Press "Enter" to skip to content

Bu şəhərdə kimsə yoxdur ๑●•٠·˙ II

İnsanlar ağılları ilə deyil, hissləri ilə yaşamaq istəyirlər. Hislərlə yaşamaq mümkün olmadıqda isə başlayırlar iztirab çəkməyə.

BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR

İnsanları anlamaq üçün yalnıız insan olmalısan. İnsanın başqa birini anlamağı üçün isə yalnız onun yerində olmağı lazımdır. İnsanın özünü anlamağı üçün isə özünün kim olduğunu dərk etməyi mütləqdir. Öz yerini itirmiş insan bütün həyatı boyu tənhalığa və iztirablara məhkumdur.

İnsanlar ağılları ilə deyil, hissləri ilə yaşamaq istəyirlər. Hislərlə yaşamaq mümkün olmadıqda isə başlayırlar iztirab çəkməyə.

Həyat nəzəriyyələr üzərində deyil, əməllərimiz üzərində qurulmuşdur. Həyat üçün sənin necə olduğun, nə düşündüyün, nə istədiyin, nəyə qadir olduğun, “yaxşı insan”olduğun qətiyyən əhəmiyyətli deyil. O, sənin nə etdiyinə baxır. Bəli, məhz nə etdiyinə. Əksəriyyətimiz həyatımızı elə yaşayırıq ki, sanki onun üzərində heç bir nəzarətə sahib deyilik. Ancaq məhz bizim yanaşmamız qərarlarımızı müəyyən edir, qərarlarımız da həyatımızı dəyişir. Öz uğursuzluqlarımızda özümüzü və ya digərlərini ittiham etməyimiz, məsuliyyəti öz üzərimizə götürməyimiz, yaxud da ondan boyun qaçırmağımız da məhz bu yanaşma tərzimizdən asılıdır.

İnsan psixikası mənfiyə kökləndiyi zaman qəlbdə olan bütün müsbət hisləri susdurur. O, ətrafda ancaq mənfi cizgilər görməyə başlayır. Buna görə də deyirlər ki, insan hisləri əsasında qərar verməyə və hərəkət etməyə meyllidir.

İnsan bəzən məsələlərə içdən deyil, kənardan nəzər salar. Məsələn, bəzən güzgüyə özümüzü görmək üçün baxarıq. Bəzən isə güzgüyə bir əşya kimi diqqət edər, nəzərdən keçirdərik. Bu zaman, əlbəttə ki, özümüzü görmək əvəzinə, güzgünün üstündə cızığın olub-olmadığını, ölçüsünü, formasını öyrənmiş oluruq. Bu, kənardan baxmağa misaldır. Əfsus ki, çox vaxt eşitdiyimiz mənalı, həyat dolu sözlərə, ibrətli hadisələrə özümüzü görmək, öz həyatımıza tətbiq etmək üçün nəzər salmırıq. Sözün ibrətinə deyil, surətinə baxırıq. Buna görə də eşidib-gördüklərimiz qəlbimizə işləmir.

Bilmək lazımdır ki, həyatda bütün işlər məhz niyyətlərimiz əsasında dövr edir və biz taleyimiz tərəfindən məhz niyyətlərimizə görə mükafatlandırılırıq. Niyyət yaxşı olduğu zaman görülən işdən onun sahibi də fayda götürər. Yox, niyyət düzgün olmazsa, edilən işdən gözəl nəticə alınsa da, bunun əməl sahibinə heç bir faydası toxunmaz.

Hər həyat bir tablodur. Valideynlər o tablonun materialı olan kətanını, tale çərçivəsini, cəmiyyət rənglərini verir. Çəkmək isə bizim öhdəmizdədir.

İnsan psixikası çox qəliz bir mexanizmə malikdir.
İnsan avtomobil qəzasına düşür. Bu zaman o, maşının içində sıxılmış halda qalır. Qəzadan sonra o, keçirdiyi qorxu, dəhşət, iztirab, acizlik, ümidsizlik kimi hisləri yadda saxlayır. Həmçinin bu hadisədən əldə olunmuş “sürətli sürmək təhlükəlidir və qəzaya səbəb olur”, maşında sıxışdığına görə “dar mühitlər qorxuludur, insan orda aciz və ümidsiz olur” kimi nəticələri də unutmur. Bax insanın sonrakı həyatına təsir edən də şüuraltında qeydə alınmış bu təəssürat və nəticələrdir.

Keçmişimizdən yaddaşlmızda bütün hadisələr deyil, yalnız bu cür qabarıq hislərlə ifadə olunmuş təəssüratlar qalmışdır. Yəni biz insanlar keçmişimizdən bizə daha çox sevinc və kədər gətirmiş təəssüratları yadda saxlayırıq; nifrət, ağrı, uğursuzluq, çarəsizlik, iztirab, itki, qorxu, məyusluq və həmçinin bunların əksi olan müsbət hislər. Ətrafın təsirinə bu cür həssas olan insan hər gün öz ruhunda nəsə əkir və nəsə düzəldir. Bəzən müsbət hislərdən təşkil olunmuş gözəl bir bağ, bəzən isə quraq və yararsız torpaqdan ibarət olan bir biyaban.

Təsəvvür edirsən, bir insanı uzun müddət həsrətlə gözləyirsən. Sevinc içindəsən, ürəyin az qalır partlasın. Ancaq o, gələndə görürsən ki, üzündə demək olar ki, heç bir hiss yoxdur. Bu zaman bütün sevincin havada məhv olub gedir, ürəyin əvvəl onun həsrətindən sıxılırdısa, indi onun bu laqeydliyindən, səni anlamamağından sıxılır. O isə sadəcə “salam, əhvalın necədir, Villi?”-deyir. Sonra da heç bir cavab gözləmədən başqa mövzudan danışır. Sən də onun gözlərinə baxaraq düşüncələrində deyirsən: “Sənin üçün çox darıxmışam. Hər gün yalnız sənin gəlişini gözləmişəm. Məktəbdə belə düşüncələrimdə yalnız sən vardın. İndi bir özün düşün, mənim halım necədir?!”

Tənhalıq… tənhalıq odur ki, bütün arzuların ancaq xəyallarında qala və həqiqət tapmaya. Tənhalıq odur ki, yalnız xəyallarında xoşbəxt olasan… Tənhalıq insanın özünü içində kimsəsiz hiss etməsidir… Tənhalıq İlahidən sənə bir hədiyyə kimi verilmiş ömrü zay etdikdən sonra dönüb geri baxaraq peşman olub göz yaşı tökməkdir… Tənhalıq yaşlananda yanında sənə yatmazdan qabaq dərmanını içmək üçün su gətirən doğma birinin olmamasıdır… Tənhalıq bu qocalar evində pəncərədən həyətə baxaraq xəyallara dalmaqdır. Tənhalıq keçmişə qayıdaraq həyatı yenidən yaşamaq istəyidir. Tənhalıq odur ki, elə hey nəyisə gözləyirsən, ancaq nə gözlədiyini bilmirsən, kimisə gözləyirsən, ancaq anlayırsan ki, o artıq gəlməyəcək…
Çıxıb gedirsən, bir kəsə bir söz demədən, izah vermədəm. Düşünürsən ki, yoxluğun hamı üçün, əsasən də sənin sevdiklərin üçün dözülməz olacaqdır. Ancaq sonradan anlayırsan ki, heç kim buna görə pis olmadı, ümumiyyətlə, heç kim bunun fərqinə belə varmadı.

İnsan sevincini, kədərini bölüşməyə, urəyini boşaltmağa, lazım gəldikdə məsləhət almağa, yol getməyə münasib bir munis axtarır. Bu axtarış bir müddət davam edir. Bəzən nə qədər axtarsa da, bu böyük dünyada bir nəfər də olsun ona qulaq asacaq, ona yoldaş olacaq şəxs tapa bilmir. Dünya insanlarla doludur, ancaq onların hamısı üçün yalnız özləri maraqlıdır. Heç kimi digərinin darıxdırıcı həyatı düşündürmür. Hamı üçün yalnız öz həyatı maraqlı və diqqətəlayiqdir. Hər kəs yalnız öz əsərini oxumaq, öz romanını yazmaq istəyir.

Hisslər güllər kimidir. Diqqət olunmayanda, baxılmayanda solur.

İnsanlar öz həyatlarını çəkən karandaş kimidirlər. Çəkdikcə də korşalırlar. Korşaldıqca isə dəqiq çəkə bilmirlər.

Bilmək lazımdır ki, hər şey ilk 10 saniyədə baş verir, ilk on saniyədə qarşımızdakını kobudlayırıq, ilk on saniyədə öz üzərimizdə nəzarəti itiririk, məhz bu on saniyədə mənfi fikirlər beynimizə daxil olur. Eyni zamanda da, elə bu on saniyədə səbr edirik, müsbət düşünürük…hər şey bu on saniyəylə başlayır.
On saniyədə insan yaxşı, ya da pis biri ola bilər.

Arzular yalnız istəklər əməllə birləşən zaman gerçəkləşir.

Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq , yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz!

İnsanların şirin sözlərinə aldanaraq qəlbini onlara açma! Qəlbindən ən dəyərli olan şeyləri ; ümidlərini, sevincini , …oğurlayacaqlar. Bax o zaman həqiqi tənhalıq və qəlbi boşluq ilə nəticələnmiş xəyanətin nə olduğunu anlayacaqsan.

Qadınları qısqandıran kişilərin başqasına olan diqqəti deyil, məhz özlərinə olan diqqətin azalması, özlərinin unudulmasıdır. Qadınlar unudulmasaydılar, bəlkə də, qısqanmazdılar.

Qadınlar kişilərə hər şeyi bağışlaya bilirlər. Ancaq kişiyə bağışladıqları səhvini hər dəfəsində xatırlatmaya bilmirlər.

Həyat sonu mütləq olaraq ölümlə nəticəlınən, müalicəsi olmayan bir xəstəlikdir.

İnsan uzun müddətli tənhalığa adət edir. Sonradan hər kəs bu tənhalığı pozsa, başlayır o adama öyrəşməyə.

İlk baxışdan yürüdülən mühakimə, adətən , yanlışdır. Ünsiyyət, bax bu yolla insanı tanımaq olar. .. Ancaq Villi, həqiqətdə ünsiyyət də tam kifayət deyil. Biz tərəflərdə deyilir ki, insanı yaxşı tanımaq üçün onunla səfərə çıxmaq lazımdır. Təbii ki, bu bir deyimdir. İnsanı yaxşl tanımaq üçün onunla həyatın ən çətin anlarında birgə olmalısan. Çətinlik insanların həqiqi simalarının pərdə arxasından görsənməsinə səbəb olar.

Rövşən Abdullaoğlu: “Bu Şəhərdə Kimsə Yoxdur” psixoloji romanından
Hazırladı: Psixoloq R_M

˙·٠•●๑ Bu şəhərdə kimsə yoxdur ๑●•٠·˙

Bizlər daxilən xoşuna gəldiyini heç nəyə baxmadan israrla, ayağını yerə dirəyərək istəyən körpə bir uşağıq.
Körpə uşaqlar kimi istəyirik ki həyatda hər şey məhz biz istəyən kimi olsun. İstədiyimizi həyat bizə verməyəndə isə
təşvişə düşürük, gözlərimiz yaşla dolur, özümüzə bu həyatda yer tapa bilmirik.Hər xırda istəyimiz bizim üçün böyük və
mühümdür. Qəribə də burasındadır ki, bəzən istədiyimizi əldə edəndən sonra onlara olan marağımız tamami ilə itir və
bizlər onları lazımsız əşya kimi kənara tullayırıq. Elə bil dünənə kimi bunun uğrunda mübarizə aparan biz deyildik.
Gəl indi özünü başa düş!

Mən varam, eyni zamandada, sanki yoxam. Ömür gedir, vaxt gedir, həyat və mən isə elə bil yerimizdə hərəkətsiz
dayanmışıq.

Ətrafda boşluğun olması elə də qorxulu deyil, hətta faydalıdır da, hava var, biz nəfəs alırıq. Ancaq qəlbdə boşluq
olanda bu, dözülməzdir.

Axirət haqda o qədər düşünürük ki, dünyamızı tamam unuduruq. Öləndən sonra ki səadət haqda o qədər xəyal edirik ki,
dünyada xoşbəxt olmaq yadımızdan çıxır.

Nəyə görə sənə qətiyyən dəyər verməyən insanların yanında olasan? Belə halda tənha qalmaq qul həyatı və məhəbbət dilənməklə
yaşamaqdan daha yaxşıdır.
İçində tənhalıq, soyuqluq. Çölündə isə sənə biganə olan, vəfasız, xəyanətkar bir aləm. İndi Özün seç, sənə harada daha
rahatdır? Heç harada. Bax bu zaman, həqiqətən də, özünə yer tapa bilmirsən.

Bu Şəhərdə Kimsə Yoxdur

– Villi, xoşbəxt olmaq üçün insana on saniyə yetər. – Necə? Həmişəki kimi gülümsəyib: – Mənim kimilərini düşünərək, – deyə cavab verdi. .

– Villi, xoşbəxt olmaq üçün insana on saniyə yetər.
– Necə?
Həmişəki kimi gülümsəyib:
– Mənim kimilərini düşünərək, – deyə cavab verdi.

Hər şey həyata çox fərqli baxışları olan bu iki nəfərin qarşılaşması ilə başladı. Əvvəllər çox uğurlu bir idmançı olmuş, indi isə öz qalasına çəkilmiş, təmizlik işçisi kimi xidmət göstərən Villini yenidən həyata qaytarmaq bir “mələyin” vəzifəsidir. Anderson xəstəxanasındakı “mələk”lərdən biri olan qəh­rə­manımız gənc yaşlarında ağır itkilərdən və savaşın dəhşətindən keçmiş, indi də xər­çənglə mübarizədədir. Hər şeyə rəğmən, içindəki insan sevgisini qoruyub saxlamış, həyat dolu bu “mələk” və­zifəsinin öhdəsindən gələ biləcəkmi? Uzun sürən sə­fər­dən sonra son dayanacağı Anderson olan gənc mühacir Villini hə­yata bağlamağa çalışarkən öz keçmişindəki dü­yün­ləri çözə biləcəkmi?
Bir-birilərinin yaralarına məlhəm olan iki yaralı ruhun düşüncə sərhədlərini aşan təsirli hekayəsi oxucuların qəlbində mütləq öz yerini tutacaq. Öz “mələyi” ilə qarşı­laşmadan heç kəs bu həyatı tərk etməz – bəlkə, bu, bir insandır, bəlkə də, bir kitab.
2016-2019-cu illərdə bestseller olmuş bu kitab min­lər­cə insana ümid vermiş, həyata tutunma səbəbləri olmuş, bir çoxlarını intiharın astanasından belə qaytarmışdır.
“Bu şəhərdə kimsə yoxdur?” ümidini itirmədən xər­çəng­lə və həyatın çə­tin­lik­ləri ilə savaşan hər kəsə ithaf edilib.

Bu Şəhərdə Kimsə Yoxdur Rövşən Abdullaoğlu Qədim Qala Nəşriyyatı

  • Marka Qədim Qala Nəşriyyatı
  • Məhsul Kodu 3148
  • Anbardakı sayı 5
  • Qiyməti 10,00 AZN
  • Çatdırılma vaxtı 48 saat

– Villi, xoşbəxt olmaq üçün insana on saniyə yetər.
– Necə?
Həmişəki kimi gülümsəyib:
– Mənim kimilərini düşünərək, – deyə cavab verdi.

Hər şey həyata çox fərqli baxışları olan bu iki nəfərin qarşılaşması ilə başladı. Əvvəllər çox uğurlu bir idmançı olmuş, indi isə öz qalasına çəkilmiş, təmizlik işçisi kimi xidmət göstərən Villini yenidən həyata qaytarmaq bir “mələyin” vəzifəsidir. Anderson xəstəxanasındakı “mələk”lərdən biri olan qəh­rə­manımız gənc yaşlarında ağır itkilərdən və savaşın dəhşətindən keçmiş, indi də xər­çənglə mübarizədədir. Hər şeyə rəğmən, içindəki insan sevgisini qoruyub saxlamış, həyat dolu bu “mələk” və­zifəsinin öhdəsindən gələ biləcəkmi? Uzun sürən sə­fər­dən sonra son dayanacağı Anderson olan gənc mühacir Villini hə­yata bağlamağa çalışarkən öz keçmişindəki dü­yün­ləri çözə biləcəkmi?
Bir-birilərinin yaralarına məlhəm olan iki yaralı ruhun düşüncə sərhədlərini aşan təsirli hekayəsi oxucuların qəlbində mütləq öz yerini tutacaq. Öz “mələyi” ilə qarşı­laşmadan heç kəs bu həyatı tərk etməz – bəlkə, bu, bir insandır, bəlkə də, bir kitab.
2016-2019-cu illərdə bestseller olmuş bu kitab min­lər­cə insana ümid vermiş, həyata tutunma səbəbləri olmuş, bir çoxlarını intiharın astanasından belə qaytarmışdır.
“Bu şəhərdə kimsə yoxdur?” ümidini itirmədən xər­çəng­lə və həyatın çə­tin­lik­ləri ilə savaşan hər kəsə ithaf edilib.

Comments are closed, but trackbacks and pingbacks are open.