Bud-çanaq oynağının displaziyası, budun anadangəlmə yarımçıxığı və tam çıxığı
Endoprotez əməliyyatı keçirmiş xəstələrdə 3 ay müəyyən hərəkətlərə qadağa qoyulur. Bu hərəkətlərə çanağı 90 dərəcədən çox bükmək, ayağı ayaq üstünə atmaq, corab geymək, namaz qılmaq, ayağı içə və bayıra çevirmək daxildir. İlk 3 ayda bu hərəktlər edildikdə, endoprotez ətrafında oynaq zarı tam sağalmadığı və əzələ gücü tam dönmədiyi üçün bud başı oynaqdan çıxa bilər. Belə olduqda protezi yenidən oynağa qoymaq üçün xəstəyə ümumi anesteziya vermək lazımdır.
Bud-çanaq oynağı endoprotezləşdirilməsi (Artroplastika)
Bud-çanaq oynağı endoprotezinə əsasən 3 xəstəlik səbəbi ilə ehtiyac duyulur.
1. Bud-çanaq oynağı duzlaşması (koksartroz)
Bud-çanaq oynağındakı duzlaşmaya bağlı narahatçılıqlar həyat standartınızı ciddi şəkildə mənfi yöndə dəyişdirməyə başlamışsa endoprotez əməliyyatı vaxtı çatmışdır.Buradan belə nəticə çıxarmaq olar ki, əməliyyat vaxtını həkim deyil xəstə müəyyən edir. Bud-çanaq duzlaşması bölümünə baxınız.
2. Bud-çanaq oynağı nahiyəsindəki sınıqlar
Bud sümüyü boyun sınıqlarının böyük bir hissəsi bitişmir və ya bud başında qanlanmanın pozulmasına səbəb olur. Bu səbəblə də bitişmə ehtimalı az olan bud başı çıxarılaraq endoprotezlə əvəz olunur. Bu əməliyyatla sadəcə bud qismi çıxarıldığı üçün hemiartroplastika(yarım endoprotezləşdirmə) adlandırılır. Bəzən daha əvvəl bud-çanaq oynağında keçirilmiş xəstəliklər(RA, sirkəkasası sınıqları və s.) səbəbi ilə sirkə kasasında qığırdaq aşınması görüldükdə oynaq kasası da eyni seansda endoprotezləşdirilir.
3. Bud başı qanlanmasının pozulması
Bud başını qidalandıran damarların tutulması nəticəsində sümük nekrozu(ölümü) əmələ gəlir və daha sonra bud başı çökür. Bu xəstəliyin çox vaxtı səbəbi bilinmir və idiopatik bud başı avaskulyar nekrozu(bud başı AVN) adlanır. Uzun müddət steroid(kortizon) dərman istifadə edənlərdə də yarana bilər. Bud başı çökübsə və buna bağlı oynaq qığırdağında aşınma baş verirsə xəstələr endoprotez əməliyyatından fayda görürlər.
Ən çox verilən suallardan biri də protezin ömrü ilə bağlıdır. Burada xəstəyə aid bəzi xüsusiyyətlər önəmlidir: bunu yaş, cinsiyyət, bədən çəkisi və hərəkət səviyyəsi müəyyən edir. Protez əməliyyatı düzgün əllərdə və təcrübəli cərrah tərəfindən icra edildikdə xəstələrin 98%-ində 10 il ərzində problem yaşanmır. Günümüzdə müasir cərrahi texnika və protezlər sayəsində endoprotezin ömrü 20-25-ilə qədər artmışdır. 65 yaş üstü, 70 kg-ın altında və az hərəkətli xəstə qrupu protez əməliyyatı üçün ideal sayılır. Endoprotez edilməsi üçün təcrübəli cərrah xaricində uyğun əməliyyatxana şəraitinin olması vacibdir. Bu əməliyyatın ən önəmli ağırlaşması 1-2%(ən uyğun əməliyyatxanada belə) nisbətində infeksiya görülməsidir. İnfeksiya olarsa əlavə cərrahi proseduralar lazım ola bilər. Uyğun əməliyyatxana deyilərkən infeksiya kontrolu çox yaxşı olan , “laminar airflow” olan əməliyyatxanadan bəhs edilir. Damar yaralanması demək olar ki rastlanmır. Bud-çanaq oynağına arxa kəsiklə girilidikdə oturaq sinirinə zərər vermə ehtimalı(0.7%-3.5%) ola bilər.
Əməliyyatla oynağın hər iki səthi plastik və metalkomponentlərlə dəyişdirilir. Komponentin sümüyə iki cür fiksasiya metodu mövcuddur.Bunlardan biri polimetilmetakrilat(PMMA) adı verilən sement ilə fiksasiyadır. Digər metodda(sementsiz) protez komponentinin üzəri xüsusi materialla örtülmüşdür. Bu material sayəsində müəyyən müddət sonra protez ətrafında sümük inkişaf edərək bioloji fiksasiyaya səbəb olur. Sirkə kasası komponenti vintlə vəya vintsiz fikasiya edilə bilər. Yaşlı xəstələr və osteoporozu olanlar xaricində əksər hallarda sementsiz protezlər istifadə olunur. Sementli protezlərdən sonra erkən dövrdə aşağı ətrafa yük vermək olar. Sementsiz protezlərdə bioloji fiksasiya gözlənildiyi üçün 1 ay ayağa tam yük verməmək tövsiyyə olunur.
Günümüzdə endoprotezlərin böyük bir qismi sementsiz və ya hibrid(çanaq qismi sementsiz,bud qismi sementli) olaraq qoyulur. Sementsiz protezlərdə protez səthinə doğru inkişaf edən sümük protezi vücudun bir parçası kimi fiksasiya edir. Ancaq bu bitişmə üçün sağlam sümüyə ehtiyac vardır. 60 yaşın altında olan və ciddi daxili problemləri olmayanlar bu qrupa daxil edilir. 60 yaşın üstündə olan xəstələrdə bud komponenti sementsiz qoyulduqda mikro hərəkətlər olduğu üçün dizə yayılan ağrılar yarana bilər. Bunun qabağını almaq üçün çox hallarda bu yaş qrup xəstələrdə bud komponentini sementli, çanaq komponentini isə sementsiz (hibrid)qoymaq tərcih edilir. 70 yaşın üstündə osteoporoz(sümük əriməsi) olan xəstələrdə sümük keyfiyyəti zəif olduğu üçün sementli protezlər istifadə edilməsi məsləhət görülür. Burada göstərilən yaş hüdüdları mütləq deyildir və xəstədən xəstəyə dəyişə bilər.
Əməliyyat prosesi və sonrası
Əməliyyat öncəsi xəstə müəyyən olunmuş laborator analizlər, kardioloji və anestezioloji müayinələrdən keçir.Xəstələr əməliyyatxanaya alındıqdan sonra epidural və ya ümumi anesteziya verilir, ardından əməliyyat olacaq ətraf antiseptik yod məhlulları ilə silindikdən sonra steril örtülərlə çevrəsi örtülür. Bu müddət 40 dəqiqə alır. Əməliyyat təcrübəli əllərdə 2 saat çəkir. Əməliyyat vaxtı protez ətrafındakı qanı boşaltmaq üçün drenaj qoyulur. Əməliyyat qurtardıqdan sonra xəstələr 30 dəq-1 saata qədər ayılma otağında gözlədildikdən sonra palataya alınır. Daxili orqanlarında problemi olanların və yaşlı xəstələrin əməliyyatdan sonra reanimasiyaya alınma ehtiyacı ola bilər. Xəstələr palataya alındıqdan 2 saat sonra tamamilə oyanırlar. Yara ağrısı ağrıkəsicilərlə kontrol altına alınır. Əməliyyatdan 5-6 saat sonra xəstələr yemək yeyə bilir. Əməliyyatdan sonra 2 gün xəstənin yeriməsinə,3. gün tualetdəoturmasına icazə verilir. Xəstə əməliyyatdan sonra ortalama 5-7gün xəstəxanada qalır. 3-cü gün drenaj çəkilir və hər 3 gündə bir yara sarğısı edilir. 15. gündə tikişlər alınır və sonra yuyunmağa icazə verilir. Əməliyyatdan bir neçə gün sonra bud-çanaq və diz oynaqlarını bükmə və əzələ gücləndirmə gimnastikalarına başlanır. Bu gimastikalar bud-çanaq oynağının tamamilə hərəkətini qazanana qədər davam etdirilir. Ümumiyyətlə 6 həftə sonunda bud-çanaq hərəkətləri normaya dönür. Xəstələr ilk 3-6 ayda bud-çanaq və aşağı ətrafda şişklik və protezin varlığını hiss edə bilərlər. Əməliyyatdan bir həftə sonra yara ağrısı azalır və oynaq hərəkətləri ağrısız hala gəlir. Əməliyyat zamanı öndən və arxadan cərrahi kəsik aparılmasına görə postoperasion gedişat fərqli olur. Öndən kəsik aparıldıqda bud-çanaq oynağının həddindən çox açılması(ekstensiya), iç və bayır rotasiyasının əngəllənməsi üçün aşağı ətrafları aralanmış və bud-çanağı az bükülmüş vəziyyətdə tutmaq lazımdır. Bunun üçün aşağı ətraflar arasına yastıq, diz altına az yüksəklik qoyulur. Bu vəziyyət 6 həftə davam etdirilir. Xəstəyə 3 ay yan və üz üstünə yatması qadağan edilir. Əməliyat arxa kəsiklə aparıldıqda bud-çanaq oynağının həddindən çox bükülməsi , iç və bayır rotasiyası əngəllənməlidir. Bu tədbirlər qoyulan protezin yerindən çıxmaması(dislokasiyası) üçün vacibdir. Ümumiyyətlə bu əməliyyatdan sonra xəstənin çox alçaq yerlərə oturması qadağan edilir.
Əməliyyata qərar verən xəstələr bəzi şeylərdən agah olmalıdırlar.
Əməliyyat zamanı və sonrası erkən dönəmdə ola biləcək ağırlaşmalar
İnfeksiya: Ən yaxşı əməliyyatxana şəraitində protez əməliyyatı sonrası infeksiya 1-2% qədərdir. Bu əməliyyat üçün əməliyyatxanada “laminar airflow” özəl havalandırma sistemi sayəsində mikrobun yayılması minimuma endirilir. Normal əməliyyatxanalarda bu nisbət 5-10% qədərdir. İnfeksiya olduqda yenidən oynaq debridmanı(təmizlənməsi) əməliyyatı lazım ola bilər. Xroniki və tabe olmayan infeksiyalarda protezin çıxarılması zərurəti yarana bilər. Bu vaxt oynaq təmizlənir, protez çıxarılır və protezin yerinə antibiotikli sement(spacer) yerləşdirilir. Əməliyatdan sonra 3 aya qədər damardan antibiotik müalicəsi verilir. İnfeksiyanın keçdiyindən əmin olduqda isə yeni endoprotez əməliyyatı edilir. Infeksiya olmaması üçün əməliyyatdan 1 saat öncə damardan antibiotik vermək lazımdır. Antibiotik əməliyyatdan sonra da davam etdirilir. Digər tərəfdən əməliyyat vaxtı istifadə edilən alətlərin sterilizasiyasına xüsusi diqqət yetirmək lazımdır.
Dərin vena trombozu
Bu ağırlaşma 5%-dən az xəstələrdə görülür. Əməliyyatdan 3 gün sonra başlayır və ən çox 6-10-cu günlərdə görülür. Amma nadir də olsa əməliyyatdan aylar sonra da yarana bilər. Dərin vena tromblarının 5-10%-i(10000 xəstədə 5-10 nəfərdə) damardan qoparaq ağciyərə və beyinə gedərək həyati təhlükə yarada bilər. Xəstələrin bəzilərində əlavə risk faktorları vardır. Bu risk faktorlarına qadınların hamiləlik əleyhinə kontraseptiv dərman qəbul etməsi, xəstələrin daha əvvəl dərin vena trombozu keçirməsi, aşağı ətraflar venalarda varikoz genişlənmələr olması, ailəvi meyillilik və s. nümunə göstərilə bilər.
Dərin vena trombozundan qorunmaq üçün qan laxtalanmasını azaldan dərmanların qəbulu, əməliyyat sonrası antiembolik corabların geyilməsi, yataq içində gimnastikalar və erkən ayağa qalmaq və yerimək vacibdir. Əgər xəstələrdə əlavə risk faktorları varsa bu tətbirlər daha uzun müddətə tətbiq edilməlidir.
Texniki xətalar
Endoprotez əməliyyatı texniki olaraq çox kompeks bir əməliyyatdır. Bu səbəblə də texniki xətalara bağlı ağırlaşmalar hər zaman rast gəlinə bilər. Təcrübəli əllərdə bu xətalar minimuma enməkdədir.
Oynağın çıxması(dislokasiyası)
Endoprotez əməliyyatı keçirmiş xəstələrdə 3 ay müəyyən hərəkətlərə qadağa qoyulur. Bu hərəkətlərə çanağı 90 dərəcədən çox bükmək, ayağı ayaq üstünə atmaq, corab geymək, namaz qılmaq, ayağı içə və bayıra çevirmək daxildir. İlk 3 ayda bu hərəktlər edildikdə, endoprotez ətrafında oynaq zarı tam sağalmadığı və əzələ gücü tam dönmədiyi üçün bud başı oynaqdan çıxa bilər. Belə olduqda protezi yenidən oynağa qoymaq üçün xəstəyə ümumi anesteziya vermək lazımdır.
- Dr.Rəşad Zeynalov
- Oynaq Xəstəlikləri və Artroplastika (Endoprotezləşdirmə)
Salam doktor menim anam bu xestelikden eziyyet cekir emeliyat olunmlidir . sorusmaq isterdim ki biz bu klinikada emeliyat edirsek meblexi ne qeder eliyer ve emeliyatdan sonra yerimemek risqi varmi. cox saxolun Reply
- esmira
- 13/03/2023 18:22
salam. bu əməliyyat uyğun xəstələrə edldikcə çox gözəl nəticələr olur. əməliyyat qiymətini Baku medikal plaza klinikasının 012909 nömrəli telefonuna zəng vurub ortopediya və travmatalogiya şöbəsinə bağlanaraq öyrənə bilərsiniz. Reply
- Dr. Rəşad Zeynalov
- 05/04/2016 14:07
- in reply to esmira
Salam doktor zehmet olmasa deyin emeliyyatin qiyməti nə qədərdi?bizde etdirmek isteyirik Reply
- Sona
- 13/03/2023 13:18
- Dr. Rəşad Zeynalov
- 04/01/2016 12:28
- in reply to Sona
salam. Bud-çanaq endoprotezi qiyməti xəstənin yaşına, yanaşı xəstəliyinə və qoyulan protezin növünə görə dəyişir. Baku medikal plaza klinikasının 012909 nömrəsindən ortopediya və travmatologiya bölümünə bağlanıb öyrənə bilərsiniz. Reply
- Dr. Rəşad Zeynalov
- 05/04/2016 11:38
- in reply to Sona
Salam doktor mən 1999-cu il təvəllüdünnənəm.Mənim hər iki qılçım ombadan çıxıqdır.Bilmək istərdim ki,əməliyyatla bu xəstəliyə son qoymaq olarmı? Bu müraciətə cavab verməyinizi xahiş edirəm. Reply
- Aygün Tağıyeva
- 06/08/2016 20:50
salam hekim menim anamda canaq sumuyundeki siddetli aqrilardan eziyyet cekir yeriyende sanki siniq aqrisi olur deyir bize bir meslehet verin Reply
- hezi
- 13/03/2023 19:37
salam menim 15 yasim var.avariyaya dusmusem saq budun basin burmalardam kecen siniqidi.tebi yollan bitib hec bir emeliiya olmamisam 8 aya. duzgun bitmiyib 2.5 sm yaxin qisalma var ayaqimda onu emeliyyatan 2018 ilde emeliyyatnan sindirim duzgun bitirmek mill qoyub etmek olar cox isdiyirem emeliyyat olmaq mektebe gore qalmisam geleceyime gore emeliyyat olmaq isdiyirem he yox yazarsin Reply
- elem baxsiyev
- 06/02/2017 01:26
Bud-çanaq oynağının displaziyası, budun anadangəlmə yarımçıxığı və tam çıxığı
Bəzən uşağın doğulması vaxtına gədər onun bud-çanaq oynağı tam inkişaf etmir.
Bu zaman uşaqda bud-çanaq oynağının displaziyası, anadangəlmə yarımçıxığı və tam çıxığı baş verə bilər.
Bu 3 hal oynağın nə dərəcədə inkişaf etməməsi ilə bir-birindən fərqlənir. Bunlardan ən təhlükəlisi – anadangəlmə bud çıxığıdır. Vaxtında aşkar edilib müalicə olunmadığı hallarda bu çıxıq tam əlilliyə səbəb ola bilər.
Bud-çanaq oynağı patologiyaları ortoped tərəfindən bir sıra əlamətlərə görə təsdiqlənir: uşaqda sagrı büküşlərinin qeyri-simmetrik olması, budların yanlara doğru kifayət qədər açılmaması (normada körpənin dizdən bükülmüş ayaqları yan tərəflərə 80-90 0 qədər aralanmalıdır), ayaqlardan birinin o birindən qısa olması, pəncənin bayıra tərəf meyllənməsi və s.
Qeyd edək ki, bəzi hallarda uşaqlarda bud cıxığı, demək olar ki, heç bir xarici əlamətlə özünü büruzə verməyə də bilər! Buna görə də bir çox valideynlər büküşlərin simmetrik olduğunu və digər əlamətlərin isə olmadığını görüb, uşağı ortopedə göstərməyə tələsmirlər. Buna qətiyyən yol vermək olmaz! Həyatının 1 ayında hər bir uşaq həkim-ortopedin müayinəsindən keçirilməlidir, təcrübəli həkim patologiyanın olmasını hətta kiçik bir əlamətin əsasında təyin edə bilər. Əgər müayinə zamanı uşaqda hər hansı bir patoloji halın olmasına şübhə yaranarsa, diaqnozun təstiqlənməsi üçün uşaq rentgen və USM-dən keçməli olur.
Qeyd edilən bu patologiyalar üzrə ən güzgün nəticəni 3 ay tamamında aparılar rentgen müayinəsi verir. Valideynlər uşağın “şüalanmasından” qorxmamalıdırlar, çünki onun dozası minimal olur və körpəyə heç bir ziyan vermir.
Daha bir kifayət qədər dəqiq müayinə metodu – bud-çanaq oynağının USM-dir (həkimin ciddi şübhələri olduğu halda, bu üsulu hətta dərhal doğuşdan sonra da tətbiq etmək olar).
Bud-çanaq oynağının patologiyası diaqnozu təsdiq olunduğu halda, uşağı uzunmüddətli müalicə gözləyir. Müalicənin bir kursu 3-4 ay davam edir, effekti isə rentgenoloji müayinə vasitəsilə qiymətləndirilir. Displaziya və yarımçıxığın düzəlməsinə 1-2 kurs müalicə kifayət edir. Tam çıxığın müalicəsi isə daha çox vaxt tələb edir.
Müalicə məqsədilə əsasən Freyk yastığından istifadə olunur. Yastıq uşağın ayaqlarının aralanmış vəziyyətdə olmasını təmin edərək, çıxmış oynağı tədricən öz “qanuni” anatomik yerinə – çanaq yuvasına düşməsinə kömək edir. Yastıqdan gün ərzində daimi olaraq istifadə olunmalıdır. Yalnız uşaq bezləri dəyişdirilən zaman və ya uşaq çimizdirilərkən və s. bu kimi məcburi hallarda yastıq çıxarıla bilər. Bu çox vacibdir! Uşaq gecələr də bu yastıqla yatmalıdır. İlk dəfə yastıq isti vanna qəbulundan sonra bir neçə saatlığa qoyulur, sonralar isə vaxt tez zamanda uzadılaraq daimi istifadəyə keçirilir.
Bud-çanaq oynağının displaziyası, budun anadangəlmə yarımçıxığı və tam çıxığı zamanı fizioterapiya müalicəsi də (kalsium və fosforla elektroforez və s.) yaxşı effekt verir. Displaziya və yarımçıxıq zamanı masaj və müalicəvi idman da çox vacibdir. Bud-çanaq oynagının adangəlmə tam çıxığı zamanı isə istənilən fiziki hərəkət yalnız oynaq başı öz anatomik yerinə düşdükdən və fiksasiya olunduqdan 2 ay sonra mümkündür.
Əksər hallarda bud-çanaq oynagının displaziyası, budun anadangəlmə yarımçıxığı və tam çıxığı tam şəkildə müalicə olunur. Lakin diaqnoz gec qoyulduqda, müalicə düzgün və mütəmadi aparılmadıqda, 2-3 yaşından sonra uşağı əlillikdən qurtarmağın yeganə üsulu olan mürəkkəb və travmatik cərrahi əməliyyatdan istifadə olunur.
Saglamolun.Az
Bud-çanaq və diz oynağının endoprotez əməliyyatları Masallı Bioloji Təbabət klinikasında
Qürurla bildiririk ki, bundan sonra siz Bakı şəhərinə getməyə ehtiyac olmadan, İcbari Tibbi Sığorta ilə Endoprotezləşdirmə əməliyyatı üçün Masallı Bioloji Təbabət klinikasına müraciət edə biləcəksiniz.
Masallı Bioloji Təbabət klinikasında bud-çanaq və diz oynağının endoprotez əməliyyatlarını İcbari Tibbi Sığorta ilə tam ödənişsiz icra edilir.
Bu əməliyyatlar kifayət qədər bahalıdır və əməliyyatdan sonrakı dövrdə mütəmadi həkim təqibi tələb edir.
Regionumuzda yaşayan, oynaq xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımız bir sıra hallarda endoprotez əməliyyatının ağır və bahalı olmasına görə bu əməliyyatlara getməkdə çətinlik çəkirdilər. Bu isə gələcəkdə daha ciddi fəsadlara, hətta xəstəni ömürlük şikəst olmağa qədər apara bilirdi.
İndi bu problemlərə görə narahat olmağa dəyməz.
Bu əməliyyatlar Masallı Bioloji Təbabət klinikasında İcbari Tibbi Sığorta ilə tamamilə ödənişsiz qaydada həyata keçirilir.
Cənub regionunda pasiyentlərin sağlamlığı və yüksək həyat keyfiyyəti naminə atılan bu addım İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Bioloji Təbabət klinikası arasında dövlət-özəl tərəfdaşlığı modelində növbəti uğurlu nümunədir.
Comments are closed, but trackbacks and pingbacks are open.