BÖYÜK DAYAQ
Bu gün Muğan düzünə qışın orta ayından çox payızın əvvəlini xatırladan mülayim bir axşam enmişdi. Günəş batandan azca sonra sinəsi yarıq-yarıq böyük səhranın üstündəki buludsuz göylər ulduzlarla doldu. Topalanıb çoxalan bu ulduzlar açılmaz bir sirrinmi, əbədi bir sevdanınmı dastanını oxuyur kimi bizim torpağa baxaraq sayrışdıqca, qış gecəsi hər tərəfə hakim olurdu.
Mirzə İbrahimov Böyük Dayaq
Bu gün Muğan düzünə qışın orta ayından çox payızın əvvəlini xatırladan mülayim bir axşam enmişdi. Günəş batandan azca sonra sinəsi yarıq-yarıq böyük səhranın üstündəki buludsuz göylər ulduzlarla doldu. Topalanıb çoxalan bu ulduzlar açılmaz bir sirrinmi, əbədi bir sevdanınmı dastanını oxuyur kimi bizim torpağa baxaraq sayrışdıqca, qış gecəsi hər tərəfə hakim olurdu.
Gecə sakit və sirli görünürdü. O, sanki min ahəngli cazibədar bir musiqi ilə insanları oxşayır, istirahət etməyə, xəyal və düşüncələrə dalmağa, şirin söhbətlərə qulaq asmağa çağırır, ürəklərini yumşaldırdı.
Belə axşamlarda qayğı, sevinc, iztirab və həyəcanlarla dolu iş günündən sonra qabağında ətirli və rəngli çay buğlana-buğlana samovarın yanındaca oturmaq, stola dirsəklənərək qəlyanını tüstülədib xəyala getmək Muğan düzünün böyük kolxozlarından sayılan “Yeni həyat”ın sədri Rüstəm kişinin xoşuna gələrdi. Rüstəm kişi, corab toxuyan, tikiş tikən, qab-qacaq silərək heç bir zaman işsiz oturmayan orta boylu, mütənasib bədənli arvadı Səkinə ilə ahəstə-ahəstə oradan-buradan danışar, bəzən də oynaq təbiətli və 21 yaşına çatdığına baxmayaraq hələ də bir uşaq kimi nazlanmağı sevən zarafatcıl və ərköyün qızı Pərşanın laqqırtısına qulaq asardı. Ailədə ünsiyyəti artıran, ürəkdə munis duyğular oyadan belə axşamlardan sonra yuxu nə qədər şirin olardı.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
BÖYÜK DAYAQ
. Söhbət heç də Mirzə İbrahimovun “Böyük dayaq” romanından getmir. Nə biz burda Rüstəm kişidən söhbət açmaq istəyirik, nə Mayadan, nə də Yastı Salmandan. Ondan danışmaq istəyirik ki, bu ağır, bu çətin, bu keşməkeşli zəmanədə bir-birinə arxa duran, yıxılanın qolundan yapışan, suda boğulanı çıxarmaq istəyən adamlar çox azdır. İş də elə gətirib ki, bayaq dediyimiz kimi, çətinlik içində olanları saymaqla qurtarmaq mümkün deyil.
. Amma elə məqamlar da var ki, hər hansı yıxılana, büdrəyənə yüz dəfə əl tutursan və bir dəfə arxa durmayanda səndən küsür, inciyir və üz döndərir. Beləsinə barmağının beşinə də bala batırıb ağzına dürtsən yenə deyəcək ki, zəhərdi. Deməli, yaxşılığın qədrini bilməyən, onu qiymətləndirməyən və bəzən də min dəfə yaxşılıq eləyəndə bir dəfə söykək olmayanda ağzını büzür. Hələ üstəlik də deyir ki, filankəsin donuzu kəmdir, mənə əl tutmur.
Heç bu məsələnin üstündə o qədər də dayanmağa ehtiyac qalmır. Ən azından ona görə ki, yaxşılıq elədiyin və çörək verdiyin adam sənin qədrini bilməsə də Ulu Tanrı hər şeyi görür və qiymətləndirir. Əgər Allah hər şeyi görür və qiymətləndirirsə, deməli, yaxşılıq etməkdən və əl tutmaqdan usanmamalıyıq. Elə ki, bir kimsəsizə, bir yazığa, bir fağıra söykək olursa, bax onda həmin axşamı çox rahat yatırsan. Çünki sənin için, ruhun və qəlbin də dincəlir, durulur, sakitləşir.
Elə adam da var ki, əziz qardaşı, bacısı, hətta bacısı oğlu ehtiyac içində canıyla əlləşsə də üzünü çevirib gedir və soyuqqanlı halda öz işi ilə məşğul olur. Hansı ki, həmin adamın çox böyük imkanları var. Məsələn, öz “lyubovniki”nə villa və çox bahalı maşın bağışlayır, ancaq canı çıxır ki, bir yetimə-yesirə, kimsəsizə arxa dursun. Onlar bir yana, heç doğmalarına, əzizlərinə baş çəkmir. Onun başı ancaq pul qazanmağa və eyş-işrətə qarışır. Qoy qarışsın, yəqin ki, bir zaman gələcək onun içindəki vicdan oyanacaq, heç bəlkə də oyanmadı. Elə bu dünyaya daş ürəklə gəlib, daş ürəklə də Allahın dərgahına qayıdacaq.
. Göz yaşı içində boğulan, hıçqırığını bəzən də varlığında saxlayan, heç kimə bir söz deməyən, amma əzab-əziyyət içində yaşayan insana, təbii ki, arxa durmaq, kömək etmək və onu düşdüyü durumdan çıxarmaq çox savab işdir. Birinin çörəyi yoxsa, dərman almağa pul tapmırsa və canı ilə əlləşə-əlləşə qalırsa, ona durub baxmaq lazım deyil. Tanıyırsansa ki, bu, yazıq, fağır və ehtiyac içində olan adamdır, onu düşdüyü burulğandan çıxarmağa can atmalısan.
Bir dəfə xarici mətbuatda bir hadisə təsvir olunmuşdu. Ehtiyac içində olan beş yaşlı uşaq anasına dərman almaq istəyir, ancaq pul tapmır. Təsadüfən aptekin yanından keçən bir nəfər resepti əlinə götürür və 300 dollar verir dərmanı alır. Uşaq da sevincək evlərinə qayıdır, anası da dərmanları qəbul edəndən sonra sağalır və ayağa qalxır. . Uzun illər keçir, uşaq böyüyür və Avropada tibbi təhsil alır və klinika açır. Bir dəfə eşidir ki, vaxtilə ona kömək göstərən adamın ürəyində əməliyyat aparılmalıdır. O gənc də xeyirxah insanı tanıyır və pulsuz olaraq o əməliyyatı aparır. Həmin kişi sağalıb ayağa qalxanda soruşur ki, mənim pulum yox idi, kim bunu ödədi. Oğlan isə gülür və deyir:
– Vaxtilə sən mənim anamı xilas eləmişdin. Əgər o üç yüz dollar olmasaydı mənim anam çoxdan rəhmətə getmişdi. Bir zamanlar sənin elədiyin yaxşılıq indi qabağına çıxır.
. Bax belə! Əgər kiməsə dayaq durursansa, kömək göstərirsənsə o adam sənin qədrini bilməsə də, nə vaxtsa elədiyin yaxşılıq ya özünün, ya da balalarının qarşısına çıxacaq. İnsanlara dayaq durun, kömək göstərin, yıxılanı ayağa qaldırın! Bundan heç vaxt peşman olmazsınız. Ən azından ona görə ki, elədiyiniz yaxşılıqdan mənən zövq alacaq, bir insanın taleyini dəyişdiyinizə görə Allah-Təala sizə öz mükafatını verəcək. Qorxmaq lazım deyil və yaxşılıqdan, əl tutmaqdan da yorulmamalıyıq. Çünki bu yaxşılıq, insanlara dayaq durmaq həmişə bizi nurlu, işıqlı bir aləmə qovuşdurur. O aləmə ki, bu yaxşılığı eləyəndə çiynimizdən ağır yük götürülür və rahat nəfəs alırıq.
Faiq QİSMƏTOĞLU
[email protected]
Comments are closed, but trackbacks and pingbacks are open.