Boruları necə yox edə bilərəm?
QSQ keçirmiş bəzi qadınlarda, prosedurdan sonrakı menstruasiya, əvvəlkindən bir qədər gec baş verir və sonra tsikl bərpa olur. Prosedurdan sonra aybaşının bu cür ləngiməsi, görünür psixo-emosional gərginlik və cinsiyyət orqanlarının fəaliyyətinə mexaniki müdaxilə ilə əlaqədardır.
Uşaqlıq borularının yoxlanılması
Ginekoloji praktikada ultrasəs müayinəsi (USM) kiçik çanaq orqanları xəstəliklərinin diaqnostikasında ən informativ üsullardan biridir. HSQ (rusca QSQ) və ya histerosalpinqoqrafiya — uşaqlıq boşluğu və uşaqlıq borularının anatomik və funksional vəziyyəti haqqında daha tam məlumat əldə etməyə imkan verən, başqa bir vizualizasiya metodudur. Xüsusilə də, o, sonsuzluğun səbəblərini araşdırmaq üçün geniş istifadə olunur. Eyni zamanda ona boruların yoxlanılması deyilir.
Histerosalpinqoqrafiyaya hazırlıq
Prosedurun aparılma vaxtı ehtimal olunan diaqnozdan və müayinənin aparılma məqsədlərindən asılıdır. Uşaqlıq borularının keçiriciliyini qiymətləndirmək və həmçinin daxili endometrioz və adenomiozun olub-olmamasını bilmək üçün QSQ menstrual tsiklin 5-8-ci günü, istmiko-servikal çatışmazlığa şübhə olduqda isə – onun ikinci fazasında (18-20-ci gün) həyata keçirilir. Submukoz (selikaltı) miomatöz düyünün həcmini və sərhədlərini təyin etmək üçün, müayinəni menstrual tsiklin istənilən günü aparmaq olar, bir şərtlə ki, cinsiyyət yollarından ifrazat çox olmasın.
Göstərişlər və əksgöstərişlər
Histerosalpinqoqrafiyaya göstərişlər aşağıdakıların mövcudluğunu ehtimal edir:
- Uşaqlıq borularının keçməməzliyi.
- İstmiko-servikal çatışmazlıq — servikal kanalın və onun daxili dəliyinin 5-7 mm-ə qədər genişlənməsi.
- Uşaqlıq və artımlarının inkişaf anomaliyaları.
- Submukoz mioma və ya sinexiyalar (uşaqlıq boşluğunda bitişmələr).
- Adenomioz, uşaqlığın selikli qişasının xərçəngi və polipi, vərəmin genital forması.
Hazırlığın bir mərhələsi də pasientə ginekoloqun baxması və yalnız göstərişləri deyil, eyni zamanda, əskgöstərişlərin də müəyyənləşdirilməsidir.
Əksgöstərişlər:
- Hamiləliyin olması ehtimalı.
- Hamiləlik və südvermə.
- Cinsiyyət yollarından qanlı ifrazat.
- Kəskin infeksion xəstəliklər.
- Vaginanın təmizliyinin II dərəcədən aşağı olması və sidik-cinsiyyət yollarının kəskin iltihabi prosesləri – bartolinit, vaginit, servikit, endometrit, salpinqooforit, uretrit, sistit, pielonefrit.
- Ağır xronik somatik xəstəliklər.
Şərtlər:
- müayinəyə 7 gün qalmış və prosedurdan sonra 3 gün ərzində bütün müalicəvi vaginal vasitələrin istifadəsinin dayandırılması, əgər onlar həkim tərəfindən təyin edilməmişdirsə;
- müayinə planlaşdırılan dövrdə cinsi əlaqədən imtina və ya sonuncu menstrual tsikl ərzində kontrasepsiyanın istifadəsi;
- prosedurdan 1-2 gün öncə və 2-3 gün sonrakı müddət ərzində cinsi əlaqədən imtina;
- müayinəyə 3-4 gün qalmış bağırsaqlarda qaz əmələ gətirən məhsulların qida rasionundan çıxarılması, prosedurdan əvvəlki gecə və prosedur günü səhər bağırsağın imaləsi.
Müayinə necə aparılır?
İstifadə olunan avadanlıqdan asılı olaraq müayinənin iki variantı var — kontrastlı rentgen (Rg-QSQ) və sonoqrafik və ya ultrasəs (US-QSQ). Bütün hallarda, histerosalpinqoqrafiya anesteziya olmadan, acqarına aparılır.
Prosedur pasientə narahatlıq, qarnın aşağı hissəsində xoşagəlməz hisslər və zəif ağrı verə bilər. Bu səbəbdən psixo-emosional pozğunluq və yüksək oyanıqlıq zamanı və həmçinin prosedurdan qorxu olduqda və pasientin xahişi ilə sedativ preparatlardan və ya adekvat dozada ümumi venadaxili anesteziyadan istifadə etmək mümkündür.
Prosedur rentgen və ya USM kabinetində aparılır. İlkin müayinədən və narkoza (zəruri olduqda) girişdən sonra, uzunluğu 35 sm, diametri 0,2 sm olan xüsusi kateter servikal kanala daxil edilir. O, uşaqlıq boşluğunun hermetikliyini təmin edən, konus formalı xüsusi balonla təchiz olunub.
Kanyulanın xarici dəliyindən servikal kanala şprislə 2,5-3 ml həcmində xüsusi rentgenokontrast və ya exokontrast məhlul yeridilir, sonra isə ya rentgen-şəkil çəkilir, ya da USM aparatında baxılır. Daha sonra, təxminən 4 ml kontrast məhlul yenə əlavə edilir ki, uşaqlıq boşluğu tam dolsun və maye uşaqlıq boruları ilə keçərək çanaq boşluğuna tökülsün (uşaqlıq borularının keçiriciliyini yoxlamaq üçün). Bu da baxış və ya görüntüylə fiksasiya olunur. Lazım olarsa, əlavə 3-4 ml məhlul yenə yeritmək olar. Məhlulun ümumi həcmi sonda 10-20 ml təşkil edir.
İstmiko-servikal çatışmazlığı müayinə etmək üçün adrenal-progesteron testi aparılır. QSQ-ni aybaşı tsiklinin 18-ci günü apardıqda, servikal kanal və onun daxili dəliyinin normada kəskin daralması təyin edilməlidir. Əgər onlar genişdirsə, yuxarıda göstərilən sınaq həyata keçirilir.
Bu, pozğunluqların üzvü və ya funksional olmasını təyin etməyə kömək edir. Sınağın mahiyyəti ondan ibarətdir ki, dəri altına 0,5 ml 0,1%-li adrenalinin məhlulu yeridilir. Bundan 5 dəqiqə sonra kontrol QSQ aparılır. Əgər servikal kanalın daralması baş vermirsə, həmin günün axşamı əzələdaxili oksiprogesteron kapronat (0,125 q) inyeksiya edilir və 4 gün sonra əvvəlki prosedur təkrarlanır.
Sarı cismin defisiti ilə əlaqədar yaranan funksional servikal çatışmazlıqda, oksiprogesteronla korreksiyadan sonra kanalın kəskin daralması baş verir, üzvü mənşəli çatışmazlıqda isə genişlik əvvəlki vəziyyətində qalır.
Beləliklə, ultrasəs və rentgenoloji histerosalpinqoqrafiya texniki cəhətdən demək olar ki, bir-birindən fərqlənmir. İnformativlik dərəcəsi baxımından da eynidirlər. Metodların əsas fərqləri aşağıdakılardır:
- Tətbiq edilən kontrast məhlullar. US-QSQ zamanı, allergik reaksiya verməyən exokontrast məhlullar — 10%-li qlükoza və ya qalaktoza qranulat preparatı – exovist istifadə edilir. Rentgenoloji QSQ üçün isə yod tərkibli rentgenokontrast preparatlar — Verografin, Triombrast, Urotrast və ya Kardiotrast istifadə edilir. Onların yeridilməsindən əvvəl, mütləq qaydada dəridaxili həssaslıq sınağı qoyulmalıdır, çünki, bu preparatlar çox ciddi allergik reaksiyalar verə bilər.
- Fiziki faktorların təsir dərəcələri (radiasiya). US-QSQ ultrasəs dalğalarının təsir effektinə əsaslanır, hansı ki, cinsiyyət orqanlarına mənfi təsir göstərmir. Baxmayaraq ki, rentgenoloji QSQ zamanı rentgen şüalarından az dozada istifadə olunur, ancaq, təkrar müayinələrdə yumurtalıqlara ümumi bioloji təsir artmış olur. Buna görə də, yalnız sonrakı menstrual tsikldə hamilə qalmaq üçün cəhd etmək məsləhət görülür.
Histerosalpinqoqrafiyanın nəticələri
QSQ keçirmiş bəzi qadınlarda, prosedurdan sonrakı menstruasiya, əvvəlkindən bir qədər gec baş verir və sonra tsikl bərpa olur. Prosedurdan sonra aybaşının bu cür ləngiməsi, görünür psixo-emosional gərginlik və cinsiyyət orqanlarının fəaliyyətinə mexaniki müdaxilə ilə əlaqədardır.
QSQ müalicəvi deyil, yalnız diaqnostik metoddur. Buna baxmayaraq, sonsuzluğa görə müayinə edilən pasientlərin əksəriyyəti prosedurdan sonrakı yaxın ilk 3 ay ərzində hamiləliyin baş tutduğunu qeyd edirlər.
Bunun elmi izahı yoxdur. Bəzi həkimlər histerosalpinqoqrafiyadan sonra baş tutan hamiləliyi yağlı rentgenokontrast maddənin yeridilməsilə əlaqələndirirlər, hansı ki, guya, borunun selikli qişasının kirpikli epitelinin funksiyasını yaxşılaşdırır və zəif bitişmələri açır.
Daha inandırıcı görünən mülahizəyə görə, rentgenokontrast maddə gizli keçən xroniki proses nəticəsində uşaqlıq borularının daxili səthində yaranan seliyi mexaniki olaraq yuyub aparır. Bunun nəticəsində boruların keçiriciliyi və kirpikli epitelin funksiyası bir müddət bərpa olunur.
Digər bir ehtimala görə, bu, adrenal-progesteron testi zamanı oksiprogesteronun sarı cismin funksiyasını qısa müddətli bərpa etməsidir.
QSQ aparıldıqdan sonra, 1-2 gün ərzində, qarnın aşağı nahiyələrində xoşagəlməz hisslər, az qanlı və/və ya selikli ifrazat ola bilər. Əgər prosedur xroniki iltihabi proses fonunda aparılarsa, xəstəlik kəskinləşə bilər.
Eyni zamanda nəzərə almaq lazımdır ki, histerosalpinqoqrafiya əksər hallarda ciddi fəsadlar verməyən və qadın sonsuzluğunun diaqnostikasında geniş tətbiq edilən, yüksək informativli müayinə üsuldur.
Bizim klinikada rengenoloji histerosalpinqoqrafiya – QSQ, müasir rentgen aparatı ilə aparılır. Prosedur çox zaman yüngül venadaxili narkoz altında aparılır. Rentgen-şəkil çəkildikdən sonra xəstə ayıldılır. Özünə gəldikdən sonra, lazım gəldikdə müalicə yazılır və evə yazılır.
Bizim klinikada boruların yoxlanılma proseduru – QSQ-nin qiyməti çox münasibdir.
Boru mənşəli qadın sonsuzluğu barədə videoçarxa baxın:
Boruları necə yox edə bilərəm?
Əqrəb bürcü insanları özünə hər mövzuda güvənən, hiyləgər, enerjili və bacarıqlı insanlardır. Həyatın hər sahəsinə maraqları vardır.
Əqrəblər daim uğur əldə etmək istəyirlər. Uğuru əldə etdiyində isə yeni bir hədəf seçərək yenidən mübarizəyə başlayırlar. Onlar sözlərə çox ehtiyac duymazlar. Çünki içlərindəkini gözləri ilə ifadə edirlər. Bütün bürclər arasında təkcə onların bir baxışından sevgisini və ya nifrətini anlaya bilərsiniz. Şübhəçi bir xarakterə sahibdirlər. Bu səbəbdən də heç kəsə və heç nəyə asanlıqla inanmazlar. Ancaq inandıqları şeyi müdafiə etməkdən də heç vaxt çəkinməzlər. Əqrəblər fiziki olduğu qədər mənəvi baxımdan da güclüdürlər. Onlar heç bir zaman özlərini aldatmazlar. Həqiqət acı da olsa üz-üzə gəlməkdən çəkinməzlər. Onlar irəlini görə bilən insanlardır. Gələcəklə bağlı təxminləri adətən gerçəkləşir.
Əqrəb bürcü bütün bürclər arasında ən ciddi, ən gərgin və ən çox sirr saxlayan bürcdür. Müşahidə qabiliyyəti yüksək səviyyədədir. Hissləri daim açıq şəkildə bəllidir. Hücuma keçməyə hazırdır. Olduqca ziddiyyətli bir xarakterə sahibdir. Sevimli və əliaçıq olması məlum xüsusiyyətləri arasındadır. Son dərəcə sadiqdir. Onlar üçün gülmək olduqca çətindir. İncidilmiş əqrəb bürcü insanı üçün tək bir çıxış yolu vardır. İntiqam almaq. Həddən artıq soyuqqanlılıq göstərir və bu mövzuda bürclər arasında ondan yaxşısı yoxdur. Dostluqları həddindən artıq həssas və diqqətli olması səbəbindən pozulur. Hətta bəzən düşmənçiyilə belə çevrilə bilər.
Əqrəb bürcü insanlara güvənməkdə son dərəcə çətinlik çəkə bilər. Qarşısındakı insanın həqiqətən səmimi olduğuna əmin olmalıdır. Bu da həqiqətən uzun bir zaman alacaqdır. Yenə də Əqrəb bürcü insanı bir dəfə güvənərsə, qarşısındakı insana qarşı səmimi olacaqdır.
Hislərini idarə etməyi bilən Əqrəblər, bunu enerjiləri üçün yararlı bir şəkildə istifadə edə bilərlər. Ancaq hisslərini itirən bir əqrəb zəhərli ola bilər. Bu zaman insanları zəhərləməyəcəkləri qədər uzaqlaşmaları lazım gəlir. Bütün bürclər arasında Əqrəb bürcü qədər həm yaxşı, həm də pis işlər edə biləcək başqa bir bürc yoxdur.
Etdikləri hər şeyi çox yüksək ciddiliklə edirlər. Məqsədləri hər zaman dəqiq bir sərhədlə çərçivələnmişdir. Hər şey hədəflərini necə əldə edəcəkləri ilə əlaqəlidir. Hədəflərinə çatmaq üçün qarşılarına çıxan hər şeylə mübarizə aparmağa hazırdırlar və mümkün olduğunca problemləri yox etmək üçün çalışırlar. İnsanların oyunlarını, planlarını və strategiyalarını pozmaq onlar üçün çox önəmlidir və bunu çox sevirlər.
Əqrəb bürcü xəyanətkar deyildir. Özü yalançı olmadığı üçün də yalan deyən və saxtakar insanları üzə çıxarmaqda olduqca bacarıqlıdır. Onlar bunu çox tez hiss edirlər. Baxışları insanların içini oxuya bilər. Gözlərinin hədəfində olan insan bütün açıqlığı ilə bir əqrəbin önündədir.
Əqrəb bürcünün həyatına müdaxilə edən insan həddindən artıq böyük reaksiya ilə qarşılaşa bilər. Göstərdikləri bu reaksiya onlar üçün xoş bir hal deyil. Əqrəb bürcünü təsvir etmək olduqca çətindir. Onlar daim əks qütblərdə hərəkət edirlər. Heç bir mövzuda “yarım” və ya “bir az” sözləri onları qane etməyə qadir deyildir.
Həyat gücləri olduqca yüksəkdir. Əslində onlar partlamağa hazır bir vulkan kimidirlər. İçlərindəki güc gözlərindən oxuna bilər. Hal və hərəkətlərini idarə etməyi bacarsa belə gözləri onu ifşa edir. Gözlərindən sevgisini və nifrətini anlamaq mümkündür.
Hislərinə qapılan bir əqrəb təhlükəli ola bilər. Bu səbəblə hərəkətlərini məntiqlə idarə etməlidir. Həm də daim. Əqrəb bürcündən ya ən yaxşı insanlar, ya da ən pis insanlar çıxır. Onlar üçün ya həmişə, ya heç sözü keçərlidir. Əqrəb bürcü ikiüzlü və özündənrazı insanlara nifrət edir. Bu cür xüsusiyyətlərə sahib olan insanları da gözdən salmaqdan çox böyük zövq alırlar. Bəzən acıdil və kobud insanlar olurlar. Uzlaşmaq bəzən onlara görə deyildir. Onlar öz inanclarının arxasınca getməyi sevirlər. Diqqət onlar üçün çox önəmlidir. Öz düşüncələrini qəbul etdirmək üçün mübarizə aparmaqdan heç bir zaman çəkinmirlər.
Böyrək
Böyrək – lobyaşəkilli cüt orqandır. Qanın təmizlənməsi və sidik yaranmada birbaşa iştirak edir. Bu orqan sidik-ifrazat sisteminə daxildir.
Böyrəyin anatomiyası
Böyrəklər insan bədənində qarnın arxa divarında, bel nahiyəsində yan tərəflərdə axırıncı 2 döş və I-II bel fəqərəsi səviyyəsində yerləşir. Sağ böyrək sola nisbətən bir qədər aşağıdadır. Çünki o, yuxarıdan qaraciyərlə sərhədlənir.
Böyrəyin normal ölçüləri
Yetkin insanda böyrəyin uzunluğu təqribən 11.5-12.5 sm, eni 5-6 sm, qalınlığı isə 3-4 sm-dir. Çəkisi 120-200 qramdır. Adətən sol böyrək sağla müqayisədə bir qədər böyük olur.
Böyrəyin daxili quruluşu
Hər bir böyrək sərt fibroz birləşdirici kapsulla əhatə olunaraq, parenxima, sidiktoplayıcı və sidikçıxarıcı sistemlərdən ibarətdir. Parenxima xarici qabıq (korteks) və daxili beyin (medulla) qatlarından təşkil olunmuşdur.
Sidiktoplayıcı sistemə 6-12 ədəd xırda kasacıq daxildir. Onlar öz aralarında 2-3 ədəd birləşməklə iri kasacıqlar (2-4) əmələ gətirilər. İri ölçülü kasacıqların birləşməsindən isə böyrək ləyəni yaranır. Ləyən sidik axarına keçir. Sağ və sol sidik axarları sidik kisəsinə açılır.
Böyrəklərin morfo-funksional vahidi nefrondur. Nefron sidik əmələ gətirmə funskyasını yerinə yetirən spesifik strukturdur. Böyrəklərin hər birində 1 milyondan çox nefron mövcuddur.
Böyrəyin funksiyaları
- İfrazat (ekskretor);
- Osmorequlyasiya (su-elektrolit balansının tənzimi);
- İonorequlyasiya (ion balansının tənzimi);
- Endokrin (daxili sekretor vəzi kimi);
- Metabolik;
- Qan yaranma.
İfrazat funksiyası böyrəyin əsas vəzifələrindəndir. O, sekresiya və filtrasiya prosesləri ilə həyata keçir. Yüksək təzyiq altında böyrəklərə daxil olan qan plazma ilə birlikdə Şumlyan-Boumen kasacıqlarında filtrlənir. Yaranan maye birincili sidik adlanır.
Bu maye nefron kanalcıqlarında öz hərəkətini davam etdirir. Məhz burada qidalı maddələrin (qlükoza və s.), su və elektrolitlərin geriyə, yəni qana sorulması baş verir. Bu zaman birincili sidiyin tərkibində sidik cövhəri, sidik turşusu və kreatinin qalır. Nəticədə ikincili sidik formalaşır, kasacıqlardan ləyənə, ordan da sidik axarına keçərək, sidik kisəsinə tökülür.
Normada gün ərzində böyrəklərdə 120-150 llitr birincili və 1.5-2 litr ikincili sidik əmələ gəlir. Həmçinin bu orqanlardan sutkada 1700-2000 litr qan keçir.
Böyrəklər həm də qan plazmasında turşu-qələvi balansının tənzimində mühüm rol oynayırlar. Orqanizmin maddələr mübadiləsinin son məhsulları, toksiki birləşmələr (o cümlədən dərmanlar), qeyri-üzvi və üzvi hissəciklərin artığı bu orqanlardan keçərək, bədəndən kənarlaşdırılır.
Böyrək xəstəlikləri
Böyrək xəstəlikləri və müalicəsi ilə urologiya, həmçinin nefrologiya məşğul olur. Və təbii ki, uroloq kimdir sualına belə cavab verə bilərik: uroloq böyrək xəstəlikləri, o cümlədən bütün sidik-cinsiyyət sisteminin patologiyalarının müalicəsi ilə məşğul olan həkimdir.
Bu xəstəliklərə aşağıdakılar aiddir:
- Nefrolitiaz (böyrək daşı xəstəliyi);
- Pielonefrit (böyrəyin iltihabı xəstəliyi). Əksərən infeksiya orqana qan vasitəsilə keçir.
- Nefroptoz (böyrəyin sallanması). Anadangəlmə və qazanılmış olur. Çox vaxt qadınlarda rast gəlinir.
- Hidronefroz (sidiyin ləngiməsi nəticəsində kasa-ləyən sisteminin genişlənməsi). Anadangəlmə və qazanılmış xarakterlidir. Qazanılmış forma böyrək daşının kanala düşməsi nəticəsində mexaniki ləngimə və hamiləlikdə böyrək problemi kimi təzahür edir. Xəstəlik birinci halda müalicə ilə, hamiləliklə əlaqəli olduqda isə yüngül formalarda uşaq doğulduqdan sonra öz-özünə keçib gedir.
- Böyrək çatışmazlığı. Orqan öz funksiyasını yerinə yetirə bilmir. Onun kəskin və xroniki formaları qeydə alınır.
- Qlomerulonefrit. Böyrək yumaqcıqları və kanalcıqlarının zədələndiyi iltihabi xəstəlikdir.
Xülasə
Bu iki ədəd lobyaşəkilli orqan həyati vacib funskiyaları yerinə yetirdiyindən özünüzü infeksiyalardan və böyrək soyuqlamasından qorumağı tövsiyə edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.