Agirdlər ənənəvi ictimai nəqliyyatla dərsə getməməlidirlər Təhsil eksperti
Təbii ki, tələbələri də nəqliyyat vasitələrinin aktiv istifadəçilərindən hesab etmək olar. Nəqliyyatda tələbələrə “Azərbaycan tələbə kartı” vasitəsilə endirimlər təklif olunması məsələsinə görə müvafiq qurumlarla artıq uzun müddətdir danışıqlar aparılır. Bir müddət öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu məsələ ilə bağlı geniş məlumat verilib və “Azərbaycan tələbə kartı” sahiblərinin nəqliyyatdan güzəştlə istifadəsi haqqında təkliflər planı təqdim edilib. Nazirlik qiymət və tarif məsələlərinə Tarif Şurası tərəfindən baxıldığı barədə məlumat verib və hazırda Tarif Şurasına bununla bağlı hazırlanmış sənədlər və təkliflər paketi göndərilib”.
DYP-dən vətəndaşlara çağırış: “İctimai nəqliyyata üstünlük verməyi xahiş edirik”
BAKU.WS-in məlumatına görə, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli “report”un sorğusuna cavab olaraq bildirib ki, iyun ayının 6-13-də yarışla əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə hərəkət məhdudlaşdırılıb və istiqamətlər dəyişdirilib.
O qeyd edib ki, “Formula 1″ istiqamətində Kövkəb Səfərəliyeva, Rixard Zorge, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayel Useynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adlı küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilib:
“Afiyəddin Cəlilov-Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsində sağa yalnız 28 May küçəsinə, 20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq Meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament Prospektinə, Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə, Bakı-Zığ yolu-Nobel Prospekti, eləcə də Hava Limanı-Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev-Babək prospekti, 10-cu Zavod Dairəsindən-Nərimanov rayon ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə, Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət edilməlidir. Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində iki istiqamətli hərəkət müəyyən edilib.
Avtomobil sahiblərindən xahiş edirik ki, iyunun 13-dək mərkəz istiqamətlərində hərəkətlərini məhdudlaşdıraraq əsasən ictimai nəqliyyatdan istifadə etsinlər”.
“Paytaxt ərazisində Dövlət Yol Polisi və aidiyyəti üzrə daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş qaydada xidmətlərini davam etdirir.
Bildirmək istəyirik ki, nizamlayıcı qismində əməkdaşlarımız tərəfindən verilən bütün göstərişlərə sürücülərimiz diqqətlə əməl etməlidirlər. Gündəlik hərəkətin fasiləsizliyini, süni sıxlıqların yaranmaması üçün isə mərkəzə doğru səfərləri azaltmalı, daha çox ictimai nəqliyyata üstünlük verməyi də vətəndaşlarımızdan xahiş edirik”, – DYP rəsmisi vurğulayıb.
Şagirdlər ənənəvi ictimai nəqliyyatla dərsə getməməlidirlər Təhsil eksperti
Bakıda məktəbliləri təhsil ocağına daşıyacaq avtobuslar ayrılmalıdır.
Bunu Trend-ə açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib. Onun sözlərinə görə, bunun üçün artıq təkliflər də olunub:
“Bakı şəhər Təhsil İdarəsi və Təhsil Nazirliyinə bununla bağlı təkliflərimizi bildirmişik. Təkliflərimiz ondan ibarətdir ki, xüsusi rayonlar üzrə sırf şagirdləri daşıyacaq avtobuslar olmalıdır. Misal üçün Bakı Nəqliyyat Agentliyi günün müəyyən saatlarında yalnız şagirdləri daşıyacaq avtobuslar ayıra bilər. Bir şərtlə ki, həmin avtobuslar günün sonrakı saatlarında yenidən ictimai nəqliyyat üçün xəttə çıxarılmasın, çünki orada yoluxma riski var. Məsələn, yoluxmuş şəxslər oturacaqlara, tutacaqlara əllərini vurar və nəticədə uşaqlar da xəstələnə bilər. Mütləq şəkildə Bakı şəhərində necə ki, müntəzəm marşrutlar işləyir, o qaydada rayonlar üzrə məktəbliləri daşıyacaq avtobuslar ayrılmalıdır. Şagirdlər ənənəvi ictimai nəqliyyatla dərsə gələcəklərsə, gəlməməkləri daha yaxşıdır”.
Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər.
Tələbələr cəmiyyətin aktiv üzvləri və ölkənin gələcək taleyini həll edən təbəqədir. Bu baxımdan dünyanın müxtəlif ölkələrində həmin təbəqəyə dəyər verilir və onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, qonşu Türkiyədə təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər var. Əlbəttə, xərclərin kifayət qədər çox olduğu vaxtda məktəbli və tələbələr üçün heç olmasa, ictimai nəqliyyatın pulsuz olması yükü bir qədər azalda bilər.
Azərbaycanda Tarif Şurasının iyulun 30-da keçirilən iclasında metroda və şəhərdaxili avtobus marşrutlarında gedişhaqqı 30 qəpiyə qaldırılıb. Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Yeni tariflər sabahdan – 1 avqust tarixindən qüvvəyə minəcək.
Belə olduğu halda Azərbaycanda tələbələr üçün hansısa güzəşt nəzərdə tutula bilərmi?
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat xidmətinin rəhbəri İlkin Mustafayev Modern.az saytına deyib ki, “Azərbaycan tələbə kartı” tələbələrə bəzi güzəştlər verir. O bildirib ki, “Azərbaycan tələbə kartı”nın tələbələrə paylanılması sürətlə davam edir və hazırda tələbələr bir çox məkanlarda bu kart vasitəsilə müxtəlif faizli endirimlərdən istifadə imkanı qazanırlar:
“Beynəlxalq təcrübəyə də baxdıqda dünyada tələbələrə güzəştlər tələbə kartları vasitəsilə edilir. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq təxminən 6 ildir tələbələrin istifadə etdiyi “Azərbaycan tələbə kartı” vasitəsilə tələbələr müxtəlif məkanlarda onlara təqdim edilən 10%-dən 55%-ə qədər endirimlərdən yararlanırlar. “Azərbaycan tələbə kartı” beynəlxalq xarakter daşıyır və kartın üzərində olan Avropa Gənclər Kartı Assossasiyasının (EYCA) loqosu vasitəsilə tələbələr həm ölkə daxilində, həm də Avropada müxtəlif məkanlarda endirimlərdən faydalana bilirlər.
Təbii ki, tələbələri də nəqliyyat vasitələrinin aktiv istifadəçilərindən hesab etmək olar. Nəqliyyatda tələbələrə “Azərbaycan tələbə kartı” vasitəsilə endirimlər təklif olunması məsələsinə görə müvafiq qurumlarla artıq uzun müddətdir danışıqlar aparılır. Bir müddət öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu məsələ ilə bağlı geniş məlumat verilib və “Azərbaycan tələbə kartı” sahiblərinin nəqliyyatdan güzəştlə istifadəsi haqqında təkliflər planı təqdim edilib. Nazirlik qiymət və tarif məsələlərinə Tarif Şurası tərəfindən baxıldığı barədə məlumat verib və hazırda Tarif Şurasına bununla bağlı hazırlanmış sənədlər və təkliflər paketi göndərilib”.
İ.Mustafayev qeyd edib ki, təklif paketinə uyğun olaraq tələbələrə hava nəqliyyatında, yerüstü nəqliyyat vasitələrində, həmçinin şəhər daxili və şəhərlərarası nəqliyyat vasitələrində endirimlər edilməsi ilə bağlı ciddi müzakirələr gedir:
Comments are closed, but trackbacks and pingbacks are open.