Press "Enter" to skip to content

Böyük britaniyada anqlikan kilsəsi

Britaniya dörd inzibati-siyasi hissədən (tarixi əyalətdən) ibarətdir. İngiltərə (otuz doqquz qraflıq, altı metropol qraflıq və Böyük London), Uels (doqquz qraflıq, üç şəhər və on şəhər-qraflıq), Şotlandiya (otuz iki vilayət) və Şimali İrlandiya (26 rayon).

Böyük Britaniyada katolik kilsəsi müsəlmanlara satıldı

Böyük Britaniyada katolik kilsəsi müsəlmanlara satıldı

Böyük Britaniyada katolik kilsəsi müsəlmanlara satıldı – İngiltərədə katolik kilsəsinin binası müsəlman icmasına satılıb. Məlumatı İngiltərənin The Times qəzeti yazıb. Katolik kilsəsinin satılmasına səbəb, kilsəyə gələnlərin sayının kəskin azalması olub. Söhbət Stok-on-Trend vilayətinin.

Benzer Konular

Böyük Britaniyada yeni xüsusi xidmət orqanı fəaliyyətə başlayır

By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 10-07-2013, 12:40 PM

Böyük Britaniyada Novruz bayramı ilə bağlı tədbir keçirilib

By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 03-15-2013, 02:40 PM

Böyük Britaniyada azərbaycanlı qaçqın və məcburi köçkünlərə dair afişa .

By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 02-28-2013, 06:21 PM

Böyük Britaniyada azərbaycanca aylıq qəzetin ilk sayı nəşr edildi

By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 02-26-2013, 02:13 AM

Böyük Britaniyada İslam

By POWER_RANGERS in forum Mənəviyyat
Cevaplar: 0
Son Mesaj: 02-08-2010, 02:38 PM

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok

Azeri Forum sitemiz Azerbaycan, Türkiye, İran, Rusiya ve diğer tüm dünya devletlerinde yaşayan tüm Azerbaycan Türklerini biraraya getirmek amacı ile kurulmuştur. Azerbaycan hakkında – Azerbaycan coğrafi isimdir. Anlamı Odlar Yurdu yani Ateşler Yurdu demektir. Bu isim bir yandan bu bölgede milattan çok önce yaşayan nüfusun çoğunluğunun ateşperest olması ile ilgilidir. Yani bu bölgede yaşayan nüfus ateşi Tanrı sayıyorlardı, oda tapıyorlardı. “Azer” – ateş, ateş demektir. Öbür taraftan, Azerbaycan’da eski zamanlarda Türk soylu “Azer” sözündendir. “Azer” – “az” ve “er” terkibinden ibarettir. Türk dillerinde “az” ın iyi niyet, başarılı kader gibi anlamları var. “Azer” – yani “er kişi”, “er oğlu”, “ateş koruyan” demektir. Demek ki “Azerbaycan” bu bölgede yaşayan eski Türk dilli kabilenin adına oluşmuştur. Azerbaycan dünyanın en eski insan yaşam alanlarından biridir. İnsanlık tüm gelişme dönemlerinde bu topraklarda kendi tarihini yaşamıştır. İnsanlığın ilk çağlarında Azerbaycan’da insan meskenleri olmuştur. Bugünkü insanlık kültürünün oluşması, kalkınması ve dialektikasında Azerbaycan’ın kendi yeri, kendi payı vardır. Zaman uzun geçmişlerin bir çok arkeolojik ve mimari eserleri bizim için korumuştur. Eski taş kitabeler, yazılar, asırların derinliklerinden yadigar kalmış halı desenleri, onları okumayı bilenlere, başlıcası ise okumak isteyenlere çok şey konuşabilir. Azerbaycan’ı tanımak, onun hakkında gerçeği bilmek için bu toprağa, onun adamlarına dost gözüyle bakmak gerekir. Azerbaycan eski kültür ülkesidir. Buraya göç gelmiş oğuz boyları o bölgede yüzyıllardır kuruldu stabilize, derin köklere sahip kültürle karşılaşarak, kendi növbelerinde bu kültürü ümumtürk kültürel gelenekleri ile zenginleştiren. Halkımızın yetenek ve yaratıcılık kudreti “Kitab-ı Dede Korkut”, “Oğuzname”, “Köroğlu” ve birçok başka epik eserlerde tecessüm etmiştir.

Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 02:45 PM .

Bu sistem vBulletin® alt yapısına sahiptir, Version 4.2.0 kullanılmaktadır.
Telif hakları, Jelsoft Enterprises Ltd’e aittir. Copyright © 2023

Böyük britaniyada anqlikan kilsəsi

Azərbaycan � Böyük Britaniya münasibətləri

Coğrafi mövqeyi

Böyük Britaniya şimal-qərbi Avropada, Britaniya adalarında yerləşir. Britaniya adalarını (İngiltərə, Şotlandiya, Uels) və İrlandiya adasının şimal-şərq hissəsini, habelə müstəqil inzibati vahidlər olan Men və Normand adalrını tutur. Britaniya sahillərini Atlantik okeanı və onun dənizləri yuyur. Belə ki, şimalda və qərbdə Atlantik okeanı, şərqdə Şimal dənizi, qərbdə İrland dənizi ilə əhatə olunmuşdur. Ölkənin cənubunda La-Manş və Pa-de-Kale boğazları onu Avropa materikindən ayırır. Şimalda və qərbdə dağ relyefi � Şimali Şotlandiya yaylası (1 344 m), Penin və Kembri dağları, cənubda və cənub-şərqd ə isə təpəli düzınliklər üstünlük təşkil edir. İqlimi mülayim okean iqlimidir, nəmişlikdir. Ölkənin iqlimi əsasən isti Qolfstrim cərəyanının təsiri altında formalaşır. Əsas çayları Temza, Severn, Trent, Mersi, Klayddır. Meşələr Britaniya ərazisinin 9%-ni tutur.

İnzibati ərazi bölgüsü

Britaniya dörd inzibati-siyasi hissədən (tarixi əyalətdən) ibarətdir. İngiltərə (otuz doqquz qraflıq, altı metropol qraflıq və Böyük London), Uels (doqquz qraflıq, üç şəhər və on şəhər-qraflıq), Şotlandiya (otuz iki vilayət) və Şimali İrlandiya (26 rayon).

Əhali və din

Əhalinin etnik tərkibi: ingilislər � 80%, şotlandlar � 15%, uelslilər (və ya valliyalılar) və irlandlar. Bundan əlavə, ölkədə Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrindən gəlmiş mühacirlər, ərəblər və afrikalılar yaşayır. Xristianlar � 87% təşkil edir ki, onlardan 57%-i anqlikan kilsəsinə tabedir.

Siyasi quruluşu

Böyük Britaniya � kraliçanın başçılıq etdiyi konstitusiyalı monarxiyadır. Qanunverici orqan � ikipalatalı parlamentdir (İcmalar Palatası və Lordlar Palatası). Hökumətə baş nazir rəhbərlik edir. Nazirlər Kabineti (icra hakimiyyəti) baş nazir tərəfindən formalaşdırılır.

Böyük Britaniyanın nəzarəti altında on üç müstəqil ərazi vardır. Bunlar Cəbəllütariq, Anqilya, Bermud, Kayman, Terks, Kaykos, Montserrat, Folklend (Malvin) və Britaniya Virgin adaları və başqa digər ərazilərdir.

Böyük Britaniya Böyük Səkkizliyə daxildir. O, həmçinin BMT, ATƏT, NATO, BVF, Avropa Şurası və s. nüfuzlu beynəlxalq təşkilatların aparıcı üzvüdür.

İqtisadiyyat

Böyük Britaniya yüksək inkişaf etmiş sənaye ölkəsidir. Neft və təbii qaz, daş kömür çıxarılır. Maşınqayırma sahəsi, elektrotexnika, nəqliyyat, kənd təsərrüfatı, sənaye avadanlığı istehsalı, qaldırıcı-nəqliyyat texnikası, kimya və neft-kimyası, əczaçılıq, neft emalı sənayesi, qara və əlvan metallurgiya sahələri daha geniş inkişaf etmişdir. İxrac: buğda, yun, cihaz və avadanlıqlar. İdxal: təbii qaz, neft, çay və s. Əsas xarici ticarət tərəfdaşları: Avropa Birliyi ölkələri, ABŞ və Yaponiyadır.

B.e.-nın 43 � 410-cu illərində Britaniya Roma imperiyasının tərkibində olmuşdur. 1338-ci ildə İngiltərə və Fransa arasında Yüzillik müharibə başlamışdır (1338-1453). Müharibə başa çatan kimi isə İngiltərə taxt-tacı uğrunda Ağ Qızıl Gül � Al Qızıl Gül müharibələri başlamış və 1485-ci ildə Tüdorlar sülaləsinin qələbəsi ilə başa çatmışdır. Kraliça I Yelizavetanın hakimiyyəti illərində Britaniya güclü donanması sayəsində ən qüdrətli dəniz dövlətinə çevrilmiş və �Dənizlər hökmdarı� adlandırılmağa başlamışdır. 1642-1649-cu illərdə Stüartlar hakimiyyəti ilə parlament arasındakı münaqişə qanlı vətəndaş müharibələrinə gətirib çıxarmış, nəticədə Oliver Kromvelin başçılığı altında respublika yaradıldığı bəyan edilmişdir. Monarxiya üsul-idarəsi yenidən bərpa edilsə də, lakin kral hakimiyyəti xeyli məhdudlaşdırılmışdır. 1801-ci ildə İrlandiya krallığa birləşdirilmişdir. 1815-ci ildə Böyük Britaniya Napoleonun avropadakı işğallarının qarşısının alınmasında xüsusi rol oynamışdır. Birinci Dünya müharibəsindən sonra Böyük Britaniyanın iqtisadi cəhətdən xeyli zəifləməsi nəticəsində İrlandiya 1921-ci ildə öz müstəqilliyini bəyan etmişdir. 1939-1945-ci illərdə o, Antihitler koalisiyasının tərkibində Almaniyaya qarşı fəal iştirak etmişdir. 1994-cü ildə İrlandiya Respublika Ordusu (İRO) birtərəfli atəşkəs elan etmiş və sülh danışıqlarına başlanılmışdır. Lakin 1996-cı ilin əvvəllərində İRO öz terrorçu fəaliyyətini yenidən davam etdirməyə başlamışdır.

Böyük Britaniya Avropanın və dünyanın əsas güc mərkələrindən biri, dünya siyasətində öncül yer tutan ölkədir. Dünya siyasətinə yön verən İngiltərə kimi bir dövlətlə Azərbaycanın yaxın münasibətlərinin olması ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənməsinə yardım etmişdir.

Lakin bütün güclü dövlətlər kimi İngiltərənin də zəif tərəfi enerjidir. Enerji məsələsi Britaniya xarici siyasətinin aparıcı istiqamətlərindən biridir.

İki ölkə arasında diplomatik əlaqələr parlamentin üzvü, Britaniya Xarici İşlər Nazirliyinin Dövlət Naziri Hon Duqlas Hoqqun 1992-ci ilin mart ayında Bakıya səfərindən sonra yenidən quruldu. Bakıda kiçik ofislə kifayətlənməli olan Ser Brayn Fol Britaniyanın Azərbaycandakı ilk səfiri olmuşdur. 1993-cu ildə təyin edilən Tom Yan isə Britaniyanın Azərbaycanda daimi nümayəndəliyində ilk səfir olmuşdur. Səfirlik 2003-cü ilin may ayından Landmark 2 ünvanında yerləşir. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi 1994-cü ilin yanvar ayında açılıb.

Birləşmiş Krallığın adından Bakıdakı Britaniya Şurası Azərbaycanın silahlı qüvvələrinə ingilis dilinin tədrisi üçün NATO ilə sıx əməkdaşlıq çərçivəsində sülhməramli ingilis dili layihələrini, həmçinin Azərbaycanlı gənc mütəxəssislərə Britaniyada təhsillərini davam etdirmək məqsədi ilə Çivininq təqaud proqramını həyata keçirir.Britaniya Şurası Bakıda 1993-cü ildən fəaliyyət göstərir. 1994-cü ilin fevral ayında sabiq Prezident Heydər Əliyevin Londona səfəri çərçivəsində iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanmışdır. Britaniya Şurasının məqsədi islahatlarda Britaniyanın rolunu önə çəkmək, ingilis dilinin tədrisini və istifadə olunmasını genişləndirmək, mədəniyyət və incəsənət vasitəsiylə Britaniya yaradıcılığını və fərqliliyini nümayiş etdirmək və Britaniya təhsil təcrübəsini təbliğ etməkdir. Onun proqramları ilk olaraq 35 yaşından aşağı gənclər üçün nəzərdə tutulmuş və fərdi, həmçinin çoxtərəfli əməkdaşlıq yollu ilə həyata keçirilir. 1918-ci ilin yanvar ayında ingilis ekspedisiyası Azərbaycanın neft mədənlərinin Birləşmiş qüvvələrin (Almaniya və Osmanlı imperiyası) təsiri altına düşməsinin qarşısını almaq məqsədilə Bağdaddan Bakıya göndərildi. �Dunsterforce� adlandırılan əməliyyata general Lioner Danstervil başçılıq edirdi. Dunsterforce Bakıya 1918-ci ilin avqust ayında çatdı və qısa müddətli gərgin döyüşlərin ardınca (əsasən �Bakı naminə döyüşlər� adlandırılır) sentyabr ayında İrana geri qayıtdı. Osmanlı imperiyası və onu tərəfdaşları arasında Mudros sülh müqaviləsindən sonra ikinci britaniya döyüş bölməsi Osmanlı qoşunlarının Türkiyəyə geri dönməsinə əmin olmaq məqsədi ilə təkrar Bakıya gəldi və 1920-ci ilə qədər burda qaldı.

Bu müddət ərzində Böyük Britaniya ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında mərkəzi Tiflisdə yerləşən Britaniyanın Qafqaz üzrə Ali Komissarı Oliver Uoldrop vasitəsilə de fakto diplomatik əlaqələr quruldu. Bu çətin dövrdə general Tompsonun başçılığı altında Britaniya hərbi missiyası Azərbaycanda stabilliyin əldə olunmasında mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[2]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Mahmud Məmmədquliyev olmuşdur[ 3]. 4 mart 2016-cı il tarixindən Cavanşir Feyziyev işçi qrupunun rəhbəridir.

Yüksək rütbəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri iki dövlət arasında əməkdaşlığın inkişafına təkan vermişdir. 1992 �ci ildə Britaniya Parlamentinin üzvü cənab Hon Duqlas Hoqqun Azərbaycana ilk səfərinin ardınca Xarici İşlər üzrə Dövlət Katibi, Parlamentinin üzvü cənab Malkolm Rifkind 1996 � cı ildə Bakıda səfərdə olmuşdur. Britaniya nazirləri mütəmadi olaraq Xəzər Neft və Qaz sərgisində iştirak ediblər .[ 4]

2003, 2004-ci illərdə �Xəzər Neft və Qaz-2003� və �Neft-Qaz 2004� sərgilərində iştirak etmək məqsədilə Britaniya Parlamentinin üzvü, Sənaye və Energetika məsələləri üzrə Dövlət Naziri cənab Brian Vilson Azərbaycanda səfərdə olmuşdur.Əlahəzrət York Hersoqu Azərbaycanda bir neçə dəfə səfərdə olub. O, 25 may 2005-ci ildə Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərinin rəsmi açılış mərasimində iştirak etmiş, 2006- cı ildə kəmərin inşasının başa çatması ilə əlaqədar keçirilən tədbirlərə qatılmış və nəhayət 2007-ci ilin sentyabrında təkrar Bakıya səfər etmişdir. Britaniya parlamentinin üzvü, Sənaye və Energetika məsələləri üzrə Dövlət Naziri Malkolm Viks 2007-ci ilin sentyabrda Azərbaycana səfər etmişdir. Avropa məsələləri üzrə Nazir Cim Mörfi isə Azərbaycanda 2008-ci ilin may ayında olmuşdur. Britaniyanın ticarət məsələləri üzrə Naziri Lord Diqbi Cons Azərbaycana ən son səfər etmiş Britaniya rəsmisidir. O, Bakıya 2008-ci ilin iyun ayında gəlmışdir

1998-ci il 19-24 iyul tarixində sabiq Prezident Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfəri olmuşdur. Səfər çərçivəsində siyasi bəyanat imzalandıqdan sonra Prezident Britaniya Kraliçasının rəsmi qəbulunda olmuş və Dauninqstritdə Baş Nazirlə görüşmüşdür. Görüşün yekununda Baş Nazir və Heydər Əliyevin iştirakıyla ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti ) ilə BP, RAMCO və Monument Oil şirkətləri arasında üç mühüm saziş imzalanmışdır.

2004-cü ilin 13-14 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyada rəsmi səfərdə olmuşdur. O, Britaniyanın Baş naziri, Xarici İşlər və Müdafiə üzrə Dövlət Katibləri ilə görüşmüşdür. Baş Nazir və Prezident 1998-ci ildə iki ölkə arasında imzalanmış Dostluq və Əməkdaşlığa dair Birgə Bəyannaməni bir daha təsdiqləmişlər. Onlar insan haqqları, azadlıqlar və qanunun aliliyinə söykənən demokratiyanın və bazar iqtisadiyyatının hərtərəfli inkişaf etməsi üçün ikitərəfli münasibətlərin inkişafına bir daha dəstək ifadə etmişlər. Səfər zamanı Azərbaycan Prezidenti və Britaniya Baş Naziri tərəfindən ikitərəfli münasibətlərin ilkin və gələcək inkişaf perspektivləri istiqamətində Birgə Komunike qəbul edilmişdir.

Azərbaycan Dövlət Neft Fondunun Prezidenti Samir Şərifov (2006- ci ildən maliyyə naziri vəzifəsində çalışır) 2005 � cil ilin 17 mart tarixində Londonda keçirilən mineral ehtiyatların hasilati ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 2-ci beynəlxalq konfransda iştirak etmişdir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2007- ci ilin oktyabr ayında Londona rəsmi səfər etmişdir. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin Londona səfəri 2008-ci ilin fevral ayında baş tutmuşdur.

Gülnarə Əmirqızı

Bizim Yol .- 2018.- 16 avqust.- S.13.

Comments are closed, but trackbacks and pingbacks are open.