Hesabdan çıxarış
Depozit hesab dedikdə isə müştərinin əmanəti yatırdığı hesab başa düşülür bu hesaba müştərinin əmanəti (pulu) daxil edilir və müqavilə üzrə əlavə faizlər də ya bu hesaba toplanılır, ya da digər hesab açılaraq orada yığılır.
Bu hesabdan nkm poçt çekinə necə dönə bilərəm
Fərdi şəxsi hesab nədir ?
Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hər bir sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır.
Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir:
– əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı, o cümlədən əmək şəraitinə görə güzəştli staj müddəti ;
-məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün) ;
-işsizlikdən sığorta ödənişi ödənildiyi müddətlər ;
-məcburi dövlət sosial sığorta haqqı ödənilməyən, lakin müvafiq qanunvericiliyə uyğun olaraq, sosial sığorta stajına daxil edilən müddət;
-əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) və indeksləşdirilməsi haqqında məlumat.
-sığortaolunanın 2006-cı il yanvarın 1-i tarixinə qazanılmış əmək pensiyası hüququna uyğun şərti qaydada hesablanmış pensiya kapitalı haqqında məlumat;
-fərdi şəxsi hesabın sığorta hissəsi və onun indeksləşdirilməsi haqqında məlumat;
-fərdi şəxsi hesabın yığım hissəsi haqqında məlumat;
-sığortaolunanın fərdi şəxsi hesabının bağlanması haqqında məlumat.
Sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar onun əmək fəaliyyəti müddətində müntəzəm olaraq dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəqiqləşdirilməlidir.
Fərdi şəxsi hesabdakı məlumatları necə öyrənmək olar
Fərdi şəxsi hesablarında əks olunan məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı , pensiya kapitalı barədə məlumatları www.mygov.az saytında qeydiyyatdan keçməklə asanlıqla öyrənmək olar .
www.mygov.az saytında qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və adınıza mobil nömrənin olması tələb olunur.
Fərdi hesabda toplanmış məbləğlərlə bağlı bir məqama diqqət yetirmənizi tövsiyyə edərdik.
Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir, hesablanmış məcburi dövlət sosial sığorta haqqı və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı arasındakı faiz nisbətlərini müqayisə etmək faydalı olar. Çünki bəzi hallarda 2006-2016-cı illər üzrə təqdim olunmuş “Məcburi dövlət sosial sığorta haqları (m.d.s.s.h) üzrə sığortaolunanlar haqqında məlumat “ larda ( B 3) hesablanmış və ödənilmiş m.d.s.s.h arasında uyğunsuzluqlar olur. Qalıq məbləğlər növbəti ildə ödənilə bilər, lakin bəzi hallarda ödənişlərin natamam olması öz əksini tapır.
Təcrübədə elə hallara rast gəlinir ki , müəsssisə üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir, hesablanmış məcburi dövlət sosial sığorta haqqı və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı tam olaraq ödənilmişdir. Lakin hesabat məlumatları araşdırıldıqda, ayr-ayrı işçilər üzrə hesablanmış və ödənilmiş m.d.s.s.h. arasındakı fərqlər aşkar görünür.
Nümunə olaraq misal gətirək. İşçi 01.02.2010-cu il tarixdə işə qəbul edilib. Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir, hesablanmış məcburi dövlət sosial sığorta haqqı və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı məbləğləri aşağıdakı cədvəldə göstərildiyi kimidir :
Hesabat dövrü
Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir
Hesablanmış məcburi dövlət sosial sığorta haqqı
Ödənilmiş məcburi dövlət sosial sığorta haqqı
Hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı arasındakı fərq
Hesabdan çıxarış
Virtual və nağdsız ödəmələrin sayının artması insanların nağd pul vasitələrindən istifadəsinin azalmasına gətirir. Son zamanlar bunu əyani sürətdə nağdsız ödənişlərin ümumi ödənişlərdə həcminin artmasından görürük. Əvvəllər əksər banklarda müştərilərə hesab açılması müəyyən məbləğdə komissiya ilə və ya hesaba mədaxil ilə başa gəlirdisə, son zamanlar bunlar demək olar ki, pulsuz yəni, rüsumsuz həyata keçirilir.İstənilən Azərbaycan vətəndaşı banka öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq, orada özünə hesab aça bilər və bu hesablar üzrə bəzi əməliyyatlar da həyata keçirə bilər.
Banklarda hesablar milli valyutada və xarici valyutada açılır.
Hesablar da müxtəlif formalarda olur, yəni cari hesab, kart hesabı, depozit hesabı, təhtəl hesabı, kredit hesabı və s. Bunlar adlarından göründüyü kimi öz təyinatları üzrə xidmət göstərirlər.
Cari hesab dedikdə müştərinin adına olan hesab –yəni həmin bankda və ya filialda bir növ müştərinin portmanatı anlayışı başa düşülür. Bu hesaba istənilən insan pul qoya bilər, lakin müştəridən başqa heç kim çıxara bilməz və bu hesaba görə əlavə faizlər ödənilmir.
Kart hesabı deyəndə isə burada kartla bağlı hesab başa düşülür, yəni hansı hesab ki, müştəri o hesabda olan pulu kart vasitəsi ilə bankomatdan və ya posterminaldan çıxara və digər nağdsız ödənişlər həyata keçirə bilər.
Depozit hesab dedikdə isə müştərinin əmanəti yatırdığı hesab başa düşülür bu hesaba müştərinin əmanəti (pulu) daxil edilir və müqavilə üzrə əlavə faizlər də ya bu hesaba toplanılır, ya da digər hesab açılaraq orada yığılır.
Təhtəl hesab isə cari hesab anlayışını verir, sadəcə şirkətin müəyyən işçiləri üçün açılır ki, xərclər bu hesabdan verilsin.
Kredit hesabı deyəndə isə müştəriyə kredit verilərkən kredit hesabı açılır, burada əlavə faizlər toplanır və ayda bir dəfə müqavilə üzrə digər hesaba keçilərək sıfırlanır (yəni kredit ödənişi olduğu halda).
Bu hesabı açarkən müştəri onun valyutasına nəzər yetirməlidir, ona görə ki, respublikanın başqa bankından və ya ölkə xaricində yerləşən banklardan sizin hesabınıza pul köçürərkən burda itki baş verəcək. Yəni ən yaxşı halda 0,5% konvertasiya faizi tutulacaq (əgər bank daxili qaydalar imkan versə yəni başqa valyutadan qəbula). Bu köçürmələri həyata keçirmək üçün sizin üçün hesab açdığınız bankın rekvizitləri lazım olacaq. Bu rekvizitlər əsasında başqa bankdan sizin hesabınıza pul köçürüləcək.
Bundan əlavə müştəri öz hesabları barədə hesab açdığı bankın istənilən filialından hesabdan çıxarış istəyə bilər. Bunun üçün müştəri öz şəxsiyyətini təsdiq edən sənədlə banka yaxınlaşaraq müəyyən dövr hesabdan çıxarış istəyir. Hətta çıxarılışı hesab açıldığı gündən bu günə kimi istəyə bilər. Bu halda bəzi banklarda komissiya tutulur. Bu çıxarış əsasında müştəri dəqiq onun vəsaitinə nə zaman nə qədər məbləğin mədaxil olmasını və ya məxaricini də öyrənə bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.