Press "Enter" to skip to content

Boğulmadan necə qaça bilərsən

Bronxial astma (nəfəs darlığı) — bronxların spazmı və onların selikli qişasının ödemi ilə əlaqədar təngnəfəslik tutmaları ilə müşayiət olunan allergiya xəstəliyidir. Xəstəlik sutkanın hər hansı vaxtında birdən-birə baş verərək, tənəffüsün və başlıca olaraq nəfəsvermənin çətinləşməsi, müəyyən məsafədən eşidilən fışıltı və xırıltılı qollarını pəncərə altlığına və ya çarpayıya, stul arxasına söykəyərək və s. vəziyyətdə oturmağa və ayaqüstə qalmağa məcbur olur. Təngnəfəslik tutması bir neçə dəqiqədən bir neçə saata qədər çəkir, çox ağırlaşdıqda astmatik vəziyyət inkişaf edir və ya tutmalar qısa fasilələrlə bir-birinin ardınca olur.
İlk yardım. Bronx spazmalarını aradan qaldıran dərmanlar (teofedrin, efedrin, antastman, novodrin, izadrin, alupent və s.) qəbul edilir. Cib inhalyatorları vasitəsi ilə bronxgenəldicilər geniş tətbiq edilir. Uzun müddət bronxial astma ilə xəstələnənlər, adətən, astma tutmasının göstərilmiş dərman vasitələrindən hansı ilə daha yaxşı və tez aradan qaldırıldığını bilirlər. Bir sıra hallarda xardal yaxması, banka qoyulması və başqa yayındırıcı proseduralar effektli olur. Bunlar təsir etmədikdə həkimin təyinatı üzrə dərialtına 0,25 — 0,5 ml 0,1%-li adrenalin məhlulu yeridilir və ya 1 ml 5%-li efedrin məhlulu, bəzən 0,5 ml 0,1%-li atropin məhlulu ilə birlikdə vurulur: venaya 10 ml 2,4 %-li eufillin məhlulu yeridilir. Uzun sürən ağır tutmalar və astmatik vəziyyətdə venaya eufillin, strofantin (korqlikon), prednizalon (deksametazon) və alupentin damcı üsulu ilə yeridilir. Bronxial astma tutmalarında xəstələrə rütubətləndirici oksigen də verilir.

Suda boğulanı necə xilas etmək olar? – Qaydalar

Dənizdə çimərkən ehtiyatsız davranışlar təhlükəli nəticələrə səbəb ola bilər. Çimərliklərdə, su hövzələrində təhlükəsizlik qaydalarının pozulması və ehtiyatsızlıq suda boğulma hallarının artması ilə nəticələnir. Vaxtında və düzgün yardım göstərməklə suda boğulanları xilas etmək olar.

Milli.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, statistikaya əsasən, suda boğulduqdan sonra ilk dəqiqələrdə zərərçəkənlərin 90, 6-7 dəqiqə sonra isə 1-3 faizini həyata qaytarmaq mümkündür.

Çox vaxt suda boğulmağa yorğunluq, suya baş vuran zaman zədə alma, spirtli içkilərdən istifadə, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmə və s. hallar səbəb ola bilər.

Suda boğulma zamanı tənəffüs yolları su ilə dolur, hava ağ ciyərlərə daxil ola bilmir, nəticədə orqanizmdə oksigen çatışmazlığı yaranır. Belə halla üzləşən zaman qaydalara əməl etməklə zərərçəkəni xilas etmək olar.

Suda boğulanı xilas edərkən üzərək ona arxadan yaxınlaşmaq lazımdır, çünki bəzən boğulanın təlaş içində qeyri-iradi olaraq onu xilas edəndən tutması işi çətinləşdirir və təhlükə yaradır. Yardım göstərərkən suya baş vurmaq və boğulanın əlindən, saçlarından yapışıb təkan verməklə onunla birlikdə suyun üzünə qalxmaq lazımdır. Bu zaman yardım göstərən sərbəst qalanda əli və ayaqları ilə intensiv hərəkət edib üzməlidir. Boğulanı sahilə çıxarandan sonra onun vəziyyətindən asılı olaraq ilk yardım göstərilməlidir.

Əgər zərərçəkənin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu arxası üstə quru, sərt döşək üzərində başı aşağı uzatmaq, quru dəsmal və ya əllə ovuşduraraq geyindirmək lazımdır.

Zərərçəkənə isti içkilər verib üstünü örtmək tövsiyə olunur. Əgər zərərçəkən sudan çıxarılandan sonra huşsuz vəziyyətdədirsə, amma nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başıaşağıya meyilli olmaq şərtilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini irəli çəkmək lazımdır. Zərərçəkənin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yollarını təmizlədikdən sonra ona süni nəfəs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Həmin əməliyyat süni nəfəs verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir. Beləliklə, suda boğulana ilk yardım göstərməklə kritik vəziyyətdən çıxarandan sonra zərərçəkəni xəstəxanaya aparmaq vacibdir.

Təxliyə zamanı zərərçəkən xərəkdə böyrü üstə başının altı alçaq olmaq şərtilə uzadılmalıdır. Məlumatlı olmaq və cəld reaksiya vermək çətin vəziyyətlərdən asanlıqla çıxmağa, özünə və ətrafdakılara vaxtında və lazımi yardım göstərməyə imkan verir.

Milli.Az

Astma və boğulma

Bronxial astma (nəfəs darlığı) — bronxların spazmı və onların selikli qişasının ödemi ilə əlaqədar təngnəfəslik tutmaları ilə müşayiət olunan allergiya xəstəliyidir. Xəstəlik sutkanın hər hansı vaxtında birdən-birə baş verərək, tənəffüsün və başlıca olaraq nəfəsvermənin çətinləşməsi, müəyyən məsafədən eşidilən fışıltı və xırıltılı qollarını pəncərə altlığına və ya çarpayıya, stul arxasına söykəyərək və s. vəziyyətdə oturmağa və ayaqüstə qalmağa məcbur olur. Təngnəfəslik tutması bir neçə dəqiqədən bir neçə saata qədər çəkir, çox ağırlaşdıqda astmatik vəziyyət inkişaf edir və ya tutmalar qısa fasilələrlə bir-birinin ardınca olur.
İlk yardım. Bronx spazmalarını aradan qaldıran dərmanlar (teofedrin, efedrin, antastman, novodrin, izadrin, alupent və s.) qəbul edilir. Cib inhalyatorları vasitəsi ilə bronxgenəldicilər geniş tətbiq edilir. Uzun müddət bronxial astma ilə xəstələnənlər, adətən, astma tutmasının göstərilmiş dərman vasitələrindən hansı ilə daha yaxşı və tez aradan qaldırıldığını bilirlər. Bir sıra hallarda xardal yaxması, banka qoyulması və başqa yayındırıcı proseduralar effektli olur. Bunlar təsir etmədikdə həkimin təyinatı üzrə dərialtına 0,25 — 0,5 ml 0,1%-li adrenalin məhlulu yeridilir və ya 1 ml 5%-li efedrin məhlulu, bəzən 0,5 ml 0,1%-li atropin məhlulu ilə birlikdə vurulur: venaya 10 ml 2,4 %-li eufillin məhlulu yeridilir. Uzun sürən ağır tutmalar və astmatik vəziyyətdə venaya eufillin, strofantin (korqlikon), prednizalon (deksametazon) və alupentin damcı üsulu ilə yeridilir. Bronxial astma tutmalarında xəstələrə rütubətləndirici oksigen də verilir.

Asfiksiya (boğulma) — orqanizmin toxumalarına oksigen daxil olmasının birdən-birə kəsilməsi nəticəsində onların həyatı üçün təhlükəli vəziyyətin yaranmasıdır. Bunun səbəbləri: nəfəs yollarında maneə, məsələn qırtlaq və ya traxeyaya (nəfəs borusuna) yad cismin daxil olması, səs yanğının ödemi və spazmı, ətraf havada oksigenin azalması (şaxtaların tutulub tıxanması hallarında və s.); oksigenin hemoqlobinlə örtülməsinə mane olan qazlarla (məsələn, karbon 2-oksidlə) zəhərlənmə; tənəffüs mərkəzinə təzyiq edilməsi (məsələn, alkoqol koması baş verdikdə) və ya tənəffüs əzələlərinin iflici (poliomielit olduqda).
İlk yardım asfiksiyanın səbəbinə görə təyin edilir. Nəfəs yollarındakı mexaniki maneə dərhal aradan qaldırılmalıdır. Bundan ötrü barmaqlar vasitəsilə ağzı və ağız-qırtlaq sahəsini qida qaılqlarından, selikdən təmizləmək, boğaza tıxanmış dili dil tutqacı vasitəsilə çəkib çıxarmaq lazımdır. Tənəffüs mərkəzinə təzyiq edilən zaman tənəffüs analeptikləri (kordiamin, lobelin) tətbiq olunması məsləhət görülür. Ümumiyyətlə, bütün asfiksiya hallarında oksigenlə terapiya aparılmalıdır. Müstəqil koordinasiyalı (müntəzəm) tənəffüs hərəkətləri olmadığı hallarda dərhal «ağızdan-ağıza» («ağızdan-buruna») və ya «Ambu» tipində əl aparatı vasitəsilə nəfəs aldırma kimi süni tənəffüs metodlarını tətbiq edirlər.

Ürək astması — kəskin ürək çatışmazlığı nəticəsində təngnəfəslik tutması baş verməsi ilə xarakterizə olunur. Ən çox arterial hipertoniya, miokard infarktı, kardioskleroz, ürək qüsurları kimi ağırlaşmalar baş verir. Təngnəfəslik tutması əksəriyyətlə gecə baş verərək, nəfəsalma və nəfəsverməni çətinləşdirir və xəstənin vəziyyətini birdən-birə çox ağırlaşdırır. Tutma baş verdikdə xəstə yataqda oturaraq qıçlarını aşağı sallatmağa məcbur olur. Xəstənin dərisi göyümtül rəng alır və tərlə örtülür. Tənəffüs sürətlənərək dəqiqədə 30 — 40-a çatır. Öskürək əvvəl quru olur, sonralar çəhrayı rəngli köpüklü bəlğəm ifrazı ilə müşayiət olunur, bu isə ağciyərlərdə ödem inkişaf etdiyini göstərir. Nəbz sıx, adətən, gərgin və bəzən aritmik olur.
İlk yardım — tibb bacısı xəstənin ayaqlarını salladaraq rahat oturmasına kömək edir, oksigenlə müalicəyə başlayır və təcili olaraq həkimi çağırır. Həkimin təyinatı üzrə dərialtına morfin və ya omnolon vurur, venaya yavaş-yavaş natrium-xlorid və ya qlükozanın 20 ml miqdarında izotonik məhlulunda strofantin və ya korqlikon yeridilir; eyni şprislə venaya furasemid (laziks) məhlulu daxil edilir. Bu preparatların və eufillin məhlulunun müvafiq birləşdirilmiş halda venaya yeridilməsi yaxşı effekt verir. Bəzən 500 ml-ə qədər qanburaxma da təyin edilir. Çox vaxt qanburaxma əvəzinə ətraflara turna qoyulur. Bu zaman tibb bacısı fikir verməlidir ki, turna ancaq venaları sıxsın, arteriyalarda isə nəbz yaxşı əllənsin: turnaları ətrafların hamısından bir vaxtla açmaq olmaz.

Müəllif tibb elmləri namizədi B.L. Borodulin

Əsəb və hirsin boğulması gizli xəstəliklərə səbəb olur

Day.Az представляет новость на азербайджанском языке.

Hər birimiz gündəlik həyatımızda nəyəsə əsəbiləşərək həm özümüzün, həm də ətrafdakıların qanını qaraldırıq. Bəzən əsəblərimiz sakitliklə soyusa da, bəzən bu əsəb günlər, yaxud həftələrlə davam edir. Daxildə əsəb zamanla kinə çevrilir. Əksər vaxtlar əsəbdən sonra sakitləşən insan bunun ani hiss olduğunu hesab edir, elə də əhəmiyyət vermir. Çox vaxt isə əsəb insanda elə ani reflekslər yaradır ki, müxtəlif sakitləşdirici dərmanları qəbul etmək vacib olur.

Ümumiyyətlə, çox az insan əsəbin insan orqanizminə dağıdıcı təsir göstərməsindən xəbərsizdir. Hiss etdiyimiz bütün duyğular insan orqanizmində iz buraxır və əsəb bu izlər arasında ən qorxulusu və ən təhlükəlisidir. Zaman-zaman ətrafda qışqıran, aqressiyasını ətrafdakılara büruzə verənləri gördükdə istər-istəməz belələrini tərbiyəsiz, hövsələsiz kimi qəbul edirik. Halbuki aparılan araşdırmalar göstərir ki, həyatın müəyyən dönəmlərində məhz o cür olmaq insan orqanizmi üçün olduqca xeyirlidir. Kanadada 6 illik araşdırma və müşahidələrin sonunda bəlli olub ki, əsəbiləşərək hirsini boşaldan, ağlayan insanlar gündəlik həyatda daha sakit, rahatlaşmış olurlar. Məhz belə insanlar həyatın bütün çətinliklərindən daha üzüağ çıxır, çünki analiz etmək qabiliyyətlərini daha yaxşı işə salırlar. Hirsini boğaraq özünü təmkinli aparan, daxilən əsəb keçirənlər isə daha fərqli olurlar. Məsələn, bu cür insanlarda yığılıb qalan əsəb bir müddət sonra kinə çevrilir. Belə insanlarda hadisələri analiz etmək qabiliyyəti zəifləyir. Onlar nə qədər sakit davransalar belə, daxili sinir imkan vermir ki, məntiqli davranış sərgilənsin.

Nevroloq Sara Süleymanovanın sözlərinə görə, insan əsəb keçirən zaman daxili orqanlarına vurulan zərbələri başqa heç bir xəstəlik vura bilməz. Əsəb və hirsin daxildə boğulması gizli xəstəliklərin yaranması üçün şərait yaradır. İlk baxışda əsəb ürəyə təsir edirmiş kimi görüntüsü yaratsa da, əslində bütün orqanlar bu hissdən payını almış olur: “Əsəb elə bir haldır ki, o, konkret bir xəstəlik ortaya qoymur. Hər insanda fərqli əsəbdən yaranan xəstəliklər mütləq var. Sadəcə, bizlər həmin xəstəliklərin əsəbdən yarandığının fərqində olmuruq. Əsəb başdan-ayağa kimi insanı zədələyə bilər. Səs qısılması, yaxud tamamilə yox olması, səs tellərini idarə edən sinirlərin zədələnməsi, qırtlaq nevrozu, damar sərtliyi, əsəbiləşən zaman qolların və ayaqların keyiməsi, halsızlaşması, qarışqa gəzirmiş kimi hissiyat verməsi, həddindən artıq tərləmək, üşütmə, üz əzələlərinin iflici, ürəyin ritmsiz döyünməsi, əllərin, ayaqların buzlaması, baş ağrıları, bulantı, qusma, mədə ağrıları və s. kimi simptomlar əsəbin müxtəlif formalarda göstəriciləridir. Daxili əsəb boğazda boğulmalar yaradırsa, artıq vəziyyət daha da gərginləşib. Bu cür əsəb büruzə verilməyən əsəbdir. El arasında bəzən deyirlər ki, əsəbin vurub harandansa çıxacaq”.

Nevroloqa görə, daxildən əsəbi çıxarmaq o demək deyil ki, insanlar arasında səs-küy salmaq, kimlərisə narahat etmək s. kimi hərəkətlər sərgilənməlidir. Düzgün yolla əsəb sakitləşdirmək, o travmadan bədəni ən az zədə ilə qurtarmaq vacibdir. Əks halda yığılan əsəb və kin bərpası çətin olan əsəb xəstəliklərinin yaranmasına zəmin yaradar: “Daxildə yığılan əsəb vəzi xəstəliklərin yaranmasına, eyni zamanda qətiyyən dil qüsuru olmayan insanın kəkələməsinə səbəb ola bilir. Bu cür halların müalicəsi olduqca çox zaman tələb edir”.

Əsəblə yanaşı, bütün hisslərin, sevincin, kədərin, təəccübün insan orqanizminə müxtəlif təsirləri var. Əsəb yeganə hissdir ki, konkret olaraq bir orqana deyil, bütün bədənə təsir edərək onu sıradan çıxara bilir. Bu cür yüksək əsəb isə bir günün içində yaranmır. Gün keçdikcə ən kiçik problemlər belə insanı yükləyir. Bu da zamanla əsəbin qalaqlanmasına, bir müddət sonra isə insanın “partlamasına” gətirib çıxarır. Odur ki, mümkün qədər əsəbləri qorumaq, əsəbiləşdiyiniz an mütləq o əsəbi bədəndən çıxarmaq lazımdır. Əks halda o əsəbin hansısa orqana zərbə vurması ehtimalı böyükdür.

/Ekspress.az/

Comments are closed, but trackbacks and pingbacks are open.