Press "Enter" to skip to content

Nikahın pozulması zamanı əmlak bölgüsü məsələsi necə həll edilməlidir

Elektron qeydiyyatın digər üstünlüyü qeydiyyat üçün tələb olunan dövlət rüsumunun tətbiq edilməməsi (adi qaydada qeydiyyat üçün rüsum 15 AZN təşkil edir) və Sizə nizamnamə kapitalının ödənilməsi üçün 3 ay möhlət verilməsidir.

Şirkət yaratmaq üçün nə etmək lazımdır?

Məqaləyə keçməzdən öncə bildirək ki, S.Yəhyayeva Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinin məzunudur. O, hüquq sahəsi üzrə 15 ildən artıq iş təcrübəsinə malikdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

Onun iş təcrübəsinə daxildir: müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlərə (neft-qaz, tikinti, əczaçılıq, turizm, kənd təsərrüfatı və s.) korporativ məsələlər üzrə məsləhətlərin verilməsi (təsis, ləğv, yenidən təşkil, dəyişiklik və digər); iri qlobal şirkətlərin Azərbaycanda törəmə müəssisələrinin, nümayəndəliklərinin, filiallarının yaradılması üzrə hüquqi yardım, təsis, alqı-satqı müqavilələrinin tərtibi, bank hesablarının açılması və digər zəruri tədbirlər; qeyri-neft sektorunun inkişafı ilə bağlı müxtəlif fəaliyyət sahələrini əhatə edən İctimai Birliklərin təsis edilməsi və ümumilikdə, 800-dən çox kommersiya və qeyri-kommersiya qurumlarının (MMC, Səhmdar Cəmiyyət, Filial/Nümayəndəlik, QHT və s.) təsis edilməsi ilə bağlı hüquqi dəstəyin göstərilməsi.

E-huquq.az S.Yəhyayevanın məqaləsini təqdim edir:

Biz “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu olaraq hüququn bir çox sahələri (korporativ, əmək, miqrasiya, vergi, ailə, mülki, tibb, idman, məhkəmə və s.) üzrə xidmətlər göstəririk və bizə müraciət edən müştəriləri onların biznesə başlaması üçün təsis mərhələsindən başlayaraq müşayiət edirik.

Bu səbəbdən Sizə, sadə dildə desək, “şirkət açmaq” barədə danışacam. Yəni Azərbaycanda biznesə başlamaq üçün ən əlverişli təşkilatı-hüquqi forma hansıdır, üstünlükləri, qeydiyyatı üçün lazımi proseduralar və s.

Bildiyiniz kimi, qanunvericilikdə şirkət qurmaq üçün bir neçə təşkilati-hüquqi forma mövcuddur. Lakin bu gün Sizə onların içərisində ən əlverişli, prosedur və qanunvericilik tələbləri baxımından ən sadə olan Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barədə danışacam.

MMC-nin anlayışına toxunsaq: bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət MMC sayılır. Gördüyünüz kimi, qanunverici MMC-nin təsisçilərinin sayı barədə bir məhdudiyyət qoymur. Yəni, bu bir şəxs və ya bir neçə şəxs ola bilər və hətta əcnəbi vətəndaş da ola bilər. Qeyd etməliyəm ki, əcnəbi vətəndaş/lar olduğu təqdirdə, sənədləşmə və ya qanunvericilik tələbləri Azərbaycan vətəndaşı ilə eynidir, yəni heç bir əlavə və ya xüsusi tələb yoxdur.

MMC-nin digər üstünlüyü qanunvericilikdə onun nizamnamə kapitalı ilə bağlı hər hansı bir məhdudiyyətin olmamasıdır. Yəni, minimal və ya maksimal limit yoxdur, bu istənilən məbləğ ola bilər. Bu səbəbdən MMC təsis edilərkən nizamnamə kapıtalı daha çox 10-100 AZN arası formalaşır.

Həmçinin, MMC-nin qeydiyyat prosesinin çox sadə olduğunu qeyd etməliyəm və bu sahədə Dövlət Vergi Xidməti tərəfindən aparılan innovativ siyasəti vurğulamasam olmaz.

Bunu nəzərə alaraq, Sizə sözügedən innovativ və elektron qaydada hər hansı idarəyə getmədən edilə bilən MMC qeydiyyatını izah edəcəm. Prosedur çox sadədir və Siz 15-20 deqiqə sərf edərək özünüz MMC aça bilərsiniz. Qeyd etməliyəm ki, bu prosedur yalnız yerli MMC təsisi zamanı tətbiq olunur, yəni təsisçilər Azərbaycan vətəndaşı(ları) olduğu halda Siz bu qaydadan istifadə edə bilərsiniz. Əks təqdirdə, Siz qanunverciliklə tələb olunan sənədləri toplayaraq müvafiq Vergi orqanına müraciət edə bilərsiniz.

Deməli, elektron, yəni onlayn qaydada qeydiyyat üçün Siz sadəcə İnternet Vergi İdarəsi səhifəsinə daxil olaraq (https://login.e-taxes.gov.az/login/), ordan “Şəxsiyyət vəsiqəsi” bölməsini seçərək, şəxsiyyət vəsiqənizdə əks olunan FİN-i (Fərdi Eyniləşdirmə Nömrəsini), daha sonra isə mobil nomrənizi daxil etməlisiniz. Nömrə istənilən mobil operatora aid ola bilər, tək şərt onun Sizin adınıza qeydiyyatlı nömrə olmasıdır. Nəticədə Sizin adınıza olan elektron kabinetə daxil olmaq üçün telefonunuza təsdiq SMS-i gəlir. Bundan sonra Siz açılmış səhifədə “H/Ş (hüquqi şəxsin) elektron qeydiyyatı” bölməsini seçərək açılmış ərizə formasına tələb olunan məlumatları daxil etməlisiniz. Qeyd etmək lazımdır ki, Siz hüquqi şəxsin qeydiyyatı zamanı, həmçinin bank hesabı, ASAN imza sifariş verə bilər və işçi(lər) ilə əmək müqaviləsi bağlaya bilərsiniz.

Elektron qeydiyyatın digər üstünlüyü qeydiyyat üçün tələb olunan dövlət rüsumunun tətbiq edilməməsi (adi qaydada qeydiyyat üçün rüsum 15 AZN təşkil edir) və Sizə nizamnamə kapitalının ödənilməsi üçün 3 ay möhlət verilməsidir.

Beləliklə, Siz elektron qeydiyyat ərizənizi tamamladıqdan sonra 1 iş günü ərzində MMC-nin qeydiyyat sənədləri (Nizamnamə, reyestrdən çıxarış, VÖEN) Dövlət Vergi Xidməti tərəfindən Sizin elektron kabinetinizə göndəriləcək.

Vurğulamaq lazımdır ki, elektron qeydiyyat sənədləri Azərbaycan Respublikasındakı istənilən dövlət orqanı, banklar və digər qurumlar tərəfindən notarial qaydada təsdiq olunmadan qəbul olunur.
Əlbəttə ki, yuxarıda qeyd olunmuş qaydada Siz daha sadə və iştirakçıları yalnız Azərbaycan vətəndaşları olan MMC təsis edə bilərsiniz. Lakin əcnəbi və ya təsisçiləri hüquqi şəxs(lər) olan MMC-də təsisçilər arasında münasibətləri daha düzgün formalaşdırmaq, doğru biznes modelini seçmək, zərurət olduqda, hətta təsis müqaviləsi tərtib etmək məqsədi ilə hüquqşünasa müraciət etməyinizi tövsiyə edirəm. Qeyd etməliyəm ki, iri müəssisələrin iştirakı və ya böyük kapital qoyuluşu nəzərdə tutulan MMC-nin təsisi zamanı sonradan iştirakçılar arasında yarana biləcək problemlərin qarşısını almaq üçün münasibətləri öncədən, yəni təsis zamanı düzgün formalaşdırmaq zəruridir. Hər bir təsisçinin üzərinə düşən öhdəlik və hüquqlar, və ya təsisçilər arasında olan münasibətlərin tənzimlənməsi üçün doğru korporativ strukturun təşkili, ya da ki, fəaliyyət zamanı yarana biləcək mübahisələrin həll üsulları tərəflər arasında olan təsis müqaviləsi və (və ya) MMC-nin nizamnaməsində öz əksini tapması məqsədəmüvafiqdir. Halbuki, yuxarıda izah etdiyim qeydiyyat zamanı MMC-nin nizamnaməsi portal vasitəsi ilə tərtib edilir və çox sadə nizamnamə nümunəsidir.

Qeyd olunan məsələlərlə bağlı “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu sahibkarın mövcud çətinliklərinin aradan qaldırılması və ya gələcəkdə onlarla rastlaşmaması üçün zəruri olan istənilən hüquqi dəstəyi göstərməyə hazırdır.

“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu – 31 nəfərlik peşəkar vəkil komandası olan bürodur. Bizim fərqimiz – büromuz öz fəaliyyətini müştərilərə fərdi yanaşma, yüksək professionallıq, etibarlı əməkdaşlıq prinsipləri üzərində qurmuşdur. Bu səbəbdən müştərilərimizin əsas ehtiyaclarını anlayaraq, onları biznes yönümlü, xüsusi və praktiki həllər ilə təmin etməyi bacarırıq.

Son olaraq qeyd edim ki, məqalə ilə bağlı hər hansı sualınız olduğu təqdirdə, bizlə əlaqə saxlaya bilərsiz. İstənilən hüquqi məsələ ilə bağlı köməklik etməyə şad olarıq. Növbəti mövzularadək, hələlik!

Nikahın pozulması zamanı əmlak bölgüsü məsələsi necə həll edilməlidir?

Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırlan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırlan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır. Bu mövzu ilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələrində aparılan müzakirələrdə boşanmadan sonra daha çox qadınların mülkiyyət hüquqlarının pozulduğu iddia olunur. Bəs qanunvericilik boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisələrinin həllini necə tənzimləyir?

“Azərbaycan Hüquq İslahatları Mərkəzi” (AHİM) İctimai Birliyinin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov Trend-ə bildirib ki, məhkəmə təcrübəsində tərəflər arasında boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapır.

“Hər iki Məcəllədə qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir. Burada istisna hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya onların arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmasın”, Bağırov deyib.

Vəkilin sözlərinə görə, nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir.

” Məsələn, ərə babasından vərəsəlik qaydasında verilmiş mənzil və ya arvada toy hədiyyəsi kimi verilmiş müxtəlif zinət əşyası onların öz mülkiyyətidir və birgə mülkiyyət sayıla bilməz. Həmçinin fərdi istifadə olunan əşyalar – geyim, ayaqqabı və s. əşyalar ümumi vəsait hesabına əldə edilsə də belə, həmin əşyadan istifadə edən şəxsin öz mülkiyyəti hesab edilir”, o deyib.

AHİM sədri qeyd edib ki, bəzi hallarda ailədə arvadın müstəqil qazancının olmaması, bütün əmlakların ər tərəfindən alınması səbəbindən onların birgə mülkiyyəti hesab edilə bilməməsi barədə cəmiyyətimizdə yalnış mövqe mövcuddur. Lakin qeyd edilməlidir ki, nikah dövründə ev təsərüffatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan arvad da belə ümumi əmlak üzərində eyni hüquqa malikdir.

Bağırovun sözlərinə görə, Ailə Məcəlləsində boşanma zamanı ərlə arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi məhkəmə tərəfindən həll edilməli olan məsələ kimi nəzərdə tutulmuşdur.
“Ər-arvad birgə nigah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Təcrübədə bir qayda olaraq ər-arvadın birgə nigah dövründə əldə etdikləri ümumi əmlak bölündükdə onların payları bərabər müəyyən olunur. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə də bilər”, vəkil deyib.

Vəkilin sözlərinə görə, tərəflər arasındakı nikah münasibətlərinə xitam verildikdən sonra arvadın (ərin) birgə yaşadığı mənzildə yaşayış hüququnun mövcud olub-olmaması aktual problemlərdəndir.
“Məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etmək istəyirəm ki, arvadın ərlə birlikdə nikah zamanı yaşadıqları mənzildə boşanmadan sonra yaşayış və istifadə hüququnun mövcud olması barədə mübahisə həll edilərkən ilk öncə mənzilin hüquqi vəziyyəti qimətləndirilməlidir. Mülki Məcəllənin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanmış, notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma zəruridir. Məsələn, gəlinin qayınatasının mülkiyyətçisi olduğu evdə yaşaması üçün qayınatası ilə aralarında notarial qaydada təsdiq olunmuş razılaşma olmalıdır. Bu müddəa ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən bir neçə Plenum qərarı qəbul edilmişdir. Bəzi hallarda məhkəmələr öz qərarlarında bu növ mübahisələrə qiymət verərkən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün tərəflər arasındakı etibarlı ailə əlaqələrinin əsas rol oynadığını göstərirlər. Məsələn mülkiyyətçi ər olarsa, bu halda arvadın onlar arasında etibarlı ailə əlaqələrinin olması məhkəmələr tərəfindən əsas kimi qəbul edilir”, o deyib.

Yaşayış sahəsindən istifadə hüququna gəlincə isə, Bağırov bildirib ki, yaşayış sahəsindən istifadə hüququ olan mənzil mülkiyyətçisinin hər bir ailə üzvü, hətta boşanmadan sonra mənzildən sərbəst surətdə istifadə edə bilər.
“Ailə üzvünün mənzildən istifadə hüququna xitam vermək üçün Mülki Məcəllədə kompensasiya institutu nəzərdə tutulmuşdur. Kompensasiya institutu dedikdə cəmiyyətimizdə mənzildən istifadə hüququ olan şəxsə mənzilin bölünməsini və dəyərindən ona pay ödənilməsini tələb etmək hüququ kimi anlaşılır. Bunun yanlış mövqe olduğu diqqətinizə çatdırmaqla qeyd etməliyəm ki, kompensasiya – istifadəçiyə mülkiyyətçinin hesabına müəyyən müddət daxilində əvvəlki mənzildə olan şəraitlə müqayisədə başqa yaşayış yerində oxşar yaşamaq imkanını verən bir institutdur”, AHİM sədri bildirib.

Onun sözlərinə görə, 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsində nəzərdə tutulub ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

“Zənnimcə, bu müddəa ilə Mülki Məcəllənin şərh olunan müddəası arasında ziddiyət vardır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun göstərişini rəhbər tutaraq qeyd edilməlidir ki, Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə, Mülki Məcəllə tətbiq edilir”, vəkil deyib.

Comments are closed, but trackbacks and pingbacks are open.