250 min kilometr məsafədən sonra yanacaq nasosunu hərəkətə gətirən hissənin zənciri uzanır və bu səbəbdən yanacaqçiləmə momentinin yeri bir qədər dəyişir və mühərrikin gücü aşağı düşür. Bu zənciri dəyişmək üçün bütöv blokun başlığını çıxarmaq lazım gəlir ki, buna da xeyli vəsait tələb olunur. Dizel mühərriki quraşdırılmış avtomobil alarkən bu amillərə diqqət yetirmək lazımdır. Əlbəttə, BMW 3-cü seriya avtomobillərindən taksi kimi çox az istifadə olunur, amma hər halda onların qət etdiyi real məsafə sayğacda göstəriləndən xeyli fərqli ola bilər. Bundan əlavə, dizel mühərriklərində yağın və digər mayelərin bir qədər axması da baş verir, amma buna əhəmiyyət verməmək olar.
Yağın nə vaxt dəyişdirilmə intervalını bort kompüteri göstərir. Avtomobil normal idarə olunduqda bu interval 12-15 min kilometr təşkil edir. İstifadə olunan yağ yüksəkkeyfiyyətli olmalı və istehsalçının tələblərinə uyğun gəlməlidir, əks halda mühərrik çox tez sıradan çıxa bilər.
Həm mexaniki, həm də avtomatik ötürücü qutular (transmissiyalar) sürücüyə problem yaratmır. Baxmayaraq ki, istehsalçı avtomatik transmissiyaların qulluğa ehtiyac olmadığını qeyd edir, hər halda hər 60 min kilometrdən bir yağı dəyişmək məsləhətdir. Bu, ötürücü qutunun daha yaxşı işləməsinə kömək edər. Kardanlı valın muftasının vəziyyətinə də diqqət yetirmək lazımdır. Əgər korlanmağa başlayan mufta vaxtında dəyişdirilməsə, onun ardınca transmissiyanın digər detalları da korlanmağa başlayacaq və nəticədə təmirin dəyəri qat-qat artacaqdır.
Bütün təkərləri aparıcı olan E46 avtomobilləri artıq ekzotika deyil, indiyədək bu cür avtomobillərdən kifayət qədər istehsal olunub. Bu avtomobillərin etibarlılığına hər hansı irad bildirilməyib. Müasir texnologiyalar bu cür avtomobillərin detallarının uzun müddət istismar olunmasına imkan verir.
Asqı və sükanla idarəetmə
Yeni modelin asqısı, eləcə də sükanla idarəetmə sistemi kifayət qədər etibarlı və uzunömürlüdür, yalnız bəzi xoşagəlməz məqamları qeyd etmək lazımdır. E46 kuzovunun asqısında alüminiumdan geniş istifadə olunub. Qabaq tərəfdəki alümin rıçaqları indi dairəvi dayaqla birgə hazırlamağa başlayıblar. Həmin dayaq isə təxminən 40 min kilometr məsafəyə davam gətirir. Bundan sonra rıçaqı bütünlüklə dəyişmək lazım gəlir. Bu avtomobilin istehsal olunmuş ilk partiyasında dairəvi dayaqların ömrü daha az olurdu və BMW kompaniyası ilk olaraq rıçaqları daha güclü yeniləri ilə əvəz etməli oldu. Yeni rıçaqlar konveyerdə yeni avtomobillərə quraşdırılmağa başladı, amma bu, vəziyyəti əsaslı surətdə dəyişmədi. Amortizatorların dayaqlarının vəziyyətinə də diqqət yetirmək və onları vaxtında dəyişmək lazımdır. Təbii ki, asqısı sərt olan avtomobillərdə bu detalların istismar müddəti daha az olur. Asqılara hər hansı digər iradlar yoxdur. Amortizatorlar və arxa asqıların detalları 100 min kilometrdən artıq məsafəyə davam gətirir, bu şərtlə ki, sürücü avtomobili ekstremal tərzdə deyil, normal tərzdə idarə etsin.
E46 modelinin digər problemi sükan reykasıdır. 30-40 min kilometrdən sonra bu detalda taqqıltı səsləri yaranır. Onu dəyişməyin mənası yoxdur, belə ki, yenisi də 30-40 min kilometrdən sonra eyni vəziyyətə düşəcəkdir. Buna görə də sürücülərin çoxu bu taqqıltıya əhəmiyyət vermirlər, həm də o, sükanla idarəetmədə hər hansı ciddi problemlər yaratmır.
Əyləc sistemində sürücülər üçün narahatlıq yarada biləcək yeganə detal ABC sensorlarıdır. Onlar plastmas korpusda hazırlanır. Zaman keçdikcə həmin korpusda kiçik çatlar əmələ gəlir, oraya rütubət daxil olur və onun ağzını tutur. Bu isə “fantom nasazlıqlar” deyilən problemlərə səbəb olur: ABC sistemi işləmir, paneldə müvafiq lampa yanmağa başlayır, təmir üçün avtoservisə gəldikdə isə sensor quruyur və elə təəssürat yaranır ki, heç bir nasazlıq yoxdur. Avtoservisin işçiləri problemi həll edirlər və avtomobil yoluna davam edir. Amma bir neçə gündən sonra hər şey təkrarlanır. Xüsusən arxa tərəfdəki sağ təkərin sensorunun sıradan çıxması xoşagəlməz haldır, bu zaman odometr və yanacaq məsrəfinin sayğacı işləmir, çünki onlara zəruri informasiyanı məhz bu sensor çatdırır. Bu cür nasazlığa əhəmiyyət verməmək olmaz, onun ilk əlamətləri peyda olan kimi xarab olmuş detalı aşkara çıxarıb dəyişmək lazımdır, əks halda bütün sistemlər sıradan çıxa bilər. Əyləc sistemində hər hansı digər problemlər yaranmır.
Ümumiyyətlə, BMW 3 E46 avtomobili kifayət qədər uğurlu və etibarlı avtomaşındır. Doğrudur, çoxları irad tuturlar ki, bu avtomobil BMW 5 E39 modelinə çox oxşayır, amma bunun harası pisdir? Lakin BMW 3-cü seriya modelinin əleyhinə olan əsas amil ondan ibarətdir ki, onun qiyməti BMW 5-ci seriyanın qiymətindən çox da aşağı deyil və bu səbəbdən çoxları daha sanballı olan BMW 5-ci seriyaya üstünlük verirlər. Digər tərəfdən, ikinci bazarda E46-nın qiymətinin yüksək olması onun etibarlılığından və sürücülərə problem yaratmamasından xəbər verir. MDB məkanında BMW 3-cü seriyanın qiyməti 14 min dollarla 39 min dollar arasında dəyişir. Qiymətlərdəki fərq bu avtomobilin çoxlu sayda modifikasiyalarının olması və mühərriklərinin müxtəlifliyi ilə əlaqədardır. BMW M3 modelinə gəldikdə, bu məqalədə biz bu modeli nəzərdən keçirməməyi qərara aldıq, çünki bu, mahiyyət etibarilə başqa avtomobildir və BMW 3-cü seriyadan xeyli fərqlənir, həm də M3, bir qayda olaraq, daha sərt şəraitdə istismar olunur.
© 2007 Bütün hüquqlar qorunur. Məqalələrdən və şəkillərdən istifadə edərkən “avtomobil.az”a istinad zəruridir.
Avtomobilinizin cihazlar panelində yanıb-sönən işıqlar nəyin xəbərçisidir? – SİYAHI – FOTO
Aparılan tədqiqatlar sübut edib ki, sürücülərin 98%-i cihazlar panelindəki xəbərdarlıq işıqlarının nəyi əks etdirdiyini bilmir.
Milli.Az “ölkə.az”-a istinadən oxucularına bəzi vacib xəbərdarlıq işıqlarının sürücüyə hansı məlumatı çatdırmaq istədiyi barədə məlumat verəcək.
1. İstilik göstəricisi
Bu xəbərdarlığın yanması mühərrikin həddən artıq isindiyi mənasına gəlir. Mühərriki soyudan maye normadan artıq isinib. Bu zaman avtomobili saxlayın və mühərrikin soyumasını gözləyin. Sonra isə ən yaxında olan servisə sürün.
2. Təkər təzyiqi
Təkərdə təzyiqin azalmasını göstərir. Eyni zamanda təkərə zəncir vurmaq lazım olanda da yanır.
Mühərrik yağının azalması ilə bağlı xəbərdarlıqdır. Avtomobili belə vəziyyətdə idarə etmək mühərrik üçün çox ziyandır.
4. ESP/ASR sistem xəbərdarlığı
ESP/ASR sistemləri işləyəndə yanıb-sönür. Əgər daim yanırsa, deməli sistemlər ya ləğv edilib, ya da işləmir. Servisə getmək məsləhətdir.
5. ABS əyləc sistemi
ABS işığının daim yanılı qalması sistemin işləmədiyini göstərir. Əyləc ABS-siz də işləyir, bununla belə sistemi təkrar çalışdırmaq üçün ustalara müraciət edin.
6. Sürətlər qutusu xəbərdarlığı
Bu xəbərdarlıq avtomatik sürətlər qutusu olan maşınlara aiddir. Sürətlər qutusunun qolunu hərəkətə keçirmək üçün əyləc pedalına basmaq lazımdır.
Bu xəbərdarlıq lampası şüşələri yuyan suyun bitdiyi mənasına gəlir. Bunun üçün servisə getmək lazım deyil, suyu özünüz də əlavə edə bilərsiniz.
8. Diferensial kilid xəbərdarlığı
Həddən artıq sürətlə hərəkət bu lampanın yanmasının birinci səbəbidir. İkincisi isə arxa diferensial kiliddə mexaniki bloklanma olduğunu bildirir
Dizellə çalışan maşınlarda olur. Bu lampanın yanması dizel filtrinin çirkləndiyi mənasına gəlir. Filtri dəyişdirmək lazımdır.
10. Səsboğucusu sistem xəbərdarlığı
Avtomobili işə salanda bu lampa yanır və sönür. Əgər avtomobil hərəkətdə olanda bu xəbərdarlıq yanırsa və ya avtomobili işə saldıqdan sonra sönmürsə, təcili servisə yaxınlaşın. Deməli, avtomobilin təmirə ehtiyacı var.
11. Hava yastığı və təhlükəsizlik kəməri xəbərdarlığı
Əgər bu lampa hərəkət zamanı yanıb-sönürsə deməli hava yastığında problem var. Qəza zamanı isə hava yastığı işə düşməz. Ən qısa müddət ərzində servisə müraciət edin.
12. Akkumulyator xəbərdarlığı
Bu xəbərdarlıq akkumulyatorun boşaldığını göstərir. Bunun üçün isə servisə getmək lazımdır.
Milli.Az
BMW E46 ehtiyat hissələri
BMW E46
Ehtiyat hissələri
Naklatka qabaq-30azn
Naklatka arxa-25 azn
Apornu qabaq -60azn
Apornu arxa-50azn
Datcik naklatka-8 azn
Tormuz slanqi qabaq -10 azn
Tormuz slanqi arxa-8 azn
Naklatka rucnoy-22 azn
Benzin nasos -85azn
Bacok Antifiriz-45 azn
Qabaq caska-82 azn
Vutulka caska-15 azn
Amortizator qabaq-90azn
Stablizator ling qabaq-15azn
Rezin Stablizator qabaq-10 azn
Stupciya qabaq-45azn
Plnik udarnik kompilekt amortizator qabaq-15azn
Vutulka most arxa-30 azn
Vutulka most qabaq-18 azn
Poduska balka qabaq-20azn
Poduska balka arxa—20azn
Stanqa vuyulka-6 azn
Vutulka gitara-10 azn
Datcik ABS arxa-45 azn
Vutulka iqrayusi-20azn
Amortizator arxa-85
azn
Amortizator ust poduska arxa-13 azn
Udarnik arxa amortizator-12azn
Stablizator ling arxa-16 azn
Rezin stablizator arxa-6 azn
Stupsiya podsivnik arxa-30azn
Nakonecnik-12 azn
Almaciq-14 azn
Zbor tyaqa-30 azn
Plnik Rulavoy-12azn
Bacok Gidrouslitel-25 azn
Potkrelnik qabaq-20 azn
Amortizator kapot-12 azn
Tros kapot icerden gelen-20azn
Tros kapot orta-35 azn
Rezin Podpress qabaq -60 azn
Suse qaldiran qabaq-50azn
Povorotnik (1998-2001) sari-15 azn
Zasitnik mator alt -40 azn
AVTOMEGA EHTIYAT HISSELERI
Əlaqədar şəxs
Bmw-land Rover Hisseleri Avtomega Ehtiyat Hisseler
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Paylaş Paylaş
Tarix: 19.01.2021
Çöl qranat Prius Brend:FENVA – WXQP ART:42732 OEM :TO057A,43460-49385 Model:TO RAV4 ACA20,COROLLA ZZE122,PRIUS NHW20 Mühərrik: İL:00-05,01-07 Qiymət: 45 azn Marka:Toyota Məhsullarımıza 6 AY rəsmi zəmanət
BMW X5 F15 ucun arxa faralarin susesi krilodaki-150 baqajdaki-70 ZAPaz ehtiyat hisseleri Notebook ilə daxil olmusunuzsa solda (ağıllı telefonlarla isə aşağıda) yerləşən "istifadəçinin bütün elanları"
Chevrolet Malibu Termostat (Chevrolet Cruze Aveo malibu) Ehtiyat Hisseleri Ve Mator Ehtiyat Hisseleri 1.4 Mator,1.6 Mator,1.8 Mator Ehtiyat Hisselerinin TOPDAN VE Perakende Satisi ?Seher daxili Catdirlma
Kia rio üçün orjinal manitor. Az işlənmiş ideal vəziyyətdədir. Amerkanka 2016 cı il 1.6 mator GGİ
ord fusion,chevrolet cruze,chevrolet malibu ehtiyyat hisselerinin topdan ve perakende satis merkezi servisimizde her cur avtomobil xidmetleri gosterilir orginal ehtiyyat hisseleri bir kartla 18 aya qeder odeme
“AUTOHOME” mağazası olaraq müxtəlif avtomobillərin ehtiyat hissələrinin satışını həyata keçiririk:ve servis xidmetimizde movcuddur. Kredit Ve Bir Kart Movcuddur ÇATDIRILMA mümkündür! Ən əsası biz
HYUNDAI, KİA, NİSSAN,TOYOTA,İNFİNİTİ,PAJERO,LEXUS EHTİYAT HİSSƏLƏRİNİN ONLAYN SATIŞI.(RAYONLARA ÇATDIRILMA MÜƏYYƏN ŞƏRTLƏRLƏ MÖVCUDDUR). Rulun lentası,Stablizator,dizel filteri,çöl qranad,zbor qranad,Naklatka,hava
BUTUN AVTOMOBILLERE EHTIYAT HISSELERI KAMPANIYA ! 7 MAY- 15 MAY 3-12AY MUDDETINE ZEMANETLE ORIGINAL MALLARIN EN UCUZ QIYMETLERLE SATISLARI HEYATA KECIRILIR ! TELESIN ! Çatdırılma var *Yeni və üstdən çıxma
YAG PROKLATKASI YAĞ PANELİNİN PROKLATQASI CADILLAC-CHEVROLET 6.2 Amerika avtomobillərinə aid bütün orijinal ehtiyat hissələrinin satışı və sifarişi mövcuddur ÜNVAN: BƏKİR ÇOBANZADƏ 86
Az getmiş motordu m 642 ideal vəziyyətdədir mallar təzə gəlıb dubaydandızel motoru Elanın növü: Ehtiyat hissələri Marka: Mercedes
Şirkət 4000 Azn
”TOYOTA BAKU ” mağazamızda Toyota Lexus modelləri üçün istənilən ORİGİNAL ikinci əl ehtiyat hissələrini əldə edə bilərsiniz Nəzərinizə çatdırmaq istəyirik ki əldə olunan ehtiyat hissələrinə zəmanət
KREDIT TEK SEXSIYYET VESIQESI ILE Məhsulun adı: Mufta (vjimnoy) Avtomobil: Opel Astra H 1.3 “NN Autoshop” mağazası olaraq müxtəlif avtomobillərin ehtiyat hissələrinin satışını həyata keçiririk: –
Chevrolet Cruze 1.4 Su pompasi gm (Chevrolet Cruze Aveo malibu) Ehtiyat Hisseleri Ve Mator Ehtiyat Hisseleri 1.4 Mator,1.6 Mator,1.8 Mator Ehtiyat Hisselerinin TOPDAN VE Perakende Satisi ?Seher daxili Catdirlma
TEXAS AUTO GROUP Ford Fusion 2013-2016 dumanli kriskasi parlaq Ford Fusion 2013-2016 Ehtiyat Hissələrinin Satışı Ford Fusion 2013-2020 Orjinal və təzə hər növ ehtiyyat hissələri sərfəli qiymətə mövcuddur. dumanni
(Chevrolet Cruze Aveo malibu) Ehtiyat Hisseleri Ve Mator Ehtiyat Hisseleri 1.4 Mator,1.6 Mator,1.8 Mator Ehtiyat Hisselerinin TOPDAN VE Perakende Satisi ?Seher daxili Catdirlma Var ?Rayonlara Gonderlir
Chevrolet Aveo t300(2011-2015) 1.4-1.2 chevrolet cruze (2010-2015) (Chevrolet Cruze Aveo Daewoo malibu) Ehtiyat Hisseleri Ve Mator Ehtiyat Hisseleri 1.4 Mator,1.6 Mator,1.8 Mator Ehtiyat Hisselerinin Islenmis
Comments are closed, but trackbacks and pingbacks are open.