Böyük vətən müharibəsi
Azərbaycan SSR-də 130 növdən çox silah və döyüş sursatı istehsal edilmişdi. Məsələn, Bakıda əfsanəvi “Katyuşa”lar üçün mərmi, Yak-3 və UTI-4 döyüş təyyarələri düzəldilirdi. Azərbaycan SSR-də sakinlərin şəxsi ehtiyatlarından 15 kq qızıl, 952 kq gümüş, 320 mln. rubl müdafiə fonduna verilmişdi.
Böyük vətən müharibəsi
“Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!” Heydər Əliyev
AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
- Müdafiə naziri
- Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
- Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi
- Мüdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
- Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı
- Мüdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı
- Мüdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı
- Müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini
- Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi
- “Azərbaycan Ordusu” qəzeti
- “Hərbi Bilik” jurnalı
- “Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı
- Hərbi And
- Qanunvericilik
- Nizamnamələr
- Bayraqlar
- Orden və medallar
- Emblemlər
- Azərbaycan Milli Qəhrəmanları
- Geyim qaydası
- Beynəlxalq hərbi əməkdaşlıq
- İkitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq
- NATO ilə əməkdaşlıq
- Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak
- BQXK ilə əməkdaşlıq
- Beynəlxalq silahlara nəzarət üzrə fəaliyyətlər
- CISM – Beynəlxalq Hərbi İdman Şurası
- Azərbaycandakı xarici hərbi nümayəndəliklər
- Beynəlxalq Ordu Oyunları
- Azərbaycan Ordusunun hərbi elm və təhsil sistemi
- Hərbi Elmi Tədqiqat İnstitutu
- Hərbi İdarəetmə İnstitutu
- Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi
- Heydər Əliyev adına Hərbi İnstitut
- Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Lisey
- Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi
- Dövlət rəmzləri
- Bayramlar
- Ermənistan-Azərbaycan münaqişəsi
- Vətən müharibəsi
- Qan yaddaşı
- Xəbərlər arxivi
- Cəbhə xəbərləri arxivi
- Foto arxiv
- Video arxiv
- “Azərbaycan Ordusu” qəzetinin arxivi
- “Azimut” Bülleteninin Arxivi
Xəbərlər
15 Aprel 2020 11:34
Bəşər tarixinin faciəsi – İkinci Dünya müharibəsi
XX əsrdə bəşəriyyət iki dünya müharibəsi ilə üz-üzə qaldı. İkinci Dünya müharibəsi əhatə dairəsinə, iştirakçı dövlətlərin sayına, müharibənin aparılması metodlarına və vasitələrinə görə birincidən qat-qat dağıdıcı və dəhşətli idi. 1939-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başladı, 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatdı.
İkinci Dünya müharibəsi həm də ona görə fərqləndi ki, müasir beynəlxalq sistem məhz onun nəticələri əsasında formalaşdı. Dünya tarixində bu hadisəyə bir neçə amil səbəb oldu və onların öyrənilməsi müasir dönəm üçün də vacibdir. Çünki o zamanlarda baş verən hadisələrin oxşarını bu gün də müşahidə etmək olar. Müharibənin iştirakçıları iki cəbhəyə bölündü: nasist bloku (əsas iştirakçılar – Almaniya, İtaliya və Yaponiya) və antihitler koalisiyası (əsas iştirakçılar – SSRİ, ABŞ, Britaniya və Fransa). Hər bir ölkəni müharibəyə sürükləyən səbəblərlə yanaşı, artıq Birinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq sistem qüvvələr balansını və real siyasi vəziyyəti əks etdirmədi. Dəyişikliklərə ehtiyac var idi və həmin dəyişikliklər dinc yolla deyil, müharibə yolu ilə reallaşdı. Nəticədə 50-dən çox dövlət antifaşist koalisiyasında birləşdi, dünyanı faşizm taunundan xilas etdi.
Ötən əsrdə bəşəriyyətə sarsıdıcı zərbə vurmuş faşist ideologiyası üzərində qələbənin bu il 75-ci ildönümü tamam olur. Müharibənin başa çatmasından 75 il keçsə də, bütün dünya üçün faciəli fəlakətlər dövrü kimi yadda qalan həmin qanlı-qadalı illər hələ də unudulmur.
İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycanın da böyük payı var. Həmin illərdə xalq özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola saldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxış edərkən azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakını xatırlayaraq deyib. “Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi”.
Azərbaycan xalqı Böyük Vətən müharibəsinin əsas ağırlığını öz üzərinə götürmüş ölkələrdən biri idi. Ərazisində müharibə getməsə də, bu cənub ölkəsinin vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük şücaətlər göstərərək qələbəyə böyük töhfələr verdi. Müharibənin ilk illərindən etibarən azərbaycanlılardan ibarət yüzlərlə özünümüdafiə batalyonları təşkil olundu. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşdu. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarət nümayiş etdirdilər. Bu gün də İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsi kimi xatırlanır.
Bu qanlı müharibənin nəticəsi isə hər kəsə aydındı. Bəşəriyyət 1945-ci ilin 9 mayında faşizm üzərində qələbə qazandı və ötən müddət ərzində dünya düzənində də qarşısıalınmaz dəyişikliklər baş verdi. Azərbaycan SSRİ-nin tərkibindən ayrılaraq müstəqilliyinə nail oldu. Ancaq SSRİ-nin dağılmasından, Azərbaycanın müstəqillik qazanmasından sonra da Qələbə günü bütün MDB ölkələrində, o cümlədən Azərbaycanda qeyd edilir. Azərbaycan da özünün qəhrəmanlarını unutmur. Eyni zamanda, bu qəhrəmanlar torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunmuş ölkəmizin vətəndaşları üçün əsl örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyev hər il Qələbə günündə sağ qalmış müharibə iştirakçılarına və onların dul qadınlarına mükafatlar verir. Qədirbilən Azərbaycan xalqı öz şanlı oğullarının xatirəsinə ölkənin hər yerində, hətta ən ucqar kəndlərdə də abidələr ucaldır.
Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin ildönümü münasibətilə hər il təntənəli mərasimlər keçirilir. Xalqımızın fəxri olan Böyük Vətən müharibəsi veteranlarının qəhrəmanlığı böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Bu ağır döyüşlərdə misilsiz şücaət göstərmiş soydaşlarımızın xidmətləri heç vaxt unudulmur. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva İkinci Dünya müharibəsinin veteranları ilə görüşür, onları Qələbənin ildönümü münasibətilə təbrik edirlər. Bir sözlə, dünya müharibəsi iştirakçılarına dövlət başçımız tərəfindən daim dərin hörmət və ehtiram, diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları “Xalqımızın qızıl fondu” adlandırırdı. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May – Qələbə Günü ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərir. Ölkə başçısı, həmçinin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam da imzalamışdır. Bu isə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir.
İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq. Veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsl həyat məktəbi, canlı tarixdir. Bu qələbə bayramının şərəfini uca tutmaq, hər bir veterana diqqət və qayğı göstərmək, onları anmaq hər birimizin müqəddəs borcudur.
Oruc MUSTAFAYEV, “Azərbaycan Ordusu”
Azərbaycan Respublikasının Prezidenti
Silahlı Qüvvələrin Ali Baş Komandanı
Böyük vətən müharibəsi
22 iyun 1941-ci ildə Azərbaycan SSRİ-nin tərkibində alman-faşist işğalçıları ilə Böyük Vətən müharibəsinə qoşuldu. 1941-1945-ci illərdə faşist Almaniyası ilə mübarizədə 600 mindən çox azərbaycanlı iştirak edirdi. Alman komandanlığı Bakının neftinə xüsusilə fikir verirdi. Qafqaz uğrundakı döyüşlərdə almanların əsas hədəfi var idi – Bakını və onun neft-qaz sənayesini nəzarətə götürmək.
Bakı və Cənubi Qafqaz Sovet İttifaqının iqtisadiyyatının əsas neft mənbəyi idi. SSRİ neftinin 80 faizi Azərbaycan SSR-də çıxarılırdı.
Ümumi əhalisi 3,4 milyon olan Azərbaycan SSR-dən 681 min nəfər cəbhəyə yollanmışdır ki, onlardan 10 mini qadın idi. Azərbaycandan çağırılan 300 min SSRİ vətəndaşı həlak olmuşdur. Cəbhə xətti üçün Azərbaycanda 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı. Müharibədə, həmçinin snayper Ziba Qəniyeva, zenitçi Almaz İbrahimova, partizan Aliyə Rüstəmbəyova, dəniz gəmisi kapitanı Şövkət Səlimova və başqa azərbaycanlı qadınlar da iştirak edirdi.
Azərbaycan SSR-də olan əsgərlər Brest qalası, Leninqrad, Moskva Stalinqrad, Qafqaz uğrunda döyüşlərdə iştirak etmiş, Kursk, Berlin uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişlər. Onlar Ukraynada, Krım yarımadasında vuruşmuş, Qırmızı Ordunun tərkibində Pribaltikanı, Şərqi Avropanı azad etmişlər.
Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə, 5 piyada dəstələri yaradılmışdır. Qızıl Ordunun 8 diviziyasının çox hissəsini azərbaycanlılar təşkil edirdi.
İkinci Dünya Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və şücaətə görə Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdı. General Həzi Aslanov daxil olmaqla, 3 nəfər iki dəfə bu ada layiq görülmüşdür. Sovet İttifaqı Qəhrəmanı adını alanlar arasında 42 nəfəri milliyyətcə azərbaycanlıdır. Onlardan 14-ü ölümündən sonra bu ada layiq görülüb. Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı leytenant İsrafil Məmmədov olub.
Fransa, İtaliya, Krımda, Belarusiyada azərbaycanlıların rəhbərlik etdiyi partizan dəstələri yaradılmışdı. Məsələn Fransadakı azərbaycanlı partizan dəstəsinə Hüseynrza Məmmədov, İtaliyadakı azərbaycanlı partizan dəstəsinə Cavad Həkimli, Krımdakı Azərbaycan partizan dəstəsinə Məmməd Əliyev, Belarusda fəaliyyət göstərən partizan dəstəsinə isə Məmməd İsayev rəhbərlik edib.
Böyük Vətən müharibəsi başlamamışdan əvvəl Azərbaycan SSR neft sənayesinin – neft və neft məhsullarının əsas tədarükçüsü, neft sənayesindəki mütəxəssislərin hazırlanmasında və neft avadanlığı istehsalında lokomotiv idi. Müharibəyə baxmayaraq Bakı yanacaq və sürtkü təchizatında aparıcı idi. Müharibə illərində Azərbaycan neftçiləri bütün ölkənin yanacağının 80%-ni təşkil ediblər. Müharibənin ilk ilində 23,5 milyon ton neft göndərildi. Böyük Vətən müharibəsi dövründə hərbi ehtiyaclar üçün ümumilikdə 75 milyon ton neft göndərilib.
Sovet İttifaqı marşalı Georgi Jukov qeyd etmişdir:
Bakının neftçiləri Vətənini qorumaq, düşmən üzərində tez qələbə çalmaq üçün cəbhəyə və ölkəyə lazım olan qədər yanacaq verdilər.
Rusiyanın Azərbaycandakı sabiq səfiri Vasili İstratov yazırdı:
Azərbaycanın təbii ehtiyatları olmadan Böyük Vətən müharibəsində heç bir qələbə qazanmaq olmazdı.
Böyük Vətən müharibəsi dövründə Azərbaycan neftçiləri 160 dəfə o illərdə yüksək əmək qabiliyyətinin göstəricisi olan Dövlət Müdafiə Komitəsi, Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının və SSRİ-nin Neft sənayesi üzrə Xalq Komissarlığının keçici Qırmızı bayrağını almışdılar.
Bakı sakini Nikolay Konstantinoviç Baybakov hərbi hissələri və müəssisələri yanacaqla təmin edən xüsusi təyinatlı qərargahı idarə edib. N.K.Baybakov yazırdı:
Sovet döyüş maşınlarının 75-80 faizi bakılıların əməyi sayəsində hərəkət edirdi. Müharibənin taleyi onların işindən asılı idi. Ön cəbhədə olmadan, Azərbaycanın paytaxtı neft arteriyaları vasitəsilə Qırmızı Ordunun əməliyyat qrupu ilə əlaqədə idilər.
Sovet İttifaqı marşalı Konstantin Rokossovski Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinə yazdığı məktubunda qeyd edirdi:
Qorxmaz şahinlərin hər bir zərbəsində, sovet tanklarının hər basqınında, alman-faşist qüvvələri üzərində hər bir zəfərdə Bakı neftçilərinin payı az deyil.
1945-ci il aprelin 28-də Sovet İttifaqı marşalı Fyodor Tolbuxin “Azərbaycan xalqına eşq olsun” adlı məqaləsində yazırdı:
Qırmızı Ordu Azərbaycan xalqına və cəsur Bakı neftçilərinə çoxlu zəfərlər üçün, keyfiyyətli yanacağın vaxtında çatdırılmasına görə borcludur. Stalinqrad yaxınlığında, Donda və Donbasda, Dnepr və Dnestr sahillərində, Belqradda, Budapeşt və Vyana yaxınlığında vuruşan döyüşçülər Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayır və Bakının cəsur neftçilərini salamlayırlar.
Müharibədən sonra Bakıya gələn Sovet İttifaqı marşalı Semyon Budyonnı jurnalistlərə deyib:
Sizin neftiniz olmadan çətin ki, biz müharibədə süvarilərin köməyi ilə bu qədər qələbə qazana bilərdik.
Belarus Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Qleb Krasnevski yazırdı:
Məhz, Azərbaycan nefti Böyük Vətən müharibəsində qələbənin həlledici amillərindən biri olmuşdur.
Böyük Vətən müharibəsi başlayandan sonra bütün respublika “Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!” şüarı ilə çalışırdı. Bütün sahələr cəbhənin maraqlarına qulluq edirdi. İstehlak mallarının istehsalı hərbi təchizat, qida və digər məhsulların istehsalına keçdi. Ordunun təmin olunması üçün Azərbaycanda əvvəllər istehsal olunmayan böyük miqdarda qida, geyim, ayaqqabı və digər mal növlərinin istehsalına ehtiyac var idi.
Böyük Vətən müharibəsinin ilk dövründə Azərbaycan yüngül sənaye müəssisələri Qırmızı Ordunun ehtiyacları üçün təxminən 30 növ məhsul istehsal edirdilər.
Kimya sənayesi zavodları da hərbi məhsul və digər avadanlıqların istehsalına yönəldilmişdi. Bu zavodlarda yanğınsöndürmə avadanlıqları istehsal olundu, qoruyucu geyimlərin münbitləşdirilməsi prosesi mənimsənildi.
Azərbaycanın ət və süd sənayesi müəssisələri əvvəllər xaricdən gətirilən bir sıra yeni dərman növlərinin istehsalına başlamışdılar. Yerli xammalın istifadəsi əsasında tibbi ləvazimatlar zavodu yaradılmışdı.
Yerli sənayedə işləyənlər hərbi təchizatın istehsalında da iştirak edirdilər. Ən qısa müddətdə bu müəssisələrin avadanlıqları cəbhə üçün lazım olan yeni məhsulların buraxılması üçün uyğunlaşdırılmışdı.
Azərbaycan SSR-də 130 növdən çox silah və döyüş sursatı istehsal edilmişdi. Məsələn, Bakıda əfsanəvi “Katyuşa”lar üçün mərmi, Yak-3 və UTI-4 döyüş təyyarələri düzəldilirdi. Azərbaycan SSR-də sakinlərin şəxsi ehtiyatlarından 15 kq qızıl, 952 kq gümüş, 320 mln. rubl müdafiə fonduna verilmişdi.
Bakı müəssisələri Dnepr SES, Azov limanı və Sovet İttifaqının digər mühüm strateji obyektlərini bərpa etməkdə fəal iştirak edirdi.
Böyük Vətən müharibəsi dövründə Bakıda və ölkə daxilində onlarla hərbi xəstəxana fəaliyyət göstərirdi. Rəsmi məlumatlara görə, Azərbaycan SSR-in xəstəxanalarında yarım milyon sovet əsgəri müalicə edilmişdi. Onların bir çoxu müharibədən sonra Azərbaycanda qalıblar.
1945-ci il mayın 2-də səhər saatlarında döyüşçülər Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev leytenant A.Məcidovun rəhbərliyi altında Brandenburq qapısı üzərində qalibiyyət bayrağını qaldırdılar.
Azərbaycanda bu dəhşətli və qanlı müharibənin xatirəsi qorunub saxlanılır. Ölkənin dörd bir yanında faşizm üzərində qələbə, sülh və azadlıq üçün həyatlarını qurban verən əsgərlərin xatirəsinə aid abidələr qoyulub. 9 May Azərbaycanda qeyri-iş günüdür. Bu bayramda dövlət səviyyəsində müxtəlif bayram tədbirləri keçirilir, Əbədi Məşələ çiçəklər və çələnglər qoyulur. Bir neçə ildir ki, Azərbaycanda sakinlər “Ölümsüz alay” kampaniyası çərçivəsində Böyük Vətən müharibəsi zamanı həlak olmuş qohumlarının və yaxınlarının portretlərini daşıyır.
Bu müharibəni xatırladıqca, yeni müharibə olmasına imkan vermərik.
Comments are closed, but trackbacks and pingbacks are open.