Böyük britaniya ticarəti
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Dominik Raab bildirib.
5.1. Müasir mərhələdə Böyük Britaniyanın iqtisadi inkişafının xüsusiyyətləri
Böyük Britaniya və Şimali Irlandiya Birləşmiş Krallığı dünyanın ən inkişaf etmiş ölkələrindəndir. Sahəsi (Böyük Britaniya adası, Irlandiya adası şimali –şərq hissəsi, Men adası və Normand adaları) 244 min kvadrat km-dir. Əhalisi 56,1 milyon nəfərdir. Əhalinin 80%-i ingilislər, 15%-i şotlandlar, uelslilər və irlandiyalılardır.
Sənaye çevrilişini başqa ölkələrdən tez həyata keçirən Böyük Britaniya XX əsrin əvvəlində öz inhisarçı mövqeyini itirdi. Böyük Britaniya əsrin ilk onilliklərində ÜDM-in ölçüsünə görə Almaniya ilə ikinci – üçüncü yerləri bölüşdürmüş, Almaniyanın Ikinci dünya müharibəsindəki məğlubiyyətindən sonra isə ikinci yerdə yerləşmişdir. Lakin XX əsrin ikinci yarısından 1990-cı illərə qədər Böyük Britaniya iqtisadi inkişaf sürətinə görə əsas rəqibələrindən nəzərəçarpacaq dərəcədə geridə qalırdı. Artıq 1950-ci illərin əvvəlində AFR ÜDM-in ölçüsünə görə onu üçüncü yerə sıxışdırdı. On il sonra Yaponiya, 1960-cı illərin sonunda isə Fransa da Böyük Britaniyanı qabaqladı. 1990-cı illərdə Italiya bu göstərici üzrə Böyük Britaniyaya daha çox yaxınlaşdı (bəzi rəylərə görə qabaqladı). Keçən yüzilliyin axırında ABŞ, Yaponiya, Almaniya və Fransa sənayenin istehsalına görə də Böyük Britaniyanı üstələdi.
Year | Gross domestic product | US dollar exchange | Inflation index (2000=100) |
Per Capita Income (as % of USA) |
---|---|---|---|---|
1925 | 4,466 | £0.21 | 61.79 | |
1930 | 4,572 | £0.21 | 66.08 | |
1935 | 4,676 | £0.20 | 85.67 | |
1940 | 7,117 | £0.26 | 74.28 | |
1945 | 9,816 | £0.25 | 50.93 | |
1950 | 13,162 | £0.36 | 38.26 | |
1955 | 19,264 | £0.36 | 42.54 | |
1960 | 25,678 | £0.36 | 47.86 | |
1965 | 35,781 | £0.36 | 49.96 | |
1970 | 51,515 | £0.42 | 44.04 | |
1975 | 105,773 | £0.45 | 55.54 | |
1980 | 230,695 | £0.42 | 43 | 78.57 |
1985 | 354,952 | £0.77 | 60 | 46.84 |
1990 | 557,300 | £0.56 | 76 | 76.62 |
1995 | 718,383 | £0.63 | 92 | 71.84 |
2000 | 953,576 | £0.65 | 100 | 72.29 |
2005 | 1,209,334 | £0.54 | 107 | 90.17 |
1993-cü ildə Böyük Britaniyanın iqtisadiyyatında yüksəliş başladı. Bu, müharibədən sonrakı dövrün ən dinamik yüksəlişi idi. 1998-ci ilə qədər isə AB-nin digər aparıcı ölkələri ilə müqayisədə daha intensiv idi. 2000-ci ildə yüksəliş hələ saxlanırdı. Əgər 1993 -1998-ci illərdə ÜDM artımı orta hesabla 2,7%, 1999-cu ildə isə 2,2% idisə, 2000-ci ildə bu göstərici 3,1% olmuşdur. Ümumdünya resessiyası Böyük Britaniya tərəfindən tez bir zamanda dəf edilmiş və 2003-cü ildə 2,5% tərtibində yaxşı iqtisadi artım qeyd olunmuşdur (cədvəl 5.1.).
Cədvəl 5.1
ÜDM dinamikası (əvvəlki ilə nəzərən
artım sürəti %-lə)
2001-ci ildə yüksəlişin intensivliyi aşağı düşdü. Bu, əsasən ABŞ iqtisadiyyatının vəziyyəti ilə (Britaniya ixracının 17%-i məhz ABŞ-a istiqamətlənir), həmçinin dünya neft bazarında qiymətlərin konyunkturası ilə müəyyənləşirdi. Proqnozlara görə, 2001-ci ildə ÜDM 2,3 -2,8%, emaledici sənayedə istehsal isə 1,8-2% artmalı idi. Lakin ABŞ-dakı terror aktlarından sonra bir çox ingilis iqtisadçıları 2001 və 2002-ci illər üçün Böyük Britaniya iqtisadiyyatının inkişaf perspektivlərini pessimistcəsinə qiymətləndirirdilər. «Merrill Lynch» ekspertləri 2001-ci il üçün ÜDM-in artım proqnozunu 2,3%-dən 1,9%-ə salmışlar.
Əvvəlki illərdə olduğu kimi, 2001-ci ildə də daha böyük artım dinamizmi xidmətlər sferasında müşahidə olunurdu. Emaledici sənayedəki istehsal 1,5% artmışdır. Mal-qaranın məsaməli ensefalitə («inək quduzluğu»), sonra isə dabaq xəstəliyinə tutulması kənd təsərrüfatına böyük ziyan vurdu. Avropa Birliyi canlı mal- qaranın və bütün növ ət-süd məhsullarının Britaniyadan ixracına qadağa qoydu.
2000-ci ildəki yüksəlişin mühüm faktoru istehlak xərclərinin böyük artımı idi (-3,5%). Uzunmüddətli istifadə mallarına və yüksək texnologiyalı sahələrin məhsullarına əhalinin xərcləri artdı. Istehlak xərclərinin 2001-ci ildə 3,4-3,5% artacağı planlaşdırılırdı və bu, əsasən məşğulluğun genişləndirilməsi, əhalinin real gəlirlərinin artımı hesabına olmalı idi. Lakin 2001-ci ilin birinci yarısında bu göstərici yalnız 3,0% (2000-ci ilin birinci yarısında 3,8%) oldu.
Beləliklə, əvvəlki dövrlə müqayisədə, Böyük Britaniyanın 2001-ci ildəki iqtisadi inkişafında açıq-aşkar yavaşıma nəzərə çarpırdı. 2001-ci ilin birinci yarısında ÜDM 2001-ci ilin analoji dövrü ilə müqayisədə 2,3% artdı. Bu isə ümumilikdə 2000-ci ilin səviyyəsindən aşağıdır. Iqtisadi inkişaf sürətinin azalması 2000-ci ilin ikinci yarısı ilə müqayisədə daha çox nəzərə çarpır. 2000-ci ilin ikinci yarısı ilə müqayisədə nəzərdən keçirdiyimiz dövrdə ÜDM artımı yalnız 0,8% təşkil etmişdir.
2000 və 2001-ci illərdə Böyük Britaniyada inflasiya səviyyəsi aşağı idi. Istehlak qiymətlərinin indeksi 2000-ci ildə cəmi 2,4% yüksəlmişdir (müqayisə üçün qeyd edək: 1999-cu ildə 2,0%, 1998-ci ildə 2,4%, 1997-ci ildə 3,1% və 1996-cı ildə 2,5%). Lakin 2001-ci ilin əvvəlində baza inflyasiyası 1976-cı ildən sonra ən aşağı səviyyəyə düşdü (Milli statistika bürosu bu göstəricini müasir metodika üzrə hesablamağa başladığı zaman). Böyük Britaniyada baza inflyasiyasını ipoteka kreditləri üzrə faiz ödənişlərinin nəzərə alınmaması şərtilə pərakəndə qiymətlərin artımı kimi müəyyənləşdirirlər. Inflyasiyanın azalması əsasən informasiya texnologiyalarının tətbiqi nəticəsində əmək məhsuldarlığının artımı ilə (1993-1999-cü illərdə bu sahəyə yatırılan investisiyalar 3 dəfə artmışdır) və qloballaşmanın, vahid AB bazarının formalaşmasının təsiri nəticəsində rəqabətin kəskinləşməsi ilə izah olunur. Inflyasiya tendensiyalarının artımı, həm də funtun avroya nəzərən yüksək kursu ilə saxlanırdı. Qeyd etmək lazımdır ki, 2001-ci ilin birinci yarısında ərzaq qiymətlərinin kəskin artımı baş verdi və eyni zamanda daşınmaz əmlakın və onun saxlanma xidmətlərinin qiymətlərinin artım sürəti aşağı düşdü. Belə ki, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə ərzaq qiymətləri 3,6% yüksəldi. Daşınmaz əmlakın və onun saxlanma xidmətlərinin qiymətləri isə il hesabı ilə 3,3% artdı. Bu isə 2000-ci ilin analoji dövrünün səviyyəsindən çox aşağıdır – 4,4%.
Böyük Britaniyanın antiinflyasiya siyasətinin əsas elementi faiz dərəcələrinin dəyişilməsidir. Ingiltərə Bankının (Bank of England) valyuta siyasəti üzrə Komitəsi 1997-ci ilin mayından 1998-ci ilin iyununa kimi faiz dərəcələrini 6%-dən 7,5%-ə qədər artırırdı. Lakin 1998-ci ilin yayında –payızında Ingiltərə Bankı öz siyasətini dəyişdi. Inflyasiya təzyiqi zəiflədiyinə və iqtisadiyyatda enmə təhlükəsi artdığına görə Ingiltərə Bankı faiz dərəcələrini azaltmağa başladı. Bundan başqa, Böyük Britaniyada və vahid valyutanın tətbiqi barədə qərar çıxaran AB ölkələrində dərəcə səviyyələrindəki uyğunsuzluqların azaldılma kursu da tətbiq olunmuşdur. 1998-ci ilin oktyabrından 1999-cu ilin mart ayına kimi baza faiz dərəcəsi 7,5%-dən 5,5%-ə qədər azaldılmışdır. Artıq 2001-ci ildə Ingiltərə Bankı uçot dərəcəsini dörd dəfə nəzərdən keçirərək azaltdı (fevral -5,75%, mart – 5,5%, aprel – 5,25%, avqust – 5,0%).
Böyük Britaniyada işsizlik səviyyəsinin dinamikası müsbət tendensiyaya malikdir. Əgər 1996-cı ildə işsizliyin səviyyəsi (işçi qüvvəsi sayının faiz tərtibi ilə) 7,2% təşkil edirdisə, 1997-ci ildə 5,5%, 1998-ci ildə isə 4,7% idi. Artıq 1998-ci ildə bu göstərici Avropanın digər ölkələri ilə müqayisədə daha aşağı idi (1998-ci ilin dekabrında orta hesabla 10,8%). 1999-cu ilin yanvar ayından dekabr ayına kimi işsizlik 4,3%-ə qədər azalmışdır. Işləri olmayan və işsizliyə görə yardım üçün müraciət edənlərin payı 4,6%-dən 4%-ə qədər azalmışdır. Təhsil səviyyələri və peşəkar hazırlıqları aşağı səviyyədə olanlar arasında işsizlərin sayı daha çox idi. Işə düzəlmə ilə bağlı problemlər daha çox yaşı 24-ə qədər olan cavanlarda müşahidə olunurdu. Ayrı –ayrı regionlarda işsizliyin səviyyəsindəki böyük uyğunsuzluq hələ də qalmaqda davam edirdi. Ingiltərənin şimal-şərqində, Şimali Irlandiyada və Şotlandiyada işsizliyin səviyyəsi daha yüksək idi.
2000-ci ildə ölkədəki işsizlik 1975-ci ildən sonra ən minimal səviyyəyə gəldi– işçi qüvvəsinin sayının 3,7%-ə qədər azaldı. Işləyənlərin sayı il ərzində 1,2% artdı. 1995-ci ildən başlayaraq 1,6 milyon yeni iş yeri açılmışdır. 2000-ci ildə iqtisadiyyatda işləyənlərin ümumi sayı son 16 ildə ən böyük olmuşdur. Elə həmin ildə real əmək haqqı 5% artdı, əhalinin malik olduğu gəlir, yəni vergilərin çıxılmasından sonra qalan gəlir 4,5% artdı.
Əmək bazarındakı vəziyyət 2001-ci ilin birinci yarısında ümumilikdə kifayət qədər əlverişli idi. Ölkə iqtisadiyyatında məşğulların sayı 29,2 milyon nəfərə çatdı, rəsmən qeydiyyatdan keçmiş işsizlərin sayı isə 1 milyon nəfərə qədər azaldı. Bu isə son 20 il üçün Britaniya iqtisadiyyatının rekord göstəricisidir. Bu, əsasən məşğulluğun artması üzrə hökumət proqramlarının reallaşdırılması (o cümlədən gənclər arasında), həmçinin bələdiyyə səviyyəsində ictimai işlərin genişləndirilməsi ilə əlaqədardır (yolların yenidən qurulması, ərazilərin təmizlənməsi və abadlaşdırılması, başqaları). Bununla belə, 2001-ci ilin birinci yarısında bir işləyənin hesabında əmək məhsuldarlığı 2000-ci ilin analoji dövrü ilə müqayisədə yalnız 2% artmışdır. 2001-ci ilin birinci yarısında əhalinin real pul gəlirlərinin artımı yavaşıdı. Onlar 2000-ci ilin birinci yarım ilinin 3,3%-ə qarşı yalnız 2,3% artdı. Bu isə əhalinin son istehlak xərclərinin artımının 3,1%-ə qədər azalmasına gətirib çıxardı (əvvəlki ilin birinci yarısında bu göstərici 3,9% olmuşdur). Ümumilikdə 2001-ci ildə işsizliyin səviyyəsi 5% təşkil etdi, 2002-ci ildə isə, demək olar ki, dəyişməz qaldı (5,1% səviyyəsində).
2001-ci ilin avqustunda əhalinin sayı tarixdə ilk dəfə olaraq 60 milyon nəfəri keçdi. Milli statistika bürosunun mütəxəssislərinin fikrincə, artımın əsas səbəbləri həyatın davamlılığının uzanması və immiqrasiyanın yüksək səviyyəsi idi. Hökumətin immiqrasiya siyasətində əsas diqqət ixtisaslaşmış kadrların müxtəlif ölkələrdən cəlb edilməsinə yönəldilir. Indiki zamanda ölkəyə gələn işçi qüvvəsinin əsas hissəsini Avropa Birliyi ölkələrindən olan immiqrantlar – həkimlər, tibb bacıları və kompyuter mütəxəssisləri təşkil edir.
Xarici iqtisadi əlaqələr. Böyük Britaniyanın maraqları, əsasən, Qərbi Avropaya, ABŞ-a və Yaponiyaya istiqamətlənmişdir. Inkişaf etməkdə olan ölkələrin payı azalmışdır, hərçənd inkişaf etmiş digər ölkələrlə müqayisədə bu göstərici daha böyükdür. XX əsrdə xidmətlərin ixrac strukturunda ciddi irəliləyişlər baş verdi. Bu sahədə Böyük Britaniya ABŞ-dan sonra ikinci yeri tutur. Ölkə əsas gəlirini hüquq və mühasiblik xidmətləri daxil olmaqla işgüzar xidmətlərin ixracından əldə edir. Özəlləşmə sahəsində Britaniya banklarının məsləhətçi xidmətlərinə böyük tələbat var. Kompyuter və informasiya xidmətlərinin ixracı daha sürətlə inkişaf edir.
1995-ci ildən 2001-ci ilə kimi cari əməliyyatlar üzrə ödəniş balansının saldosu mənfi idi. Yalnız 1997-ci il istisna təşkil edirdi (cədvəl 5.2).
Cədvəl 5.2
Ödəniş balansının cari hesab saldosu,
milyard funt sterlinq
2000-ci ildə iqtisadiyyatın ümumi yüksəlişi xarici məhsula olan tələbatı artırdı. Mal və xidmətlərin idxalı onların ixracını üstələdi və bu da ticarət balansının böyük kəsirinə gətirib çıxardı. Cari əməliyyatlar üzrə ödəniş balansının mənfi saldosu ÜDM-in 1,5%-nə gəlib çatdı. Eyni zamanda, birbaşa investisiyaların ixracı da kəskin şəkildə artdı. Britaniya şirkətləri beynəlxalq birləşmə və udulma proseslərində aktiv şəkildə iştirak edirdilər. Bununla belə, Böyük Britaniya xarici investisiyaların cəlb edilmə sahəsində də ilk yerlərdən birini saxlaya bildi. Əsas kapitala şəxsi yatırımlar il ərzində 2,5% artdı. Istehsal investisiyalarının artımı az idi –cəmi 1,5%. Lakin əvvəlki illərdə iqtisadiyyata qoyulan şəxsi kapital yatırımları çox böyük sürətlə artmış, 1998-ci ildə 13,8%, 1999-cu ildə 7,6% yüksəlmişdir. Məhz bu səbəbdən də 2000-ci ildə istehsal investisiyalarının payı 14,5%-ə qədər yüksəlmişdir. Bu, 40 ilin rekord göstəricisi idi.
Lakin 2000-ci ilin böyük hissəsində funtun vahid Avropa valyutasına nəzərən yüksək kursu saxlandığına görə və ölkə Avropa zonasında iştirak etmədiyinə görə xarici biznes üçün cəlbediciliyini itirməyə başladı. Əgər 1999-cu ildə Britaniya «cəlbedicilik» kateqoriyasına görə ABŞ-dan sonra ikinci yerdə idisə, 2000-ci ildə onu Çin və Braziliya da qabaqladı. Bundan başqa, Sony, Panasonic və Hitachi kimi yapon şirkətləri də öz Britaniya müəssisələrində istehsalın məhdudlaşdırılması barədə niyyətlərini bildirdilər. BMW Britaniyanın «Rover» avtomobil şirkətini Böyük Britaniyanın şəxsi investorlar qrupuna satdı.
2001-ci ildə xarici tələbat dinamikasının yavaşıması qeyd olunurdu. Əsas ticarət bazarında işgüzar aktivliyin azalması ilə bağlı ümumdünya tendensiyasının təsiri nəticəsində Britaniya ixracının birinci yarım ildəki artım sürəti 2000-ci ilin analoji dövrü ilə müqayisədə daha aşağı idi (8,3%-ə qarşı 6,3%).
1945-ci ildə dekabrın 27-də Böyük Britaniya Beynəlxalq Valyuta Fondunun aktiv üzvü olaraq kvotaların ölçüsünə görə ABŞ-dan sonra ikinci yeri tutdu. Lakin zaman keçdikcə Böyük Britaniyanın BVF-dəki kvotası tədricən aşağı düşürdü və 1999-cu ildə ölkə bu göstərici üzrə dördüncü yeri Fransa ilə bölüşdürərək ABŞ-ı, Yaponiyanı və Almaniyanı özündən irəliyə buraxdı.1999-cu ildə Britaniyanın BVF-dəki kvotasının ölçüsü 10,738 milyard SDR idi.
Keçən yüzillikdə Böyük Britaniyanın xarici iqtisadi əlaqələrinin mühüm bir xüsusiyyəti – xaricdə hərtərəfli «təsərrüfat periferiyasına» malik olmaq xüsusiyyəti qalmaqda davam edir və bu xüsusiyyət Böyük Britaniyanı ABŞ-a daha da yaxınlaşdırırdı. Avropanın digər iri ölkələrindən və Yaponiyadan fərqli olaraq, Böyük Britaniyanın beynəlxalq istehsalata cəlb edilməsi dünya ticarətinə cəlb edilməkdən daha yüksəkdir. Birbaşa xarici investisiyalarda Britaniyanın transmilli şirkətlərinin payı (2000-ci ildə bazar kapitallaşmasının ölçülərinə görə Avropanın 500 iri şirkətindən 146-sıdır) ölkənin dünya ticarətindəki payından təqribən 2,5 dəfə çoxdur. XX əsr boyunca Britaniya şirkətlərinin kapital yatırımlarının inkişaf etmiş ölkələrə tərəf yerdəyişməsi baş verir və bu investisiyaların sahə strukturu dəyişilirdi. Onlarda emaledici sənayenin payı üçdə ikiyə çatmışdır.
Ölkənin Avropa zonasına daxil olması, Avropa inteqrasiyasının dərinləşməsində və AB-nin genişlənməsində Britaniyanın iştirakı kimi məsələlər Britaniyanın daxili siyasi həyatında qalmaqda davam edirdi. Danimarkada 2000-ci ilin sentyabrında keçirilən referendumun nəticələri, əhalinin əksər hissəsinin Avropa zonasına qarşı çıxması Böyük Britaniyada vahid Avropa valyutasına qarşı çıxanların güclü mövqelərini daha da gücləndirdi. Bununla belə, ölkənin xarici ticarət dövriyyəsində avronun geniş istifadəsi Avropa monetar ittifaqa daxil olmağın xeyrinə əsas arqument kimi çıxış edir.
- Teqlər:
- Birləşmiş Krallıq
- , Böyük Britaniya
- , Britaniya iqtisadiyyatı
- , ingilis iqtisadiyyatı
Dostlarınla paylaş:
Oxşar məqalələr
- 5.2.1. Britaniyada pul sisteminin formalaşmasının və fəaliyyətinin əsasları
- Şotlandiya haqqında ən maraqlı faktlar
- 5.2.2.Ingiltərə bankı
- Böyük Britaniya tarixi. İkinci Dünya müharibəsindən sonra
- Qadın generallar
- 5.3.Böyük Britaniyanın büdcə və maliyyə sistemləri
Ev elanları
- Yaşayış kompleksləri
- İpoteka krediti kalkulyatoru
- homdom.az-ev elanları
- Kirayə verilən daşınmaz əmlak elanlari
0 şərh
Yalnız qeydiyyatdan keçmiş və avtorizasiya olunmuşlar şərh əlavə edə bilər.
İş elanları
- Bank işi vakansiyaları
- Muhasib vakansiyalari
- HR vakansiyalar
- Muellim vakansiyalari
- Marketing vakansiya
- Part-time iş elanlari
- Jobsearch az internship
- Qadınlar üçün iş elanları
- Evdən iş
Xarici ölkələrin maliyyə-kredit sistemi
23 üzv · 49 topik · RSS
Canlı efir
Sənə qurban | Mikayıl Müşfiq 1 Sabuhi_G · 27 fevral 2023, 21:11
Azərbaycan qız adları 1 kayzen · 11 sentyabr 2022, 12:08
Rəssam 2 CavidanNIK · 17 sentyabr 2021, 16:27
Molla Nəsrəddin lətifələri 3 KTo_eCT_KTo · 5 iyun 2021, 01:54
Azərbaycanlı oxucunun şüur defisiti 1 JAVIER_ZANETTI · 31 mart 2021, 17:39
Evdəki allah 2 Optimus11 · 20 yanvar 2021, 18:56
Motosikletli eşşək 2 veyselli · 30 dekabr 2020, 13:40
Arzusuz yaşamaq mümkündürmü? 1 Ayazdizayner · 15 dekabr 2020, 22:41
Nifrət 2 pascal · 24 okyabr 2020, 10:41
Əzim Əzimzadə | Rəssamlığın Sabiri 1 Ayazdizayner · 26 iyun 2020, 08:43
Bloqlar
Düşündürücü hekayələr Reytinq: 262.52
346 saylı marşrut Reytinq: 213.09
Maraqlı faktlar Reytinq: 196.92
Xoşbəxt ailə Reytinq: 179.50
uğur psixologiyası Reytinq: 144.88
Böyük insanlar,şəxsiyyətlər Reytinq: 143.37
Sevgi Reytinq: 138.94
Fotosessiya Reytinq: 136.60
İş elanları
- interyer dizayner vakansiyası
- aqronom vakansiya
- fəhlə vakansiyaları
- hüquqşünas vakansiyası
- HR mütəxəssis
- kassir vakansiya
- katibə vakansiya
- kredit məsləhətçisi
- maliyyəçi iş elanı
- ofis meneceri
- satış meneceri iş elanı
- sosial media mütəxəssisi
Kayzen
Azərbaycanın ən böyük maarifləndirici saytı İnkişaf etmək, maraqlı məlumatlar oxumaq, intellektual azərbaycanlılar üçün kollektiv bloq servisi.
- Hərəkətə keç
- Registrasiya
- Daxil ol
- İnformasiya
- Müəllif hüquqları
- İstifadəçi razılaşması
- Layihə haqqında
- Saytda davranma
- Yardım
- Qaydalar
- Reklam
Böyük britaniya ticarəti
Böyük Britaniya Çində uyğur türklərinin hüquqlarının pozulması səbəbindən Sincan Uyğur Muxtar Bölgəsində istehsal olunan məhsulların idxalını məhdudlaşdırır.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Dominik Raab bildirib.
“Çinlə konstruktiv bir münasibət qurmaq və buna nail olmaq üçün yorulmadan çalışmaq istəyirik, ancaq dəyərlərimizi və ya ölkəmizin təhlükəsizliyini qurban verməyə hazır deyilik. Doğru hesab etdiklərimizi söyləməyə və sözlərimizi əməllə dəstəkləməyə davam edəcəyik.
Bu gün bu cür insan haqları pozuntularının qəbuledilməz olduğunu açıq şəkildə nümayiş etdirmək və ingilis iş adamlarını və dövlət qurumlarını bu pozuntulara qarışmaqdan qorumaq üçün yeni tədbirlər elan edirik. Bu tədbirlər kompleksi zəmanət verə bilər ki, dövlət və ya özəl – heç bir Britaniya təşkilatı Sincanda uyğurların və digər azlıqların hüquqlarının pozulmasından və ya buna cəhd edilməsindən qazanc əldə etməyəcək”, – deyə Raab bildirib.
Xatırladaq ki, Britaniya səlahiyyətliləri dəfələrlə Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsində “milli azlıqların hüquqlarının pozulması” və “insan haqlarının pozulması” barədə bəyanatlar vermişdilər. Raabın verdiyi məlumata görə, bölgədə təxminən 1 milyon uyğur əmək düşərgəsindədir. Rəsmi Pekin isə bu açıqlamaları sanksiyaların tətbiq edilməsi üçün bəhanə adlandırıb.
Son xəbərlər
- 14:42 | Türkiyədəki zəlzələdə 7 minə yaxın əcnəbi ölüb
- 14:39 | İlham Əliyev Almaniyaya getdi
- 14:19 | “Protezi dəyişdirilməlidir, pul yoxdur” – Fotolar
- 14:04 | “Avropa Parlamenti maraqlarla idarə olunur”
- 14:01 | “Bu, həyatımın konserti oldu” – Video
- 14:00 | AccessBank Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramından təşəkkürnamə aldı
- 13:55 | “Azərlotereya”nın baş sponsorluğu ilə beynəlxalq konfrans keçirildi – Fotolar
- 13:51 | Paşinyan Putinə zəng etdi
- 13:47 | Nazirdən dövlət imtahanının ləğvi ilə bağlı xəbərə – Reaksiya
- 13:46 | “Oskar”da çəkilən bu video viral oldu
- 13:39 | Astarada qadın keçmiş əri tərəfindən öldürüldü
- 13:36 | “Pandemiyadakı distant təhsilin nəticələrini mayda görəcəyik”
- 13:30 | Şahzadənin dəbdəbəli toyundan – Fotolar
- 13:21 | İlaxır çərşənbədə hava necə olacaq?
- 13:17 | “Həkim diplomu alıb harada oxuduğu bəlli olmayanlar var” – Nazir
- 13:10 | “Qarabağ” “Qalatasaray”la Bakıda yoldaşlıq görüşü keçirəcək
- 13:05 | Güclü külək olacaq – FHN əhaliyə müraciət etdi
- 13:03 | Bakıda qalib olmuşdu, yenidən “Avroviziya”ya gedir – Video
- 12:44 | Dörd ölkənin nümayəndəsi Moskvada görüşəcək
- 12:40 | Ukrayna silah idxalına görə üçüncü oldu
- 12:26 | Gəncədə ər arvadını qətlə yetirdi – Yenilənib
- 12:24 | Vəzifəli şəxsin meyiti binanın girişində tapılıbmış
- 12:23 | Millimiz Türkiyə yığması ilə qarşılaşacaq
- 12:12 | 39 yaşlı müəllim əməliyyatdan sonra niyə öldü?
- 12:06 | “Bu görüşdən gözləntilər böyükdür” – Almaniya portalı
- 12:06 | “Həmin kadrlar onlara külli miqdarda gəlir gətirir”
- 12:01 | Kapital Bank sahibkarlara sərfəli tarif paketləri təqdim edir
- 11:55 | Si Cinpin Moskvaya səfər edə bilər
- 11:50 | “InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 11:46 | Arda Turan zəlzələdən əziyyət çəkən uşaqlarla futbol oynadı – Video
- 11:37 | “Neftçi” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazandı
- 11:36 | “Dünya gündəliyinin aktual məsələləri Azərbaycanda müzakirə edilir”
- 11:36 | “Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil”
- 11:34 | Nobel mükafatı laureatı dünyasını dəyişdi
- 11:30 | TƏBİB-ə yeni səlahiyyət verildi
- 11:26 | 28 yaşlı fəhlə işlədiyi zavodda öldü
- 11:20 | Qarabağ erməniləri ilə görüş Bakıda keçirilə bilər
- 11:18 | “Hüquqa 75 nəfər qəbul olur, amma 100 nəfər bitirir”
- 11:17 | Hacı Nuran Afaq Gəncəli üçün dua etməyi xahiş etdi
- 11:16 | “Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi
- 11:15 | Agentliyin bu səlahiyyəti nazirliyə verildi
- 11:14 | İlham Əliyev Roma Papasını təbrik etdi
- 11:11 | “Reytinqlərdə geri qalmağımızın səbəbi digərlərinin çox sürətli inkişafıdır” – BDU-nun rektoru
- 11:08 | Lukaşenko İran Prezidenti ilə görüşdü – Foto
- 11:05 | Suyun qiyməti artırılacaq? – Rəsmi açıqlama
- 11:03 | 2200 metr yüksəklikdə qarölçmə aparılıb – Fotolar
- 11:03 | Emre Belözoğlundan ailəsini təhqir edən azarkeşlərə cavab – Video
- 10:58 | Bu şəxslər universitetə müsabiqədənkənar qəbul oluna bilər – Yenilənib
- 10:56 | “Buna görə Milli Məclisə gəlməyə məcbur oluruq”
- 10:50 | “Qəbul qaydalarında dəyişikliyə ehtiyac var” – Nazir
Comments are closed, but trackbacks and pingbacks are open.