Ermənilər Bakıya gələcəklərmi
IX əsrin 2-ci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.
Baki Orta Esrlerde – Wikipedia
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. Müxtəlif dövrlərdə Bakı şəhəri Şirvanşahlar dövləti, Bakı xanlığı, Bakı quberniyası, Azərbaycan Demokratik Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. Hal-hazırkı dövrdə isə Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır.
Mündəricat
- 1 Adın etimologiyası
- 1.1 Müxtəlif dövrlərdə şəhərin adlanırılması
Adın etimologiyası
Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Fars dilində bu adın ilkin forması kimi Baqavan sözündən istifadə edilmişdir. Bu söz Tanrının şəhəri kimi tərcümə olunur. [1] Fars mənbələrində Bakı adının digər bir etimologiyası kimi Bādkube (بادکوبه ) kimi yazılan Küləklər şəhəridir. Bakı şəhərinin eramızın V əsrində yarandığından Badükübə sözünü bu dövrdən etibarən istifadə olunduğu ehtimal olunur. [2]
Müxtəlif dövrlərdə şəhərin adlanırılması
Əsr və ya il Mənbə Bakının adı V — VIII əsrlər Movses Korenatsis Beqavan 930 İstəxr Bakuh 943–944 Məsudi Bakuh 942–952 Əbu Dulaf Bakuya 982 Hudud əl Ələm Bakı 985 Müqəddəsi Bakuh XII əsr Xəqani Bakı XIII əsr Yaqut əl-Həməvi Bakuya XIV əsr Fəzlullah Rəşidəddin Bakı XV əsr Əbdürrəşid Bakuvi Bakuya XVI əsr Həsən bəy Rumlu Baku XVIII əsr Övliya Çələbi Bakı Abşeron yarımadası ərazisində yazılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. 3–1 minilliklərə aid arxeoloji abidələr tapılmışdır.
Bakının salındığı tarix dəqiq məlum deyildir. “Bakı” adı çəkilərkən, bəzi cahillərin gözünün qarşısına gələn, yadına düşən yalnız və yalnız “Yasamal”, “Sovetski”, “Kubinka” və “Papanin” kimi məhəllələrdir. Lakin Bakı təkcə bu 4 məhəllədən ibarət deyil. Bakını “Bakı” edən onun “İçərişəhər”-i, “Qala divarları” və “Qız qalası”-dır. Onun möhtəşəmliyinə rəng qatanlar da elə məhz sırf bunlardırlar. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V–VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V–VI əsr mənbələrində Bakı “Bağavan” və “Atəş-i Baquan”, ərəb mənbələrində (X əsr) “Bakuyə”, “Bakuh”, “Baku”, rus mənbələrində (XV əsr) “Baka”, Səfəvilər dövrü fars dilli mənbələrdə “Badi kubə” adlandırılır.
Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı əsas yer tutub. Ərəb səyyahı Əbu Düləfin (X əsr) məlumatına görə, Bakıdakı iki neft yatağından ildə təqribən 720 min dirhəm gəlir əldə edilirmiş. Feodal münasibətlərin, ticarətin və sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb. Bakıya Xəzər, Slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlib. Bakıdan İran, İraq və s. ölkələrə neft ixrac olunub.
IX əsrin 2-ci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.
Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu, XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divari və xəndəklə əhatə olundu.
Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232–1235 illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.
XIII əsrin 30-cu illərində monqollar Bakıya hucum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar. Bakıda neftçıxarma və ticarət tənəzzülə uğradı. XIV əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artmasi ilə əlaqadar Bakının iqtisadi mövqeyi möhkəmləndi. XIV əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə mal daşınırdı. XIV əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artması ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlandırılırdı (bu, 1375-ci ildə katalan dilində hazırlanmış atlasda göstərilir). Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri – Buxara karvansarası (XIV əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (XV–XVI əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğundan xəbər verir.
Orta əsrlər
Şirvanşah I Xəlilüllahın dövründə (1417–1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar saray kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. XV əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı. 1501-ci ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı.
Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması XVII əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI–XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. XVII–XVIII əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir.
Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan Rusiya çarı I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaradır. 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakını işğal edir. Lakin, Rusiya və İran arasında bağlanan Gəncə məqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altına keçdi.
İçəri şəhərin tarixi qala qapıları.
XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. XVIII əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbaycana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin yazında Rusiya imperatrisası II Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbaycana yürüş etdi.
İyunun 13-də Bakı alındı. 1797-ci ilin əvvəlində general P.D.Sisyanov Bakının komendantı təyin olundu. II Yekaterinanın ölümündən sonra oğlu I Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. XIX əsrin əvvəlində I Aleksandr Xəzərsahili vilayətləri, ilk növbədə Bakını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804–1813) bu planın həyata keçirilməsini sürətləndirdi. 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi.
1806-cı ilin əvvəlində general P.D.Sisyanovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general P.D.Sisyanov öldürüldü. 1806-cı il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807-ci ildə Bakıda 500 ev, 300 000 əhali var idi. 1813-cü ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.
Ermənilər Bakıya gələcəklərmi?
Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunub.
Maraqlıdır, ermənilər təklifi qəbul edib, Bakıya gələcəklərmi?
Modern.az-ın məlumatına görə, mövzunu şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, ermənilərin Bakıya gəlməməsi üçün bəhanə qalmayıb.
“İllər uzunu bizdən tələb edirdilər ki, Qarabağ separatçıları ilə birbaşa dialoqa başlayaq. Mövqeyimiz belə idi ki, torpaqlarımızı Ermənistan işğal edib, danışıqlar ancaq İrəvanla aparıla bilər və Minsk Qrupu formatında bu proses aparılırdı. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Qarabağ mövzusunun müzakirəsi dayandırıldı. Çünki Qarabağ daxili məsələmizdir, bunu başqası ilə müzakirə etmək doğru deyil. Müharibədən sonra Qarabağın erməni icmasının nümayəndələri ilə bir neçə dəfə görüş olub. İndi erməni icmasının nümayəndələri danışıqların davamı üçün Bakıya dəvət edilib. Nə qərar verəcəkləri maraqlıdır. İllər boyu deyirdilər ki, “rəsmi Bakı bizimlə birbaşa dialoq aparsın”. Bu da dialoq, daha bəhanələri qalmayıb. Erməni icmasının nümayənədələri ilə Qarabağda – Laçının ətrafında və Xocalıda təmas olub, indi növbə paytaxt Bakınındır”, – politoloq əlavə edib.
Xəbərlər Baxılıb: 152 Tarix: 13 mart 2023
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DiGƏR XƏBƏRLƏR
Hava küləkli olacaq
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-8 isti, gündüz 11-dək isti olacaq. Atmosfer təzyiq
Vəzifəli şəxsin meyiti binanın girişində tapılıbmış
Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehtiyevin intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəzifəli şəxs martın 11-dən 12-nə keçən gecə həyatına qəsd edib. Saat 23 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsindəki binalarda
Hacı Nuran Afaq Gəncəli üçün dua etməyi xahiş etdi
Aparıcı Afaq Gəncəlinin səhhətində problem yaranıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə onun həmkarı Hacı Nuran Hüseynov instaqram səhifəsində bildirib. “Ürəyində böyük bir dərdi var onun, amma bunu içində çəkib həmişə. Dərdlər onu möhkəm edib. Mən heç Afaqı qəmli, qanıqara görmədim
39 yaşlı müəllim əməliyyatdan sonra niyə öldü?
Xəbər verdiyimiz kimi, ötən gün Bərdənin Uğurbəyli kəndində yaşayan 39 yaşlı ibtidai sinif müəllimi Arzu Əliyeva Bakıda əməliyyatdan sonra dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aqşin Ağayev sosial şəbək
Gəncədə ər arvadını qətlə yetirdi
Gəncədə 40 yaşlı kişi arvadını qətlə yetirib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün şəhər ərazisində qeydə alınıb. 40 yaşlı C.Z. arvadını bıçaqlayaraq öldürüb. Qətli törətdikdən sonra kişi hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri aparılı
Azərbaycanda 16 yaşlı qız ərə verildi – FOTO
Azərbaycanda 16 yaşlı qız ərə verilib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, qız oğlanla zorla evləndirilib və martın 17-də Sumqayıtda oğlan toyu olacaq
Suyun qiyməti artırılacaq? – Rəsmi açıqlama
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur. “Qafqazinfo” xəbər verir ki, bu barəd
Ali məktəblərə sənəd verənlərin sayı açıqlandı
Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il martın 1-də başlayıb və 15-dək internet vasitəsilə aparılır. Dövlət İmtahan Mərkəzindən (DİM) “Qafqazinfo”ya verilən məlumata görə, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştira
Zabratda nişan məclisində faciə – 23 yaşlı oğlan öldü
Bakı şəhəri, Sabunçu rayonunda spirtli içkidən zəhərlənən gənc ölüb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə martın 11-də gecə saatlarında Zabrat qəsəbəsindəki “Ayxan” şadlıq evində baş verib. Burada keçirilən nişan mərasimində iştirak edən 200-ci il təvəllüdlü K.Q. spirtl
Comments are closed, but trackbacks and pingbacks are open.