Press "Enter" to skip to content

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3

rinin analizi bəzi sortnümunələrin illərdən və mühit

Taxılçılıqda yeni sortların yaradılması üçün hibridləşdirmə üsulundan istifadə edilir

Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron təcrübə təsərrüfatında yeni sortların yaradılması istiqamətində işlər davam etdirilir. Taxılçılıqda sortların yaradılması müxtəlif üsullarla həyata keçirilir. Bunlardan ən geniş yayılmış üsulu hibridləşdirmədir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, institutun direktoru Faiq Xudayev hibridləşmənin əsasən növdaxili və növlərarası olmaqla aparıldığını deyib. Hibridləşdirmə öz xüsusiyyətlərinə görə az və ya çox fərqlənən müxtəlif orqanizmlərin cinsi üsul və ya vegetativ orqanlarını bir-birinə calamaq yolu ilə birləşdirilməsinə deyilir. Bunun nəticəsində alınan yeni orqanizm isə hibrid adlanır. Hibridləşmə növdaxili və növlərarası olmaqla aparılır. Əgər hibridləşmə bərk buğdanın və yaxud yumşaq buğdanın sortları arasında aparılırsa buna növdaxili, yox əgər bərk buğda sortu ilə yumşaq buğda sortu arasında aparılırsa növlərarası hibridləşdirmə adlanır.

Hibridləşdirməni aparmaq üçün ilkin olaraq başlanğıc materiallar seçilməlidir. Seçilmiş sortların əlamət və xüsusiyyətlərinə görə biri ana forma, digəri isə ata forma kimi götürülür. Ana forma kimi götürülmüş sortun yaxşı sünbülləri axtalanır (kastrasiya edilir), yəni, erkək tozluqlar sünbüldən tamamilə çıxarılır və kağız materialdan hazırlanmış qoruyucu paket axtalanmış sünbülün üzərinə keçirilərək aşağı hissəsindən boğucu vasitəsilə bağlanır. Əgər bu qoruyucu vasitə olan kağız paketdən istifadə olunmazsa, kastrasiya olunmuş sünbül digər bitkilərin tozluqları vasitəsilə tozlanar və nəticədə hibridləşmə prosesi tədqiqatçının nəzərdə tutduğu ata sortun tozluqlarından deyil, təbii formada həyata keçmiş hesab olunacaq. Əgər bu proses bərk buğdanın “Bərəkətli-95” və “Qarabağ” sortları arasında, yaxud yumşaq buğdanın “Murov” və “Qobustan” sortları arasında aparılsa, bu növdaxili hibridləşmə adlanacaq. Yox, əgər “Bərəkətli-95” ilə “Qobustan” sortu arasında aparılsa bu növlərarası hibridləşmə adlanacaq.

Təcrübə işinə cəlb edilmiş əməkdaşların karantin rejiminin tələblərinə əməl etmələrinə ciddi nəzarət olunur. Sahədə iş zamanı məsafənin qorunması, maska və əlcəkdən istifadə təmin edilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3

K.e.n. M.İ.Babayev (GREM), k.e.n. V.N.Məmmədov (ADAU)
Elmi-texniki tərəqqi təbii resursların və enerjinin səmərəli istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır. Ətraf mühitin və insanların üzvi çirkləndiricilərin təsirindən mühafizəsi mühüm qlobal məsələ kimi narahatçılıq doğurur.

Məqalədə Qrb bölgəsinin ekoloji vəziyyəti və ardıcıl monitorinq aparılması barədə maraqlı məlumatlar verilir.

The situation of the west region of azerbaijan republic
C.c.s. R.İ.Hüseynov, N.Q.Nağıyev,

c.c.s. M.İ.Babayev, c.c.s. V.N.Məmmədov
SUMMARU
İn the west of Azerbayijan Respublic was plinned fake of fraining a lot of people abaut the ecelocigal situation.

UOT 502
MÜASİR DÖVRDƏ BİOSFERDƏ BAŞ VERƏN

EKOLOJİ ÇİRKLƏNMƏLƏR
Alim – aqronom S.T.Məhərrəmova

Azərbaycan Beynəlxalq Universiteti

Tamamilə dinamik planetar ekosistem olan biosfer özünün təkamül inkişafının bütün dövrlərində müxtəlif təbii proseslərin təsiri altında dəyişmişdir. Uzunmüddətli təkamül nəticəsində biosfer özünü nizamlama və neqativ proseslərin neytrallaşdırılması qabiliyyətinə malik olmuşdur. Bu, maddələrin dövriyyəsinin mürəkkəb mexanizmi vasitəsi ilə əldə edilmişdir. Biosferin təkamülünün əsasını orqanizmlərin növdaxili informasiyasının dəyişməsi xarici şəraitlə uyğunlaşması təşkil edirdi. Milyard illər ərzində biosferin dinamik stabillik qarantı zəruri həddə ekosistem və birliklər halında olan biot idi. Lakin yeni texnologiyalar yaranıb, təkmilləşib yayıldıqca, təbii amillərin təsirinə uyğunlaşmış planetar ekosistem yeni gücünə, qüvvətinə və müxtəlifliyinə görə görünməmiş mütəmadi təsirlərə çox məruz qalmışdır.

Sənaye inqilabı ilə bağlı olan təbii ehtiyatların istifadəsinin miqyası artdıqca biosferə və onun komponentlərinə olan antropogen təsir obyektiv olaraq artır. Hələ XX əsrin 40-cı illərində V.İ.Vernadski qeyd edirdi ki, insanın istehsalat fəaliyyəti geoloji dəyişkənliklərlə müqayisə oluna biləcək həddə çatır. Meşələrin qırılması, xam torpaqların istifadəsi, eroziyaya və torpaqların şorlaşmasına, bioloji müxtəlifliyin azalmasına ekoloji təhlükəni dərinləşdirən, daim təsir edən yeni mexaniki və fiziki-kimyəvi amillər əlavə olunmuşdur 1.

Müxtəlif məlumatlara əsasən, insan qurunun 55 %-dən çoxunu istismar edir, çay sularının 13 %-ə qədərindən istifadə edir, meşələrin qırılma surəti ildə 18 min/ha təşkil edir. Dağ və tikinti işləri, səhralaşma və şorlaşma nəticəsində hər il 50-70 min/km 2 torpaq itirilir. Tikinti və dağ-mədən işləri zamanı ildə 4 min/km 2 süxur qarışır. Yerin təkindən hər il 100 milyard ton filiz çıxarılır, 7 milyard ton şərti yanacaq yandırılır, 800 milyon tondan artıq müxtəlif metallar əridilir, torpağa 500 milyon ton mineral gübrələr və 4 milyon tondan çox bitkilərin mühafizəsinin kimyəvi vasitələri verilir ki, onların da 1/3 hissəsi atmosferdə qalır və ya səth suları ilə sututarlarına düşür 2.

Çirklənmə – ətraf mühitin əlverişsiz dəyişməsidir. Bu dəyişmə bütövlükdə və ya qismən insanların antropogen fəaliyyətinin nəticəsidir, bilavasitə və ya dolayısı ilə gələn enerjinin bölünməsini, radiasiyanın səviyyələrini, ətraf mühitin fiziki-kimyəvi xassələrini dəyişdirir. Bu dəyişikliklər insana birbaşa və ya kənd təsərrüfatı məhsulları, su və ya digər bioloji məhsullar vasitəsilə təsir edə bilər. Onlar eləcə də insanın mülkiyyətində olan əşyaların fiziki xassələrini, təbiətdə istirahət şəraitni pisləşdirərək və təbiətin özünü eybəcər hala salaraq, insana təsir edə bilər. Çirklənmə, ekoloji sistemlərin dönməz dağılmasının səbəbidir, mühitin qlobal fiziki-kimyəvi göstəricilərinə təsir edir; çirklənmə nəticəsində münbit torpaqlar itir, ekoloji sistemlərin və bütövlükdə biosferin məhsuldarlığı aşağı düşür; çirklənmə nəticəsində insanın fiziki və mənəvi vəziyyəti bilavasitə pisləşir. Ekoloji baxımdan texnosferin biotik dövriyyəyə cəlb olunmayan bütün məhsulları çirkləndirici hesab olunur. Hətta kimyəvi cəhətdən təsirsiz olanlar belə çirkləndirici sayılır, çünki onlar yer tutur və ekotopların artıq yükünə çevrilir. İstehsalat məhsulları da vaxt ötdükcə çökən tullantılar kimi çirkləndiricilərə çevrilir.

Aparılan tədqiqatlar göstərir ki, hidrosferin antropogen çirklənməsi hal-hazırda qlobal xarakter almışdır və planetdə içməli suyun əlverişli istismar ehtiyatlarını əsaslı surətdə azaltmışdır. Sənaye, kənd təsərrüfatı, mənzil-məişətin çirkab suları axınlarının ümumi həcmi bəzi məlumatlara görə 1800 km 2 -ə çatır ki, onların da təmizlənməsi – durulaşdırılması, saflaşdırılması üçün təxminən 8,5 min km 2 , yəni dünya çaylarının 20 % tam, 60 % sabit axarlarının suyu tələb olunur. Özü də ayrı-ayrı su hövzələri üzrə antropogen yük, orta qlobal qiymətlərdən xeyli yüksəkdir. Hidrosfer çirkləndiricilərinin ümumi kütləsi 15 milyad tondur.

Şirin su ekosistemlərinin çirklənməsi monitorinqində nisbətən yeni istiqamət – dib çöküntülərinin çirklənməsinin təhlili və qiymətidir. Dib çöküntüləri su ekosistemlərinin ayrılmaz hissəsidir. Çirkləndirici maddələr daxil olduqda dib çöküntüləri bir növ özünəməxsus çöküntü toplusuna çevrilir. Çirkləndirici maddələr müxtəlif kimyəvi çevrilmələrə uğrayır, bir-biri və ekosistemin komponentləri ilə qarşılıqlı təsirdə olur. Nəticədə dib çöküntüləri ikinci çirklənmə mənbəyinə çevrilə bilir və potensial təhlükə yaradır.

Müasir dövrdə planetin təbii sularının kəskin azalmasının əsas səbəbi antropogen çirklənmədir. Müəyyən edilmişdir ki, maddələrin 400-dən artıq növü suların çirklənməsinə səbəb ola bilər. Sanitar – tokstoloji, ümumsanitar və ya orqanoleptik zərərlilik göstəricilərindən heç olmazsa biri üzrə yol verilən norma pozulduqda su çirklənmiş hesab olunur. Çirkləndiricilər kimyəvi, bioloji və fiziki olur. Kimyəvi çirkləndiricilər arasında neft və neft məhsulları, sintetik səthi-fəal maddələr, pestisidlər, ağır metallar, dioksinlər çoxluq təşkil edir. Bioloji çirkləndiricilər, məsələn, viruslar və digər xəstəlik törədən mikroorqanizmlər, eləcə də fiziki çirkləndiricilər – radioaktiv maddələr, istilik və s. suyu təhlükəli surətdə çirkləndirirlər.

Suyun tərkibində radioaktiv çirklənmə yaradan, hətta, ən cüzi miqdarda belə radioaktiv maddələrin olması çox təhlükəlidir. Suda olan uzunömürlü radioaktiv elementlər (stronsium – 90, uran, radium – 226 və s.) daha zərərlidir.

Səth sularının çirklənmə prosesləri müxtəlif amillərlə əlaqəlidir. Onlardan əsasları bunlardır: sututarlarına təmizlənməmiş çirkab suların axıdılması, zərərli kimyəvi maddələrin leysan suları ilə yuyulması, qaz-tüstü tullantıları, neft məhsullarının sızması. Sənaye çirkab suları ekosistemləri ən müxtəlif komponentlərlə çirkləndirir. Hal-hazırda bir çox su ekosistemlərinə axıdılan sənaye çirkab sularının həcmi nəinki azalmır, həm də get-gedə artır. Belə ki, Xəzər dənizinin sahil boyu dayazlıqlarının antropogen təsirlərə məruz qalması, hövzə boyu çaylara təmizlənmədən birbaşa məişət, sənaye və təsərrüfat çirkab sularının axıdılmasıdır. Bu tipli çirkab sularda müxtəlif üzvi maddələr, eləcə də, patogen mikroorqanizmlər üstünlük təşkil edir ki, bu da bakterial çirklənmələrə səbəb olur. Pestisidlər, ammonium və nitrat azotu, fosfor, kalium və s. çirkləndirici maddələr böyük miqyasda kənd təsərrüfatı ərazilərində, o cümlədən, heyvandarlıq komplekslərindən yuyulur, sututarlarına və suaxarlarına təmizlənmədən tökülür, ona görə də üzvi maddələrin, biogen elementləri və digər çirkləndiricilərin böyük toplantısına malik olur.

Təbii suların neft və neft məhsulları ilə çirklənməsinin miqyası çox böyükdür. Hər il milyonlarla ton neft və neft məhsulları neftdaşıma gəmilərində, neft mədənlərində və sahilyanı bölgələrində qəzalar zamanı dəniz və şirin su ekosistemlərini çirkləndirir. Çay və göllərin texnogen çirklənməsi elə bir həddə çatmışdır ki, artıq çirklənmə bir çox bölgələrdə özünütəmizləmə qabiliyyətini ötüb keçmişdir. Axar çirkab sular yaxşı təmizlənmədiyindən qida elementlərinin – azotun, fosforun xeyli hissəsi sututarlarına düşür. Torpağın, üzvi maddə qalıqlarının və mineral gübrələrin xeyli miqdarı daşqın və güclü yağışlardan sonra kənd təsərrüfatı ərazilərindən su obyektlərinə düşür. Sututarların biogenlərlə həddən artıq zənginləşməsi onların evtrofiyasına, yəni fitoplanktonun, ilk növbədə göy yaşıl yosunların kütləvi surətdə çoxalmasına və bioməhsuldarlığın kəskin surətdə yüksəlməsinə səbəb olur. Suyun rənglənməsi və yosun kütlələrinin tədricən ölməsi ikinci çirklənməyə səbəb olur, bütün oksigen ehtiyatlarının işlədilməsinə və «sututarların tədricən ölümünə» gətirib çıxarır. Beləliklə, antropogen evtrofikləşmə zəhərli çirklənmələr nəticəsində yox, həmişə zərərsiz sayılan torpaq və gübrə hissəcikləri tərəfindən yaranır. Bu bir daha onu təsdiq edir ki, hər hansı bir təbii amilin möhkəm dəyişməsi ekosistemin tarazlığını poza bilər.

Biosferin mineral əsasını təşkil edən litosferin üst təbəqəsi hal-hazırda getdikcə artan antropogen təsirə daha çox məruz qalır. Müasir məlumatlara görə litosferə il ərzində 85 milyard ton antropogen tullantı atılır. Bu kütlənin böyük əksəriyyəti kimyəvi cəhətdən hərəkətsiz olsa belə, onu yer üzərində yerləşdirmək üçün insan xeyli ərazidə təbii ekosistemləri məhv edir.

1990-cı illərin əvvələrində ağır metalların dünya istehsalı ildə 36 milyon ton təşkil edirdi. Təxmini hesablamalara görə, XX əsrin sonunda dünyada 300 milyon ton mis, 70 milyon ton sink, 70 milyon xrom, 20 milyon ton qurğuşun, 3,5 milyon ton nikel, 0,6 milyon ton kadmium, 0,5 milyon ton civə toplanmışdır. Təbiət əvvəllər heç bir zaman yer səthində, ekosferdə ağır metalların belə yükünü görməmişdir. Lakin litosferin ağır metallarla çirklənməsi təkcə göstərilən miqdarda müəyyən edilmir. Ağır metalların litosferə enerji, sənaye və nəqliyyat müəssisələrinin emissiyaları ilə birlikdə aerozol, toz və his şəklində, məhlulların tərkibində, bərk sənaye tullantıları ilə, eləcə də, mineral rəngləyicilər, məişət texnikası və digər mallarla düşür.

Torpağın əsas çirkləndiriciləri – pestisidlər, mineral gübrələr, istehsal tullantıları, atmosferdə çirkləndirici maddələrin qaz – tüstü tullantıları və s.-dir. Dünyada hər il milyon ton pestisid istehsal olunur. Azərbaycan Respublikasında 1990-cı illərə qədər kənd təsərrüfatında hər il 25-30 min tona yaxın pestisidlərdən istifadə edilib. Hazırda respublikamızda təqribən 8,5 min tona yaxın DDT və digər pestisid qalıqları xüsusi poliqonda müvəqqəti olaraq saxlanılır.

Mineral gübrələr lazımi miqdarda istifadə edilmədikdə, istehsal olunduqda, daşınanda və saxlanılanda, itkiyə yol veriləndə də torpaqlar mineral gübrələrlə çirkləndirilir. Məlum olmuşdur ki, nitratların böyük əksəriyyəti torpaqda oksigenin miqdarını azaldır, bu isə atmosferə yüksək dərəcədə iki «istixana» qazının – azot oksidi və metanın buxarlanmasına səbəb olur. Nitratlar insan üçün də təhlükəlidir. Belə ki, nitratlar insan orqanizminə 50 mq/l-dən yüksək qatılıqda daxil olduqda, onların birbaşa ümumitoksik təsiri qeyd olunur. Mineral gübrələrin hədsiz işlədilməsi bəzi rayonlarda torpaqların arzuedilməz turşulaşmasına səbəb olur. Torpaqda müxtəlif kimyəvi birləşmələrin – toksikantların toplantısı torpaq orqanizmlərinin həyat fəaliyyətinə öldürücü təsir edir. Bu zaman torpaq özünü xəstəlik törədən və digər arzuedilməz mikroorqanizmlərdən təmizləyə bilmir ki, bu da insan, bitki və heyvan aləmi üçün ağır nəticələr verə bilər. Məsələn, güclü çirklənmiş torpaqlarda qarın yatalağının törədiciləri il yarıma qədər qala bilər, halbuki təmiz torpaqlarda bu müddət 2-3 gündür.

«Yararsız» adlandırılan torpaqlarda isə vəziyyət tamamilə başqa cürdür. İntensiv kənd təsərrüfatı üçün bu torpaqlar yararsızdır. Eroziya, şorlaşma, bataqlaşma, faydalı qazıntıların açıq (karxana) və qapalı (şaxta) çıxarılmaları, zəhərli maddələrlə çirklənmə, sənaye və tikinti materialları tullantıları, çirkab sularının relyefə axıdılması və s. torpaqları yararsız hala salır. Belə yararsız torpaqlar hər il getdikcə artır.

Torpağın çirklənmə dərəcələri

Çirklənmə dərəcəsi Torpaqların çirklənmə dərəcələrinin qiymətləndirilməsi Çirklənmiş, lakin praktiki olaraq çirklənməmiş hesab olunan torpaqlardan alınan məhsulun kəmiyyət və keyfiyyətinin aşağı düşmə göstəricisi, %-lə
1 Praktik olaraq çirklənməmişdir 5-dən az
2 Zəif çirklənmişdir 6 – 10
3 Mülayim çirklənmişdir 11 – 25
4 Güclü çirklənmişdir 26 – 50
5 Çox güclü çirklənmişdir 51 – 75
6 Həddən ziyadə çirklənmişdir 75-dən yuxarı

Torpaqların məhsuldarlığının aşağı düşməsi, istehsal edilən biokütlənin miqdarına görə cədvəldən göründüyü kimi, torpaqların çirkləndirilməsinin 6 dərəcəsini (0-5) müəyyən etmişlər, çirklənmənin növlərinə görə isə çirkləndirici maddələri 4 sinfə ayırır: fiziki, kimyəvi, bioloji və radioaktiv.

Çirkləndirici hesab edilən maddələrin siyahısı və onlar üçün müəyyən olunmuş yol verilən son hədd toplantıları müxtəlif ölkələrdə bir-birindən xeyli fərqlənir. Yol verilən son hədd toplantılarının normaları becərilən bitkilər, mal-qara və ya insan üçün zərərlilik meyarlarına görə müəyyən edilə bilər.

Nəticə: Elmi araşdırmalar göstərdi ki, dinamik planetar ekosistem olan biosfer özü təkamülünün bütün mərhələlərində endogen, ekzogen və antropogen təsirlərə məruz qalaraq deformasiyaya uğramışdır. Kimyəvi maddələr, ağır metallar, sənaye tullantıları, insanların antropogen fəaliyyəti, qlobal eroziya prosesi, şorlaşma, şorakətləşmə, külxana qazları, meşələrin sistemsiz qırılması, otlaqların dağıdılması atmosferə, litosferə, ümumiyyətlə biosferə çox böyük ziyanlar vurmuş, yaşadığımız mühiti çirkləndirmişdir.

  1. Федоров Л.А., Яблоков А.В. Пестициды – токсический удар по биосфере и человечеству. М.: Наука, 1999
  2. İbrahimov Z.Ə. Ekologiya. Gəncə ş. “Ələsgəroğlu” nəşriyyatı, 2006. səh. 25-119.

УДК 502
Экологические загрязнения биосферы в современное время
С.Т.Магеррамова
РЕЗЮМЕ
С возрастанием использования природных ресурсов, непосредственно связанной с промышленной революцией, возрастает влияние на биосферу и его компоненты. Загрязняющие вещества бывают химические, биологические и физические.

В результате научных исследований, было доказано, что биосфера во всех этапах деформировалась, подвергаясь эндогенным, экзогенным и антропогенным влияниям.

Ecological pollution of the biosphere during the modern time
S.T.Maharramova
SUMMARY
By the increasing of the utilization of natural recourses, directly linked with industrial evolution the impacts to the biosphere and its components also are increasing. There are chemical, biological and physical contaminants in the environment.

At the end of scientific research it was proved that the biosphere was deformed, by the affects of endogenous, exogenous and anthropogenic factors.

UOT 633/635.631.52
TAXIL İSTEHSALININ ARTIRILMASINDA BƏZİ AQROTEXNİKİ

TƏDBİRLƏRİN ƏHƏMİYYƏTİ
Kənd təsərrüfatı elmləri namizədləri:

M.M.İsmayılov, Ə.P. Xudiyev

Respublikamızda taxıl istehsalının artırılmasına, onun iqtisadi səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsinə xüsusi əhəmiyyət verilir. Bunu qeyd etmək olar ki, son 8-10 ildə həyata keçirilən tədbirlər hesabına ölkəmizdə taxıl istehsalının illik həcmi 1,5-2 dəfə artırılmışdır. Buna nail olmaq üçün dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir. Yeni becərmə texnologiyalarının tətbiqi, yüksək məhsuldar taxıl sortlarının yaradılması, taxıl becərən fermerlərə yardım göstərilməsi və sair tədbirləri buna misal göstərmək olar. Əsas ərzaq bitkisi olan buğdanın istehsalının artırılması bu gün də öz aktuallığını itirməməkdədir. Yaxın gələcəkdə ərzaq taxılına olan tələbatın özümüzün istehsalı hesabına tam ödənilməsinin həyata keçirilməsi nəzərdə tutulur. Buna nail olmaq üçün daha məhsuldar sortların becərilməsinə və becərmə tədbirlərinin təkmilləşdirilməsinə nail olunmalıdır.

Bunu nəzərə alaraq biz son 3 ildə Gəncə-Qazax bölgəsinin suvarılan açıq şabalıdı torpaqlarında təcrübə aparmaqla buğdanın ən əlverişli səpin üsulu və sələfini müəyyən etdik. Təcrübədə bərk buğda növünün Bərəkətli-95 sortu və yumşaq buğdanın Qiymətli 2/17 sortu sınaqdan keçirilmişdir. Buğdanın eyni tarlada bir neçə il becərilməsi tarla alaqlarla zibillənir, xəstəlik və zərərvericilər artır, torpağın münbitliyi azalır. Bunları nəzərə alıb biz, təcrübədə buğdanı qarğıdalı və pambıq bitkiləri iıə növbələşdirdik.

Tarla təcrübələri Goranboy rayonunun suvarılan torpaqları şəraitində qoyulmuşdur. Sələf bitkilərinin məhsulu yığıldıqdan sonra torpağın becərilməsi ilə yerli şəraitdə qəbul edilmiş, təminata uyğun şəkildə aparılmışdır. Toxumların səpini oktyabrın 25-də aparılmış, hər hektara 4,5 milyon ədəd cücərmə qabiliyyətli toxum səpilmişdir. Səpindən sonra sahə suvarılmışdır, Qulluq işləri və məhsul yığımı təcrübənin variantları üzrə eyni müddət və üsullarda həyata keçirilmişdir. Təcrübədə buğdanın 2 sortu, hər biri 3 variant olmaqla, 6 variant 4 təkrarda sınaqdan keçirilmişdir. Məhsul yığımına 1 gün qalmış variantlar üzrə hər 2 buğda sortunun bioloji məhsuldarlığı təyin edilmişdir. Sortlar və sələflərdən asılı olaraq təcrübə illərində buğda bitkisinin məhsuldarlığına dair məlumatlar 1 saylı cədvəldə verilir.

Sələflərdən asılı olaraq buğda sortlarının məhsuldarlığı, sent/ha

1-ci cədvəlin məlumatlarından aydın olur ki, buğda bitkisinin məhsuldarlığı sortlardan asılı olaraq dəyişir. Nəyin ki buğda sortu üçün ən əlverişli sələf pambıq bitkisidir. Buğdanın Bərəkətli – 95 sortu eyni sahədə təkrar becərildikdə hər hektardan 53

sentner, qarğıdalıdan sonra 57 sentner, pambıqdan sonra becərildikdə, isə 59 sentner məhsul vermişdir.

Buğdanın Qiymətli 2/17 sortunun məhsuldarlığı da sələflərdən asılı olaraq qeyd etdiyimiz qanunauyğunluqla dəyişir.

Sələflərdən asılı olaraq buğda bitkisinin məhsulunun quruluşu və keyfiyyəti də dəyişir. Belə ki, Bərəkətli – 95 sortunun 1000 dəninin kütləsi 1-ci variantda 54 qram olduğu halda, 3-cü variantda 58 qram olmuşdur. Dənin tərkibində zülalın miqdarı 1-ci variantda 12,8% olduğu halda, 2-ci variantda 13,3, 3-cü variantda isə 13,6% olmuşdur.

Yumşaq buğdanın Qiymətli 2/17, sortunun 1-ci variantında (buğdanı buğdadan sonra təkrar becərdikdə) 1000 ədəd dəninin kütləsi 45 qram olduğu halda, 2-ci variantda (buğdanı qarğıdalıdan sonra becərdikdə) 46 qram, 3-cü variantda isə (buğdanı pambıq bitkisindən sonra becərdikdə) 48 qram olmuşdur. Bunun da səbəbini belə izah etmək olar ki, təkrar əkində buğda əkinində alaqlar daha çox olmaqla əsas bitkini zəiflədir, həm də onların qida maddələri ilə, işıqla, su ilə təmin olunmasına mənfi təsir göstərir. Pambıq, eləcə də qarğıdalı əkinlərinə daha yüksək dozada üzvi və mineral gübrələr verilir. Torpaqda verilən gübrələrin bir hissəsi sonrakı ilə qədər mənimsənilməmiş qalır. Bu da özündən sonra becərilən bitkilərin (bizim təcrübədə buğda bitkisinin) qidalanmasına sərf olunur. Buna görə də istər qarğıdalı, istərsə də pambıq bitkisi özündən sonra becərilən buğda bitkisinin daha əlverişli şəraitdə böyüyüb inkişaf etməsinə, eləcə də məhsuldarlığına müsbət təsir göstərir.

Buğdanın Qiymətli 2/17 sortunun potensial məhsuldarlığı 70-80 sent/ha-dır. Onun toxumçululuğu Tərtər ZTS-da yerinə yetirilir. Bu sortun becərilməsi hesabına standart sortun hər hektar əkininin məhsuldarlığına nisbətən əlavə 15-18 sentner məhsul almaq mümkündür. Ona görə də daha məhsuldar sortların becərilməsinə keçmək yolu ilə ölkəmizdə taxıl istehsalını nəzərə çarpacaq dərəcədə artırmaq vacib əhəmiyyət kəsb etdiyini qeyd etmək olar.

Buğda bitkisinin optimal səpin üsulunun müəyyən edilib təsərrüfatda tətbiq edilməsi də taxıl istehsalının artırılmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə də biz, müxtəlif səpin üsullarını (adi cərgəvi, dar cərgəvi və zolaqlı) sınaqdan keçirdik. Tədqiqatın nəticələrindən aydın olmuşdur ki, zolaqlı səpin üsulu digər səpin üsullarından əlverişlidir. Buna səbəb lentvarı səpində buğda bitkisinin bioloji tələbatından asılı olaraq bio-iqlim potensialından daha səmərəli və daha intensiv şəkildə istifadə etməsidir. Daha əlverişli olan bu səpin üsullarında lentlər arasında 60 sm məsafə boş qaldığına görə buğdanın gövdə və yarpaqları ilk inkişaf dövründən başlayaraq dən məhsulu tam yetişənə qədər bütün yaruslar üzrə işıqla daha yaxşı təmin edilir və bitkidə fotosintez prosesi daha intensiv şəkildə lentvarı səpində lentlər arasında alaqlara qarşı mübarizə, yemləmə gübrələrinin verilməsi, suvarma aparılması daha səmərəli şəkildə yerinə yetirilir. Ona görə də bitkinin məhsuldarlığı, məhsulun keyfiyyəti və iqtisadi səmərəliliyi daha yüksək olur.

Bizim tədqiqat nəticələrindən aydın olmuşdur ki, lentvarı səpində digər səpin üsullarına nisbətən buğdanın Bərəkətli – 95 sortunun məhsuldarlığı hər hektardan 6 sentner, Qiymətli 2/17 sortu üzrə isə 5 sentner artmışdır. Ona görə də lentvarı səpin üsulunun istehsalatda tətbiq edilməsini məsləhət görürük.

X. N. Rüstəmov 1, 2, Z.İ. Əkpərov

orta çoxillik göstəricilərdən kəskin fərqli olmuşdur.

Müxtəlif illərdə mühit şəraitinin analizi göstərmiş-

dir ki, 2014-cü ilin qış aylarlnda uzun müddətli sərt

şaxtalar müşahidə edilmiş, yaz-yay aylarında yağın-

tıların miqdarı orta çoxillikdən aşağı olmuşdur.

Bundan başqa, 2014-ci, xüsusən 2015-ci illərdə,

may ayının sonlarından başlayaraq kəskin və uzun-

müddətli terminal hərarətlə müşayət olunan hava

quraqlığı müşahidə edilmişdir. 2015-ci illərdə yaz

aylarında, 2016-cı ildə isə, həmçinin yayın əvvəlin-

də – dəndolma dövründə yağıntıların miqdarı nisbə-

tən yüksək olmuşdur (Əhmədov və b., 2015; Rüstə-

mov və b., 2016). 2014-cü ildə iqlim göstəricilə-ri-

nin orta çoxillik normadan kəskin dəyişilməsi – qış

Yeni Bərk Buğda Sortu – “Korifey-88”

fəslinin uzunmüddətli və sərt keçməsi, yazda nisbə-

tən aşağı temperatur və yaz-yay dövründə uzun-

müddətli hava quraqlığı nəticəsində xəstəlik törədi-

cilərinin inkişafı müşahidə olunmamışdır. Bundan

başqa, yetişmə dövründə yüksək hərarət nəticəsində

buğdalarda mum yetişmə fazasının qısalması müşa-

hidə edilsə də nisbətən yüksək məhsuldarlığa malik

sortnümunələri seçilmişdir. 2015-ci və sonuncu,

2016-cı ildə qış fəslinin mülayim keçməsi, yazın

uzunmüddətli, temperaturun aşağı və yağıntıların

miqdarının nisbətən çox olması səbəbindən – yük-

sək rütubətlilik nəticəsində göbələk xəstəliklərinin,

xüsusən də sarı pasın epifitotiyası müşahidə olun-

muşdur. Bundan başqa, iqlim göstəriciləri fenoloji

fazaların müddəti, boy və struktur elementlərini də-

yişməklə məhsuldarlıq və keyfiyyət göstəricilərinə

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Bərk buğda və digər tetraploid növlər ən qədim

dövrlərdən Azərbaycanın düzən və dağətəyi bölgə-

lərində, əsasən payızlıq əkinlərdə becərilmiş, əkin

sahəsinə görə birinci yeri tutmuşdur – payızlıq dənli

bitki əkinlərinin 75 %-ni təşkil etmişdir. Əkinlərdə

əsasən v.apulicum, v.leucurum, v.hordei-forme növ-

müxtəliflikləri yayılmışdır, az hallarda v.melanopus,

v.caerulescens, v.italicum və s. bioloji qarışıq kimi

rast gəlinmişdir. Respublikada böyük ərazilərdə

Arandəni (v.apulicum), Şərq, Cəfəri, Ağ buğda 13,

Yerli leukurum (v. leucurum), Sevinc (v.hordei-

forme) və yerli Qara buğda (v.caerules-cens) sortları

becərilmişdir (Мустафаев, 1973; Алиев, 2006).

Tetraploid buğdalara aid 49 F

yüksək potensial məhsuldarlığa malik nümunələr

seçilərək 2012-2014-cü illərdə Tərtər BTS-də, se-

leksiya və nəzarət pitomniklərində (SP, NP) tədqiq

edilmişdir (Рустамов и др., 2013). Müsabiqəli sort

sınağı (MSS) pitomnikinə keçirilmiş 2 nümunədən

biri – T.turgidum buğda növünün iştirakı ilə alınmış

hibriddə təkrar parçalanma nəticəsində qeyri-sabit-

lik müşahidə edilmişdir. Digər nümunənin sınağı

2014-2006-cı illərdə MSS və artırma pitomniklərin-

də davam etdirilmişdir.

Məhsuldarlığın və dənin keyfiyyət göstəricilə-

rinin analizi bəzi sortnümunələrin illərdən və mühit

şəraitindən asılı olmayaraq nisbi sabit olması aşkar

edilmişdir. Yerli və Beynəlxalq pitomniklərdən se-

çilmiş 6 nümunənin stansiyadaxili 2 illik sort sına-

ğının analizi Korifey-88 sortunun nisbətən yüksək

və sabit məhsuldarlığa və keyfiyyət göstəricilərinə

malik olmasını göstərdi.

2016-cı ildə artırma pitomnikində rayonlaşmış

və perspektiv yumşaq buğda sortları ilə yanaşı son

illərdə kompleks göstəricilərə görə seçilmiş 3 bərk

buğda sortnümunəsinin xəstəliklərə davamlılığı,

vahid sahədən məhsuldarlığı və keyfiyyət göstərici-

ləri öyrənilmişdir. Artırma 5 (14

/2011 TX95V 4339/TX94VT938-6) yumşaq buğda

sortnümunəsi istisna olmaqla, öyrənilən bərk buğ-

daların vahid sahədən məhsuldarlığı nisbətən yük-

Bərk buğdaların yüksək məhsuldarlığı onların,

yumşaq buğdalara nisbətən xəstəliklərə yüksək da-

vamlılığı ilə bağlıdır. Eyni zamanda potensial məh-

suldarığa görə yumşaq buğdalarla rəqabətə qabil

bərk buğda sortlarının yaradılmasının real olmasını

da qeyd etmək lazımdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq son

illərdə buğda-pərinc hibridlərindən sabit məhsuldar-

lığa və keyfiyyət göstəricilərinə görə seçilmiş yeni

Korifey-88 bərk buğda sortu Dövlət sortsınağının

aparılması üçün Kənd təsərrüfatı Nazirliyi Bitki

Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Döv-

lət Xidmətinə təqdim edilmişdir.

Yeni yarımpayızlıq bərk buğda sortu Korifey-

88 Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər

Bölgə Təcrübə Stansiyasında, Milli Genbankda sax-

lanılan, VİR Dağıstan filialında к-64409 var. Leucu-

rum (Meksika) və к-23025 Susa or Vedeah var. Fal-

catoleucomelan (Malta) sortlarının çarpazlaşdırılma-

sından alınmış hibrid xəttindən təkrar fərdi seçmə

yolu ilə yaradılmışdır.

Sort intensiv tipli, ortaboyludur (84,0-101,0

sm), samanı orta yoğunluqda və möhkəmlikdə, yat-

maya yüksək davamlıdır. Kollanması orta (2,6-3,7

ədəd), yarımyerəsəriləndir – həyat tərzi yarım-pa-

yızlıq, ortayetişəndir. Cücərtiləri açıq yaşıl rəngdə,

qısa tükcüklərlə örtülü olur. Bəzi morfobioloji əla-

mətlərinə görə cücərtiləri buğda-pərinc hibridlərinə

oxşayır. Sonuncu – sünbülaltı buğumarasının içəri-

si, adətən dolu olur, var. leucurum növmüхtəlifliyi-

nə aiddir. Sünbülü qılçıqlı, iyşəkilli, uzun (10,5-

12,5 sm) və orta sıxdır – sünbül oxunun 10,0 sm-də

(D-sünbülün sıxlığı) 22,6-23,3 ədəd sünbülcük yer-

ləşir (Cədvəl 1). Sünbül əsasından, yaxud ortadan

aypara şəklində əyilir – sünbülaltı

ucundan sünbül tam, yaxud yarım başıaşağı əyilmiş

olur. Sünbülcük pulcuqları uzunsov-oval formada,

ağ rənglidir. Damarlanması yaxşı ifadə olunmuşdur,

çiyni zəif çəpdir, kil dişciyi orta uzun, düzdür. Qıl-

çıqları sünbüldən 1,5-2,0 dəfə uzun, sünbülə para-

lel, yaxud azacıq dağınıq, ağ rənglidir. Döyülməsi

asandır. Dəni orta irilikdə, oval, ağ rənglidir, şüşə-

Korifey-88 sortunun pоtеnsial məhsuldalığı or-

ta yüksəkdir – 60-68 s/ha. MSS pitomnikində 3 illik

orta məhsuldarlığı 54,8 s/ha, standart Qarabağ sor-

tundan və orta göstəricidən 1,3-1,4 s/ha yüksək ol-

muşdur. Orta çoxillik məhsuldalığa görə, yalnız

perspektiv Zəngəzur bərk buğda sortundan geri qalır.

Rüstəmov və b.

Cədvəl 1. Bərk və yumşaq buğda sortlarının orta üçillik aqrobioloji göstəriciləri (Tərtər, 2014-2016)

Comments are closed, but trackbacks and pingbacks are open.